Məhkəmə qərarları › İş №1(102)-433/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-433/2023

10.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-433/2023 10.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əzizova İlahə Vahid qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Təqsirləndirilən şəxs Məhkum1, Təqsirləndirilən şəxs Məhkum2 və onun müdafiəçisi, Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Yunusov Kamil Məhərrəm oğlunun iştirakları ilə, ** ******* 2003-cü ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünv an 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 yaşayan Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – CM-in) 221.3cü maddəsi ilə bəraət almasına, CM-in 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair, xx xxxx 1978-ci ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 yaşayan Məhkum1 Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Məcəlləsinin 13 iyul 2022-ci il tarixli qərarından Zərərçəkmiş şəxs3 və onun nümayəndəsi, Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Məmmədov Çingiz Qurban oğlu tərəfindən birgə verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin 11 may 2022-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Ə.M.Hüseynov) Məhkum2 – əməlində Azərbaycan Respublikasının CM-in 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş xuliqanlıq cinayətinin tərkibinin olmaması əsasları ilə ona bəraət verilməsi hökm edilmiş; Mingəçevir Şəhər Məhkəməsinin 11 may 2022-ci il tarixli qərarı ilə (sədrlik edən hakim Ə.M.Hüseynov) Məhkum2 - Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilməklə “8 Noyabr–Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 1.13-cü və 9.1-ci bəndinə əsasən, cinayət məsuliyyətindən azad edilmiş və onun barəsində cinayət təqibinə xitam verilmişdir. Məhkum1 – Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilməklə “8 Noyabr–Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 1.16-ci və 9.1-ci bəndinə əsasən cinayət məsuliyyətindən azad edilmiş və onun barəsində cinayət təqibinə xitam verilmişdir. Məhkəmənin həmin hökmündən və qərarından dövlət ittihamçısı tərəfindən apelyasiya protesti və Zərərçəkmiş şəxs3 tərəfindən apellyasiya şikayəti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 iyul 2022-ci il tarixli qərarı ilə (hakimlər: İ.H.Şükürov (sədrlik edən), A.M.Eyvazov və E.Ş.Hüseynov) apellyasiya protesti və apellyasiya şikayəti təmin edilməmiş, Mingəçevir Şəhər Məhkəməsinin 11 may 2022-ci il tarixli hökmü və həmin tarixli qərarı dəyişdirilmədən saxlanmışdır. İşin halları: Məhk um1 CM-in 127.1-ci maddəsi ilə ittiham verilmişdir ona görə ki, o, Günəşli bağ massivi 7-ci küçədə onunla qonşuluqda yaşayan Zərərçəkmiş şəxs1 ilə 2021-ci ilin may ayının əvvəllərində arvadı Şahid2 arasında, sonuncunun Zərərçəkmiş şəxs1 ünvanına bir sıra xoşagəlməz sözlər və şayiələr yaydığı, habelə arvadı Şahid2 Zərərçəkmiş şəxs1 boşqab verərkən ona «dəli şeysən birdən sındırarsan» kimi ifadələr işlətməsi nəticəsində Zərərçəkmiş şəxs1 və sonuncunun ailə üzvləri ilə onun ailəsi arasında narazılıq və şəxsi ədavətə çevrilən münasibətlər yarandıqdan və getdikcə ailələr arasında artan gərginlikdən sonra, xx.xx.2021-ci il tarixdə saat 21 radələrində yaşadıqları ünvan 2 yetkinlik yaşına çatmayan oğlu Məhkum2lə Zərərçəkmiş şəxs1 və onun ilə üzvləri arasında baş verən qarşılıqlı dava-dalaş zamanı sonuncular tərəfindən oğlu Məhkum2 qarın nahiyəsinin yaba ilə deşilməsi barədə digər oğlu Uğur Tağıyevin ona mobil telefonla məlumat verməsindən sonra, ilkin olaraq oğluna yetirilən xəsarətin ağır olmasını zənn edib, ona xəsarət yetirən Zərərçəkmiş şəxs3 və onun ailə üzvlərindən qisas almaq məqsədi ilə həmin vaxt tanışı Şahid4 ilə birlikdə olduqları Güllü bağ dairəsinin yaxınlığında yerləşən Şirniyyat dükanından yaşadığı ünvan 2 yerləşən evinin qarşısına gəlib, orada bir qədər əvvəl davadalaşın baş verməsini anlayıb, oğlu Məhkum2 həmin ərazidə görmədiyinə görə onun həqiqətən də ağır yaralandığını düşünərək ilkin olaraq qarşısına çıxan Zərərçəkmiş şəxs2 və atası Zərərçəkmiş şəxs3 ilə mübahisə edərək əlində saxladığı istintaqa məlum olmayan küt alətlə ilkin olaraq Zərərçəkmiş şəxs2 sifət və baş nahiyələrinə, habelə əl və ayaq zərbələri ilə sol qabırğa nahiyəsinə, yumruqla Zərərçəkmiş şəxs3 bədəninin müxtəlif, o cümlədən sağ qabırğa nahiyəsinə çoxsaylı zərbələr endirib Zərərçəkmiş şəxs2 hər iki gözlərin alt qapaqlarında qançırlar, alın nahiyəsində yara və təpə nahiyəsində hematoma sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən, burun sümüyünün qapalı yerdəyişən sınığı sağlamlığın qısa müddətə pozulmasına səbəb olduğundan sağlamlığa yüngül zərər vurmaya aid və sol 11-12-ci qabırğaların qapalı sınığı, sağlamlığın uzun müddətə pozulmasına səbəb olduğu üçün sağlamlığa az ağır zərər vurmaya aid, Zərərçəkmiş şəxs3 isə sağ dirsək oynağında, sağ diz oynağında, sol diz oynağında sıyrıqlar, sağ almacıq nahiyəsində və döş qəfəsinin ön səthində qançırlar dərəcəsi təyin edilməyən və sağ 5-ci qabırğasının yerdəyişən sınığı, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan və küt əşyanın təsirindən əmələ gəlməyə xarakterik xəsarətlər yetirməklə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 həyatı üçün təhlükəli olmayan və Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlıqların uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlıqlarına az ağır zərər vurmuşdur. Eyni zamanda ibtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxs Məhkum2 CM-in 127.2.3-cü və 221.3-cü maddələri ilə ittiham elan olunmuşdur ondan ötrü ki, o, ünvan 2 onunla qonşuluqda yaşayan Zərərçəkmiş şəxs1 ilə 2021-ci ilin may ayının əvvəllərində anası Şahid2 arasında, sonuncunun Zərərçəkmiş şəxs1 ünvanına bir sıra xoşagəlməz sözlər və şayi ələr yaydığı, habelə anası Şahid2 Zərərçəkmiş şəxs1 boşqab verərkən ona «dəli şeysən birdən sındırarsan» kimi ifadələr işlətməsi səbəbindən, Zərərçəkmiş şəxs1 və sonuncunun ailə üzvləri ilə onun ailəsi arasında narazılıq və şəxsi ədavətə çevrilən münasibətlər yarandıqdan və getdikcə ailələr arasında artan gərginlikdən sonra, o, xx.xx.2021-ci il tarixdə saat 21 radələrində yaşadığı ünvan 2 dayandığı zaman Zərərçəkmiş şəxs1 və onun anası Zərərçəkmiş şəxs2 ilə rastlaşdıqda ictimai yer sayılan küçədə bir-birilərinə qarşı olan ədavət və narazılıqla bağlı mübahisə etməyə başlamış, birbirilərinin ünvanına nalayiq və təhqiredici kəlmələr işlədib, ilkin olaraq şəxsi münasibətlər zəminində başlayan və getdikcə qızışan mübahisənin gedişatında sonradan ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən hərəkətlərə yol verərək, ətrafa toplaşan qonşular Şahid5, Şahid7, təsadüfən hadisə yerindən keçən X2 və şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslərə münasibətdə laqeydlik və etinasızlıq nümayiş etdirib, özünü onların fövqündə qoymaqla və ümumi qəbul edilmiş birgəyaşayış və etik davranış qaydalarını, habelə ətrafda yaşayan şəxslərin dincliyini pozaraq Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə əlbəyaxa olarkən onların ünvanına söyüş və təhqiredici kəlmələrdən istifadə etməyə davam etmiş, aralarında baş verən və davam edən dava-dalaş zamanı Zərərçəkmiş şəxs1 istintaqa məlum olmayan küt alətlə onun üzərinə hücum çəkib, həmin alətlə qarın nahiyəsinə dərəcəsi təyin edilməyən xəsarət yetirdikdən sonra, o, Zərərçəkmiş şəxs1 əlində saxladığı həmin aləti əli ilə tutaraq, ondan almağa çalışmış və sonuncu ilə dartışdığı zaman, onu itələyib yerə yıxaraq bədəninin sağ aşağı ətraf yerdə fiksə olunmaqla öz oxu ətrafında fırlanması və sağ ayağının burxulması nəticəsində ona sağ incik sümüyünün yuxarı və aşağı 1/3-nin qapalı yerdəyişən sınıqları, sağ aşıq baldır oynağı sümüklərinin açıq sınıqları, sağlamlığın uzun müddətə pozulmasına səbəb olduğu üçün sağlamlığına az ağır zərər vurmaya aid xəsarətlər almasına səbəb olan hərəkətlərə yol verdikdən sonra, bununla kifayətlənməyərək istintaqa məlum olmayan silah qismində istifadə etdiyi küt alətlə zərərçəkmiş şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan hərəkətlərini davam etdirib aldığı xəsarətin təsirindən yerə yıxılmış Zərərçəkmiş şəxs1 üzərinə gedib əlindəki küt alətlə, habelə əl və ay aq zərbələri ilə Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr endirərək ona burun sümüyünün sınığı və sağ gicgah nahiyəsində yara və hematoma sağlamlığın qısa müddətə pozulmasına səbəb olduğu üçün sağlamlığına yüngül zərər vurmaya aid, həmçinin hər iki gözlərinin alt qapaqlarının qançırları, sol qulaq seyvanında yara, sağ diz oynağının ön səthində, sol diz oynağının ön səthində sıyrıqlar, sol bazuda, sol dirsək oynağında və sağ çiyin qurşağının ön səthində qançırlar, sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin olunmayan və bərk küt əşyanın (alətin) təsirindən əmələ gəlməyə xarakterik xəsarətlər yetirib, ictimai qaydanın pozulması və cəmiyyətə qarşı açıqca hörmətsizliklə müşayiət olunan hərəkətlərini davam etdirərək silah qismində istifadə etdiyi istintaqa məl um olmayan küt alətlə, habelə əl və ayaq zərbələri ilə Zərərçəkmiş şəxs2 da çoxsaylı zərbələr endirməklə sonuncuya sol bazu nahiyəsində, döş qəfəsinin ön səthində, qasıq nahiyəsində, sağ budunda, sağ baldırında, sol baldırında qançırlar sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən və zərərçəkmiş şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan hərəkətlərlə silah qismində istifadə etdiyi küt aləti tətbiq etməklə xüsusilə qərəzli xuliqanlıq etmiş və xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs1 həyatı üçün təhlükəli olmayan və Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sa ğlamlığına az ağır zərər vurmuşdur. Kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş şəxs3 və onun nümayəndəsi tərəfindən birgə verilmiş kassasiya şikayətində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 iyul 2022-ci il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir. Şikayət müəllifləri hesab edirlər ki, ibtidai araşdırma orqanı əsassız olaraq Məhkum1 CM-in 221.3-cü maddəsi ilə ittiham verməmiş, bununla əlaqədar olaraq zərərçəkmiş tərəfindən birinci instansiya məhkəməsində işin əlavə istintaqa qaytarılmasına dair vəsatət verilsə də, məhkəmə tərəfindən təmin olunmamışdır. Şikayət də həmçinin göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən Məhkum2 CM-in 221.3-cü maddəsi ilə bəraət verilməsi də əsassız olmuşdur. Şikayət müəlliflərinin fikrincə, apellyas iya instansiyası məhkəməsi də əsassız olaraq birinci instansiya məhkəməsinin hökmünü və qərarını qüvvədə saxlamışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin, təqsirləndirilən şəxslər – Məhkum1 və Məhkum1, müdafiəçi K.Yunusovun çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Kassasiya şikayətində təqsirləndirilən şəxslərin əməllərinin düzgün tövsif edilməməsi, həmçinin Məhkum2 əməlində CM-in 221.3-cü maddəsinin tərkibi olduğu hal da ona həmin maddə ilə bəraət verilməsi mübahisələndirilir. Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsində “Zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma”ya görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-in 127.2-ci maddəsinə əsasən: “Eyni əməllər: 127.2.3. ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-i n 221.1-ci maddəsində “Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər— 221.2. Eyni əməllər: 221.2.1. bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə; 221.2.2. ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə— 221.3. Bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, y axud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda — iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin P lenumunun “Azərbaycan Respublikası CM-in 244.1-ci maddəsinin şərh edilməsi haqqında” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət ve rilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cu il tarixli 1N-li qərarında qeyd edilir ki, təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması və ya zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakını məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi halda, Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsində nəzərdə tutulan cinayətin tərkibini yaradır. Azərbaycan Respublikası CM-nin 221-ci maddəsinin mənasına görə, ictim ai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsi isə xuliqanlığın sosial mahiyyətini əks etdirir. «Açıqca hörmətsizlik ifadə etmə» anlayışı xuliqanlığın, bir qayda olaraq, ictimai yerlərdə, yəni küçədə, ictimai müəssisə və idarələrdə, kafedə, restoranda, ictimai nəqliyyatda və s., digər vətəndaşların gözü qarşısında törədilməsini nəzərdə tutur. Xuliqanlıq zamanı təqsirkarın hərəkətləri şəxsi motivlərə görə konkret şəxsə qarşı deyil, çox zaman heç tanımadığı cəmiyyətin hər hansı bir üzvünə və ya az tanıdığı şəxsə qarşı yönəlmiş olur. Azərbayc an Respublikası CPM-in 139-cu maddəsi bu maddədə təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin yalnız sübutlara əsasən müəyyən edilməsini tələb edir. Məhkəmə kollegiyası bildirir ki, şəxsin CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinməsini şərtləndirən, cinayətlərin zəruri tövsifedici əlaməti kimi çıxış edən xuliqanlıq motivi (bu motivi aşkarlayan hallar) iş üzrə mütləq qaydada sübut edilməli olan predmetdir və cinayət-prosessual qanunun 143-cü maddəsinə əsasən toplanılmış, 144-cü maddəsinə uyğun olaraq yoxlanılmış, 145-ci maddəsində göstərilən qaydada qiymətləndirilmiş həmin əlamətin mövcud olması barədə yekun nəticəyə gəlmək üçün kifayət edən sübutların məcmusu ilə, şübh ələrə yer qoyulmadan inandırıcı şəkildə müəyyən edilməlidir. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən təqsirləndirilən şəxslər Məhkum2 və Məhkum1 əməllərinin tövsifi zamanı maddi hüquq normaları düzgün tətbiq edilməklə əməlin tövsifində səhvə yol verilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum1 CM-in 221.3-cü maddəsi ilə ittiham verməməsinə dair kassasiya şikayətinin dəlilləri ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə müvafiq olaraq məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. İş materiallarından görünür ki, Azərbaycan Respublikası CPM-nin 318.2-ci maddəsində nə zərdə tutulmuş hallar, yəni dövlət ittihamçısının təqsirləndirilən şəxsə daha ağır cinayət törətməyə görə ittiham edilməsi məsələsinə baxılması üçün cinayət işinin baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə vəsatəti daxil olmamışdır. Həmçinin apellyasiya məhkəməsində cinayət işinə baxılarkən dövlət ittihamını həyata keçirən orqan tərəfindən Azərbaycan Respublikası CPM-nin 391.8-1-ci maddəsinə müvafiq olaraq protest verilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda şərh olunan vəziyyətdə məhkəmələr Məhkum1 qarşı irəli sürülməyən ittihama baxa bilməz. İş materiallarından görünür ki, təqsirləndirilən şəxslər Məhkum2 və Məhkum1 Zərərçəkmiş şəxs1 və sonuncunun ailə üzvləri ilə onların ailəsi arasında narazıl ıq və şəxsi ədavətə çevrilən münasibətlər zəminində Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 qəsdən sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmişlər. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumların qeyd edilən cinayəti törətmələri ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırki qərarda tam təkrarlamağı zəruri hesab etmir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhz yuxarıda q eyd edilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, Zərərçəkmiş şəxs3 və onun nümayəndəsi tərəfindən birgə verilmiş kassasiya şikayətində göstərildiyinin əksinə olaraq, hazırkı iş üzrə CPM-in 416-cı maddəsində nəzərdə tutulan qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud deyildir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 iyul 2022-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum2 və Məhkum1 barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 iyul 2022-ci il tarixli qərarı Zərərçəkmiş şəxs3 və onun nümayəndəsi tərəfindən birgə verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar