Məhkəmə qərarları › İş №1(102)-430/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-430/2020

11.03.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-430/2020 11.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Seyfəliyev Əli Səlim oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X6, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Atakişiyev Süleyman Atif oğlunun, Məhkum müdafiəçisi – X80nun vəkili Müdafiəçi iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 iyul 2019-c u il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 yanvar 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim R.V.Salmanov, hakimlər M.A.Bayramov və S.İ.Əliyevdən ibarət məhkəmə tərkibi) Məhkum (xx xxxxxx 1980-cı ildə ünvan2ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan3ndə qeydiyyatda olan, ünvan 1 ünvanında yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məhkum cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməs i, cəzaçəkmə müddətinin 21 iyun 2018-ci il tarixdən hesablanması, mülki iddiaçılar X3 və Zərərçəkmiş şəxs2 mülki iddialarının qismən təmin edilməsi, Məhkum 62.911,10 manat məbləğində pulun X3un xeyrinə, 10.700 manat məbləğində pulun Zərərçəkmiş şəxs2 xeyrinə tutulması, mülki iddiaların mənəvi zərərin əvəzinin tutulmasına dair hissələrdə təmin edilməməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 iyul 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim H.H.Əhmədov, hakimlər H.Ç.Məmmədov və İ.M.Murquzovdan ibarət məhkəmə tərkibi) Məhkum müdafiəçisi X4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 yanvar 2019cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Koll egiyasının 01 iyul 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti vermişdir. İşin halları: Hökmə əsasən Məhkum etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxslərə xeyli və külli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Belə ki, o, ünvan5ndə zərgər işlədiyi vaxt tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə aralarında tanışlıq münasibəti olan Zərərçəkmiş şəxs2 pul verdiyi halda qızıl-ziynət əşyaları alıb sataraq ona da qazanc verəcəyinə dair yalan vəd verib aldatmaqla ondan ünvan6 ünvanında yerləşən ünvan5ndə 30.05.2016-cı il tarixdə 15.000 ABŞ dolları və 2-3 gün sonra yenə həmin ünvanda eyni məqsədlə yenidən 15.000 ABŞ dolları məbləğind ə pul alıb sonradan 16.850 ABŞ dolları qaytarmaqla etibarından sui-istifadə edib qalan Azərbaycan manatına məzənnəsi ilə 19.638,20 manat təşkil edən 13.150 ABŞ dolları məbləğində pulu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərərk şəxsi ehtiyaclarına xərcləyib Zərərçəkmiş şəxs2 cəmi 19.638,20 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən ünvan5ndə zərgər işlədiyi vaxt tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə aralarında yaxınlıq münasibəti olan X1 pulunu qısa müddət ərzində ödəməklə ona da qazanc verəcəyinə dair yalan vəd verib aldatmaqla ondan ünvan6 ünvanında yerləşən ünvan5ndə 2016-cı ilin oktyabr-noyabr ayları ərzində hissə-hissə olaraq Azərbaycan manatına məzənnəsi i lə 46.759 manat təşkil edən 27.000 ABŞ dolları dəyərində 900 qram çəkidə 585 əyarlı, Azərbaycan manatına məzənnəsi ilə 17.318 manat təşkil edən 10.000 ABŞ dolları dəyərində 750 və 585 əyarlı müxtəlif modelli qızıl sırğa-üzük, sep, bilərzik, kulondan ibarət qızıl-ziynət əşyalarını alıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərərk zərərçəkmiş şəxs X3a cəmi 64.077 manat məbləğində külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən ünvan5ndə zərgər işlədiyi vaxt tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə aralarında tanışlıq munasibəti olan Zərərçəkmiş şəxs1 satıb pulunu 10 gün ərzində verəcəyinə dair yalan vəd verib aldatmaqla ondan 17.07.2017-ci il tarixdə saat 11 radələrində ünvan6 ünvanında yerləşən ünvan5ndə ümumi dəyəri 5.850 manat təşkil edən 750 əyarlı 29,6 qram çəkidə qızıl qolbağını, 750 əyarlı 33,9 qram çəkidə sepi, 750 əyarlı 10,6 qram çəkidə qızıl qolbağını, 583 əyarlı 28,8 qram çəkidə sepi və 583 əyarlı 25,0 qram çəkidə sepi alıb ələ keçirərək Zərərçəkmiş şəxs1 cəmi 5.850 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən cinayət-prosessual qanunun sübutlar və sübutetməyə dair normalarının tələbləri pozulmuş, o cümlədən ibtidai istintaq zamanı yol verilmiş çoxsaylı qanun pozuntularına, müxtəlif materiallar arasında olan ziddiyyətlərə, təqsirləndirilən şəxsin ittihamdan müdafiə olunmaq hüququna əməl edilməməsinə (ittiham elan edilənə qədər Məhkum şahid qsimində dindirilməsinə, CM-in 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar çıxarıldığı gün ibtidai istintaqın başa çatdırılmasına) əhəmiyyət verilməmiş, nəticədə Məhkum əməlində cinayət tərkibi olmadığı (yəni zərərçəkmiş şəxsləri aldatmaq, etibarlarından sui-istifadə etmək yolu ilə əvəzsiz olaraq onların əmlakını ələ keçirmək niyyətində olmadığı, əksinə aralarında ticari, mülkihüquqi xarakterli münasibətlər olduğu), təqsirliliyi sübutlarla təsdiq olunmadığı halda, cinayət təqibi orqanı tərəfindən tərtib olunmuş əsassız ittiham aktına müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinmişdir. Kassasiya şikayətinin digər dəlilləri isə odur ki, Məhkum zərərçəkmiş şəxs X 3a qarşı vahid niyyətlə əhatə olunan dələduzluq cinayətini törətməsi heç bir sübutla təsdiq olunasa da, o, vahid niyyətlə X3un 64.077 manat dəyərində qızıl-zinət əşyalarını ələ keçirib zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmağa görə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum olunmuş, eləcə də ittiham aktında onun zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 vurulmuş ziyanı ödəməsi cəzanı yüngülləşdirən hallar kimi eyd olunmamışdır. Müdafiəçi kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 416.0.1-416.0.3, 416.0.6, 416.0.9, 416.0.11-ci maddələrində göstərilən halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 iyul 2019-cu il tarixli qərarının ləğv edil məsini, Məhkum barəsində cinayət işi üzrə icraata onun təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə xitam verilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə y oxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum müdafiəçisi – Müdafiəçi kassasiya şikayətində məhkəmələr tərəfindən cinayət-prosessual qanunun sübutalr və sübutetməyə dair normalarının tələblərinin pozulduğunu, nəticədə Məhkumlə zərərçəkmiş qismində tanınmış şəxslər arasında mülkihüquqi xarakterli münasibətlər olduğu, yəni hərəkətlərində dələduzluq cinayətinin əlamətləri müəyyən olunmadığ ı və təqsirliliyi sübuta yetirilmədiyi halda, əsassız və qanunsuz olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilindiyini iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və cinayət işi üzrə icraata bərəətverici əsasla xitam verilməsi haqqında kassasiya tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.0.1-416.0.3, 416.0.6, 416.0.9, 416.0.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əsaslandırmışdır. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 0 1 iyul 2019-cu il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə 1) Zərərçəkmiş şəxs2 aldığı 30.000 ABŞ dolları məbləğində puldan 16.850 ABŞ dolları qaytarıb Azərbaycan manatı ilə 19.638,20 manat təşkil edən 13.150 ABŞ dolları məbləğində pulu vahid niyyətlə ələ keçirməklə (xeyli miqdarda ziyan vurmaqla); 2) zərərçəkmiş şəxs X3 cəmi 64.077 manat (37 ABŞ dolları) dəyərində müxtəlif modelli qızıl sırğa-üzük, “sep”, bilərzik, “kulon”dan ibarət qızıl-ziynət əşyalarını satıb pulunu qaytarmaq adı ilə alıb vahid niyyətlə təkrarən ələ keçirərək külli miqdarda ziyan vurmaqla”; 3) zərərçəkmiş Zərərçəkmiş şəxs1 cəmi 5.850 manat məbləğində qızıl-zinət əşyalarını ələ keçirib Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməsi barədə ittiham irəli sürülmüş, birinci instansiya məhkəməsi Məhkum ittihamda göstərilən həmin əməlləri törətməkdə təqsirli bilmiş, bununla apellyasiya instansiyası məhkəməsi də razılaşmışdır. Dələduzluq cinayətinin əsas tərkibini nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin dispozisiyasına görə dələduzluq şəxsin etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirməsi və ya əmlak hüquqlarını əldə etməsidir. Bu müddəaya görə aldatmadan istifadə edən, etibardan sui-istifadə edən şəxsin qəsdi birbaşa və məhz həmin üsulların köməkliyi ilə əvəzsiz olaraq əmlakın ələ keçirilməsinə, əmlak hüquqlarının əldə edilməsin ə yönəlməlidir. Başqa sözlə, dələduzluq cinayətinin subyektiv cəhəti aldatma və etibardan suiistifadə etməklə özgə əmlakını ələ keçirən şəxsin əmlakı ələ keçirmək niyyətinin həmin əmlakın ona verilməsinədək mövcud olmasını və buna müvafiq olaraq məqsədinin digər talama cinayətlərində olduğu kimi əmlakın əvəzsiz olaraq ələ keçirilməsinə (mülkiyyətçini, sahiblik edəni əmlakdan məhrum etməyə, özünün və yaxud mənafeyi naminə hərəkət etdiyi üçüncü şəxsin əmlak kütləsini talanmış əmlak hesabına qanunsuz olaraq artırmağa) yönəlməsini ehtiva edir. Bu səbəbdən sözügedən cinayətin obyektiv və subyektiv cəhətlərinə aid olan başqa hallarla yanaşı, birbaşa qəsdlə törədilən cinayətin subyektiv cəhəti üçün xarakterik olub bu cinayət tərkibinin mövcudluğunu şərtləndirən həmin zəruri əlamətlər baxılan iş in sübutetmə predmetini təşkil edirlər. Hazırki işdə Məhkum əməlinə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin (külli miqdarda ziyan vurma kimi cinayəti ağırlaşdıran tövsifedici əlamətin) şamil edilməsini zərərçəkmiş şəxs X3dan müxtəlif vaxtlarda lakin, vahid niyyətlə cəmi 64.077 manat dəyərində qızıl-zinət əşyalarının ələ keçirilməsi şərtləndirdiyindən, digər tövsifedici hallarla yanaşı ələ keçirilmiş əmlakın göstərilən dəyərdə olub külli miqdar təşkil etməsi və bu əməl (eynilə zərərçəkmiş Zərərçəkmiş şəxs2 ilə bağlı olan əməl) üzrə bütün epizodların Məhkum vahid niyyətilə əhatə olunması da baxılan işin sübutetmə predmetinə daxil olan mühüm hallar kimi çıxış edirlər. Odur ki, Məhkum Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə təqsirli bilmək üçün Cinayət Məcəlləsinin 3-cü maddəsinə, Cinay ət-Prosessual Məcəllənin 21-ci maddəsində nəzərdə tutulmuş təqsirsizlik prezumpsiyası prinsipinə, sübutetməyə və məhkəmə hökmünün əsaslılığına dair 139, 143 - 146, 349.5-ci maddələrinin müddəalarına əsasən tələb olunurdu ki, yuxarıda qeyd olunan (cinayət tərkibinin obyektinə və subyektiv cəhətinə aid olub baxılan ittiham üzrə sübutetmə predmetini təşkil edən) halların mövcudluğu barədə nəticələr belə qənaətə gəlmək üçün kifayət edən, cinayət-prosessual qanunun 125-ci maddəsinin, digər prosessual normaların müddəalrına uyğun şəkildə əldə olunmuş mümkün və mötəbər sübutların məcmusu ilə təsdiq olunsun. Belə ki, cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamə tlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. CPM-in 21.2-ci maddəsinə görə cinayət-prosessual qanunun nəzərdə tutduğu prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsini n baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və bu əməlin törədilməsində şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət-Prosessual Məcəllənin 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (maddə 145.3). Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Bu normalarla müqayisə etməklə birinci instansiya məhkəməsinin hökmünü və apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarını yoxladıqda, həmin yekun məhkəmə aktlarının, o cümlədən sübutetmə predmetinə daxil olan yuxarıda qeyd olunan halların sübuta yetirilməsinə dair nəticələrin təsvir edilən cinayət-prosessual normaların tələblərinə, xüsusilə də Cinayət-Prosessual Məcəllənin 143-146-cı maddələrində nəzərdə tutulmuş sübutların tədqiqi qaydalarına, eləcə də CPM-in 349.5-ci maddəsində təsbit olunmuş məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanması, bu sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət edən ol ması, məhkəmənin müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlarla uyğunluq təşkil etməsi barədə tələblərə cavab vermədiyi müəyyən olunur. Belə ki, Məhkum ifadələrində zərərçəkmiş şəxslərdən pul və yaxud nisyə qızıl-zinət əşyalarını götürərkən heç bir halda pulu qaytarmamaq və yaxud satdığı qızıl-zinət əşyalarının dəyərini ödəməmək niyyətində olmadığını, bəzi hallarda ödənişlərin geçikməsinin qarşılaşdığı maliyyə çətinliklərindən irəi gəldiyini göstərmişdir. O, həmçinin göstərmişdir ki, aralarında olan işgüzar əlaqələrin nəticələrinə görə onun X3a deyil, sonuncunun ona borcu yaranmışdır. Yalnız təqsirləndirilən şəxs Məhkum deyil, şahidlərin, hətta zərərçəkmiş şəxslərin özlərinin ifadələrindən belə görünür ki, Məhkumlə zərərçəkmiş şəxslər arasında onların ünvan5ndə birlikdə işləmələrind ən irəli gələn işgüzar münasibətlər olmuş, Məhkum Zərərçəkmiş şəxs2 bir neçə dəfə fəaliyyətini təmin etmək üçün pul götürmüş, habelə X3dan və Zərərçəkmiş şəxs1 dəfələrlə qızıl-zinət əşyaları alıb satmış və satdığı əşyaların dəyərini əvvəllər ödəmişdir. Məhkum Zərərçəkmiş şəxs2 ilə bağlı olan cinayət əməlinin ittihamda və məhkəmə aktlarında əksini tapmış təsvirindən belə görünür ki, Məhkum ondan götürdüyü, ümumilkdə 30.000 ABŞ dolları məbləğində pulun yarısından çox hissəsini - 16.850 ABŞ dollarını Zərərçəkmiş şəxs2 qaytarmışdır (Zərərçəkmiş şəxs2 ifadəsinə əsasən bundan əlavə borcun əvəzi kimi Məhkum ona 12.500 ABŞ dolları dəyərində olduğunu iddia etdiyi, lakin Zərərçəkmiş şəxs2 fikrincə daha aşağı qiymətə olan 10 ədəd brilyant qaşlı üzükləri vermişdir). Qeyd olunan (baxılmış sübutlardan i rəli gələn) halların fonunda cinayət təqibi orqanının və onunla razılaşan məhkəmələrin nəyə əsasən Məhkum verdiyi məlumatların, o cümlədən zərərçəkmiş şəxslərdən ittihamda qeyd oluan əmlakları görürərkən onda həmin predmetləri əvəzsiz olaraq ələ keçirmək niyyətinin olmaması, ümumiyyətlə belə məqsəd güdməməsi barədə iddiasının kifayət qədər təkzib olunması haqqında nəticəyə gəlmişlər – bu kassasiya şikayətinin müəllifinə aydın olmadığı kimi, məhkəmə kollegiyasına da aydın deyil. Bundan başqa, hökmdə və apellyasiya instansiyası məhkəməsində X3dan götürülmüş qızıl-zinət əşyalarının dəyərinin ümumilikdə 64.077 manat (37 ABŞ dolları), yəni külli miqdar təşkil etməsi barədə nəticənin də müvafiq sübutlardan hasil olunduğu görünmür. Çünki, qeyd olunan ümumi məbləğin 64.077 manat təşkil etməsi o ha lda mötəbər sayıla bilər ki, onu təşkil edən ayrı-ayrı əşyalar və onların dəyəri bəlli olsun. Ancaq belə olduqda, hər bir predmetin dəyərini toplamaqla yekunda alınmış rəqəmlə ittihamda göstərilən (əməlin Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə tövsifini şərtləndirən) 64.077 rəqəmini müqayisə etmək və beləliklə, sonuncunun (müvafiq olaraq da vurulmuş ziyanın “külli miqdar” olması haqqında nəticənin) düzgün olub-olmaması haqqında fikir yürütmək olar. Lakin, ittihamda və məhkəmə aktlarında verilmiş cinayətin təsvirində X3dan götürülmüş qızıl-zinət əşyaları ümumi şəkildə qeyd edilməklə, hər bir əşyanın konkret göstəriciləri, o cümlədən sayı, çəkisi və dəyəri əks etdirilməmişdir. Birinci instansiya məhkəməsində baxılmış (hökmdə və apellyasiya instansiyası məhkəməsinin yekun qərarında gös tərilən) materiallar sırasında da bu əşyaların sayı, çəkisi və dəyəri də daxil olmaqla, digər əlamətləri barədə lazımi məlumatları əks etdirən sübutlara rast gəlinmir. Məhkum sözügedən cinayətin elə ilk epizodundan niyyətinin məhz ümumilikdə 64.077 manat dəyərində əşyaların ələ keçirilməsinə yönəlməsi, yəni bu cinayəti təşkil edən bütün epizodların onda əvvəlcədən formalaşmış - vahid niyyətlə əhatə olunması barədə nəticə də, bunu təsdiq edən sübutlarla əsaslandırılmadığından, əsası olmayan mülahizə - ehtimal kimi görsənir. Təsvir olunanlardan görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri Məhkum qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə yekun nəticəyə gələrkən həmin ittihama hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edən sübutları lazımınca tədqiq etməyib Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144, 145 və 146-cı maddələrinin tələblərini pozmaqla məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini tələb edən cinayət-prosessual qanunun 416.0.2-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol vermişlər. Sübutetmə qaydalarının pozuntuları ilə əldə olunmuş Məhkum şərh edilən əməllərində dələduzluq cinayətinin tərkibinin olması və həmin əməllərə görə onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinməsi barədə nəticələr isə mötəbər sayıla bilməz. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair məhkumun müdafiəçisi Müdafiəçi və kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını din ləyib, şərh edilən əsaslara görə hesab edir ki, Müdafiəçi kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 01 iyul 2019-cu il tarixli qərarı ləğv edilməli, cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 01 iyul 2019-cu il tarixli qərarı ləğv edilsin, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar