Məhkəmə qərarları › İş №1(102)-437/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-437/2023

11.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-437/2023 11.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ "11" yanvar 2023-ci il İş № 1 (102) – 437/2023 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, Qurbanov Emin Eyvaz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Müdafiəçi – Saatlı Rayon Vəkil Bürosunun vəkili Musayev Ramiz Əzizulla oğlunu n iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 may 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 sentyabr 2022-ci il tarixli qərarından məhkumun müdafiəçisi Musayev Ramiz Əzizulla oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 may 2021-ci il tarixli hökmü ilə (hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə) xx xxxx 1981-ci ildə Ermənistan Respublikasında doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, xxx yaşayan Məhkum M əhkum Azərbaycan Respublikası CM-nin 126.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinmiş və ona Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tədbiq edilməklə 4 (dörd) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, təyin edilmiş cəza müddəti ərzində Məhkum üzərinə yaşayış yerini hər gün saat 22.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etmə mək vəzifələri qoyulmuş, Məhkum cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyatda alındığı vaxtdan hesablanması, ona təyin edilən cəzanın icrası Saatlı Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunması hökm edilmişdir. Hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (Əliyev Elşad İbiş oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Rafiq Musa oğlu və Abdullayev İlkin Qismət oğlundan ibarət tərkibdə) 21 sentyabr 2022-ci il tarixli qərarı ilə apellyasiya protesti təmin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 may 2022-ci il tarixli hökmü ilə Məhkum barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiq edilməsinə dair müddəa hökmdən xaric edilmiş, Məhkum Azərbaycan Respublikası CM-nin 126.2.3-cü maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Məhkum 12 dekabr 2020-ci il tarixdən 14 dekabr 2020-ci il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı 2 gün ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 5 (beş) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Məhkum dərhal məhkəmə iclas zalından həbsə alınması, cəzaçəkmə müddətinin əvvəli 21 sentyabr 2022-ci il tarixdən hesablanması qərara alınmışdır. Həmin qərardan məhkumun müdafiəçisi Musayev Ramiz Əzizulla oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 may 2021-ci il t arixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, 12 dekabr 2020-ci il tarixdə saat 12 radələrində, qardaşı Şahid6 məxsus Saatlı rayonu Nəsimikənd kəndi ərazisində yerləşən fermada çoban işləmiş, Sabirabad rayonu Moranlı kənd sakini Zərərçəkmiş şəxs yaşadığı evin qarşısına gələrək sonuncunu küçəyə çağırıb, satın aldığı 35 baş qoyunlara görə borclu olduğu 2200 manat məbləğində pulu qaytarmasını, yaxud da yenidən fermaya qayıdıb, pulun əvəzində çoban kimi işini davam etdirməsini tələb etmiş, Zərərçəkmiş şəxs onun tələblərini yerinə yetirməkdən imtina etdiyindən, aralarında mübahisə baş vermiş, şəxsi münasibətlər zəminində baş vermiş həmin mübahisə zamanı, o, Zərərçəkmiş şəxs evinin qarşısına gəldiyi, qardaşı Şahid6 məxsus VAZ-21011 markalı, **-KL-*** qeydiyyat nişan lı avtomobildən götürdüyü bıçaqla Zərərçəkmiş şəxs, həmin vaxt hadisə yerində olan, sonuncunun arvadı Şahid2 və anası Şahid3 gözləri qarşısında, onlara müstəsna dərəcədə qəddarlıq göstərərək, xüsusi iztirab və əzab verdiyini dərk etməklə, sinə nahiyəsindən qəsdən bir dəfə vuraraq, Zərərçəkmiş şəxs döş qəfəsinin sol ön səthində sol məmə xətti üzrə 6-cı qabırğa səviyyəsində, döş boşluğuna keçən, ürəyin perikard qişasını yaralayan, daxili qanaxma, sol tərəfli hemopnevmotoraksla müşayiət olunan bir ədəd yara xəsarətləri ilə nəticələnən və həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vuran bədən xəsarətləri yetirməklə, xüsusi amansızlıqla qəsdən sağlamlığına ağır zərər vurmuşdur. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkumun müdafiəçisi R.Ə.Musayev kassas iya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiya məhkəməsinin qərarı əsassız və ədalətsizdir. Məhkumun əməli düzgün olaraq tövsif edilməmiş, həmçinin, təyin edilmiş cəza işin hallarına, məhkumun şəxsiyyətinə, əməlinin ictimai təhlükəliliyinə, xarakterinə və cəzanın məqsədlərinə ziddir. Belə ki, Məhkumnm Zərərçəkmiş şəxs yaşadığı evin qarşısına gələrək sonuncuya satın aldığı 35 baş qoyunlara görə borclu olduğu 2200 manat məbləğində pulu qaytarmasını, yaxud da yenidən fermaya qayıdıb pulun əvəzində çoban kimi işini davam etdirməsini tələb etməsi və şəxsi münasibətlər zəminində ona bir dəfə bucaqla ağır dərəcəli bədən xəsarəti yetirməsi mübahisə olunmur. Lakin, Ruhiyyə İsmaylovanın yuxarıda qeyd edilən hərəkətlərinə görə onun əməli Azərbaycan Respublikası CM-nin 126.2.3-cü ma ddəsi ilə düzgün tövsif olunmamış və o, həmin maddədə nəzərdə tutulmuş cinayət əməli törətməyə görə də qanunsuz olaraq azadlıqdan məhrum edilmişdir. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı zamanı Məhkum hadisə vaxtı Şahid2 və Şahid3 qarşı müstəsna dərəcədə qəddarlıq göstərməsi, onlara xüsusi iztirab və əzab verməsi, Zərərçəkmiş şəxs isə xüsusi amansızlıqla ağır bədən xəsarəti yetirməsi öz təsdiqini tapmamışdır. Məhkum Şirvan Apelyasiya Məhkəməsində cəza təyin edilərkən onun zərərçəkmişlə barışıq əldə etməsi, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsi, qadınlığı, ilk məhkumluğu, hadisənin zərərçəkmişin qanunsuz hərəkətlərinə görə baş verməsi, zərərçəkmişin qohumlarının onu döyməyə cəhd etməsi səbəbindən bucaqla Zərərçəkmiş şəxs xəsarət yetirməsi, əməlindən səmimi peşiman olması, hadisədən sonrakı davranışı əsassız olaraq cəza təyini zamanı nəzərə alınmamış, onun barəsində Lənkəran Ağır Cinayətlər Məhkəməsi tərəfindən təyin edilmiş Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi əsassız olaraq hökmdən xaric edilmişdir. Odur ki, Şirvan Apellyasiya Məhkəməsinin qərarının ləğv edilməsini, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya məhkəmə baxışında müdafiəçi R.Ə.Musayev çıxış edərək, hüquqlarını müdafiə etdiyi şəxsin əməlinin ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif olunmadığını, sadəcə bir dəfə xəsarət yetirdiyini, zərərçəkmiş şəxsə dəymiş bütün ziyanı, müalicə xərclərini öz üzərinə götürərək ödənildiyini, əlavə maddi yardım edildiyini bildirib, kassasiya şikayətinin təmin ol unmasını və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 sentyabr 2022-ci il tarixli qərarının ləğv edilərək cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək kassasiya şikayətinin dəlillərini təkzib etdiyini, şikayətin əsassız olduğunu bildirib, kassasiya şikayətinin təmin olunmamasını, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 sentyabr 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllə sinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin q ərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkumun müdafiəçisi R.Musayev tərəfindən verilmiş kassasiya şikayətində məhkumun əməlinin tövsifi mübahisələndirilməklə əməlində Azərbaycan Respublikası CMnin 126.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərinin olmadığı, əməlinin CM-nin 126.1-ci maddəsi ilə tövsif edilməli olduğunu, məhkəmələr tərəfindən məhkumun barəsində təyin edilmiş cəzanın həddindən artıq ağır olduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.21-ci (məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 sentyabr 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakıları xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci mad dəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əmələnin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında üyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, müdafiəçinin kassasiya şikayətinin təmin olunması, dövlət ittihamçısının isə apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Şirvan Apellyasiya Məhk əməsinin Cinayət Kollegiyasının 21 sentyabr 2022-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş xüsusi amansızlıqla qəsdən sağlamlığına ağır zərər vurma ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə dair məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-nin 126.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Məhkum ona hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı) cinayət əməlini törətməsi kassasiya şikayətində iddia olunanın əksinə olaraq birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması zamanı apellyasiya məhkəməsi t ərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Apellyasiya məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanmışdır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmələrin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və birbirini tamamlayan sübutlar birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya məhkəməsinin qərarında ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən sadalamağa zərurət görmür. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində onun əməlinin CM-nin 126.2.3cü maddəsi ilə düzgün olaraq tövsif edilmədiyi iddia edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Ple nmunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 2002-ci il 12 dekabr tarixli qərarında göstərilmişdir ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur........ Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Belə ki, məhkəmə hadisə zamanı Zərərçəkmiş şəxs yaxın qohumu hesab olunan arvadı Şahid2 Məhkum əlinə bıçaq götürməsini görərək onun qollarından tutub yalvarmaqla öz hərəkətlərini dayandı rmasını xahiş etməsinə baxmayaraq, Məhkum qolunu Şahid2 əlindən çıxarmaqla arvadı və anasının gözləri qarşısında Zərərçəkmiş şəxs döş qəfəsi nahiyəsindən bıçaqla vuraraq ona döş boşluğuna keçən, ürəyini zədələyən, yetirildiyi anda həyat üçün təhlükəli olan bədən xəsarəti yetirməsini xüsusi amansızlıq kimi qiymətləndirir. Bu baxımdan, ibtidai istintaq orqanı tərəfindən Məhkum əməli Azərbaycan Respublikası CM-nin 126.2.3- cü maddəsi ilə düzgün tövsif edilmişdir. Kassasiya şikayətində göstərilənlərdən deyil, məhz məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti ondan irəli gəlir ki, bu şikayətin dəlilləri ilə eyni məzmunda olan dəlillər məhkum tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olub-olmamasını yoxlayıb sübutlar və sübutetmə, eləcə də cinayətin epizodlarını təşkil edən faktiki halların, ağırlaşdırıcı əlamətin müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Məhkum hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş hərəkətlərindən, eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsinin dispozisiyasından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum hərəkətlərində Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olması haqqında nəticəyə gəlmişdir. Bu səbəbdən qərarın qanuniliyini şübhə altına almağa əsas yoxdur, kassasiya şikayətinin dəlilləri də buna əsas vermir. Müdafiəçi tərəfindən veri lmiş kassasiya şikayətində həmçinin məhkuma təyin edilmiş cəzanın ağır olduğu iddia edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. İş materiallarından görü nür ki, məhkəmələr tərəfindən məhkum Müdafiəçi2 cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar (zərərçəkmiş şəxslə barışıq əldə etməsini, dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini qadın olmasını və ilk məhkumluğunu), habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Kassasiya məhkəmə kollegiyası kassasiya şikayətində məhkum barəsində cəzanı yüngülləşdirən hallara dair d əlillərinə qiymət verərək qeyd edir ki, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, cəzanı yüngülləşdirən halların dairəsi qanunla məhdudlaşdırılmır və Cinayət Məcəlləsinin 59-cu maddəsində göstərilməyən başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyə t həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə (CM-nin 62-ci maddəsi); 4) şərti məhkum etmə institutunu tətbiq etməyə(CM-nin 70-ci maddəsi); 5) təyin edilən cəzanın nisbətən yüngül rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini müəyyən etməyə hüquq verir. Aydın məsələdir ki, yüngülləşdirici halların mövcudluğu yuxarıda qeyd edilən müxtəlif formalarda nisbətən yüngül cəza təyin edilməsini nəzərdə tutur. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, cəzanın yüngülləşdirilməsinə dair əsaslar müəyyən olunduqda belə, bu hallar cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CM-in 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin realizə edilməsinə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyatı olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır və cinayət qanununda nəzərdə tutulmuş güzəştli institutlar elə tətbiq olunmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təh lükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət-hüquqi normalarına əsasən və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, məhkumun cəzanın məsuliyyəti yüngülləşdirən halların düzgün nəzərə alınmaması ilə təyin edildiyi üçün qeyri qanuni olması haqqında iddiasının əsaslı olmadığı müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya insta nsiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, məhkumun müdafiəçisi Musayev Ramiz Əzizulla oğlu tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiy ası QƏRARA ALDİ: Məhkum müdafiəçisi Musayev Ramiz Əzizulla oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 may 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 sentyabr 2022-ci il tarixli qərarı kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar