Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-436/2024 13.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Müdafiəçi – Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Tağıyeva Aidə Qəfər qızının iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsin in 28 oktyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 228.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 dekabr 2022-ci il tarixli qərarından məhkumun müdafiəçisi Tağıyeva Aidə Qəfər qızı tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli 1(101)-1375/2022 nömrəli (hakimlər: Quliyev Əhməd Qəhrəman oğlu (sədrliyi), Paşayev Azər İslah oğlu və Sadıxov Rasim Əkrəm oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə xx xxxxxx -ci il tarixdə Masallı rayonunun xxx kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, hadisə vaxtı “x” marketdə satıcı işləmiş, əvvəllə r məhkum olunmamış, Vətən müharibəsi iştirakçısı olmaqla medallarla təltif olunmuş, xxx qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış Məhkum Azərbaycan Respublikası CM-in 120.2.4 və 228.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona Azərbaycan Respublikası CMin 120.2.4-cü maddəsi ilə 17 il 10 ay müddətə azadlıqdan məhrum etmə cəzasının, Azərbaycan Respublikası CM-in 228.4-cü maddəsi ilə 8 ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən, təyin edilmiş cəzaların qismən toplanılması və ona qəti olaraq 18 il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən, onun təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 15 mart 2022-ci il tarixdən hesablanması, onun barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmiş, iş üzrə maddi sübutlar və məhkəmə xərci ilə bağlı məsələlər öz həllini tapmışdır. Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi Tağıyeva Aidə Qəfər qızı, zərərçəkmiş şəxsin hüquqi varisi X12 və onun nümayəndəsi Quliyev Elnur Ağalar oğlu tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 dekabr 2022-ci il tarixli 1(103)-2341/2022 nömrəli (hakimlər: Rəhimov Elmar Eldar oğlu (sədrliyi və məruzəsi ilə), Qasımov Faiq Adil oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə apell yasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 dekabr 2022-ci il tarixli qərarından məhkumun müdafiəçisi Tağıyeva Aidə Qəfər qızı tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli hökmü ilə Məhkum təqsirli bilinərək məhkum edilmişdir, ona görə ki, o, ümumi təhlükəli üsulla qəsdən adam öldürmüş, yəni qəsdən başqa şəxsi həyatdan məhrum etmiş və qanunsuz olaraq soyuq silah hesab edilən döyüş bıçağını əldə edib üzərində gəzdirmişdir. Belə ki, o, xalası oğlu “X” ləqəbi ilə tanınan X5 9 may 2019-cu ildə Bakı şəhəri Binəqədi rayonu ərazisində qəsdən öldürülməsi ilə bağlı Azərbaycan Respublikası CM-in 120.2.1 və 120.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş cinayət işi üzrə həmin Məhkəmənin xx.xx.2021-ci il tarixli hökmünə əsasən təqsirliliyi sübuta yetirilməməsi ilə bağlı barəsində bəraət hökmü çıxarılmaqla, məhkəmə iclas zalından həbsdən azad olunmuş xx.xx.1984-cü il təvəllüdlü Zərərçəkmiş şəxs həmin cinayətin törədilməsində iştirakına dair əminliyi olduğuna görə Zərərçəkmiş şəxs qəsdən öldürüb ondan qisas almaq qərarına gəlmiş, bu məqsədlə 14 oktyabr 2021-ci il tarixdə əvvəlcə yivsiz lüləli ov silahının alınmasına icazə verilməsi üçün Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 49 ünvanında yerləşən “Ovçu Balıqçı” mağazası vasitəsilə Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi nə ərizə ilə müraciət edib, 15 oktyabr 2021-ci il tarixli x saylı şəhadətnamə əsasında 1200 manat müqabilində bir ədəd atəşə yararlı, saz vəziyyətdə, “Vinçester” tipli, 12 kalibrli, “X25” modelli 20-PM124364 seriya nömrəli, pompalı, təklüləli, yivsiz odlu ov tüfəngini və iyirmi ədəd 12 kalibrli, üzərində “BPS best performance shotshell”, alt-kapsul hissəsində isə “fiocchi 12 İtaly” sözləri həkk olunmuş, yivsiz odlu ov tüfənginin döyüş sursatı hesab edilən patronları 29 oktyabr 2021ci il tarixdə satın almaqla əldə etmiş, lakin Zərərçəkmiş şəxs idmanın kikboksinq növü ilə məşğul olub nüfuzlu turnirlərin qalibi olması səbəbindən sonuncunu qəsdən öldürməkdən ibarət niyyətini başa çatdıra bilməyəcəyindən ehtiyat etdiyinə görə sonrakı günlərdə eyni mağazadan bir ədəd 24 ədəd patron yuvası daşı yan “Holster” markalı qəhvəyi rəngli, kəmər tipli patrondaş satın alaraq və Abşeron rayonu, Novxanı qəsəbəsində yerləşən “Novxanı atıcılıq mərkəzi” adlı poliqonda ödənişli qaydada bir neçə dəfə atəş təlimləri keçib özlüyündə Zərərçəkmiş şəxs öldürə biləcəyinə olan inamını qətiləşdirmiş, bundan sonra cinayətkar niyyətini həyata keçirmək üçün davamlı olaraq müxtəlif tarixlərdə Zərərçəkmiş şəxs yaşadığı xxx evini güdməklə sonuncunu qəsdən öldürmək üçün əlverişli şərait və imkanın yaranmasını gözləmiş, nəhayət 14 mart 2022-ci il tarixdə eyni məqsədlə, yəni Zərərçəkmiş şəxs odlu silahdan atəş açaraq qəsdən öldürmək üçün içərisinə beş ədəd patron yerləşdirdiyi ov tüfəngini bir ədəd bel çantasında və içərisinə on beş ədəd patron yerləşdirdiyi patrondaşı əynindəki gödəkcəsinin altından geyinməklə gizlədib, “Bolt” mobil proqramı vasitəsilə özünün yaşadığı yataqxananın qarşısından - xxx Zərərçəkmiş şəxs yaşadığı ünvanın yaxınlığına Svetlana Məmmədova küçəsi 69 ünvanına “Toyota Prius” markalı **-UR-*** dövlət qeydiyyat nişanlı taksi avtomaşını sifariş verib həmin avtomaşınla saat 20:09-da sifariş etdiyi ünvana çatdıqdan sonra saat 20:15 radələrindən etibarən xxx 1-ci mərtəbədə gizlənərək təxminən 35 metr məsafədə yerləşən Zərərçəkmiş şəxs yaşadığı ünvanı güdməyə başlamış, saat 22 radələrində Zərərçəkmiş şəxs “İnstagram” sosial şəbəkəsində özünün istifadəsində olan “xxxx” adlı şəxsi profilində canlı yayım açmasını görüb arxa fondan sonuncunun yaşadığı ünvanın yaxınlığında - İsrafil Həşimov küçəsi 11/2 ünvanında yerləşən “x” çay evində olmasını müəyyən edərək qəsdini başa çatdırmaq üçün həmin çay evinin yanında yerləşən 6A saylı binanın 8-ci blokunun 1-ci mərtəbəsində gizlənərək təxminən 30 metr məsafədən çay evinin çıxışını güdməyə davam etmiş, saat 22:30 radələrində Zərərçəkmiş şəxs çay evindən çıxaraq əks tərəfdə yerləşən “x” adlanan marketə tək daxil olmasını, marketdə satıcı və müştərilər olsa belə marketin bir giriş qapısının olmasını, marketin içərisinin kiçik ölçülü olmaqla sonuncunun sərbəst hərəkət və qaçış imkanının məhdudlaşacağını nəzərə alaraq, ümumi təhlükəli üsulla Zərərçəkmiş şəxs qəsdən öldürmək üçün əlverişli fürsət yarandığını düşünüb, dərhal bel çantasından özü ilə gətirdiyi və qabaqcadan içərisinə beş ədəd patron yerləşdirdiyi ov tüfəngini götürüb qoruyucunu açmaqla tüfəngi atəş üçün hazır vəziyyətə gətirmiş və sürətli addımla marketin giriş qapısın a yaxınlaşıb Zərərçəkmiş şəxs içəridə, ondan təxminən iki metr məsafədə, mağazada satıcı-kassa işləyən Şahid4 ilə üzbəüz dayanıb söhbət etdiklərini görən kimi mağazanın girişində dayanıb həmin məsafədən əlindəki ov tüfəngini Zərərçəkmiş şəxs tuşlayaraq əməlinin ictimai təhlükəli olduğunu dərk etməklə həmin əməlin Zərərçəkmiş şəxs başqa həmçinin sonuncu ilə üzbəüz dayanmış Şahid4 həyatı üçün də ictimai təhlükəli nəticələrin baş verə biləcəyini qabaqcadan görüb ümumi təhlükəli üsulla ilk atəşi açmış, lakin mərmilərin Zərərçəkmiş şəxs yayındığını, habelə Zərərçəkmiş şəxs sonrakı atəşlərdən yayınmaq üçün mağazanın içinə doğru vitrinlərin arxasına keçərək müdafiə olunmağa çalışdığını müşahidə edib qəsdini başa çatdırmaq üçün mağazaya daxil olmuş və mağazanın içində vitrinlərin ətrafı ilə ondan qaçıb həyatını xilas etməyə çalışan Zərərçəkmiş şəxsla qarşılaşıb təxminən bir metr məsafədən tüfəngi sonuncunun baş nahiyəsinə tuşlayaraq bir dəfə, Zərərçəkmiş şəxs üzü üstə döşəmə üzərinə yıxıldıqdan sonra isə kürək nahiyəsinə üç dəfə atəş açaraq sonuncuya hər biri ayrı-ayrılıqda, eləcə də ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilən kəllə qapağı və əsası sümüklərinin çox qəlpəli yerdəyişmiş sınıqları, beyin toxumasının əzilib dağılması və hissəvi olaraq bayıra evakuasiyası ilə müşayiət olunan başın tüklü hissəsində sol alın-təpə nahiyəsinin kəllə boşluğuna nüfuz edən kor, qırmalı bir ədəd, döş qəfəsinin arxa səthinin sağ yarısının və sağ çiyinüstü nahiyənin yumşaq toxuma və əzələləri, sağ ağciyərin yuxarı payının zədələnməsi ilə müşayiət olunan döş qəfə sinin arxa səthində sağda-yuxarıda, sağ onurğayanı xətlə kürək xətti arasında İİ-İV qabırğalar arası sahədə qrup halında yerləşmiş altı ədəd sağ döş boşluğuna nüfuz edərək sağ çiyinüstü nahiyənin yumşaq toxuma və əzələləri arasında kor qurtaran bir ədəd, döş qəfəsinin arxa səthinin sol yarısının yumşaq toxumaları, arxa qoltuq xətti üzrə sol İV-V-Vİ qabırğalar, sol ağciyərin yuxarı payı və aşağı payın paylararası nahiyəsi, ürək kisəsi, ürək, sol İV və V qabırğaların döş ucları, divar aralığı nahiyəsi, döş qəfəsinin ön səthində döş sümüyü proyeksiyasının yumşaq toxuma və əzələlərinin zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin arxa səthinin sol yarısında, arxa qoltuq xətti ilə kürək xətti arasında İV-Vİ qabırğalar arası sahədən döş boşluğuna nüfuz edən qırmalı bir ədəd, döş qəfəsinin arxa səthinin yumşaq toxumaları, sağ Vİ-Vİİ-Vİİİ qabırğalar, sağ ağciyərin aşağı payı və sağ qoltuqaltı nahiyədə yumşaq toxuma və əzələlərinin zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin arxa səthinin sağ yarısında, kürək xətti üzrə bilavasitə kürəkaltı nahiyədən döş boşluğuna nüfuz edən qırmalı bir ədəd, döş qəfəsinin arxa səthinin yumşaq toxumaları, sol Xİ qabırğa, mədənin kiçik əyriliyi, qaraciyərin sağ payının bazal səthi, sağ böyrəkətrafı yumşaq toxumalar, sağ qalça darağı proyeksiyasında qarının sağ yan divarının yumşaq toxuma və əzələlərinin zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin arxa səthinin sol yarısında, kürək xətti üzrə sol onurğayanı xətt arasında Xİ-Xİİ qabırğalar arası sahədən qarın boşluğuna nüfuz edən qırmalı bir ədəd, sağ əl pəncəsinin İ daraq sümüyü proyeksiyasında y umşaq toxumaların əzilib-didilib-parçalanması, İ daraq və baş barmaq sümüklərinin çoxqəlpəli sınıqları ilə müşayiət olunan bir ədəd, cəmi altı ədəd odlu silah yaralarından ibarət xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs qisas niyyəti ilə ümumi təhlükəli üsulla qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmiş, tüfəngin içində qalmış dörd ədəd patronun hər birinin Zərərçəkmiş şəxs bədəninə dəydiyini və Zərərçəkmiş şəxs üzüstə döşəmə üzərində hərəkətsiz vəziyyətdə qaldığını görüb öldüyünə əmin olaraq hadisə yerindən uzaqlaşmışdır. Bundan başqa o, 2021-ci ilin aprel ayında istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq soyuq silah hesab edilən bir ədəd tiyəsi dəstəyinin içərisində gizlədilmiş formalı, tiyəsinin hər iki tərəfi kəsici olub qara rəngli metaldan, dəstəyi qara rən gli metallik materialdan hazırlanmış, tiyəsinin uzunluğu 90 mm, dəstəyinin uzunluğu 130 mm olan döyüş bıçağını əldə edib, həmin bıçağı 14 mart 2022-ci il tarixdə saat 02 radələrində Cəlilabad rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Cəlilabad rayon polis şöbəsində üzərinə baxış keçirilməklə aşkar edilib götürülən vaxta qədər qanunsuz olaraq üzərində gəzdirmişdir. Bundan başqa o, 2021-ci ilin aprel ayında istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq soyuq silah hesab edilən bir ədəd tiyəsi dəstəyinin içərisində gizlədilmiş formalı, tiyəsinin hər iki tərəfi kəsici olub qara rəngli metaldan, dəstəyi qara rəngli metallik materialdan hazırlanmış, tiyəsinin uzunluğu 90 mm, dəstəyinin uzunluğu 130 mm olan döyüş bıçağını əldə edib, həmin bıçağı 14 mart 2022-c i il tarixdə saat 02 radələrində Cəlilabad rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Cəlilabad rayon polis şöbəsində üzərinə baxış keçirilməklə aşkar edilib götürülən vaxta qədər qanunsuz olaraq üzərində gəzdirmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkumun müdafiəçisi Tağıyeva Aidə Qəfər qızı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkum barəsindəki hər iki məhkəmə instansiyasının qərarı qanunsuz və ədalətsizdir. Belə ki, məhkəmə təqsirləndirilən şəxs Məhkum özünü qismən təqsirli bilərək ifadə verərkən bildirmişdir ki, o. Z-nın yanında satıcını görən an əlindəki silahı yana tuşlamışdır, yəni boşluğa atmışdır, əgər həmin an o Z-a güllə atsaydı ən azı Z yan tərəfindən güllə yaraları alacaqdı - satıcı isə müxtəlif xəsarətlər al a bilərdi. Lakin, hökmdə X-in ifadəsi tam təhrif edilmişdir. X mağazaya daxil olan zaman orada satıcını görərkən tüfəngin istiqamətini yana çevirmiş və boşluğa atəş açmışdır. Bu səbəbdən birinci atəş zamanı nə Z nə də kassir zədə almamışdır. Dəfələrlə poliqonda atəş üzrə təlim keçmiş X qabağında dayanan Z-a həmin anda atəş açsa idi həmin an Z da qətlə yetirilərdi və ola bilsin ki, qəlpə satıcıya da dəyə bilərdi. Lakin X tüfəngi kənara tuşlayaraq boş yerə atəş açmışdır. Daha sonra isə Z satıcıdan ayrılanda Z-a atəş açaraq qətlə yetirmişdir. X birinci atəşi yana atması barədə məhkəmədə də sərbəst ifadə verərkən bildirmişdir. Lakin işə baxan məhkəmələr tərəfindən bu hallar nəzərə alınmamış və Məhkum əməli düzgün tövsif edilməmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsi və bununla bağlı Bakı Apellya siya Məhkəməsi Məhkum əməlini CM-in 120.1 maddəsinə tövsif edərək həmin maddənin sanksiya daxilində ona cəza təyin etməli idi. Bundan başqa Məhkum 2-ci Vətən Müharibəsi iştirakçısı olaraq qazi olması, Azərbaycan Respublikası Prezidenti tərəfindən “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilməsi və “Vətən Müharibəsi”ndə göstərdiyi fədakarlığa görə təltif edilməsi, əvvəllər məhkum edilməməsi, cavan, subay və etdiyi cinayətdən peşman olması kimi yüngülləşdirici halları məhkəmələr nəzərə almayaraq ona həddindən artıq cəza təyin edilmişdir. Qeyd olunanlara əsasən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 dekabr 2022-ci il tarixli qərarının ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya ins tansiyası məhkəməsində müdafiəçi Tağıyeva Aidə Qəfər qızı kassasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, məhkumun ilk məhkumluğu olduğunu, vətən müharibəsi iştirakçısı olduğunu, könüllü polis orqanına gedərək təslim olduğunu bildirib kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya şikayətinin təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 dekabr 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosess ual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məh kəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində Məhkum barəsində məhkəmələr tərəfindən qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi, əməlinin CM-in 120.1-ci maddəsi ilə tövsif edilməli olduğu halda düzgün tövsif edilmədiyi, nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə), 416.1.15 (məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə) və 416.1.21-ci (məhkəmə məsuliyyəti ağırlaşdı ran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 dekabr 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakıları xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci m addəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarını n müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdı ğı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 24 4.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cin ayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş olar, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona isnad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması, müdafiəçinin isə kassasiya şikayətinin təmin edilməsi barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 dekabr 2022-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenmunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 2002-ci il 12 dekabr tarixli qərarında göstərilmişdir ki, təqsirkarın əməli ümumi təhlükəli üsulla qəsdən adam öldürmə kimi CMnin 120.2.4-cü m addəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada ümumi təhlükəli üsulla adam öldürmə cinayətində təqsirkar hər hansı şəxsi öldürmək istərkən şüurlu surətdə elə vasitə seçir ki, bu vasitə nəinki zərərçəkmişin, həmçinin başqalarının (heç olmasa bir nəfərin) da həyatı üçün təhlükəli olur. Ümumi təhlükəli üsulla adam öldürməyə yandırmaqla, partlatmaqla, zəhərləməklə, dağıtmaqla, qəzalar törətməklə, zərərçəkmiş şəxsi qətlə yetirmək məqsədilə onun olduğu qapalı yerə qaz buraxmaqla, kütləyə nizamsız atəş açmaqla adam öldürmə hallarını aid etmək olar. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli Məhkum ifadəsinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Məhkum videoçəkiliş vasitəsilə keçirilən ifadəsinin yerində yoxlanılması zamanı ifadəsində hadisə günü ci nayətin törədilməsi ilə bağlı göstərdiyi bütün xüsusatları - taksi avtomaşınından enib hadisə yerinə gəldiyi istiqaməti, Zərərçəkmiş şəxs güdmək üçün gizləndiyi 6A saylı yaşayış binasının 8ci blokuna doğru addımladığı istiqaməti, blokda içində tüfəng olan bel çantasını qoyduğu və özünün dayandığı yerləri, Z-nın çayxanadan çıxdığı və dükanın girişinə doğru hərəkət etdiyi istiqamətləri, özünün dükana yaxınlaşdığı səmti, hadisə zamanı həm öz, həm Zərərçəkmiş şəxs, həm də satıcı Şahid4 özünün də iştirakı ilə sonuncunun bütün duruş vəziyyətini, hərəkətlərini səhnələşdirməklə birinci atəşi açarkən özünün, Zərərçəkmiş şəxs və satıcının dayandığı yerləri, ilk atəşdən sonra Zərərçəkmiş şəxs dükanın içinə doğru hərəkət etdiyi, ardınca özünün içəri daxil olduğu səmtləri, Zərərçəkmiş şəxsla rastlaşdıq ları yeri, ikinci atəşi açan zaman özünün və Zərərçəkmiş şəxs dayandıqları yerləri, atəş nəticəsində xəsarət almış Zərərçəkmiş şəxs döşəmə üzərinə yıxıldığı yeri, sonuncuya üç, dörd və beşinci atəşləri açan zaman özünün dayandığı yeri və atəş açdığı bədən nahiyələri, dükandan çıxandan sonra qaçdığı istiqaməti, cinayətin alət olan tüfəngi və mobil telefonu atdığı, daha sonra patrondaşı atdığı, habelə taksiyə əyləşdiyi yerləri, habelə digər xüsusatları əyani şəkildə göstərməklə etirafedici ifadəsini tam olaraq bir daha təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 14 mart 2022-ci il tarixdə.... təxminən saat 22:00-22:30 radələrində marketin içərisində tək olan vaxtı marketlə üzbəüzdə yerləşən obyektlərin sahibi x oğlu Z təkcə marketə daxil olmuş və gəlib kassanın qabağında, onunla üzbəüz dayanmışdır. Z-nın nə sifariş verməsini xatırlamır, çünki Z-nın dükana daxil olmasından bir neçə saniyə sonra ardınca möhkəm atəş səsi eşidilmişdir. Səs düz marketin giriş qapısından gəlmiş, lakin həmin vaxt o, orada kiminsə olmasını görməmişdir. Birinci atəş zamanı Z qapıdan təxminən 2 - 2.5 metr məsafədə onunla üzbəüz, piştaxtanın qarşısında dayanmış və sol tərəfi qapı istiqamətində olmuş, həmin vaxt onunla Z-nın arasındakı məsafə təxminən bir metr olmuşdur. Belə ki, cinayət işinin materiallarını, o cümlədən iş üzrə dindirilmiş şəxslərin ifadələrini kassasiya şikayətinin dəlilləri ilə müqayisəli təhlil edən kassasiya məhkəmə kollegiyası, Məhkum Zərərçəkmiş şəxs qəsdən öldürmək üçün əlverişli fürsət yarandığını düşünüb ondan təxminən iki metr məs afədə, mağazada satıcı-kassa işləyən Şahid4 ilə üzbəüz dayanıb söhbət etdiklərini görən kimi mağazanın girişində dayanıb həmin məsafədən əlindəki ov tüfəngini Zərərçəkmiş şəxs tuşlayaraq əməlinin ictimai təhlükəli olduğunu dərk etməklə və həmin əməlin Zərərçəkmiş şəxs başqa həmçinin sonuncu ilə üzbəüz dayanmış Şahid4 həyatı üçün də ictimai təhlükəli nəticələrin baş verə biləcəyini qabaqcadan görərək ilk atəşi açması faktının təsdiq olunması və bununla da artıq cinayət əməlində ümumi təhlükəli üsulun yaranmış olması barədə aşağı instansiya məhkəmələrinin gəlmiş olduğu nəticə ilə razılaşır. Qeyd olunanlara əsasən, kasasiya şikayətinin dəlillərini iş materialları ilə birgə tədqiq edən məhkəmə kollegiyası hesab edir ki, Məhkum Zərərçəkmiş şəxs ümumi təhlükəli üsulla qəsdən həyatdan məhrum etmə si hər iki məhkəmə instansiyasında tədqiq olunmuş mötəbər, bir-birilə uzlaşan sübutların məcmusu ilə tam təsdiq olunur. Məhkəmələr işin faktiki hallarını müəyyən edərkən törədilmiş əməli cinayət qanunun müvafiq maddəsi ilə və qeyd olunan Plenum Qərarının izahları baxımından tamamilə düzgün olaraq təhlil etmiş və Məhkum əməlinin Azərbaycan Respublikası CMnin 120.2.4 və 228.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin tərkibini yaratdığı, bu cinayətlərin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edildiyi barədə qənaətə gəlmişdir. Məhkəmələr belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-in 146.1-ci maddəsinin tələbinə əsaslanmışlar. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilm əli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmələrin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və birbirini tamamlayan sübutlar birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya məhkəməsinin qərarında ətraflı şərh edildiyində n kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən sadalamağa zərurət görmür. Cəza məsələsini müzakirə edən kassasiya məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar (ilk dəfə cinayət əməli törətməsi, müsbət xarakterizə olunması, könüllü gəlib təqsirini boynuna alması, Vətən müharibəsi iştirakçısı olmaqla medallarla təltif olunması), habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Odur ki, məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr tərəfindən Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum müdafiəçisi Tağıyeva Aidə Qəfər qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 228.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 dekabr 2022-ci il tarixli qərarı kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-436/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-436/2024
13.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver