Məhkəmə qərarları › İş №1(102)-432/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-432/2024

13.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-432/2024 13.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və məhkumun müdafiəçisi Müdafiəçi3 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Ci nayət kollegiyasının 15 avqust 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim Mirheydər Zeynalov) 05 may 2023-cü il tarixli, 1(008)- 91/2023 nömrəli hökmü ilə xx xxx 1980-cı il tarixdə Bakı şəhərində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, heç yerdə işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 228.1 və 234.1-ci maddələri ilə cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-in 228.1-ci maddəsinə əsasən 1 (bir) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 234.1-ci maddəsinə əsasən 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqda n məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə üzərində 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, CM-in 69.3-cü maddəsinə əsasən onun şübhəli şəxs kimi həbsdə saxlandığı 2 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməklə, cəza çəkmə müddətinin əvvəli 05 may 2023cü il tarixdən hesablanması qərara alınmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən təqsirləndirilən şəxs Məhkum istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 370 qram bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı, bir ədəd 15389 nömrəli, xarici dövlətdə zavod üsulu ilə istehsal olunmuş, odlu yivsiz silah hesab edilən sağ lülə ilə atəş üçün yararlı, sol lülə ilə atəşə yararsız, hamar qoşalüləli, lüləsi və qundağı kustar üsulla kəsilmiş və hal-hazırda öz təyinatını itirmiş 16 kalibrli ov tüfənginin kəsiyini və 05 ədəd zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş 16x70 kalibrli, həmin kalibrli hamar lüləli ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş atəş üçün yararlı döyüş ov sursatını əldə edib özündə saxlayaraq daşımış, 12 mart 2022-ci il tarixdə, saat 07:20 radələrində qohumu X1 məxsus «Chevrolet Trax Minik» ma rkalı, «az **-EY-***» dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin ƏÇPA-in 8-ci Patrul Bölüyünün əməkdaşları tərəfindən özünü şübhəli apardığına görə ünvan 2 ünvanda yerləşən 128 saylı tam orta məktəbin yaxınlığında saxlanılaraq Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin inzibati binasına aparılmış, həmin tarixdə saat 10:45 radələrində Bölmədə «Chevrolet Trax Minik» markalı, «az ** EY ***» dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 370 qram bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana üzərində zavod üsulu ilə «PROMAX» qeyd edilmiş qarışıq r əngli sellofan torbada, bir ədəd 15389 nömrəli, xarici dövlətdə zavod üsulu ilə istehsal olunmuş, odlu yivsiz silah hesab edilən sağ lülə ilə atəş üçün yararlı, sol lülə ilə atəşə yararsız, hamar qoşalüləli, lüləsi və qundağı kustar üsulla kəsilmiş və hal-hazırda öz təyinatını itirmiş 16 kalibrli ov tüfənginin kəsiyi və beş ədəd zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş 16x70 kalibrli, həmin kalibrli hamar lüləli ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş atəş üçün yararlı döyüş ov sursatı bir ədəd qara rəngli sellofan torbada olmaqla avtomobilin arxa yük yerindən aşkar edilərək götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Fərid Əyyubov (sədrlik edən və məruzəçi), Emin Mehdiyev və Elmar Rəhimov) 15 avqust 2023-cü il tarixli, 1(103)-1417/2023 n ömrəli qərarı ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 05 may 2023-cü il tarixli, 1(008)-91/2023 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum müdafiəçisi Müdafiəçi3 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 avqust 2023-cü il tarixli qərarının ləğv edilməsi və ona təyin edilmiş cəza müddətinin yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi3 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qərarı ilə Məhkum məsuliyyətini yüngülləşdirən hallar formal olaraq nəzərə alsa da, hökmlə təyin edilmiş sərt cəza saxlanıldığına görə həmin qərar dəyişdirilməlidir. Belə ki, apellyasiya instans iyasının məhkəmə kollegiyası məhkəmə baxışında müdafiə tərəfindən səsləndirilən bir sıra yüngülləşdirici halları təhlil etmədən və işin həqiqi hallarına qərəzli şəkildə yanaşaraq, hökmü qüvvədə saxlamışdır. Bundan başqa məhkəmə kollegiyası qərarın əsaslandırıcı hissəsində Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinin müddəalarını qeyd etsə də, həmin müddəalara tam riayət etmədən, onun ailəsinin həyat şəraitinə cəzanın təsirini nəzərə almayıb. Belə ki o, xəstə anasının tək oğul övladıdır və Məhkum onunla bir yerdə qalır və anası ərsiz qadın olaraq, onun himayəsindədir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apelyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apelyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nətic əyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməllərinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPMin 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, məhkum edilmiş şəxs Məhkum əməlləri Azərbaycan Respublikası CM-in 228.1 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməllərin yuxarıda göstərilən maddə ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Həmçinin kassasiya şikayətində ə məlin tövsifi məsələsi mübahisələndirilməmişdir. Kassatorun kassasiya şikayətinin başlıca dəlili məhkəmələr tərəfindən məhkuma ağır cəzanın təyin edilməsidir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azə rbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. A zərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkum Azərbaycan Respublikası CM-in 228.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-in 228.1-ci maddəsinə əsasən 1 (bir) il 9 (doqquz) ay müddətinə, CM-in 234.1-ci maddəsinə əsasən 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, təyin olunmuş, cəzaların CM-in 66.2-ci maddəsinə əsasən qismən toplanılması və təqsirləndirilən şəxs Məhkum üzərində 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsinin sanksiyasında iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cə zalardan daha ciddi cəza o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təyin edə bilmir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci və apelyasiya instansiyası məhkəmələri Məhkum təqsirli bilindiyi maddədə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzasının təyin edilməsi əsaslı və CM-in 58.1-ci maddəsinin tələblərinə uyğun olmuşdur. Birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən işin halları və onun şəxsiyyətini kifayət qədər nəzərə almışdır. Apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsinin hökmü ilə razılaşıb hökmü dəyişdirmədən saxlamışdır. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəza məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsin ə və şəxsiyyətinə, habelə işin hallarına uyğundur. Məhkəmə kollegiyası hesab edir ki, məhkuma təyin edilmiş cəza onun törətdiyi cinayət əməllərinin ictimai təhlükəlilik dərəcəsinə və işin hallarına uyğun gəldiyindən həmin cəzanı həm sərtliyinə, həm yüngüllüyünə görə açıq-aydın ədalətsiz və cəza məqsədlərinə uyğun olmayan cəza kimi hesab etmək olmaz. Ona görə də, məhkəmə kollegiyası kassasiya şikayətinin cəzanın sərt olması və yüngülləşdirici hallar nəzərə almadan təyin edilməsi dəlili ilə razılaşmır. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan da məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin Məhkum barəsində cəza təyini ilə bağlı mövqeyini əsaslı hesab edir. Bu baxımdan da məhkəmə kollegiyası hesab edir ki, təyin edilmiş cəza ədalətli və qanunidir, məhkumun şəxsiyyətinə və əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğundur, təyin edilmiş cəzanın daha da yüngülləşdirilməsi üçün işdə heç bir qanuni əsas yoxdur. Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsində qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 avqust 2023-cü il t arixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə məhkum olunmasına dar cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 avqust 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar