Məhkəmə qərarları › İş №1(102)-438/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-438/2024

13.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-438/2024 13.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə; Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, zərərçəkmiş şəxs X1 və məhkumun müdafiəçisi Müdafiəçi3 iştirakları ilə, Naxçıvan MR Ali M əhkəməsinin Cinayət kollegiyasının 07 sentyabr 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Faiq Heydərov (sədrlik edən və məruzəçi), Hüseyn Məmmədov və Səxavət Hüseynov) 1(109)7/2023 nömrəli 04 iyul 2023-cü il tarixli hökmü ilə, 7 aprel 1993-cü ildə Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, evli, 1 uşaq atası, santexnik ustası işləyən, məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına m əhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən onun 23 yanvar 2023-cü il tarixdən 04 iyul 2023-cü il tarixədək həbsdə saxlanıldığı 5 (beş) ay 11 (on bir) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesablanmaqla 10 (on) ay 22 (iyirmi iki) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına daxil edilərək həmin cəzadan çıxılmış və onun üzərində 1 (bir) il 7 (yeddi) ay 8 (səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Hökmlə həmçinin Təqsirləndirilən şəxs da təqsirli bilinərək məhkum edilmişdir. İşin halları: İttihama əsasən Məhkum və Təqsirləndirilən şəxs qabaqcadan cinayət əlaqəsinə girərək 2022-ci ilin dekabr ayının 24, 25 və 26-sı tarixlərində Zərərçəkmi ş şəxs məxsus ünvan 2 ünvanında yerləşən evə, onlar evdə olmadıqları müddətdə vahid niyyətlə qəsdən, tamah məqsədilə qanunsuz daxil olaraq evdən və evin zirzəmisindən Zərərçəkmiş şəxs məxsus qutularda istifadə edilməmiş təzə vəziyyətdə 8 ədəd əl-üz və bədən dəsmallarını, 2 ədəd biri qış üçün, biri yay üçün qadın xalatını, iki bağlamada kişi və qadın üçün corab dəstini, bir ədəd qadın gecə paltarını, 6 ədəd kişi üçün alt paltarını, 2 ədəd qadın üst geyimini, 6 ədəd çay dəsmalını, 5 ədəd kişi köynəyini, 4 ədəd qadın baş örtüyünü, bir ədəd qış üçün qadın koftasını, 2 dəst pasteli, bir ədəd elektron təzyiq ölçən aparatı, bir ədəd mexaniki təzyiq ölçən aparatı, 2 ədəd böyük və kiçik olmaqla suvenir xəncərləri, bir ədəd kişi üçün alt isti paltarı, 12 cüt kişi corabını, bir dəst Karaca markalı 12 nəfərlik yemək dəstini, bir dəst Karaca markalı 12 nəfərlik bakal dəstini, bir dəst Emsan markalı 6 nəfərlik kahvaltı dəstini, 12 nəfərlik Emsan markalı qaşıq-çəngəl dəstini, bir dəst 4 ədəd olmaqla Emsan markalı qazanları, bir dəst 4 ədəd olmaqla Emsan markalı qazantavaları, iki ədəd Karaca markalı orta böyüklükdə qazanları, iki ədəd böyükdən-kiçiyə Emsan markalı qazanları, bir ədəd böyük Emsan markalı qapaqlı qazanları, 4 ədəd böyükdənkiçiyə Emsan markalı tavaları, bir ədəd mikseri, 4 ədəd cüt nəfərlik, 3 ədəd tək nəfərlik pastel dəstlərini, ümumilikdə 5060 ədəd Masindor və Tac markalı dəsmalları əl-üz dəsmalını, çay dəsmalını, hamam dəsmalı, uşaq dəsmalları, 6 ədəd olmaqla 2-si 12 nəfərlik, 4-ü 6 nəfərlik stol örtüyünü, bir ədəd stol üstü dekarativ skateri, biri qaşlı, biri sadə olmaql a 2 ədəd pleti, yəni yataq örtüyünü, bir ədəd gəlincik pakrivalını, bir ədəd cüt nəfərlik yay yorğanı dəstini, 2 ədəd içərisi qu tükü olan və 2 ədəd içərisi silikon olan ümumilikdə 4 ədəd yastığı, bir ədəd Karaca markalı uşaq üçün çexol komplekti, bir ədəd qadın üçün hamam xələtini, bir ədəd cüt nəfərlik yumoş örtüyünü, 4 cüt ev ayaqqabısını, 24 ədəd irandan alınmış çini boşqabları, 6 ədəd böyük su stəkanını, 6 ədəd kiçik su stəkanını, 6 ədəd büllur armudu çay stəkanı, 6 ədəd böyük büllur stəkanı, 12 ədəd nəlbəkini, 6 ədəd Emsan markalı ədviyyat qablarını, 3 dəst iç-içə olan Emsan markalı saxlama qablarını, bir ədəd Frii qızartma aparatını, bir ədəd su dolçasını, bir ədəd qab qurutma setkasını, bir dəst 3-lü set Emsan markalı bıçaq dəstini, 10 ədəd müxtəlif ölçülü Emsan markalı bıçaqları, bir dəst salatdoğrayanı, Emsan markalı bir ədəd böyük, 4 ədəd fərqli ölçülərdə olan süzgəçləri, mətbəxdə istifadə olunmaq üçün nəzərdə tutulan bir dəst əlcəkləri, 5 ədəd şüşə materialından və şirli materialdan olan iç-içə saxlama qabları, 2 ədəd büllur konfet qabını, bir ədəd böyük çərəz qabını, 2 ədəd büllur mürəbbə qabını, bir ədəd uzunsov ağ rəngli meyvə qabını, 3 gözlü olmaqla 2 ədəd çərəz qabını, bir ədəd hamam naboru, yəni ayaqaltını, bir ədəd piano çalan qız, bir ədəd at qızılsuyuna batırılmış, iki ədəd durna suvinerlərini, Karaca markalı bir ədəd çayniki, bir ədəd fincanı, 3 ədəd fərqli görüntülü fincanları, 6 nəfərlik boşqabları, Emsan markalı bir ədəd 4 bucaqlı, bir ədəd düzbucaqlı kek qablarını, silikonlu 3 ədəd kek qabını, 6 ədəd balaca kek qabını, bir ədəd böyük ölçülü kek qab ını, bir ədəd ayı formalı kek qabını, bir ədəd açıcı nabor dəstini, 3 ədəd salatmeyvə taxtasını, bir ədəd taxta qaşıq dəstini, bir dəst Emsan markalı 12 nəfərlik salatqaşıq setini, 3 ədəd ölçü qabı setini, bir ədəd mətbəx tərəzisini, ev və hamam üçün asılqanları, bir ədəd süd bişirən qabı, bir ədəd ayran hazırlama aparatını, bir ədəd yataq otağında stol üstünə qoymaq üçün nəzərdə tutulmuş çəhrayı rəngli saatı, 3 ədəd tutacaqları, bir ədəd göyərti qayçısını, 2 ədəd sous qabını, bir ədəd şüşə yağ butulkasını, iki ədəd Emsan markalı böyük-balaca salfet qabını, 4 ədəd qazan-çaydan altlıqları, bir ədəd şüşə pendir qabını, 2 ədəd sabun qabını, bir ədəd diş fırçası naborunu, bir ədəd xəmirkəsəni, bir ədəd limon sıxanı, bir ədəd limon spreyini, bir yağ fırçasını, bir ədəd antibakterial toz fırçası nı, bir ədəd sarımsaq əzəni, bir ədəd banka ağzı açanı, bir ədəd ət baltasını, bir ədəd ətdöyəni, bir ədəd Emsan markalı göyərti doğrayanı, bir ədəd qaşıq qabını, bir ədəd üçlü paltaryuyan üçün setkanı, 20 ədəd şpilkanı, bir ədəd yumurta çalan, bir ədəd yumurta doğrayanı, bir ədəd setkalı tərəvəz doğrayan setini, bir ədəd çay dəmləmə setkasını, bir ədəd maşanı, bir ədəd şabalıd kəsəni, bir ədəd tərəvəz içi çıxaranı, bir set ölçü qaşığını, bir ədəd silikon qaşığı, bir ədəd pizza doğrayanı, bir ədəd tum çıxaranı, bir ədəd un ələyini, bir ədəd xəmir aparatını, bir ədəd süngər qabını, bir ədəd qazan silən kremli dəsmalı, bir ədəd balıq təmizləyəni, bir ədəd qıf dəstini, bir ədəd kökə bükən fiqur dəstini, bir ədəd konyak açanı, bir ədəd qoz qıranı, bir ədəd buxar setkasını, bir qutuda 100 ədə d mətbəx üçün əlcəyi, bir ədəd tərəvəz paketini, bir ədəd streçi, bir ədəd falqanı, bir ədəd yağlı kağızı, bir ədəd çiyin çantasını, bir ədəd diş çöpü qabını, bir ədəd duz-istiot qabını, bir ədəd önlüyü, 40 ədəd rus lampoçkası, qablaşdırılması açılmamış iki ədəd 6 kq-lıq Ariel paraşoku, 2 ədəd qara paltar üçün Perwolu, 2 ədəd Fairini, həmçinin gündəlik məişətdə istifadə etdikləri bir ədəd LG 107 ekran televizoru, bir ədəd Beko markalı kondisionerin 90 kvadrat metr ölçülü evin içərisində olan hissəsini, bir ədəd DVD playeri, bir ədəd kaset üçün video playeri, bir ədəd Beko markalı stolüstü kompüter dəstini, bir ədəd orta böyüklükdə hədiyyəlik ayı oyuncağını, bir ədəd qızılı rəngli İrandan alınmış böyük güldanı, bir ədəd əl tikiş maşını, bir ədəd Nissa X-trail markalı avtomobilə məxsus monit oru, 4 ədəd istifadə edilmiş çexol-mələfə dəsti, birinin eni 3x4 metr, üçünün eni 2x3 metr ölçüdə olan 4 ədəd xalçaları, bir ədəd ağ rəngli çexolu, hər biri 35 metr olan ümumilikdə 70 metr süfrəni, bir ədəd qulplu 50 litrlik alüminium qazanı, iki ədəd 40 litrlik qulplu alüminium qazanı, bir ədəd qulpsuz 60 litrlik alüminium qazanı, bir ədəd qulpsuz 40 litrlik alüminium qazanı, bir ədəd qulplu 10 litrlik alüminium qazanı, ümumilikdə 6 ədəd yemək qazanı, bir ədəd 30 litrlik qazla işləyən İran istehsalı samovarı, bir ədəd 10 litrlik Rusiya istehsalı odun samovarını, 250 ədəd sovuz boşqabını, 150 ədəd dolma boşqabını, 200 ədəd plov boşqabını, 70 ədəd soyutma üçün boşqabı, 24 ədəd kasanı, 100 ədəd nəlbəkini, 100 ədəd Rusiya istehsalı çay stəkanını, 70 ədəd araq stəkanını, 10 ədəd müxtəlif ölçül ü padnosu, 3 ədəd şirli ləyəni, 4 ədəd aşsüzəni, 2 ədəd istifadə olunmamış şirli vedrəni, bir ədəd nikel materiallı böyük, Türkiyə istehsalı olan yastı qazanı, 2 ədəd GEPAS markalı elektron ət maşınını, bir dəst Arzum markalı meyvə suyu çəkəni, bir dəst blenderi, bir ədəd mikseri, bir ədəd tostteri, 2 ədəd 10 kq-lıq, 2 ədəd 5 kqlıq şüşə balonları, bir ədəd 10 litrlik alüminium flyakı, 2 ədəd təkərli yol çantalarını, bir ədəd tefalı, bir ədəd termosu, bir ədəd dreli, bir ədəd laqondanı, hər biri 100 metr olmaqla qara-qırmızı rəngli 4-lük 2 top elektrik kabelini, 2 ədəd VAZ 21074 markalı minik avtomobilinə məxsus təhlükəsizlik bel kəmərini, bir ədəd irandan alınma böyük qulplu qazanı, 2 ədəd ətri, biri böyük, biri kiçik olmaqla 2 ədəd alüminium ləyəni, bir ədəd yarma çəkən aparatı, iki yataq otağının üstündəki hər biri 5 ədəd olmaqla açarları, bundan əlavə 12 ədəd özəlləşdirmə çekini, 10000 manat məbləğində pulunu gizli yolla talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 60000 manat məbləğində maddi ziyan vurmaqla Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilmişlər. Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Fərman Abbasov (sədrlik edən və məruzəçi), Əli Allahverdiyev və Yusifəli Qurbanov) 07 sentyabr 2023-cü il tarixli, 1(108)-19/2023 nömrəli qərarı ilə Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin 1(109)7/2023 nömrəli, 04 iyul 2023-cü il tarixli hökmü Məhkum aid hissədə dəyişdirilmiş, Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddəl əri ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Məhkum 23 yanvar 2023-cü il tarixdən 04 iyul 2023-cü il tarixədək həbsdə saxlanıldığı 5 (beş) ay 11 (on bir) gün müddət nəzərə alınaraq ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 2 (iki) il 6 (altı) ay 19 (on doqquz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzaçəkmə müddətinin başlanğıcı 07 sentyabr 2023-cü il tarixdən hesablanmış, hökm qalmış hissədə dəyişdirilmədən saxlanılmışdır. Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmişdir. Məhkum müdafiəçisi Müdafiəçi3 kassasiya şikayəti verərək Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Cinayət kollegiyasının 07 sentyabr 2023-cü il tarixli qərarının ləğv edilməsi və Məhkum barəsində az adlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi Müdafiəçi3 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin qərarından görünür ki, məhkəmə kollegiyası tamamilə mülahizələrə əsaslanmış, müdafiə tərəfindən təqdim edilmiş sübutlara, şübhəli hallara heç fikır vermədən, işin hallarını tam və hərtərəfli araşdırılmadan, şübhələr aradan qaldırılmadan əsassız qərar çıxarmışdır. Belə ki, dövlət ittihamçısı birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın saxlanmasını xahiş etmiş, Məhkum gənc ailə olması və yoldaşının ona ehtiyacının olması, himayəsində azyaşlı uşağının olması, törətdiyi əməllərə görə səmimi peşmanlıq ifadə etməsi, istintaq orqanına heç-bir maneçili k törətməməsi, istintaq orqanından yayınmayaraq cinayətin üstünün açılması üçün əlindən gələn köməkliyin göstərilməsi və s. halların məhkəmə tərəfindən nəzərə alınmaması, verilmiş cəzanın şəxsin şəxsiyyətinə uyğun olmadığının bariz nümunəsidir. Yuxarıda qeyd edilənlərdən və Qədir Cəfərovun təqsirli bilindiyi hərəkətlərdən də aydın olur ki, zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti üzrə Naxçıvan MR Ali Məhkəməsinin gəldiyi nəticə və dəyərləndirmə haqlı deyildir. Yuxarıda qeyd edilənlərdən görünür ki, məhkəmə kollegiyası həm qərəzli, həm də yanlış qərar çıxarmışdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cinayət işinin halları nəzərə almamış, Cinayət Məcəlləsinin müvafiq maddəsini tələblərinə əməl etməmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasi ya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının, zərərçəkmiş şəxsin və müdafiəçinin çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutla ra hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apelyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki ha llarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPMin 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, məhkum edilmiş şəxs Məhkum əməli Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddə ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Həmçinin kassasiya şikayətində əməlin tövsifi məsələsi mübahisələndirilməmişdir. İlk-öncə məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının qanunsuz və əsassız olması barədə kassasiya şikayətinin dəlilinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikas ı Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Məhkum Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinmişdir. Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cina yət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. İş materiallarından görünür ki, Məhkum Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə özünü qismən təqsirli bilsə də, onun törətmiş old uğu cinayət əməli onun özünün, digər məhkum Təqsirləndirilən şəxs cinayət işi üzrə ibtidai istintaq və məhkəmə icraatı zamanı təqsirləndirilən şəxs qismində verilmiş ifadələri, zərərçəkmiş şəxsin ifadələri, istintaq hərəkətlərin keçirilməsi haqqında protokolları, ekspertiza rəyi ilə məhkəmə istintaqında tam sübuta yetirilmişdir. Məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökmdə göstərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmələr Məhkum elan iş üzrə düzgün nəticəyə gəlmişdir. İş materiallarından görünür ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmış, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etmiş və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlmişdir. Məhkəmə kollegiyası Məhkum əməllərinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPMin 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, hesab edir ki, Məhkum CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş əməli törətməsi sübut edilmiş, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə apellyasiya instansiyası məh kəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Apellyasiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası kassasiya şikayətinin Məhkum barəsində olan apellyasiya məhkəməsinin qərarının əsassız və qanunsuz olması barədə dəlilləri ilə razılaşmır. Cinayət işinin materiallarından göründüyü kimi, ibtidai araşdırma zamanı sadalanan sübutların əldə olunması və onların apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən ağlabatan mü ddətdə baxılmış, məhkəmə baxışı zamanı yolverilməz sübutlardan istifadə olunmamış, cinayət prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş sübutların tədqiqindən əsassız olaraq imtina edilməmiş və prosesin iştirakçılarına, o cümlədən təqsirləndirilən şəxs Məhkum qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlarından tam həcmdə istifadə etməsi üçün kifayət qədər imkanlar və şərait yaradılmışdır. Məhkum müdafiəçisi Müdafiəçi3 kassasiya şikayətinin digər dəlili Naxçivan Muxtar Respublikasının Ali Məhkəməsi tərəfindən yüngülləşdirici halları nəzərə almadan ona ağır cəzanın təyin edilməsidir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirl ər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda Azərbaycan Respubli kası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət e dilməsinin qarşısını almaq məqsədi daşıyır. İşdən görünür ki, apelyasiya instansiya məhkəməsi Məhkum himayəsində üç azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar qismində nəzərə almış və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halların olmamasını müəyyən etmişdir. Bununla da, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 3 il müddətə аzаdlıqdаn məhrumеtmə cəzası təyin edilmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Göründüyü kimi, məhkəmə M əhkum cəza təyin edərkən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halları kifayət qədər nəzərə almışdır. Məhkəmə kollegiyasının qənaətinə görə təyin edilmiş cəza məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətinə, habelə işin hallarına uyğundur. Belə ki, Məhkum əməlində cəzasını ağırlaşdıran halların olmasını müəyyən etməsə də, kollegiya qeyd edir ki, Məhkum tərəfindən törədilmiş cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş ziyan aradan qaldırılmamışdır. Ona görə də məhkəmə kollegiyası nəticəyə gəlir ki, kassasiya şikayətinin cəzanın sərt olması və yüngülləşdirici halları nəzərə almadan təyin edilməsi barədə dəlilləri əsassızdır. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan da məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum cəza təyini ilə bağlı mövqeyini əsaslı hesab edir. Bu baxımdan da məhkəmə kollegiyası hesab edir ki, təyin edilmiş cəza ədalətli və qanunidir, məhkumun şəxsiyyətinə və əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğundur, təyin edilmiş cəzanın daha da yüngülləşdirilməsi üçün işdə heç bir qanuni əsas yoxdur. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsində qərarın ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Məhkum barəsində Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Cinayət kollegiyasının 07 sentyabr 2023-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərba ycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Cinayət kollegiyasının 07 sentyabr 2023-cü il tarixli qərarı Məhkum aid hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar