Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-437/2020 16.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Kərimov Fərhad Abdulkərim oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Cəfərov Anar Novruz oğlu, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şə ki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi Bəkirova Sevda Həbib qızı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim B.M.Məmmədov, hakimlər R.İ.Hüseynov və N.N.Mirzəyevdən ibarət tərkibdə) xx.xx.1978-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, “xxxx” Yevlax Aviaşirkətinin Aviasiya Təhlükəsizlik Baş İdarəsinin Aviasiya Təhlükəsizlik Xidmətinin Yanğın təhlükəsizliyi və qəza-xilasetmə işləri komandasında növbə rəisi vəzifəsində işləmiş Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.2-ci maddələri ilə nəzərdə tutulmuş c inayət əməlini törətməkdə təqsirli bilinib cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 06 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Həmin hökmlə həmçinin, X1, X2 da təqsirli bilinib məhkum olunmuşlar. Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, X1 və X2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək, 2018-ci ilin noyabr ayının əvvəllərində tanışı - Yevlax rayonunun Qaraoğlan kənd sakini X2 yaşadığı kəndin yaxınlığındakı yolun kənarında hər biri 50 (əlli) manata olmaqla ümumilikdə 150 (yüz əlli) manat pul verməklə 3 ədəd kibrit qutusunda ümumi təmiz çəkisi 7,26 qram, bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlan mış narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi ilə qanunsuz əldə edərək üzərində saxlamaqla daşıyıb Zərdab şəhərinin yaxınlığında, Zərdab-Ucar avtomobil yolunun 2-ci kilometrliyində Zərdab şəhər sakini X1 hər biri 60 (altmış) manata olmaqla ümumilikdə 180 (yüz səksən) manata satmışdır. Bundan başqa, o, təkrarən X2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək, 2018-ci ilin noyabr ayının əvvəllərində sonuncuya yaşadığı kəndin yaxınlığındakı yolun kənarında ümumilikdə 210 (iki yüz on) manat verməklə 4 ədəd kibrit qutusunda və 1 ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 4,78 qram, 4,92 qram, 4,97 qram, 3,98 qram və 0,51 qram, ümumilikdə təmiz çəkisi 19,16 qram, bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannat bitkisindən kustar üsulla hazırlanmış n arkotikvasitə olanqurudulmuş marixuananı satışməqsədilə qanunsuz olaraq əldə edib özündə saxlayaraq Zərdab şəhər sakini X1 ümumilikdə 250 (iki yüz əlli) manata satmaq niyyəti ilə daşıyaraq Zərdab rayonu ərazisinə gətirmiş, “Dörd yol” adlanan ərazidə polis əməkdaşları tərəfindən saxlanılaraq Zərdab rayon Polis Şöbəsinə gətirilmiş, xx xxxxxx 2018-ci il tarixdə saat 10:55-də Polis şöbəsinin həyətində Məhkum etibarnamə ilə idarə etdiyi “Opel Astra” markalı **-NL-*** dövlət nömrə nişanlı avtomobilində axtarış və götürmə aparılan zamanı avtomobilin salonunda yerləşən saxlanc yerindən həmin narkotik vasitə aşkar edilərək götürülmüşdür. Hökmdən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim M.M.Hüseynov, hakimlər R.Ə.Əli yev və İ.H.Şükürovdan ibarət tərkibdə) xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü Məhkum münasibətdə dəyişdirilmiş, Məhkum qarşı Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.2-ci maddələri ilə irəli sürülmüş ittihamdan CM-nin 234.4.1-ci maddəsi xaric edilmiş, Məhkum CM-nin 234.4.2-ci maddəsi ilə təqsirli bilinib 05 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, apellyasiya şikayətləri qismən təmin edilmişdir. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi Bəkirova Sevda Həbib qızı tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Ci nayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli iclasına təyin edilmişdir. İşə kassasiya instansiyası məhkəməsində baxılanadək Məhkum müdafiəçisi Bəkirova Sevda Həbib qızı məhkəmə kollegiyasına teleqramla müraciət edərək verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Həmçinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Şəki Penitensiar Müəssisəsində cəza çəkən Məhkum məhkəmə kollegiyasına ərizə ilə müraciət edərək müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Kassasiya kollegiyası kassasiya şikayətinin geri qaytarılması barədə dövlət ittihamçısının çıxışını dinləyib (digər proses iştirakçıları qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər), iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti geri qaytarılmalıdır. Azərbaycan Respublikası CPM-nin 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Azərbaycan Respublikası CPM-nin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin yuxarıda göstərilən normalara uyğun götürüldüyünü nəzərə alaraq hesab edir ki, həmin şikayət geri qayta rılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 414.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi Bəkirova Sevda Həbib qızı tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.
Məhkəmə qərarları › İş №1(102)-437/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-437/2020
16.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver