Məhkəmə qərarları › İş №1(102)-430/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-430/2019

10.04.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-430/2019 10.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Nəsibov Hafiz Qənbər oğlu və Seyfəliyev Əli Səlim oğlundan ibarət tərkibdə, Yusifova Gülnar Azad qızının katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X1, Məhkum və onun müdafiəçisi, Bakı şəhəri 06 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə 12 dekabr 1999-cu ildə Rusiya Federasiyasının Sankt Peterburq şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bərdə rayonu, ************ qeydiyyatda olan, Bakı şəhəri, *** ************************************ da yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 321.1-ci maddəsi ilə məhkum edilməsinə dair Gəncə Apellyasiya Məhkəməsinin 08 oktyabr 2018-ci il tarixli qərarından məhkum və onun müdafiəçisi, Bakı şəhəri 06 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bərdə Rayon Məhkəməsinin 06 iyul 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim M.Ə.Allahverdiyev) Məhkum Azərbaycan Respublikası CM-nin 321.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində CM-nin 70-ci maddəsi tətbiq edilərək 1 (bir) il sınaq müddəti müəyyən edilməklə təyin edilmiş cə zanın şərti hesab edilməsi və sınaq müddətinin əvvəlinin hökm qanuni qüvvəyə mindiyi tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən məhkum və onun müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 08 oktyabr 2018-ci il tarixli qərarı ilə (hakimlər: Ə.G.Abdullayev (sədrlik edən), Ç.B.Məmmədov və N.N.Quliyev) apellyasiya şikayəti təmin edilməmiş, Bərdə Rayon Məhkəməsinin 06 iyul 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum həqiqi hərbi xidmətə çağırış yaşına çatmasına və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası vətəndaşlarının 2018-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağrılması və müddətli həqiqi hərbi xidmət qulluqçularının ehtiyata buraxılması haqqında” 01 dekabr 2017-ci il tarixli 3431 nömrəli Sərəncamına əsasən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsində çağırışa cəlb edilərək ona 05 yanvar 2018ci il tarixdə həqiqi hərbi xidmətə göndərilməsi barədə xəbərdarlıq edilməsinə baxmayaraq, çağırışçı Məhkum Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müvafiq sərəncamı ilə həqiqi hərbi xidmət yeri, yəni təyin olunduğu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına hərbi xidmət keçmək üçün getməyərək qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq məqsədi ilə növbəti hərbi çağırışdan boyun qaçırmışdır. Kassasiya şikayətinin dəlilləri: Məhkum və onun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Gəncə Apellyasiya Məhkəməsinin 08 oktyabr 201 8-ci il tarixli qərarının ləğv edilməsi və Məhkum barəsində olan cinayət işinə bəraətverici əsaslarla xitam verilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifləri qeyd edirlər ki, Məhkum ona istinad edilən cinayətdə təqsirli bilinməsi üçün əsas yoxdur. Belə ki, Məhkum dini əqidəsinə görə hərbi xidmətdən imtina etdiyi üçün həqiqi mülki alternativ xidmət hüququna malikdir. Şikayət müəlliflərinin fikrincə, Azərbaycan Respublikası Konstitusiyasının 76.2ci maddəsi və Azərbaycanın öhdəlik olaraq üzərinə götürdüyü beynəlxalq qanunvericilik Məhkum həmin hüququna zəmanət verir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum və onun müdafiəçisi Müdafiəç i, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Alverdiyevin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinin tələblərinə uyğun olaraq, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin m əhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Yəni bu normanın mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxılması nəticəsində bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya kollegiyası isə müvafiq kassasiya müraciəti olduqda həmin hallarla əlaqədar olaraq cinayət və cinayətprosessual normaların tətbiqinin düzgünlüyünü yoxlaya bilər. Odur ki, məhkumun kassasiya şikayətində irəli sürdüyü apellyasiya instansiyası məhkəməsinin qərarının qeyri-obyektiv sayılması və ədalətli qərarın çıxarılması haqqında tələblərinin əsaslılığını yoxlayarkən məhkəmə kollegiyası faktiki halların kassasiya şikayətində əksini tapmış təsvirini deyil, iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş sayılan faktiki halları rəhbər tutacaqdır. Verilmiş şikayətdə məhkumun əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsi mübahisə edilir. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası bildirir ki, “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətl əri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən Məhkum əməlləri mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla yəni şahidlərin ifadələri və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozu lmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgü n istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırki qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Bərdə Rayon Şöbəsinin 16 yanvar 2018-ci il tarixli 38 saylı məktubundan görünür ki, Bərdə rayon Kətəlpapaq kənd sakini 12.12.1999-cu il təvəllüdlü Məhkum 06.12.2017-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Bərdə Rayon Şöbəsinin çağırış komissiyası tərəfindən tibbi müayinədən keçirilmiş və komissiyanın qərarı ilə həqiqi hərbi xidmətə yararlı hesab edilmişdir. Çağırışçı Məhkum öyrənilmə zamanı hər hansı dini təriqətə meylli olduğunu bildirməmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağı rış Üzrə Dövlət Xidməti rəisinin müvafiq sərəncamı ilə Məhkum Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət etməsi üçün təyin edilmiş, çağırışçı həqiqi hərbi xidmətə yola salınması üçün 05.01.2018-ci il tarixdə şöbəyə dəvət olunmuşdur. Bu zaman o, «Y8 şahidi» olduğunu bildirmiş, bu barədə ərizə və «Y8 şahidi» dini icmasının üzvü olduğunu təsdiq edən arayışı təqdim etmiş və dini baxışlarını əsas gətirərək həqiqi hərbi xidmətə getməkdən imtina etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinin İİ hissəsinə əsasən vətəndaşların əqidəsi həqiqi hərbi xidmət keçməyə ziddirsə, qanunla müəyyən edilmiş hallarda həqiqi hərbi xidmətin alternativ xidmətlə əvəz olunmasına yol verilir. Həmin normanın həm məzmunundan, həm də mənasından görünür ki, bu norma imperativ norma deyil və həqiqi hərbi xidmətin alternativ xidmətlə əvəz olunması məhz qanunla müəyyən olunmuş hallarla əlaqələndirilir. Qanunla müəyyən edilmiş hallar dedikdə alternativ hərbi xidmət keçmə barədə qanunun müəyyən etdiyi hallar nəzərdə tutulur. Hazırda isə Azərbaycan Respublikasında belə bir qanun qəbul edilməmişdir. Yəni alternativ hərbi xidmət keçmənin hüquqi əsasları və qaydaları müəyyən olunmamışdır. Konstitusiyanın 76-cı maddəsinin İ hissəsində göstərilmişdir ki, vətəni müdafiə etmək hər bir vətəndaşın borcudur. Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər. Hərbi vəzifə və hərbi xidmət haqqında Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsində göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinin İ hissəsinə uyğun ol araq Vətəni müdafiə hər bir vətəndaşın borcudur. Azərbaycan Respublikasının 18 yaşına çatmış və sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı hər bir kişi cinsli vətəndaşı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə bu Qanunla müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmət keçməlidir. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanunun 4-cü maddəsinə əsasən hər kəs dini mənsubiyyətindən asılı olmayaraq qanun və məhkəmə qarşısında bərabərdir. Şəxsin dini mənsubiyyətinin rəsmi sənədlərdə göstərilməsinə yalnız onun arzusu ilə yol verilir. Öz dini əqidəsinə görə heç kəs qanunla müəyyən edilmiş vəzifələrin icrasından imtina edə və ya boyun qaçıra bilməz. Bir vəzifənin icrasının dini əqidəyə görə digər vəzifənin icrası ilə əvəz edilməsinə yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda yol verilir. Göründüyü kimi, hərbi xidmət ümumi vəzifə sayılır və hərbi xidmətdən imtina müəyyən əqidələrə əsaslansa da, həmin əqidələrin ifadəsinin əsas və ayrılmaz tərkib hissəsi deyil. Bu baxımdan məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, Məhkum öz əqidəsinə görə həqiqi hərbi xidmətə getməkdən imtina etməsinin hər hansı bir hüquqi əsası yoxdur. Vətəni müdafiə etmək Azərbaycan Respublikasının hər bir vətəndaşı kimi Məhkum də borcudur. Belə ki, Məhkum elan edilmiş ittihamda özünü təqsirli bilməsə də, iş materiallarına əlavə edilmiş, şahidlər X6, X4 və X5 ifadələri, habelə toplanmış digər sübutlarla məhkumun təqsiri tam sübuta yetirilm işdir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum cinayət əməli iş materialları ilə tam sübuta yetirilir. Məhkumun heç bir cinayət törətməməsi barədə kassasiya şikayətində əks edilmiş mövqe isə həqiqəti əks etdirmir və məhkumun cinayət məsuliyyətindən azad edilməsi məqsədi daşıyır. Həmçinin, məhkəmə kollegiyası hesab edir ki, bu cinayət işində qanunla nəzərdə tutulmuş bəraətin əsasları, yəni Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində göstərilən əsaslar mövcud olmadığından məhkuma bəraət verilməsi məqsədə müvafiq deyildir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi Məhkum cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 9, 41.2, 58.1 və 58.3-cü maddələrinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını düzgün müəyyən etmiş, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin etmişdir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, Məhkum elan olunmuş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxan birinci apellyasiya instansiyası məhkəmələri Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkumun ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqqında mötəbər nəticəyə gəlmək üçün qanuni üsullarla kifayət qədər sübutlar t oplamış, həmin sübutlar ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış və apellyasiya instansiya məhkəməsi onların hər birini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul etmişdir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin 08 oktyabr 2018-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun ləğv edi lməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayətin təmin edilmədən, həmin qərarın isə dəyişiklik edilmədən saxlanılması mümkündür. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin 08 oktyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar