Məhkəmə qərarları › İş №1(102)-436/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-436/2025

12.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-436/2025 12.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asi oğlu Muxtarov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və Müdafiəçi5nin iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 oktyabr 2024-cü il tarixli 1(103)-1806/2024 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi5 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Mahmud Ağalarov (sədrlik edən və məruzəçi), Faiq Qəniyev və Samir Əliyev) 30 may 2024-cü il tarixli 1(101)-181/2024 nömrəli hökmü ilə xx xxxx 1981-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, məhkum olunmamış, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvani küçəsi, ev 35, mənzil 6-da qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək, 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdi r. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəlinin 19 oktyabr 2022-ci il tarixdən hesablanmışdır. Hökmlə həmçinin Təqsirləndirilən şəxs da təqsirli bilinərək məhkum olunmuşdur. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum edilmişdir ona görə ki, o, tamah niyyəti və satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etmək, saxlamaq və daşımaq barədə tanışı Təqsirləndirilən şəxs və qeyriləri ilə razılaşıb, qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında əldə olunmuş cinayətkar razılaşmaya əsasən istintaqa məlum olmayan mənbədən satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda 2,812 qram çəkidə narkotik vasitə heroini və 1,432 qram çəkidə psix otrop maddə metamfetamini qanunsuz olaraq əldə edib, aralarında bölərək 1,432 qram çəkidə psixotrop maddə metamfetamini və 1,355 qram çəkidə narkotik vasitə heroini Məhkum yaşadığı ünvan 1, 6 saylı mənzilə daşıyıb gizlətməklə orada saxlamış, qalan 1,457 qram çəkidə narkotik vasitə heroini isə Təqsirləndirilən şəxs satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinin əməkdaşları tərəfindən 18 oktyabr 2022-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 20:45-də ünvan 1 ünvanının qarşısında saxlanılaraq ünvan 2vanda yerləşən Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinə dəvət olunub həmin gün saat 22:20 də üzərinə şəxsi axtarış keçirilərkən əynindəki boz rəngli idman şalvarının sağ yan cibindən bir ədəd bükümdə 1,457 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən 19 oktyabr 2022-ci il tarixdə həyata keçirilmiş əməliyyat axtarış tədbiri nəticəsində Məhkum həmin gün saat 19-da Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 35 saylı evin qarşısında saxlanılaraq saat 21:30-da ünvan 1, 6 saylı mənzilə keçirilən baxış zamanı mənzilin yataq otağında yerləşən çarpayının döşəyinin alt hissəsində gizlətdikləri bir ədəd bükümdə 1,432 qram çəkidə kustar üsulla haz ırlanmış psixotrop maddə metamfetamin və yeddi ədəd bükümdə ayrı ayrılıqda təmiz çəkiləri 0,201 qram, 0,183 qram, 0,212 qram, 0,181 qram, 0,194 qram, 0,156 qram və 0,228 qram olmaqla ümumilikdə 1,355 qram çəkidə kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Anar İbrahimov (sədrlik edən və məruzəçi), Zaur Hüseynov və Ramin Qaraqurbanlı) 03 oktyabr 2024-cü il tarixli 1(103)-1806/2024 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 may 2024-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum müdafiəçisi Müdafiəçi5 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məh kəməsinin Cinayət kollegiyasının 30 may 2024-cü il tarixli 1(101)-181/2024 nömrəli qərarının ləğv edilməsi və Məhkum bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi Müdafiəçi5 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxan məhkəmə tərkibi qərarı çoxsaylı maddi və prosessual pozuntularla qəbul etmişdir. Belə ki, müdafiəçilər tərəfindən “məhkəmə prosesinin qismən istintaqla keçirilməsi barədə” vəsatətlər məhkəmə tərəfindən təmin edilməmiş, iş üzrə mövcud olan çoxsaylı ziddiyyətlər və qaranlıq məqamlar, habelə təqsirləndirilən şəxsin xeyrinə yozulmalı olan şübhələr araşdırılmadan qalmışdır. İş üzrə təqsirləndirilən şəxsin əməlini sübut edəcək hər hansı mötəbər dəlil yoxdur. Məhkum narkotik vasitələrin külli miqda rda satışında ittiham olunaraq məhkum edilsə də, ittiham tərəfi satış faktını sübuta yetirə bilməmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarına əsasən, məhkəmə CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən etməli olduğu halda, bunu etməmiş və nəticədə əməlin düzgün tövsif etməmişdir. Məhkəmə tərəfindən müəyyən edilməli idi ki, digər şəxsin xahişi ilə təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyi, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsi, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsi araşdırılmamışdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda, digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma və ya narkotik vasitəni satma kimi deyil, satış məqsədi olmadan narkotik vas itə əldə etmə kimi qiymətləndirilməli idi. Məhkəmələr tərəfindən yuxarıda qeyd olunan Ali Məhkəmənin Plenumunun qərarındakı tövsiyələrə və göstərişlərə riayət edilməmişdir. Nə istintaq, nə də məhkəmə tərəfindən narkotik vasitələrin təqsirkar tərəfindən kimdən və neçəyə alınması, habelə kimə və neçəyə satılması müəyyən edilməmişdir. Bundan başqa istintaq və məhkəmə belə qənaətə gəlmişdir ki, Məhkum ilə Təqsirləndirilən şəxs eyni malı satmaq məqsədilə bölmüşlər, Yeganədə həmin malın 1,355 qram hissəsi, Ağada isə eyni malın 1,457 qram hissəsi qalmışdır. Lakin keçirilmiş ekspertiza nəticəsində məlum olmuşdur ki, təqsirləndirilən şəxslərin hər birində aşkar edilmiş narkotik vasitələr kimyəvi tərkibinə və xarici görünüşünə görə fərqlidir. Bu fakt ittihamı tamamilə təkzib etdiyi halda məhkəmə tər əfindən ümumiyyətlə qiymətləndirilməmişdir. Məhkəmə prosesi zamanı dövlət ittihamçısı bildirmişdir ki, narkotik vasitələrin məhz satış üçün hazır vəziyyətə gətirildiyini sübut edən amil həmin vasitələrin öncədən ayrıayrı bükümlərə qablaşdırılması faktıdır. X3-zadə bildirmişdir ki, özünü təqsirli bilmir, həmin vasitələr ona məxsus deyildir, polis əməkdaşları tərəfindən çəkiliş aparılmamışdan öncə yatağın altına qoyulmuşdur. Cinayət işinin heç bir yerində axtarış zamanı xüsusi tərəzinin aşkarlanması və götürülməsi barədə heç bir qeyd yoxdur. Ümumiyyətlə belə bir tərəzi heç olmamışdır. Saxta ittiham quran şəxslər bu vacib nöqtəni banal olaraq unutmuşdurlar. Belə ki, ittiham aktından da görünür ki, Məhkum özündə guya saxladığı 1,355 qram narkotik vasitələri yeddi ədəd bükümdə ayrı-ayrılıqda tə miz çəkiləri 0,201 qram, 0,183 qram, 0,212 qram, 0,181 qram, 0,194 qram, 0,156 qram və 0,228 qram olmaqla bölmüşdür. Məntiqli sual yaranır ki, xüsusi tərəzi olmadan bir qramı yeddi yerə necə bölmək olar? Həmçinin məhkəmə ittihamda keçən tarix və saatlara fikir verməmişdir. Belə ki, ittihamdan görünür ki, Təqsirləndirilən şəxs Yeganədən bir gün öncə saxlanılmış, həmin gün axşam sərbəst buraxılmış, ertəsi gün isə yenidən saxlanılaraq həbs edilmişdir. Belə olan halda əgər ittiham dediyi kimi, Yeganə ilə Ağa qabaqcadan əlbir idilərsə, hansı məntiqlə Ağa sərbəst buraxıldıqdan sonra Yeganəni saxlanılması barədə məlumatlandırmadı və Yeganədə qalmış malların bir hissəsinin gizlədilməsi və ya məhv edilməsi barədə göstərişlər verməmişdir? Həmçinin ittiham tərəfi heç bir şəkildə izah edə bilməmişdir ki, nəyə görə Yeganə yaşadığı evin önündə saat 19-da saxlanılmış, evdə axtarış hərəkətləri isə həmin gün saat 21:30-da aparılmışdır. Polis nəfərlərinin iki saat yarım vaxtı evin önündə Yeganəni saxlayaraq hərəkətsizlikləri anlaşılan deyildir. Məhkəmələr tərəfindən əməliyyatçıların ifadələrindəki ziddiyyətlər düzgün qiymətləndirilməmişdir. Məhkum ilk gündən bildirir ki, oğlu Cavid keçirdiyi avtomobil qəzası nəticəsində iflic olmuşdur, şiddətli ağrılarının kəsilməsi üçün narkotik vasitələrdən mütəmadi olaraq istifadə edir, evində oğlunun yatağının yanında narkotik vasitələr adətən olurdu. Onun yatağının altına ayrıca yeddi büküm narkotik vasitəni qoymaq, sonra isə guya Yeganə tərəfindən satışa hazırlanırmış kimi qələmə verilməsinə heç bir zərurət yoxdur. İşin ziddiyyətli və qaranlıq məqamlar ından biri də odur ki, guya Məhkum polis bölməsinə gətiriləndə və üzərində axtarış aparılarkən bildirmişdir ki, narkotik vasitələri üzərində daşımır, evində saxlayır. Bu cəfəngiyat heç bir məntiqə sığmır və inandırıcı deyildir ki, cinayətkar şəxs üzərində hər hansı qadağan edilmiş maddə aşkarlanmadığı halda evində olan narkotik vasitələr barədə hüquq mühafizə orqanına məlumat verir ki, sonradan onu 5 il müddətinə azadlıqdan məhrum etsinlər. Onu da unutmayaq ki, bu cinayətin digər iştirakçısı- Ağa dünəndən məlumatlıdır ki, bu gün Yeganəni tutmağa gələcəklər və müəmmalı şəkildə “susur”. Məhkəmələr Məhkum görmə qabiliyyəti məhdud olan əlil olmasını, himayəsində yataq xəstəsi və daimi qulluğa ehtiyacı olan ailə üzvü (oğlu) olması faktlarına düzgün qiymət verməmiş, habelə Məhkum artıq 2 ildir ki, həbsdə olmasını nəzərə almamışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlar a hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Məhkum müdafiəçisi Müdafiəçi5 kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, məhkumun hazırkı cinayət işi üzrə təqsiri mötəbər sübutlarla təsdiq edilmədiyinə baxmayaraq barəsində əsassız və qanunsuz olaraq Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham hökmü çıxarılmışdır. Belə ki, kassasiya şikayətində qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi bu cinayət işinə baxarkən cinayət mühakimə icraatının obyektivliyi, qərəzsiz liyi və ədalətliliyi baxımından yanaşmamış, təqsirləndirilən şəxs Məhkum məhkəmə istintaqı zamanı verdiyi ifadəsini, gətirdiyi dəlilləri deyil, ibtidai istintaq zamanı təzyiq, təsir və fiziki zorakılıq altına alınmış şübhəli və heç bir əsası olmadan ifadələri ilə hökmü əsaslandırmışdır. Məhkəmə kollegiyası bu barədə qeyd etmək istəyir ki, analoji dəlillər müdafiəçinin birinci instansiya məhkəməsinin hökmündən verilmiş apellyasiya şikayətində də irəli sürülmüşdür. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bütün dəlillərinə ayrı ayrılıqda hüquqi qiymət vermiş və həmin dəlillərin əsassız olmasına dair nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri cinayət işinin materialları ilə əlaqəli şəkildə araşdırıb, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, kassasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349. 3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Birinci instansiyası məhkəməsi ittiham orqanı tərəfindən təqdim edilmiş sübutları – məhkumun özünün, hazırki cinayət işi üzrə digər Təqsirləndirilən şəxs, şahidlər Şahid1, Şahid2, Şahid3 və Şahid4 ifad ələri, məhkəmə ekspertizalarının rəyləri, istintaq hərəkətlərinin protokolları və işin digər materialları tədqiq edərək onlara qiymət vermiş və həmin sübutlara əsasən nəticəyə gəlmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməsi tam təsdiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi müdafiəçinin apellyasiya şikayətinə əsasən işə baxıb birinci instansiya məhkəməsinin məhkumun əməlinin tövsifi və onun təqsirli olması barədə gəldiyi nəticələrlə razılaşmış, apellyasiya şikayətinin dəlilləri əsaslı hesab etməmişdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarına, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara nəzər salaraq nəticəyə gəlir ki, məhkəmələr sübutlara və işin hallarına düzgün qiymət vermiş, h əmin sübutlar Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri təsdiq etmək üçün kifayət edir. Belə ki, cinayət işi üzrə digər Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq edilmiş ifadəsində göstərmişdir ki, polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində aşkar edilmiş narkotik vasitəni Məhkum almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş polis əməkdaşları Şahid1, Şahid2, Şahid3 və Şahid4 göstərmişlər ki, onlar tərəfindən saxlanılmış Təqsirləndirilən şəxs üzərində narkotik vasitə heroin aşkar edilmiş, Təqsirləndirilən şəxs həmin heroinin Məhkum almasını göstərmişdir. Məhkum özü də ibtidai istintaq zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs onun evində külli miqda rda narkotik vasitə və psixotrop maddələrin saxlanmasını təsdiq etmişdir. Belə ki, Məhkum 21 oktyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-in 234.4.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib dindirilərkən özünü təqsirli bilərək bildirmişdir ki, onun oğlu Əli-zadə Cavid Elmir oğlu yataq xəstəsi olmuş, həm də narkotik vasitə aludəçisinə çevrilmiş, ağrıları ilə əlaqədar olaraq gündəlik narkotik vasitə qəbul etmişdir. O, özü də əvvəllər psixotrop maddə metamfetamindən istifadə etmişdir. Oğlu Cavidə narkotik vasitə gətirən şəxs onun tanışı Təqsirləndirilən şəxs olmuşdur. Bildiyinə görə Təqsirləndirilən şəxs adını bilmədiyi İran İslam Respublikasının vətəndaşı ilə əlaqə saxlayıb, həmin şəxsdən aldığı narkotik vasitələri onun yaşadığı evə gətirmişdir. Elə olmuşdur ki, onu n qaldığı evə külli miqdarda psixotrop maddə metamfetamin və külli miqdarda narkotik vasitə heroin gətirmişdir. Ağa həmin narkotik vasitələrin daha sonra satışını aparmışdır. 18 oktyabr 2022- ci il tarixdə ona məlum olmuşdur ki, Ağa evdən çıxdıqdan sonra polis əməkdaşları tərəfindən saxlanılıb, polis idarəsinə aparılmışdır. 19 oktyabr 2022-ci il tarixdə isə o, yaşadığı evin qarşısında olduğu zaman bir neçə mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək, onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib, onu polis idarəsinə dəvət etmişlər. Polis İdarəsinə gətirildikdən sonra onun üzərində şəxsi axtarış keçiriləcəyi izah edilmiş və buna görə də o, müdafiəçi ilə təmin olunub, şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra üzərində şəxsi axtarış keçiri lmiş, lakin üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Şifahi sorğu zamanı o, etiraf etmişdir ki, yaşadığı evdə tanışı Ağa adlı şəxsə məxsus narkotik vasitə vardır. Bundan sonra onun yaşadığı evə baxış keçirilmiş, baxış zamanı o və oğlu polis əməkdaşlarına narkotik vasitələri təqdim etmişlər. Məhkəmələr Məhkum və Təqsirləndirilən şəxs qismində cinayət işi üzrə ibtidai istintaq zamanı verdikləri ifadələr digər sübutlarla təsdiq edildiyindən onları düzgün və həqiqətə uyğun, məhkəmə iclasında verdikləri ifadələr isə özləri müdafiə və həqiqətə uyğun olmayan ifadələr kimi qiymətləndirmişlər. Məhkəmə kollegiyası Məhkum və Təqsirləndirilən şəxs ibtidai istintaqda verdikləri ifadələrin digər sübutların məcmusu ilə uyğunluq təşkil etməsi ilə yanaşı aşağı dakılara əsasən məhkəmələrin bu mövqeyi ilə razılaşır. Cinayət işinin materiallarından görünür ki, təhqiqat və istintaq orqanı tərəfindən hazırkı cinayət iş üzrə həmin sübutlar əldə edərkən cinayət prosessual qanunvericiliyinin tələblərini riayət etmiş, təqsirləndirilən şəxslərin dindirilmələri cinayət-prosessual qanunvericiliyinin normalarına uyğun müdafiəçilərin iştirakları ilə keçirilmiş, qanun pozuntularına yol verilməmiş, cinayət işinin materiallarında Məhkum və Təqsirləndirilən şəxs ibtidai istintaqda verdikləri ifadələri şübhə altında alan heç bir hal müəyyən edilməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, hesab edir ki, işin faktiki halları, Məhkum əməlinin hüquqi tövsifi və onun elan edilmiş ittihamda təqsirinin sübut edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkum əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Məhkəmə kollegiyasının qənaətinə görə nə ibtidai istintaq orqanı sübutların toplanılmasında, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası nəticəyə gəlir ki, Məhkum barəsində Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə verilmiş ittiham üzrə təqsirli olması sübuta yetirilmişdir və barəsində cinayət təqibinə xitam verilməsi üçün qanuni əsaslar yoxdur. Kassasiya şikayətinin dəlilləri əsassızdır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddə sində göstərilmiş hallarda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 oktyabr 2024-cü il tarixli 1(103)-1806/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası C PM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 oktyabr 2024-cü il tarixli 1(103)-1806/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar