Məhkəmə qərarları › İş №1(102)-434/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-434/2019

19.02.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-434/2019 19.02.2019 ALİ MƏHKƏMƏ İş № 1 (102) 434/2019 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ 19 fevral 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Rzayeva Gülzar Lətif qızı (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Hacıqayıbov İmran Teymurxan oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, müdafiəçi Zərərçəkmiş şəxs iştirakları ilə, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 03 oktyab r 2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 294.1 və 313-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 dekabr 2018-ci il tarixli qərarından müdafiəçi Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 03 oktyabr 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Səfərov Hüseyn Akif oğlu) xx xxxxxxx 1968-ci il tarixdə Lerik rayonunun Zuvand kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta-ixtisas təhsilli, evli, xxx direktoru, əvvəllər məhkum olunmamış, ünvan 1-də qeydiyyatda olan və ünvan 2-də yaşamış Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası CM-nin 294.1 və 313-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsində təqsirli bilinib Cinayət Məcəlləsinin 294.1-ci maddəsi ilə 3.500 (üç min beş yüz) manat və Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə 2.000 (iki min) manat məbləğində cərimə cəzasına məhkum edilmiş, cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, ona təyin olunmuş cəzalar qismən toplanılmaqla onun üzərində qəti olaraq 4.000 (dörd min) manat məbləğində cərimə cəzası saxlanılmışdır. Hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Murquzov ilqar Mustafa oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Həsən Hüseyn oğlu və Məmmədov Habil Çingiz oğlundan ibarət tərkibdə) 05 dekabr 2018-ci il tarixli qərarı ilə apellyasiya protesti təmin edilmiş, hökm dəyişdirilmiş, məhkum Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 294.1-ci maddəsi ilə təyin olunmuş 3.500 (üç min beş yüz) manat miqdarında cərimə cəzası 03 (üç) ay müddətinə və CM-nin 313-cü maddəsi ilə təyin olunmuş 2.000 (iki min) manat miqdarında cərimə cəzası 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzaları ilə əvəz edilmiş, CM-nin 66.2-ci maddəsinə əsasən, təyin olunmuş cəzalar qismən toplanılmaqla, cəzasının əvvəli 05 dekabr 2018-ci il tarixdən hesablanmaqla və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, üzərində qəti olaraq 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, məhkum Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri ləğv edilmiş, barəsində həbs qətimkan tədbiri seçilməklə dərhal m əhkəmə iclas zalından həbsə alınmış, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 dekabr 2018-ci il tarixli qərarından müdafiəçi Zərərçəkmiş şəxs kassasiya şikayəti verərək məhkumun cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. İşin halları: Hökmə əsasən Təqsirləndirilən şəxs 30 may 2017-ci il tarixdən 16 iyun 1998-ci il tarixdə dövlət qeydiyyatına alınmış xxx direktoru olmaqla müəssisənin 21 yanvar 1998-ci ildə təsdiq edilmiş nizamnaməsinə və həmin nizamnaməyə 11 avqust 2011-ci il tarixdə edilmiş dəyişikliyə əsasən, müəssisənin adından etibarnaməsiz (vəkalətnaməsiz) fəaliyyət göstərmək, müəssisənin operativ idarə edilməsini həyata keçirmə, üçüncü şəxslərə münasibətdə, o cümlədən məhkəmədə müəssisəni təmsil etmək və adından əqd lər bağlamaq, etibarnamələr vermək, rəsmi sənədləri imzalamaq və sair səlahiyyətlərə malik olan vəzifəli şəxs kimi Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti başçısının 09 iyul 2008-ci il tarixli 327 saylı sərəncamı ilə ünvan 2ünvanında firma tərəfindən inşa edilən 5 mərtəbəli məişət binasının 1-ci mərtəbəsində sahəsi 55 kvadrat metr olan 1 nömrəli dükanın X3 hər kvadrat metrinin 3.000 ABŞ dollarına satılmasına dair 09 iyul 2009-cu il tarixli M/AT 07/09 nömrəli müqavilənin şərtləri firma tərəfindən yerinə yetirilmədiyinə, yəni 01 saylı qeyri-yaşayış sahəsi deyil, digər sahə ona təhvil verildiyinə görə X1 tərəfindən müqavilə üzrə nəzərdə tutulmuş dükanın ona təhvil verilməsi tələbinə dair iddia ərizəsi əsasında mülki işə ünvan 3-cı məhəllədə yerləşən Bakı Apellyasiya Məhkəməsinin Mülki ko llegiyasında baxılarkən, 09 iyul 2009-cu il tarixli M/AT 07/09 nömrəli dörd vərəqədən ibarət müqavilənin birinci, yəni imzasız olan vərəqi 02 dekabr 2017-ci ildə elektrofotoqrafik çap üsulu ilə firmanın ünvan 1 ünvanında olan ofisində lazer printer vasitəsilə çap etməklə müqavilədəki “1 №-li dükan” sözlərini “3 №-li dükan” sözləri ilə əvəz edərək, müqavilənin ilk üç vərəqinin və saxtalaşdırdığı vərəqinin aşağı hissəsinə müqavilənin dördüncü vərəqəsinə vurulmuş firmanın möhürü ilə eynilik təşkil etməyən yeni dairəvi möhürünü vurub saxtalaşdırmış, həmin saxta müqaviləni 02 dekabr 2017-ci ildə Bakı şəhəri 14 saylı notariat kontoruna təqdim edib surətini təsdiq etdirdikdən sonra həmin mülki iş üzrə firmanı nümayəndə qismində məhkəmədə təmsil etməklə, cinayətdən xəbərsiz X4 vasitəsilə 13 dekabr 2017-ci ildə Bakı Apellyasiya Məhkəməsinə təqdim edib istifadə edilməsinə nail olaraq vəzifəli şəxs kimi tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatların daxil edilməsi yolu ilə vəzifə saxtakarlığı etmiş və mülki iş üzrə işdə iştirak edən şəxs kimi sübutları saxtalaşdırmışdır Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Baki Apellyasiya Məhkəməsi işə baxarkən, Təqsirləndirilən şəxs cinayət əməlini bilərəkdən etməməsini, onun ilk dəfə cinayət törətməsini, əməlindən peşman olmasını, ailəli olmasını və 2 əlil azyaşlı uşağının olmasını, ailənin yeganə qazanc gətirəni olmasını nəzərə almamışdır. Hesab edir ki, Yasamal rayon məhkəməsinin 03.10.2018-ci il tarixli hökmü tam əsaslı və ədalətlidir və həmin əmələ görə məhkəmə tərəfindən t əyin olunmuş 4000 manat cərimə cəzası məhkumun islah olunması üçün yetərlidir. Qeyd olunanları nəzərə alaraq kassasiya şikayətinin təmin edilməsini, cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 dekabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməməlidir. Kassasiya şikayətinin dəlill ərindən görünür ki, cinayət işi üzrə birinci və apellyasiya instansiya məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallar və əməlin hüquqi tövsifi, yəni məhkum Təqsirləndirilən şəxs tərəfindən CM-nin 294.1 və 313-cü maddələrində göstərilən cinayət əməlini törətməsi mübahisələndirilməmişdir. Kassasiya şikayətinin dəlilləri təyin edilmiş cəzanın ağırlığı barədədir. Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin 03 oktyabr 2018-ci il tarixli hökmündən görünür ki, məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs əməlini qismən etiraf etməsini, əməlindən peşman olmasını, ilk dəfə bu nov təsnifatdakı cinayəti törətməsini, ailəli olmasını, iki azyaşlı uşaqlarının olmasını, ona qarşı şikayət və tələbin olmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə almış, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qanunun tələbinə və qanunla müəyyən edilmiş cəza təyin etmənin prinsiplərinə görə cəza təyin edilərkən təkcə bu hallar deyil, Azərbaycan Respublikası CM-nin 8.1-ci və 58.3-cü maddələrində təsbit edilmiş digər hallar, o cümlədən cinayətin ictimai təhlükəlilik dərəcəsi də nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edi lərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Apellyasiya instansiya məhkəməsi təyin edilmiş cəzanı dəyişdiriərkən qeyd etmişdir ki, “birinci instansiya məhkəməsi məhkum Təqsirləndirilən şəxs təqsrli bilindiyi hər iki maddələrlə cərimə cəzası cəza təyin edərkən, yalnız əməlindən səmimi peşman olmasına və ona qarşı şikayətin olmaması ilə yanaşı, himayəsində iki azyaşlı uşağın olmasına istinad etsə də, onun şəxsiyyətini, törətdiyi cinayətlərin ictimai təhlükəliliyini nəzərə almamışdır. Digər tərəfdən, birinci instansiya məhkəməsi məhkumun «səmimi peşmançılıq» çəkməsi anlayışına hüquqi müstəvidən qiymət verməmiş və həmin ifadəsinin hüquqi müstəvidəki anlayışı Cinayət Məcəlləsinin 72-ci maddəsində kifayət qədər dəqiq və birmənalı ifadə edilmişdir. Həmin maddəyə əsasən, «səmimi peşmançılıq» özündə cinayəti törətmiş şəxsin cinayətin üstünün açılmasında fəal iştirak etməsində, cinayət nəticəsində vurulmuş ziyanı ödəməsində və dəymiş zərəri başqa formada aradan qaldırmasında ifadə olunan aktiv hərəkətlərini ehtiva edir. Lakin, iş üzrə məhkum Təqsirləndirilən şəxs öz ifadələrində “əməlimdən səmimi peşmanam” deməsi heç də hüquqi müstəvidə “səmimi peşmançılıq” anlayışını ehtiva etmir. Bundan başqa, birinci instansiya məhkəməsi ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayətləri törətməklə əvvəllər məhkum olunmamasını əsassız olaraq cəzanı yüngülləşdirən hal kimi nəzərə almışdır. Belə ki, Cinayət Məcəlləsinin 59.1.1-ci maddəsində konkret olaraq və yalnız “hadisələrin təsadüfi axarı zəminində” ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətin törədilməsi cəzanı yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 59.2-ci maddəsi isə ancaq CM-nin 59.1-ci maddəsində göstərilməmiş başqa halların cəzanı yüngülləşdirən hallar qismində nəzərə alınmasına imkan verir. İctimai münasibətlər sistemində normal qəbul edilən hal cinayətin törədilməməsi və cəzanın təməl məqsədlərindən biri də fərdləri cinayət törətməkdən çəkindirməkdir. Belə olan halda, böyük ictimai təhlükə törətməyən cinayətin törədilməsinin cəzanı yüngülləşdirən hal kimi nəzərə alınması anlaşılmazdır.” Məhkəmə Kollegiyası da apelyasiya instansiyası məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşır. Beləliklə, apelyasiya instansiya məhkəməsi təyin edilmiş cəzanı dəyişdirərkən Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində nəzərdə tutulmuş halları, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almış, cəzanın məqsədi barədə qanunun tələbinə uyğun nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 dekabr 2018ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən ka ssasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Təqsirləndirilən şəxs məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 dekabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlansın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar