Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-438/2020 16.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Kərimov Fərhad Abdulkərim oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Cəfərov Anar Novruz oğlu, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126. 2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci tarixli hökmü ilə (sədrlik edən hakim Ağalarov Mahmud Muradxan oğlu, hakimlər Abasov Əlövsəd Məzahir oğlu və Mikayılov Eldar Əli oğlundan ibarət tərkibdə) xx xxxxxx 1963-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri ünvan 1 ünvanında qeydiyyatda olan Məhkum Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə təqsirli bilinib cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 06 il müddətə azadlıqdan məhrum e tmə cəzasına məhkum olunmuşdur. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim N.Ə.Məmmədov, hakimlər Ə.N.Bayramov və Ə.İ.Qasımovdan ibarət tərkibdə) xx xxx 2019-cu il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qərarını ləğv etməklə barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, xx xxxx 2018-ci il tarixdə saat təxminən saat 23 radələrində Bakı şəhəri, ünvan 2-də yerləşən binanın həyətində yerləşən mühafizəçi köşkündə birlikdə əyləşib yemək yeyib spirtli içki qəbul etdiyi Zərərçəkmiş şəxs sərxoş vəziyyətdə qeyri-etik sözlərlə danışdığı üçün ondan mədəni olmasını tələb etmiş, sonuncu isə təkrarən nalayiq söyüş ifadəsi işlətdiyi üçün bunu bəhanə edərək, xuliqanlıq niyyəti ilə özünün şəxsiyyətini sonuncunun şəxsiyyətinin fövqündə qoyub, həmin yerdə olan şüşə butulka ilə Zərərçəkmiş şəxs baş nahiyəsinə dörd dəfə qəsdən vurub, sol təpəgicgah nahiyəsinin əzilmiş yarası ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid sol saidin yuxarı 1/3-nin arxa səthinin sıyrığı ilə nəticələnən, sağlamlığa zərər vurmayan bədən xəsarə ti və şüşə butulkanın dəfələrlə endirilmiş zərbələr nəticəsində sınaraq sonuncunun sol qulaq seyvanının yuxarı və orta 1/3-nin toxuma defekti ilə müşayiət olunan hissəvi travmatik amputasiyası ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid, lakin xəsarətin sifət nahiyəsində yerləşərək silinməz hesab olunan, sifətdə asimmetriyaya səbəb olmuş, geridönməz, aradan qaldırılması üçün kosmetik cərrahi müdaxiləyə ehtiyacı olan sifətin silinməz dərəcədə eybəcərləşməsində ifadə olunan ağır zərər vurmuşdur. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, onun əməli məhkəmələr tərəfindən düzgün tövsif olunmamış, hadisənin səbəbkarının zərərçəkmiş şəxs olduğu, onun əməli zəruri müdafiə həddini aşmaqla xəsarət yetirmə kimi tövsif edilməli olduğu halda ona əsassız ittiham irəli sürülmüşdür. İbtidai istintaq zamanı bir sıra qanun pozuntularına yol verilmiş, birinci instansiya məhkəməsi ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş əsassız ittihamı təsdiq etmiş, apellyasiya məhkəməsi də birinci instansiya məhkəməsinin hökmü ilə razılaşmışdır. Odur ki, göstərilənləri nəzərə alaraq, apellyasiya məhkəməsinin qərarını ləğv etməklə barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. B elə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edər ək, dövlət ittihamçısının apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışını dinləyərək (digər proses iştirakçıları qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər) hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Hökmdən və apellyasiya məhkəməsinin qərarından görünür ki, məhkəmələr yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından isə görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Kassasiya şikayətində məhkumun əməlinin məhkəmələr tərəfindən düzgün tövsif olunmadığı, hadisənin səbəbkarının zərərçəkmiş şəxs olduğu, onun əməlinin zəruri müdafiə həddini aşmaqla xəsarət yetirmə kimi tövsif edilməli olduğu halda ona əsassız ittiham irəli sürüldüyü iddia edilir və buna dair dəlillərə istinad olunur. Belə dəlillər məhkumun apellyasiya şikayətində də göstərilmiş, bu səbəbdən də apellyasiya məhkəməsində araşdırma predmeti olmuş, həmin məhkəmə bu dəlillərə dair nəticəni qərarda ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin qərarında həmin dəlillərlə əlaqədar göstərilmişdir ki, “...Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayəti üzrə məhkum və onun müdafiəçisinin, dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə məhkum olunmasına da ir Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 1(101)887/2018 saylı hökmü dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından və hökmdən görünür ki, birinci instansiya məhkəməsi Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilərkən məhkəmə iclasında tədqiq olunaraq sübut kimi qəbul olunmuş Zərərçəkmiş şəxs ibtidai istintaq dövründə verilmiş və məhkəmə iclasında elan olunaraq tədqiq olunmuş ifadəsinə və şahid X1 ifadəsinə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin xx xxxx 2018-ci il tarixli, 318 saylı, Məhkəmə-tibbi-kriminalistik və kriminalistik ekspertizasının xx xxxx 2018-ci il tarixli, 333/2018 MTKŞ saylı, Məhkəmə-tibbi-bioloji ekspertizasının xx xxxx 2018-ci il tarixli, 457/2018 MTBŞ saylı və Kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx xxxx 2018-ci il tarixli, 1009 tarixli rəylərinə, «hadisə yerinə baxış keçirilməsi haqqında» və müxtəlif istintaq hərəkətlərinin aparılması haqqında protokollara və cinayət işinin digər materiallarına əsaslanmış, həmin sübutların mötəbər və qanuni yolla əldə olunmasına şübhə olmaması və istintaq orqanı tərəfindən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə elan olunmuş ittihamın təsdiq olunması və əməlinin düzgün tövsif olunması qənaətinə gələrək onu həmin maddə ilə nəzərdə tutulan cəza ilə cəzalandırmışdır. Apellyasiya icraatı qaydasında işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiya sı hesab etmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu qənaət qanuni və əsaslıdır və məhkəmə tərəfindən prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla işin faktiki halları düzgün müəyyən edilmişdir. Apellyasiya şikayətində əməlin hüquqi tövsif deyil, yalnız təyin olunmuş cəza mübahisələndirilsə də, bilavasitə apellyasiya baxışı zamanı isə məhkum və onun müdafiəçiləri birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə tövsif olunmuş əməlin hüquqi tövsifıni və sübut olunmamasınıda mübahisələndirmişlər. Apellyasiya məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, Məhkum xx xxxx 2018ci il tarixdə saat təxminən saat 23 radələrində Bakı şəhəri ünvan 2-də yerləşən binanın həyətində yerləşən mühafizəçi köşkündə birlikdə əy ləşib yemək-yeyib spirtli içki qəbul etdiyi Zərərçəkmiş şəxs sərxoş vəziyyətdə qeyri-etik sözlərlə danışdığı üçün ondan mədəni olmasını tələb etmiş, sonuncu isə təkrarən nalayiq söyüş ifadəsi işlətdiyi üçün bunu bəhanə edərək, xuliqanlıq niyyəti ilə özünün şəxsiyyətini sonuncunun şəxsiyyətinin fövqündə qoyub, həmin yerdə olan şüşə butulka ilə Zərərçəkmiş şəxs baş nahiyəsinə dörd dəfə qəsdən vurub, ağır zərər vurmasından ibarət cinayət əməlini törətməsi Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi və birinci instansiya məhkəməsində tədqiq olunmuş ifadəsi, şahidin ifadəsi, ekspertiza rəyləri, cinayət işi üzrə tərtib olunmuş protokollar və işin digər halları ilə tam sübuta yetirilir. Məhkəmə kollegiyası işin yuxarıda şərh olunan hallarını tətbiq edilməli maddi və prosessual hüquq normal arının tələblərinə əsasən qiymətləndirib bu qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edərək təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün iş üzrə toplanmış sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırıb qiymətləndirərək törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlmiş və ittiham olunduğu cinayət əməlini törətməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlarla ona sübut olunduğu üçün onu həmin əməlin törədilməsində təqsirli bilib Məhkum əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə dü zgün tövsif edərək, onu həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilmişdir. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətindən, həmçinin məhkumun və onun müdafiəçilərinin bilavasitə apellyasiya baxışı zamanı göstərdiklərindən göründüyü kimi, onlar məhkəmədəki çıxışlarında Məhkum barəsində bəraət hökmünün çıxarılmasını, apellyasiya şikayətində isə məhkumun cəzanın yüngülləşdirilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinində məhkum və onun müdafiəçilərinin bilavasitə məhkəmə iclasında göstərdikləri qeyd olunan dəlillərlə bağlı qeyd etmişdir ki, Məhkum ona qarşı irəli sürülən cinayət əməlini törətməməsi barədə həm özünün, həm də müdafiəçilərinin göstərdiyi xüsusatlar məhkəmə kollegiyasının iclasında öz təsdiqini tapmamışdır. Əksinə, məh kəmə iclasında araşdırılmış sübutlara əsasən, məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, Məhkum əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsinin tərkibinin olması barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir və Məhkum bəraət verilməsi üçün heç bir əsas yoxdur. Təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, iş üzrə şahidin ibtidai istintaq və birinci instansiya məhkəməsində verdikləri ifadələr və iş üzrə toplanmış digər sübutlar bir-birini tamamlayır, sübutlar arasında heç bir ziddiyyət yaranmır. Bu da onu göstərir ki, sübutların mənbəyinin mötəbərliyinə heç bir şübhə yoxdur. Qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasın ın itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə əsasən məsuliyyətə səbəb olur. Eyni əməllər ümumi təhlükəli üsulla, xuliqanlıq niyəti ilə törədildikdə həmin əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəll ənin 42.2-ci maddəsinə əsasən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.2.1. bu Məcəllənin 12.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; 42.2.2. bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirildirilən şəxin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda; 42.2.3. bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; 42.2.4. bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar t oplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə. İbtidai istintaq zamanı toplanmış, birinci instansiya məhkəməsi və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlardan görünür ki, təqsirləndirilən şəxs Məhkum ona qarşı irəli sürülən cinayət əməlini törətmişdir və ona görə də, ona məhkum olunduğu Cinayət Məcəlləsinin 126.2.4-ci maddəsi ilə bəraət verilməsi üçün heç bir qanuni əsas yoxdur. Məhkəmə kollegiyası eləcə də, qeyd olunanlara əsasən və məhkəmə iclasında ittiham olunduğu cinayət əməlini törətməsi tam təsdiq olunduğu üçün müdafiəçilərin apellyasiya çıxışları zamanı göstərdikləri Məhkum münasibətdə hökmün dəyişdirilərək, onun əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsindən həmin Məcəllənin 130.1-ci maddəsinə tövsif edilmə sindən ibarət dəlilərini də əsassız saymaqla təmin olunması üçün əsas tapmır. Zərərçəkmiş şəxsin apellyasiya baxışı zamanı dindirilməsi ilə bağlı müdafiə tərəfinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Zərərçəkmiş şəxs dindirilməsi və bununla bağlı onun məhkəməyə məcburi gətirilməsi barədə məhkəmə kollegiyası tərəfindən qərar qəbul olunmasına, məhkəmə iclasının dəfələrlə təxirə salınmasına baxmayaraq onun iştirakını təmin etmək mümkün olmamışdır və məhkəmə kollegiyası məhkəmə baxışının lüzumsuz şəkildə uzanmasını nəzərə alaraq zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı verdiyi və birinci instansiya məhkəməsinin iclasında tədqiq olunmuş ifadəsini elan etmiş və sübut kimi qəbul etmişdir. Şahidin təkrar dindirilməsi ilə bağlı müdafiə tərəfinin dəlillərinə münasibətdə isə m əhkəmə kollegiyası qeyd edir ki, məhkəmə tərəfindən məhkəmə istintaqının qismən, yəni məhkumun və zərərçəkmiş şəxsin dindirilməsi hissəsində aparılması barədə qərar qəbul olunduğundan və eləcə də şahid X3 birinci instansiya məhkəməsində dindirildiyindən şahidin təkrar dindirilməsi barədə verilmiş vəsatət təmin edilməmişdir. Məhkəmə kollegiyası təyin olunmuş cəza məsələsinə də qiymət verərək qeyd etmişdir ki, birinci instansiya məhkəməsi hökmündə məhkuma cəza təyini zamanı onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini və eləcə də onların əməllərində cəzanı ağırlaşdıran halların olmamasını nəzərə almış və Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, həmin maddənin sanksiyasının minimum həddində azadlıqdan məhrum etmə cəzasına məhkum etmişdir. Məhkum tərəfindən törədilən cinayət əməlinin ağır zorakı cinayətlər kateqoriyasına aid olması məhkəmə kollegiyasında belə bir qənaət yaradır ki, birinci instansiya məhkəməsi haqlı olaraq onun barəsində azadlıqdan məhrum etmə cəzası təyin etmişdir, yalnız azadlıqdan məhrum etmə cəzasının təyin olunması ilə cəzanın məqsədi təmin oluna, həmçinin o, yalnız barəsində təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını real olaraq çəkməklə islah oluna bilər. Belə olan halda məhkəmə kollegiyası apellyasiya tələblərinin əsaslandırıldığı bütün dəlilləri tədqiq edib məhkumun apellyasiya şikayə tinin təmin edilməsi üçün əsaslar tapmayaraq hesab etmişdir ki, apellyasiya şikayəti təmin edilmədən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 1(101)- 887/2018 saylı hökmü dəyişdirilmədən saxlanılmalıdır...”. Göründüyü kimi, apellyasiya məhkəməsi özünün iş üzrə mövqeyini (gəldiyi nəticəni) işin hallarına, qanunun tələblərinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin mövqe (nəticə) iş materiallarına və qanunun tələblərinə uyğun olduğuna görə məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, kassasiya şikayətinin dəlilləri də həmin nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Bundan başqa, iş materiallarından görünür ki, məhkəmələr işin d üzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları tədqiq etmiş və qiymətləndirmişlər. Bu məsələlər həll olunarkan Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə riayət olunmuşdur. Azərbaycan Respublikası CPM-nin 143.1-ci maddsəinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Daha sonra CPM-nin 145- ci maddəsinin tələbinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Nəhayət, Həmin Məcəllənin sübutların kifayət etməsi ilə bağlı 146-cı maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Birinci instansiya məhkəmə sinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa zərər vurma ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında dindirilmiş təqsirləndirilən şəxsin ifadəsi, zərərçəkmiş şəxsin elan olunmaqla tədqiq edilmiş ifadəsi, şahid ifadəsi, ekspertiza rəyləri və digər iş materialları ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin yuxarıda qeyd olunan 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə gə ldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Bu səbəbdən qərarın qanuniliyini şübhə altına almağa əsas yoxdur, kassasiya şikayətinin dəlilləri də buna əsas vermir. Kassasiya şikayətində məhkumun əməlinin düzgün tövsif olunmadığı, əməlin CM-nin 130-cu maddəsi - zəruri müdafiə həddini aşmaqla sağlamlığa zərər vurma maddəsi ilə tövsif olunmalı olduğu iddia edilir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, həmin dəlillər əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası C inayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əmələnin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası CM-nin 36-cı maddəsinə əsasən zəruri müdafiə vəziyyətində, yəni özünü müdafiə edənin və ya başqa şəxsin həyatını, sağlamlığını və hüquqlarını, dövlətin və cəmiyyətin mənafelərini qəsd edənə zərər vurmaq yolu ilə ictimai təhlükəli qəsddən qoruyarkən törədilmiş hərəkət, zəruri müdafiə həddini aşmamışdırsa, cinayət sayılmır. Peşə və ya digər xüsusi hazırlığından və qulluq vəziyyətindən asılı olmayaraq bütün şəxslər zəruri müdafiə hüququna malikdirlər. Bu hüquq, dövlət orqanlarına və ya başqa şəxslərə kömək məqsədi ilə müraciət etmək, habelə ictimai təhlükəli qəsddən yayınmaq imkanından asılı olmayaraq bütün şəxslərə şamil olunur. Qəsdin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə açıq-aşkar uyğun gəlməyən qəsdən törədilən hərəkətlər zəruri müdafiə həddini aşmaq hesab edilir. İş materialları, birinci instansiya və apellyasiya məhkəməsi tərəfindən tədqiq olunmuş mötəbər sübutlarla bir daha təsdiq olunur ki, məhkumun əməlində zəruri müdafiə həddini aşmaqla sağlamlığa ağır zərər vurma maddəsinin mövcudluğu istisna olunur. Belə ki, Məhkum özünün və ya başqasının həyatını, sağlamlığını və hüquqlarını, dövlətin və cəmiyyətin mənafelərini ictimai təhlükəli qə sddən qorumaqla deyil, əksinə xuliqanlıq niyyəti ilə özünün şəxsiyyətini sonuncunun şəxsiyyətinin fövqündə qoymaqla ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərərçəkmiş şəxsin üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər etmişdir. Qeyd olunanlar məhkumun məhkəmələrin sübutları düzgün qiymətləndirməmələri, onu əsassız olaraq CM-nin 126.2.4-cü maddəsi ilə təqsirli bilmələri, onun əməlinin hüquqi tövsifində səhvə yol vermələri və bunun nəticəsi kimi ona həqiqi əməlinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmayan həddindən artıq ağır cəzaya məhkum etmələri, yəni cinayət-prosessual qanunun 416-cı maddəsində nəzərdə tutulmuş pozuntulara yol vermələri barədə iddialarının əsassız olduğunu göstərir. Məhkəmə kollegiyası he sab edir ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Bu baxımdan da qərarın qanuniliyini şübhə altına almağa əsas yoxdur, kassasiya şikayətinin dəlilləri də buna əsas vermir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiy a məhkəməsinin qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulan əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Odur ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsini n Cinayət Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-438/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-438/2020
16.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver