Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-43/2024 15.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri İmanov Nazim Nəriman oğlunun və məhkumun müdafiəçisi Müdafiəçi5 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinay ət kollegiyasının 11 avqust 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim Samir Əliyev, hakimlər Cavid Hüseynov və Eldar İsmayılov) 29 sentyabr 2021-ci il tarixli 1(101)-1152/2021 nömrəli hökmü ilə 23 avqust 1994-ci il tarixdə Ağcabədi rayonunun Xocavənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyətilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Yeni yaşayış massivində nömrəsiz fərdi evdə yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 126.2.4-cü maddəsi ilə təqsirli bilinməklə, 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikasının CM-in 70-ci maddəsi tətbiq edilməklə təqsirləndirilən şəxs Məhkum təyin edilmiş azadlıqdan məhrum edilmə cəzasının 2 (iki) il sınaq müddəti ilə şərti hesab edilməsi, sınaq müddətinin hökm qanuni qüvvəyə mindiyi gündən hesablanması, Məhkum barəsində seçilmiş “həbs” qətimkan tədbirinin dəyişdirilərək, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi və onun dərhal məhkəmə iclasından azad edilməsi, “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Məhkum sınaq müddəti ərzində davranışına nəzarətin Bakı şəhəri Probasiya Xidmətinə tapşırılması hökm edilmişdir İşin halları: Birinci instansiya məhkə məsinin hökmü ilə Məhkum təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, Məhkum 15 oktyabr 2020-ci il tarixdə saat 23 radələrində qohumu Şahid2 və tanışı Şahid3 ilə sonuncuların yaşadıqları Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Yeni Yaşayış Massivi ünvan 3 ünvanının qarşısında alkoqol sərxoşluğu vəziyyətində küçədə avtomobilin musiqisinə yüksək səs verib öz aralarında ucadan söhbət etdiklərinə görə, ona öz iradını bildirən, qonşuluqda yaşayan Şahid1 və Zərərçəkmiş şəxs ilə mübahisə etmiş, yanında olan şəxslərin müdaxilələrinə və səylərinə baxmayaraq Şahid1 və Zərərçəkmiş şəxs irad bildirmələrini və kobud danışmalarını bəhanə gətirərək, üzərində gəzdirdiyi cib bıçağı ilə heç bir ciddi və tutarlı əsas olmadan Zərərçəkmiş şəxs qarın nahiyəsindən qəsdən bıçaq zərbəsi vuraraq ona q arının sol yan divarının boşluğa nüfuz edən, daxili qanaxma və dalağın yaralanması ilə müşayiət olunan, dərəcəsinə görə insan həyatı üçün təhlükəli olan bir ədəd deşilmiş-kəsilmiş yara kimi ağır bədən xəsarəti yetirmiş, bundan sonra qəsdən bir bıçaq zərbəsi də arxadan baş nahiyəsinə vuraraq ona sağlamlığının qısa müddətə pozulmasına səbəb olan başın ənsə nahiyəsinin bır ədəd kəsilmiş yarası kimi, həmin anda Zərərçəkmiş şəxs zərbədən qorumaq üçün sol qolu ilə onun başını qucaqlayan Şahid1 isə sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sol said nahiyəsinin bir ədəd kəsilmiş yarası kimi yüngül bədən xəsarəti yetirməklə xuliqanlıq niyyəti ilə qəsdən Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Həsən Əhmədov (sədrlik e dən və məruzəçi), Habil Məmmədov və İlqar Murquzov) 11 avqust 2022-ci il tarixli, 1(103)-130/2022 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli, 1(101)-1152/2021 nömrəli hökmü dəyişdirilmiş, Məhkum cəza təyini hissəsində Azərbaycan Respublikasının CM-in 70-ci maddəsinin tətbiqinə dair müddəalar xaric olunmuş, Məhkum Azərbaycan Respublikasının CM-in 126.2.4-cü maddəsi ilə təqsirli bilinərək ona təyin edilmiş 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəli tutulduğu gündən, yəni 16 iyul 2022-ci il tarixdən hesablanması qərara alınmış, Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilmişdir. Məhkum müdafiəçisi Müdafiəçi4 kassasiya şikayəti verərək Bakı Apellyasiya M əhkəməsinin Cinayət kollegiyasının 11 avqust 2022-ci il tarixli qərarının dəyişdirilməsini və ona Azərbaycan Respublikası CM-in 70-ci maddəsi tətbiq edilməklə təyin olunmuş cəzanın şərti hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi Müdafiəçi4 kassasiya şikayətini onunla əsaslandırmışdir ki, apellyasiya məhkəməsinin iclasında, Məhkum, müdafiəçiləri Müdafiəçi2 Ələsgər qızı, X1 və Müdafiəçi3 hər biri ayrı-ayrılıqda apellyasiya protestinin dəlillərini qəbul etməyərək, Məhkum ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, törətdiyi cinayət əməlini etiraf edərək, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, islah yoluna qədəm qoymasını, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın ödənilməsini, zərərçəkmiş şəxslə aralarında barışıq ə ldə olunmasını və zərərçəkmiş şəxsin hal-hazırda ona qarşı heç bir şikayət və tələbinin olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ağır ailə vəziyyətini, ailəsinin yeganə qazanc gətirən üzvü olmasını və təyin edilmiş cəzanın ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq apellyasiya protestinin əsassız olduğundan təmin edilməməsi, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılması barədə ədalətli və humanist qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən yazılmış notarial qaydada təsdiqlənmiş ərizədən görünür ki, o, təqsirləndirilən şəxs Məhkum ilə barışmış, ona qarşı şikayət və tələbi yoxdur. Birinci instansiya məhkəməsi tamamilə haq lı olaraq, Məhkum cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu və cinayət hadisəsindən sonra onun davranışını, zərərçəkmişlə hadisədən dərhal sonra barışmasını və zərərçəkmiş şəxsin də onunla barışmasını və ona qarşı şikayət və tələbin olmamasını və eyni zamanda cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələblərini də nəzərə alaraq hesab edir ki, onun cəmiyyətdən təcrid edilmədən tərbiyə və islah olunması mümkündür, Ona görə də məhkəmə təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq etməklə onun cəza çəkmədən islah olunmasını mümkün saymış və həmin cəzanın şərti olaraq tətbiq edilməsini qərara almışdır. Apellyasiya instansiyası məhkəməsi Məhkum təyin olunan cəzanın onun islah ol unmasına və həyat şəraitinə təsiri, Məhkum törətdiyi cinayət əməlini etiraf edib, törətdiyi cinayətdən utanc hissi keçirməklə, səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı ödəməsini, zərərçəkmiş şəxsin onunla barışıb, ona qarşı şikayət və tələbinin olmamasını nəzərə almamışdır. Kassator hesab edir ki, hüquqlarını müdafiə etdiyi təqsirləndirilən şəxsə münasibətdə cəzanın məqsədlərinə onun cəmiyyətdən təcrid etmədən nail olmaq üçün barəsində azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəza təyin edilə bilərdi və bu zaman Azərbaycan Respublikasının Prezidentinin həmin Sərəncamında və Fərmanında göstərilmiş tövsiyələr və Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun tövsiyələri nəzərə alınmalı idi. Kassator həmçinin hesab edir ki, hüquqlarını müdafiə etdiyi şəxs artıq bir ildir ki, cəza çəkir və cəza çəkdiyi müddətdə heç bir intizam məsuliyyətinə cəlb edilməmiş, nümunəvi davranışı ilə seçilmiş, başqa sözlə, islah olunmuşdur. Ona görə də, hesab edilir ki, məhkəmə kollegiyası qərar qəbul edərkən yuxanda sadalanan hallara xüsusi həssaslıqla yanaşmalı, həmin hallar kassasıya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq, müvafiq hüquqi qiymət verilməlidir. Beləliklə, həmin qərarın dəyişdirilməsi və məhkum edilmiş şəxsə təyin edilmiş azadlıqdan məhrum edilmə cəzasının sınaq müddəti ilə şərti hesab edilməsi haqqında qərar çıxarılmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olu nmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üz rə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, məhkum edilmiş şəxs Məhkum əməli Azərbaycan Respublikası CM-in 126.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayətlərin tərkibini yaratdığı üçün həmin əməllərin yuxarıda göstərilən maddə ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Kassasiya şikayətində əməlin tövs ifi mübahisə predmeti olmamışdır. Kassasiya şikayətinin başlıca dəlili Məhkum Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin tətbiq edilməsi və təyin olunmuş cəzanın ona şərti olaraq tətbiq edilməsi ilə bağlıdır. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (Cinayət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri). Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın əda lətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası CM-in 70-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdır an halları nəzərə alır. Məhkum barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin tətbiq edilməsi barədə kassasiya tələbini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cəza təyini məsələsini həll edərkən maddi hüquq normalarının, o cümlədən Azərbaycan Respublikası CM-in 8, 41.2, 58.3, 59 və 60-cı maddələrinin tələblərinə əməl etməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları düzgün nəzərə almış və Azərbaycan Respublikası CM-in 70-ci maddəsinə əsasən təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsi üçün əsaslar müəyyən etməmişdir. Həmçinin məhkəmə kollegiyası bildirir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Re spublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 25-ci bəndində göstərilmişdir ki, şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədlərinə cavab verməlidir. Azərbaycan Respublikası CM-in 70-ci maddəsi üzrə şərti məhkum etmə cəza təyin etmə ilə bağlı müstəsna norma olmaqla, CM-in 70.1-ci maddəsinin tələbi üzrə yalnız o halda tətbiq edilə bilər ki, məhkumun cəza çəkmədən islah olunması mümkün olsun. Belə ki, qanunun mənasına əsasən şərti məhkum etmə bir qayda olaraq cinayət törətmiş şəxslərə müstəsna hallarda, məhkumun təyin olunmuş cəzanı real çəkməsi zərurət olmadıqda tətbiq edilə bilər. Cinayət işi üzrə isə belə hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq Məhk um cəza çəkmədən islah olunmasını və bununla əlaqədar onun barəsində CM-in 70-ci maddəsinin tətbiq olunmasını mümkün hesab etmir. Apellyasiya instansiyası məhkəməsi Məhkum cəza təyin edərkən yuxarıda göstərilən qanun normalarının tələblərini, Ali Məhkəmənin və Konstitusiya Məhkəməsinin Plenum qərarlarının tövsiyələrini nəzərə almış və məhkuma ədalətli və cəza məqsədlərinə cavab verən cəza təyin etmişdir. Ona görə də məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş hər hansı pozuntuya yol verilməmişdir. Qeyd olunanlar, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 avqust 2022-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə əsassız olduğundan, şikayətin təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Bakı Ap ellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 avqust 2022-ci il tarixli Məhkum barəsindəki qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-43/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-43/2024
15.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver