Məhkəmə qərarları › İş №1(102)-431/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-431/2025

19.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-431/2025 19.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X1 iştirakı ilə, X3 Azərbaycan Respublikası CM-in 147.2 və 148-ci maddələri ilə bəraət verilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 13 avqust tarixli, 1(103)-1645/2024 nömrəli qərarından xüsusi ittihamçı X2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq mə hkəmə iclasında mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin (X8) 29 may 2024-cü il tarixli, 1(005)221/2024 nömrəli hökmü ilə, xx.xx.1992-ci il tarixdə Zərdab rayonu, Çallı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, “Qafqazinfo.az” saytında işləyən, Zərdab rayonu, Çallı kəndində qeydiyyatda olan, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə verilmiş ittiham üzrə bəraət verilmişdir. Həmin hökmdən narazı qalan xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2 apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X6 (sədrlik edən və məruzəçi), Həsən Əhmədov və Zaur Hüseynovdan ibarət tərkibdə) 2024-cü il 13 avqust tarixli, 1(103)-1645/2024 nömrəli qərarı ilə apely asiya şikayəti təmin edilmədən, hökm apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2 xx.xx.2024-cü il tarixdə “Qafqazinfo.az” saytında saytın əməkdaşı X4 tərəfindən yayımlanmış “Professorla şöbə müdiri bir-birini məhkəməyə verdi” başlıqlı xəbərdə X1 şəklini Aydın-Əlizadə ilə çox yaxın məsafədə montaj edərək paylaşaraq Xatirə Quliyevanı təhqir etdiyini və həmin başlıqlı xəbərin mətnində düzgün olmayan saxta məlumatlar yayaraq ona böhtan atdığını bildirmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, XÜSUSİ İTTİHAMÇİNİN ÇİXİŞİ: Xüsusi ittihamçı kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, Məmmədli Sail onu dövlətin məhkəməsinin qərarından narazı olduğuna görə cinayətkar adlandırmışdır. Bu savadsızlıq olmaqla bərabər, həm də əsl reketlikdir. Hakim ona təsir edərək və ya bəhanə edərək şikayət ərizəsində maddi tələb yazmağının zəruri olduğunu bldirmişdir. O da formal olaraq 20000 manat yazmışdır. Ancaq o, öz qərarında bu məsələ barədə “Xatirə Quliyeva maddi tələbdən imtina edib”, yazmışdır. Halbuki, bu həqiqəti əks etdirmir. O, hakimlərin diqqətinə onu da çatdırmışdır ki, Qafqazinfo.az saytı onun şikayətini geri götürməyi üçün Respublika Mətbuat şurasının sədri Rəşad Məciddən və hətta AMEA prezidenti İsa Həbibbəylidən xahiş etmişdir. Bu da onların onun bu səlahiyyət sahibləri qarşısında alçalmağı, məcbur edilməyi kimi qanunsuz hərəkətlərini ifadə edir. Həmçinin bu bilavasitə ona təzyiqdir. Hakimlər bu fakta da əhəmiyyət verməmişlər. Bundan başqa, hakimlərə iyul ayının 17-dən internetdə olan Heydə r Əliyev haqqında olan kitabları da daxil olmaqla bütün əsərlərinin və şəkillərinin altında “Tanış olun! Saxtakarlıqla AAK-a professor adı üçün tövsiyə olunmuş...” yazılmasını əks etdirən sübutlar təqdim etmişdir. Apellyasiya məhkəməsi hakimləri bu cür ciddi faktlara da laqeyd oldular. Bu əsl repressiyadır və ümid edir ki, şikayət etdiyi AŞPA, davamında şikayət edəcəyi AİHM hakimləri haqq səsimi batırmayacaqlar. O bildirmişdir ki, onun ittihamçı olduğu şikayətə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının hakimləri və əsas da iclasa sədrlik edən qərardan da aydın göründüyü kimi və onun əsasları prizmasından işin mahiyyətini təşkil edən əsaslara qanunlara zidd gedərək, şikayət verdiyi şəxsə tərəf mövqedən baxmışlar. Xüsusi İttihamçı kassasiya şikayətində göstərilənlərə əsasən Bakı A pellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 13 avqust tarixli, 1(103)-1645/2024 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2 onun şərəf və ləyaqətinə toxunan şəxsin qanun əsasında cəzalanmasını və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 13 avqust tarixli qərarının ləğv edilməsi və xüsusi ittiham qaydasında verdiyi şikayətə yenidən hazırlıq iclasında baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciəti n dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Xüsusi ittihamçı kassasiya şikayətində məhkəmənin əsassız bəraət hökmü çıxardıqlarını iddia edərək və məhkəmə qərarlarını mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.2-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üz rə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə xüsusi ittihamçının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək qeyd edir ki, apellyasiya instans iyası məhkəməsi tərəfindən hazırkı iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmış, iş üzrə toplanmış sübutlar CPM-in tələblərinə uyğun yoxlanılaraq qiymətləndirilmiş və Sail Məmmədliyə əsaslı olaraq bəraət verilmişdir. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları hazırki qərarda təkraran əks etdirməyi zəruru hesab etməyərək apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi sübutların mötəbərliyini qəbul edir, sübutların qiymətləndirməsi ilə bağlı mövqeyi ilə razılaşır, gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Materiallardan da görünür ki, xüsusi ittihamçı kassasiya şikayətində göstərdiyi dəlilləri apellyasiya şikayətində də qeyd etmiş və apellyasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılaraq, hər bir dəlilə əsaslandırılmış münasib ət bildirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı faktiki və hüquqi əsas mövcud deyil. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, xüsusi ittihamçının kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Xüsusi ittihamçı X2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə verilmiş ittiham üzrə bəraət verilmiş X4 barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayə t kollegiyasının 2024-cü il 13 avqust tarixli, 1(103)-1645/2024 nömrəli qərarı xüsusi ittihamçı X2 tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar