Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-430/2023 02.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Yusifov Şahin Yaşar oğlundan oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması b arədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 mart 2022-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ:
1. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (sədrlik edən hakim Mürsəlov Rufan Kamil oğlu) 19 yanvar 2022-ci il tarixli hökmü ilə 26 avqust 1982-ci il tarixdə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər Abşeron Rayon Məhkəməsinin 1(012)-442/2020 saylı, 14 sentyabr 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun üzərində qəti olaraq 02 i l 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli qərarına əsasən Abşeron Rayon Məhkəməsinin 14 sentyabr 2020-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası “8 Noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndi tətbiq edilərək, 05 noyabr 2021-ci il tarixə çəkilməmiş azadlığın məhdudlaşdırılması cəzası 01 il azaldılmış, məhkumluğu ödənilməmiş və götürülməmiş, Ağdam şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əmə lini törətməkdə təqsirli bilinərək 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən ona təyin olunmuş hazırkı cəzanın, Abşeron Rayon Məhkəməsinin 14 sentyabr 2020-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş qalmış 01 il 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən (azadlıqdan məhrumetmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla 06 ay 12 gün müddət) qismən birləşdirilməsi və ona qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, cəzasının əvvəlinin 16 iyul 2021-ci il t arixdən hesablanması, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi, barəsində məcburi müalicə təyin edilməsi və ərazi narkoloji dispanserdə qeydiyyata alınması, iş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 1,397 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi, iş üzrə 91,76 (doxsan bir manat yetmiş altı qəpik) manat ekspertiza xərcinin Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməsi, iş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD diskin cinayət işində saxlanılması hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Babayev Zəki Baba oğlu (sədrlik edən və məruzəçi), İbrahimli İbrahim Adil oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə) 01 mart 2022-ci il tar ixli qərarı ilə məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-11/2022 saylı, 19 yanvar 2022-ci il tarixli hökmü məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları:
2. Məhkəmənin hökmünə əsasən istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs оğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham verilmiş və birinci instansiya məhkəməsinin hökmünə əsasən, həmin maddə ilə təqsirli bilinərək məhkum edilmişdir оna görə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mən bədən satış məqsədi ilə qanunsuz olaraq 03 (üç) ədəd bükümdə psixotrop maddə hesab edilən metamfetamin əldə edib üzərində saxlayaraq daşımış, 16 iyul 2021-ci il tarixdə Bakı şəhəri, Qaradağ RPİ-nin CAŞ, NMB və 10-cu PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saat 19:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Məcburi köçkünlər şəhərciyi ərazisində “Tur” marketin qarşısında saxlanılaraq Bakı şəhəri, Qaradağ RPİ-nin inzibati binasına gətirilərək həmin gün saat 20:50 radələrində dəvət olunmuş müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 03 (üç) ədəd siqaretin gümüşü rəngli kağızından olan bükülülərdə hər biri 0,671, 0,329 və 0,547 qram olmaqla, ümumi təmiz çəkisi 1,547 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilib, sənədləşdirilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətində göstərmişdir ki, Qaradağ Rayon Məhkəməsinin barəsində çıxartdığ hökm əsassız və qanunsuzdur. Belə ki, hökm o halda əsaslı hesab edilə bilərdi ki, məhkəmənin gəldiyi nəticə məhkəmə istintaqında cinayət təqibi üzrə tədqiq edilmiş dəlil və sübutlara əsaslansın və həmin nəticə bu dəlil və sübutlara uyğun gəlsin. Lakin, məhkəmələr ona ibtidai istintaqın vermiş olduğu saxta ittihamı onun dəlil və sübutlarını məhkəmə istintaqında tam, hərtərəfli və obyektiv yoxlamamış, təhlil etməmiş, dəlil və sübutları bir biri ilə müqayisə etməmiş barəsində həqiqəti əks etdirməyən hökm və qərar çıxarılmışdır. Eyni zamanda hər iki məhk əmə instansiya tərəfindən ibtidai istintaqda cinayət təqibi üzrə toplanmış dəlil və sübutların məcmusunun ittiham həlli üçün kifayət edib-etməməsi düzgün qiymətləndirilməmişdir. Belə ki hər iki instansiya məhkəməsi CPM-nin 144, 145 və 549.2-ci maddələrinin tələblərini kobud şəkildə pozmuşdur. Bundan başqa birinci instansiya məhkəməsində dövlət hesabına vəkillə təmin olunsa da, müdafiə hüquqları da pozulmuşdur. Məhkum kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 mart 2022-ci il tarixli qərarının ləğv edilməklə, ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər:
3. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə məhkumun, kassasiya şikayətinin təmin ol unmaması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir.
4. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsin də kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir.
5. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz.
6. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir.
7. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
8. Məhkəmə kollegiyası məhkumun kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
9. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddə sinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. 10. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur...
11. Azərbay can Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi)
12. Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsasl arını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır.
13. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir.
14. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya məhkəməsi Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinməsi barədə yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiym ətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd edilməsi qənaətindədir.
15. Cinayət işi üzrə toplanmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən apellyasiya məhkəməsi hesab etmişdir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan edilmiş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxmış birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər bir inin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir.
16. Apellyasiya Məhkəməsinin qeyd olunan mövqeyi ilə bağlı məhkəmə kollegiyası qeyd edir:
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04” mart 2011 -ci il tarixli qərarın 4-cü bəndinə əsasən Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi al ınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir.
18. Cinayət Məcəlləsinin 234.2-ci maddəsində satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur.
19. Qeyd edilən maddədə göstərilən cinayət əməlləri alternativ tərkiblidir. Cinayət Məcəlləsində alternativ əlamətli obyektiv cəhətə malik xeyli sayd a cinayət tərkibi vardır. Alternativ əlamətli cinayət tərkibinin xüsusiyyəti ondan ibarətdir ki, belə cinayətin başa çatmış hesab edilməsi üçün müvafiq maddədə nəzərdə tutulmuş alternativ hərəkətlərdən birinin və ya bir neçəsinin törədilməsi kifayətdir. Bu hərəkətlərdən hətta birinin başa çatması artıq cinayətin törədilməsi kimi qiymətləndirilir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 18 sentyabr tarixli Qərarı).
20. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, p sixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il tarixli qərarının 8-ci bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına Qanunun 1.0.11-ci maddəsində şərh verilmişdir.Məhkəmələrə izah edilsin ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür.
21. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 iyul 2021-ci il tarixli 6/2914 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Vət Təqsirləndirilən şəxs aşkar edilərək gö türülmüş” sözlər və imzalar olan bir ədəd zərfdəki 3 (üç) ədəd gümüşü rəngli kağızı bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.671 qram, 0.329 qram, 0.547 qram, ümumi təmiz çəkisi 1.547 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: metamfetaminin ümumi təmiz çəkisi 1,547 qram, cəmi tədqiqata sərf edildi 0,15 qram (hər ob.0,05 qr), qalıq 1,397 qram. Ekspertiza tədqiqatının dəyəri 91,76 (doxsan bir manat yetmiş altı qəpik) manat təşkil edir.
22. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Res publika Narkoloji Mərkəzi Publik Hüquqi Şəxsi Ambulator Məcburi-Narkoloji Tibbi Yoxlamanın 09 avqust 2021-ci il tarixli, 2776 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və və psixotrop maddə olan metamfetaminin birgə qəbul edilməsi nəticəsində ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.
23. Cinayət işinin materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilərkən o, könüllü olaraq əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 03 ədəd siqaretin gümüşü kağızından olan bükümlər çıxarıb masanın üzər inə qoymuş, həmin bükümlərin içərisinə baxış keçirilərkən Təqsirləndirilən şəxs həmin maddələrin “şüşə” adlanan psixotrop maddə metamfetamin olmasını və həmin psixotrop maddələri Yasamal rayonu ərazisində, Asan Xidmətin arxasında tanımadığı şəxsdən aldığını bildirməsi müəyyən edilmişdir.
24. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən, hökmün və qərarın surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayon Məhkəməsinin 14 sentyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən onun üzərində qəti olaraq 02 il 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Qaradağ rayon Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Abşeron rayon Məhkəməsinin 14 sentyabr 2020-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası “8 Noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndi tətbiq edilərək, 05 noyabr 2021ci il tarixə çəkilməmiş azadlığın məhdudlaşdırılması cəzası 01 il azaldılmışdır
25. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs üzərindən satış məqsədi ilə saxladığı narkotik vasitə aşkar olunması, həmçinin “Whatsapp” ani mesajlaşma proqramında adı “Valeh” kimi qeyd olunmuş ***-***-**-** mobil nömrənin istifadəçisi və adı qeyd edilməmiş ***-***-**-** mobil nömrənin istifadəçiləri ilə 15 iyul 2021-ci il və 16 iyul 2021-ci il tarixlərdə narkotik vasitələrin alqı-satqısı mövzusunda mesajlaşmalar müəyyən edilmişdir. Həmin mesajlardan görünür ki, adı “Valeh” kimi qeyd olunmuş 070- ***-**-** mobil nömrənin istifadəçisi və adı qeyd edilməmiş ***-***-**-** mobil nömrənin istifadəçisi Təqsirləndirilən şəxs onlara psixotrop maddə və ya narkotik vasitə təşkil etməsini xahiş edirlər və Təqsirləndirilən şəxs həmin şəxslərə köməklik etmək məqsədilə narkotik vasitə tapacağını vəd edərək görüş yeri təyin etməsi barədə vəd verməyi ilə öz təsdiqini tapmışdır.
26. Belə ki, «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 25-ci bəndində qeyd olunur ki, təqsirləndirilən şəxs məhkəməyə dək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə mə hkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər.
27. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəza rəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır.
28. Apellyasiya instansiya məhkəməsi işdə toplanmış hüquqi sənədləri, ekspert rəylərini, təqsirləndirilən şəxsin, eləcə də şahidlərin ifadələrini tədqiq edib onlar əsasında müəyyən edilmiş hallara qiymət verərək haqlı olaraq belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir.
29. Beləliklə, kassasiya məhkəmə kollegiyası cinayət işi üzrə müəyyən edilmiş hallara və iş üzrə toplanmış sübutların müqayisəli təhlilinə əsasən qeyd edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli olması cinayət işi üzrə Azərb aycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş - şahidlərin ifadələri, ekspert rəyləri və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlini törətməsi məhkəmələr tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, birbiri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Belə ki, məhkəmələr tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş; hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm çı xarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, sübutlar CPMin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymətləndirilərək məhkumun cinayət əməlini törətməsi barədə işin faktiki hallarına uygun nəticəyə gəlmiş, onun əməlini CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif etmiş, habelə işə baxılarkən cinayət və cinayətprosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Kassasiya şikayətində iddia olunanların əksinə olaraq həmin dəlillər apellyasiya şikayətinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə haqli olaraq razılaşmışdır.
30. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir;
31. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə baxışı mərhələlərində cinayət və cinayət-prosessual qanunvericiliyin, Təqsirləndirilən şəxs müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir.
32. Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya M əhkəməsinin Cinayət kollegiyasının 01 mart 2022-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir.
33. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 mart 2022-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin.