Məhkəmə qərarları › İş №1(102)-43/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-43/2025

11.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-43/2025 11.02.2025 ALİ MƏHKƏMƏ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Məhkum edilmiş şəxsin və onun müdafiəçisi Əzimov Rauf Nəriman oğlunun iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 iyun 2024-cü il tarixli, 1(105)-295/2024 nömrəli qərarından Məhkum müdafiəçisi Əzimov Rauf Nəriman oğlu və zərərçəkmiş şəxs X tərəfindən verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Abşeron Rayon Məhkəməsinin 19 fevral 2024-cü il tarixli, 1(012)-7/2024 nömrəli hökmü ilə (sədrlik edən: S.M.Quliyeva) xx.xx.xx-cü il tarixdə Bakı şəhərində anad an olmuş, subay, ali təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş, lakin ona cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən cəza təyin edilməmişdir. Birinci instansiya məhkəməsinin həmin hökmündən təqsirləndirilən şəxs Məhkum müdafiəçisi ilə birlikdə verdiyi apellyasiya şikayəti, eyni ilə zərərçəkmiş şəxs X tərəfindən verilmiş apellyasiya şikayəti, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 iyun 2024-cü il tarixli qərarı ilə (hakimlər: R.O.Əsgərova (sədrlik edən), A.İ.İsmayılov və R.Ə.Ağayev) təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 19 fevral 2024-cü il tarixli hökmü verilmiş ape llyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 iyun 2024-cü il tarixli qərarından Məhkum müdafiəçisi Əzimov Rauf Nəriman oğlu və zərərçəkmiş şəxs X tərəfindən kassasiya şikayətləri verilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirli bilinərək, ona görə məhkum edilmişdir ki, o, 10-11 sentyabr 2021-ci il tarixlərdə “İnstaqram” sosial şəbəkəsində özünə məxsus olan səhifədən «Vəkil özbaşınalığı» adlı çıxışda kütləvi şəkildə “şantajçı”, “qara yaxır”, “şər atır”, “şərləyir” “cinayətə sövq edir”, “ləkələyir” kimi yalan olduğunu bilə-bilə söz və ifadələr işlətməklə Xun şərəf və ləyaqətini nalayiq formada alçaldan, nüfuzdan sal an böhtan xarakterli məlumatları yaymış, “lotuluq edir”, “cinayətə sövq edir”, “hədə-qorxu gəlir”, “deyir başımı kəsdirəcək”, “dövlətə qarşı etibarsızlıq yaradır” kim neqativ rəy yarada bilən söz ifadələr işlətməklə sonuncunun şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaqla onu təhqir etmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum müdafiəçisi Əzimov Rauf Nəriman oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, əməlində cinayət tərkibi olmadığı halda Məhkum barəsində əsassız və qanunsuz olaraq ittiham hökmü çıxarılmışdır. Kassasiya şikayətində bu iddianı əsaslandıran hallar kimi xüsusilə ona istinad edilmişdir ki, məhkəmələr tərəfindən sübutlar CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq tədqiq edilməmiş, o cümlədən müdafiə tərəfinin istinad etdiyi sübutların tədqiq indən əsassız imtina edilmiş, iş materiallarda olan ziddiyyətli sənədlərə əhəmiyyət verilməmiş, nəticədə Məhkum əsassız olaraq törətmədiyi əmələ görə təqsirli bilinmişdir. Müraciətdə Məhkum "İnstaqram” sosial şəbəkəsində özünə məxsus olan səhifədən səsləndirdiyi bütün fikirlər etibarlı mənbəyə - Xəzər RPİ-nin istintaq Şöbəsinin icraatında olan ********* nömrəli cinayət işi üzrə müstəntiq Qafar Qafarlının xx.xx.2020-ci il tarixli qərarının məzmununa və işdə olan sübutlara söykəndiyi qeyd olunur. Müdafiəçi iddia edir ki, xüsusi ittihamçı Xnun bilə-bilə yalan ifadə verməsi nəticəsində Məhkum müxtəlif cinayətlərdə (mülkiyyət və mənəviyyat əleyhinə) ittiham olunmuş, ailə, qohum-əqrəba, dost və tanışlar arasında bu məlumat yayılmış və göstərilənlər onun barəsində yanlış fikir yaranması ilə nətic ələnmişdir. İstintaq zamanı Xun yalanları ifşa olunduqdan sonra barəsində yaranmış mənfi fikirlərin aradan qalxması üçün Məhkum sosial şəbəkədə həqiqəti söyləməyə məcbur olmuşdur. Müdafiəçi kassasiya şikayətində göstərilənlərə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 iyun 2024-cü il tarixli qərarının ləğv edilməsini, Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə bəraət verilməsini xahiş edir. Zərərçəkmiş şəxs X kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün müddətin hansı səbəbdən keçməsini araşdırmamış, apellyasiya instansiyası məhkəməsi də öz qərarında Məhkum təqsirli bilindiyi maddənin böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olduğunu göstərməklə hesab etmişdir ki, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Məhkum cəza təyin edilməməlidir. Z.A.Səmədov kassasiya şikayətində göstərilənlərə əsasən baxılan iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)-295/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarının ləğv edilərək Məhkum barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi barədə qərar qəbul olunması və müdafiəçilər Əzimov Rauf Nəriman oğlu və Ramazanov Anar Sabir oğlu barəsində xüsusi qərar qəbul edilməklə, intizam məsuliyyətinə cəlb edilmələri üçün Azərbaycan Respublikası Vəkillər X2 göndərilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin ka ssasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respub likası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Müdafiəçi Əzimov Rauf Nəriman oğlu kassasiya şikayətində hüquqlarını müdafiə etdiyi Məhkum ədalətli məhkəmə araşdırmasına olan hüququnun, sübutların tədqiqinə dair cinayət-prosessual qanunun tələblərinin pozulduğunu, nəticədə Məhkum əməlində cinayət tərkibinin əlamətləri olmadığı halda Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirli bilindiyini iddia etməklə, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və xüsusi ittiham qaydasında şikayət üzrə işin yeni apellyasiya baxışına təyin edilməsi barədə kassasiya tələbini Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 416.1.1-416.1.3 və 416.1.6 maddələrində göstərilən hallarla əsaslandırmışdır. Zərərçəkmiş şəxs X kassasiya şikayətində məhkəmələrin təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün müddətin hansı səbəbdən keçməsini araşdırmadıqlarını iddia etməklə, faktiki olaraq Məhkum azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini təmin edən qərarın qəbul edilməsi haqqında kassasiya tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Odur ki, kollegiya verilmiş kassasiya şikayətlərini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 iyun 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Məhkum müdafiəçi Əzimov Rauf Nəriman oğlunun kassasiya şikayətinə Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmədiyi halda sonuncu barəsində əsassız olaraq ittihamedici hökmün çıxarılması ilə bağlı dəlilərinə münasibətdə isə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə qeyd olunmalıdr ki, Cinayət-Prosessual Məcəllənin 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyas iya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normanın mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər. Başqa sözlə, kassasiya instansiyası məhkəməsinin hüquq məsələləri üzrə nəticələrə gəlməsi üçün əsas rolunda onun özünün işin faktiki hallarına dair qənaəti, sübutların qiymətləndirilməsinə dair mülahizələri deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin sübutların qiymətləndirilməsi və faktlar barədə qənaətləri çıxış etməlidir. Bu səbəbdən, birinci instansiya məhkəməsinin sübutların qiymətləndirilməsi, faktların müəyyən edilməsi üzrə nəticələri mübahisələndirilməklə bu cür dəlillərlə məhkum edilmiş şəxslərə bəraətin verilməsi haqqında tələblər əsaslandırıldıqda, həmin dəlillərin apellyasiya instansiyası məhkəməsində lazımınca yoxlanılması kassasiya instansiyası məhkəməsi üçün mühüm əhəmiyyət daşıyır. Çünki, özü bilavasitə sübutları tədqiq edib faktları müəyyən etmək səlah iyyətində olmayan kassasiya instansiyası məhkəməsi yalnız bu məsələlər apellyasiya instansiyası məhkəməsində tam, hərtərəfli və obyektiv yoxlanıldıqda, onların (həqiqiliyi şübhə doğurmayan faktların) üzərində öz mülahizə və nəticələrini qura bilər. Apellyasiya məhkəməsində aparılmış araşdırmanın həmin meyarlara cavab verməməsi kassasiya instansiyası məhkəməsinin bu cür, yəni sübutetmənin, faktların mübahisələndirildiyi və belə dəlillərlə məhkəmə qərarlarının ləğv edilməsi haqqında tələblərin irəli sürüldüyü kassasiya müraciətləri üzrə nəticələrə gəlməsi üçün ciddi maneə yaradır. Apellyasiya məhkəməsində aparılmış araşdırmanın keyfiyyətli və onun nəticələrinin inandırıcı olması üçün isə belə araşdırma zamanı sübutların bilavasitə tədqiq edilməsi və faktların bir daha araşdırılması tələb olu nur ki, bunu da məhkəmə istintaqı aparmadan həyata keçirmək mümkün deyil. Belə mülahizə üçün cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi (CPM, maddə 28), cinayət prosesində tərəflərin çəkişməsi prinsipi (CPM, maddə 32), cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipi (CPM, maddə 33), apellyasiya baxışında məhkəmə istintaqının aparılması və sübutların tədqiq edilməsi əsaslarına aid cinayət-prosessual qanunun 392.3, 400.2, 397.3-cü maddələri ilə yanaşı İnsan Hüquqlarının və X5 Haqqında Konvensiyanın ədalətli məhkəmə araşdırması hüququnu təsbit edən 6-cı maddəsi və onun tətbiqi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin presedent təcrübəsi də əsas yaradır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28-ci maddəsində əks ini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət-Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. Cinayət-Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı ittiham və müdafiə tərəfinin çəkişməsi əsasında həyata keçirilir. Bütün instansiya məhkəmələrində aparılan icraatlara, o cümlədən apellyasiya müraciətləri üzrə icraata şamil edilən bu prinsip hər bir tərəfin məhkəmədə öz mövqeyini müdafiə etmək üçün bərabər imkanlara malik olmasını ehtiva edir (maddə 32.2.2). Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsi pini nəzərdə tutan CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4). Azərbaycan Respublikası CPM-in 392.3-cü maddəsinə görə “birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticələrin düzgünlüyü üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmadığını güman etməyə əsaslar olduqda, apellyasiya instansiyası məhkəməsi məhkəmə istintaqının tam və ya qismən aparılmasını zəruri hesab edə bilər”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 400.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması aşağıdakılar hesab edilir: “400.2.1. işin düzgün həll edilməsi üçün mühüm əhəmiyyətə malik olan halların təsdiq və təkzib edilməsi üçün şəxslərin dindirilməməsi, sənədlərin, maddi və ya digər sübutların tələb edilməməsi; 400.2.2. bu və ya digər halın tədqiqinin zəruriliyinin apellyasiya şikayətinin və ya apellyasiya protestinin apellyasiya instansiyası məhkəməsində baxışı zamanı təqdim edilmiş yeni materiallardan irəli gəlməsi; 400.2.3. barəsində tərbiyəvi və ya tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş məhkumun və ya bəraət almış şəxsin şəxsiyyəti barədə məlumatların kifayət qədər tam aydınlaşdırılmaması”. Apellyasiya baxışı zamanı yeni sübutları tədqiq etməyə isə apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası CPM-in 397.3-cü maddəsinə görə ən azı aşağıdakı hallardan biri mövcud olduqda haqlıdır: _ cinayət prosesinin iştirakçıları yeni sübutların birinci instansiya məhkəməsinə təqdim edilməməsini onlardan asılı olmayan səbəblərlə əsaslandırdıqda (maddə 397.3.1); _ birinci instansiya məhkəməsi bu sübutların tədqiqini obyektiv səbəb olmadan rədd etdikdə (maddə 397.3.2). Göründüyü kimi, CPM-in 397.3.1 və 397.3.2-ci maddələrində göstərilən hallar olduqda, yəni sübutlar cinayət prosesi tərəfinin iradəsi ziddinə olaraq birinc i instansiya məhkəməsində tədqiq edilmədikdə, özü-özlüyündə bu pozuntu birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyü üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmadığını güman etməyə əsas yaratmaqla apellyasiya icraatında məhkəmə baxışının məhkəmə istintaqı aparılmaqla, əlavə sübutlar tələb edilməklə (birinci instansiya məhkəməsinin baxmaqdan əsassız olaraq imtina etdiyi sübutları bilavasitə tədqiq etməklə) keçirilməsini tələb edən hal kimi nəzərdən keçirilə bilər. Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən “hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq ara şdırması hüququna malikdir”. Bu maddənin apellyasiya icraatına tətbiqi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyi bir çox presedentlərdə əksini tapmışdır. Belə ki, “Siqbatullin Rusiya Federasiyasına qarşı iş” üzrə 23 aprel 2009-cu il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir - “Şikayətlər üzrə prosedurlarda hansılarda ki, işlərə faktlar və hüquq nöqteyi-nəzərindən yenidən baxılır, Konvensiyanın 6-cı maddəsi bütün hallarda işə açıq və şəxslərin bilavasitə iştirakı ilə baxılmasını tələb etmir.... Bu məsələnin həlli zamanı konkret baxışın xüsusiyyətləri və həll edilməli olan məsələlərdən və onların şikayət vermiş şəxs üçün əhəmiyyətindən asılı olaraq müdafiə tərəfinin təmsilçiliyinin və mənafelərinin nə dərəcədə təmin olunduğu nəzərə alınmalıdır.... Misal üçün, şikayətə baxan məhkəmə şəxsin təqsirli olub-olmaması məsələsini araşdırmalıdırsa, təqsirləndirilən şəxsin ona isnad edilən cinayətləri törətməməsini əsaslandırmaq üçün təqdim etdiyi sübutları bilavasitə qiymətləndirmədən həmin məsələni həll etmək mümkün deyil”. Yuxarıda təsvir olunanları hazırki işə tətbiq etməklə cinayət işinin müvafiq materiallarına baxdıqda isə aşağıdakılar müəyyən olunur. Belə ki, Məhkum isnad edilən “böhtan” cinayətinin əsas tərkibi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsində “yalan olduğunu bilə-bilə, hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma” kimi təsbit e dilmiş, CM-in 147.2-ci maddəsində isə ağır və xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atmaya görə məsuliyyət müəyyən edilmişdir. Həmçinin Məhkum təqsirli bilindiyi Cinayət Məcəlləsinin 148-ci maddəsində “Təhqir” cinayəti - “kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma” kimi təsbit edilmişdir. Birinci instansiya məhkəməsinin və onunla razılaşan apellyasiya məhkəməsinin yekun məhkəmə aktlarına diqqət etdikdə aydın olur ki, Məhkum Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirli bilinməsi üçün əsas sonuncunun 10-11 sentyabr 2021-ci il tarixlərdə “İnstaqram” sosial şəbəkəsində özünə məxsus olan səhifə dən «Vəkil özbaşınalığı» adlı çıxışda kütləvi şəkildə “şantajçı”, “qara yaxır”, “şər atır”, “şərləyir” “cinayətə sövq edir”, “ləkələyir” kimi yalan olduğunu bilə-bilə söz və ifadələr işlətməklə Xun şərəf və ləyaqətini nalayiq formada alçaldan, nüfuzdan salan böhtan xarakterli məlumatları yaymış, “ lotuluq edir”, “cinayətə sövq edir”, “hədə-qorxu gəlir”, “deyir başımı kəsdirəcək”, “dövlətə qarşı etibarsızlıq yaradır” kim neqativ rəy yarada bilən söz ifadələr işlətməklə sonuncunun şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaqla onu təhqir etmişdir. Öyrənilmiş cinayət işi materiallarından müəyyən olunur ki, müdafiə tərəfi məhkəmələrin Məhkum Xna böhtan atmasının və təhqir etməsinin müəyyən edilmiş fakt kimi qəbul edilməsi ilə razılaşmamış və bu zaman ondan çıxış etmişlər ki, əslində Mə hkum X barəsində hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş zamanda və mənbədə səsləndirdiyi məlumatlar, böhtan və təhqir olmamaqla faktlara əsaslanan fikir ifadəsidir, ən əsası isə həqiqətdir. Müdafiə tərəfi eynilə kassasiya şikayətində olduğu kimi, apellyasiya şikayətində də Məhkum Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirli bilinməsini mübahisələndirmiş və ona həmin ittiham üzrə bəraət verilməsi haqqında tələblərini işin faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmaması, faktların düzgün müəyyən olunmaması, sübutlar və sübutetməyə dair cinayət-prosessual qanunun tələblərinin pozulması ilə əsaslandırmışdır. Verilmiş apellyasiya şikayətində müdafiəçi iddia etmişdir ki, birinci instansiya məhkəməsində tərəflərindən araşdırılmasını təklif etdikləri sübutların tədqiqindən əsassız olaraq imtina edilmiş, bununla da, işin düzgün həll edilməsi üçün mühüm əhəmiyyətə malik olan hallar məhkəmə tərəfindən araşdırılmamışdır. Eyni zamanda, müdafiə tərəfi qeyd olunan məsələlərin yenidən araşdırılması və iddia etdikləri halların müəyyən edilməsi üçün apellyasiya baxışında sübutların bilavasitə tədqiq edilməsini və bu məqsədlə aşağıdakı halların araşdırılmasını (Məhkum şərəf və ləyaqətini müdafiə etmək məqsədi ilə səsləndirdiyi məlumatlarla aşağıdakı sadalanmış qərarların məzmununda (digər sənədlərdə) öz əksini tapmış xüsusatların qarşılıqlı təhlil edilməsi) xahiş etmişdir. _ Xun şikayəti əsasında Binəqədi Rayon Polis İdarəsində toplanmış xxxxx nömrəli iş üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2020-ci il tarixli qərar. (X1 9 barəsində sonuncunun ondan 75.000 manat pulun hədə-qorxu ilə tələb etməsi ilə bağlı Binəqədi Rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etmiş); _ X17 barəsində Xəzər Rayon Prokurorluğuna müraciət etməsi (eyni xüsusatla), 02 aprel 2020-ci ildə ********* nömrəli cinayət işi başlanması, xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası CM-in 182.1 və 243.1-ci maddələri ilə ittiham elan edilməsi, xx.xx.2020-ci il tarixli qərarı ilə Məhkumnın əməlinin Azərbaycan Respublikası CM-in 182.1 və 243.1-ci maddələrindən həmin Məcəllənin 243.1 və 244.2.1-ci maddələrinə tövsif olunmaqla (Xun israr etdiyi Məhkum ondan 75.000 manat pulun hədə-qorxu ilə tələb etməsi yenə öz təsdiqi tapmamış) ona yeni məzmunlu ittiham elan edilməsi; _ Xəzər RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi xxx tərəfindən xx.xx. 2020-ci il tarixli qərarla Məhkum barəsində Azərbaycan Respublikası CM-in 243.1 və 244.2.1-ci maddələri ilə istintaqı aparılan ********* cinayət işi üzrə icraata bəraətverici əsasla xitam verilməsi, X və digər 4 nəfərin (X8, X11, X4 və X7) AR CM-in 297-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmələrindən ötrü materialın aidiyyəti üzrə Xəzər Rayon Prokurorluğuna göndərilməsi (müdafiə tərəfi iddia edir ki, məhz bu araşdırma Xun Vəkillər Kollegiyasından xaric edilməsi üçün əsas olmuş); _ X19 COVİD xəstəliyinə tutulmasına baxmayaraq xx.xx.2021-ci il tarixdə Ali Məhkəmənin qəbul şöbəsində olması ilə bağlı Abşeron Rayon Polis İdarəsinə ünvanlandığı şikayət ərizəsi (Məhkum barəsində qanuna müvafiq tədbirin görülməsi xahiş edir) əsasında qəbul edilmiş xx.xx.2021-ci il tarixli cinayət işinin ba şlanması rədd edilməsi barədə qərar; _ Abşeron RPİ-nin Mehdiabad PB-nin rəisi X14 ünvanlandığı Xun istəyi ilə X3 Məhkum barəsində baxılan cinayət işinin materiallarının yaşadığı Məhəmmədli kəndində və whatsapp statusunda yayılmasına nail olması ilə bağlı məktub; Lakin apellyasiya məhkəməsi müdafiə tərəfinin istinad etmiş olduğu dəlilərə ümumiyyətlə nə ilkin baxış qərarında, nədə ki, baxış qərarında heç bir münasibət bildirməmiş (apellyasiya şikayətində sanki bu hallar yoxmuş kimi əsaslandırılmasına belə lüzum görməmiş), yekun məhkəmə aktında həlledici şəkildə birinci instansiya məhkəməsinin hökmünə istinad edərək, həmin hökmdə əks olunmuş müddəaları öz qərarına köçürməklə kifayətlənmişdir (zərərçəkmiş şəxsin irəli sürdüyü ittihama təsir etməsi baxımından Xnun və digərlərinin AR CM-in 297-c i maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmələrindən ötrü Xəzər Rayon Prokurorluğuna göndərilmiş material üzrə aparılmış araşdırmanın nəticəsinin öyrənilməsi tələb olunduğu halda). Halbuki, apellyasiya məhkəməsi müdafiə tərəfinin apellyasiya şikayətlərini nəzərdən keçirsəydi, görə bilərdi ki, əslində şikayətdə gətirilən dəlillərin əksəriyyəti Xun irəli sürdüyü ittiham üzrə işin faktiki hallarının tam, hərtərəfli, obyektiv araşdırılmaması, sübutlar və sübutetməyə dair cinayət-prosessual normaların pozulması, sübutların tədqiqindən əsassız imtina edilməsi kimi dəlillər məhz Cinayət-Prosessual Məcəllənin 392.3, 400.2, 397.3-cü maddələrində təsbit edilmiş apellyasiya baxışında məhkəmə istintaqının keçirilməsi, sübutların tədqiq edilməsi əsasları ilə əlaqəli olan dəlillər idi. Kollegiya ap ellyasiya məhkəməsinin bu şəkildə, yəni müdafiə tərəfinin apellyasiya şikayətində qaldırmış olduğu dəlillərinə (onların üzərində qurulmuş iddialara) heç bir hüquqi qiymət verməməsini, eyni ilə əhəmiyyətli ola biləcək halların araşdırılması məqsədilə qaldırılmış vəsatətlərə baxmaqdan imtina etməsini (faktiki sübutların tədqiqindən əsassız imtina edir) müdafiə tərəfin hüquqlarının əhəmiyyətli dərəcədə pozulmasına əsas yaradan hallar kimi qiymətləndirir və bu kimi halların cinayət prosesində öz təsbiti tapmış bərabərlik və çəkişmə prinsiplərinə əsaslanan ədalətli çəkişmə ideyasına zidd kimi dəyərləndir. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsi məhkəmə qərarlarının qanuni və əsaslı olmasını tələb edir. Cinayət-prosessual qanunun 121.2-ci maddəsinə görə “ vəsatətə və ya xahişə əsasən qəbul edilmiş qərar əsaslandırılmalı və həmin qərarda ərizəçinin dəlillərinə verilmiş qiymət öz əksini tapmalıdır”. Avropa Konvensiyasının 6-cı maddəsi də (Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqelərinə görə) məhkəmə qərarlarının əsaslandırılmasını məhkəmə müdafiəsi, xüsusilə də, şəxslərin öz mövqeyini məhkəməyə çatdırmaq, məhkəmə tərəfindən dinlənilmək hüququnun mühüm aspekti kimi nəzərdə tutur və məqsədi şəxsləri özbaşnalıqdan müdafiə etmək olan hüquqi vasitə kimi xarakterizə edir. Belə ki, Avropa Məhkəməsi məhkəmə qərarının əsaslandırılması problemi üzrə mövqeyini “Kuznetsov və digərləri Rusiya Federasiyasına qarşı iş” üzrə 11 yanvar 2007-ci il tarixli qərarının 83-cü bəndində belə şərh etmişdir: “...artıq formalaşmış ədalət mühakiməsinin lazımınca h əyata keçirilməsi prinsipini əks etdirən presedent hüququna uyğun olaraq məhkəmələrin və ədalət mühakiməsini həyata keçirən başqa orqanların qərarlarında onların qəbul edilməsi əsasları yetərincə əks etdirilməlidir. 6-cı maddənin 1-ci bəndi məhkəmə instansiyalarından tələb edir ki, onlar çıxardıqları qərarların əsaslarını göstərsinlər, lakin həmin bəndə hər bir dəlilin ətraflı cavablandırmasını tələb edən qayda kimi baxmaq olmaz. Qərarın əsaslandırılması barədə vəzifə hansı həcmdə yerinə yetilməlidir – bu qəbul edilən qərarın xarakterindən asılıdır (X9rşı iş üzrə 9 dekabr 1994-cü il tarixli qərarın 29-cu bəndi). Baxmayaraq ki, məhkəmələr konkret iş üzrə dəlillərin müəyyən edilməsi məsələsi haqqında qərarın verilməsində və tərəflərin mövqelərinin əsaslandırılması üçün sübutların gətirilməsi ndə məhdud səlahiyyətlərdən istifadə edirlər, bu orqanlar qəbul etdikləri qərarların motivlərini təsvir etməklə öz hərəkətlərinin əsaslarını göstərməyə borcludurlar (Suominen Finlyandiyaya qarşı iş üzrə 1 iyul 2003-cü il tarixli qərarın 36-cı bəndi). Əsaslandırılmış qərarın daha bir rolu ondan ibarətdir ki, bu halda tərəflərə aydın olur ki, onların mövqeləri dinlənilib. Bundan başqa qərarın əsaslandırılması tərəflərə onu mübahisələndirməyə, apellyasiya məhkəməsinə isə həmin qərara yenidən baxmağa imkan yaradır. Qərarda əsasların təsvir edilməsi ictimaiyyət tərəfindən ədalət mühakiməsi üzərində nəzarətin həyata keçirilməsi üçün başlıca vasitədir. (Xirvisaari Finlyandiyaya qarşı iş üzrə 27 sentyabr 2001-ci il tarixli qərarın 30-cu bəndi)”. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında 14-cü bəndində qeyd olunur ki, əlavə sübutların tədqiq edilməsi barədə vəsatətlərə baxılarkən cinayət təqibi ilə bağlı olan bütün halların lazımi hüquqi prosedur daxilində hərtərəfli, tam və obyektiv araşdırılmasına, cinayət prosesi iştirakçılarının və cinayət prosesində iştirak edən digər şəxslərin pozulmuş hüquqlarının və qanuni mənafelərinin bərpa edilməsinə yönəldilmiş vəsatət və xahişlərin rədd edilməsini qadağan edən, eləcə də vəsatət və ya xahişə əsasən qəbul edilmiş qərarın əsaslandırılmasını və həmin qərarda müraciət etmiş şəxsin dəlillərinə verilmiş qiymətin əks etdirilməsini tələb edən CPM-in 121.2-ci maddəsinin müddəalarına əməl olunmalıdır. Adı çəkilən qərarın 15-ci bəndində qeyd olunur ki, məhkəmələr əlavə sübutla rın tədqiq edilməsinə dair vəsatətlər üzrə nəticəyə gələrkən belə vəsatətlərin rədd edilməsi haqqında qərarlarda gəldikləri nəticələrin motivlərinin göstərilməsini vacib hesab edən Avropa Məhkəməsinin mövqeyini də nəzərdən qaçırmamalıdırlar. Apellyasiya məhkəməsi məhkəmə baxışının gedişində də, məhkəmə istintaqının keçirilməsi üçün zərurətin olmaması haqqında 17 aprel 2024-cü il tarixli qərarında (ilkin baxış qərarı) ifadə etdiyi mövqeyindən geri çəkilməmiş, müdafiə tərəfinin irəli sürdüyü sübutları və faktları bilavasitə araşdırmadan apellyasiya baxışını yekunlaşdırıb, Məhkum Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirli bilinməsinə dair birinci instansiya məhkəməsinin hökmü ilə razılaşmışdır. Beləliklə, yuxarıda təsvir edilənlər, yəni müdafiə tərəfinin apellyasiya şikayətin də Məhkum təqsirliliyi, birinci instansiya məhkəməsində sübutların tədqiqi, onun tərəfindən müəyyən edilmiş faktiki hallar mübahisələndirildiyi və məhkuma bəraət verilməsi haqqında tələblər irəli sürüldüyü halda apellyasiya instansiyası məhkəməsinin əsaslandırmamış ilkin baxış qərarı ilə məhkəmə istintaqını aparmaqdan imtina etməsi, məhkəmə baxışında bilavasitə sübutları tədqiq etmədən, faktları araşdırmadan apellyasiya şikayətləri ilə qaldırılan məsələlər haqqında yekun nəticələrə gəlməsi onu deməyə əsas verir ki, apellyasiya məhkəməsində aparılmış məhkəmə baxışı yuxarıda gətirilən cinayət-mühakimə icraatının prinsiplərinə, digər cinayət-prosessual normalara, Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə və onun tətbiqi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyinə uyğun olmamışdır. Bu səbəbdən apellyasiya məhkəməsinin yekun qərarı ləğv edilməli, apellyasiya şikayətinə onun məzmununa və irəli sürülmüş apellyasiya tələbinin xarakterinə adekvat olan prosedurda – ətraflı məhkəmə istintaqı aparılmaqla təkrarən baxılmalıdır. Məhkəmə kollegiyası onu da qeyd etməyi lazım bilir ki, cinayət-prosessual qanun məhkəmə istintaqının keçirilməməsi barədə əvvəl qəbul edilmiş qərar ləğv edilmədən də məhkəmə baxışının gedişində zərurət yarandığı hallarda (məsələn, CPM-in 400.2.2-ci maddəsinin nəzərdə tutduğu vəziyyətdə) apellyasiya məhkəməsi tərəfindən həmin məsələyə yenidən baxılmasının və məhkəmə istintaqının keçirilməsi barədə qərarın qəbul edilməsinin qarşısını almır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının kassasiya qaydasında ləğv edilməsi əsası kimi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.3-cü maddələrində göstərilən halları nəzərə alır. Həmin normalara əsasən məhkəmə sübutları CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq surətdə tədqiq etmədikdə, cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Eyni zamanda məhkəmə kollegiyası hazırki kassasiya baxışının nəticələrinə görə zərərçəkmiş şəxs Xnun Məhkum azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi ilə bağlı kassasiya şikayətinin təmi n edilməsini mümkünsüz bilir. Odur ki, məhkəmə kollegiyası müdafiəçi Əzimov Rauf Nəriman oğlunun kassasiya şikayətinin təmin edilməsinə, zərərçəkmiş şəxs Xnun kassasiya şikayətinin təmin edilməməsinə dair Məhkum və müdafiəçisinin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, X tərəfindən verilmiş kassasiya şikayəti rədd edilməli, müdafiəçi Rauf Əzimovun kassasiya şikayəti isə qismən təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum barəsində olan 12 iyun 2024-cü il tarixli, 1(105)-295/2024 nömrəli qərarı ləğv edilməli, cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərar a aldı: Zərərçəkmiş şəxs Xnun kassasiya şikayəti təmin edilməsin. Məhkum müdafiəçisi Əzimov Rauf Nəriman oğlu tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 12 iyun 2024-cü il tarixli, 1(105)-295/2024 nömrəli qərarı ləğv edilsin, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar