Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-431/2023 23.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının və Zərərçəkmiş şəxs Manaf oğlunun iştirakları ilə, Bakı Şəhər Nizami Rayon Məhkəməsinin 08 iyun 2022-ci il tarixli hökmünə əsasən Təqsi rləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 sentyabr 2022-ci il tarixli qərarından Zərərçəkmiş şəxs Manaf oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ:
1. Bakı Şəhər Nizami Rayon Məhkəməsinin (sədrlik edən hakim: Mehdiyev Nəriman Hüseynqulu oğlu) 08 iyun 2022-ci il tarixli hökmü ilə xx xxxx 1964-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzə rdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələrinin qoyulması,Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsinin yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilməsi, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcının cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması,Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Əhmədov Həsən Hüseyn oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədov Habil Çingiz oğlu və Səfərəliyev Altay Eldəniz oğlundan ibarət tərkibdə) 08 sentyabr 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmişdir. İş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 08 iyun 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 sentyabr 2022-ci il tarixli qərarından Zərərçəkmiş şəxs Manaf oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları:
2. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs haqqında ittiham hökmü çıxararkən belə nəticəyə gəlmişdir ki,Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, o, cavabdeh kimi ondan 12000 ABŞ dolları vəsaitinin (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30,40 manat məbləğində pulun tutularaq Zərərçəkmiş şəxs ödənilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin 13 dekabr 2018-ci il tarixli, 2(103)-13089/2018 saylı qanuni qüvvəyə minmiş qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 05 iyul 2021-ci il tarixli, 3(007)-1894/2021 s aylı qərarına əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 500 manat məbləğində inzibati qaydada cərimə tənbeh növü təyin edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yenidən müddət verilərək dəfələrlə məsuliyyəti elan olunmaqla 10 avqust 2021-ci il və 26 avqust 2021-ci il tarixlərdə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, 17 sentyabr 2021-ci il tarixə kimi qətnamə üzrə borcunu ödəməyərək zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir.Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Kassasiya şikayətinin dəlilləri:
3. Zərərçəkmiş şəxs Manaf oğlu tərəfindən verilmiş kassasiya şikayətində qeyd edilir ki, Bakı Apellyasiya Məhkəməsinin 08 sentyabr 2022-ci il tarixli qərarında güya Təqsirləndirilən şəxs 2 min ABŞ dolları alınaraq Zərərçəkmiş şəxs Manaf oğluna ödənilmişdir və bu səbəbdən zərərçəkmiş şəxsin apellyasiya şikayəti təmin edilməmişdir. Qərarda yazılan bu iddia tamamilə əsassızdır. Belə ki, Təqsirləndirilən şəxs 12 min ABŞ dolları ödəməli olduğu halda, 5 il ərzində ayrı-ayrı vaxtlarda kiçik hissələrlə cəmi 1700 (min yeddi yüz) dollar pul ödənilmiş, o da nəinki ödəməli olduğu məbləğə adekvat deyil, heç 10 faizi belə deyildir.Apellyasiya məhkəməsi tərəfindən təqdirləndirilən şəxsə ödəniş etməsi üçün 2 aya möhlət verilməsinə baxmayaraq təqsirləndirilən şəxs məhkəmə qətnaməsi icra etməkdən yayınmış və ödəniş etməyəcəyini açıq bəyan etmişdir və ödənişlə bağlı heç bir öhdəlik də götürməmişdir. Bundan başqa Zərərçəkmiş şəxs Manaf oğlunun yazılı və şifahi tələblərinə məhəl qoymayaraq (təqsirləndirilən şəxsin imkanlı olduğunu və məhkəmə qətnaməsini qərəzli olaraq icra etmədiyini sübuta yetirmək üçün) onun məzilinə məhkəmə baxışı keçirilməsini təmin etməmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs 5 ildir ki, qərəzli şəkildə məhkəmı qətnaməsini icra etmir və etməyəcəyini aşkar şəkildə bəyan edir, ayrı-ayrı vaxtlarda 2 dəfə İXM-in 528.1-ci maddəsi ilə 500 AZN cə rimə olunub (onu da ödəməyib), müxtəlif vaxtlarda İcra şöbəsinə dəfələrlə polis vasitəsilə gətirilmişdir.İcra prosesində 3 ədəd minik avtomobilini və 1 həyət evini ğz adından çıxarıb sataraq əldə edib, amma Zərərçəkmiş şəxs pulunu qaytarmayaraq qətnamənin icrasından boyun qaçırmışdır. Bütün bunlar istintaq araşdırmasında tam sübuta yetirilmiş, qərar verilmiş və ittiham aktındada qeyd olunmuşdur. Belə yüngül cəzalarla təqsirləndirlən şəxsin islah olunmayacağı konkret dəlillərlə sübuta yetirilmişkən ona təkrar yenə yüngül cəza təyin ediməsi ədalət prinsiminə ziddir. Yuxarıd qeyd olunanları nəzərə alaraq, Zərərçəkmiş şəxs Manaf oğlu tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1462/2022 saylı 08 sentyabr 2022-ci il tarixli qərarını ləğv edərək Təqsirləndirilə n şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan 3 il azadlıqdan məhrum etmə cəzasının tətbiq olunması xahiş edilir. Hüquqi məsələlər:
4. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
5. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CinayətProsessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
6. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
7. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-nin 4 16-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.
8. Zərərçəkmiş şəxs Manaf oğlu tərəfindən verilmiş kassasiya şikayətində məhkum Təqsirləndirilən şəxsna ağır cəza təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Zərərçəkmiş şəxs məhkum Təqsirləndirilən şəxs barəsində ağır cəza təyin edilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.
9. Odur ki, kollegiya məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsin in tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 sentyabr 2022-ci il tarixli, 1(102)-1462/2021 nömrəli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
10. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidi r. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (bax, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2004-cü il tarixli, “Azərbayca n Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli qərarları).
11. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətmək də təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
12. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində də göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.
13. Cəzanın məqsədini təsbit edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
14. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür k i, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayəthüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədi lməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.
15. Məhkəmə kollegiyası məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs cəzа təyin edilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşır və hesab edir ki, apellyasiya instansiya məhkəməsi məhkəmələrin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Apellyasiya instansiya məhkəməsi məhkum Təqsirləndirilən şəxs.yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ilk dəfə cinəyət törədərək məsuliyyətə cəlb olunmasını, zərərçəkmiş şəxsə qismən ödəniş etməsini, cəzasını ağırlaşdıran halların olmamasını qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respub likası CM-nin 8, 41.2, 58.3, 59 və 61-ci maddələrinin tələblərinə tam riayət etmişdir. Məhkəmə kollegiyası məhkum barəsində daha yüngül cəzanın təyin edilməsi üçün əsas müəyyən etmir.
16. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPMnin 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş və haqlı olaraq birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi barədə qərar qəbul edilmişdir. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmə diyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
17. Odur ki, məhkəmə kollegiyası tərəflərin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 sentyabr 2022-ci il tarixli, 1(103)-1462/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
18. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 0 8 sentyabr 2022-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxs Manaf oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin.