Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-434/2020 02.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, katib İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli hökmü ilə məhkum olunmuş Məhkum barəsində Bakı Apel lyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarından Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli hökmü ilə (M.M.Ağalarovun sədrliyi ilə, Ə.M.Abasov və E.Ə.Mikayılovdan ibarət tərkibdə) Məhkum- x xxxxxx 1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəis müavini işləmiş, məhkumluğu olmayan, Ucar rayonunun Qaracallı kəndində qeydiyyatda olmaqla Bakı şəhərinin Xəzər rayonunda Rasim imanov küçəsindəki 14 saylı evin 9-cu mənzilində yaşamış, Azərbaycan Respublikası CM-nin 178.2. 3-cü, 32.4,312.2 və 311.3.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 178.2.3-cü maddəsilə 3 (üç) il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə, CM-nin 32.4, 312.2-ci maddəsi ilə 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə, CM-nin 311.3.3-cü maddəsilə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzalarına, CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas cəzaların qismən toplanılması yolu ilə və əlavə cəzanı əsas cəzaya birləşdirməklə qəti olaraq 3 (üç) il müddətinə dövlət və yerli özunü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmi şdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkməsinin əvvəli xx xxxxxxxx 2019-cu il tarixdən müəyyən edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, xx xxxxx 2017-ci ildən Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəis müavini vəzifəsində işləyərkən, vəzifəli şəxs qismində rayon icra hakimiyyətinin səlahiyyətli məsul şəxsləri ilə xidməti əlaqələrindən istifadə edərək Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2014-cü il tarixli 375 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi» Qaydalarının 4.2-ci bəndinə əsasən, ərazi planlaşdırılması sənədlərinin tələblərinə əməl olunmasını təmin etmək və özbaşı na tikililərin qarşısını almaqdan ibarət yerli səviyyədə dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi ilə bağlı xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar qanunsuz hərəkətlərin edilməsi, xidmət üzrə ümumi himayədarlıq və laqeydlik müqabilində, yəni X4 tərəfindən ü1 saylı binanın yaxınlığında yerləşən özgə mülkiyyətində olan 99 m2 torpaq sahəsində qanunsuz olaraq 1 mərtəbəli qeyri-yaşayış obyektinin tikintisinə başlanması, həyata keçiriləcək tikinti üçün maneə yaradılmaması, həmçinin tikintinin aparılmasına razılıq verilməsi müqabilində 2018-ci ilin yanvar ayının sonlarında səhər saatlarında Ü1, ünvan ünvanda yerləşən Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin inzibati binasında özü üçün maddi neməti-külli miqdar təşkil edən 40.000 (qırx min) manat məbləğində pulu X1 birbaşa yolla ş əxsən istəmiş və həmin gün axşam saatlarında qeyd edilən məbləğdə pulu həmin yerdə ondan şəxsən qəbul edib rüşvət qismində almışdır. Bundan başqa o, həmin vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə edib özgəyə məxsus əmlakı etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə ü1 saylı binanın yaxınlığında yerləşən özgə mülkiyyətində olan 99 m2 torpaq sahəsində qanunsuz olaraq 1 mərtəbəli qeyri-yaşayış obyektinin özbaşına tikintisini həyata keçirən X2 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin vəzifəli şəxsləri ilə geniş əlaqələrə malik olmasını, həmin əlaqələrindən istifadə edərək onun qanunsuz olaraq həyata keçirdiyi tikinti üçün həmin qurumun əməkdaşları tərəfindən maneələrin yaradılmaması imkanın a malik olduğunu yalandan bildirib, hornin məsələni qeyd edilən Agentliyin yaxın münasibətdə olduğu məsul vəzifəli şəxsinə bilə-bilə xeyrinə edəcəyi qanunsuz hərəkətə görə birbaşa yolla onun vasitəsi ilə rnaddi nemət olan 5.000 (beş min) manat pul verilməsi müqabilində həll edəcəyini vəd verib inandıraraq, həmin adla 2018-ci ilin iyun ayının 22-də x1 5.000 (beş min) manat pulu istintaqa məlum olmayan şəxs vasitəsi ilə Bakı şəhəri Günəşli qəsəbəsində alaraq şəxsi ehtiyaclarına sərf edib öz qulluq mövqeyindən istifadə edib etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirməklə dələduzluq etmiş, vəzifəli şəxsə bilə-bilə xeyrinə edəcəyi qanunsuz hərəkətə görə birbaşa yolla vasitəçidən istifadə etməklə x1 maddi nemət olan pulu rüşvət qismində verməyə təhrik etmişdir. Hökmd ən məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası (hakimlər: R.K.Səfərov (sədrlik edən və məruzəçi), Q.X. Babayev və Ə.İ. Qasımovdan ibarət tərkibdə) xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm isə dəyişdirilmişdir. Məhkum cinayət əməlləri Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3, 178.2.4 və 32.4, 312.2-ci maddələrinə tövsif edilmiş, CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə ona 3 (üç) il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 32.4, 312.2-ci maddəsi ilə ona 12000 (on iki min) manat cərimə cəz ası təyin edilmişdir. CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas cəzalar tam toplanmaqla və əlavə cəza əsas cəzalara birləşdirilməklə ona cinayətlərin məcmusu üzrə qəti olaraq 3 (üç) il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə və 12000 (on iki min) manat cərimə cəzası təyin edilmişdir. Azadlıqdan məhrum etmə və cərimə cəzalarının müstəqil icra edilməsi müəyyən edilmişdir. Məhkum 32.4, 312.2-ci maddəsi ilə 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-nin 178.2.3-cü maddəsi ilə 3 (üç) il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 (dörd) il müddəti nə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, eləcə də CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən ona 3 (üç) il müddətinə dövlət və yerli özunü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi barədə göstərişlərin hökmdən xaric edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarından Dövlət ittihamçısı kassasiya protesti verərək qərarın ləğv edilərək cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, apellyasiya instansiya məhkəməsi Yalnız Məhkum və x1 apellyasiya icraatı zamanı ver dikləriifadələrə istiad etməklə heç bir əsalandırma aparmadan nəticəyə gəlmişdir ki, Məhkum özgənin xeyli miqdarda əmlakını, vəzifəli çəxs qismində qulluq mövqeyindən istifadə etməklə, təkrarən dələduzluq yolu ilə ələ keçirmə və vəzifəli şəxsə bilə-bilə xeyrinə edəcəyi qanunsuz hərəkətlərə görə birbaşa yolla vasitəçidən istifadə etməklə maddi nemət olan pulu rüşvət rüşvət qismində verməyə x1 təhrik etmə cinayət əməllərini törətmişdir. Məhkuma cəza təyin edilməsini müzakirə edən məhkəmə hesab etmişdir ki, bu halda onun törətmiş olduğu cinayət əməllərinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, humayəsində iki azyaşlı uşağının olması, şəxsiyyəti və işdə cəzanı ağırlaşdıran halların olmaması nəzərə alınmalıdır. Cinayət Məcəlləsinin 311 -ci maddəsi formal tərkibli cinayət olmaqla alınan rü şvət müqabilində müəyyən işin görülüb-görülməməsindən, həmin işi görməyə hazırlığın olubolmamasından asılı olmayaraq rüşvətin bir hissəsinin alındığı andan başa çatmış hesab edilir. Cinayət Məcəlləsinin 308-ci maddəsinin ‘"Qeyd” hissəsinə əsasən həmin Məcəllənin 33-cü fəslinin maddələrində '‘vəzifəli şəxs” dedikdə aşağıdakı şəxslər başa düşülür: hakimiyyət nümayəndələri, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən olunmuş qäydada dövlət orqanlarına seçilmiş və ya təyin edilmiş, yaxud xüsusi səlahiyyət əsasında dövlət və ya yerli özünüidarə orqanlarını təmsil edən şəxslər; dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının rəhbərləri və işçiləri;dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında xüsusi səlahiyyət üzrə təşkilatisərəncamverici və ya i nzibati-təsərrüfat funksiyalarını yerinə yetirən şəxslər və sair. Bakı Apellyasiya Məhkəməsi Məhkum barəsindəki qərarında onun Cinayət Məcəlləsinin 308-ci maddəsinin qeydinin tələbləri baxımından vəzifəli şəxs olmasını və onun tərəfindən x1 40.000 manat pulun alınmasını təsdiq etmiş, bununla bərabər onun və x1n ifadələri istisna olmaqla heç bir dəlilə, sübuta istinad etməyib əsaslandırma aparmadan Məhkum əməlini etibardan sui-istifadə etməklə törədilmiş dələduzluq kimi tövsif etmişdir. Lakin, məhkəmə kollegiyası diqqətdən qaçırmışdır ki. Məhkum birinci instansiya məhkəməsində işə baxılarkən, eləcə də apellyasiya baxışı zamanı verdiyi ifadələrində, özünü təqsirli bilməyib x1 pul istəmədiyini, almadığını, tikintini dayandırdığı üçün sonuncunun ona qarşı aqressiv olub şər atmasını göstərməklə bərabər bildirmişdir ki, Xətai rayon İcra Hakimiyyətinin Mənzil Kommunal İstehsalat Birliyinin rəis müavini kimi vəzifələri məişət tullantılarının ərazidən daşınmasına, binaların xarici görkəminin lazımi qaydada saxlanılmasına, ərazinin təmizliyinə gündəlik nəzarətdən həmçinin, ərazidə qanunsuz tikili və ya qanunsuz zəbt olunma halları aşkar edildikdə, bu barədə 2018-ci ilin avqust ayına kimi Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq şöbəsinə, 2018-ci ilin avqust ayından isə Arxitektura və Şəhərsalma idarəsinə məlumat verməkdən ibarət olmuşdur. x1 2018-ci ilin əvvəllərindən tanıyır. Həmin ərəfələrdə ərazidə nəzarət məqsədi ilə yoxlama keçirərkən Xətai rayonu General Mehmandarov küçəsi 92 saylı binanın yaxınlığında tikintiyə cəhd faktı aşkar etmişdir. Bununla bağlı 96 saylı MKİS-in rəisi A rif Gülgəzova həmin əraziyə dair nə kimi sənədlərinin olub-olmadığını müəyyən etmək tapşırığı vermişdir. Müvafiq sənədlər təqdim olunana kimi tikintini saxlamağı tapşırmışdır. Bir müddət sonra əraziyə yenidən nəzarəti həyata keçirərkən yenidən həmin yerdə tikinti aparıldığını görüb. Arif Gülgəzova tapşırıq vermişdir ki, bünövrəni doldursunlar. Həmin ərəfələrdə təkrarən tikinti aparmağa cəhd göstərilmiş, Fövqəladə Hallar Nazirliyinin və Bakı şəhər İcra Hakimiyyətinin əməkdaşlarının müdaxiləsindən sonra tikinti dayandırılmışdır. 2018-ci ilin yay aylarında Elsevər özbaşına və qanunsuz bir mərtəbəli, hündürlüyü 7 metr olan qeyri-yaşayış obyekti tikdirmişdir. Apellyasiya icraatı zamanı şahid qismində dindirilən X4 məhkəməyədək icraat və işə birinci instansiya məhkəməsində baxılarkən göstərdiyi məlumatlara uyğun ifadə verərək birdirmişdir ki, 1998-ci ildə yaşadığı General Mehmandarov küçəsi, 92 saylı binanın yaxınlığındakı boş torpaq sahəsində bir sota yaxın olan torpaq sahəsini hasarlayıb orada bir otaqlı tikili tikmiş və 1998-2001 -ci illərdə çayxana kimi istifadə etmişdir. 2001-ci ildən sonra həmin torpaq sahəsi heç kimin istifadəsində olmamışdır. Məhkumla 2018-ci ilin yanvar ayının sonlarında tanış olmuşdur. xxx Xətai rayon İcra Hakimiyyətinin inzibati binasının ikinci mərtəbəsində yerləşən otağında olarkən sonuncudan tikinti aparmaq üçün hansı sənədlərin lazım olduğunu, bütün bunlara nə qədər xərci çıxacağını soruşmuşdur. X19 Nazirliyi, Bakı şəhər İcra Hakimiyyəti və Xətai rayon İcra Hakimiyyətindən tikintiyə razılıq alınmasından ötrü ümumilikdə ondan 60.000 manat pul istəmi şdir. Sonuncuya həmin məbləğə gücünün çatmayacağım bildirmişdir. Fövqəladə Hallar Nazirliyi və Bakı şəhər İcra Hakimiyyəti ilə özü danışıb razı salacağını. Xətai rayon İcra Hakimiyyəti üçün isə xxx 40.000 manat pul verə biləcəyini demiş və sonuncu onunla razılaşmışdır. xxx ona pulu verəcəyi təqdirdə tikintiyə başlaya biləcəyi, qurtarandan sonra ona istismar aktı və müvafiq sərəncam verəcəyinə vəd vermişdir. Həmin gün axşam 40.000 manat pul götürüb, Xətai rayon İcra Hakimiyyətinin inzibati binasındakı ikinci mərtəbədə yerləşən otağına gəlib xxx vermişdir. xxx pulu götürdükdən sonra Təsərrüfat hesablı Layihə-Smeta Bürosunun mühəndisi xxx zəng edib, qeyd olunan torpaqda qeyri-yaşayış obyektinin tikintisi üçün eskiz layihənin çəkməsini tapşırmışdır. Həmin günü xxx zəngləşib görüşmüş, xxx ərazi ilə tanış olandan sonra təxminən 2 günə 99 m2 sahəsi olan qeyri-yaşayış obyektinin eskiz layihəsini çəkib ona vermişdir. Eskiz layihəsini xxx çatdırmış və sonuncu ona tikintiyə başlaya biləcəyini bildirmişdir. 2018-ci ilin fevral ayının axırlarında obyektin bünövrəsini qazdıran zaman Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət idarəsinin Xətai rayon üzrə kuratorları xxx və bir nəfər adını xatırlamadığı şəxs əraziyə yaxınlaşmışdır. Az sonra Bakı şəhər İcra Hakimiyyətinin Xətai rayonu üzrə kuratoru x7 adlı əməkdaş qeyd olunan əraziyə gəlmişdir. Sonuncular qanunsuz tikinti aparıldığını əsas gətirib tikintini dayandırmağı tələb etmişlər. Həmin şəxslərə tikintinin eskiz layihəsi təqdim edilsə də, sonuncular sənədə heç bir əhəmiyyət verməmiş və tikintini saxlamışlar. xxx zəng edib bu barədə məlumat vermiş. xxx ona özünün Fövqəladə Hallar Nazirliyinin həmin əməkdaşları ilə danışıb razılığa gələcəyini bildirmişdir. Az sonra xxx ona zəng edib tikintini davam etdirmək üçün Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına 5.000 manat verməli olduğunu demiş. xxx Bakı şəhər İcra Hakimiyyətindən razılıq alındıqdan sonra FHN-nin əməkdaşlarına həmin 5.000 manat pulu verəcəyini demişdir. xxx FHN-nin əməkdaşları ilə razılığa gəlsə də, x7 ilə razılığa gələ bilmədiyini deyib, x7dən razılıq almağı ona həvalə etmişdir. Bakı şəhər İcra Hakimiyyətinin Xətai rayonu üzrə kuratoru x7 adlı əməkdaşdan tikintinin davam etdirilməsi ilə bağlı razılıq alınacağına əmin olduqdan sonra, xxxlə əlaqə saxlayaraq Fövqəladə Hallar Nazirliyinin əməkdaşına çatacaq pulu göndərmək istədiyini bildirmişdi r. xxx pulu sürücüsünə çatdırmağı tapşırmışdır. Həmin vaxt xatırlamadığı nömrədən istifadəsində olan nömrələrindən birinə zəng gəlmişdir. Zəng edən özünü xxxin sürücüsü kimi təqdim etmiş, lakin adını deməmişdir. Onunla həmin günü Günəşli qəsəbəsində görüşüb 5.000 manat pulu ona vermişdir.... Tikinti 2018-ci ilin avqust ayına kimi davam etmiş, həmin ayda Arxitektura və Şəhərsalma idarəsinin əməkdaşları tikinti gedən əraziyə gələrək tikintinin qanunsuz aparıldığını bildirib işi dayandırmışlar. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X14 ifadəsində göstərmişdir ki, 2018-ci ilin əvvəllərində x1 xidməti ərazidə tikinti aparmağa cəhd göstərmiş, bu barədə Xətai rayon MKTB-nin rəis müavini Məhkum şifahi məlumat vermişdir.... 2018-ci ilin təxminən iyun ayında x1n qohumu Oruc ona 1999-cu il tarixli, 755 saylı sərəncamın surətini təqdim etmiş, o da həmin sərəncamı Məhkum çatdırmışdır. Həmin sərəncam xxx təqdim olunandan 10-15 gün sonra, təxminən iyun ayının sonlarında ərazidə tikintiyə başlanılmışdır. Bu barədə Məhkum məlumat vermiş, lakin sonuncu tikintinin qarşısının alınması istiqamətində heç bir tədbir görməmişdir. Sözü gedən tikinti ilə əlaqədar bir neçə dəfə Məhkum məlumat vermişdir. Lakin nə Məhkum, nə də digər müvafiq qurumlar tərəfindən tikintinin qarşısının alınması üçün heç bir iş görülməmişdir. Məhkum onun yanında qeyd olunan tikintinin dayandırılması və ya sökülməsi ilə bağlı akt tərtib etdiyini görməmişdir. Eləcə də sonuncu ona həmin tikintinin dayandırılması və ya sökülməsi ilə bağlı akt tərtib olunması ilə əlaqədar heç bir tapşırıq verməmişdir. B irinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X18 ifadəsində göstərmişdir ki, 2018-ci ilin əvvəllərində Xətai rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat birliyinin rəis müavini Məhkum xahişinə əsasən 2 gün ərzində 99 kv.m sahəsi olan qeyri yaşayış obyektinin eskiz lahiyəsini tərtib edib sifarişçi x8 vermişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X21 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində Baş Dövlət Tikinti Müfəttişliyinin Bakı şəhəri üzrə regional tikinti müfəttişliyinin baş məsləhətçisi vəzifəsində işləyir. 2018-ci ilin əvvəllərində Babəklə xidmətdə olarkən Xətai rayonu General Mehmandarov küçəsi, 92 saylı binanın qarşısında tanımadıqları şəxslər tər əfindən bünövrə qazıldığını görmüşlər. Bu barədə Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin əməkdaşı Xətai rayonu üzrə kuratoru X10 şifahi məlumat vermişlər. Həmin günü x7 və iş yoldaşı Tural həmin əraziyə gəlmişlər. Həmin vaxt sənəd təqdim olunmadığı üçün qazılmış bünövrə özləri tərəfindən doldurulmuşdur. Həmin günü x7 İsgəndərli Bakı şəhəri Xətai rayonu İcra Hakimiyyətinin Mənzil Kommunal İstehsalat Birliyinin rəis müavini Məhkum zəng edərək heç bir icazəverici sənəd təqdim etmədən tikintiyə cəhd faktının FHN-nin əməkdaşları ilə birlikdə aşkar olunduğunu və qarşısının alındığını bildirib, həmin ərazini nəzarətə götürməsini tapşırmışdır. Həmin gündən sonra onlar uzun müddət həmin ərazini nəzarətdə saxlamış, heç bir tikinti faktını aşkar etməmişlər. 2018-ci ilin i yul ayında daxili əmrlə başqa rayona təhkim olunduğu üçün, sonradan həmin ərazidə nə iş görülməsindən xəbərləri olmamışdır. F.A.Şəriflinin göstərdiklərini birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X11 da təsdiq edərək oxşar ifadə vermişdir. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi birinci instansiya məhkəməsində tədqiq edilmiş şahid X9 ifadəsindən görünür ki, 2006-cı ilin iyun ayının 1-dən 2018-ci ilin avqust ayının 1-nə kimi Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin layihələrə baxılması, müraciətlərlə və sənədlərlə iş şöbəsinin aparıcı məsləhətçisi, 2018-ci ilin avqust ayının 1-dən isə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin layihələrə baxılması, müraciətlərlə və sənədlərlə iş şöbəsinin aparıcı mə sləhətçisi vəzifəsində işləyir. Əsas vəzifəsi layihələrə baxılması, daxil olmuş müraciət və ərizələrin araşdırılmasından ibarətdir. 2018-ci ilin əvvəllərində FHN-nin Tikintidə Dövlət Təhlükəsizliyinə Nəzarət Agentliyinin əməkdaşı Fərid ona zəng edərək ərazidə bünövrə qazılmağa başlanıldığını, lakin tikintiyə dair heç bir sənəd təqdim olunmadığını bildirib, həmin əraziyə gəlməyini xahiş etmişdir. İş yoldaşı Tural ilə birlikdə ora getmişlər. Həmin vaxt FHN-nin əməkdaşları Fərid və Babək da orada olmuşlar. Bir nəfər adını bilmədiyi yaşlı kişi nə səbəbə gəldiklərini soruşanda, özlərini təqdim etməklə əmlaka və tikintiyə dair sənəd təqdim etməsini xahiş etmişlər. Sonuncu bütün sənədlərin qaydasında olduğunu və yaxın günlərdə təqdim edəcəyini bildirmişdir. Həmin vaxt heç bir sənəd təqdim olunm adığı üçün onların xahişi ilə qazılmış bünövrə özləri tərəfindən doldurulmuşdur. Həmin günü Bakı şəhəri Xətai rayonu İcra Hakimiyyətinin Mənzil Kommunal İstehsalat Birliyinin rəis müavini Məhkum zəng edərək heç bir icazəverici sənədlər təqdim etmədən tikintiyə cəhd faktının FHN-nin əməkdaşları ilə birlikdə aşkar olunduğunu, qarşısının alındığını, həmin ərazini nəzarətə götürməsini bildirmişdir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2018ci il tarixli Bakı şəhəri Xətai rayonu, General Mehmandarov küçəsi 92 saylı binanın yaxınlığında tikilən 2 mərtəbəli qeyri-yaşayış obyekti barədə tərtib olunmuş aktdan görünür ki, obyektin yerləşdiyi torpaq sahəsinin mülkiyyət, icazə və ya istifadə hüququnu təsdiq edən sənəd yoxdur. Obyekt yaxınlıqdakı yaşayış binasının s akinlərinin ümumi istifadəsində olan torpaq sahəsində tikilib. Təqdim olunan layihəyə əsasən qeyd olunan ünvanda 1 mərtəbəli hündürlüyü 7,0 metr, 12,4 m x 8m (96 itK ölçüdə məntəqə tikilməli olduğu halda yerində nəzərdə tutulduğundan artıq sahədə 2 mərtəbəli 2 aşırımlı bina tikilmişdir. Layihə qanunvericiliyin tələblərinə uyğun müvafiq qaydada razılaşdırılmamışdır. Tikilən bina tikintisinə icazə tələb olunan obyektlərə aid olduğundan Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsinin tələblərinə uyğun barəsində tikintiyə icazə proseduru həyata keçirilməmiş və müvafiq qaydada tikintiyə icazə alınmamışdır. “xxxx" MMC-dən daxil olmuş diskə baxış keçirilməsi protokolundan görünür ki, X1 istifadəsində olmuş 050-319- 21-11 nömrəsi ilə Məhkum istifadəsində olmuş ***-***-**-** mobil nömrə arasınd a xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək 35 dəfə qarşılıqlı danışıqlar aparılmışdır. X12 Məmmədov arasındakı telefon danışıqlarının qeydə alındığı diskə baxış protokolundan görünür ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi qənaətdən fərqli olaraq Məhkum məqsədi heç də x1 aldatmaq deyil, əksinə qanunsuz tikintini başa çatdırmaq olmuşdur. Məhkəmə-fonoskpik ekspertizasının xx xxxxxx 2018-ci il tarixli 29773 saylı rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 2 ədəd “PRİNCO” markalı CD diskdə olan mübahisəli fonoqramlardakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətnlərdən ibarətdir. Ekspertizaya təqdim olunmuş 2 ədəd “PRİNCO” markalı CD diskdə olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilən yazılı mətnlərində “Kİ” kimi işarə olunmuş diktorun səsi və nitqi - Məhkum məxsusdur. Yuxarıda şərh olunan sübutlardan görünür ki. Məhkum x1 tərəfindən ü1 saylı binanın yaxınlığında yerləşən torpaq sahəsində qanunsuz olaraq bir mərtəbəli qeyri- yaşayış obyektinin tikintisi ilə bağlı onunla bir neçə dəfə görüşüb, dəfələrlə telefon əlaqəsi saxlamış, bu iş üçün bilavasitə lazım olan sənədlərin əldə olunması ilə bağlı addmlar atmış, onun himayədarlığı ilə inşa edilən qanunsuz tikili müvafiq dövlət qurumları tərəfindən aşkar olunduqdan sonra belə, həmin tikilinin tamamlanması üçün x8 məsləhətlər vermiş, hətta tikintinin tezləşdırılməsi ilə bağlı əlavə ustaya ehtiyac olacağı halda köməklik edə biləcəyini bildirmişdir. Cinayəti törədən zaman Bakı şəhəri Xətai rayon İcra fiakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəis müavini v əzifəsində işləmiş Məhkum Cinayət Məcəlləsinin 308-ci maddəsinin müvafiq qeydinin tələbləri baxımından vəzifəli şəxs olmaqla x1 qanunsuz olaraq bir mərtəbəli qeyri-yaşayış obyektinin tikintisinə başlanılıb, tikintiyə maneə yaradılmaması, həmçinin tikintinin aparılmasına razılıq verilməsindən ötrü 40.000 manat pul istəmiş və almışdır. x1n mənafeyi üçün həmin pul müqabilində edəcəyi hərəkət isə bilavasitə onun (Məhkum) xidməti vəzifələrinə daxil olmuşdur. Göründüyü kimi, Bakı Apellyasiya Məhkəməsinin Məhkum barəsində olan yekun qərarında ictimai təhlükəli əməlin tövsifinə dair cinayət qanunvericiliyinin tətbiqinin düzgünlüyünə təsir edən gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamış və məhkəmə əsassız olaraq onun əməlini Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4 və 32.4,312.2-ci maddələ rinə tövsif etmişdir. Məhkəmə kollegiyası Məhkum birinci instansiya məhkəməsi tərəfindən Cinayət Məcəlləsinin 178.2.3 və 32.4,312.2-ci maddələri ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzalarını hər hansı bir əsaslandırma aparmadan birinci halda azaltmış, ikinci halda isə cərimə cəzası təyin etmişdir ki, bu da öz növbəsində cəzanın məqsədinə xidmət etməmişdir. Məhkum istinad olunan Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsində nəzərdə tutulan rüşvət vermə cinayəti ağır cinayətlər kateqoriyasına aiddir. Mübahisələndirilən yekun qərardan görünür ki, məhkəmə kollegiyası Məhkum olunduğu Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsinə “təkraf’lıq tövsifedici əlaməti əlavə etməsinə, eləcə də onu Cinayət Məcəlləsinin 178.2.3- cü maddəsindən başqa həmin Məcəllənin digər maddələri ilə də təqsirli bilməsinə, apellyasiya icraatı zamanı isə hər hansı bir yeni yüngülləşdirici hal müəyyən etməməsinə baxmayaraq, Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi ilə ona təyin edilmiş 7 il müddətə azadlıqdan məhrum etmə cəzasını hökmdən xaric etməklə həmin maddə ilə ona ən yüngül cəza növü olan cərimə cəzası təyin etmiş, hökmə əsasən Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə ona təyin olunan 4 il müddətə azadlıqdan məhrum etmə cəzasını isə 3 ilə endirmişdir. Məhkum törətdiyi ağır cinayətə görə ən yüngül cəza növü təyin edilməsi, eləcə də digər cinayətə görə hökmlə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını azaltmaqla sosial ədalət bərpa olunmamış, həmin cəza gələcəkdə həm onun özü, həm də başqa şəxslər tərəfindən eyni xarakterli cinayətlərin törədilməsinin qarşısının alınmasına, başqa sö zlə cəzanın məqsədinin təmin olunmasına xidmət etməmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin edilməsi barədə müdafiəçinin, kassasiya protestinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya protestinə və ya kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya mür aciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya protestinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Kassasiya protestində sübutların Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 143—146-cı maddələrinin tələblər inə müvafiq olaraq tədqiq edilməməsi, törədilmiş əməllərin hüquqi tövsifində səhvə yol verilməsi və məhkuma təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmaması əsaslarına görə apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilərək cinayət işinin yeni apellyasiya baxışına qaytarılması xahiş edilmişdir. Məhkum birinci instansiya məhkəməsinin hökmü ilə təqsirli bilinmişdir ki, o, xx xxxxx 2017-ci ildən Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəis müavini vəzifəsində işləyərkən, vəzifəli şəxs qismində rayon icra hakimiyyətinin səlahiyyətli məsul şəxsləri ilə xidməti əlaqələrindən istifadə edərək Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2014-cü il tarixli 375 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Dövlət şəhərs alma nəzarətinin həyata keçirilməsi» Qaydalarının 4.2-ci bəndinə əsasən, ərazi planlaşdırılması sənədlərinin tələblərinə əməl olunmasını təmin etmək və özbaşına tikililərin qarşısını almaqdan ibarət yerli səviyyədə dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi ilə bağlı xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar qanunsuz hərəkətlərin edilməsi, xidmət üzrə ümumi himayədarlıq və laqeydlik müqabilində, yəni X4 tərəfindən ü1 saylı binanın yaxınlığında yerləşən özgə mülkiyyətində olan 99 m2 torpaq sahəsində qanunsuz olaraq 1 mərtəbəli qeyri-yaşayış obyektinin tikintisinə başlanması, həyata keçiriləcək tikinti üçün maneə yaradılmaması, həmçinin tikintinin aparılmasına razılıq verilməsi müqabilində 2018-ci ilin yanvar ayının sonlarında səhər saatlarında Bakı şəhəri Xətai rayonu, ünvan ünv anda yerləşən Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin inzibati binasında özü üçün maddi neməti-külli miqdar təşkil edən 40.000 (qırx min) manat məbləğində pulu x1 birbaşa yolla şəxsən istəmiş və həmin gün axşam saatlarında qeyd edilən məbləğdə pulu həmin yerdə ondan şəxsən qəbul edib rüşvət qismində almışdır. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2014-cü il tarixli 375 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi» Qaydalarının 4-cü fəsli “Yerli icra hakimiyyəti orqanları tərəfindən dövlət şəhərsalma nəzarəti” adlanır. Həmin fəsldə: 4.1. Yerli icra hakimiyyəti orqanları tərəfindən dövlət şəhərsalma nəzarəti (bundan sonra-yerli səviyyədə dövlət şəhərsalma nəzarəti) mütəmadi olaraq müvafiq inzibati ərazi vahidinin sərhədləri daxilində həya ta keçirilir; 4.2. Yerli səviyyədə dövlət şəhərsalma nəzarətinin məqsədi ərazi planlaşdırılması sənədlərinin tələblərinə əməl olunmasını təmin etməkdən, habelə özbaşına tikililərin qarşısını almaqdan ibarətdir; 4.3. Yerli səviyyədə dövlət şəhərsalma nəzarəti zamanı yerli icra hakimiyyəti orqanları tikintiyə icazənin tələb olunmasına baxmayaraq tikinti obyektinin belə icazə alınmadan tikildiyini, habelə barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektləri ilə baqlı Məcəllənin 80.4-cü maddəsinin tələblərinə riayət edilmədən tikinti obyektinin tikildiyini müəyyən etdikdə, habelə tikinti məqsədləri üçün ayrılmamış dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahəsində tikintisinə Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan obyektdə hər hansı tikinti- qiraşdırma işinin aparılmasını aşkar etdikdə, sifarişçiyə (podratçıya) tikiti işlərinin onlar tərəfindən dayandırılmasını yazılı qaydada tövsiyyə edir və Məcəllədə nəzərdə tutulmuş tədbirlərin görülməsi üçün aşkar olunmuş pozuntular barədə Azərbaycan Respublikasının Fövqaladə Hallar Nazirliyinə bir iş günü müddətində yazılı məlumat verməlidir. Məhkum birinci və apellyasiya instansiya məhkəmələrindəki ifadələrində göstərmişdir ki, Xətai rayon İcra Hakimiyyətinin Mənzil Kommunal İstehsalat birliyin rəis müavini kimi vəzifələrinə ərazidə qanunsuz tikili və ya qanusuz zəbt olunma halları aşkar etdikdə, bu barədə 2018-ci ilin avqust ayına kimi Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq şöbəsinə, 2018-ci ilin avqust ayından isə Arxitektura və Şəhərsalama idarəsinə məlumat vermək daxildir. Azərbayca n Respublikası CPM-nin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Məhkum birliyin rəis müavini kimi ərazidə qanunsuz tikili və ya qanusuz zəbt olunma hallarına nəzarət etməli olması və bu barədə müvafiq orqanlara məlumat verməli olması barədə ifadəsi adı çəkilən “qaydaların” tələblərinə uyğundur və qaydaların 4.2-ci bəndində nəzərdə tutulmuş Yerli icra hakimiyyəti orqanlarının üzərinə dövlət şəhərsalma nəzarəti üzrə qoyulmuş vəzifələrlə təsdiq olunur. Bunun əksini təsdiq edəcək cinayət işinin materiallarında hər hansı sübut mövcud deyil və müdafiə tərəfindən belə subutun mövcudluğu mübahisələndirilməmişdir. Məhkum tutduqu X ətai rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəis müavini vəzifəsi Xətai rayon İcra Hakimiyyətinin Mənzil Kommunal İstehsalat birliyi sahəsi üzrə yerli icra hakimiyyəti orqanlarına aid bir strukturdur. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2014-cü il tarixli 375 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi» Qaydalarının 4-cü fəslində “Yerli icra hakimiyyəti orqanları” ifadəsi Xətai rayonuna münasibətdə həmin İcra hakimiyyətinin strukturuna daxil olan orqanları nəzərdə tutmuşdur. Apellyasiya instansiya məhkəməsi öz qərarında göstərilən qaydalara istinad etməsə də, Məhkum Xətai rayon İcra Hakimiyyətinin Mənzil Kommunal İstehsalat birliyinin rəis müavini olaraq vəzifəli şəxs olduğunu qəbul etmişdir. Lakin, məhkəmə koll egiyası onun yerli səviyyədə dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi ilə bağlı xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar qanunsuz hərəkətlərin edilməsi, xidmət üzrə ümumi himayədarlıq və laqeydlik müqabilində, Xətai Rayon İcra Hakimiyyətinin inzibati binasında özü üçün maddi nemətikülli miqdar təşkil edən 40.000 (qırx min) manat məbləğində pulu x1 birbaşa yolla şəxsən almasına, x1 tərəfindən ü1 saylı binanın yaxınlığında yerləşən özgə mülkiyyətində olan 99 m2 torpaq sahəsində qanunsuz olaraq 1 mərtəbəli qeyri-yaşayış obyektinin tikintisinə başlamasını bildiyi halda göstərilən qaydalarla üzərinə düşən vəzifələri icra etməməsinə heç bir münasibət bildirməmişdir. Apelyasiya məhkəmə kollegiyası onun bu hərəktlərini xidməti əlaqələrindən istifadə etməklə x1n etibarından sui-ictif adə etməklə sonuncu tərəfindən ü1 saylı binanın yaxınlığında yerləşən özgə mülkiyyətində olan 99 kv.m torpaq sahəsində qanunsuz olaraq 1 mərtəbəli qeyri-yaşayış obyektinin tikintisinə başlanması, həyata keçiriləcək tikinti üçün maneə yaradılmaması həmçinin tikintinin aparılmasına razılıq veriləcəyi ilə yalandan vəd edib aldatma kimi qiymətləndirmişdir. Əslində aldatmanın nədə ifadə olunması apelyasiya məhkəmə kollegiyasının qərarında şərh edilməmiş, və cinayət işinin materiallarında görünür ki, Məhkum hərkətləri x1 aldatmağa deyil, qanunsuz tikintinin tezliklə başa çatdırılmasına və tikintiyə maneələrin aradan qaldırılmasına yönəlmişdir. Cinayət işinin materiallarında olan və birinci instansiya məhkəməsinin hökmündə istinad etdiyi telefon danışıqlarından və şahid ifadələrindən müəyyən edil ir ki, Məhkum əvvəllər tikintini dayandırsa da, x1 40.000 (qırx min) manat məbləğində pulu aldıqdan sonra qanunsuz ikintinin aparılmasına mane olmamış, hətta qanunsuz tikintinin tezliklə başa çatdırılması üçün əlavə usta verə biləcəyini bildirmiş, torpaq sahəsinin ayrılmasına dair x1n saxta sənədlər əldə etdiyini bildiyi halda bu barədə müvaviq orqanlara məlumat verməmiş, qanunsuz tikintinin aparılmasına mane olmaq istəyən digər təşkilatların əməkdaşlarına rüşvət verərək onların maneələrinin aradan qaldırılmasına öz məsləhətləri ilə yardım etmiş və x1 həmin şəxslərə rüşvət verməyə təhrik etməklə onun 5000 manat pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmişdir. Apellyasiya instansiya məhkəməsinin qərarında Məhkum x1 40.000 (qırx min) manat məbləğində pulu aldıqdan sonra ona verdiyi vədləri nə əməl etməməsinin, onu aldatmasının hansı hərkətlərində ifadə olunduğu göstərilməmişdir. X4 eyni məzmunlu ifadələrində göstərmişdir ki, xxxin Xətai rayon İcra Hakimiyyuətinin inzibati binasının ikinci mərtəbəsində yerləşən otağında olarkən sonuncudan tikinti aparmaq üçün hansı sənədlərin lazım olduğunu, bütün bunlara nə qədər xərc çıxacağını soruşmuşdur. X20 Nazirliyi, Bakı şəhər İcra Hakimiyyəti və Xətai rayon İcra Hakimiyyətindən razılıq alınmasından ötrü 60000 manat pul istəmişdir. sonuncuya həmin məbləğə gücününü çatmayacağını bildimişdir. Fövqaladə Hallar Nazirliyi və Bakı şəhər İcra Hakimiyyəti ilə özü danışıb razı salalacağını, Xətai rayon İcra Hakimiyyətinin üçün isə xxx 40000 manat pul verə biləcəyini demiş və sonuncu onunla razılaşmışdır. Qanunsuz tikintinin başlanmasının və ti kintinin aparılmasının qarşısının alınması məqsədi ilə «Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi» Qaydalarında nəzərdə tutulmuş vəzifələrin icrası ilə əlaqədar nə Məhkum tərəfindən, nə onun təmsil etdiyi Xətai rayon İcra Hakimiyyətinin Mənzil Kommunal İstehsalat birliyinin və nə də Xətai rayon İcra Hakimiyyətinin hər hansı strukturu tərəfindən hər hansı təşəbbüs göstərilməsi cinayət işinin materiallarından müəyyən edilməmişdir. x1 ifadəsində göstərmişdir ki, tikinti 2018-ci ilin avqust ayına kimi davam etmiş, həmin ayda Arxitektura və Şəhərsalma idarəsinin əməkdaşları tikinti gedən əraziyə gələrək tikintinin qanunsuz aparıldığını bildirib işi dayandırmışlar. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X14 ifadəsində göstərmişdir ki, 2018-ci ilin əvvəllərində x1 xidmə ti ərazidə tikinti aparmağa cəhd göstərmiş, bu barədə Xətai rayon MKTB-nin rəis müavini Məhkum şifahi məlumat vermişdir.... 2018-ci ilin təxminən iyun ayında x1n qohumu Oruc ona 1999-cu il tarixli, 755 saylı sərəncamın surətini təqdim etmiş, o da həmin sərəncamı Məhkum çatdırmışdır. Həmin sərəncam xxx təqdim olunandan 10-15 gün sonra, təxminən iyun ayının sonlarında ərazidə tikintiyə başlanılmışdır. Bu barədə Məhkum məlumat vermiş, lakin sonuncu tikintinin qarşısının alınması istiqamətində heç bir tədbir görməmişdir. Sözü gedən tikinti ilə əlaqədar bir neçə dəfə Məhkum məlumat vermişdir. Lakin nə Məhkum, nə də digər müvafiq qurumlar tərəfindən tikintinin qarşısının alınması üçün heç bir iş görülməmişdir. Məhkum onun yanında qeyd olunan tikintinin dayandırılması və ya sökülməsi ilə bağlı akt tərtib etdiyini görməmişdir. Eləcə də sonuncu ona həmin tikintinin dayandırılması və ya sökülməsi ilə bağlı akt tərtib olunması ilə əlaqədar heç bir tapşırıq verməmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X18 ifadəsində göstərmişdir ki, 2018-ci ilin əvvəllərində Xətai rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat birliyinin rəis müavini Məhkum xahişinə əsasən 2 gün ərzində 99 kv.m sahəsi olan qeyri yaşayış obyektinin eskiz lahiyəsini tərtib edib sifarişçi x8 vermişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X21 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində Baş Dövlət Tikinti Müfəttişliyinin Bakı şəhəri üzrə regional tikinti müfəttişliyinin baş mə sləhətçisi vəzifəsində işləyir. 2018-ci ilin əvvəllərində Babəklə xidmətdə olarkən Xətai rayonu General Mehmandarov küçəsi, 92 saylı binanın qarşısında tanımadıqları şəxslər tərəfindən bünövrə qazıldığını görmüşlər. Bu barədə Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin əməkdaşı Xətai rayonu üzrə kuratoru X10 şifahi məlumat vermişlər. Həmin günü x7 və iş yoldaşı Tural həmin əraziyə gəlmişlər. Həmin vaxt sənəd təqdim olunmadığı üçün qazılmış bünövrə özləri tərəfindən doldurulmuşdur. Həmin günü x7 İsgəndərli Bakı şəhəri Xətai rayonu İcra Hakimiyyətinin Mənzil Kommunal İstehsalat Birliyinin rəis müavini Məhkum zəng edərək heç bir icazəverici sənəd təqdim etmədən tikintiyə cəhd faktının FHN-nin əməkdaşları ilə birlikdə aşkar olunduğunu və qarşısının alındığını bildirib, həmin ərazini nəzarətə götürməsini tapşırmışdır. Həmin gündən sonra onlar uzun müddət həmin ərazini nəzarətdə saxlamış, heç bir tikinti faktını aşkar etməmişlər. 2018-ci ilin iyul ayında daxili əmrlə başqa rayona təhkim olunduğu üçün, sonradan həmin ərazidə nə iş görülməsindən xəbərləri olmamışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X11 da təsdiq edərək X15 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2018-ci il tarixli Bakı şəhəri Xətai rayonu, General Mehmandarov küçəsi 92 saylı binanın yaxınlığında tikilən 2 mərtəbəli qeyri-yaşayış obyekti barədə tərtib olunmuş aktdan görünür ki, obyektin yerləşdiyi torpaq sahəsinin mülkiyyət, icazə və ya istifadə hüququn u təsdiq edən sənəd yoxdur. Obyekt yaxınlıqdakı yaşayış binasının sakinlərinin ümumi istifadəsində olan torpaq sahəsində tikilib. Təqdim olunan layihəyə əsasən qeyd olunan ünvanda 1 mərtəbəli hündürlüyü 7,0 metr, 12,4 m x 8m (96 itK ölçüdə məntəqə tikilməli olduğu halda yerində nəzərdə tutulduğundan artıq sahədə 2 mərtəbəli 2 aşırımlı bina tikilmişdir. Layihə qanunvericiliyin tələblərinə uyğun müvafiq qaydada razılaşdırılmamışdır. Tikilən bina tikintisinə icazə tələb olunan obyektlərə aid olduğundan Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsinin tələblərinə uyğun barəsində tikintiyə icazə proseduru həyata keçirilməmiş və müvafiq qaydada tikintiyə icazə alınmamışdır. “xxxx" MMC-dən daxil olmuş diskə baxış keçirilməsi protokolundan görünür ki, X1 istifadəsində olmuş 050-319- 21-11 nömrə si ilə Məhkum istifadəsində olmuş ***-***-**-** mobil nömrə arasında xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək 35 dəfə qarşılıqlı danışıqlar aparılmışdır. X12 x arasındakı telefon danışıqlarının qeydə alındığı diskə baxış protokolundan görünür ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi qənaətdən fərqli olaraq Məhkum məqsədi heç də x1 aldatmaq deyil, əksinə qanunsuz tikintini başa çatdırmaq olmuşdur. Məhkumla x5 arasında olan telefon danışıqlarından isə görünür ki, xxx titkintinin tezliklə başa çatdırılması ilə maraqlanır və göstərir: “damını (tikilinin) vurmağa başlamısan ya yox?”, “3-4 günə qurtarar”, “pəncərəni zadı zakaz eləmisən?”, “qabağın malasın zadın da vur da”, “başqa usta tap, yoxdursa sənə usta verim”, “hə fsyo adam zad çox tök tez qurtar”, “tez qurtar damın pəncərəsin qoy sonra remont eliyərsən” Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası birinci instansiya məhkəməsinin hökmündə Məhkum cinayət əməlinin hüquqi tövsifində dəyişiklik edərkən birinci instansiya məhkəməsinin əsaslandığı sübutların mötəbərliyinə, cinayət əməllərinin sübut olunmasında toplanmış sübutların kifayət etməsinə hər hansı irad bildirməmiş, qərarının təsviri və əsaslandırıcı hissəsində Məhkum birinci instansiya məhkəməsinin hökmü ilə təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 311.3.3-cü maddəsinə qərarının əsaslandırıcı hissəsində istinad belə etmədən, birinci instansiya məhkəməsinin həmin maddə üzrə gəldiyi nəticələri nəyə görə qəbul etmədiyini əsaslandırmadan, həmin epizod üzrə Məhkum cinayət əməllərini CM-nin 178.2.2, 178.2.3, 178.2.4-cü maddələrinə tövsif etmişdir. Bu zaman məhkəmə Məhkum elan edilmiş ittihamdan kənara çıxaraq onu təkrar dələduzluqda da təqsirli bilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası cinayət işinə baxmış məhkəmə tərkibinin qərarında göstərilmişdir ki, cinayət işinin materiallarından və apellyasiya baxışının nəticələrindən görünür ki, məhkum ittiham olunduğu cinayət əməllərində özünü təqsirli bilməyib heç bir cinayət törətmədiyini göstərsə də,onun qulluq mövqeyindən istifadə edərək ayrı-ayrı hallarda iki dəfə,sonuncusu təkrar olmaqla dələduzluq cinayətləri törətməsi və bu əməllərin birincisində ələ keçirdiyi məbləğin xeyli miqdar təşkil etməsi,eləcə də vəzifəli şəxsə bilə- bilə xeyrinə edəcəyi qanunsuz hərəkətə görə x1 maddi nemət olan pulu iki dəf ə, ikincisi təkrar olmaqla rüşvət qismində verməyə təhrik etməsi şahidlərin ifadələrilə, işin digər materialları ilə tamamilə sübuta yetirilmişdir. Məhkəmə kollegiyası Məhkum bəraət verilməsi barədə apellyasiya şikayətində gətirilən dəlilləri əsassız hesab edərək qeyd edir ki, işdə bəraətin əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42-ci maddəsində göstərilən hallardan heç biri mövcud olmadığından Məhkum hazırkı iş üzrə bəraət verilə bilməz. Apellyasiya məhkəmə kollegiyası hansı əsaslala belə nəticəyə gəldiyini əsaslandırmadan hesab etmişdir ki, hökm dəyişdirilməli, Məhkum Azərbaycan Respublikası CM-nin 178.2.3 maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan m əhrum edilməklə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-nin 32.4,312.2 maddəsilə məhkum olunduğu yeddi il müddətinə azadlıqdan məhrum etmə cəzası,eləcə də CM-nin 66.3 və 66.4 maddələrinə əsasən ona qəti cəza təyin edilməsi barədəki göstərişlər hökmdən xaric olunmalı, Məhkum cinayət əməlləri Azərbaycan Respublikası CM-nin 178.2.2,178.2.3, 178.2.4,32.4,312.2 maddələrinə tövsüf edilməlidir. Birinci instansiya məhkəməsi cəza təyin edərkən Məhkum himayəsində iki azyaşlı uşağın olmasını cəzanı yüngülləşdirən hal kimi, cəzasını ağırlaşdıran halın olmamasını eləcə də törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin edilən cəzanın həm məhkum və həm də başqa ş əxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq etdiyini göstərmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticələr cinayət işinin faktiki hallarına məhkumun şəxsiyyətinə və Azərbaycan Respublikası CM-nin 451.2-ci 58.3-cü və 59.1.4-cü maddələrinin tələblərinə uyğundur. Apellyasiya instansiyası məhkəməsi isə birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin əsassızlığının və qanunsuzluqunun nədə ifadə olunduğunu göstərmədən, həmin hökmdə dəyişiklik etmiş, hökmün bəzi müddəalarını xaric etmişdir. Beləliklə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası cinayət işi üzrə sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 143—146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq etməmiş, Məhkum tərəfindən törədilmiş cinayət əməllərin hüquqi tövsifində səhvə yol vermiş və cinayətlərin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza təyin etmişdir. Azərbaycan Respublikası CPM-nin 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrinə əsasən məhkəmə bu Məcəllənin 143—146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə, törədilmiş əməlin tövsifində səhvə yol verdikdə və məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Göstərilənlərə əsasən kassasiya protestinin dəlilləri əsaslı olduğundan kassasiya protesti təmin edilərək apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilərək cinayət işi yeni apellyasiy a baxışına təyin edilməlidir. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayətprosessual qanunların pozulması, Məhkumnun müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Dövlət ittihamçısı kassasiya protesti təmin edilsin. Məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarı Dövlət ittihamçısı kassasiya protestinə münasibətdə ləğv edilsin və cinayət işi həmin məhkəmədə yeni apelyasiya baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-434/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-434/2020
02.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver