Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-435/2019 10.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Nəsibov Hafiz Qənbər oğlu və Seyfəliyev Əli Səlim oğlundan ibarət tərkibdə, Yusifova Gülnar Azad qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X1 Məhkum Bəraət almış şəxs X4 iştirakları ilə 07 fevral 1990-cı ildə Ucar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Ucar rayon Məhkəməsinin 24 aprel 2012-ci il tarixli hökmü ilə CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 05.01.2016-cı ildə cəzasının sonu ilə azad edilmiş, İmişli rayonu, Məmmədli kəndində yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 221.1-ci maddəsi ilə məhkum edilməsinə, 20 yanvar 1995-ci ildə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, İmişli şəhəri, Şəhriyar küçəsi ev 2-də yaşayan X6 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin 12 noyabr 2018-ci il tarixli ilkin baxış qərarından Məhkum, bəraət almış şəxs X9 və onların müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İmişli rayon Məh kəməsinin 28 avqust 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Ü.Qənbərov) Məhkum Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə təqsirli bilinib qazancından 20 (iyirmi) faiz dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətə islah işləri cəzasına məhkum edilməsi və CM-nın 69.3-cü maddəsinə əsasən Məhkum 21 dekabr 2017-ci il tarixdən 23 dekabr 2017-cı il tarixədək həbsdə saxlandığı 3(üç) gün nəzərə alınaraq üzərində qazancından 20 (iyirmi) faiz dövlət nəfinə tutulmaqla 11 (on bir) ay 21 (iyirmi bir) gün müddətə islah işləri cəzasının saxlanması, cəza çəkməsinin əvvəlinin onun işlədiyi və qazancından tutmaların aparıldığı gündən hesablanması hökm edilmişdir. X6 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə əməlində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası Cinayət Pr osessual Məcəlləsinin 42.1.2-ci maddəsinə əsasən irəli sürülmüş ittiham üzrə bəraət verilməsi hökm edilmişdir. Məhkəmənin həmin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, zərərçəkmiş şəxs tərəfindən apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 12 noyabr 2018-ci il tarixli qərarı ilə (sədrlik edən hakim E.Ə.Camalov, hakimlər: Ə.Ə.Novruzov və R.M.Cəfərov) İmişli Rayon Məhkəməsinin 28 avqust 2018-ci il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protestinə və zərərçəkmiş şəxs tərəfindən verilmiş apelyasiya şikayətinə baxılmasına xitam verilmiş, İmişli Rayon Məhkəməsinin 28 avqust 2018-ci il tarixli hökmü ləğv edilmiş və Məhkum və X4 CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair ********* nömrəli cinayət işinin materialla rı İmişli Rayon Məhkəməsinə məhkəmə baxışı mərhələsinə qaytarılmışdır. İşin halları: Məhkum ondan ötrü məhkəməyə verilmişdir ki, o, tanışı X9 ilə bir qrup şəxs halında 24 sentyabr 2017-ci il tarixdə saat 08 radələrində İmişli şəhəri ************* prospektində, İmişli Şəkər ASC-nin qarşısında əsaslı səbəb olmadan X8 yaxınlaşıb şəxslərin gözü qarşısında ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuraraq, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarında ifadə olunan ictimai qaydanı kobud surətdə pozaraq, aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıqda, bir çox insanın mənafeyinə toxunmada ifadə olunan cəmiy yətə açıqca hörmətsizlik edərək, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərə yol verərək, nalayiq söyüşlər söyməklə yumruq və təpik zərbələri ilə N6 başından, qarnından və bədəninin başqa nahiyələrindən vurmaqla ona sol göz ətrafı yumşaq toxumaların hematoması, sol gicgah nahiyəsində yumşaq toxumaların şişkinliyi halında əzilməsi, baş beyin silkələnməsi halında qapalı kəllə-beyin travması, dodaqların selikli qişasında qansızma sahələri, alt çənə və sol bazu nahiyəsində qançır sahəsi, sağ bayır topuq və sağ baldır nahiyələrində sıyrıq sahələri ilə müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmağa aid xəsarətlər yetirməklə qərəzli hərəkətlərini təxminən 10 dəqiqə müddət ərzində davam etdirib, ətrafda olan şəxslə rin narahatçılığına səbəb olmaqla xuliqanlıq etmişdir. X9 ondan ötrü məhkəməyə verilmişdir ki, o, tanışı Məhkum ilə bir qrup şəxs halında 24 sentyabr 2017-ci il tarixdə saat 08 radələrində İmişli şəhəri ********** prospektində, İmişli Şəkər ASC-nin qarşısında əsaslı səbəb olmadan X8 yaxınlaşıb şəxslərin gözü qarşısında ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuraraq, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarında ifadə olunan ictimai qaydanı kobud surətdə pozaraq, aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıqda, bir çox insanın mənafeyinə toxunmada ifadə olunan cəmiyyətə açıqca hörmətsizlik edərək, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərə yol verərək, nalayiq söyüşlər söyməklə yumruq və təpik zərbələri ilə N6 başından, qarnından və bədəninin başqa nahiyələrindən vurmaqla ona sol göz ətrafı yumşaq toxumaların hematoması, sol gicgah nahiyəsində yumşaq toxumaların şişkinliyi halında əzilməsi, baş beyin silkələnməsi halında qapalı kəllə-beyin travması, dodaqların selikli qişasında qansızma sahələri, alt çənə və sol bazu nahiyəsində qançır sahəsi, sağ bayır topuq və sağ baldır nahiyələrində sıyrıq sahələri ilə müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmağa aid xəsarətlər yetirməklə qərəzli hərəkətlərini təxminən 10 dəqiqə müddət ərzində davam etdirib, ətrafda olan şəxslərin narahatçılığına səbəb olmaq la xuliqanlıq etmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum, bəraət almış şəxs X9 və onların müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətlərində Şirvan Apellyasiya Məhkəməsinin 12 noyabr 2018-ci il tarixli qərarının ləğv edilməsi və işə yenidən apellyasiya instansiya məhkəməsində mahiyyəti üzrə baxılması xahiş olunur. Şikayətdə qeyd edilir ki, apellyasiya instansiya məhkəməsində işə baxılarkən Məhkum və bəraət almış şəxs X4 cinayət qanunvericiliyində nəzərdə tutulmuş hüquqları pozulmuş, işə baxılmasının tarixi və yeri barədə onlara lazımı qaydada məlumat verilməmiş və işə onların iştirakı olmadan baxılmışdır. Həmçinin şikayət müəllifləri hesab edirlər ki, Şirvan Apellyasiya Məhkəməsində işə baxılarkən iş birtərəfli aparılmış və ədalətsiz və əsassız qərar qəbul edilmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətlərinin təmin edilməsi barədə Məhkum və bəraət almış şəxs C6, kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Alverdiyevin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin no rmalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Şikayət müəllifləri kassasiya şikayətində apellyasiy a instansiya məhkəməsinin qərarının ədalətsiz və əsassız olduğundan ləğv edilməsini xahiş edirlər. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahid ləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası kassasiya şikayətlərindəki dəlilləri əsassız hesab edərək iş materiallarına istinad edərək aşağıdakıları qeyd edir: Belə ki, iş materiallarından müəyyən olunur ki, Məhkum və X4 CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair ********* nömrəli cinayət işinin materialları 14 mart 2018-ci il tarixdə İmişli Rayon Məhkəməsinə daxil olmuş, məhkəmənin hazırlıq iclası 30 mart 2018-ci il tarixə təyin olunmuşdur. İş materiallarında olan 30 mart 2018-ci il tarixli məhkəmə hazırlıq iclasının protokolundan görünür ki, təqsirləndirilən şəxslər Məhkum və C.Məmmədov, həmçinin onların müdafiəçiləri və zərərçəkmiş şəxs məhkəmənin hazırlıq iclasında iştirak etmiş və hazırlıq iclasında həll edilən məsələlərə dair öz münasibəti ni bildirmişlər. İş materiallarında olan 10 aprel 2018-ci il tarixli məhkəmə baxışı iclasının protokolundan görünür ki, zərərçəkmiş şəxs X11 məhkəmə baxışı iclasında iştirak etmiş və cinayət işi üzrə ifadə vermiş, məhkəmə baxışı iclası 02 may 2018-ci il tarixə təyin olunmuşdur. İş materiallarından görünür ki, 10 aprel 2018-ci il tarixə təyin olunmuş məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs Nemət Şükürova 02 may 2018-ci il tarixə təyin olunmuş məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə qəbzinə imza etdirilməklə deyil, 10 aprel 2018-ci il tarixli bildirişlə məlumat verilmişdir. İş materiallarından görünür ki, növbəti məhkəmə baxışı iclasları 18 may, 12 iyun, 09 iyul, 12 iyul, 17 avqust və 28 avqust 2018-ci il tarixə təyin olunmuş, məhkəmə baxışı iclaslarının vaxtı və yeri barədə z ərərçəkmiş şəxs N6 məlumat verilməsinə dair müvafiq tarixli bildirişlər iş materiallarına əlavə olunmuş, 28 avqust 2018-ci il tarixdə cinayət işi üzrə yekun məhkəmə hökmü çıxarılmışdır. İş materiallarında olan 12 iyul 2018-ci il və 28 avqust 2018-ci il tarixli məhkəmə iclasının protokollarından görünür ki, qeyd olunan iclaslarda şahidlər X3 və X12 dindirilmiş, protokollarda məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs N6 iştirak edib-etməməsi barədə hər hansı bir qeyd öz əksini tapmamış, məhkəmə iclaslarının zərərçəkmiş şəxsin iştirakı olmadan keçirilməsinin mümkünlüyü və işə zərərçəkmiş şəxsin iştirakı olmadan baxılması məsələsi müzakirə olunmamışdır. İş materiallarında zərərçəkmiş şəxs N6 ünvanlanmış 10 aprel, 02 may, 18 may, 12 iyun, 09 iyul, 12 iyul və 17 avqust 2018-ci il tarixli bildiri şlərdən görünür ki, yuxarıda qeyd olunan məhkəmə baxışı iclaslarının vaxtı və yeri barədə məlumatlar qeyd edilsə də, bildirişlərin zərərçəkmiş şəxs N6 göndərilib-göndərilməməsi və yaxud onun tərəfindən alınmasını təsdiq edən hər hansı bir rəsmi sənəd (poçt qəbzi və ya reyestrdən çıxarış) müəyyən edilməmişdir. Digər tərəfdən iş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı 07981790 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, zərərçəkmiş şəxs X7 yaşayış yeri İmişli rayonunun Buludlu kəndidir. Birinci instansiya məhkəməsinin məhkəmə hazırlıq iclasının 30 mart 2018-ci il tarixli və məhkəmə baxışı iclasının 10 aprel 2018-ci il tarixli protokollarından görünür ki, zərərçəkmiş şəxs X7 anket məlumatları qeyd olunarkən onun yaşayış yerinin İmişli rayonunun Buludlu kəndi olduğu müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin iş materiallarında olan zərərçəkmiş şəxs X8 18 may, 12 iyun, 09 iyul, 12 iyul, 17 avqust və 28 avqust 2018-ci il tarixə təyin olunmuş, məhkəmə baxışı iclaslarının vaxtı və yeri barədə ünvanlanmış bildirişlər sonuncunun yaşayış yeri olan İmişli rayonunun Buludlu kəndinə deyil, İmişli rayonunun Sarxanlı kəndinə göndərilmişdir. CPM-nin 315.2-ci maddəsinə əsasən zərər çəkmiş şəxs (xüsusi ittihamçı) ictimai və ya ictimai-xüsusi ittiham qaydasında həyata keçirilməli cinayət təqibi üzrə məhkəmə iclasına gəlmədikdə, məhkəmə cinayət prosesi tərəflərinin fikrini dinlədikdən sonra onun iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün hallarının hərtərəfli, tam və obyektiv tədqiq edilməsinin, qanuni və əsaslı yekun məhkəmə qərarının çıxar ılmasının mümkünlüyü barədə məsələni həll edir. Zəruri hallarda məhkəmə baxışı təxirə salınır və məhkəmə iclası başqa vaxta keçirilir. Həmin Məcəllənin 315.3-cü maddəsinə əsasən zərər çəkmiş şəxs (xüsusi ittihamçı) ictimai və ya ictimai-xüsusi ittiham üzrə məhkəmə baxışı zamanı məhkəmə iclasına təkrarən gəlmədikdə cinayət prosesi tərəflərindən birinin xahişi ilə məhkəmə baxışı yenidən təxirə salınır və məhkəmə iclası başqa vaxta keçirilir. Lakin belə hallarda zərər çəkmiş şəxs (xüsusi ittihamçı) məhkəmə iclasına üzrlü səbəblərə görə gəlməsinin təkrarən mümkünsüzlüyünü məhkəmə iclası başlananadək məhkəməyə bildirməmişsə, məhkəmə öz qərarı ilə onun barəsində məcburi gətirilmə haqqında qərar çıxara bilər. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi Məhkum və X4 CMnin 221. 2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs N.Şükürov 10 aprel 2018-ci il tarixə təyin olunmuş məhkəmə baxışı iclasında iştirak etsə də, sonrakı məhkəmə iclaslarına lazımı qaydada dəvət edilməmiş və bununla da zərərçəkmiş şəxs CPM-də nəzərdə tutulmuş hüquqlarının həyata keçirilməsindən məhrum olunmuşdur. Belə ki, CPM-nin 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında cinayət mühakimə icraatı ittiham və müdafiə tərəfınin çəkişməsi əsasında həyata keçirilir. Həmin Məcəllənin 340.1-ci maddəsin ə əsasən, məhkəmə çıxışları dövlət ittihamçısı, zərərçəkmiş şəxs (xüsusi ittihamçı) və ya onun nümayəndəsi, mülki iddiaçı və ya onun nümayəndəsi, təqsirləndirilən şəxs (yalnız müdafiəçi işdə iştirak etmədiyi halda) və ya onun müdafiəçisi, mülki cavabdeh və ya onun nümayəndəsi tərəfindən növbə ilə söylənilən nitqlərdən ibarətdir. Həmin Məcəllənin 391.8.9-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsində məhkəmə baxışı təqsirləndirilən və zərər çəkmiş şəxsə, dövlət ittihamçısına məhkəmə çıxışları, təqsirləndirilən şəxsə isə, həmçinin son sözlə çıxış etmək imkanının yaradılması barədə tələblərin pozulması ilə keçirildikdə apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinə və apellyasiya protestinə baxılmasına xitam verilməsi və cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat mat eriallarının birinci instansiya məhkəməsinə qaytarılması haqqında qərar çıxarır. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən zərərçəkmiş şəxsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verməməklə CPMnin yuxarıda qeyd olunan maddələrinin tələblərini pozmuş və zərərçəkmiş şəxs qeyd olunan hüquqlarının həyata keçilməsindən məhrum olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi əsaslı olaraq birinci instansiya məhkəməsi tərəfindən hazırkı cinayət işinə baxılarkən zərərçəkmiş şəxsin iştirakı təmin olunmadığından apelyasiya protestinə və apelyasiya şikayətinə baxılmasına xitam verərək, İmişli Rayon Məhkəməsinin 28 avqust 2018-ci il tarixli hökmünü ləğv etmiş və cinayət işi üzrə materialları birinci instansiya məhkəməsini n məhkəmə baxışı mərhələsinə qaytarmışdır. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək Şirvan Apellyasiya Məhkəməsinin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, Şirvan Apellyasiya Məhkəməsinin 12 noyabr 2018-ci il tarixli qərarından verilmiş kassasiya şikayətlərinin təmin edilməsi üçün əsaslar yoxdur. Qeyd olunanlar, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntulara yol verilmədiyini, yəni apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şika yətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Şirvan Apellyasiya Məhkəməsinin 12 noyabr 2018-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum və X4 barəsində Şirvan Apellyasiya Məhkəməsinin 12 noyabr 2018-ci il tarixli qərarı dəyişdirilm
Məhkəmə qərarları › İş №1(102)-435/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-435/2019
10.04.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver