Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-439/2019 05.03.2019 ALİ MƏHKƏMƏ İş № 1(102)439-19 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ 05 mart 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və İmran Teymurxan oğlu Hacıqayıbovdan ibarət tərkibdə, Samirə Cavid qızı Nəsibovanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X6, müdafiəçisi Müdafiəçi iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Məh kəməsinin 02 fevral 2017-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 179.3.2 və 308.2-ci maddələri ilə və qeyrisinin təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 dekabr 2017-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 02 fevral 2017-ci il tarixli hökmü ilə (hakimlər: X18 (sədrlik edən), X21 (məruzəçi hakim) və X2 ibarət tərkibdə) Məhkum – xx.xx.1973-cü ildə ********** şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, üç azyaşlı uşaq atası, ali təhsilli, məhkum olunmamış, “Nikoil” X4 “ünvan 1 ünvanda qeydiyyatda olan, ünvan 2ası CMnin 179.3.2 və 308.2-ci ma ddələri ilə təqsirli bilinib, CM-in 179.3.2-ci maddəsi ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 308.2-ci maddəsi ilə 2 (iki) il müddətə dövlət və yerli özünü idarə orqanlarında bank və kredit təşkilatlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas cəzaları qismən, əlavə cəzanı tam toplamaq yolu ilə Məhkum dövlət və yerli özünü idarə orqanlarında bank və kredit təşkilatlarında 2 (iki) il müddətə rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməklə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Həmin hökmlə X8 da təqsirli bilinib məhkum edilmişdir. İşin halları: Hökmə əsasən Məhkum, 08 noyabr 2002-ci ildən 01 mart 2012-ci ilədək "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Lənkəran” filialının direktoru vəzifəsində işləyərkən, onunla bağlanmış əmək müqaviləsinə, ASC-nin Nizamnaməsinə, müvafiq vəzifə təlimatına və Azərbaycan Respublikası Mərkəzi X23 03 noyabr 2004-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Banklarda hesabların açılması, aparılması və bağlanması Qaydaları”, 07 noyabr 2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında fəaliyyət göstərən kredit təşkilatlarında mühasibat uçotunun aparılması Qaydaları”, 10 aprel 2002-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının kredit təşkilatlarında kassa əməliyyatlarının aparılması və qiymətlilərin inkassasiyasının təşkili Qaydaları”nı n tələblərinə əsasən, filialın fəaliyyətinin təlimatlara uyğun olaraq qurulmasını, ona etibar edilmiş maddi sərvətlər, pul vəsaitlərinin mühafizəsi və dəqiq uçotunun aparılmasını, filialın kredit və depozit portfellərinin dinamikasına gündəlik olaraq nəzarət edilməsini təmin etməli və digər səlahiyyətlərə malik vəzifəli şəxs olduğu halda, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək və Lənkəran şəhər sakini X3 ASCnin «Lənkəran» filialındakı depozit hesablarına əmanət kimi qəbul edilməklə, ona etibar olunmuş əmlakı – külli miqdarda pul vəsaitini vahid qəsdlə talama məqsədilə, əmanətçinin məlumatı və razılığı olmadan, bankın kompyuter əməliyyat sistemindəki informasiya resuslarının məzmununa yalan, yəni ayrı-ayrı vaxtlarda R8ya depozit hes abındakı vəsaitdən guya müxtəlif məbləğlərin verilməsinə dair məlumatların daxil edilməsini və hər dəfə müvafiq xəzinə məxaric orderlərinin tərtib olunmasını təmin edərək, R8 adına olan ***************** nömrəli depozit hesabından 04 iyul 2006-cı ildə 100.000 manat, ********************** nömrəli depozit hesabından 03 mart 2009-cu ildə 300.000 manat və ************************ nömrəli depozit hesabından 26 avqust 2010-cu ildə 100.000 manat olmaqla, ümumilikdə 500.000 (beş yüz min) manat pulu saxta məxaric orderləri əsasında "xxxx" ASC-nin Lənkəran şəhəri, ****************** ünvanında yerləşən “Lənkəran” filialının xəzinəsindən nağd olaraq götürüb, həmin məbləği özünün şəxsi ehtiyaclarına sərf edərək, ona etibar olunmuş külli miqdarda özgə əmlakını öz qulluq mövqeyindən istifadə edib mənims əməklə talamış, bundan sonra qeyd olunan törətdiyi cinayət əməllərini gizlətmək, depozit hesabına qoyulmuş vəsaitin mövcudluğunu təsdiq etmək üçün, guya 100.000 manatın R8 adına depozitə qəbul edilməsi barədə 30 avqust 2010-cu il tarixli AB/124-A saylı, 100.000 manatın X7 adına depozitə qəbul edilməsi barədə 12 noyabr 2010-cu il tarixli AB-/18 saylı, 100.000 manatın R6 adına depozitə qəbul edilməsi barədə 30 dekabr 2010-cu il tarixli AB-/18 saylı, 100.000 manatın R8 adına depozitə qəbul edilməsi barədə 14 yanvar 2011-ci il tarixli AB-/37a saylı və 100.000 manatın R6 adına depozitə qəbul edilməsi barədə 30 sentyabr 2011-ci il tarixli AB-/01 saylı saxta əmanət müqavilələrini tərtib və imzası ilə təsdiq edərək, R8 adına olan 1143 nömrəli əmanət kitabçasına 500.000 manatın depozitə qoyulmasına dair yalan məlumatların qeydiyyatının aparılmasını təmin etməklə həmin sənədləri sonuncunun əri X9 vermiş və bununla da öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib fiziki və hüquqi şəxslərin pul vəsaitini depozitə cəlb etmək, həmin vəsaiti müddətlilik və faizlə geri qaytarmaq şərti ilə öz adından və öz hesabına yerləşdirmək, fiziki və hüquqi şəxslərin hesablarını açmaq və aparmaq əməliyyatlarının məcmusunu həyata keçirmək üçün müstəsna hüquqa malik kredit təşkilatı olan bankın effektliyi, etibarlılığı və digər keyfiyyət göstəriciləri üzrə nüfuzuna xələl gətirən həmin hərəkətləri ilə fiziki və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vuraraq əməli ağır nəticələrə səbəb olmuşdur. Hökmdən Məhkum özü və müdafiəçisi X10 tərəfindən ay rı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X11 (sədrlik edən və məruzəçi), X12 və X5 ibarət tərkibdə) 14 dekabr 2017-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, hökm dəyişdirilmiş, Məhkum CM-nin 179.3.2-ci maddəsi ilə 8 (səkkiz) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 308.2-ci maddəsi ilə 2 (iki) il müddətə dövlət və yerli özünü idarə orqanlarında bank və kredit təşkilatlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas cəzaları qismən, əlavə cəzanı qismən toplamaq yolu ilə Məhkum dövlət və yerli özünü idarə orqanlarınd a bank və kredit təşkilatlarında 2 (iki) il müddətə dövlət və yerli özünü idarə orqanlarında bank və kredit təşkilatlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hökm Məhkum aid qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 dekabr 2017-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti verərək qərarın dəyişdirilməsini və məhkumun barəsində CM-nin 70-ci maddəsi tətbiq edilməklə, ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının sınaq müddəti ilə şərti hesab olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, təyin olunmuş cə za ədalətli deyil. Belə ki, məhkəmə tərəfindən cəza təyin edilərkən iş üzrə cəzanı yüngülləşdirən halları, yəni Məhkum himayəsində iki azyaşlı bir yetkinlik yaşına çatmayan üç uşağının olmasını, ilk dəfə cinayət əməli törətməsini, etdiyi cinayət əməlindən səmimi peşman olmasını, övladlarından biri azyaşlı X13 “Epilepsiya tez-tez təkrarlanan tutmalarla gedən” diaqnozla sistematik stasionar və ambulator müalicə olunmasını nəzərə almayaraq ona həddindən artıq ağır cəza təyin etmişdir. Bundan başqa Məhkum qohumları dəymiş ziyanı hissə-hissə ödəməyə hazırdırlar. Apellyasiya instansiyası məhkəməsi bu prinsipləri nəzərə almadan iş üzrə kifayət qədər yüngülləşdirici hallar olmasına baxmayaraq Məhkum şəxsiyyətinə uyğun olmayan və həddindən artıq ağır cəza təyin etməklə CM-nin 59-cu maddəsinin tələb lərini pozmuşdur. Belə olan halda Məhkum cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkünsüz hesab edilməsi əsaslı deyildir. Beləliklə, sadalanan xüsusatlara əsasən Məhkum barəsində olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 dekabr 2017-ci il tarixli qərarı dəyişdirilməli və ona həbslə əlaqədar olmayan cəza təyin olunmalıdır. Qeyd olunanlara əsasən kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 dekabr 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilm iş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Kassasiya şikayətinin dəlilləri məhkuma azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsi barədədir, əməlin hüquqi tövsifi mübahisələndirilməmişdir. Cinayət işinin materiallarından müəyyən edilir ki, Məhkum cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində nəzərdə tutulmuş digər hallarla yanaşı cəzanı yüngülləşdirən hallar da nəzərə alınmışdır. Belə ki, b irinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş təqsirləndirilən şəxs Məhkum cəzasını ağırlaşdıran halın olması müəyyən edilməmiş, təqsirləndirilən şəxsin himayəsində azyaşlıuşaqlarınınolması cəzasını yüngülləşdirən hal kimi qiymətləndirilərək nəzərə alınmışdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkum R8 adına olan depozit hesabından ümumilikdə 500.000 (beş yüz min) manat pulu saxta məxaric orderləri əsasında "xxxx" ASC-nin Lənkəran şəhəri, ********** ünvanında yerləşən “Lənkəran” filialının xəzinəsindən nağd olaraq götürüb, həmin məbləği özünün şəxsi ehtiyaclarına sərf edərək, ona etibar olunmuş külli miqdarda özgə əmlakını öz qulluq mövqeyindən istifadə edib mənimsəməklə talamış, bundan sonra qeyd olunan törətdiyi cinayət əməllərini gizlətmək, depozit hesabına qoyulmuş vəsaitin mövcudluğunu təsdiq etmək üçün, R8 adına olan 1143 nömrəli əmanət kitabçasına 500.000 manatın depozitə qoyulmasına dair yalan məlumatların qeydiyyatının aparılmasını təmin etməklə həmin sənədləri sonuncunun əri X9 vermişdir. Məhkum vurulmuş maddi ziyanın aradan qaldırılması üçün heç bir tədbir görməmişdir. Bu hallar cinayətin ictimai təhlükəsizlik dərəcəsini xarakterizə edən hallardır. Bu halları da nəzərə almaqla məh kəmə Məhkum barəsində azadlıqdan məhrum etmə növündə cəza seçməklə cəzanın məqsədi barədə qanunun tələbinə uyğun nəticəyə gəlmişdir. CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkum cinayəti törətdikdən sonra cinayətin ictimai təhlükəlilik dərəcəsini azaldan və islah yoluna düşməsinə dəlalət edən heç bir hərəkət etməmişdir. Birinci instansiya məhkəməsi məhkumun təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının hədləri daxilində cəza təyin etmişdir. Apellyasiya instansiya məhkəməsi cəzanın yüngülləşdirilməsi barədə müdafiə tərəfinin dəlillərinin əsaslılığını yoxlamış və birinci in stansiya məhkəməsinin hökmünü dəyişdirərək cəzasını yüngülləşdirmişdir. Cinayət işininnin ibtidai istintaqı, birinci və apellyasiya instansiyasında məhkəmə baxışı mərhələrəndə cinayət və cinayət-prosessual qanunların tələblərinin, məhkumun müdafiə və ədalətli məhkəmə araşırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Kassasiya şikayətində cəzanın yüngülləşdirilməsinə əsas verən halların mövcudluğuna istinad edilməmiş, belə halların cinayət işinin materiallarında mövcudluğu da müəyyən edilməmişdir. Ona görə də kassasiya şikayəti təmin edilməməlidir. Kassasiya şikayətinin təmin edilməsi və cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 dekabr 2017-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum təqsirli bilinib məhkum edilməsi barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 dekabr 2017-ci il tarixli qərarı Məhkum aid hissədə kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın. Sədrlik edən: Fərhad Kərimov Hakimlər: Gülzar Rzayeva İmran Hacıqayıbov
Məhkəmə qərarları › İş №1(102)-439/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-439/2019
05.03.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver