Məhkəmə qərarları › İş №1(102)-436/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-436/2020

17.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-436/2020 17.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər: İnqilab Maşallah oğlu Nəsirov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə; Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X2 və Zərərçəkmiş şəxs nümayəndəsi Müdafiəçi3 iştirakı ilə, Ağdaş Rayon Məhkəməsinin 03 aprel 2019-cu il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə zərərçəkmiş şəxs tərəfindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasından imtina olunması barədə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 noyabr 2019-cu il tarixli ilkin baxış qərarından Zərərçəkmiş şəxs və nümayəndəsi Müdafiəçi3 tərəfindən birgə verilmiş kassasiya şikayətinə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, MÜƏYYƏN E T D İ: Cinayət işinin materiallarından görünür ki, Məhkum Ağdaş Rayon Məhkəməsinin 1 (014)-25/2019 nömrəli 03 aprel 2019-cu il tarixli hökmünə əsasən (sədrlik edən hakim Famil Nəsibov) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdu dlaşdırılması cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən onun həbsdə qaldığı 02 (iki) gün müddət nəzərə alınmaqla üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Həmin hökmdən zərərəkmiş şəxs Zərərçəkmiş şəxstərəfindən 07 may 2019-cu il tarixdə apellyasiya şikayəti verilmiş, Ağdaş Rayon Məhkəmənin 08 may 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayəti geri qaytarılmışdr. Həmin qərardan Zərərçəkmiş şəxs apellyasiya şikayəti vermiş, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 noyabr 2019-cu il tarixli qərarı ilə Ağdaş Rayon Məhkəmənin 08 may 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmış, zərərçəkmiş şəxs E.Z.Rəsulovun apellyasiya şikayəti təmin edilməmişdir. Cinayət işinin mate rialları Şəki Apellyasiya Məhkəməsinin icraatında olan müddətdə, yəni 29 avqust 2019-cu il tarixdə Zərərçəkmiş şəxs və nümayəndəsi Müdafiəçi3 vəsatətlə müraciət edərək buraxılmış müddətin bərpa edilməsini xahiş etmişlər. Zərərçəkmiş şəxs və onun nümayəndəsi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi barədə vəsatətə birinci instansiya məhkəməsində baxılmış və Ağdaş Rayon Məhkəməsinin 1(014)-25/2019 nömrəli 24 oktyabr 2019-cu il tarixli qərarı ilə (sədrlik edən hakim Famil Nəsibov) buraxılmış müddətin bərpası barədə vəsatət təmin edilməmişdir. Həmin qərardan Zərərçəkmiş şəxs və onun nümayəndəsi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1( 107)-305/2019nömrəli 25 noyabr 2019-cu il tarixli ilkin baxış qərarı ilə (sədrlik edən hakim və məruzəçi Akif Eyvazov, hakimlər Rafail Əliyev və İmanverdi Şükürovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Ağdaş Rayon Məhkəməsinin 24 oktyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 noyabr 2019-cu il tarixli qərarından Zərərçəkmiş şəxs və nümayəndəsi Müdafiəçi3 birgə kassasiya şikayəti vermişlər. Kassasiya şikayətinin dəlilləri: Kassatorlar kassasiya şikayətini əsaslandıraraq göstərmişlər ki, Ağdaş Rayon Məhkəməsi hökmü zərərçəkmiş şəxsə çıxartdıqdan sonra 3 gün müddətində əvəzinə 19 gündən sonra təqdim etmişdir. Bunda başqa, zərərçəkmiş şəxsin hüquqi savadı olmadığı üçün hökmü aldığı gündən hesablayıb 1 5 gün ərzində apellyasiya şikayətini vermişdir. Apellyasiya məhkəməsi eyni zamanda vəkilin apellyasiya şikayəti vermək üçün müddətin bərpa olunmasına dair vəsatətin verilməsinin gecikdirilməsi səbəbini düzgün təfsir etmədiyi üçün yanlış nəticəyə gəlmiş və əsassız olaraq Ağdaş Rayon Məhkəməsinin 24 oktyabr 2019-cu il tarixli qərarını dəyişdirmədən saxlamışdır. Odur ki, kassasiya şikayətinin təmin edilməsini, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 noyabr 2019-cu il tarixli qərarının ləğv edilməsini və apellyasiya şikayəti verilmə müddətinin bərpa edilməsi haqqında qərar çıxarılmasını xahiş edirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası iş materiallarını öyrənib kassasiya şikayətinin dəlillərini müzakirə edərək kassasiya şikayətinin təmin edilməsinə dai r zərərçəkmiş şəxsin nümayəndəsi E6 və kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısı H6 çıxışlarını dinləyərək belə hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməməli və Ağdaş Rayon Məhkəməsinin 03 aprel 2019-cu il tarixli hökmündən apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi barədə zərərçəkmiş şəxsin vəsatətinin təmin edilməməsinə dair Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 noyabr 2019-cu il tarixli ilkin baxış qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzg ünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassatorlar kassasiya şikayətində hökmdən apellyasiya şikayəti vermə müddətinin ötürülmə səbəbini Ağdaş Rayon Məhkəməsinin 03 aprel 2019-cu il tarixli hökmünün surətinin zərərçəkmiş şəxsə vaxtında verilməməsi və onun hüquqi cəhətdən savadsız olması ilə əlaqələndirmişlər. Məhkəmə kollegiyası kassatorların dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə k ollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin məhkəmə iclas protokolundan və hökmündən müəyyən edilir ki, cinayət işinə baxılarkən və hökm elan edilərkən iş üzrə Zərərçəkmiş şəxs məhkəmədə iştirak etmişdir (cild 2, iş vərəqə 45-63). Birinci instansiya məhkəməsinin məhkəmə iclas protokolundan görünür ki, Zərərçəkmiş şəxs da iştirak etdiyi hökm elan edildikdən sonra hökmdən apellyasiya protesti və apellyasiya şikayəti verilmə qaydası və müddəti tərəflərə izah edilmişdir (cild 2, iş vərəqə 53-54). Cinayət işinin materiallarından müəyyən olunur ki, hökmün surəti 04 aprel 2019-cu il tarixdə Zərərçəkmiş şəxs göndərilmişdir (cild 2, iş vərəqə 66). Azərbaycan Respublikası CPM-in 384.1-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti, apellyasiya şikayəti və ya apellya siya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu andan 20 gün müddətinə verilir. Həmin Məcəllənin 384.3-cü maddəsinə görə həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Göründüyü kimi, qanun hökmün surətini aldıqdan sonra ondan 20 gün müddətində apellyasiya şikayəti vermək hüququ barədə istisnanı yalnız həbsdə saxlanılan məhkuma aid edir. Zərərçəkmiş şəxs isə digər proses iştirakçıları kimi hökm və ya məhkəmənin digər yekun qərarı elan olunduğu andan 20 gün müddətində apellyasiya şikayəti verə bilər. Cinayət işinin materiallarındakı iş üzrə Zərərçəkmiş şəxs apellyasiya şikayətindən görünür ki, zərərçəkmiş ş əxsin Ağdaş Rayon Məhkəməsinin 03 aprel 2019-cu il tarixli hökmündən verdiyi apellyasiya şikayəti Ağdaş Rayon Məhkəməsinə 07 may 2019-cu il tarixdə daxil olmuş və 1-25/19-012 daxil olma nömrəsi ilə qeydiyyata alınmışdır (cild 2, iş vərəqə 89). İş materiallarındakı Ağdaş Rayon Məhkəməsini 08 may 2019-cu il tarixli qərarından görünür ki, məhkəmənin göstərilən qərarı ilə Zərərçəkmiş şəxs hökmdən apellyasiya şikayəti vermə müddətini ötürməsi və müddətin bərpa edilməsi barədə vəsatətlə müraciət etməməsi səbəbindən apellyasiya şikayəti geri qaytarılmışdır. Cinayət işinin materiallarından müəyyən edilir ki, Zərərçəkmiş şəxs bunda sonra müddətin bərpası barədə vəsatətlə müraciət etməmiş və qərardan 04 iyun 2019-cu il tarixdə apellyasiya şikayəti vermişdir (cild 2,iş vərəqə 99-100). Cinayət işinin materiallarından müəyyən edilir ki, Zərərçəkmiş şəxs hüquqlarının müdafiəsi üçün 17 iyul 2019-cu il Bərdə Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3 ilə müqavilə bağlamış və elə həmin tarixdə ona Etibarnamə vermişdir (cild 2, iş vərəqə 119121). İş materiallarındakı apellyasiya şikayətinə əlavədən görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs və nümayəndəsi Müdafiəçi3 24 iyul 2019-cu il tarixdə apellyasiya şikayətinə əlavə vermişlər (cild 2, iş vərəqə 127-131). Cinayət işinin materiallarındakı Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 noyabr 2019-cu il tarixli qərarından müəyyən edilir ki, məhkəmənin qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş və Ağdaş Rayon Məhkəməsini 08 may 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin materiallarından müəyyən edilir ki, zərərçəkmiş Zərərçəkmiş şəxs və nümayəndəsi Müdafiəçi3 Ağdaş Rayon Məhkəməsinin 03 aprel 2019-cu il tarixli hökmündən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə yalnız 29 avqust 2019-cu il tarixdə vəsatət vermişlər (cild 2, iş vərəqə 146-147). Ağdaş Rayon Məhkəməsinin 08 may 2019-cu il tarixli qərarı ilə zərərçəkmiş Zərərçəkmiş şəxs və nümayəndəsi Müdafiəçi3 Ağdaş Rayon Məhkəməsinin 03 aprel 2019-cu il tarixli hökmündən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə vəsatətləri rədd edilmişdir. Bundan sonra Zərərçəkmiş şəxs və nümayəndəsi Müdafiəçi3 Ağdaş Rayon Məhkəməsinin 08 may 2019-cu il tarixli qərarından apellyasiya şikayəti vermiş və Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 noyabr 2019-cu il tarixli qərarı ilə şikayət təmin edilməmişdir. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qənaəti ilə razılaşır, onu əsaslı hesab edir və qeyd edir ki, iş materiallarından görünür ki, Zərərçəkmiş şəxs hökmdən apellyasiya şikayəti vermək üşün kifayət qədər vaxtı və imkanı olmuşdur. Belə ki, Cinayət-Prosessual Məcəlləsində şəxsin hüququ cəhətdən savadsız olması hökmdən apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa olunmasına rəvac verən üzrlü səbəb kimi nəzərdə tutulmamışdır. İkincisi, yuxarıda qeyd edildiyi kimi zərərçəkimişin də iştirak etdiyi hökm edilən zaman tərəflərə hökmdən apellyasiya şikayəti və protesti vermə müddəti və qaydası izah edilmişdir. Üçüncüsü, zərərçəkmişin qeyd etdiyi kimi, hökmün surəti ona 19 aprel 2019-cu il tarixdə təqdim edildiyi vaxt ə sas götürülsə belə, onun hökmdən apellyasiya şikayəti vermək üçün dörd gün (23.04.2019-a qədər) vaxtı olmuşdur ki, bu müddət də zərərçəkmişə apellyasiya şikayəti vermək üçün kifayət idi. Göründüyü kimi zərərçəkmişin və nümayəndəsinin dəlillərinin heç bir məntiqi əsası yoxdur. Kassatorların kassasiya şikayətində göstərdiyi dəlillər prosessual müddətin ötürülməsinin üzrlü səbəbdən baş verməsi qənaətinə gəlmək üçün yetərli deyildir. Digər tərəfdən, kifayət qədər üzrlü səbəblər olmadan buraxılmış prosessual müddətlərin bərpası məhkəmə aktlarının və bu aktlarla müəyyən olunan hüquq münasibətlərinin stabilliyinə xələl gətirmiş, demokratik cəmiyyətdə qanunun aliliyi və hüquqi müəyyənlik prinsiplərini pozmuş olar. Ona görə də məhkəmə aktları qanuni qüvvəyə mindikdən sonra onların mübahisələndirilm əsi yolverilməzdir və vaxtında istifadə edilməmiş mübahisələndirmə (şikayət) imkanının yenidən verilməsi (yəni ötürülmüş müddətin bərpası) üçün kifayət qədər tutarlı (təkzibolunmaz) əsaslar mövcud olmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, zərərçəkmişin kassasiya şikayətini vaxtında verməsinə qanunvericilikdə nəzərdə tutulmuş hər hansı bir maneə olmamışdır. Beləliklə, məhkəmə kollegiyası proses iştirakçılarının çıxışlarını dinləyib, kassasiya şikayətinin dəlillərini cinayət işinin materiallarında olan sənədlərlə müqayisəli tədqiq edib bütün halları müzakirə edərək belə nəticəyə gəlir ki, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə da ir Məhkum barəsindəki Ağdaş Rayon Məhkəməsinin 03 aprel 2019-cu il tarixli hökmündən apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi barədə zərərçəkmiş şəxsin vəsatətinin təmin edilməməsinə dair Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 noyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Məhkum barəsindəki Ağdaş Rayon Məhkəməsinin 03 aprel 2019-cu il tarixli hökmündən apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi barədə zərərçəkmiş şəxsin vəsatətinin təmin edilməməsinə dair Ş əki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 noyabr 2019-cu il tarixli ilkin baxış qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar