Məhkəmə qərarları › İş №1(102)-435/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-435/2025

04.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-435/2025 04.03.2025 ALİ MƏHKƏMƏ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Müdafiəçi Səfərli Cəlal Cabir oğlunun iştirakları ilə, xx xxxxxx 1986-cı ildə Kürdəmir rayonu, Şüşün kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində yetkinlik yaşına çatmamış iki övladı olan, natamam-orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, x qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, hal hazırda cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 iyul 2024-cü il tarixli, 1(103)-1395/2024 nömrəli qərarından apellyasiya instansiya məhkəməsində iştirak etmiş dövlət ittihamçısı Bayramova Elfanə Elman qızı tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 aprel 2024-cü il tarixli, 1(101)-1270/2024 nömrəli hökmü ilə (hakimlər: A.H.Tağıyev (sədrlik edən), E.A.Nuriyev və K.N.Muxtarov) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 10 (on) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 24 avqust 2023-cü il tarixdən hesablanmışdır. Birinci instansiya məhkəməsinin həmin hökmündən dövlət ittihamçısı apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 iyul 2024-cü il tarixli qərarı ilə (hakimlər: M.Ə.Abbasov (sədrlik edən), E.Z.Əliyev və A.F.İbrahimov) apellyasiya protesti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 aprel 2024-cü il tarixli hökmü verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 iyul 2024-cü il tarixli qərarından dövlət ittihamçısı kassasiya protesti vermişdir. İşin halları: İbtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihama əsasən Məhkum xx.xx.2023cü il tarixdə, saat 21 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində qeyd olunan qəsəbənin H.Quliyev küçəsi, ev 29, mənzil 3 ünvanında kirayədə yaşayan, maddi gəlir qarşılığında kişilərlə intim əlaqəyə girməklə əxlaqsız həyat tərzi keçirən, tanışlıq münasibətlərində olduğu 1977-ci il təvəllüdlü Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə borc olaraq verdiyi 50 manat məbləğində pul vəsaitini geri almaq, həmçinin onunla cinsi əlaqədə olmaq üçün yüngül dərəcəli sərxoşluq vəziyyətində onun yaşadığı mənzilə gəldikdən sonra, 1 gün əvvəl ona verdiyi 50 manat puldan 15 manatın cinsi əlaqədə olmağının qarşılığında özündə saxlayıb qalan 35 manatı geri qaytarmasını tələb etdikdə Zərərçəkmiş şəxs onun ünvanına nalayiq ifadələr işlədərək həmin pulu qaytarmaqdan nümayişkar anə surətdə boyun qaçırmasına, eləcə də əvvəllər 2023-cü ilin yanvar və avqust aylarında borc kimi ona verdiyi 500 manat pulu da qaytarmadığına görə şəxsi mənfəətinə nail olmaq, yəni özünə məxsus pulları ala bilmək üçün sonuncunu qəsdən öldürmək qərarına gəlmiş və bu məqsədlə qeyd olunan mənzilin qonaq otağında çılpaq vəziyyətdə olan Zərərçəkmiş şəxs əlləri və təpikləri ilə ardıcıl zərbələr endirərək ona ümumilikdə və hər biri ayrı-ayrılıqda canlı şəxslərdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərər vurmaya aid, sol İİ, İİİ, İV qabırğaların yerini dəyişən sınıqları, eyni zamanda canlı şəxslərdə ümumilikdə və hər biri ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid olub dərəcələri təyin edilməyən çənəaltı nahiyənin qançırı, alın nahiyəsinin, burun kökünün sıyrığı ilə müşayiət olunan və ölümlə səbəbli əlaqəsi olmayan xəsarətlər yetirdikdən sonra cinayətkar qəsdini davam etdirərək əvvəlcə əlləri ilə, daha sonra isə Zərərçəkmiş şəxs məxsus qadın alt tumanım sonuncunun boynuna dolayıb ilgək salınmaqla sıxaraq ona ölümlə səbəbli əlaqəsi olan və dərəcəsinə görə həyat üçün təhlükəli olub sağlamlığa ağır zərər vurmaya aid boyunun bir ədəd köndələn, basılmış, qapanan stranqulyasiya şırımı ilə müşayiət olunan xəsarətlərini yetirməklə boğub Zərərçəkmiş şəxs tamah məqsədi ilə qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsi təsvir edilən hadisə zamanı Məhkum Zərərçəkmiş şəxs məhz tamah məqsədi ilə qəsdən öldürülməsinin sübut olunmaması haqqında nəticəyə gəlib onun əməlinin hüquqi tövsifini Azərbaycan Respublikası Cinayət M əcəlləsinin 120.2.5ci maddəsindən 120.1-ci maddəsinə dəyişmişdir. Apellyasiya instansiyası məhkəməsi isə həmin nəticə ilə razılaşmışdır. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən sübutlar düzgün tədqiq edilib-qiymətləndirilməmiş, nəticədə Məhkum tamah məqsədi ilə zərərçəkmiş Zərərçəkmiş şəxs qəsdən öldürdüyü halda, onun əməli əsassız olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.5-ci maddəsindən 120.1-ci maddəsinə tövsif edilmişdir. Lakin, apellyasiya instansiyası məhkəməsi də hökmdən verilən apellyasiya protestini təmin etməyib, hökmü dəyişdirilmədən saxlamış, beləliklə, birinci instansiya məhkəməsinin yol verdiyi pozuntular aradan qaldırılmamışdır. Dövlət ittihamçısı kassasiya p rotestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsasla Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 iyul 2024-cü il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiyası məhkəməs i tərəfindən sübutların tədqiqinə dair Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinin pozulduğunu, bunun nəticəsində Məhkum əməlinin hüquqi tövsifinin əsassız olaraq Cinayət Məcəlləsinin 120.2.5-ci maddəsindən 120.1-ci maddəsinə dəyişdirildiyini iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və b u müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 iyul 2024cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispoz isiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının, şəxsin təqsirinin) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Dövlət ittihamçısı hesab edir ki, Məhkum əməlinə şamil edilməli olan Cinayət Məcəlləsinin norması tamah məqsədi ilə qəsdən adam öldürməni nəzərdə tutan 120.2.5-ci maddəsidir. Kassasiya protestinin müəllifi Məhkum hərəkətlərində “tamah məqsədi” əlamətinin olması barədə fikrini onunla əlaqələndirir ki, Məhkum şəxsi mənfəətinə nail olmaq, özünə məxsus pulları ala bilmək üçün (50 manat məbləğində pul vəsaitini geri almaq, avqust aylarında borc kimi sonuncuya verdiyi 500 manat pulu qaytarmaq) Zərərçəkmiş şəxs qəsdən öldürmüşdür. Dövlət ittihamçısından fərqli olaraq, məhkəmələr hesab etmişlər ki, Məhkum cinayət əməlini törətməzdən əvvəl və ya törədən zaman Zərərçəkmiş şəxs aid hər hansı əmlakı (maddi mənfəət) əldə etmək məqsədi olmamış, sonuncunun zərərçəkmiş şəxsin ölümü ilə nəticələnən hərəkətlərə yol verməsinə əsas zərərçəkmişlə ilə aralarında yaranmış mübahis ə olmuşdur. Məhkəmələrin həmin fakta məhz bu cür qiymət vermələri cinayət-prosessual qanunun sübutlar və sübutetməyə dair normalarına, o cümlədən ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən 21.2 və 145.3-cü maddələrinin müddəalarına uyğun olaraq araşdırılıb qiymətləndirilmiş sübutların məcmusuna, onların həqiqi məzmununa uyğun olaraq müəyyən edilmiş faktiki hallara əsaslanır. Belə ki, Məhkum Cinayət Məcəlləsinin 120.2.5-ci maddəsi ilə - tamah məqsədi ilə adam öldürməkdə ittiham olunduğundan, Cinayət Məcəlləsinin 139-cu maddəsinə əsasən onun zərərçəkmiş Zərərçəkmiş şəxs həyatdan məhrum etməklə tamah məqsədini güdməsi, yəni Məhkum isnad edilən cinayət tərkibinin subyektiv cəhətinə daxil olan zəruri əlamətlər baxılan işin sübut etmə predmetini təşkil etmiş və buna görə də onlar Cinayət-Prosessual Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq qaydada işə aid, mümkün və mötəbər sübutların məcmusu ilə kifayət qədər (inandırıcı şəkildə) sübuta yetirilməli idi. Birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya instansiyası məhkəməsinin qərarından görünür ki, məhkəmələr yuxarıda təsvir edilən əlamətlərin (tamah məqsədinin) mötəbərliliklə müəyyən edilmiş sayılması üçün istintaq orqanı tərəfindən kifayət qədər sübutlar təqdim olunmamasına istinad edərək, haqlı olaraq Məhkum zərərçəkmiş x tamah məqsədi olmadan öldürməsi barədə qənaətə gəlmişlər. Məhkəmə kollegiyasının kassasiya protestinin müəllifinin tövsif məsələsi ilə bağlı irəli sürdüyü dəlillərlə razılaşmaması, tövsifin i şin müəyyən olunmuş hallarına uyğun olması və həmin halların da şübhələrə yer qoyulmadan müəyyən edilməsi barədə qənaəti həm də ondan irəli gəlir ki, kassasiya müraciətində iddia olunanların əksinə olaraq baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmə tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş; sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış; yekun qərar çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə biri digərinə uyğun gələn sübutların məcmusu ilə əsaslandırılmışdır. Digər tərəfdən hətta, iş üzrə müəyyən olunmuş sayılan bəzi hallara və ittiham tərəfinin özünün qəbul etdiyi bəzi sübutlara baxdıqda, bu sübutların və halların qeyd olunan subyektiv əlamətin (tamah məqsədinin) müəyyən edilmiş sayılması üçün əsas verməməsi, düzünə və yaxud dolayısı ilə bu əlamətləri inkar etməsi məlum olur. Belə ki, verilmiş ittihama diqqət etdikdə istintaq orqanı Məhkum hərəkətlərində “tamah məqsədi” əlamətini onun zərərçəkmiş şəxsə borc məqsədi ilə vermiş olduğu pulun qaytarılması ilə şərtləndirmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.5-ci maddəsinin nəzərdə tutduğu əməl qəsdən törədilən cinayət olduğu üçün, tamah məqsədi, şə xsin özünə məxsus olan və yaxud özünə məxsus olduğunu ağlabatanlıqla ehtimal etdiyi əmlakın deyil, özgə əmlakının ələ keçirilməsini ehtiva edir. Başqa sözlə desək tamah məqsədi - şəxs özü və ya taleyi ilə maraqlı olduğu başqa şəxslər üçün məhz özgəsinə məxsus olduğunu bildiyi maddi nemətlər əldə etmək, qətldən əvvəl sahib olmadığına sahib çıxmaq (əmlak kütləsini artırmaq), indi və ya gələcəkdə hər hansı maddi xərclərdən yaxa qurtarmaq, qanuni yolla ayrılmalı olan maddi sərvətləri qorumaq istəyindən irəli gəlməlidir. Cinayət işinin materiallarından isə görünən odur ki, borc verən şəxs zərərçəkmiş x deyil Məhkum olmuşdur ki, belə olan halda sonuncunun zərərçəkmiş şəxsdən borcunun geri tələb etməsi özgə əmlakının (məhz özgəsinə məxsus olduğunu bildiyi) ələ keçirilməsi (hərəkətlərinin buna yön əlməsini) kimi deyil şəxsin özünə məxsus olan əmlakın geri tələb etməsi kimi dəyərləndirlməli, borcun ödənilməməsi və ya mülki öhdəliklərin yerinə yetirilməməsindən irəli gələn qəsdən adam öldürmə cinayəti isə tamah məqsədi adam öldürmə kimi deyil qisas məqsədi ilə törədilmiş cinayət kimi qiymətləndiriməlidir. Odur ki, məhkəmələr haqlı olaraq zərərçəkən xnın həyatdan məhrum edilməsi ilə bağlı Məhkum törətdiyi əməli borcdan törətməmiş cinayət kimi deyil borcla bağlı münasibətlərdən törəyən şəxsi münasibətlər zəminində törədilmiş cinayət kimi təsnif etmişlər. Məhkəmələrin qiymətləndirməsi “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002ci il tarixli 3 saylı qərarında əksini tapmış hüquqi mövqeyə də uyğundur. Belə ki, qərarın 4-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-nin 120.2-ci maddəsindəki tövsifedici əlamətlər və CM-nin 121-123, 135-ci maddələrində göstərilən yüngülləşdirici hallar olmadan törədilən qəsdən adam öldürmə cinayətləri (məsələn, xuliqanlıq niyyəti olmadan, mübahisə və dalaşma zamanı, qısqanclıq üzündən, qisas almaq məqsədilə, şəxsi münasibətlər zəminində yaranmış nifrət, paxıllıq, ədavət üzündən törədilən) Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə tövsif edilməlidir. Həmin Plenum qərarının 9-ci bəndində qeyd olunur ki, təqsirkarın əməli tamah məqsədilə qəsdən adam öldürmə kimi (120.2.5-ci maddə) o vaxt tövsif edilə bilər ki, bu əməl təqsirkarın özü və başqası üçün hər hansı maddi mənfəət (pul, əmlak, mənzil sahəsinə hüquq və s.) əldə etmək və ya maddi xərcl ərdən (borc qaytarmaqdan, aliment verməkdən və s.) yaxa qurtarmaq, yaxud sair tamah niyyətilə edilmiş olsun. Eyni ilə Plenum qərarında ifadə olunmuş hüquqi mövqeyə görə vacibdir ki, təqsirkar tamah məqsədilə güdülən nəticəni əldə etməsi üçün vasitə məhz zərərçəkmiş şəxsin ölümü olsun (bunu arzu etsin) və yaxud bunu arzu etməsə də, seçdiyi üsulun dərk etdiyi halda, şüurlu surətdə buna yol versin, yəni tamah məqsədini səciyyələndirən hallara münasibətdə onun birbaşa (CM, maddə 25.2) və ya dolayı (CM, maddə 25.3) qəsdlə hərəkət etməsi müəyyən olunsun. Lakin, hazırki işdə qeyd olunanlara münasibətdə Məhkum nə düzünə, nə də ki, dolayı qəsdi müəyyən olunmamışdır. Cinayət tərkibinin subyektiv cəhətinə aid həmin zəruri əlamətin müəyyən edilməməsi isə (tövsifedici hala münasibətdə) Azərbaycan Respu blikası Cinayət Məcəlləsinin yuxarıda təsvir olunan normalarına, o cümlədən 3-cü maddəsinə, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 saylı qərarında ifadə olunmuş hüquqi mövqeyə görə Məhkum cinayətkar hərəkətlərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.5-ci maddəsi ilə tövsifini istisna edir. Qeyd olunan və digər ağırlaşdırıcı (tövsifedici) əlamətlər olmadan qəsdən adam öldürmə cinayət olaraq məhz Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi nəzərdə tutmuşdur. Odur ki, məhkəmələr tərəfindən Məhkum Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə təqsirli bilinməsi işin müəyyən edilmiş hallarına uyğun olmaqla yanaşı cinayət və cinayət-prosessual qanunların normalarının tələblərinə də cavab verən nəticə olduğ undan, kollegiya bu məsələ ilə əlaqədar dövlət ittihamçısının irəli sürdüyü iddia ilə (təqsirkarın əməlinin CM-in 120.2.5-ci maddəsindən qeyd olunan maddəyə tövsif olunmasının məhkəmə səhvi olması barədə fikirlə) və bu iddianın əsaslandırılması üçün gətirilən dəlillərlə razılaşmır. Qeyd olunanlar dövlət ittihamçısının kassasiya protestinə baxılması nəticəsində apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilməsinin müəyyən olunmadığını, yəni kassasiya protestinin təmin olunması, apellyasiya məhkəməsinin mübahisələndirilən qərarının ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsinə dair dövlət ittihamçısının, kassasiya protestinin tə min edilməməsi barədə müdafiəçinin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 24 iyul 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Dövlət ittihamçısı Bayramova Elfanə Elman qızı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 iyul 2024-cü il tarixli, 1(103)-1395/2024 nömrəli qərarı dövlət itti hamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar