Məhkəmə qərarları › İş №1(102)-432/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-432/2021

16.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-432/2021 16.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARI Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Kərimov Fərhad Abdulkərim oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu, Məhkumun iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Mə cəlləsinin 170.1, 177.2.1, 177.2.2, 177.2.3 və 182.2.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim Ə.Q.Quliyev, hakimlər A.İ.Paşayev və İ.X.Həsənzadədən ibarət tərkibdə) xx xxxxxxxx 1996-cı il tarixdə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, subay, fərdi əməklə məşğul olan, Ünvan1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası CM-nin 170.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 il müddətə, CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 04 il müddətə, CM-nin 182.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 07 il müddətə, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmaqla qəti olaraq 07 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, tutulduğu xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilənə kimi müvəqqəti saxlama yerində saxlanıldığı 02 gün ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 07 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlaılmışdır. Hökmdən məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan S umqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim M.Ə.Rzayev, hakimlər F.G.Zeynallı və E.M.Əhmədovdan ibarət tərkibdə) xx xxx 2019-cu il tarixli qərarı ilə apelyasiya şikayəti təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü Məhkumun barəsində, onun müdafiəçisinin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə CM-nin 170.1-ci maddəsi ilə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası 06 (altı) ay müddətə, CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təyin edilmiş 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası 02 (iki) il müddətə, CM-nin 182.2.2-ci maddəsi ilə təyin edilmiş 07 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına endirilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları toplamaq yolu ilə Məhkuma 05 (beş) il 02 (iki) ay müddətə azadlıqdan etmə cəzası təyin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarından məhkum Məhkum kassasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, xx xxx 2017-ci il tarixdə saat 12 radələrində Quba şəhərinin «köhnə avtovağzal» adlanan ərazisində yetkinlik yaşına çatmayan xx.xx.2002-ci il tarixdə anadan olmuş Zərərçəkmiş şəxs2, tanışı X1 ilə birlikdə xx xxx 2017-ci il tarixdə Zərərçəkmiş şəxs1 yaşadığı Quba şəhəri, Hacıbaba Əliyev küçəsi 66 saylı ev dən 3000 (üç min) manat pul oğurlamaları barədə məlumatının olduğunu, həmçinin işlətdiyi «SAMSUNQ G2 Prime» markalı mobil telefonu cinayət yolu ilə əldə olunmuş pulla aldığını bildirərək, həmin mobil telefonu ona verməsini tələb etmiş, Zərərçəkmiş şəxs2 mobil telefonunu verməkdən imtina etdikdə isə sonuncunu haqqında əvvəllər oğurluq etməsi barədə polis orqanlarına məlumat verəcəyi ilə hədələyərək, zərərçəkmiş Zərərçəkmiş şəxs2 xx xxx 2017-ci il tarixdə Quba şəhərinin «Bazar» adlanan ərazisindən 289 (iki yüz səksən doqquz) manata aldığı “3579xx/xx/109772/6 və 3579xx/xx/109772/4» imey kodlu «SAMSUNQ J2 Prime» markalı mobil telefonu barəsində rüsvayedici məlumatlar yayma hədəsi ilə tələb edərək, ələ keçirmişdir. Bundan başqa o, 2017-ci ilin may ayının axırlarında Quba şəhərinin «köhnə avtova ğzal» adlanan ərazisində yetkinlik yaşına çatmayan xx.xx.2002-ci il tarixdə anadan olmuş Zərərçəkmiş şəxs2 tanışı X1 ilə birlikdə xx xxx 2017-ci il tarixdə Zərərçəkmiş şəxs1 yaşadığı Quba şəhəri, Hacıbaba Əliyev küçəsi 66 saylı evdən 3000 (üç min) manat pul oğurlamaları barədə məlumatının olduğunu, həmçinin işlətdiyi «SAMSUNQ G2 Prime» markalı mobil telefonu cinayət yolu ilə əldə olunmuş pulla aldığını bildirərək, həmin mobil telefonu ona verməsini tələb etmiş, Zərərçəkmiş şəxs2 mobil telefonunu verməkdən imtina etdikdə isə sonuncunu haqqında oğurluq etməsi barədə polis orqanlarına məlumat verəcəyi ilə hədələyərək, Zərərçəkmiş şəxs2 xx xxx 2017-ci il tarixdə «xxxx» MMC-yə məxsus mobil telefonların mağazasından 289 (iki yüz səksən doqquz) manata aldığı «**********01353, **********01351 im ey kodlu» «SAMSUNQ J2 Prime» markalı mobil telefonu təkrarən barəsində rüsvayedici məlumatlar yayma hədəsi ilə tələb edərək, ələ keçirmişdir Bundan başqa o, xx xxxx 2017-ci il tarixdə saat 12 radələrində xx.xx.2002-ci il tarixdə anadan olmuş Zərərçəkmiş şəxs2 avtomobilinin təmiri üçün 1300 (min üç yüz) manat pul lazım olduğundan Zərərçəkmiş şəxs1 evindən oğurluq etməyi təklif etmiş, Zərərçəkmiş şəxs2 oğurluq etməkdən imtina etdikdə isə hədə-qorxu gələrək əvvəllər oğurluq etməsi barədə polis orqanlarına məlumat verəcəyini bildirməklə, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs2 razılığını əldə edib, onu cinayətkar fəaliyyətə cəlb edərək, özgənin əmlakını gizli talama məqsədilə Zərərçəkmiş şəxs2 ilə qabaqcadan əlbir olub qrup təşkil edərək, idarə etdiyi «VAZ-2103» markalı, **-BB-*** dövlət q eydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 2 ünvana getmiş, Zərərçəkmiş şəxs2 həmin evin hasarından aşmaqla həyətə düşərək, evin açıq olan giriş qapısından qanunsuz içəri daxil olaraq, otaqda olan sınıq termosun içərisindən 3000 (üç min) manat pulu gizli yolla talayıb, onun yanına qayıdaraq, həmin puldan (1300 yüz) manatını ona verib, 1700 (min yeddi yüz) manatı özünə götürməklə, Zərərçəkmiş şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında, yaşayış sahəsinə qanunsuz daxil olmaqla təkrarən oğurluq etmişdir KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən barəsində təyin edilmiş cəza ədalətsiz və ağırdır. Odur ki, ilk məhkumluğunu, zərərçəkmiş şəxs tərəfindən on a qarşı şikayət və tələbin olmamasını, müsbət xarakterizə olunmasını nəzərə alaraq, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarını dəyişdirməklə ona təyin edilmiş cəzanın yüngülləşdirilməsinə dair qərar qəbul edilməsini xahiş edir. Kassasiya məhkəmə baxışında Məhkum kassasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, yuxarıda qeyd olunan halları bir daha qeyd edərək kassasiya şikayətinin təmin olunmasını, barəsində təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu çıxış edərək kassasiya şi kayətinin dəlilərinin əsassız olduğunu, məhkuma təqsirli bilindiyi maddənin sanksiyası hüdudlarında törətdiyi əmələ və şəxsiyyətinə uyğun cəza təyin edildiyini, apellyasiya məhkəməsinin qərarının ləğvi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərərək, apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını və kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsini n qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində barəsində təyin edilmiş cəzanın ağır olduğu iddia edilmiş və mübahisələndirilən qərarın dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakıları xüsusatları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkumun kassasiya şikayətinin təmin olunması, dövlət ittihamçısının isə kassasiya şikayətinin təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassa siya şikayəti təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkuma verilmiş on səkkiz yaşına çatmış şəxs tərəfindən yetkinlik yaşına çatmayanı aldatma, vədlər vermə, hədə-qorxu vasitəsi ilə cinayətkar fəaliyyətə cəlb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrarən, yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq, təkrarən hədə-qorxu ilə tələb etmə ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutl ar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkumun əməllərinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməllər Azərbaycan Respublikası CM-nin 170.1, 177.2.1, 177.2.2, 177.2.3 və 182.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin tərkibini yaratdığı, bu cinayətlərin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində əməlin tövsifi mübahisələndirilməsə də, təyin olunmuş cəzanın ağır olduğu və şəxsin törətmiş olduğu əməlin ədalətli nəticəsi olmadığı iddia edilir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd edilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində təsbit edilmişdir ki, cəza sosial ədalətin bər pası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsində isə göstərilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarından görünür ki, apellyasiya məhkəməsi tərəfindən Məhkuma cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar (ilk dəfə olaraq cinayət əməli törət məsi, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmaması, müsbət xarakterizə olunması), cəzanı ağırlaşdıran halın olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkumun islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Məhkəmə k ollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, Məhkum tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əs asən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.1, 177.2.1, 177.2.2, 177.2.3 və 182.2.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarı məhkumun kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar