Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-43/2023 25.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Əzizova İlahə Vahid qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Məhkum müdafiəçisi, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Kazımov Osman Əlişirin oğlunun iştirakları ilə xx xxxx 1978-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli və himayəsində üç azyaşlı uşağı olan, avtomobil ustası kimi fərdi əməklə məşğ ul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və faktiki olaraq Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, yaşayış massivi 1 ünvanında yaşamış, hal hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.2.2, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 dekabr 2021-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəki Ağır Cinayətlər Məhkəməsinin 8 sentyabr 2021-ci il tarixli hökmünə əsasən (hakimlər: Məhkum (sədrlik edən), N.N.Mirzəyev (məruzəçi) və B.M.Məmmədov) Məhkum - Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə nəzərdə tutu lan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına, CM-in 32.4, 312.2-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən, təyin olunan cəzalar qismən toplanılmaqla ona qəti olaraq 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-in 69.3-cü maddəsinə əsasən, Məhkum xx.xx.2020-ci il tarixdən xx.xx.2020ci il tarixədək tutulduğu, həbsdə və ev dustaqlığında olduğu ümumilikdə 5 (beş) ay 7 (yeddi) gün müddətin cəzasına hesablanmaqla çıxılması və üzərində 4 (dörd) il 23 (iyirmi üç) gün müddət azadlıqdan məhrumetmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddət inin başlanğıcının 8 sentyabr 2021-ci il tarixdən hesablanması hökm edilmişdir. Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 dekabr 2021-ci il tarixli qərarı ilə (hakimlər: G.Q.Abbasov (sədrlik edən), A.M.Eyvazov və V.İ.Məlikov) apellyasiya şikayəti və apellyasiya protesti təmin edilməmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin 8 sentyabr 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İbtidai istintaq orqanı tərəfindən Məhkum CM-in 178.2.2, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə ittiham verilmişdir ona görə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını vahid niyyətlə ə lə keçirərək xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar qeyrilərinin xeyrinə edəcəyi hərəkətə və bilə-bilə qanunsuz hərəkətə görə özü vasitəsilə birbaşa yolla maddi neməti rüşvət qismində verməyə qeyrilərini təkrarən təhrik etmişdir. Belə ki, o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışı olmaqla 1992-1993-cü illərdə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə silahlı təcavüzü ilə əlaqədar baş verən döyüşlərdə iştirak edərək müxtəlif dərəcəli bədən xəsarətləri almış Şahid5 ilə 2014-cü ilin sonlarında istintaqla müəyyən edilməyən gündə aralarında baş tutan danışıq zamanı sonuncunun müharibədə iştirak etməsinə baxmayaraq, veteran adı almaması və bunun la bağlı dövlətin təqdim etdiyi sair sosial imtiyazlardan istifadə etməməsi barədə bildikdən sonra Şahid5 özünün ona müharibə veteranı adının verilməsi, əlillik dərəcəsinin təyin edilməsi və onun üçün avtomobil, mənzil verilməsi, əlillərə sosial yardımın göstərilməsini təmin etmək imkanına malik olmaqla həmin fəaliyyətlə məşğul olan əlaqəli qurumların aidiyyəti yüksək vəzifəli şəxsləri ilə yaxın münasibətlərinin olmasını, həmin münasibətlərindən istifadə edərək onun üçün qeyd edilən imtiyazların verilməsini həll edə biləcəyini, bunun üçün yaxın münasibətdə olduğu həmin qurumların vəzifəli şəxslərinə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid5 xeyrinə edəcəkləri bilə-bilə qanunsuz hərəkətlərə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinin z əruri olmasını yalandan bildirib onu aldatmaqla özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə edərək, Şahid5 razılığını alıb onunla sövdələşərək, həmin niyyətlə Şahid5 cinayətdən xəbərsiz olan övladı Şahid4 "xxxx" ASC vasitəsilə 27 fevral 2015-ci il tarixdə özünün adına göndərdiyi 7.000 manat pulu Bakı şəhəri ərazisində istintaqla müəyyən edilməyən ünvanda yerləşən həmin banka məxsus filialdan götürməklə, habelə, eyni niyyətlə, Şahid5 "xxxx" ASC-nin Sabunçu filialından özünün adına 6 mart 2015-ci il tarixdə göndərdiyi 5.000 manat, 10 mart 2015-ci il tarixdə göndərdiyi 3.000 manat, 13 mart 2015-ci il tarixdə göndərdiyi 8.000 manat pul vəsaitini həmin bankın Göyçay şəhəri H.Əliyev prospekti 84 ünvanda yerləşən filialından, 1 aprel 2015-ci il tarixdə göndərdiyi 2.000 ABŞ dollar ı, həmin dövrün rəsmi məzənnəsi ilə 2.097 manat məbləğdə pul vəsaitini həmin bankın Ağdaş şəhəri Heydər Əliyev prospekti 97 ünvandakı filialından şəxsən çıxarıb götürməklə, habelə, Şahid5 zəruri yol və sənədləşmə xərcləri üçün əlavə pul vəsaitinə ehtiyacının olması barədə verdiyi yalan məlumatlarla aldadıb həmin adla Şahid4 xx.xx.2015-ci il tarixdə ünvan 6 ünvandakı AZ1040 indeksli poçt şöbəsindən göndərdiyi 600 manat pul vəsaitini ünvan 7 ünvanda yerləşən AZ3300 indeksli poçt şöbəsindən, Şahid5 xx.xx.2015-ci il tarixdə ünvan 8 ünvandakı AZ1112 indeksli poçt şöbəsindən göndərdiyi 320 manat pul vəsaitini ünvan 9 ünvanda yerləşən AZ2300 indeksli poçt şöbəsindən, Şahid4 ünvan 8 ünvandakı AZ1112 indeksli poçt şöbəsindən xx.xx.2015-ci il tarixdə göndərdiyi 500 manat, xx.xx.2015-ci il tarixdə gö ndərdiyi 500 manat pul vəsaitini ünvan 9 ünvanda yerləşən AZ2300 indeksli poçt şöbəsindən, Şahid5 xx.xx.2015-ci il tarixdə ünvan 10 ünvandakı AZ1034 indeksli poçt şöbəsindən göndərdiyi 480 manat pul vəsaitini İsmayıllı şəhəri Cavanşir küçəsi ev 4 ünvanda yerləşən AZ3100 indeksli poçt şöbəsindən, xx.xx.2015-ci il tarixdə ünvan 8 ünvandakı AZ1112 indeksli poçt şöbəsindən göndərdiyi 100 manat pul vəsaitini ünvan 11 ünvandakı AZ0300 indeksli poçt şöbəsindən və Şahid4 xx.xx.2015-ci il tarixdə ünvan 12 ünvandakı AZ1141 indeksli poçt şöbəsindən göndərdiyi 145 manat pul vəsaitini ünvan 13 ünvanda yerləşən AZ3600 indeksli poçt şöbəsindən şəxsən çıxarıb, qeyd edilən qaydada əldə etdiyi ümumilikdə 27.742 manat məbləğində pul vəsaitini şəxsi ehtiyaclarına sərf edib, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid5 məxsus 27.742 (iyirmi yeddi min yeddi yüz qırx iki) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş,vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid5 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla vahid niyyətlə özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə sonuncunu təhrik etmişdir. Bundan başqa, o, Bakı şəhərində yaşayan cinayətdən xəbərsiz olan tanışı Şahid6 vasitəsilə Qəbələ rayonu Vəndam qəsəbəsinin sakini Şahid3 övladı Şahid2 işə düzəltmək niyyəti barədə məlumat alaraq, təkrarən aldatma yolu ilə onun xeyli miqdarda əmlakını ələ keçirməkdən ötrü Şahid6 vasitəsilə Şahid3 telefon nömrəsini əldə edib 2015-ci ilin may ayının əvvəlində onunla telefon vasitə silə əlaqə saxlayıb özünün Şahid2 Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin müvafiq struktur qurumuna işə düzəlməsini təmin etmək imkanına malik olmaqla həmin fəaliyyətlə məşğul olan əlaqəli qurumların aidiyyəti yüksək vəzifəli şəxsləri ilə yaxın münasibətlərinin olmasını, həmin münasibətlərindən istifadə edərək Şahid2 Fövqəladə Hallar Nazirliyinin Pirallahı rayonu Pirallahı qəsəbəsində yerləşən yanğından mühafizə hissəsinə işə düzəlmə məsələsini həll edə biləcəyini, bunun üçün yaxın münasibətdə olduğu həmin qurumların vəzifəli şəxslərinə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid2 xeyrinə edəcəkləri hərəkətlərə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını yalandan bildirib, Şahid3la pulun məbləğini konkret ləşdirmək məqsədilə mütəmadi əlaqə saxlayıb öz aralarında 18.000 manata sövdələşməklə razılaşaraq onu aldatmaqla özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə edərək, pulun bir hissəsinin Bakı şəhərində çatdırılmasını Şahid6 vasitəsilə təklif edib razılaşdıqdan sonra, sonuncunun tanışı olmaqla cinayətdən xəbərsiz olan Şahid5 4 may 2015-ci il tarixdə saat 17 radələrində ünvan 14 ünvanında “Günəş Petrol” yanacaq doldurma məntəqəsinin yanında Şahid3la görüşüb idarə etdiyi “Nissan patrul” markalı 90RV622 dövlət qeydiyyat nişanlı avtomaşının salonunda sonuncudan aldığı X11 n işə düzəlməsi üçün tələb olunan sənədləri və 15.000 manat pulu Şahid5 həmin gün bank rəsmiləşdirilməsi aparılmadan istintaqla müəyyən edilməyən şəraitdə Ağdaş rayonuna göndərilməsini təmin etməsindən sonra hə min pul vəsaitini qeyd edilən rayonda əldə edib, həmçinin, eyni niyyətlə, bir neçə gün sonra Şahid3 təklifi ilə sonuncuya pul borcu olan tanışı, Bakı şəhərində yaşayan X2 1.500 manatı istintaqa məlum olmayan şəraitdə alıb, qalan 1.500 manat pulu isə özünün təklifi ilə Şahid3 18 may 2015-ci il tarixdə “****” SKB-nin Qəbələ filialı vasitəsilə Bakı şəhərinə tanışı olmaqla cinayətdən xəbərsiz olan Şahid5 adına köçürdükdən və sonuncu tərəfindən həmin məbləğ bankdan çıxarılıb istintaqla şəxsiyyəti müəyyən edilməyən taksi sürücüsü vasitəsilə özünə göndərildikdən sonra həmin pul vəsaitini istintaqla müəyyən edilməyən yerdə əldə edib etibardan sui-istifadə etmə və aldatma yolu ilə Şahid3 məxsus 18.000 (on səkkiz min) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid2 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə Şahid3 təkrarən təhrik etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 dekabr 2021-ci il tarixli qərarının ləğv edilməsi və barəsində olan cinayət işinin xitam edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, ittihamın mahiyyətinə görə o, güya X6 müxtəlif vaxtlarda müharibə veteranı adı verilməsi, əlillik dərəcəsinin təyin edilməsi, avtomobil və mənzil verilməsi barəsində iş görmək adı altında aldadaraq xeyli miqdarda-27.742 manat pulunu dələduzluq y olu ilə ələ keçirmişdir. Bundan başqa, guya, o, tanışı Şahid6 vasitəsi ilə Qəbələ rayonu Vəndam kənd sakini Şahid3 FHN-də işə düzəltmək adı altında aldadaraq 18 min manat pulunu ələ keçirmişdir. Məhkəmədə müəyyən olunmuşdur ki, həm X3 və həm də Şahid3 götürdüyü pulları hər hansı işin görülməsi üçün deyil, borc kimi götürmüşdür. Belə ki, X7 göstərmişdir ki, Məhkum ondan pul vəsaitini borc kimi almış, müəyyən edilmiş müddətdə qaytara bilməmiş, sonradan aralarında narazılıq yaranmışdır. Məhkum onu nalayiq söyüşlərlə söydüyü üçün və həm də telefonu bağladığı üçün şikayət vermək qərarına gəlmişdir. O bu barədə Yasamal rayonu ərazisində yerləşən vəkil ofisinə getmiş, orada ona demişlər ki, əgər pulu borc kimi verdiyini desən, pulunu qaytarmaq çətin olacaq. Ona görə də yaz ki, pulu Məhkum veter anlıq vəsiqəsi düzəltmək, əlillik dərəcəsi, mənzil almaq üçün vermişdir. O da həmin vəkilin məsləhəti ilə şikayətdə elə göstərmişdir. İstintaq zamanı onu Məhkumlə üzləşdirərkən həqiqəti demək istəmiş, lakin müstəntiq imkan verməmişdir. Ramiz Alışanov ifadəsində göstərmişdir ki, Şahid3 alınan pulu da onun vasitəsi ilə verilmişdir. Həmin pul da borc kimi götürülmüş tam ödənilmişdir. Şahid3 Məhkum yalnız prokurorluqda istintaq aparılarkən gördüyünü, pulu Rövşən adlı şəxsə Şahid6 məsləhəti ilə verdiyini, oğlunu işə düzəltmək üçün verdiyini demişdir. Şahid3 ifadəsində göstərmişdir ki, o oğlunu işə düzəltmək üçün nə Şahid6, nə X13 və nədə ki, Məhkum oğlu barəsində hər hansı sənəd verməmiş, o, Məhkum deyilən şəxslə görüşmək istəsə də, Şahid6 imkan verməmişdir. Məhkəmələr nəzərə almamışdır ki, əgə r Məhkum həqiqətən də Şahid3 pulu onun oğlunu FHN-də işə düzəltmək üçün alırdısa, onda nə üçün ondan oğlunun təhsili haqqında sənəd, şəxsiyyət vəsiqəsi götürmürdü. Yaxud həqiqətən Şahid3 pulu oğlunu işə düzəltmək üçün verirdisə, onda nə üçün oğlunun diplomunu, şəxsiyyət vəsiqəsini Məhkum vermirdi. Məhkum Şahid3 oğlunu hansı sənədləri təqdim edərək işə düzəldəcəkdi. Şikayətdə həmçinin qeyd edilir ki, iş üzrə vurulmuş ziyan tam həcmdə sahiblərinə ödənilmişdir. Həm Şahid3 və həm də X17 barışdıqlarını, ziyanın tam həcmdə ödənildiyini nəzərə alaraq işin bağlanmasını xahiş etmişlər. Məhkəməyə təqdim edilmiş sənədlərdən müəyyən olunmuşdur ki, Məhkum himayəsində 5 nəfər yetkinlik yaşına çatmayan və azyaşlı uşaqları vardır. Ailənin yeganə qazanc gətirənidir. Məhkum hesab edir ki, qeyd edilən yüngül ləşdirici halların olmasına baxmayaraq məhkəmələr ona həbslə bağlı cəza təyin etmişdir ki, bu da humanizm və ədalət prinsipinə ziddir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçi O.Kazımovun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı A.Hüseynlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsəl ələri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhku mun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Məhkum əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsi mübahisə edilir və cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi xahiş olunur. Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsinə əsasən “Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə”yə görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-in 178.2. Eyni əməllər: 178.2.2. təkrar törədildikdə; 178.2.4. xeyli miqdarda ziyan vurmaqla törədildikdə— dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-in 312.2-ci maddəsinə əsasən “Vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə— səkkiz min manatdan on iki min manatadək miqdarda cərimə və ya dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə t əsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı inst ansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan hüquq və Əsas Azadlıqları Haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinisipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin pros esdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Kassasiya şikayətində göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyriobyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq Məhkum verdiyi ifadələrin bir hissəsini həmin ifadələr digər sübutlarla ziddiyyət təşkil etdiyindən özünü müdafiə məqsədilə verilmiş ifadələr kimi hesab edərək onları rədd etmiş, digər sübutları isə məhkəmə qərarlarının əsasına qoymuşdur. Məhz bu sübutları qanuna müvafiq qayd ada qiymətləndirərək apellyasiya instansiyası məhkəməsi tam əsaslı olaraq Məhkum əməlini Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə düzgün tövsif etmiş, yekun qərar qəbul edərkən isə – qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. İş materiallarından görünür ki, Məhkum qeyd edilmiş cinayət əməllərinin törəd ilməsində özünü təqsirli bilməsə də, iş üzrə şahidlər Şahid3, Şahid2, X8, Şahid5, Şahid4 və Şahid6 ifadələri, kompakt diskə baxış keçirilməsi haqıında 20 iyun 2020-ci il və 1 iyul 2020-ci il tarixli protokollar, Şahid3 25 fevral 2016-cı il tarixli ifadəsinə əlavə etdiyi 1 ədəd “mikrocard” tipli elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında 16 iyun 2020-ci il tarixli protokol, Şahid3 götürülmüş “Nokia” markalı, “C2-01” modelli, **********70936 imei kodlu mobil telefonuna baxış keçirilməsi haqqında 16 oktyabr 2020-ci il tarixli protokol, Məhkum 16 oktyabr 2020-ci il tarixli üzləşdirmədə dindirilmə protokoluna əlavə edilmiş 1 ədəd kompakt diskə baxış keçirilməsi haqqında protokol, "xxxx" MMC-dən daxil olmuş bir ədəd kompakt diskə baxış keçirilməsi haqqında 18 iyun 2020-ci il tarixl i protokol, ləğv prosesində olan "xxxx" ASC-dən daxil olmuş 8 may 2018-ci il tarixli **********161 nömrəli məktub, "xxxx" MMC-dən daxil olmuş 16 iyul 2020-ci il tarixli, ÖXŞ-710-4-19/2770 nömrəli məktub, Şahid5 təqdim etdiyi "xxxx" ASC tərəfindən verilmiş 27 fevral 2015-ci il tarixli “pul köçürmələri haqqında” bildiriş və QN010946 nömrəli qəbz, Şahid3 25 fevral 2016-cı il tarixli ifadəsinə əlavə etdiyi “Kapitak Bank” SKB tərəfindən verilmiş 18 may 2015-ci il tarixli, ******* nömrəli “Köçürmə/Alınma haqqında” bildiriş, işin digər halları və habelə toplanmış digər sübutlarla məhkumun təqsiri tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizl iyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət qanunu normasının tələblərinə və “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 saylı qərarına əsasən Azərbaycan Respublikası CM-in 178-ci maddəsində nəzərdə tutulan dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o, halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqların əldə edərkən hər hansı bir öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olsun.... Bu hüquq müqavilələr və digər öhdəliklə rdən əmələ gələn müvafiq sənədlərdə əks oluna bilər. (məsələn etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) Subyektiv cəhətdən belə əməllər birbaşa qəsdlə törədilir, yəni həmin əməli törədən şəxs Azərbaycan Respublikası CM-in 25-ci maddəsinin tələblərinə əsasən öz əməlinin (hərəkət və hərəktsizliyinin) ictimai təhlükəli olduğunu dərk etməli, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görməli və bunları arzu etməlidir. Digər tərəfdən, dələduzluq cinayətinin obyektiv cəhətini özündə ehtiva edən Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsinin dispozisiyasına əsasən, şəxsin əməli o halda dələduzluq cinayəti kimi qiymətləndirilə bilər ki, şəxs özgənin əmlakını və ya əmlak hüquqlarını əldə etmə niyyəti izləyərək etibardan sui-istifadə etmiş ol sun və ya aldatma üsulundan istifadə etsin. Qanunun mənasından göründüyü kimi, dələduzluq cinayətinin törədilməsi zamanı şəxs əvvəlcədən öz qarşısına digər şəxsin əmlakını və əmlaka olan hüququnu ələ keçirmək məqsədini müəyyən edir, sonradan isə həmin məqsədinə nail olmaq üçün ya zərərçəkmiş şəxsin etibarından sui-istifadə etmiş olur, ya da ki, onu aldadır, nəticədə isə sonuncunun könüllü olaraq öz əmlakını və ya əmlaka olan hüququnun ona verilməsinə nail olur. Dələduzluğun törədilməsi zamanı aldatma üsulundan istifadə edən şəxs əmlakın sahibinə müəyyən faktlar barədə qəsdən yalan məlumatlar verir, yaxud da belə faktlar haqqında məlumatları qəsdən saxtalaşdırır və ya ümumiyyətlə heç bir məlumat vermir ki, son nəticədə əmlakın sahibi aldadılaraq öz əmlakını könüllü qaydada dələduzluq cinayə tini törədən şəxsə verir. Etibardan sui-istifadə zamanı özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz ələ keçirmək və bunları qaytarmamaq məqsədini izləyən şəxs onunla mülkiyyətçi arasında olan etibarlı münasibətlərdən istifadə edir və əmlakın idarə olunması və ya ona sərəncam verilməsi ilə əlaqədar müəyyən vəzifələrin yerinə yetirilməsini üzərinə götürüb əmlakı ələ keçirdikdən sonra əmlakı qaytarmaq niyyətində olmayaraq və tamah niyyətində olaraq öz vəzifəsini qəsdən, heç bir üzrlü səbəb olmadan yerinə yetirmir. Göründüyü kimi, əməlin dələduzluq cinayəti kimi qiymətləndirilməsi üçün belə əməli törətmiş şəxsin əvvəlcədən əmlakı və ya əmlaka olan hüququ ələ keçirmək niyyətində olması müəyyən edilməlidir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, Məhkum cinayət əməlləri iş mater iallarında olan təqsirləndirilən şəxsin özünün ifadələri, şahidlərin ifadələri, izahatlar, ekspertiza rəyləri, istintaq hərəkəti protokolları, sənədlər və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutlarla tam sübuta yetirilir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi Məhkum cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən himayəsində üç azyaşlı uşağının olmasını, CM-nin 59.1.4-cü maddəsinə əsasən, təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində dəymiş maddi ziyanın bir qisminin ödənilməsini cəzanı yüngülləşdirən hallar kimi və cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb, ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin etmişdir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, bu cinayət işində Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində məhkuma bəraət verilməsi üçün göstərilən əsaslar mövcud deyildir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək məhkəmələrin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, Məhkum elan olunmuş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkum barəsində toplanmış sübutları ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərd ə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırmış və məhkəmələr onların hər birini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarları qəbul etmişlər. Qeyd olunanlar, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 dekabr 2021-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalədır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 32.4, 312.1-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiya sının 16 dekabr 2021-ci il tarixli qərarı məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-43/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-43/2023
25.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver