Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-434/2021 01.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, katib-İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru 1-ci dərəcəli hüquqşünas Hacıyev Ziya Əli oğlunun, Məhkum və müdafiəçisi-vəkil Salehova Könül Dəmirçi qızının iştirakları ilə, Xa çmaz Rayon Məhkəməsinin 21 may 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 avqust 2020-ci il tarixli qərarından Məhkum müdafiəçisi-vəkil Salehova Könül Dəmirçi qızı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Xaçmaz Rayon Məhkəməsinin 21 may 2020-ci il tarixli hökmü ilə (sədrlik edən hakim: A.B.Sadıqov) Məhkum - xx.xx.1999-cu il tarixdə Xaçmaz rayonunun Qalağan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, Xaçmaz rayonunun Qalağan kəndində qeydiyyatda olmaqla yaşamış Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təq sirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəlinin məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanması hökm edilmişdir. Məhkum təyin olunmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza azadlıqdan məhrum etmə növündə əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunması qərara alınmışdır. İşin halları: Birinci instansiya məhkəməsi Məhkum barəsində ittiham hökmü çıxarmışdır, ona görə ki, o, 02 oktyabr 2019-cu il tarixdə, saat 12 radələ rində işıqlı və quru hava şəraitində VAZ-2107 markalı, ** FA *** qeydiyyat nişanlı avtomobili idarə edib Xaçmaz şəhəri, Bakı prospekti ilə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni sürücü hərəkətə başlarkən, yerdəyişərkən, dönərkən manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üün maneə yaratmamalı və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda həmin təhlükəsizlik tədbirlərinə riayət etməmiş, həmçinin «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini pozmaqla avtomobili sürücülük vəsiqəsi olmadan idarə edərək Bakı prospektinin Xaçmaz-Niyazabad kənd yolu kəsişməsində sola manevr edib s ol hərəkət zolağına çıxaraq arxadan gələn Zərərçəkmiş şəxs idarə etdiyi «Minsk» markalı motosikletlə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan sürücü Zərərçəkmiş şəxs sağ əlin İV daraq sümüyünün qapalı sınığı kimi sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamalığa az ağır zərər vurmaya aid xəsarət alması və sonuncuya 150 manat məbləğində maddi ziyan vurulması ilə nəticələnən yol hərəkəti qaydalarını pozmuşdur. Bununla da o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hökmdən məhkum tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə baxan Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyası (hakimlər: E.M.Əhmədov (sədrlik edən və məruzəçi), E.G.Rəhimov və M.Ə.Rzayevdən ibarət tərkibdə) 27 avqust 2020-ci il tarixli qərarı ilə apelyasiya şikayəti təmin edilmədən, Xaçmaz Rayon Məhkəməsinin 21 may 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 avqust 2020-ci il tarixli qərarından Məhkum müdafiəçisi-vəkil Salehova Könül Dəmirçi qızı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçisi-vəkil Salehova Könül Dəmirçi qızı kassasiya şikayətində Sumqayıt Apelyasiya Məhkəməsinin 27 avqust 2020-ci il tarixli qərarını hüquqlarını müdafi etdiyi şəxsin şəxsiyyətinə və əməlin ictimai təhlükəlilik dərəcəsinə münasibətdə ağır hesab etdiyini bildirmişdir. Belə ki, onun ailə vəziyyəti olduqca ağır olub anası hələ 2014-cü il tarixində vəfat etmiş və əmək qabiiyyəti olmayan, anadangəlmə əlləri şikəst, onurğası xəstə atası onun himayəs ində qalmışdır və onun maddi cəhətdən təminatı və ona qulluq 6 ildir tamamilə Məhkum öhdəsindədir. Xaçmaz Məhkəməsi yalnız onun səmimi peşmançılığını, ilk dəfə cinayət törətməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını yüngülləşdirici hal kimi nəzərə alsa da onun ailə və maddi vəziyyətini, habelə hərbi xidmətdə olarkən N saylı hərbi hissə tərəfindən əsl Azərbaycan əsgəri kimi cox müsbət xarakterizə olunmasını nəzərə almamışdır. Bu halları apelyasiya instansiyası da nəzərə almamış, Sumqayıt Apelyasiya Məhkəməsi öz qərarında cəza təyin edilərkən məhkum barəsində hər hansı yüngülləşdirici halı müəyyən etmədiyindən Məhkum orta həddə cəza təyin etmişdir. Məhkumun törətdiyi əməldən peşman olmasını, törətdiyi əməlin nəticəsini dərk etməsini və aradan qaldırmağa çalışdığını, zərərçəkmi şə dəyən zərəri də ödəməsini nəzərə alan zərərçəkmiş Məhkumdan şikayətçi olmamış və ona qarşı hər hansı tələbi olmadığı barədə yazdığı ərizəsini notariatda təsdiq etdirmişdir. Lakin Apelyasiya Məhkəməsi zərərçəkmişin apelyasiya baxışında iştirakını təmin etmədiyi üçün şikayətçi olmadığını zərərçəkmiş məhkəmə baxışında bildirə bilməmişdir.. Beləliklə də zərərçəkmiş Məhkumuu bağışlasa da məhkəmə onu bağışlamamış, iş üzrə əsas yungülləşdirici halları nəzərə almadan ona azadlıqdan məhrum etmə növündə çəza vermişdir. Halbuki, bu cəza İbrahimovu deyil, onun ailəsini, xəstə atasını damın altında tək tənha və ac-susuz qoymaqla nəticələnə bilər, çünki Məhkum həmin avtomaşınla həm də taksist kimi də işləyərək atasının və özünün qida ilə təminatını pis yaxşı təmin etməkdə idi. Bu cəza nəinki onun, hətta ailənin psixoloji vəziyyətini də ağırlaşdıra bilər. Odur ki, qeyd olunanları nəzərə alaraq Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 avqust 2020-ci il tarixli qərarını dəyişdirərək barəsində CM-nin 62-ci maddəsini tətbiq etməklə Məhkum cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun və müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməs i kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiya sı məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, məhkum və onun müdafiəçisinin kassasiya şikayətinin təmin olunması, dövlət ittihamçısının isə apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 avqust 2020-ci il tarixli qərarı isə dəyişdirilməlidir. Birinci instansiya məhkəməsinin hökmü və apellyasiya məhkəməsinin q ərarından görünür ki, Məhkum təqsirli bilindiyi cinayət əməli məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması birinci instansiya məhkəməsinin hökmü və apellyasiya məhkəməsinin qərarında göstərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum əməli Azərbaycan Respublikası CMnin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Apellyasiya məhkəməsinin bunlara dair gəldiyi nəticənin qanuniliyini şübhə altına almağa əsas yoxdur. Bununla belə cə za məsələsini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, məhkuma təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətinin azaldılması cəzanın islahedici funksiyası baxımından daha məqsədəmüvafiqdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. "Məhk əmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də, cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtis adi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, h əm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 14 noyabr 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayəti n cinayət-hüquqi nəticəsidir. Cinayət işinin materiallarından müəyyən edilir ki, məhkum zərərçəkmiş şəxslə barışıq əldə etmişdir. Bu hal Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən haldır və qeyd olunan hal apellyasiya məhkəməsi tərəfindən yüngülləşdirici hal kimi nəzərə alınmamışdır. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Ona görə də kassasiya şikayəti yuxarıda göstərilən əsaslarla qismən t əmin edilərək apelyasiya instansiyası məhkəməsinin hökmü dəyişdirilməli, Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti azaldılmalıdır. Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri qismən təmin olunmalı və cinayət işi üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 avqust 2020-ci il tarixli qərarının dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416.1.21ci maddəsinin nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edildiyindən kassa siya şikayəti qismən təmin edilməli və qərar dəyişdirilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişdirmək haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Məhkum müdafiəçisi-vəkil Salehova Könül Dəmirçi qızı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 avqust 2020-ci il tarixli qə rarı məhkumun müdafiəçisi-vəkil Salehova Könül Dəmirçi qızının kassasiya şikayətinə münasibətdə dəyişdirilsin. Məhkum Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti 01 (bir) il 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına endirilsin. Qalan hissədə qərar dəyişdirilmədən saxlanılsın. Sədrlik edən: Fərhad Kərimov Hakimlər: Şahin Yusifov Ələsgər Novruzov
Məhkəmə qərarları › İş №1(102)-434/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-434/2021
01.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver