Məhkəmə qərarları › İş №1(102)-437/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-437/2019

03.04.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-437/2019 03.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ "03" aprel 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Qasımov Orxan Əhməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Əliyev Müstəcəb Süleyman oğlu, Məhkum, Müdafiəçi – Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Ağayev Mənsi Zülfi oğlu, Zərə rçəkmiş şəxs1, Zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə iştirakları ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 iyun 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 127.2.3, 221.3 və 128-ci maddələrsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 noyabr 2018-ci il tarixli qərarından Zərərçəkmiş şəxs1 nümayəndəsi Nümayəndə ilə birlikdə verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 iyun 2018-ci tarixli hökmü ilə (sədrlik edən hakim Süleymanov Elxan Xasay oğlu, hakimlər Quliyev Nizami Fərzi oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə) xx xxxx 1992-ci ildə Cəlilabad rayonunda anadan olması, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Cəlilabad şəhəri, ünvan 1 ünvanında yaşayan Məhkum Azərbaycan Respublikası CM-nin 127.2.3, 221.3 və 128-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-nin 127.2.3-cü maddəsi ilə 02 il müddətə, CM-nin 221.3cü maddəsi ilə 02 il 06 ay müddətə, CM-nin 128-ci maddəsi ilə 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.2-ci maddəsinə əsasən cəzalar qismən toplanılmaqla 03 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 69.3-cü maddəsinin tələbinə əsasən 21 iyul 2017-ci il tarixdən həbsdə və ev dustaqlığında qaldığı 05 ay 19 gün müddət, azadlıqdan məhrum etmənin bir gününə bir gün hesablanmaqla təyin edilmiş cəzadan çıxılmaqla qəti olaraq 02 il 06 ay 11 gün mü ddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə təyin olunmuş azadlıqdan məhrum etmə cəzası 02 il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmişdir. Həmin hökmlər həmçinin X9 və X22 da təqsirli bilinib məhkum edilmişlər. İŞİN HALLARİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 iyun 2018-ci tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, 08 aprel 2017-ci il tarixdə, saat 16 radələrində Cəlilabad şəhər sakinləri X2 X3 Cəlilabad şəhər, H.Aslanov küçəsində yumruq və təpiklə xəsarət yetirməsini izləyib onları ayırmadığı üçün Zərərçəkmiş şəxs3 tərəfindən nalayiq sözlərlə təhqir edilməsi ilə bağlı aralarında yaranmış münasibətlərə aydınlıq gətirmək adı ilə sonuncunu 09.04.2017-ci il tarixdə, saat 15 radələrində Cəlilabad şəhərindəki “Nar bağı” deyilən yerə çağırmış, orada X1 Zərərçəkmiş şəxs2 və qeyriləri ilə söhbət əsnasında Zərərçəkmiş şəxs3 «əl-qolla» danışmasını irad tutmasına müdaxilə etdiyinə görə sonuncunun ona yaxınlaşdığını görüb, cüzi səbəb üzündən xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs3 sifət nahiyəsindən qəsdən yumruğu ilə vuraraq sağ göz yuvası ətrafında qançır, burun nahiyəsində şişkinlik, qançır, deformasiya və burun sümüyünün yerini dəyişən sınığı ilə müşayiət olunmaqla dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa qəsdən az ağır zərər vurmaya aid xəsarət, daha sonra isə X9, X13 və qeyriləri ilə bir qrup şəxs halında birləşərək Zərərçəkmiş şəxs3 ilə dalaşarkən heç bir əsaslı səbəb olmadan orada olan şəxslərin yanında onlara məhəl qoymadan etinasızlıq göstərib ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər etməklə, yəni Zərərçəkmiş şəxs3 ucadan nalayiq söyüşlərlə təhqir edib özü ilə gətirdiyi silah qismində istifadə olunan bıçaqdan istifadə etməklə sonuncunun alının sağ yarısında və sağ qaşaltı nahiyədə kəsilmiş yara ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirərək silah qismində istifadə olunan bıçaqdan istifadə etməklə xuliqanlıq etmişdir. Bundan başqa o, 06 iyul 2017-ci il tarixdə saat 2030 radələrində Cəlilabad şəhəri arxa yol deyilən yerdə yeznəsi Zərərçəkmiş şəxs1 ilə Cəlilabad şəhər “nar bağı” d eyilən yerdə baş vermiş davanın onun doğru hərəkət etməməsi səbəbindən olmasına irad tutduğuna görə 2 ay əvvəl ona sillə vurmasını bildirmiş Zərərçəkmiş şəxs1lə artıq aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə edib dalaşarkən qəsdən bıçaqla vuraraq Zərərçəkmiş şəxs1 sağ bazu nahiyəsində kəsilmiş-deşilmiş yara ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti yetirmişdir. Hökmdən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim Əhmədov İsmayıl Həmid oğlu, hakimlər Bəşirov Kamil Sücəddin oğlu və Soltanov Fuad Kamil oğlundan ibarət tərkibdə) 13 noyabr 2018-ci il tarixli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəmə sinin 11 iyun 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətləri təmin edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 noyabr 2018-ci il tarixli qərarından Zərərçəkmiş şəxs1 nümayəndəsi Nümayəndə ilə birlikdə kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Zərərçəkmiş şəxs1 və onun nümayəndəsi Nümayəndə kassasiya şikayətini onunla əsaslandırmışlar ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən onun «Nar bağı» deyilən ərazidə baş vermiş cinayətin təşkil olunmasında xüsusilə mühüm olan rolunu, şəxsiyyətini, ictimai təhlükəliliyini, təkrar cinayət törətməsini nəzərə almamış, həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiyası məhkəm əsi Məhkum həddən artıq yüngül cəza təyin etmiş, onun cəmiyyətdən təcrid edilməməklə islah olunması qeyri-mümkündür. Çünki o, barəsində açılmış cinayət işinin istintaqının getdiyi müddət ərzində, yəni 06.07.2017-ci tarixdə zərərçəkmiş şəxsə qarşı xuliqanlıq edərək bıçaqla ona xəsarət yetirmiş, ictimai yerdə maşınının şüşələrini sındıraraq ətrafdakı insanlara açıqcasına hörmətsizlik etmişdir, hətta məhkəmə iclası zamanı da Məhkum törətdiyi cinayət əməlindən peşman olmamasını, cinayətə meyilli bir şəxs olmasını bir daha sübut edərək məhkəmə kollegiyasının gözü önündə bir daha xuliqanlıq edərək hətta onun taleyini həll edən hakimlərə belə məhəl qoymadan məhkəmə iclas zalında səs-küy salaraq şahidlərə və zərərçəkmiş şəxslərə təzyiq göstərərək onları ölümlə hədələməsi bunu bir daha sübut edir. Əgər istintaq orqanı Məhkum «Nar bağı» ərazisində törətdiyi cinayət əməlinə görə vaxtında həbs etsəydi bu cür hallar baş verməzdi və o, təkrar cinayət törətməzdi. Belə olan halda birinci instansiya məhkəməsi və apellyasiya məhkəməsi Məhkum cəza təyin edərkən onun islah olunmasının cəmiyyətdən təcrid olunmadan da mümkün olması qənaətinə gəlməsi şübhə doğurur. Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası da zərərçəkmiş şəxsin göstərdiyi dəlilləri nəzərə almayaraq birinci instansiya məhkəməsinin hökmünü dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunanları nəzərə alaraq zərərçəkmiş şəxs və onun nümayəndəsi apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb k assasiya şikayətinin dəlillərini müzakirə edərək, zərərçəkmiş şəxsin, onun nümayəndəsinin və dövlət ittihamçısının kassasiya şikayətinin təmin edilməsi, məhkum və onun müdafiəçisinin isə kassasiya şikayətinin təmin edilməməsi barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 noyabr 2018-ci il tarixli qərarı isə ləğv edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası həmin normanın tələblərinə u yğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Kassasiya şikayətində iddia edilir ki, Məhkum Zərərçəkmiş şəxs1 qarşı etdiyi hərəkətlərində xuliqanlıq cinayətinin tərkibi mövcuddur. Şikayətin bu dəlili ilə əlaqədar qeyd olunmalıdır ki, Məhkum 06 iyul 2017-ci ildə xuliqanlıq törətməsi ittihamı verilməmiş, Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə görə isə məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır, məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməli nə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Qeyd olunan normanın tələblərinə görə Məhkum ittihamda göstəriləndən ağır cinayətin törədilməsi barədə fikir söyləyə bilməz, belə fikir söyləmək onun səlahiyətlərindən kənardır, bu baxımdan zərərçəkmiş şəxsin həmin iddiası təmin oluna bilməz. Kassasiya şikayətində həm də iddia edilir ki, məhkəmələr tərəfindən cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi düzgün nəzərə alınmamış, əsassız olaraq Məhkum azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmişdir. Məhkəmə kollegiyası şikayətin həmin dəlillərini araşdıraraq, onların iş materiallarına və qanunvericiliyin tələblərinə uyğun olduğunu nəzərə alıb hesab edir ki, iş üzrə Azərbaycan Respublikası CPM-nin 416.0.21-ci maddəs ində nəzərdə tutulmuş əsaslar mövcuddur. Həmin normada göstərilmişdir ki, məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, cinayət törətmiş şəxs haqqında t ətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsində göstərilmişdir ki, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası CM-nin 70.2-ci maddəsində təsbit olunmuşdur ki, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məh kumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Bu normaların mənasına görə məhkəmələr cəza təyin edərkən cəza təyini məsələsinə təsir göstərən halları dəqiq müəyyən etməli və qərarında gəldiyi nəticəni əsaslandırarkan həmin halların nədən ibarət olmasını konkret göstərməlidirlər. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi Məhkum şərti məhkum etmə tətbiq edərkən hansı halların onun cəza çəkmədən islah olunacağı qənaətinə gəlmək üçün əsas verdiyini hökmdə göstərməmiş, bu məsələ üzrə gəldiyi nəticəni faktiki olaraq əsaslandırmamışdır. Hökmdə həmin məsələlərlə əlaqədar yalnız aşağıdakılar göstərilmişdir: “... İşin materiallarına əlavə edilmiş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 təqdim etdikləri ərizələrdən görünür ki, Zərərçəkmiş şəxs3 təqsirləndirilən şəxs Məhkumla, Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxs Vahid Ağayevlə barışmışlar və onlardan heç bir tələb və şikayətləri yoxdur. Həmçinin təqsirləndirilən şəxslər ilk dəfə cinayət törədirlər, Məhkum və Vahid Ağayev yaşayış yeri üzrə müsbət səciyyələndirilirlər. Bundan başqa məhkəmədə müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs Məhkum cinayətin açılmasında və cinayətin digər iştirakçılarının ifşa olunmasında fəal iştirak etmişdir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onların törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olu nmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxslər Məhkum və X22 oğlunun zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3lə barışıq əldə etmələrini, Məhkum cinayətin açılmasında və cinayətin digər iştirakçısının ifşa olunmasında fəal iştirak etməsini Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsinə əsasən, eləcədə ilk dəfə cinayət törətmələrini, Məhkum və X8 yaşayış yeri üzrə müsbət səciyyələndirilmələrini onların cəzalarını yüngülləşdirən hallar kimi nəzərə alır. CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxslərin cəzasını ağırlaşdıran hallar yoxdur... Eyni zamanda məhkəmə yuxarıda qeyd olunanlara əsasən təqsirləndirilən şəxslər Məhkum oğlu və X8 törətdikləri cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyət lətini, cəzanın yüngülləşdirən halları, işin vəziyyətini və onların cəza çəkmədən islah olunmalarının mümkünlüyünü nəzərə alaraq belə hesab edir ki, onların barələrində CM-nin 70-ci maddəsi tətbiq edilməklə təyin ediləcək cəzanın şərti olaraq tətbiq edilməsi barədə qərar qəbul edilməsini məqsədə müvafiqdir. Bu məsələyə hazırki cinayət işi üzrə, konkret olaraq təqsirləndirilən şəxslər Məhkum və X8 törətdikləri cinayət əməlinə görə onların cinayətinin xarakterini və ictimai təhlükəlilk dərəcəsi prizmasından yanaşılmalıdır. Belə ki, cinayətinin xarakterini və ictimai təhlükəlilk dərəcəsi araşdırılarkən əsasən cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, baş vermiş nəticənin ağırlığı və sair kimi hallar qiymətləndirilməlidir. Barələrində kifayət qədər cəzanı yüngülləşdirən hallar olma qla, ağırlaşdıran hallar olmayan təqsirləndirilən şəxslər Məhkum və X8 qeyd edilən hallar üzrə vəziyyəti onların ictimai təhlükəli olmasını ehtiva etmir. CM-nin 70-ci maddəsinin mahiyyəti ondan ibarətdir ki, şəxsiyyəti buna imkan verən təqsirləndirilən şəxsə təyin olunacaq cəzanı çəkmədən islah olunması mümkündürsə həmin şəxsə cinayət qanunvericiliyinin ədalət və humanizm prinsipindən yanaşmaq olar və onun cəza çəkməsinə lüzum yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003cü il tarixi qərarının 2-ci hissəsində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunma sına xidmət etməlidir. Məhkəmə qanunun qeyd edilən tələblərini və Ali Məhkəmə Plenumunun tövsiyələrini rəhbər tutaraq təqsirləndirilən şəxsin şəxsiyyətini, onun törətdiyi cinayətinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanıyüngülləşdirən halları, nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Məhkum və X8 cəza çəkmədən islah edilməsi mümkündür. Ona görə də onların barələrində CM-nin 70-ci maddəsinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir...”. Hökmdəki həmin fikirdə cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsinə istinad olunsa da, məhkəmə bunlara aid hansı amilin və ya halın törədilmiş əməlin bu qəbildə olan digər cinayətlərə nisbətdə az təhlükəli olduğuna və Məhkum cəza çəkmədən islah edilməsinin mümkün olduğuna dəlalət etdiyini açıqlamamış, onun ayrı-ayrı va xtlarda bir neçə cinayət törətdiyinə, bu cinayət hərəkətlərinin hamısını bıçaq işlətməklə etdiyinə, Zərərçəkmiş şəxs1 qarşı cinayəti həm də onun əvvəlki əməlləri üzrə ibtidai istintaq aparılan vaxtda törətdiyinə, həmin cinayətlər ümumilikdə Azərbaycan Respublikası CM-nin bir neçə maddəsinin tərkibini yaratdığına əhəmiyyət verməmiş, bu amilləri nəzərə almamış, onlara münasibət bildirməmiş, cinayətlərin ictimai təhlükəlilik dərəcəsinə həmin amillər baxımından da qiymət verib-vermədiyini hökmdə göstərməmişdir. Hökmdəki həmin fikirdə həm də qeyd olunmuşdur ki, Məhkum cinayətin açılmasında, cinayətdə iştirakçıların ifşa olunmasında fəal iştirak etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən belə fikir irəli sürülsə də, Məhkum cinayətin açılmasında, digər iştirakçılarının ifşa olunmasında f əal iştirakının nədə ifadə olunduğu, konkret olaraq kimləri ifşa etməsi, belə məlumatların hansı ifadələrdə əks etdirməsi də hökmdə açıqlanmamışdır. İş materiallarında olan sübutlar isə Məhkum cinayətin hər hansı bir iştirakçısını ifşa etməsi, bu istiqamətdə istintaqa onun ifadələrindən əvvəl bəlli olmayan məlumatlar verdiyi barədə konkret və birmənalı fikir söyləməyə əsas vermir. Apellyasiya məhkəməsi də birinci instansiya məhkəməsinin yol verdiyi həmin çatışmazlıqları aradan qaldırmamış, zərərçəkmiş şəxsin apellyasiya şikayətində cəza təyini məsələsi ilə əlaqədar dəlillərinə münasibət bildirməmiş, onlarla razılaşmadığının səbəblərini qərarda göstərməmiş, həmin dəlilləri qanunla nəzərdə tutulmuş qaydada cavablandırmamış, gəldiyi nəticəni faktiki olaraq əsaslandırmamşdır. Apellyasiya məhkə məsinin qərarında həm də göstərilmişdir ki, “...işin hallarından Məhkum Zərərçəkmiş şəxs1 qarşı törətdiyi əməllərin Zərərçəkmiş şəxs1 təhrikedici hərəkətlərinin təsiri altında edildiyi, Şahların ona qarşı qanunsuz hərəkətlər etdiyi vəziyyətdə edildiyi görünür. Bunu Şahların apelyasiya baxışı zamanı dedikləri də təstiq edir. O, 06 iyul 2017-ci il tarixdə Məhkumı bir müddət əvvəl onu söyməsi ilə əlaqədar söyüşündə göstərdiklərini icra edə bilməsini göstərməsi üçün bir neçə nəfərlə aparmaq istədiyini, Məhkum bu zaman onun qolundan bıçaqla vurduğunu göstərmişdir. Məhkəmə kollegiyası işin bu halını, Məhkum Zərərçəkmiş şəxs1 qarşı törətdiyi əməlin istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilməsini, həmçinin Məhkum 6 aya yaxın müddət ərzin də azadlıqdan məhrum etmə növündə cəza çəkməklə islah yolunda olmasını, Məhkum əməlindən peşmançılıq keçirməsini nəzərə alaraq Məhkum şərti cəza verilməsi barədə qərarın dəyişdirilməsinə əsas görmür...”. Qərarda göstərilən həmin fikirlə əlaqədar qeyd olunmalıdır ki, ittihamın məzmununda (birinci instansiya məhkəməsi və apellyasiya məhkəməsi həmin ittihamla razılaşmışlar) cinayətin Zərərçəkmiş şəxs1 hərəkətlərinin “təhrikedici hərəkətlərin təsiri altında edildiyi, Şahların ona qarşı qanunsuz hərəkətlər etdiyi vəziyyətdə edildiyi” barədə fikir yoxdur. Apellyasiya məhkəməsinin qərarından görünür ki, həmin məhkəmə cinayətin təsfiri hissəsində (hökmdə göstərilən) heç bir dəyişiklik etməmiş, belə dəyişiklik edilməli olduğunu da heç cür əsaslandırmamışdır. Zərərçəkmiş şəxs1 ifadəsində də belə məl umat yoxdur ki, ona qarşı cinayətin törədilməsindən bilavasitə qabaq onun Məhkum qarşı hər hansı bir qanunsuz hərəkət etməsi barədə fikir söyləməyə əsas versin. Bundan başqa, qərardan Məhkum islah yolunda olması göstərilsə də, bunun isin hansı halları və iş üzrə hansı sübutlarla təsdiq olunduğu aşıqlanmamışdır (iş materiallarında da bunu təsdiq və ya təkzib edən məlumat yoxdur). Göründüyü kimi, apellyasiya məhkəməsinin bu məsələlər üzrə irəli sürdüyü fikirlər iş materiallarına uyğun deyildir, həmin məhkəmə birinci instansiya məhkəməsi tərəfindən şərti məhkumetmənin düzgün tətbiq edildiyinə dair nəticəni faktiki olaraq heç cür əsaslandırmamışdır. Mübahisəsizdir ki, belə çatışmazlıqlarla çıxarılmış qərar qanuni hesab oluna bilməz. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir k i, iş üzrə Azərbaycan Respublikası CPM-nin 416.0.21-ci maddəsində göstərilən əsaslar mövcuddur. Odur ki, apellyasiya məhkəməsinin qərarı əsassız olduğundan ləğv edilməli, kassasiya şikayəti isə qismən təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.2-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 127.2.3, 221.3 və 128-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 noyabr 2018-ci il tarixli qərarı Zərərçəkmiş şəxs1 və onun nümayəndəsi Nümayəndə birlikdə verdikləri kassasiya şikayətinə münasibətdə ləğv edilsin və cinayət işinin apellyasiya instansiya məhkəməsində yenidən baxılması təyin edilsin. Kassasiya şikayəti qismən təmin edilsin. Sədrlik edən: Əli Seyfəliyev Hakimlər: Hafiz Nəsibov Tahir Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar