Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-438/2023 21.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, İsa-zadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Müdafiəçi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi6 iştirakları ilə xx.xx.1999-cu ildə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Ağcabədi şəhəri, H.Əliye v prospekti, 371 saylı evdə qeydiyyatda olmaqla hal- hazırda həbsdə olan Məhkum1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 181.2.1, 181.2.2 və 181.2.5-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 mart 2022-ci il tarixli, 1(106)-206/2022 nömrəli qərarından məhkumun müdafiəçisi Müdafiəçi6 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli hökmü ilə (hakimlər: İ.Q. Abdullayev (sədrlik edən), C.C.Nəbiyev və M.V.Məmmədov) Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 181.2.1, 181.2.2 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təq sirli bilinərək 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Beyləqan Rayon Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli hökmü ilə təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının 10 aprel 2021-ci il tarixədək çəkilməmiş 2 (iki) il 1 (bir) ay 16 (on altı) günlük hissəsi Azərbaycan Respublikası CM-in 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrumetmə cəzasına nisbətdə iki günü bir günə, yəni 1 (bir) il 23 (iyirmi üç) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmaqla və Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin olunmuş cəzaya qismən birləşdirilməklə ona hökmlərin məcmusu üzrə qəti olaraq 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməklə, cəzaçəkmə müddətinin başlanğıcı 10 aprel 2021-ci il tarixdən hesablanmış, həmçinin hökmlə maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri həll edilmişdir. Birinci instansiya məhkəməsinin həmin hökmündən Məhkum1 müdafiəçisi Müdafiəçi6 tərəfindən apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 mart 2022-ci il tarixli qərarı ilə, (hakimlər: R.M.Cəfərov (sədrlik edən), E.İ.Əliyev və M.Ə.Bağırov) apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Həmin hökmlə həmçinin Məhkum2 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3, 181.2.1, 181.2.2 və 181.2.5-ci maddələri ilə, Məhkum3 və Məhkum4 Azərbaycan Respubl ikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri, Məhkum5 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək məhkum edilmişlər. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 mart 2022-ci il tarixli qərarından Məhkum1 müdafiəçisi Müdafiəçi6 tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: Hökmə əsasən Məhkum1 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3, 181.2.1, 181.2.2 və 181.2.5-ci maddələri ilə təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, Məhkum2 və Məhkum4 qabaqcadan əlbir olub bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olub oğurluq etməklə bağlı razılığa gəldikdən sonra, bu məqsədlə 04 mart 2021-ci il tarixdə saat 01 radələrində Ağcabədi rayonu Qaradolaq kənd sakini Zərərçəkmiş şəxs2 məxsus Ağcabədi rayonu Qaradolaq kəndi ərazisində yerləşən və saxlanc yeri hesab edilən tövləyə qanunsuz daxil olaraq oradan cəmi 350 manat dəyərində 2 baş quzunu, həmin fermada çoban işləyən Zərərçəkmiş şəxs1 məxsus cəmi 600 manat dəyərində olan 3 baş xırdabuynuzlu heyvanı gizli olaraq talamaqla zərərçəkmiş şəxslər-Zərərçəkmiş şəxs2 350 manat, Zərərçəkmiş şəxs1 isə 600 manat miqdarında maddi ziyan vurmuşlar. Bundan başqa, Məhkum1 təkrarən Məhkum2 və Məhkum3 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olub oğurluq etməklə bağlı razılığa gəldikdən sonra, bu məqsədlə 08 mart 2021-ci il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs3 məxsus Ağcabədi rayonu Yeni Qaradolaq kəndində yerləşən və saxlanc yeri hesab edilən tövləyə qanunsuz daxil olaraq, oradan cəmi 400 manat dəyər ində 2 baş xırda buynuzlu, 13 mart 2021-ci il tarixdə saat 05 radələrində isə hər biri 200 manat dəyərində olan 5 baş xırda buynuzlu heyvanı vahid niyyətlə gizli olaraq talamaqla zərərçəkmiş şəxsə ümumilikdə 1400 manat miqdarında maddi ziyan vurmuşlar. Bundan başqa, Məhkum1 təkrarən Məhkum2 və Məhkum3 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olub oğurluq etməklə bağlı razılığa gəldikdən sonra, bu məqsədlə 11 mart 2021-ci il tarixdə saat 02 radələrində X3 məxsus Ağcabədi rayonu Aran kəndi ərazisində yerləşən və saxlanc yeri hesab edilən tövləyə qanunsuz daxil olaraq oradan cəmi 1940 manat dəyərində 10 baş xırda buynuzlu, 19 mart 2021-ci il tarixdə saat 01 radələrində isə cəmi 1560 manat dəyərində 8 baş xırda buynuzlu heyvanı vahid niyyətlə gizli olaraq talamaqla zərərçəkmiş şəxsə ümumilikdə 3500 manat miqdarında maddi ziyan vurmuşlar. Bundan başqa, Məhkum1 təkrarən Məhkum2 və Məhkum5 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olub oğurluq etməklə bağlı razılığa gəldikdən sonra, bu məqsədlə 01 aprel 2021-ci il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs5 məxsus Ağcabədi rayonu Salmanbəyli kəndində yerləşən və saxlanc yeri hesab edilən tövləyə qanunsuz daxil olaraq oradan 9 baş xırdabuynuzlu heyvanı gizli olaraq talamaqla zərərçəkmiş şəxsə ümumilikdə 1440 manat miqdarında maddi ziyan vurmuşlar. Bundan başqa, Məhkum1 təkrarən Məhkum2 və Məhkum4 təkrarən qabaqcadan əlbir olub bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olub oğurluq etməklə bağlı razılığa gəldikdən sonra, bu məqsədlə 02 aprel 2021-ci il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs6 məxsus Ağdam-Tərtər magistral yolun 20-ci kilometrliyində yolun kənarında yerləşən və saxlanc yeri hesab edilən tövləyə pəncərədən qanunsuz daxil olub oradan 11 baş xırdabuynuzlu heyvanı gizli olaraq talamaqla zərərçəkmiş şəxsə ümumilikdə 1680 manat miqdarında maddi ziyan vurmuşlar. Bundan başqa, Məhkum1 Məhkum2 ilə təkrarən qabaqcadan əlbir olub bir qrup şəxs halında Zərərçəkmiş şəxs7 məxsus “VAZ-2106” markalı **-BM-*** qeydiyyat nişanlı avtomobili quldurluqla ələ keçirmək barədə razılığa gəldikdən sonra, bu məqsədlə 07 aprel 2021-ci ildə saat 21 radələrində Zərərçəkmiş şəxs7 avtomobilinə sərnişin kimi əyləşərək onları Beyləqan rayonundakı fermaya aparmalarını bildirsələr də, Ağcabədi rayonu Avşar kəndi ərazisində yerləşən «Beş qap ılar» deyilən yerə çatdıqdan sonra avtomobili saxlatmışlar, əvvəlcədən aralarında olan cinayətkar plana əsasən Məhkum1 avtomobildən düşüb yol kənarına gedərək, yerə yıxılıb yalandan qışqırmaqla ayağının burxulduğunu demiş, bu zaman Zərərçəkmiş şəxs7 ona tərəf gedib ilkin yardım göstərmək istəyərkən, Məhkum2 avtomobildən götürdüyü və silah qismində istifadə etdiyi məlum olmayan armatur parçası ilə Zərərçəkmiş şəxs7 həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla basqın edib, armatur parçasını tətbiq etməklə arxa nahiyədən Zərərçəkmiş şəxs7 başına və barmağına vuraraq, ona baş, sağ əlinin İ barmağı nahiyələrində əzilmiş yaralar, sağ said nahiyəsində isə qançır ilə müşayiət olunan sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid xəsarət yetirməklə quldurluq etmişlər. Kassasiya şikayətinin dəlillər i: Məhkum1 müdafiəçisi Müdafiəçi6 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, iş üzrə hər iki araşdırma məhkəməsi tərəfindən qəbul edilən aktın əsaslandırıcı hissəsini Məhkum1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi təşkil etmişdir. Məhkum1 ibtidai istintaq bitdikdən sonra ilk çıxarıldığı məhkəmə qarşısında özünü qismən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bildiyi halda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.2 və 181.2.5-ci maddələri ilə təqsirli bilməmişdir. Birinci instansiya məhkəməsinin hökmü və həmin məhkəmənin nəticələri ilə razılaşan apellyasiya instansiyası məhkəməsinin qərarı ziddiyyətli sübutlara əsaslanmış və bu nəticələr ehtimallara əsaslan qərar qəbul etmişdir. Müdafiə etdiyi şəxs Mə hkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.2 və 181.2.5-ci maddələrinə dair təqsirliliyinə dair iş üzrə əsaslı sübutlar olmasa da, məhkəmə baxışları zamanı yaranmış şübhələr onun ziyanına şərh edilmişdir. Nəticədə də, o, törətmədiyi bu hissədə cinayətə görə qanunsuz olaraq məhkum olunmuşdur. Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.2 və 181.2.5-ci maddələri ilə təqsiri sübut olunmadığından Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 avqust 2022-ci il tarixli qərarının ləğv edilməsini və cinayət işinə yeni apellyasiya baxışının təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllə sinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Mə hkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum1 müdafiəçisi Müdafiəçi6 kassasiya şikayətində məhkəmələr tərəfindən cinayət prosessual qanunun sübutlar və sübutetməyə dair qaydalarına əməl olunmadığını, nəticədə əməlində quldurluq cinayətinin tərkib əlamətləri sübutlarla müəyyən edilmədiyi halda Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.2 və 181.2.5-ci maddələri ilə təqsirli bilindiyini iddia etməklə, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi və cinayət işi üzrə yeni apellyasiya baxışının təyin edilməsi haqqında kassasiya tələblərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.1, 416.1.2, 416.1.3 və 416.1.1.6-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 mart 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Müdafiəçinin kassasiya şikayətindən görünür ki, o, Məhkum1 təkrar, qabaqcadan əlbir olan bir qrup şəxs halından, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə Zərərçəkmiş şəxs7 məxsus “VAZ-2106” markalı **-BM-*** qeydiyyat nişanlı avtomobili quldurluqla ələ keçirmədiyini, həmin tarixdə zərərç əkən qismində tanınmış Zərərçəkmiş şəxs7 ilə təqsirləndirilən şəxslər arasında hər hansı bir görüşmə və ya tanışma olmadığını, Məhkum1 Məhkum2 ilə Zərərçəkmiş şəxs7 avtomobilini yol kənarından sahibsiz görüb apardıqlarını iddia etməklə, Məhkum1 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.2 və 181.2.5-ci maddələrində nəzərdə tutulmuş quldurluq cinayətinin tərkiblərinin olmaması haqqında qənaətini və bu qənaətdən irəli gələn apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi, Məhkum1 Cinayət Məcəlləsinin 181.2.1, 181.2.2 və 181.2.5-ci maddələri təqsirli bilinməsi hissəsində cinayət işi üzrə icraata bəraətverici əsasla xitam verilməsi haqqında tələbini məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktik hallarının inkar edilməsi və özünün işin faktik hallarına verdiyi fərqli təsvirlər üzərində qurmuşdur. Bu isə onu göstərir ki, müdafiəçi kassasiya instansiyası məhkəməsini məhkəmə qərarlarında təsvir edilən və özünün kassasiya şikayətində gətirdiyi faktik halların mövcud olub-olmamasına münasibət bildirməyə, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirməklə işin faktik hallarını yenidən müəyyən etməyə dəvət edir. Kassasiya şikayətinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan fakt ları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktik hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktik hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətin də irəli sürülmüş məhkəmə qərarının ləğv edilməsi, iş üzrə icraata bəraətverici əsasla xitam verilməsi barədə tələbin (o cümlədən, əməlində cinayət tərkibinin olmamasına baxmayaraq, Məhkum1 barəsində Cinayət Məcəlləsinin 181.2.1, 181.2.2 və 181.2.5-ci maddələri ilə təqsirli bilinməsinə dair ittiham hökmünün çıxarılması haqqında iddianın) əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktik hallarını nəzərə almaya və müdafiəçinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi faktik hallardan çıxış edə, beləliklə də onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Kassasiya şikayətində göstərilənlərdən deyil, məhz məhkəmələr tərəfindən müəyyən edilmiş faktik halla rdan çıxış etmək barədə kollegiyanın qənaəti həm də ondan irəli gəlir ki, mahiyyətcə bu şikayətin dəlilləri ilə eyni olan dəlillər məhkumun müdafiəçisi Müdafiəçi6 tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olubolmamasını yoxlayıb sübutlar və sübutetmə, cinayətləri təşkil edən faktik halların müəyyən edilməsi, faktik hallara cinayət qanunu normalarının tətbiqi, birinci instansiya məhkəməsində cinayət-prosessual qanunun tələblərinə, o cümlədən təqsirləndirilən şəxsin prosessual hüquqlarına əməl olunması məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.2 və 181.2.5-ci, habelə 177.2.1, 177.2.2, 177.2.3-cü maddələrinin dispozisiyalarından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum1 hərəkətlərində oğurluq cinayəti ilə yanaşı Cinayət Məcəlləsinin 181.2.1, 181.2.2 və 181.2.5-ci maddələrində nəzərdə tutulmuş quldurluq cinayətinin tərkiblərinin olması, bu maddələr ilə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, o cümlədən CPM-in 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir. Həqiqətən də, kassasiya şikayətində göstərilənlərin əksinə olaraq, cinayət işi üzrə məhkəmə icraatları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin prinsiplərinə və digər müddəalarına uyğun olaraq, o cümlədən təqsirləndirilən şəxsin müdafiə hüquqları gözlənilməklə həyata keçirilmiş, cinayət əməllərini təşkil edən faktik halların müəyyən edilməsi zamanı - birinci instansiya məhkəməsi və onların yoxlanılması zamanı - apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutlara və sübutların tədqiqinə dair cinayət-prosessual qaydaların pozuntularına yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya məhkəməsinin yekun qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, onlara CPM-in 145ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum1 təqsirliliyi barədə yekun nəticələr CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Sübutlar birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya instansiyası məhkəməsinin yekun qərarında təsvir edilib, Məhkum1 və onun müdafiəçisinin ardıcıl olaraq birinci və apellyasiya instansiyası məhkəmələrində müdafiə etdikləri dəlillərlə müqayisə edilməklə ətraflı şərh edildiyindən, məhkəmə kollegiyası isə qeyd olunan (kassasiya şikayətində göstərilənlərlə eyni olan) dəlillərin araşdırılması, eləcə də bu araşdırmanın nəticələrinin yoxlanılması üzrə müvafiq olaraq birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticələrlə razılaşdığından, həm də kassasiya şikayətində birinci və apellyasiya instansiyası məhkəmələrinin çıxardıqları nəticələri təkzib edə biləcək, məhkəmə araşdırmalarının obyektivliyini, tamlığını, hərtərəfliliyini şübhə altına ala biləcək dəlillər gəti rilmədiyindən, nə sübutları yenidən təsvir edib onları və kassasiya şikayətinin dəlillərini daha ətraflı şərh etmək, nə də ki, apellyasiya məhkəməsinin yekun qərarını şübhə altına almaq üçün əsas görmür. Məhkum1 cəza təyin edilərkən və cəzanın təyin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin əsaslılığı və qanuniliyi apellyasiya qaydasında yoxlanılarkən də məhkəmələr tərəfindən hər hansı pozuntuya yol verilməmiş, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, cəzanın təyin edilməsinin ümumi əsaslarına və cəzanın məqsədlərinə dair Cinayət Məcəlləsinin müvafiq olaraq 59, 61, 58.3 və 41.2-ci maddələrinin tələblərinə əməl edilmiş, o cümlədən Məhkum1 törətdiyi cinayət əməllərini qismən etiraf etməsi və zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmaması kimi onun cəzasını yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması cinayətlərin xarakteri, ictimai-təhlükəlilik dərəcəsi və Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələb etdiyi digər məsələlər üzrə müəyyən edilmiş hallarla, cəzanın məqsədləri ilə birlikdə götürülməklə (tarazlaşdırılmış şəkildə) nəzərə alınmış, Məhkum1 ayr-ayrı cinayətlərə görə və cinayətlərin məcmusu üzrə Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş ədalət prinsipinin tələblərinə cavab verən cəzalar təyin edilmişdir. Qeyd olunanlar apellyasiya məhkəməsinin qərarının qanuni və əsaslı olduğunu, məhkəmə tərəfindən kassasiya şikayəti ilə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.1, 416.1.2, 416.1.3 və 416.1.6-cı maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilmədiyini göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə qarşılıqlı tədqiq edərək, kassasiya şikayətinin təmin edilməsinə dair məhkumun müdafiəçisinin, kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib belə qənaətə gəlir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 mart 2022-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, məhkumun müdafiəçisi tərəfindən verilmiş şikayət təmin edilməməli, mübahisələndirilən qərar isə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərb aycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 181.2.1, 181.2.2 və 181.2.5-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 mart 2022-ci il tarixli, 1(106)-206/2022 nömrəli qərarı məhkumun müdafiəçisi Müdafiəçi6 tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-438/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-438/2023
21.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver