Məhkəmə qərarları › İş №1(102)-432/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-432/2019

02.04.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-432/2019 02.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İmran Teymurxan oğlu Hacıqayıbov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Həmzəğa qızı Mehrəliyevanın, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Cövdət Sərvər oğlu Mehrəliyevin iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 sentyabr 2018-ci i l tarixli qərarından məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Zərdab Rayon Məhkəməsinin (hakim T.Qubadov) 01 may 2018-ci il tarixli hökmü ilə xx xxxxxx 1984-cü ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində iki nəfər azyaşlı uşaqları olan, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşamış; Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəza çəkmə müddətinin əvvəli 16 oktyabr 2017-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmün ə əsasən Təqsirləndirilən şəxs məhkum edilmişdir ona görə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq əldə edərək satış məqsədi ilə kibrit qutularında qablaşdırıb özündə saxladığı ümumilikdə təmiz çəkisi 7,81 qram bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı 14 oktyabr 2017-ci il tarixdə saat 19:00 radələrində yaşadığı ünvan 1 ünvanda «xxxx» adlanan yeməkxanada tanışı X3 qanunsuz 50 manata satmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər R.Ə.Əliyev (sədrlik edən və məruzəçi), M.M.Hüseynov və İ.H.Şükürovdan ibarət tərkibdə) 04 sentyabr 2018-ci il tarixli qərarı ilə Zərdab Rayon Məhkəməsinin 04 sentyabr 2018-ci il tarixli hökmü məhkum Təqsi rləndirilən şəxs aid hissədə dəyişdirilmədən saxlanılmış, məhkum Təqsirləndirilən şəxs və müdafiəçisi X4 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi verdiyi kassasiya şikayətində xahiş edir ki, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 sentyabr 2018-ci il tarixli qərarı ləğv edilsin və ona bəraət verilməsi barədə qərar çıxarılsın. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərini məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi onunla əsaslandırır ki, ibtidai istintaq faktlar əsasında deyil, polis əməkdaşlarının niyyət və arzuları əsasında aparılmışdır. Belə ki, ittiham aktında X5in narkotik vasitəni Mingəçevir şəhərində X 6dan aldığı göstərilmişdir. Halbuki, məhkəmədə şahid qismində ifadə vermiş. Zərdab rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyən X6 özü də bilmədən onlara daxil olmuş məlumat əsasında axtarışa başladıqlarını etiraf etmişdir. Bu hal da narkotik vasitənin X5də hələ Zərdabda olduğunu və bunu bilən kənd sakinlərindən birinin polisə məlumat verdiyini sübut edir. Bundan əlavə avtomobilə baxış keçirilərkən iştirak etmiş hal şahidləri polisin qeyrirəsmi işçiləridir ki, bu günədək yüzlərlə cinayət işində hal şahidi qismində iştirak etmişlər. Halbuki şəxslərin hal şahidi qismində mütəmadi iştirakı qanunvericilik norması ilə qadağan edilmişdir. Bundan əlavə, X2, X5 və digərləri polis şöbəsində vəhşicəsinə döyülərək işgəncəyə məruz qalmışlar, lakin təhdid edildikləri üçün şikay ət edə bilməmişlər. Bundan əlavə polis əməkdaşları özləri tərəfindən yazılmış izahatları güc və təhdid altında onlara imza etdirmişlər. Həmçinin onlara hüquq və vəzifələri də izah edilməmişdir. Birinci instansiya məhkəməsi istintaq orqanının qanunsuz əməllərinə göz yummaqla kifayətlənmiş, istintaq orqanın təsiri altında ittiham hökmü çıxarmışdır. Bundan əlavə bir kibrit qutusunda tapılmış narkotik vasitənin çəkisinin 7.81 qram olduğu göstərilmişdir. Halbuki bir kibrit qutusuna cəmi 3 qram narkotik vasitə yerləşir. Üstəlik qonaqlıqda da həmin narkotik vasitədən istifadə edilmişdir. Belə olduğu təqdirdə kibrit qutusuna 7,81 qram narkotik vasitənin yerləşməsi absurddur. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısı Cövdət Nehr əliyevin çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs əməlinə dair birinci və apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun X4 əməli Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddə ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Müdafiəçi kassasiya şikayətinin başlıca dəlili məhkum Təqsirləndirilən şəxs təqsirsiz olması əsası ilə əlaqədar barəsində bəraət hökmünün çıxarılmamasının qanunsuz olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CPM-in 42.1ci maddəsinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayət törədilməsində aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə. İş materiallarından görünür ki, məhkum Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini məhkəmə istintaqı zamanı etiraf etməsi ilə yanaşı, iş üzrə digər təqsirləndirilən şəxsin və iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə, eksperti za rəyləri ilə, maddi sübutla və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışdır. İş materiallarından isə görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan əlavə, nə ibtidai istintaq, nə də apellyasiya instansiyası məhkəməsi Təqsirləndirilən şəxs əməlini tövsif edərkən sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPMin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların m ənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, həm birinci, həm də apellyasiya instansiyası məhkəmələri məhkum Təqsirləndirilən şəxs əməlinə hüquqi qiymət verərkən və onun törətdiyi cinayət əməlinin tövsifini müəyyənləşdirərkən cinayət qanunvericiliyinin normalarını düzgün tətbiq etmişlər. Müdafiəçi kassasiya şikayətində avtomobilə baxış keçirilərkən iştirak etmiş hal şahidlərinin polisin qeyri-rəsmi işçiləri olduğunu və yüzlərlə cinayət işində hal şahidi qismində iştirak etdiklərini göstərmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, işin materiallarında olan 14 oktyabr 2017-ci il tarixli “Baxış keçirilmə və götürmə barədə” protokoldan göründüyü kimi baxış zamanı X7 və X8 hal şahidləri qismində baxışda iştirak etmişlər. Lakin, müdafiəçi qeyd edilmiş hal şahidlərin mütəmasdi olaraq başqa cinayət işlərində iştirak etdiklərini bildirsə də konkret olaraq hansı cinayət işlərində iştirak etdiklərini göstəməmiş, bu barədə heç bir sənəd təqdim etməmişdir. İşin materiallarında da müdafiəçinin istinad etdiyi halları təsdiq edən heç bir sübut yoxdur. Bundan əlavə, müdafiəçinin kassasiya şikayətində qeyd edilir ki, X2, X5 və digərləri polis şöbəsində vəhşicəsinə döyülərək işgəncəyə məruz qalmışlar və izahatları güc və təhdid altında onlara imza etdirilmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs və X3 işgəncələrə məruz qalması barədə işdə heç bir sənəd əlavə edilməmişdir. İşdən görünür ki, təqsirləndirilən şəxslər müdafiəçilərin iştirakı ilə dindirilmişlər və ifadə lrini özləri imza etmişlər. Nə ifadələri alınarkən, nə də sonradan işgəncələrə məruz qalmasını təqsirləndirilən şəxslər bildirməmişlər. İşin materiallarında da bu barədə heç bir məlumat yoxdur. Azərbaycan Respublikası CPM-in 416.0.1-ci maddəsinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.0.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.0.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdə görünür ki, apellyasiya instansiyası məhkəməsinin Təqsirləndirilən şəxs barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 sentyabr 2018-ci il tarixli məhkum Təqsirləndirilən şəxs haqqındakı qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Şək i Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 sentyabr 2018-ci il tarixli məhkum Təqsirləndirilən şəxs haqqındakı qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar