Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-435/2021 21.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X4 və Zərərçəkmiş şəxs7 iştirakları ilə, Şəki Ağır Cinayətlər Məhkəməsinin 07 yanvar 2019-cu il tarixli hökmünə əsasən Məhkum1 və Məhkum2 Azərbaycan Respublika sı CM-nin 177.3.2 və 326.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmaları barədə cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 aprel 2019-cu il tarixli qərarından Məhkum1 müdafiəçisi Müdafiəçi və Məhkum2 tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Şəki Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X9 (sədrlik edən), X2 və X3 ibarət tərkibdə) 07 yanvar 2019-cu il tarixli hökmü ilə xx xxxxx 1989-cu ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış Məhkum1, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2 və 326.2-ci maddələri ilə təqsirli bilinib Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum et mə cəzasına, Cinayət Məcəlləsinin 326.2-ci maddəsi ilə 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Məhkum1 təyin edilmiş cəzalar qismən toplama yolu ilə üzərində qəti olaraq 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəli tutulduğu vaxtdan, yəni 07 may 2018-ci il tarixdən hesablanması, xx xxx 1989-cu ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanda yaşamış Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2 və 326.2-ci maddələri ilə təqsirli bilinib Cinayət Məcəlləsinin 177.3.2-ci ma ddəsi ilə 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 326.2-ci maddəsi ilə 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Məhkum2 təyin edilmiş cəzalar qismən toplama yolu ilə üzərində qəti olaraq 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni 11 may 2018-ci il tarixdən hesablanması hökm edilmişdir. Həmin hökmlə həmçinin iş üzrə mülki iddialar qismən təmin edilərək, məhkumlar Məhkum1 və Məhkum2 hər birindən 28786 manat 50 qəpik tutularaq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 verilməsi, həmçinin 8750 ABŞ dolları (həmin dövrün kursu il ə 14875 manat) və 4222 manat 50 qəpik Məhkum1 alınaraq Zərərçəkmiş şəxs8 və 8750 ABŞ doları (həmin dövrün kursu ilə 14875 manat) və 4222 manat 50 qəpik Məhkum2 alınaraq Zərərçəkmiş şəxs8 verilməsi müəyyən edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 aprel 2020-ci il tarixli qərarı ilə (hakimlər: X6 (sədrlik edən), X7 və X1 ibarət tərkibdə) məhkumlar şəxslər Məhkum1 və Məhkum2, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs7 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin 07 yanvar 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Şəki Ağır Cinayətlər Məhkəməsinin 07 yanvar 2019-cu il tarixli hökmü ilə təqsirləndirilən şəxslər Məhkum1 və Məhkum2 məhkum edilmişdirlər ona görə ki, Məhkum1 20 oktyabr 2010-cu ildə gündüz saat 09:30 radələrində, özgə əmlakını ələ keçirmək niyyəti ilə, Zərərçəkmiş şəxs1 D qızının Yevlax şəhəri Axundov-32 ünvanında yerləşən həyət evinə ev sahibləri evdə olmayanda, birinci mərtəbənin qapısının qıfılını sındırmaqla qanunsuz daxil olaraq, oradan Rusiya Federasiyasında istehsal olunmuş 1820 manat dəyərində 28 qramlıq qızıl boyunbağını, 1300 manat dəyərində 20 qramlıq yolka deyilən qızıl qolbağını, 65 manat dəyərində 1 qramlıq nazik qızıl boyunbağını, 130 manat dəyərində 2 qramlıq olan qızıl qolbağını, 780 manat dəyərində 3 ədəd hər biri 4 qram olan qaşsız qızıl qadın üzüklərini, 325 manat dəyərində 5 qramlıq zümrüd qaşlı qızıl üzüyü, 130 manat dəyərində 2 qramlıq 1 ədəd qızıl kulonu, 260 manat dəyərində 4 qramlıq o lan üzərində qaşı olmayan 1 ədəd qızıl kişi üzüyü, 650 manat dəyərində 10 qramlıq qızıldan olan fianit qaşlı qızıl üzük və sırğa dəstini, 540 manat dəyərində fianit qaşları olan qızıl üzük və sırğa dəstini, 250 manat dəyərində 10 qramlıq qızıldan olan boyunbağı onluq klonu ilə birlikdə, 400 manat dəyərində abodoq deyilən qızıl üzük və sırğa dəstini, 540 manat dəyərində qızıl zümrüd qaşları olan üzük və sırğa dəstini, 560 manat dəyərində qızıldan olan brilliant qaşlı qol saatını, 120 manat dəyərində «Hind» adlanan qadın saatını, bir cüt 120 manat dəyərində brilliant qaşlı qızıl sırğaları, 560 manat dəyərində yelpənək deyilən 12 qramlıq qızıldan olan brilliant qaşlı üzük və sırğa dəstini, 600 manat dəyərində 12 qramlıq qızıldan olan brilliant qaşlı üzük və sırğa dəstini, 10 manat dəyərində q ızıl suyuna salınmış qolbağını, 620 manat nəğd pulu, beləliklə cəmi xeyli miqdarda-9.760 manat miqdarda özgə əmlakını gizli olaraq talamaqla zərər çəkmiş Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Məhkum1 təkrarən özgə əmlakını ələ keçirmək niyyəti ilə 01 fevral 2012-ci ildə saat 13.00 radələrində, Zərərçəkmiş şəxs2 Yevlax şəhəri Q.Nəbi-23 ünvanında yerləşən həyət evinə, ev sahibləri evdə olmayanda, ikinci mərtəbənin dəmir barmaqlıqlıqlarını kəsməklə qanunsuz daxil olaraq, evdən 300 manat dəyərində 6 qramlıq qızıl qolbağını, 350 manat dəyərində 7 qramlıq qızıl boyunbağını, 2700 manat dəyərində 9 ədəd hər biri 6 qramlıq fianit qaşlı qızıl üzükləri, 300 manat dəyərində brilliant qaşlı 6 qramlıq qızıl sırağalarını, 350 manat dəyərində brilliant qaşlı 7 qramlıq qızıl ü züyü, 250 manat dəyərində brilliant qaşlı 5 qramlıq qızıl üzüyü, 750 manat dəyərində 15 qramlıq qızıl klonla birlikdə boyunbağını, beləliklə cəmi 5000 manat miqdarda özgə əmlakını gizli olaraq talamaqla zərər çəkmiş Zərərçəkmiş şəxs2 ziyan vurmaqla təkrar oğurluq etmişdir. Məhkum1 təkrarən özgə əmlakını ələ keçirmək niyyəti ilə 26 sentyabr 2012-ci ildə saat 14.00 radələrində, Zərərçəkmiş şəxs3 ünvan 5 ünvanında yerləşən mənzilinə, ev sahibləri mənzildə olmayanda, mətbəxtin pəncərəsinin dəmir barmaqlıqlarını kəsməklə qanunsuz daxil olaraq mənzildən 1 ədəd 1430 manat dəyərində 22 qramlıq qadın üçün qızıl qolbağını, 1 ədəd 1820 manat dəyərində 28 qramlıq qızıl kişi qolbağını, 6435 manat dəyərində 3 ədəd hər biri 33 qramlıq qızıl boyunbağılarını, 960 manat dəyərində bir cüt 12 qramlıq qızıl sı rğaları, 1600 manat dəyərində brilliant qaşlı qızıl üzük və sırğa dəstini, 1800 manat dəyərində brilliant qaşlı qızıl üzük və sırğa dəstini, hər biri 1700 manat dəyərində 2 dəst brilliant qaşlı qızıl üzük və sırğaları, 4 ədəd hər biri 1200 manat dəyərində brilliant qaşlı qızıl qadın barmaqcıqlarını, 850 manat dəyərində brilliant qaşlı 1 cüt sırğanı, beləliklə cəmi xeyli miqdarda-23095 manat miqdarda özgə əmlakını gizli olaraq talamaqla zərər çəkmiş Zərərçəkmiş şəxs3 xeyli miqdarda ziyan vurmaqla təkrar oğurluq etmişdir. Məhkum1 təkarən və Məhkum2 isə ilk dəfə qabaqcadan əlbir olub bir qrup halında özgə əmlakını ələ keçirmək niyyəti ilə, 23 noyabr 2012-ci ildə saat 11.50 radələrində Zərərçəkmiş şəxs4 Yevlax şəhəri Hacıbəyov küçəsi-40 ünvanında yerləşən həyət evinə, ev sahibləri evdə olmayan da, ikinci mərtəbənin pəncərəsindən şüşəni sındırmaqla qanunsuz daxil olaraq, evdən, 500 manat dəyərində dəmir seyfi, 2620 manat dəyərində 40,3 qramlıq yolka qolbağı və boyunbağını, 1 ədəd 1200 manat dəyərində 12,9 qramlıq 15-lik qızıl pulu, 1 ədəd 700 manat dəyərində 8,7 qramlıq 10-luq qızıl pulu, 1 ədəd 670 manat dəyərində 8,8 qram qulplu 10-luq qızıl pulu, 1 ədəd 700 manat dəyərində 8,4 qramlıq qulpsuz 10-luq qızıl pulu, 1 ədəd 700 manat dəyərində 8,5 qramlıq 10-luq qızıl pulu, 1 ədəd 320 manat dəyərində 4,4 qramlıq 5-lik qızıl pulu, 1 ədəd 247 manat dəyərində 3,8 qramlıq ulduzlu kulonu, 1 ədəd 1196 manat dəyərində 18,4 qramlıq tros qızıl boyunbağını, 1 ədəd 488 manat dəyərində 7,5 qramlıq ilan formalı qızıl boyunbağını, 1 ədəd 371 manat dəyərində 5,7 qramlıq nazik qızıl boyunbağını, 1 ədəd 416 manat dəyərində 6,4 qramlıq İtalyan istehsalı qızıl qolbağını, 1 ədəd 1112 manat dəyərində 17,1 qramlıq mafyoz qızıl qolbağını, 1 ədəd 676 manat dəyərində 10,4 qramlıq ilan dərisi formasında İtalyan istehsalı qızıl qolbağını, 1 ədəd 429 manat dəyərində 6,6 qramlıq üç qaşlı kişi qızıl üzüyünü, 1 cüt 286 manat dəyərində 4,4 qramlıq yarpaq formalı qızıl sırğanı, 1 ədəd 488 manat dəyərində 7,5 qramlıq qaşlı qızıl üzüyü, 1 ədəd 280 manat dəyərində, 4,3 qramlıq paxlava formalı qızıl üzüyü, 1 ədəd 260 manat dəyərində 4 qramlıq çox qaşlı paxlava formalı qızıl üzüyü, 1 ədəd 182 manat dəyərində 2,8 qramlıq çox qaşlı skripka formalı qızıl üzüyü, 1 ədəd 312 manat dəyərində 4,8 qramlıq tək qaşlı paxlava formalı qızıl üzüyü, 1 ədəd 325 manat dəyərində 5 qramlıq beş qaşlı qadın qızıl üzüyünü, 1 ədəd 2314 manat dəyərində halqa içərisində yolka formalı qızıl boyunbağısını, 1404 manat dəyərində 21,8 qramlıq mafyoz boyunbağıni, 1 cüt 449 manat dəyərində 6,9 qramlıq sırğanı, 1 ədəd 111 manat dəyərində 1,7 qramlıq marusa yazılmış qızıl kulonu, 1 ədəd 52 manat dəyərində 0,8 qramlıq aypara ulduz formalı qızıl kulonu, 1 ədəd 234 manat dəyərində 3,6 qramlıq qızıl boyunbağını, 1 ədəd 215 manat dəyərində, 3,3 qramlıq qızıl boyunbağını, 1 ədəd 1112 manat dəyərində 17,1 qramlıq qızıldan mirvari formasında boyunbağını, 1 ədəd 390 manat dəyərində 6 qramlıq qızıl qolbağını, 1 cüt 481 manat dəyərində 7,4 qramlıq səfir formalı sırğa və üzük dəstini, 1 ədəd 377 manat dəyərində 5,8 qramlıq setka formalı qadın qızıl üzüyünü, 1 ədəd 286 manat dəyərində 4,4 qramlıq qızıl paxlava üzüyünü, 1 cüt 826 manat dəyərində 12,7 qramlıq badam formalı qızıl sırğa və üzük dəstini, 1 ədəd 397 manat dəyərində 6,1 qramlıq qırmızı qaş lotka formalı qızıl üzüyü, 1 cüt 455 manat dəyərində 7 qramlıq olan sırğnı, 1 ədəd 1183 manat dəyərində 18,2 qramlıq üzəri naxışlı qızıl qolbağını, 1 ədəd 650 manat dəyərində 10 qramlıq qaşsız qızıl qadın üzüyünü, 2 ədəd 494 manat dəyərində hər biri 3,8 qramlıq olan kişi qızıl üzüklərini, 1 ədəd 1183 manat dəyərində 18,2 qramlıq qızıl tros boyunbağını, 1 ədəd 943 manat dəyərində 14,5 qramlıq qızıl ərəb boyunbağını, 1 ədəd 163 manat dəyərində 2,5 qramlıq skripka formalı qızıl üzüyü, 1 ədəd 293 manat dəyərində 4,5 qramlıq qaşsız qızıl kişi üzüyünü, 1 cüt 208 manat dəyərində 3,2 qramlıq halqa formalı qızıl sırğanı, 1 cüt 325 manat dəyərində 5 qramlıq iri qaşlı safir sırğanı, 1 ədəd 300 manat dəyərində 4,6 qramlıq künbəz formalı qızıl üzüyü, 1 ədəd 5000 manat dəyərində 500 qramlıq gümüşdən qadın kəmərini, 35 ədəd 1050 manat dəyərində SSRİ-nin dövründə istesal olunmuş gümüş pulları, 14 ədəd 420 manat dəyərində tərkibində qiymətli metal olmayan mərhum atasına böyük vətən müharibəsi vetranı olduğuna görə verilmiş medalları, 1000 manat dəyərində 6,2 qramlıq təkqaş brilliant qaşlı qədim üzüyü, 1500 manat dəyərində 10,2 qramlıq ulduz qaşlı brilliant üzük və 1 cüt sırğa dəstini, 600 manat dəyərində 4,1 qramlıq 1 cüt üç qaşlı yolka brilliant sırğanı, 1800 manat dəyərində 1 cüt 11,2 qramlıq mirvari və qara briliant qaşı olan qədimi sırğanı, 500 manat dəyərində 1 cüt 2,1 qramlıq briliant qaşlı uşaq sırğasını, 3800 manat dəyərində 25,6 qramlıq mirvari brillant qaşlı üzük və 1 cüt sırğa dəstini, 2300 manat dəyərində 12,5 qramlıq kitab formalı orta qaşı yaşıl brillant üzük və 1 cüt sırğa dəstini, 1200 manat dəyərində, 6,5 qram aşağıdan kəsilmiş çox qaşlı brillant kişi üzüyünü, 500 manat dəyərində, 2,6 qramlıq qara qaşlı brilliant üzüyünü, 2500 manat dəyərində 11,9 qramlıq brillant qaşlı sırğa və üzük dəstini, 1100 manat dəyərində 6,4 qram çox qaşlı brillant qadın barmaqcığını, 900 manat dəyərində, 4,7 qramlıq 1 cüt tək qaşlı brilliant sırğanı, 4080 manat dəyərində, Azərbaycan Respublikasına aid 34 ədəd özəlləşdirmə çeklərini, beləliklə cəmi külli miqdarda - 57573 manat miqdarda özgə əmlakını oğurlayaraq talamış, eləcə də Zərərçəkmiş şəxs6 24.05.2010-cu il tarixli AZE10330539 nömrəli şəxsiyyət vəsiqəsini, Zərərçəkmiş şəxs7 09.08.2012-ci il tarixli AZE1033173 0 nömrəli şəxsiyyət vəsiqəsini, Zərərçəkmiş şəxs5 30.12.2004-cü il tarixli AZE02760364 nömrəli şəxsiyyət vəsiqəsini talamışdır. Məhkum1 və Məhkum2 təkrarən qabaqcadan əlbir olub bir qrup halında özgə əmlakını ələ keçirmək niyyəti ilə, 30 aprel 2018.-ci ildə saat 09.40 radələrində Zərərçəkmiş şəxs8 ünvan 7 ünvanında yerləşən mənzilinə, ev sahibləri mənzildə olmayanda giriş qapısını sındırmaqla qanunsuz daxil olaraq, mənzildən, 100 manat dəyərində divar seyfini, 10 manat dəyərində 1 ədəd 18,61 qramlıq qiymətsiz metaldan olan işlək vəziyyətdə olmayan "Çayka” qol saatını, 380 manat dəyərində 1 ədəd 8,41 qramlıq qızıldan olan "Çayka” yazılı sarımtıl rəngli arxa qapağı gümüşü rəngli saat-üzüyünü, 737 manat dəyərində 11,34 qramlıq qızıldan olan zınqırov formalı sırğa cütünü, 846 manat dəyərində 8,29 qramlıq qızıldan olan brilliant qaşlı sırğa cütünü, 1150 manat dəyərində 7,14 qramlıq qızıldan olan brilliant qaşlı sırğa cütünü, 2610 manat dəyərində 40,15 qramlıq qızıldan olan gül formalı şəbəkə naxışlı elementlərdən toxunmuş qolbaq- boyunbağı dəstini, 1229 manat dəyərində 20,87 qramlıq qızıldan olan brilliant qaşlı "Çayka” yazılı qolbaqlı qol saatını, 950 manat dəyərində 14 qramlıq qızıldan olan işlək vəziyyətdə olmayan "LUÇ” yazılı qolbaqsız qol saatını, 685 manat dəyərində 7,11 qramlıq qızıldan olan üzərində ərəb və ya fars hərfləri ilə yazılar olan Türkiyə Cümhuriyyətinə məxsus bir ədəd pul sikkəsini, 351 manat dəyərində 5,40 qramlıq qızıldan olan üzərində şəbəkə naxışlı üzüyü, 252 manat dəyərində 3,88 qramlıq qızıldan olan qaş hissəsi damla formalı şəbəkə naxışlı qaş hissəsində "X” formalı element olan üzüyü, 210 manat dəyərində 3,23 qramlıq qızıldan olan qaş hissəsi "8” formalı qaş hissəsində rəngsiz şəffaf qaşları olan üzərində 583 damğası olan üzüyünü, 246 manat dəyərində 3,79 qramlıq qızıldan olan qaş hissəsi oval formalı şəbəkə naxışlı qaş hissəsində rəngsiz şəffaf qaşları olan üzüyü, 192 manat dəyərində 2,96 qramlıq qızıldan olan qaş hissəsi vergül formalı rəngsiz şəffaf qaşları olan üzüyü, 170 manat dəyərində 2,62 qramlıq qızıldan olan qaş hissəsində paralel zolaqlar olan şəbəkə naxışlı qaş hissəsində rəngsiz şəffaf qaşları olan üzüyü, 561 manat dəyərində 6,62 qramlıq qızıldan olan 1 yaşıl 3 rəngsiz qaşları olan üzüyü, 567 manat dəyərində 5,51 qramlıq qızıldan olan 1 yaşıl dördkünc 8 rəngsiz şəffaf qaşları olan üzüyü, 236 manat dəyərində 3,63 qramlıq 1 bö yük 36 rəngsiz şəffaf qaşı olan qaş hissəsi tac formalı üzüyünü, 244 manat dəyərində 3,76 qramlıq qızıldan olan 5 ədəd iri ölçülü rəngsiz şəffaf qaşı olan üzüyü, 272 manat dəyərində 4,18 qramlıq qızıldan olan 5 ədəd iri 0,090 kt 16 rəngsiz şəffaf qaşları olan üzüyü, 635 manat dəyərində 3,06 qram qızıldan olan 1 ədəd qaşı olan gümüşü rəngli üzüyü, 560 manat dəyərində 8,62 qramlıq qaş hissəsi yarpaq formalı qaş hissəsində lalə formalı element olan çox sayda rəngsiz şəffaf qaşları olan üzük-kulon dəstini, 265 manat dəyərində 4,08 qramlıq qızıldan olan gümüşü-sarı kombinə edilmiş sırğa cütünü, 385 manat dəyərində 4,30 qramlıq qızıldan olan rəngsiz şəffaf qaşları olan sırğa cütünü, 3830 manat dəyərində 34,31 qramlıq qızıldan olan rəngsiz şəffaf qaşları olan boyunbağı-qolbaq dəstini, 3023 mana t dəyərində 4,65 qramlıq qızıldan olan zəncir formalı nazik boyunbağını, 2080 manat dəyərində 32 qramlıq qızıldan olan tros boyunbağını, 390 manat dəyərində 6 qramlıq qızıldan olan özündən naxışı olan üzüyü, 5000 manat dəyərində 12 qramlıq qızıldan olan «Yeddi gözəl» brilliant qaşlı üzük sırğa dəstini, 600 manat dəyərində 6 qramlıq qızıldan olan «Yeddi gözəl» brilliant qaşlı üzüyü, 300 manat dəyərində 7 qramlıq qızıldan olan düymə formalı brilliant qaşlı üzüyü, 400 manat dəyərində qızıldan olan brilliant qaşlı nişan üzüyü, 75 manat dəyərində «Romanson» markalı kişi qol saatını, beləliklə 30505 manat dəyərində qızıl-zinnət əşyalarını, həmin dövrün kursu ilə 55250 manat dəyərində olan 32500 ABŞ dollarını, beləliklə cəmi külli miqdarda-85755 manat miqdarında özgə əmlakını gizli olaraq talamaq la zərər çəkmiş Zərərçəkmiş şəxs8 külli miqdarda ziyan vurmaqla təkrar oğurluq etmişlər. Kassasiya şikayətlərinin dəlilləri: Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 aprel 2019-cu il tarixli qərarından Məhkum1 müdafiəçisi Müdafiəçi və Məhkum2 ayrı-ayrılıqda kassasiya şikayətləri vermişlər. Müdafiəçi kassasiya şikayətində məhkəmə qərarların qismən qeyri-qanuni, əsassız və ədalətsiz olduğunu qeyd edərək kassasiya şikayətini onunla əsaslandırmışdır ki, cinayət işinin araşdırılması zamanı, istər ibtidai araşdırmalar amanı, istərsə də hər iki məhkəmə araşdırması zamanı işə birtərəfli və səthi yanaşılmışdır. Məhkum1 cinayət işi üzrə saxlanıldığı ilk vaxtdan özünü səmimi aparmış və etdiyi hər bir əməli etiraf etmişdir. Eyni zamanda zərərçəkmişlərdən əldə edilmiş vəsaitlərin geri qa ytarılması da əsas etibarı ilə həyata keçirilmişdir. Məhkum1 tərəfindən oğurlanmış əmlakların ümumi dəyəri külli miqdara malik olmamışdır. Zərərçəkmiş şəxslər tərəfindən oğurlanmış əmlakların dəyəri astronomik olaraq şişirdilmişdir, ekspert rəyi də zərərçəkmiş şəxslərin tələblərinə əsasən tərtib edilmişdir ). Məhkum1 tərəfindən dəymiş ziyan ödənilmiş və iş üzrə zərərçəkmiş şəxslərin hazırda ondan heç bir şikayətləri və tələbləri yoxdur. Lakin iş üzrə zərərçəkmiş şəxslərin oğurlanmış əmlakların dəyərlərin lap başlanğından qəsdən və qərəzli olaraq şişirdilmiş olaraq bildirmələri Məhkum1 törətmiş olduğu cinayət əməlinin daha ağır cəza nəzərdə tutulmuş normasına tövsif edilməsi ilə nəticələnmişdir. Məhz bu halı da mən qanunsuz və əsassız olmaqla yanaşı, ədalətsiz hal hesab edirəm. Qeyd edim ki, əvvəlki instansiyalarda işə baxılarkən Məhkum1 özünü qismən təqsirli bilsə də, həmin hallara hüquqi qiymət verilməsini xahiş etmişdir. Lakin qeyd edilən hallar araşdırılmamış, o cümlədən sübutların qiymətləndirilməsində aradan qaldırılmamış şübhələr Məhkum1 ziyanına təfsir edilmişdir. Cinayət isi üzrə əldə edilmiş ekspert rəyi birtərəfli, qərəzli və sırf İttiham və zərərçəkmiş tərəfin sifarişi ilə əldə edilmişdir. Əvvəlki məhkəmə instansiyalarında əmlakların qiymətləndirilməsi ilə bağlı ədalətli rəyin (təkrar və kompleks ekspertizaların keçirilməsi məqsədə müvafiqdir ) əldə edilməsinə dair müdafiə tərəfin vəsatətləri baxılmamış saxlanılmışdır. Müdafiəçi Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 aprel 2019-cu il tarixli qərarında dəyişiklik etməklə Məhkum1 təqsirləndirildiyi cinayət məcəlləsinin 177.3.2-ci maddəsini həmin məcəllənin 177.2.4-cü maddəsinə tövsif etməklə, o cümlədən onun cəzasının təqsirləndirildiyi maddələrin aşağı həddində müəyyən edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkum2 kassasiya şikayətində məhkəmə qərarlarının ədalətsiz olduğunu, dörd zərərçəkmiş şəxsdən üçü ilə barışmasını, ona qarşı irad və tələblərinin olmadığını qeyd edərək cəzasının yüngülləşdirilməsini və ona alternativ cəza təyin edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, kassasiya şikayətlərinin təmin olunmaması barədə Zərərçəkmiş şəxs7 və dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktla rın müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasə n Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Müdafiəçi kassasiya şikayətində Məhkum1 əməlinin əsassız olaraq CM-nin 177.3.2-ci maddəsi ilə tövsif edilməsi mübahisə edilir. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası bildirir ki, “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün t övsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunm alıdır. (CPM 28.5-ci maddəsi) Məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətində Məhkum1 əməlinin düzgün tövsif edilməməsi ilə bağlı qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmələr Məhkum1 qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama cinayət əməli nəzərdə tutulmuşdur. Məhkum1 həmin Məcəllənin 177.3.2-ci maddəsi ilə təqsirli bilinmiş, yəni, külli miqdarda ziyan vurmaqla oğurluq cinayətini törətməyə görə cinayət məsuliyyəti cəlb olunmuşdur. İş materiallarına əlavə edilmiş məhkəmə-psixiatrik ekspertizasının 11 iyun 2018-ci il tarixli 328-330 saylı rəylərindən görünür ki, Məhkum1 və Məhkum2 müşahidə edilən xarakteroloji xüsusiyyətlərə baxmayaraq onlar hazırkı cinayət əməlini törədən zaman öz hərəkətlərinə qiymət vermək, öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşlar, yəni anlaqlı olmuşlar. Məhkum1 və Məhkum2 hal- hazırda öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək qabiliyyətindədirlər, yəni anlaqlıdırlar. Onların əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1 -ci maddəsinin təsiri altına düşmür və onların hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. İş materiallarına əlavə edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 23 iyul 2018-ci il tarixli, 14117 saylı rəyindən görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs1 evindən oğurlanmış 583 əyarlı olan RF-da istehsal olunmuş 1820 manat dəyərində 28 qramlıq qızıl boyunbağını, 1300 manat dəyərində 20 qram yolka deyilən qızıl qolbağını, 65 manat dəyərində 1 qram nazik qızıl boyunbağını, 130 manat dəyərində 2 qram olan qızıl qolbağını, 780 manat dəyərində 3 ədəd hər biri 4 qram olan, qaşsız qızıl qadın üzüklər ini, 325 manat dəyərində 5 qram zümrüd qaşlı qızıl üzüyünü, 130 manat dəyərində 2 qramlıq 1 ədəd qızıl kulonunu, 260 manat dəyərində 4 qram olan üzərində qaşı olmayan 1 ədəd qızıl kişi üzüyünü, 650 manat dəyərində, 10 qram qızıldan olan fıanit qaşlı qızıl üzük və sırğa dəstinin ümumi dəyəri 5460 manat təşkil etmişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs2 evindən oğurlanmış, 583 əyarlı RF-da istesal olunmuş, 300 manat dəyərində 6 qramlıq qızıl qolbağını, 350 manat dəyərində 7 qram qızıl boyunbağını, 2700 manat dəyərində 9 ədəd hər biri 6 qram fianit qaşlı qızıl üzükləririni, 300 manat dəyərində brliyant qaşlı 6 qram qızıl sırağalarını, 350 manat dəyərində briliyant qaşlı 7 qram qızıl üzüyünü, 250 manat dəyərində brliyant qaşlı 5 qramlıq qızıl üzüyünü, 750 manat dəyərində 15 qra mlıq qızıl klonla birlikdə boyunbağının ümumi dəyəri 5000 manat təşkil etmişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs3 evindən oğurlanmış, 583 əyarlı RF-da istesal olunmuş, 1-ədəd 1430 manat dəyərində 22 qram qadın üçün qızıl qolbağını, 1 ədəd 1820 manat dəyərində 28 qram qızıl kişi qolbağını, 6435 manat dəyərində 3 ədəd hər biri 33 qram qızıl boyunbağılarını, 960 manat dəyərində bir cüt 12 qram qızıl sırğaların ümumi dəyəri 10645 manat təşkil etmişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs4 evindən oğurlanmış, 583 əyarlı RF-da istesal olunmuş, 2620 manat dəyərində 40,3 qramlıq yolka qolbağı və boyunbağını, 1-ədəd 1200 manat dəyərində 12,9 qramlıq 15-lik qızıl pulu, 1- ədəd 700 manat dəyərində 8,7 qramlıq 10-luq qızıl pulu, 1-ədəd 670 manat dəyərində 8,8 qram qulplu 10-luq qızıl pulu, 1-ədəd 700 manat dəyərində 8,4 qramlıq qulpsuz 10-luq qızıl pulu, 1-ədəd 700 manat dəyərində 8,5 qramlıq 10-luq qızıl pulu, 1-ədəd 320 manat dəyərində 4,4 qramlıq 5lik qızıl pulu, 1-ədəd 247 manat dəyərində 3,8 qramlıq ulduzlu kulonu,1-ədəd 1196 manat dəyərində 18,4 qramlıq tros qızıl boyunbağını, 1-ədəd 488 manat dəyərində 7,5 qramlıq ilan formalı qızıl boyunbağını, 1-ədəd 371 manat dəyərində 5,7 qramlıq nazik qızıl boyunbağını, 1-ədəd 416 manat dəyərində 6,4 qram italyan istehsalli qızıl qolbağını, 1ədəd 1112 manat dəyərində 17,1 qramlıq mafyoz qızıl qolbağını,1-ədəd 676 manat dəyərində 10,4 qram ilan dərisi formasında İtalyan istehsalli qızıl qolbağını, 1-ədəd 429 manat dəyərində 6,6 qram üç qaşlı kişi qızıl üzüyünü, 1-cüt 286 manat dəyərində 4,4 qram yarpaq formalı qızıl sırğanı, 1-ədəd 488 manat dəyərində 7,5 qramlıq qaşlı qızıl üzüyü, 1ədəd 280 manat dəyərində, 4,3 qram paxlava formali qızıl üzüyü, 1-ədəd 260 manat dəyərində 4 qram çox qaşlı paxlava formali qızıl üzüyü, 1-ədəd 182 manat dəyərində 2,8 qram çox qaşlı skripka formali qızıl üzüyü, 1-ədəd 312 manat dəyərində 4,8 qram tək qaşlı paxlava formali qızıl üzüyü, 1-ədəd 325 manat dəyərində 5 qram beş qaşlı qadın qızıl üzüyünü, 1-ədəd 2314 manat dəyərində halqa içərisində yolka formalı qızıl boyunbağısını, 1404 manat dəyərində 21,8 qram mafyoz boyunbağıni, 1 cüt 449 manat dəyərində, 6,9 qram sırğanı, 1-ədəd 111 manat dəyərində 1,7 qram marusa yazılmış qızıl kulonu, 1-ədəd 52 manat dəyərində 0,8 qram aypara ulduz formalı qızıl kulonu, 1-ədəd 234 manat dəyərində 3,6 qram qızıl boyunbağını, 1-ədəd 215 manat dəyərində, 3,3 qram qızıl boyunbağını, 1-ədəd 1112 manat dəyərində 17,1 qram qızıldan mirvari formasında boyunbağını, 1-ədəd 390 manat dəyərində 6 qram qızıl qolbağını, 1- cüt 481 manat dəyərində 7,4 qram səfir formalı sırğa və üzük dəstini, 1-ədəd 377 manat dəyərində 5,8 qram setka formali qadın qızıl üzüyünü, 1-ədəd 286 manat dəyərində 4,4 qram qızıl paxlava üzüyünü, 1-cüt 826 manat dəyərindəı 12,7 qramlıq badam formalı qızıl sırğa və üzük dəstini, 1-ədəd 397 manat dəyərində 6,1 qram qırmızı qaş lotka formali qızıl üzüyü, 1-cüt 455 manat dəyərində 7 qram olan sırğnı, 1-ədəd 1183 manat dəyərində 18,2 qramlıq üzəri naxışlı qızıl qolbağını, 1-ədəd 650 manat dəyərində 10 qram qaşsız qızıl qadın üzüyünü, 2-ədəd 494 manat dəyərində hər biri 3,8 qram olan kişi qızıl üzüklərini, 1-ədə d 1183 manat dəyərində 18,2 qramlıq qızıl tros boyunbağını, 1-ədəd 943 manat dəyərində 14,5 qramlıq qızıl ərəb boyunbağıni, 1-ədəd 163 manat dəyərində 2,5 qramlıq skripka formalı qızıl üzüyü, 1-ədəd 293 manat dəyərində 4,5 qramlıq qaşsız qızıl kişi üzüyünü, 1cüt 208 manat dəyərində 3,2 qramlıq halqa formalı qızıl sırğanı, 1-cüt 325 manat dəyərində 5 qramlıq iri qaşlı səfir sırğanı, 1-ədəd 300 manat dəyərində 4,6 qramlıq künbəz formalı qızıl üzüyü, 1-ədəd 5000 manat dəyərində 500 qramlıq gümüşdən qadın kəmərini, 35-ədəd 1050 manat dəyərində SSRİ-nin dövründə istesal olunmuş gümüş pulları, 14ədəd 420 manat dəyərində tərkibində qiymətli metal olmayan medallarıın ümumi dəyəri 35293 manat təşkil etmişdir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 D qızı, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərə rçəkmiş şəxs8 evlərindən oğurlanmış qızıl- zinət əşyalarının Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza mərkəzindən daxil olmuş rəydə göstərilən nəzəri cəhətdən qoyulmuş qiymətlərlə razılaşmışlar İş materiallarında olan, birinci instansiya məhkəməsində Məhkum1 ifadəsində göstərmişdir ki, 20 oktyabr 2010-cu ildə Zərərçəkmiş şəxs1 evindən 9760 manat, 01 fevral 2012-ci ildə Zərərçəkmiş şəxs2 evindən 5000 manat, 26 sentyabr 2012-ci ildə Zərərçəkmiş şəxs3 evindən 23095 manat oğurluq etməmişdir. Lakin, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 ifadələrindən görünür ki, evlərindən qeyd edilən qızıl-zinət əşyaları oğurlanmışdır. Təqsirləndirilən şəxs Məhkum1 ibtidai araşdırma zamanı vermiş olduğu ifadələrindən, ifadələrin yerində yoxlanması is tintaq hərəkəti protokollarından görünür ki, Məhkum1 həmin evlərdən etmiş olduğu oğurluq hadisələrini səmimi etiraf etməklə, bilavasitə ifadəsi yerində yoxlanan zaman oğurluq etmə mexanizmini göstərmişdir Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlə üzrə məhkəmə təcrübəsi haqqında» 03.03.2005-ci il tarixli qərarının 18-ci bəndində göstərilmişdir ki, şəxs Cinayət Məcəlləsinin müvafiq olaraq 177.2.1 -ci, 177.2.2-ci, 177.2.3-cü, 177.2.4-cü, 177.3.1-ci, 177.3.2-ci, 177.3.3-cü və ya 180.2.1-ci, 180.2.2-ci, 180.2.3-cü, 180.2.4-cü, 180.2.5-ci, 180.3.1-ci, 180.3.2-ci, 180.3.3-cü, yaxud da 181.2.1 -ci, 181.2.2-ci, 181.2.3-cü, 181.2.4-cü, 181.2.5-ci, 181.3.1-ci, 181.3.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin real məcmuyunu yaratmayan, ağırlaş dırıcı hallarda, bir neçə oğurluq, soyğunçuluq və quldurluq cinayəti törətmişsə, o zaman onun əməli Cinayət Məcəlləsinin daha ağır cəza nəzərdə tutan müvafiq maddəsi ilə tövsif edilməlidir. Azərbaycan Respublikası CM-nin 177-ci maddəsinin "Qeyd" hissəsində göstərilmişdir ki, bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyətin əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artiq olmayan məbləğdə ziyan vurulduğu hallarda, həmin Məcəllənin 177.2.1-177.2.3-2-ci, 177.2.5- ci və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyətin əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranması, "xeyli miqdar" dedikdə beş min manatdan yuxarı, lakin əlli min manatdan artiq ol mayan məbləğ, "külli miqdar" dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artiq olmayan məbləğ, "xüsusilə külli miqdar" dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Təqsirləndirilən şəxslərə elan edilmiş ittihamdan da göründüyü kimi Məhkum1 və Məhkum2 özgə əmlakını ələ keçirmək niyyəti ilə qabaqcadan əlbir olub bir qrup təşkil etməklə, yaşayış sahəsinə qanunsuz daxil olaraq külli miqdarda, həmçinin də Məhkum1 təklikdə xeyli miqdarda özgə əmlakını təkrar oğurlamışlar. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Məhkum1 CM-nin 177.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş, məhkumun qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilərək əsaslı nəticəyə gəlinmişdir. Məhkum1 müdafiəçisi Müdafiəçi və Məhkum2 kassasiya şikayətində məhkumlara təyin olunmuş cəzanın ağırlığı ilə bağlı müddəaları nəzərdən keçirərək heab edir ki. həmin dəlillər əsassızdır, təmin edilməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin t örədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsas ən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqs irkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 8-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 62-ci maddəsinə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə al ınmalıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Bu zaman məhkəmə bu məsələ barədə qəbul etdiyi qərarı hökmdə əsaslandırmalıdır. Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinə əsasən məhkəmənin qəbul etdiyi müstəsna hallar törədilmiş cinayətin məqsəd və motivləri, cinayətin törədilməsində təqsirkarın rolu, təqsirkarın cinayət törədərkən və cinayət törətdikdən sonra davranışı ilə bağlı olmalıdır. Bununla yanaşı, qanunverici CM-nin 62-ci maddəsinin tətbiqinə əsas ola biləcək məsuliyyəti yüngülləşdirən halların dairəsini konkretləşdirmir, yəni belə hallar həm qanunda birbaşa göstərilən, həm də göstərilməyən, lakin obyektiv məzmununa görə belə hal kimi qiymətləndirilən hallar ola bilər. İş materiallarından görünür ki, Şəki Ağır Cinayətlər Məhkəməsi 07 yanvar 2019-cu il tarixli hökmü ilə məhkumlara cəza təyin edərkən törətmiş olduqları cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, habelə təyin olunacaq cəzanın onların ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədi barədə qanunun tələblərini nəzərə almış, Azərbaycan Respublikası CM-nin 59-cu və 61-ci maddələrinə əsasən məhkumlar Məhkum1 və Məhkum2 cəzalarını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edi lməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayət-prosessual qanunvericiliyin pozulması, Məhkum1 müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətlərinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətlərinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Şəki Apellyasiya Məhkə məsinin Cinayət kollegiyasının 12 aprel 2019-cu il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətlərində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan kassasiya şikayətləri təmin olunmadan qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası CM-nin 177.3.2 və 326.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmaları barədə cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin 12 aprel 2019-cu il tarixli qərarı dəyiş
Məhkəmə qərarları › İş №1(102)-435/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-435/2021
21.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver