Məhkəmə qərarları › İş №1(102)-438/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-438/2021

08.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-438/2021 08.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Nazim Rasim oğlu Mövsümovdan ibarət tərkibdə, katib-İsazadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru 1-ci dərəcəli hüquqşünas Hacıyev Ziya Əli oğlunun, məhkumun müdafiəçisi-vəkil Mehdiyev Əli Həsənqulu oğlunun iştirakları ilə, X14 Azərbayca n Respublikası CM-nin 206.3.1, 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 sentyabr 2020-ci il tarixli qərarından dövlət ittihamçısı Elnar Hüseynov tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: C.C.Nəbiyev (sədrlik edən), İ.Q.Abdullayev və M.Ə.Abdullayevdən ibarət tərkibdə) 15 yanvar 2020-ci il tarixli hökmü ilə, X21 - 21 mart 1975-ci ildə İran İslam Respublikasının Ərdəbil şəhərində doğulmuş, İran İslam Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, fərdi əməklə məşğul olmuş, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 15 sentyabr 2009- cu il tarixli hökmü ilə CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, Ünvan 2də qeydiyyatda olmaqla orada yaşamış Azərbaycan Respublikası CM-in 206.3.1, 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-in 206.3.1 və 206.3.2-ci maddəsi ilə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla cinayətlərin məcmusu üzrə X14 qəti olaraq 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının başlanğıcının 08 avqust 2018-ci ildən hesablanması hökm edilmişdir. İşin halları: İran İslam Respublikasının vətəndaşı X21 Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 15 sentyabr 2009-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirli bilinib 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti tərəfindən 21.06.2011-ci ildə cəzasını çəkməsi üçün İran İslam Respublikasına təhvil verilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmədən və ya götürülmədən yenidən Azərbaycan Respublikası CMin 206.3.1, 206.3.2, 234.4.1, 234.4.2 v ə 234.4.3cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Belə ki, o, İran İslam Respublikasında məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmək, saxlamaq, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirərək İran İslam Respublikasından Azərbaycan Respublikasına daşıyaraq satışını təşkil etmək məqsədi ilə tanışları, Azərbaycan Respublikası vətəndaşları X18, X4 və X13 ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, narkotik vasitəni X3a çatdıracağı halda qrupun üzvü X10in anadangəlmə şikəst olan sol qolunu əməliyyat və müalicə etməyi öhdəsinə götürmüş, qrupun üzvü X10 10 oktyabr 2012-ci ildə İran İslam Respublikasına keçdikdən sonra İran İslam Respublikasında məlum olmayan tarixdə və mənbədən əldə edərək saxladığı külli miqdarda heroin narkotik vasitəsini İran İslam Respublikasının Astara şəhərində verdikdən sonra onun təklifi ilə qrupun üzvü X10 həmin narkotik vasitəni xırda bükümlər halında udub mədəsində gizlətmiş, onun tapşırığı əsasında 17 oktyabr 2012-ci ildə qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirib, Lənkəran şəhərinə gətirərək qusma yolu ilə mədəsindən çıxarıb 2 sellofan torbaya yığıb özündə saxlamış, 2012-ci ilin oktyabr ayının təxminən 25-26-da Bakı şəhərinə gətirməklə daşıyıb X4a vermiş, 02 noyabr 2012-ci ildə saat 15 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsində, 46 saylı orta məktəbin qarşısında Bakı şəhər Baş Polis İdarəsinin Na rkotiklərlə Mübarizə İdarəsinin tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı X4 və X13 2 ədəd böyük bükülüdə, 200,105 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini 6000 ABŞ dollarına şərti alıcılar Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri Abdullayev Atəm Nəriman oğlu və Vəliyev Pərviz Yaqub oğluna satmışlar. Bundan başqa, o, təkrar İran İslam Respublikasında məlum olmayan vaxtda və mənbədən külli miqdarda, 253,611 qram heroin narkotik vasitəsini tamah niyyəti və satış məqsədilə qəsdən qanunsuz olaraq əldə etmiş, müxtəlif çəkilərdə olmaqla, 30 bükümdə qablaşdırıb saxlamış, 22 yanvar 2015-ci ildə İran İslam Respublikasına müalicə olunmaq məqsədi ilə gedən tanışı X5 ona olan 100 manat borcunu silməyi və əlavə olaraq 800 manat pul verməyi vəd e dərək, bunun müqabilində daxili orqanlarına narkotik vasitəni yerləşdirib Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmək, İran İslam Respublikasından Azərbaycan Respublikasına daşımaq və Azərbaycan Respublikasında sonradan təyin ediləcək yerdə təhvil almaq barədə razılaşmış, 23 yanvar 2015-ci il tarixə keçən gecə Ərdəbil şəhərində həmin narkotik vasitəni sonuncuya verdikdən sonra qrupun üzvü X2 malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə 30 bükümdə qablaşdırılmış vəziyyətdə həmin narkotik vasitəni udaraq daxili orqanlarında saxlamış, İran İslam Respublikasından Azərbaycan Respublikasına daşımış, onun göstərişi ilə 23 yanvar 2015-ci ildə saat 18 radələrində Astara Gömrük İdarəsinin sərnişin şöbəsində Azərba ycan Respublikası gömrük sərhədində gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmişdir. Bundan başqa, o, təkrar 2017-ci ilin iyun ayında Azərbaycan Respublikası vətəndaşı X8 və şəxsiyyətləri müəyyən edilməmiş digər şəxslərlə külli miqdarda narkotik vasitə və psixotrop maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikası gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirib satışını təşkil etmək barədə sövdələşib qabaqcadan əlbir olan bir qrup təşkil etmiş və əldə edilmiş razılığa əsasən İran İslam Respublikasında məlum olmayan tarixdə və mənbədən tamah niyyəti və satış məqsədi ilə 2 bağlamada külli miqdarda, 65,316 qram metafetamin psixotrop maddəsini və 1 bükümdə təsiredici maddəsinin ümumi miqdarı 1,4 qram təşki l edən 35 həb metadon narkotik vasitəsini qanunsuz olaraq əldə etmiş, saxlamış, 26.06.2017-ci ildə qrupun üzvü X3 onun göstərişi ilə Astara Gömrük İdarəsindən keçməklə İran İslam Respublikasına getmiş, həmin narkotik vasitə və psixtrop maddəni 500 manat pulun müqabilində qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirmək üçün 27.06.2017-ci ildə İİR-nın Astara şəhərində qrupun üzvü X3a 50 manat pul vermiş və pulun 450 manatının qrupun məlum olmayan digər üzvü tərəfindən Azərbaycan Respublikasında veriləcəyini vəd etmiş, qrupun üzvü X3 satış məqsədi ilə qanunsuz olaraq həmin narkotik vasitə və psixotrop maddəni ondan təhvil götürüb qrupun digər üzvünə çatdırılması üçün malların aşkar edilməsin çətinləşdirən üsullardan istifadə etməklə düz bağırsağında yerləşdirib saxlamış, daşımış və 27.06. 2017-ci ildə saat 12 radələrində Astara Gömrük İdarəsinin sərnişin şöbəsində Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmişdir. Hökmdən məhkumun müdafiəçiləri tərəfindən verilmiş apelyasiya şikayətlərinə əsasən işə baxan Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 sentyabr 2020-ci il tarixli qərarı ilə (hakimlər: E.İ.Əliyev (sədrlik edən və məruzəçi), R.M.Cəfərov və İ.H.Əhmədovdan ibarət tərkibdə) apelyasiya şikayətləri təmin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 15 yanvar 2020-ci il tarixli hökmü ləğv edilmiş, X14 Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsiri sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası CM-in 206.3.1, 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə bəarət verilmişdir. X21 barəsində seçilmiş “həbs” qətimkan tədbirinin ləğv edilərək onun məhkəmə iclas zalında həbsdən azad edilməsi qərara alınmışdır. Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 sentyabr 2020-ci il tarixli qərarından dövlət ittihamçısı Elnar Hüseynov tərəfindən kassasiya protesti verilmişdir. Kassasiya protestinin dəlilləri: Protest müəllifi qeyd edir ki, məhkəmə kollegiyası tərəfindən yekun qərar qəbul edilərkən sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən və bunun nəticəsi olaraq X14 əsassız olaraq bəraət verildiyindən həmin hökm qanunsuz olduğuna görə ləğv edilərək cinayət işi yeni apelyasiya baxışına təyin edilməlidir. Belə ki, məhkəmə kollegiyası X14 Azərbaycan Respublikası CM-in 206.3.1, 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə bəraət verərkən məhkumun verdiyi qeyri-səmimi, həqiqətə uyğun olmayan, özünü müdafiə xarakterli, digər sübutlarla təkzib olunan və konkret hüquqi əsasa söykənməyən ziddiyyətli ifadələrinə əsaslanmaqla, digər tərəfdən məhkəməyədək icraat zamanı toplanmış və birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutları sübut kimi qəbul etməməklə, X11 təqsirinin sübuta yetirilməməsi kimi işin faktiki hallarına uyğun olmayan səhv nəticəyə gəlmiş, bununla da işin halları məhkəmə tərəfindən təqsirləndirilən şəxsin xeyrinə təhrif olunmuşdur. Məhkəmə kollegiyası hökmlə işin hallarını müəyyən edərkən şahidlərin ifadələrini, baxış və digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, tanınma protokollarını, üzləşdirmə protokollarını, telefon danışıqlarına dair məlumatlara baxış protokollarını, eləcə də yuxarıda qeyd olunan digər sübutları nəzərə almamış, yalnız təqsirləndirilən şəxs X11nin verdiyi qeyri-səmimi, həqiqətə uyğun olmayan, ziddiyyətli, özünü müdafiə xarakterli, digər sübutlarla təkzib olunan və konkret hüquqi əsasa söykənməyən ifadələrinə əsaslanmaqla və məhkəməyədək icraat zamanı toplanmış və birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutları, o cümlədən təqsirləndirilən şəxslər X10in, X2in, X3un, eləcə də şahidlər X7nın, X4un, X13un,Xin, Yin və başqalarının ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsində verdikləri ifadələrini sübut kimi qəbul etməməklə guya iş materiallarında olan sübutların X11 təqsirli bilinməsi üçün kifayət etmədiyi, ibtidai araşdırma orqanının və birinci instansiya məhkəməsi sübut kimi yalnız məhkəmə hö kmlərinə əsaslandığı kimi işin digər halları ilə rədd olunan xüsusatları qeyd etsə də, bir sübutun qəbul edilməsi və digər sübutun rədd edilməsinin əsaslarını hökmdə göstərməmişdir. Halbuki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə istintaqında tədqiq olunan sübutlar müqayisəli təhlil edilib onlara məcmu halında obyektiv qiymət verilməklə ittiham hökmü çıxarılmışdır. Verilmiş ittiham üzrə toplanılmış mötəbər sübutlarla X11nin təkrarən satış məqsədi ilə külli miqdarda narkotik vasitələri və psixotrop maddələri qanunsuz olaraq qabaqcadan əlbir olan bir qrupda əldə edib saxlamaqla daşıma və həmin narkotik vasitəyə və psixotrop maddələrə münasibətdə qabaqcadan əlbir olan bir qrupda təkrarən qaçaqmalçılıq etmə cinayət əməllərini törətməyə dair ona istinad edilən əməlləri törətməsi tamami lə təsdiq olunmuşdur. Məhkəmə kollegiyası qeyd olunan gedişatda X11 birinci epizod üzrə müdafiə tərəfinin təqdim etdiyi sənədə əsasən onun 19 aprel 2014-cü ilə kimi həbsdə olmasını, buna görə də onun 2012-ci ildə X29 İslam Respublikasında görüşməsinin və ona narkotik vasitə verməsinin mümkün olmamasını xüsusi vurğulamaqla, həmin epizod üzrə onun əməlinin təsdiq olunmadığı kimi əsassız qənaətə gəlmişdir. Belə ki, müdafiə tərəfinin təqdim etdiyi və fars dilindən tərcümə olunmuş "Astara şəhər ümumi və inqilab məhkəməsinin cinayət işləri üzrə icra şöbəsinin" verdiyi arayışa görə X11 15 sentyabr 2009-cu il tarixdən 19 aprel 2014-cü il tarixədək həbsdə olmuşdur. Əvvəla məhkəmə nəzərə almamışdır ki, qeyd olunan arayış mənbəyi, əsaslığı və həqiqiliyi ümumiyyətlə bəlli olmayan sənəddir, həmin arayı ş Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən verilmədiyindən mötəbər hesab oluna və sübut kimi qəbul edilə bilməz. Həmçinin müdafiə tərəfinin təqdim etdiyi fars dilində yazılmış həmin sənəd birinci və apelyasiya instansiya məhkəməsi tərəfindən rəsmi sorğularla əldə olunmamışdır. Bundan başqa, məhkəmə nəzərə almamışdır ki, həmin arayış fars dilində yazılmaqla, üzərində olan möhür və ştamplar da fars dilindədir, azərbaycan dilinə edilmiş tərcüməsi isə Azərbaycan Respublikasında deyil, İran İslam Respublikasında edilmiş və notarial qaydada təsdiq edilməmişdir. Bundan əlavə, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X11nin arvadı Xnin və qaynanası X24nın ifadələrində Xin ilk dəfə İranda olarkən, yəni 23.11.2013-cü il tarixdə İran vətəndaşı X11 ilə tanış olduğunu göstərmələri, X11nin özünün də ibtidai istintaqa şahid qismində verdiyi ilkin ifadələrində 2013-cü ildə X adlı qadınla evləndiyini və bir azyaşlı uşaqlarının olduğunu göstərməsi X11nin 23.11.2013-cü il tarixdə həbsdə deyil, azadlıqda olduğunu təsdiq edir, bu da həmin arayışın mötəbər olmasını şübhə altına alır və ciddi araşdırılmasını tələb edir. Halbuki, işin obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb etdiyindən X11nin hansı tarixdə həbsdən azad olunması barədə məlumat məhkəmə tərəfindən müvafiq qaydada rəsmi sorğu verilib əldə olunmalı, yaxud da qeyd edilən arayışın notarial qaydada təsdiq edilmiş tərcüməsi əldə edilib işə əlavə olunmalı və araşdırılmalı idi. Məhkəmə baxışında tərəfimdən dəfələrlə bu barədə vəsatətlər verilsə də, apelyasiya instansiya məhkəməsi bu vəsatətləri israrla təmin etməyərə k araşdırmaq istəməmişdir. Bundan əlavə, məhkəmə kollegiyası hər üç epizod üzrə digər təqsirləndirilən şəxslərin birinci instansiya məhkəməsindəki ifadələrində X11nin onlara narkotik vasitə vermədiyini, o cümlədən X10in ona narkotik vasitə verən şəxsin bu Təqsirləndirilən şəxs X11 deyil, başqa Təqsirləndirilən şəxs X11 olduğunu, X2in ona narkotik vasitə verən şəxsin X adlı şəxs olduğunu. X3un isə ona narkotik vasitə verən şəxsin X adlı şəxs olduğunu ifadələrində göstərdiklərini əsas götürərək, həmin şəxslərin X11ni tanımamaları, sonuncunun onlara narkotik vasitə verməməsi və bununla da X11yə qərəzli olaraq ittiham verildiyi təəssüratını yaratmağa çalışmışdır. Halbuki, ibtidai istintaq zamanı ilkin izahatında, şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində X18 ona narkotik vasitə verən şəxsin yalnız adını deyil, ad və soyadını dəqiqliklə göstərərək məhz X11 olduğunu bildirmiş, o, həmin ifadələri heç bir təsir-təzyiq göstərilmədən müdafiəçinin iştirakı ilə vermiş və öz xətti ilə yazmış, daha sonra barəsində olan cinayət işi üzrə məhkəmədə də ibtidai istintaq zamanı verdiyi həmin ifadələrini təsdiq etmişdir. Həmçinin, X9 da heç bir təsir-təzyiq göstərilmədən müdafiəçinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində X adlı şəxsin adını deməmiş, ona narkotik vasitə verən şəxsin adının Təqsirləndirilən şəxs X11 olduğunu göstərmiş, onun arvadı X7 da şahid qismində verdiyi ifadələrdə ərinə narkotik vasitə verən X11nin sonradan onunla əlaqə saxlayaraq X2in işi ilə maraqlandığını göstərmiş, üzləşdirmə zamanı da göstərdiklərini X11nin ü zünə deyərək onu ifşa etmişdir. Eyni zamanda, X8 da heç bir təsir-təzyiq göstərilmədən müdafiəçinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində Xadlı şəxsin adını deməmiş, ona narkotik vasitə verən şəxsin adının Təqsirləndirilən şəxs X11 olduğunu göstərmiş, tanınma zamanı da müdafiəçinin iştirakı ilə fotoşəkillər arasından X11 fotoşəkilini göstərərək, onu tanıdığını bildirmiş və öz xətti ilə protokolda bu barədə qeydiyyat apararaq, onun İranın Astara şəhərində narkotik vasitələri ona verən həmin Təqsirləndirilən şəxs X11 adlı iranlı olduğunu demiş, daha sonra barəsində olan cinayət işi üzrə məhkəmədə də ibtidai istintaq zamanı verdiyi həmin ifadələrini təsdiq etmişdir. İşin tam, hərtərəfli və obyektiv araşdıriması məqsədilə qeyd olunan şəxslərin ibtidai isti ntaqla birinci instansiya məhkəməsindəki ifadələri arasında olan ziddiyyətləri aydınlaşdırmaq üçün həmin şəxslərin məhkəməyə dəvət edilmələri barədə məhkəmə baxışında tərəfimdən dəfələrlə vəsatətlər verilsə də, apelyasiya instansiya məhkəməsi bu vəsatətləri də təmin etməyərək araşdırmaq istəməmişdir. Bundan başqa, məhkəmə kollegiyası ikinci epizod üzrə X2 barəsində olan cinayət işi üzrə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi İstintaq İdarəsinin böyük müstəntiqi tərəfindən qəbul edilmiş cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında 30 oktyabr 2015-ci il tarixli Qərarının 3-cü bəndi ilə X11 barəsində CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə əməlində cinayət tərkibi olmadığından cinayət təqibinin başlanılmasının CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd ed ildiyini və nəzarətedici prokurorun da bu qərarla razılaşdığını göstərib həmin epizod üzrə əmələ artıq hüquqi qiymət verildiyi qənaətinə gəlmişdir. Halbuki, məhkəmə nəzərə almamışdır ki, qeyd olunan həmin qərarın X11 barəsində cinayət təqibinin başlanılmasının rədd edilməsinə dair 3-cü bəndi qanunsuz və əsassız olduğu üçün 13 may 2019-cu il tarixdə Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini tərəfindən ləğv edilmişdir. Bundan başqa, məhkəmə kollegiyası hökmdə üçüncü epizod üzrə heç bir istintaq hərəkəti aparılmadığı, X11 digər təqsirləndirilən şəxs X8 ilə üzləşdirilmədiyini qeyd etmişdir. Lakin istintaq materiallarından görünür ki, X3 ibtidai istintaqa verdiyi ifadələrində X11ni ifşa etmiş, tanınma zamanı da onu tanımış, lakin X11 ilə üzləşmədən imtina etmişdir. Bundan əlavə, məhkəmə kollegiyası X11 təqsirinin sübuta yetirilməməsinin əsaslarından biri kimi, hər üç epizod üzrə digər təqsirləndirilən şəxslərin zəng etdikləri **********668 saylı mobil nömrənin onun özünə deyil, işlədiyi sexə məxsus olması və həmin nömrədən özünün deyil, digər şəxslərin istifadə etməsi barədə göstərdiklərini əsas götürmüşdür. Halbuki, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X11nin arvadı X Səadəti və qaynanası X24 Səadətinin istifadəsində İran operatoruna aid **********668 və **********08 mobil nömrələrin olduğunu, Təqsirləndirilən şəxs X11ın **********668 mobil nömrəsi ilə şəxsi söhbətləri ilə bağlı danışıqlarını göstərmişlər. Eyni zamanda, X11nin özü də ibtidai istintaqa şahid qismində verdiyi ilkin ifadələrində digər nömrələrlə yanaşı həmin **********668 nömrəsindən də istifadə etdiyini göstərmişdir. Həmçinin, iş üzrə dindirilmiş təqsirləndirilən şəxslər X18, X9 və X3 hər üçü də ibtidai istintaqa verdikləri ifadələrində X25 operatoruna aid **********668 nömrəsindən də istifadə etdiyini göstərmişlər. Telefon danışıqlarına dair baxış protokolları ilə də həmin şəxslərin X11 ilə **********668 nömrəsi ilə danışdıqları və sms yazdıqları təsdiq olunur. Göründüyü kimi, işdə olan və yuxarıda sadalanan bu cür mötəbər sübutlara düzgün qiymət verməyən və ya həmin sübutları təkzib edə bilməyən məhkəmə kollegiyası cinayətin tövsifi ilə bağlı əsassız nəticəyə gəlmiş və qanunsuz bəraət hökmü çıxarmışdır. İşin hallarından göründüyü kimi, iş üzrə dindirilmiş şahidərin ifadələri və cinayət işinin digər materialları ilə X21 törətdiyi cinayət əməli təsdiq olunduğu halda, apellyasiya instansiyası məhkəməsi iş materiallarında belə mötəbər sübutların olmasına məhəl qoymamış və formal mülahizələrə əsaslanmaqla X11 təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə ona bəraət verməklə cinayət qanunu normasını düzgün tətbiq etməmiş və işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmamışdır. Məhkəmə kollegiyası yalnız təqsirləndirilən şəxsin mənafeyi baxımından çıxış etmiş, guya onun təqsirliliyinin sübuta yetirilməməsi kimi digər sübutlarla təsdiq olunmayan əsassız nəticəyə gəlmişdir. Belə olan halda məhkəmə kollegiyasının X11 əməlində cinayət tərkibinin olmaması barədə gəldiyi nəticə əsassız olmuşdur. Cinayət işinin materialları ilə də X11 digər şəxslərlə qabaqcadan əlbir o lan bir qrup şəxs halında birləşərək, qrup daxilində aralarında olan razılaşmaya və müəyyən olunmuş vəzifə bölgüsünə əsasən üzərinə düşən vəzifələri yerinə yetirərək, cinayətkar qrupun şəxsiyyətləri məlum olmayan üzvlərindən İran İslam Respublikasında satış məqsədilə qanunsuz olaraq əldə etdiyi külli miqdarda narkotik vasitələri və psixotrop maddəni ayrıayrı vaxtlarda tanışları X10, X5 və X6 verdiyi, həmin şəxslərin də onlara verilmiş külli miqdarda narkotik vasitələri və psixotrop maddəni ümumi cinayətkar niyyətə uyğun olaraq qanunsuz olaraq əldə etmələri, gizlətmələri, saxlamaları və daşıyaraq ayrı-ayrı vaxtlarda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, yəni qaçaqmalçılıq yolu ilə keçirmələri özündə işin obyektiv hallarını əks etdirən sübutların məcmuyu il ə tam təsdiq olunmuşdur. Məhkəmə kollegiyasının isə qeyd olunanları və həmin tövsiyələri nəzərə almaması, X11nin digərləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək qeyd olunan cinayətləri törətməsi qabarıq olduğu halda bunu qəbul etməməsi qənaətinə gəlməsi qəbul olunmazdır. Məhkəmə kollegiyası bu nəticəyə gələrkən iş üzrə toplanılmış obyektiv və mötəbər sübutlara deyil, narkotik vasitələrin qanunsuz dövriyyəsi və qaçaqmalçılıq cinayət əməllərini törətmiş X11nin cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün həqiqəti əks etdirməyən ifadələrini inandırıcı və əsas sübut kimi qəbul edib onu cinayət məsuliyyətindən əsassız olaraq kənarda qoymuşdur. X21 özünü CM-nin 206.3.1, 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilməyərək birinci və apelyasiya instansiya məhkəmələrində verdiyi ifadələrində göstərmişdir ki, o. Rauf, X2 və Nizami adlı şəxslərə narkotik vasitə verməmiş, heç bir cinayət əməli törətməmiş, ona qarşı haqsızlıq olmuş, onu qərəzli olaraq həbs etmişlər, **********668 mobil nömrəsi də ona deyil, işlədiyi sexə məxsus olmuşdur. Lakin X11 işin faktiki hallarına uyğun olmayan özünü müdafiə xarakterli bu ifadələri iş üzrə toplanmış mötəbər sübutlarla təkzib olunur. X11nin özünü təqsirli bilməməsi ilə bağlı məhkəmələrdə verdiyi ifadələrə, yəni narkotik vasitələri təqsirləndirilən şəxslərə verməməsi, ona istinad olunan cinayət əməllərini törətməməsi və buna dair gətirdiyi dəlillərə tənqidi yanaşaraq, bu dəlilləri məhkəmə istintaqında tədqiq olumuş sübutlar, o cümlədən təqsirləndirilən şəxslər və şahid ifadələri, işin müəyyən edilmiş halla rına dair baxış, götürmə protokolları, ekspertiza rəyləri, tanınma protokolları, üzləşdirmə protokolları, telefon danışıqlarına dair məlumatlara baxış protokolları ilə müqayisəli təhlil edib, qeyd olunanlarla X11nin gətirdiyi dəlillərin təkzib olunduğunu nəzərə alaraq, onun bu xüsusat üzrə verdiyi ifadələri həqiqətə uyğun gəlməyən və cinayət işi materialları ilə təkzib edilən ifadə kimi qiymətləndirilməlidir. Eləcə də, X11nin barəsində olan cinayət iş üzrə məhkəmədə şahid qismində dindirilmiş təqsirləndirilən şəxslər X3un, X2in və X10in məhkəmə istintaqında verdikləri ifadələrinin təqsirləndirilən şəxs X21 ilə bağlı hissəsi də səmimi ifadə kimi qəbul edilməməlidir. Belə ki, X8, X9 və X18 onlarla birlikdə cəzaçəkmə müəssisəsində cəza çəkən məhkumların söz-söhbətindən (tənəsindən və ya qınağ ından) kənarda qalmaq məqsədi ilə ziddiyyətli ifadələr verərək narkotik vasitələri və psixotrop maddəni X11nin onlara vermədiyini deməklə əvvəlki ifadələrini təkzib etmişlər və X16 tanımadıqlarını və ya həmin şəxsin onlara narkotik vasitə satan Təqsirləndirilən şəxs X11 adlı şəxs olmadığını bildirmişlər (şahid X7 da ifadəsində X2in ona məhkumlar arasında belə hala pis baxıldığı üçün Təqsirləndirilən şəxs X11ın adını vermədiyini dediyini bildirmişdir). Onların həmin ifadələri işin faktiki hallarına uyğun gəlmədiyi qənaətinə gəlinərək tanışları X11ni cinayət məsuliyyətindən kənarda qoymaq cəhdi kimi qiymətləndirilməlidir. İş üzrə toplanmış və məhkəmədə tədqiq edilmiş təkzibedilməz sübutlarla müəyyən olunur ki, X31 İslam Respublikasında satış məqsədilə qanunsuz olaraq əldə etdiyi külli miqdar da narkotik vasitələri və psixotrop maddəni ayrı-ayrı vaxtlarda qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşdiyi tanışları X10, X5 və X6 vermiş, həmin şəxslər də külli miqdarda narkotik vasitələri və psixotrop maddəni ümumi cinayətkar niyyətə uyğun olaraq qanunsuz olaraq əldə etmiş, gizlətmiş, saxlamış və daşıyaraq ayrı-ayrı vaxtlarda qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirmişlər. Göründüyü kimi, ibtidai istintaq orqanı və birinci instansiya məhkəməsi X11 törətdiyi cinayətə hüquqi qiymət vermiş və bunu öz qərarlarında kifayət qədər əsaslandırmışlar. Eyni zamanda. X11 əməlini CM-nin 206.3.1, 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3cü maddələri ilə tövsif edən birinci instansiya məhkəməsi CPM-nin 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun qeyd olunan cinayətlər in törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Məhkəmə kollegiyası X11 yuxarıda şərh olunan cinayət əməlinin (narkotik vasitələrin qanunsuz dövriyyəsi) törətməsinin istintaq orqanı tərəfindən CPM-nin 139-cu maddəsində təsbit olunmuş halları baxımından sübuta yetirilməsini əsassız olaraq nəzərə almamış, özü də həmin hallarda nəzərdə tutulan vəzifələri yerinə yetirməmişdir. Belə ki, hökmdən göründüyü kimi məhkəmə kollegiyası işin faktiki halları barədə mövqeyini əsaslandırarkən yalnız X11 ifadələrinə istinad etmiş, həmin məsələ üzrə gəldiyi nəticələri məhkəmə istintaqında bilav asitə araşdırılmış sübutların məcmusu, o cümlədən təqsirləndirilən şəxslər və şahid ifadələri, baxış və götürmə protokolları, ekspertiza rəyləri, tanınma protokolları, üzləşdirmə protokolları, telefon danışıqlarına dair məlumatlara baxış protokolları, istintaq hərəkətlərinin protokolları və digər iş materialları ilə əsaslandırmamışdır. Beləliklə məhkəmə kollegiyası ibtidai istintaq zamanı heç bir qanun pozuntusu olmadan əldə olunmuş və məhkəmə istintaqı zamanı tətqiq edilmiş yuxarıda qeyd olunan sübutlara (təqsirləndirilən şəxslər və şahidlərin (heç bir kənar təsir olmadan) verdikləri ifadələri, baxış və götürmə protokolu. ekspertiza rəyləri, tanınma protokolları, üzləşdirmə protokolları, telefon danışıqlarına dair məlumatlara oaxış protokolları, istintaq hərəkətlərinin protokolları) deyil, yalnız məhkumun məhkəmələrdə vermiş olduğu ziddiyyətli və işin hallarına uyğun olmayan ifadələrinə əsassız olaraq üstünlük vermişdir. Göründüyü kimi, apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticədən fərqli olaraq X11 CM-nin 206.3.1, 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi özündə işin obyektiv hallarını əks etdirən sübutların məcmuyu ilə tam təsdiq olunur. Şirvan Apelyasiya Məhkəməsi isə əldə olunma mənbəyi və həqiqiliyi şübhə doğurmayan və işin müəyyən edilmiş halları ilə uzlaşan baxış və götürmə protokollarını, təqsirləndirilən şəxslər və şahid ifadələrini, ekspert rəylərini, tanınma protokollarını, üzləşdirmə protokollarını, telefon danışıqlarına dair məlumatlara baxış protokollarını mötəbər sübut kimi qəbul etməyərək s əhv nəticəyə gəlməklə bəraət hökmü çıxarmışdır. Lakin, məhkəmə hökm çıxararkən bir subutun qəbul, ittihamın əsaslandırılması üçün göstərilmiş sübutların isə rədd edilməsinin motivlərini göstərmədən, məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmadan, işin faktiki hallarına uyğun olmayan. X14 CM-nin 206.3.1, 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirliliyi sübuta yetirilməməsi əsasına görə ona bəraət verilməsi kimi yalnış nəticəyə gəlməklə əməlin tövsifındə səhvə yol vermişdir. Bununla da, məhkəmə kollegiyası CPM-nin 28 və 33-cü maddələrində təsbit olunmuş prinsiplərə zidd sübutları qiymətləndirmişdir. Bundan başqa, məhkəmə kollegiyası iş üzrə tədqiq edilmiş sübutlara, yəni təqsirləndirilən şəxslər və şahidlərin ifadələrinə, baxış və götürmə protokollarına, ekspertiza rəylərinə, tanınma protokollarına, üzləşdirmə protokollarına, telefon danışıqlarına dair məlumatlara baxış protokollarına, istintaq hərəkətlərinin protokollarına və digər sübutlara qərəzli yanaşaraq, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan süni surətdə yayınması üçün açıq-aşkar X11nin ifadələrini əsas sübut kimi qəbul edib, digər tərəfdən məhkəməyədək icraat zamanı toplanmış və birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutları sübutların siyahısından çıxararaq. X14 istintad edilmiş CM-nin 206.3.1, 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrinin sübuta yetirilməməsi barədə qənaətə gəlməklə CPM-nin 33-cü maddəsində təsbit olunmuş "Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi" prinsipini də pozmuşdur. Lakin məhkəmə kollegiyası cinayət-prosessual qa nunvericiliyin həmin normalarının tələblərini pozaraq yuxarıda qeyd olunan işin obyektiv hallarına uyğun olan ibtidai istintaq zamanı əldə olunmuş, birinci və apelyasiya instansiya məhkəmələrində tədqiq edilmiş sübutları düzgün qiymətləndirməmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısının, kassasiya protestinin təmin edilməməsi məhkumun müdafiəçisinin çıxışlarını dinləyib, hüquqi məsələlər üzrə aşağıdakı nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanunun un və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya protestinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya protestinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Dövlət itthamçısı kassasiya protestində göstərmişdir ki, Məhkəmə kollegiyası qeyd olunan gedişatda X11 birinci epizod üzrə müdafiə tərəfinin təqdim etdiyi sənədə əsasən onun 19 aprel 2014-cü ilə kimi həbsdə olmasını, buna görə də onun 2012-ci ildə X29 İslam Respublikasında görüşməsinin və ona narkotik vasitə verməsinin mümkün olmamasını xüsusi vurğulamaqla, həmin epizod üzrə onun əməlinin təsdiq olunmadığı kimi əsassız qənaətə gəlmişdir. Belə ki, müdafiə tərəfinin təqdim etdiyi və fars dilindən tərcümə olunmuş "Astara şəhər ümumi və inqilab məhkəməsinin cinayət işləri üzrə icra şöbəsinin" verdiyi arayışa görə X11 15 sentyabr 2009-cu il tarixdən 19 aprel 2014-cü il tarixədək həbsdə olmuşdur. Əv vəla məhkəmə nəzərə almamışdır ki, qeyd olunan arayış mənbəyi, əsaslığı və həqiqiliyi ümumiyyətlə bəlli olmayan sənəddir, həmin arayış Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən verilmədiyindən mötəbər hesab oluna və sübut kimi qəbul edilə bilməz. Həmçinin müdafiə tərəfinin təqdim etdiyi fars dilində yazılmış həmin sənəd birinci və apelyasiya instansiya məhkəməsi tərəfindən rəsmi sorğularla əldə olunmamışdır. Bundan başqa, məhkəmə nəzərə almamışdır ki, həmin arayış fars dilində yazılmaqla, üzərində olan möhür və ştamplar da fars dilindədir, azərbaycan dilinə edilmiş tərcüməsi isə Azərbaycan Respublikasında deyil, İran İslam Respublikasında edilmiş və notarial qaydada təsdiq edilməmişdir. Bundan əlavə, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X11nin arvadı X Səadətinin və qaynanası X24nın ifadələrində Xin ilk dəfə İranda olarkən, yəni 23.11.2013-cü il tarixdə İran vətəndaşı X11 ilə tanış olduğunu göstərmələri, X11nin özünün də ibtidai istintaqa şahid qismində verdiyi ilkin ifadələrində 2013-cü ildə X adlı qadınla evləndiyini və bir azyaşlı uşaqlarının olduğunu göstərməsi X11nin 23.11.2013-cü il tarixdə həbsdə deyil, azadlıqda olduğunu təsdiq edir, bu da həmin arayışın mötəbər olmasını şübhə altına alır və ciddi araşdırılmasını tələb edir. Halbuki, işin obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb etdiyindən X11nin hansı tarixdə həbsdən azad olunması barədə məlumat məhkəmə tərəfindən müvafiq qaydada rəsmi sorğu verilib əldə olunmalı, yaxud da qeyd edilən arayışın notarial qaydada təsdiq edilmiş tərcüməsi əldə edilib işə əlavə olunmalı və araşdırılmalı idi. Məhkəmə baxışında tərəfindən dəfələrlə bu barədə vəsatətlər verilsə də, apelyasiya instansiya məhkəməsi bu vəsatətləri israrla təmin etməyərək araşdırmaq istəməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya protestinin göstərilən dəlilləri əsaslı olmaqla, apelyasiya məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsində nəzərdə tutulmuş hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir tələbinə əməl etməmişdir. Mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi rəsmi qaydada müəyyən edilməmiş, sübutlara aid qanunvericiliyin tələbinə cavab verməyən fars dilində yazılmış arayışa istinad etməklə, həmin arayışın hüqiqiliyini müəyyən etmək üçün heç bir tədbir görmədən, həmin arayışı təkzib edən sübutlar olduğu halda X11nin ağır cinayət ittihamları üzrə t əqsirliliyinə dəlalət edən digər mötəbər sübutlar olduğu halda ona bəraət vermişdir. Dövlət ittihamçısının kassasiya protestində göstərilmişdir ki, ibtidai istintaq zamanı ilkin izahatında, şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində X18 ona narkotik vasitə verən şəxsin yalnız adını deyil, ad və soyadını dəqiqliklə göstərərək məhz X11 olduğunu bildirmiş, o, həmin ifadələri heç bir təsir-təzyiq göstərilmədən müdafiəçinin iştirakı ilə vermiş və öz xətti ilə yazmış, daha sonra barəsində olan cinayət işi üzrə məhkəmədə də ibtidai istintaq zamanı verdiyi həmin ifadələrini təsdiq etmişdir. Həmçinin, X9 da heç bir təsir-təzyiq göstərilmədən müdafiəçinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində X adlı şəxsin adını deməmiş, ona narkotik vasitə v erən şəxsin adının Təqsirləndirilən şəxs X11 olduğunu göstərmiş, onun arvadı X7 da şahid qismində verdiyi ifadələrdə ərinə narkotik vasitə verən X11nin sonradan onunla əlaqə saxlayaraq X2in işi ilə maraqlandığını göstərmiş, üzləşdirmə zamanı da göstərdiklərini X11nin üzünə deyərək onu ifşa etmişdir. Eyni zamanda, X8 da heç bir təsir-təzyiq göstərilmədən müdafiəçinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində Xadlı şəxsin adını deməmiş, ona narkotik vasitə verən şəxsin adının Təqsirləndirilən şəxs X11 olduğunu göstərmiş, tanınma zamanı da müdafiəçinin iştirakı ilə fotoşəkillər arasından X11 fotoşəkilini göstərərək, onu tanıdığını bildirmiş və öz xətti ilə protokolda bu barədə qeydiyyat apararaq, onun İranın Astara şəhərində narkotik vasitələri ona verən həmi n Təqsirləndirilən şəxs X11 adlı iranlı olduğunu demiş, daha sonra barəsində olan cinayət işi üzrə məhkəmədə də ibtidai istintaq zamanı verdiyi həmin ifadələrini təsdiq etmişdir. İşin tam, hərtərəfli və obyektiv araşdıriması məqsədilə qeyd olunan şəxslərin ibtidai istintaqla birinci instansiya məhkəməsindəki ifadələri arasında olan ziddiyyətləri aydınlaşdırmaq üçün həmin şəxslərin məhkəməyə dəvət edilmələri barədə məhkəmə baxışında tərəfindən dəfələrlə vəsatətlər verilsə də, apelyasiya instansiya məhkəməsi bu vəsatətləri də təmin etməyərək araşdırmaq istəməmişdir. Azərbaycan Respublikası CPM-nin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual h ərəkətlərlə həyata keçirilir. Bu qanunun mənasına görə ibtidai araşdırma və məhkəmə baxışında qanunda nəzərdə tutulmuş qaydada dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə sübutların toplanması mümkündür. Məhkəmə təcrübəsində bəzi hallarda təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidin ibtidai araşdırma zamanı və məhkəmə iclasında verdiyi ifadələr arasında təqsirləndirilən şəxsin xeyrinə və ya zərərinə ifadələrdə dəyişikliklər edilir. Bu zaman bu ifadələr arasındakı fərqlər və ziddiyətlər məhkəmə iclasında ifadə vermiş şəxsin iştirakı ilə bütün ifadələr elan edilərək tədqiq edilməli, işin hallarına uyğun olan, daha mötəbər, həqiqəti əks etdirən ifadələr əsas götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 144-cü mad dəsi tələb edir ki, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddəsinə əsasən: 145.1 hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. 145.2. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. 145.3. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslər və şahidlər ibtidai araşdırma zamanı verdikləri ifadələrdən fərqlənən və ziddiyyət yaradan məhkəmə iclasındakı ifadələrinə əvvəlki ifadələri məhkəmə iclasında tədqiq etmədən üstünlük verməkdə apellyasiya instansiyası məhkəməsi göstərilən prosessual normaların tələblərini pozmuşdur. Faktiki olaraq apelyasiya məhkəmə kollegiyası sübutların tədqiqindən və qiymətləndirilməsindən imtina etmişdir. Ona görə də kassasiya protestinin bu barədə dəlilləri tamamilə əsaslıdır və təmin edilməlidir. Kassasiya protestində göstərilmişdir ki, məhkəmə kollegiyası ikinci epizod üzrə X2 barəsində olan cinayət işi üzrə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi İstintaq İdarəsinin böyük müstəntiqi tərəfindən qəbul edilmiş cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında 30 oktyabr 2015-ci il tarixli Qərarının 3-cü bəndi ilə X11 barəsində CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə əməlində cinayət tərkibi olmadığından cinayət təqibinin başlanılmasının CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edildiyini və nəzarətedici prokurorun da bu qərarla razılaşdığını göstərib həmin epizod üzrə əmə lə artıq hüquqi qiymət verildiyi qənaətinə gəlmişdir. Halbuki, məhkəmə nəzərə almamışdır ki, qeyd olunan həmin qərarın X11 barəsində cinayət təqibinin başlanılmasının rədd edilməsinə dair 3-cü bəndi qanunsuz və əsassız olduğu üçün 13 may 2019-cu il tarixdə Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini tərəfindən ləğv edilmişdir. Azərbaycan Respublikası CPM-nin 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Həmin Məcəllənin 84.5.8.-ci maddəsinə əsasən İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror cinayət işi üzrə aparılan təhqiqata və ibtidai istintaqa nəzarət edərkən aşağıdakı hüquqları həyata keçirir: təhqiqatçının və ya müstəntiqin qanunsuz və əsassız qərarları nı ləğv etmək. İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Azərbaycan Respublikası Baş prokurorunun birinci müavininin cinayət işi üzrə aparılan təhqiqata və ibtidai istintaqa nəzarət edərkən müstəntiqin qanunsuz və əsassız qərarlarını ləğv etmək hüququ vardır və o bu hüquqndan istifadə etmişdir. Yəni, müstəntiqin sübutların qiymətləndirilməsi haqqında 30 oktyabr 2015-ci il tarixli Qərarının 3-cü bəndinin hüquqi qüvəsi qalmamışdır. Ona görə də bu məsələ ilə bağlı da kassasiya protestinin dəlilləri əsaslı hesab edilir. Bundan başqa kassasiya protestində göstərilmişdir ki, apelyasiya məhkəmə kollegiyası X11 təqsirinin sübuta yetirilməməsinin əsaslarından biri kimi, hər üç epizod üzrə digər təqsirləndirilən şəxslərin zəng etdikləri **********668 saylı mobil nömrənin onun özünə de yil, işlədiyi sexə məxsus olması və həmin nömrədən özünün deyil, digər şəxslərin istifadə etməsi barədə göstərdiklərini əsas götürmüşdür. Halbuki, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X11nin arvadı X və qaynanası X24 istifadəsində İran operatoruna aid **********668 və **********08 mobil nömrələrin olduğunu, Təqsirləndirilən şəxs X11ın **********668 mobil nömrəsi ilə şəxsi söhbətləri ilə bağlı danışıqlarını göstərmişlər. Eyni zamanda, X11nin özü də ibtidai istintaqa şahid qismində verdiyi ilkin ifadələrində digər nömrələrlə yanaşı həmin **********668 nömrəsindən də istifadə etdiyini göstərmişdir. Həmçinin, iş üzrə dindirilmiş təqsirləndirilən şəxslər X18, X9 və X3 hər üçü də ibtidai istintaqa verdikləri ifadələrində X25 operatoruna aid **********668 nömrəsindən də istifadə etd iyini göstərmişlər. Telefon danışıqlarına dair baxış protokolları ilə də həmin şəxslərin X11 ilə **********668 nömrəsi ilə danışdıqları və sms yazdıqları təsdiq olunur. Göründüyü kimi, işdə olan və yuxarıda sadalanan bu cür mötəbər sübutlara düzgün qiymət verməyən və ya həmin sübutları təkzib edə bilməyən məhkəmə kollegiyası cinayətin tövsifi ilə bağlı əsassız nəticəyə gəlmiş və qanunsuz bəraət hökmü çıxarmışdır. Göründüyü kimi hər üç epizod üzrə digər təqsirləndirilən şəxslərin zəng etdikləri **********668 saylı mobil nömrənin X11 özünə məxsus olduğuna dair göstərilən sübutlar apelyasiya məhkəmə kollegiyası tərəfindən düzgün qiymətləndirilməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya protestinin bütün dəlilləri əsaslıdır və cinayət işi üzrə toplanmış mötəbər sübutlarla əsaslandırılmışdır. Apelyasiya məhkəmə kollegiyası cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etmiş və Azərbaycan Respublikası CPM-nin 143— 146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etməmişdir. ona görə də kassasiya protestinin dəlilləri əsaslı hesab edilərək təmin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 416.1.1-ci və 416.1.2-ci maddələrinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; məhkəmə bu Məcəllənin 143—146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübu tları tədqiq etmədikdə kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Göstərilənlərə əsasən kassasiya protestinin dəlilləri əsaslı olduğundan və cinayət işi üzrə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 sentaybr 2020-ci il tarixli qərarının ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş əsasa uyğun hallar müəyyən edildiyindən kassasiya protesti təmin edilməli və apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilərək cinayət işi həmin məhkəmədə yeni apelyasiya baxışına təyin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutaraq Azərbaycan R espublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Dövlət ittihamçısı Elnar Hüseynov tərəfindən verilmiş kassasiya protesti təmin edilsin. X11 Azərbaycan Respublikası CM-nin 206.3.1, 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə bəraət almasına dair cinayət işi üzrə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 sentyabr 2020-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə ləğv edilsin və cinayət işi həmin məhkəmədə yeni apelyasiya baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar