Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-439/2023 02.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və X22 ibarət tərkibdə, Əhmədli Aytac Səfa qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analtik təhlil şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X33, Məhkum iştirakları ilə, Məhkum Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3, 178.2.4 və 313-cü maddələri ilə məhkum edilməsinə dair üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 dekabr 2021-ci il tarixli 1(106 )-864/2021 saylı qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Rayon Məhkəməsinin 25 avqust 2021-ci il tarixli, 1(049)-316/2021 saylı hökmünə əsasən (hakim Toğrul Məmmədov) xx xxxx 1997-ci il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 il müddətinə müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə ona 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəs ində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 il müddətinə müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 1 (bir) il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci və 66.4-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum 3 (üç) il müddətinə müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcı 04 sentyabr 2020-ci il tarixdən hesablanması hökm edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkum edilmiş şəxs Məhkum müdafiıçisi Ə.Muradov tərəfindən apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər X68 (sədrlik edən və məruzəçi), X74 və X9 ibarət tərkibdə) 21 dekabr 2021-ci il tarixli 1(106)-864/2021 saylı qərarı ilə məhkum edilmiş şəxs Məhkum müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Azərbaycan Respublikası CPM-in 397-ci maddəsinin tələblərinə əsasən Lənkəran Rayon Məhkəməsinin 25 avqust 2021-ci il tarixli, 1(049)-316/2021 saylı hökmü dəyişdirilmiş, Azərbaycan Respublikası CPM-in 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi əsası ilə Məhkum barəsində Azərbaycan Respublikası CM-in 313-cü maddəsi ilə olan cinayət təqibinə xitam verilmiş, Məhkum Azərbaycan Respublikası CM-in 313-cu maddəsi ilə cəza təyin edilmə sinə dair, habelə həmin Məcəllənin 66.2 və 66.4-cü maddələrinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməsinə dair müddəalar hökmdən xaric edilmiş, Məhkum üzərində hökmlə ona Azərbaycan Respublikası CM-n 178 2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təyin edilmiş 2 (iki) il müddətə müəyyən vəzilə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə. 4 (dörd) il:müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 dekabr 2021-ci il tarixli 1(106)-864/2021 saylı qərarıından məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: Birinci instansiya məhkəmənin hökmünə əsasən Məhkum ona görə məhkum edilmişdir ki, o, təkrarən öz qulluq mövqeyindən istifadə e dərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib xeylimiqdarda ziyan vurmaqla dələduzluq etmiş və təkrarən rəsmi sənədlərə tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı etmişdir. Belə ki, Məhkum 2019-cu ilin mart ayında"xxxx"MMC-nin Lənkəran rayon şöbəsinin rəisi vəzifəsində işləyərkən vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gələrək, bu məqsədlə 23 mart 2019- cu il tarixdə iş axtaran kimi ona müraciət etmiş Lənkəran rayonu Zövlə kənd sakini X17 övladı X18 rəhbəri olduğu mühafizə şöbəsinə mühafizəçi vəzifəsinə işə qəbul etmək səlahiyyətinə malik şəxs olduğunu bildirib, Allahyar Əskərovun etibarını qazandıqdan sonra sonunc unun ona olan inam və etibarından suiisiifadə edərək, Lənkəran Şəhər Tənsii Şöbəsi, o cümlədən Lənkəran rayonu, Zövlə kənd tam orta məktəbi ilə heç bir müqaviləsi olmadan guya sonuncunun oğlu Rövlan Əskərlinin həmin məktəbdə gündüz növbəsində mühafizəçi kimi işləyib hər ay 200 manat əmək haqqı alacağını yalandan vəd edib aldadaraq, işə qəbuldan əvvəl sənədlərin hazırlanması və çəkiləcək xərclər adı ilə rəisi olduğu şöbənin Lənkəran şəhərində yerləşən ofisində X10 1000(min) manat məbləğində pul vəsaitini öz qulluq mövqeydindən istifadə etməklə etibardan sui istifadə etmə və aldatma yolu ilə ələ keçirib dələduzluq etmiş, bundan sonra törətdiyi dələduzluq cinayətini ört-basdır etməjk məqsədi ilə 2019-cu ilin may ayında Rövlan Əskərlinin adına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mər kəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi" altsisteminə emək müqaviləsi bildirişi və rəsmi sənəd olan xidməti vəsiqənin məzmununa tamah niyyəti ilə bilə-bilə X11 “Beynəlxalq Mühafizə Xidməti”nin Lənkəran rayonşöbəsində mühafizəçi işləməsi barədə yalan məlumatlar daxil edərək, 10 may 2019-cu il tarixli, 032 nömrəli həmin vəsiqəni imzası və rəhbəri oiauğu şöbənin möhürü iiə təsdiq etməklə vəzifə saxtakarlığı etmişdir. Bundan başqa o, təkrarən 2019-cu ilin aprel ayında “İnternational Security Service Mühafizə Xidməti" MMC-nin Lənkəran rayon şöbəsinin rəisi vəzifəsində işləyərkən vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək, qərarına gələrək bu məqsədlə 02 aprel 2019-cu il tarixdə iş axtaran kimi ona müraciət etmiş Lənkəran rayonu Tükəvilə kənd sakinləri X69 və övladı X53 rəhbəri olduğu mühafizə şöbəsinə mühafizəçi vəzifəsinə işə qəbul etmək səlahiyyətinə malik şəxs olduğunu bildirib Rza Salayevin etibarını qazandıqdan sonra sonuncunun ona olan inam və etibarından sui-istifadə edərək, Lənkəran Şəhər Təhsil Şöbəsi, o cümlədən Lənkəran rayonu, Tükəvilə kənd tam orta məktəbi iiə heç bir müqaviləsi olmadan guya onların həmin məktəbdə mühafizəçi kimi işləyib hər ay 200 manat əmək haqqı alacaqlarını yalan vəd verib, aldadaraq, işə qəbuldan əvvəl sənədlərin hazırlanması və çəkiləcək xərclər adı ilə ümumilikdə 600 manata razılaşıb, həmin puldan 300 manatını Bəhruz Salayevin işlə təmin olunduqdan sonra verilməsi barədə danışıb razılaşmaqla, qalan 300 manatını isə sonuncudan Lənkəran şəhərində yerləşən ofisində almaqla - təkrar öz qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib dələduzluq etmiş, bundan sonra törətdiyi dələduzluq cinayətini örtbasdır etmək məqsədi ilə təkrarən Bəhruz Salayevin adına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” altsisteminə əmək müqaviləsi bildirişi və 2019-cu ilin may ayında rəsmi sənəd olan xidməti vəsiqənin məzmununa tamah niyyəti ilə bilə-bilə X45 və 2019-cu ilin avqust ayında X46 “Beynəlxalq Mühafizə Xidməti”nin Lənkəran rayon şöbəsində mühafizəçi işləmələri barədə yalan məlumatlar daxil edərək, müvafiq olaraq 10 may 2019-cu il tarixli, 033 nömrəli və 01 avqust 2019-cu il tarixli, 084 nömrəli vəsiqələri imzası və rəhbəri olduğu şöbənin möhürü ilə təsdiq etməklə vəzifə saxtakarlığı etmişdir. Bundan başqa o, təkrarən 2019-cu ilin aprel ayında İnternational Security Service Mühafizə Xidməti” MMCnin Lənkəran rayon şöbəsinin rəisi vəzifəsində işləyərkən vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gələrək, bu məqsədlə 20 aprel 2019-cu il tarixdə iş axtaran kimi ona müraciət etmiş Lənkəran rayonu Separadi kənd sakini X47 rəhbəri olduğu mühafizə şöbəsinə mühafizəçi vəzifəsinə işə qəbul etmək səlahiyyətinə malik şəxs olduğunu bildirib, etibarını qazandıqdan sonra sonuncunun ona olan inam və etibarından sui-istifadə edərək, Lənkəran Şəhər Təhsil Şöbəsi, o cümlədən Lə nkəran rayonu, Separadi kənd tam orta məktəbi ilə heç bir müqaviləsi olmadan guya Ceyhun Əliyevin həmin məktəbdə mühafizəçi kimi işləyib hər ay 250 manat əmək haqqı alacağını yalan vəd verib, aldadaraq, işə qəbuldan əvvəl sənədlərin hazırlanması və çəkiləcək xərclər adı ilə 700 manat məbləğində pul vəsaitini Lənkəran rayonu, Separadi kəndində almaqla - təkrar öz qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib dələduzluq etmiş və bundan sonra törətdiyi dələduzluq cinayətini ört basdır etmək məqsədi ilə təkrarən 2019-cu ilin iyun ayında rəsmi sənəd olan xidməti vəsiqənin məzmununa tamah niyyəti ilə bilə bilə X34 “Beynəlxalq Mühafizə Xidməti”-nin Lənkəran Rayon şöbəsində mühafizəçi işləməsi barədə yalan məlumatlar daxil edərək 10 iyun 2019-cu il tarixli, 069 nömrəli həmin vəsiqəni imzası və rəhbəri olduğu şöbənin möhürü ilə təsdiq etməklə vəzifə saxtakarlığı etmişdir. Bundan başqa o, təkrarən 2019-cu ilin aprel ayında "xxxx" MMC-nin Lənkəran rayon şöbəsinin rəisi vəzifəsində işləyərkən vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gələrək, bu məqsədlə 20 aprel 2019-cu il tarixdə iş axtaran kimi ona müraciət etmiş Lənkəran rayonu Separadi kənd sakini X35iunu rəhbəri oiauğu mühafizə şöbəsinə mühafizəçi vəzifəsinə işə qəbul etmək səlahiyyətinə malik şəxs olduğunu bildirib, etibarını qazandıqdan sonra sonuncunun ona olan inam və etibarından sui-istifadə edərək, Lənkəran Şəhər Təhsil Şöbəsi, o cümlədən Lənkəran rayonu, Se paradi kənd tam orta məktəbi ilə heç bir müqaviləsi olmadan guya Elnur Məhərrəmzadənin həmin məktəbdə mühafizəçi kimi işləyib hər ay 250 manat əmək haqqı alacağını yalan vəd verib, aldadaraq, işə qəbuldan əvvəl sənədlərin hazırlanması və çəkiləcək xərclər adı ilə 700 manat məbləğində pul vəsaitini Lənkəran rayonu Separadi kəndində almaqla - təkrar öz qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib dələduzluq etmiş və bundan sonra törətdiyi dələduzluq cinayətini ört-basdır etmək məqsədi ilə təkrarən 2019-cu ilin iyun ayında rəsmi sənəd olan xidməti vəsiqənin məzmununa tamah niyyəti ilə bilə-bilə X5 “Beynəlxalq Mühafizə Xidməti”nin Lənkəran rayon şöbəsində mühafizəçi işləməsi barədə yalan məlumatlar daxil edərək, 10 iyun 2019- cu il tarixli, 058 nömrəli həmin vəsiqəni imzası və rəhbəri olduğu şöbənin möhürü ilə təsdiq etməklə vəzifə saxtakarlığı etmişdir. Bundan başqa o, təkrarən 2019-cu ilin aprel ayının ortalarında "xxxx" MMC-nin Lənkəran rayon şöbəsinin rəisi vəzifəsində işləyərkən vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gələrək həmin tarixdə iş axtaran kimi ona müraciət etmiş Lənkəran rayonu Separadi kənd sakini X23 rəhbəri olduğu mühafizə şöbəsinə mühafizəçi vəzifəsinə işə qəbul etmək səlahiyyətinə malik şəxs olduğunu bildirib, etibarını qazandıqdan sonra sonuncunun ona olan inam və etibarından sui-istifadə edərək, Lənkəran Şəhər Təhsil Şöbəsi, o cümlədən Lənkəran rayonu, Separadi kənd tam orta məktəbi i lə heç bir müqaviləsi olmadan guya Səyyad Məmmədovun həmin məktəbdə mühafizəçi kimi işləyib hər ay 250 manat əmək haqqı alacağını yalan vəd verib aldadaraq, işə qəbuldan əvvəl sənədlərin hazırlanması və çəkiləcək xərciər adı iiə 700 manat məbləğində pui vəsaitini Lənkəran rayonu Separadi kəndində almaqla - təkrar öz qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib dələduzluq etmişdir. Bundan başqa o, təkrarən 2019-cu ilin aprel ayında İnternational Security Service Mühafizə Xidməti” MMC-nin Lənkəran rayon şöbəsinin rəisi vəzifəsində işləyərkən vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gələrək bu məqsədlə həmin tarixdə iş axtar an kimi ona müraciət etmiş Lənkəran rayonu Osaküçə kənd sakini X6 rəhbəri olduğu mühafizə şöbəsinə mühafizəçi vəzifəsinə işə qəbul etmək səlahiyyətinə malik şəxs olduğunu bildirib, etibarını qazandıqdan sonra sonuncunun ona olan inam və etibarından sui-istifadə edərək, Lənkəran Şəhər Təhsil Şöbəsi, o cümlədən Lənkəran rayonu, Separadi kənd tam orta məktəbi ilə heç bir müqaviləsi olmadan guya Emil Niftullayevin həmin məktəbdə gündüz növbəsinə mühafizəçi kimi işləyib hər ay 200 manat əmək haqqı alacağını yalandan vəd verib aldadaraq, işə qəbuldan əvvəl sənədlərin hazırlanması və çəkiləcək xərclər adı ilə rəisi olduğu şöbənin Lənkəran şəhərində yerləşən ofisində atası X1 650 manat məbləğində pul vəsaitini öz qulluq mövqeyindən istifadə etmə və aldatma yolu ilə ələ keçirib, dələduzluq etmiş və bundan sonra törətdiyi dələduzluq cinayətini ört basdır etmək məqsədi ilə təkrarən 2019-cu ilin may ayında rəsmi sənəd olan xidməti vəsiqənin məzmununa tamah niyyəti ilə bilə bilə X2 “Beynəlxalq Mühafizə Xidməti”-nin Lənkəran rayon şöbəsində mühafizəçi işləməsi barədə yalan məlumatlar daxil edərək, 10 may 2019-cu il tarixli, 036 nömrəli həmin vəsiqəni imzası və rəhbəri olduğu şöbənin möhürü ilə təsdiq etməklə vəzifə saxtakarlığı etmişdir. Bundan başqa o, təkrarən 2019-cu ilin may ayında "xxxx" MMC-nin Lənkəran rayon şöbəsinin rəisi vəzifəsində işləyərkən vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əıniakım əiə keçirmək qərarına gələrək bu məqsədlə həmin tarixdə iş axtaran kimi ona müraciət etmiş Lənkəran rayonu, Xolmili kənd sakini X36 rəhbəri olduğu mühafizə şöbəsinə mühafizəçi vəzifəsinə işə qəbul etmək səlahiyyətinə malik şəxs olduğunu bildirib, bacısı X27 etibarını qazandıqdan sonra sonuncunun ona olan inam və etibarından sui-istifadə edərək, Lənkəran Şəhər Təhsil Şöbəsi, o cümlədən Lənkəran rayonu, Xolmili kənd tam orta məktəbi ilə heç bir müqaviləsi olmadan guya Cəsail Əhmədovun həmin məktəbdə gündüz növbəsinə mühafizəçi kimi işləyib hər ay 200 manat əmək haqqı alacağını yalan vəd verib aldadaraq, işə qəbuldan əvvəl sənədlərin hazırlanması və çəkiləcək xərclər adı ilə Səbirə Bağırovanın 600 manat məbləğində pul'> vəsaitini Lənkəran rayonu, Xolmili kəndində almaqla - təkrar öz qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib dələduzluq e tmişdir. Bundan başqa o, təkrarən 2019-cu ilin may ayında "xxxx" MMC-nin Lənkəran rayon şöbəsinin rəisi vəzifəsində işləyərkən vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gələrək, bu məqsədlə həmin tarixdə iş axtaran kimi ona müraciət etmiş Lənkəran rayonu, Girdəni kənd sakini X37 rəhbəri olduğu mühafizə şöbəsinə mühafizəçi vəzifəsinə işə qəbul etmək səlahiyyətinə malik şəxs olduğunu bildirib, Şadil Əzizovun etibarını qazandıqdan sonra sonuncunun ona olan inam və etibarından sui-istifadə edərək, Lənkəran rayonu, Girdəni kəndində yerləşən Diyarşünaslıq Muzeyi ilə heç bir müqaviləsi olmadan guya Şadil Əzizovun həmin muzeydə ^ mühafizəçi kimi işləyib nər ay 250 manai əmək haqqı alacağını yal an vəd verib, aldadaraq, işə qəbuldan əvvəl sənədlərin hazırlanması və çəkiləcək xərclər adı ilə 600 manat məbləğində pul vəsaitini öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib dələduzluq etmişdir. Bundan başqa o, təkrarən 2019-cu ilin may ayında "xxxx" MMC-nin Lənkəran rayon şöbəsinin rəisi vəzifəsində işləyərkən vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gələrək, bu məqsədlə həmin tarixdə iş axtaran kimi ona müraciət etmiş Lənkəran rayonu, Girdəni kənd sakini X12 rəhbəri olduğu mühafizə şöbəsinə mühafizəçi vəzifəsinə işə qəbul etməb səlahiyyətinə malik şəxs olduğunu bildirib, atası X13 etibarını qazandıqdan sonra sonuncunun ona olan i nam və etibarından sui-istifadə edərək, Lənkəran rayonu, Girdəni kəndində yerləşən Diyarşünaslıq Muzeyi ilə heç bir müqaviləsi olmadan guya Seymur İbrahimovun həmin muzeydə mühafizəçi kimi işləyib hər ay 250 manat əmək haqqı alacağını yalan vəd verib, aldadaraq işə qəbuldan əvvəl sənədlərin hazırlanması və çəkiləcək xərclər adı ilə sonuncunun atası X13 600 manat məbləğində pul vəsaitini öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib dələduzluq etmişdir. Bundan başqa o, təkrarən 2019-cu ilin may ayında "İnternational Security Service Mühafizə Xidməti” MMC-nin Lənkəran rayon şöbəsinin rəisi vəzifəsində işləyərkən vəzifəli şəxs kimi qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçir mək qərarına gələrək, bu məqsədlə həmin tarixdə iş axtaran kimi ona müraciət etmiş Lənkəran rayonu, Girdəni kənd sakini X38 və övladı X24 rəhbəri olduğu mühafizə şöbəsinə mühafizəçi vəzifəsinə işə qəbul etmək səlahiyyətinə malik şəxs olduğunu bildirib, atası X28 etibarını qazandıqdan sonra sonuncunun ona olan inam və etibarından sui edərək, Lənkəran rayonu, Girdəni kəndində yerləşən Diyarşünaslıq Muzeyi ilə heç bir müqaviləsi olmadan guya onların Girdəni kəndində yerləşən diyarşünaslıq muzeyində mühafizəçi kimi işləyib hər ay 250 manat əmək haqqı alacaqlarını yalan verib, aldadaraq işə qəbuldan əvvəl sənədlərin hazırlanması və çəkiləcək xərclər adı ilə Zakir Mirzəyevlə 1000 manata razılaşıb, həmin puldan 600 manatı qeyd olunan tarixdə Lənkəran rayonu Girdəni kəndində, 400 manatı isə 2019-c u ilin iyun ayının ortalarında rayonun Girdəni kəndində almaqla - təkrar öz qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib dələduzluq etmişdir. Bundan başqa o, təkrarən 2019-cu ilin iyun ayında Lənkəran rayonu Tükəvilə kənd sakini X45 adına sosial yardım düzəldəcəyinə yalan vəd edib, etibardan sui-istifadə etməklə sonuncunun atası X54 aldadaraq, guya sosial yardımın düzəlməsi ilə bağlı olan sənədlərin hazırlanması və çəkiləcək xərclər üçün 600 manat məbləğində pul vəsaitini rəisi olduğu şöbənin Lənkəran şəhərində yerləşən ofisində almaqla-təkrar öz qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib dələduzluq etmişdir. Bundan başqa o, təkrarən 16 iyun 2019-cu i! tar ixdə "xxxx" MMC-nin Lənkəran rayon şöbəsinin rəisi vəzifəsində işləyərkən vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gələrək, bu məqsədlə həmin tarixdə iş axtaran kimi ona müraciət etmiş Lənkəran rayonu Separadi kənd sakini X39 rəhbəri olduğu mühafizə şöbəsinə mühafizəçi vəzifəsinə işə qəbul etmək səlahiyyətinə malik şəxs olduğunu bildirib, etibarını qazandıqdan sonra sonuncunun ona olan inam və etibarından sui-istifadə edərək, Lənkəran Şəhər Təhsil Şöbəsi, o cümlədən Lənkəran rayonu, Separadi kənd tam orta məktəbi ilə heç bir müqaviləsi olmadan, guya Araz Nurullayevin həmin məktəbində mühafizəçi kimi işləyib hər ay 200 manat əmək haqqı alacağını yalan vəd verib, aldadaraq, işə qəbuldan əvvəl sənədlərin hazırlanması və çəkiləcək xərclər adı ilə 700 manat məbləğində pui vəsaitini Lənkəran rayonu Separadi kəndində aimaqia - təkrar öz qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib dələduzluq etmişdir. Bundan başqa o, təkrarən 02 iyul 2019-cu il tarixdə İnternational Security Service Mühafizə Xidməti” MMC-nin Lənkəran rayon şöbəsinin rəisi vəzifəsində işləyərkən vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gələrək, bu məqsədlə həmin tarixdə iş axtaran kimi ona müraciət etmiş Lənkəran rayonu Tükəvilə kənd sakinləri X14 və övladı X19 rəhbəri olduğu mühafizə şöbəsinə mühafizəçi vəzifəsinə işə qəbul etmək səlahiyyətin ə malik şəxs olduğunu bildirib, Lənkəran Şəhər Təhsil Şöbəsi, o cümlədən Lənkəran rayonu, Tükəvilə kənd tam orta məktəbi ilə heç bir müqaviləsi olmadan, guya onların Tükəvilə kənd tam orta məktəbində mühafizəçi kimi işləyib hər ay 250 manat əmək haqqı alacaqlarını yalan vəd verib, X7 etibarını qazandıqdan sonra sonuncunun ona olan inam və etibarından sui-istifadə edərək aldadaraq işə qəbuldan əvvəl sənədlərin hazırlanması və çəkiləcək xərclər adı ilə ümumilikdə 1300 manat məbləğində pul vəsaitini rəisi olduğu şöbənin Lənkəran şəhərində yerləşən ofisində almaqla - təkrar öz qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib dələduzluq etmişdir. Bundan başqa o, təkrarən 05 iyul 2019-cu il tarixdə "xxxx" MMC-nin Lənkəran rayon şöbəs inin rəisi vəzifəsində işləyərkən vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gələrək, bu məqsədlə həmin tarixdə iş axtaran kimi ona müraciət etmiş Lənkəran rayonu Bəliton kənd sakini X48 rəhbəri olduğu mühafizə şöbəsinə mühafizəçi vəzifəsinə işə qəbul etmək səlahiyyətinə malik şəxs olduğunu bildirib, Adil Heydərovun etibarını qazandıqdan sonra sonuncunun ona olan inam və etibarından sui-istifadə edərək, Lənkəran Şəhər Təhsil Şöbəsi, o cümlədən Lənkəran rayonu, Bəliton kənd tam orta məktəbi ilə heç bir müqaviləsi olmadan guya Adil Heydərovun həmin məktəbdə mühafizəçi kimi işləyib hər ay 200 manat əmək haqqı alacağını yalan vəd verib, aldadaraq, işə qəbuldan əvvəl sənədlərin hazırlanması və çəkiləcək xərclər adı ilə 600 manat məbləğində pul vəsaitini rəisi olduğu şöbənin Lənkəran şəhərində yerləşən ofisində almaqla - təkrar öz qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu iiə özgənin əmiakını əiə keçirib dələduzluq etmiş və bundan sonra törətdiyi dələduzluq cinayətini ört-basdır etmək məqsədi ilə təkrarən 2019-cu ilin iyul ayında rəsmi sənəd olan xidməti vəsiqənin məzmununa tamah niyyəti ilə bilə-bilə X40 "Beynəlxalq Mühafizə Xidməti”nin Lənkəran rayon şöbəsində mühafizəçi işləməsi barədə yalan məlumatlar daxil edərək, 20 iyul 2019-cu il tarixli, 072 nömrəli həmin vəsiqəni imzası və rəhbəri olduğu şöbənin möhürü ilə təsdiq etməklə vəzifə saxtakarlığı etmişdir. Bundan başqa o, təkrarən 05 iyul 2019-cu il tarixdə Lənkəran rayonu Bəliton kənd sak ini X49 adına sosial yardım düzəldəcəyinə yalan vəd edib, etibardan sui- istifadə etməklə sonuncunun atası X48 aldadaraq, guya sosial yardımın düzəlməsi ilə bağlı olan sənədlərin hazırlanması və çəkiləcək xərclər adı ilə 600 manat məbləğində pu! vəsaitini rəisi olduğu şöbənin Lənkəran şəhərində yerləşən ofisində almaqla - təkrar öz qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib dələduzluq etmişdir. Bundan başqa o, təkrarən 08 iyul 2019-cu il tarixdə "xxxx" MMC-nin Lənkəran rayon şöbəsinin rəisi vəzifəsində işləyərkən vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gələrək bu məqsədlə həmin tarixdə Lənkəran rayonu Tükəvilə kənd sak ini X25 ilə heç bir müqaviləsi olmadan rəhbəri olduğu mühafizə şöbəsinə sonuncunu müdir müavini işinə götürəcəyinə və hər ay 800 manat əmək haqqı alacağını yalan vəd verib aldadaraq, işə qəbuldan əvvəl sənədlərin hazırlanması və çəkiləcək xərclər adı ilə manat məbləğində 2400 manat məbləğində pul vəsaitini rəisi olduğu şöbənin Lənkəran şəhərində yerləşən ofisində almaqla - təkrar öz qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib dələduzluq etmişdir. Bundan başqa o, təkrarən 15 iyul 2019-cu il tarixdə "İnternational Security Service Mühafizə Xidməti” MMC-nin Lənkəran rayon şöbəsinin rəisi vəzifəsində işləyərkən vəzifəli şəxs kimi öz quliuq mövqeyindən istifadə etməkiə etibardan sui-istifadə etmə və aidatma yoiu ilə özgənin ə mlakını ələ keçirmək qərarına gələrək, bu məqsədlə həmin tarixdə Lənkəran rayonu Tükəvilə kənd sakini X14 "xxxx" MMC-nin Masallı rayon şöbəsinin müdiri vəzifəsinə işə qəbul etmək səlahiyyətinə malik şəxs olduğunu bildirib, Nurəli Cahangirovun etibarını qazandıqdan sonra ona olan inam və etibarından sui-istifadə edərək heç bir əmək müqaviləsi olmadan guya, sonuncunun yüksək məbləğdə əmək haqqı alacağını yalan vəd verib, aldadaraq, işə qəbuldan əvvəl sənədlərin hazırlanması və çəkiləcək xərclər adı ilə 3500 manat məbləğində pul vəsaitini rəisi olduğu şöbənin Lənkəran şəhərində yerləşən ofisində almaqla - təkrar öz qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib dələduzluq etmişdir. Bundan başqa o, təkrarən 2019-cu ilin iyul ayın ın ortalarında "İnternational Security Service Mühafizə Xidməti” MMC-nin Lənkəran rayon şöbəsinin rəisi vəzifəsində işləyərkən vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gələrək bu məqsədlə həmin tarixdə iş axtaran kimi ona müraciət etmiş İmişli rayon sakini X41 "İnternational Security Service Mühafizə Xidməti” MMC-nin Masallı rayon şöbəsinin müdiri vəzifəsinə işə qəbul etmək səlahiyyətinə malik şəxs olduğunu bildirib, Xəyal Hüseynovun etibarını qazandıqdan sonra ona olan inam və etibarından sui-istifadə edərək heç bir əmək müqaviləsi olmadan guya, sonuncunun yüksək məbləğdə əmək haqqı alacağını yalan vəd verib, aldadaraq, işə qəbuldan əvvəl sənədlərin hazırlanması və çəkiləcək xərclər adı ilə 6500 manat məbləğində pul vəsaitini rəisi olduğu şöbənin Lənkəran şəhərində yerləşən ofisində almaqla - təkrar öz qulluq mövqeyindən istifadə edərək etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən xx.xx.2019-cu il tarixdə “İnternational Security Service Mühafizə Xidməti" MMC-nin Lənkəran rayon şöbəsinin rəisi vəzifəsində işləyərkən vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gələrək bu məqsədlə həmin tarixdə iş axtaran kimi ona müraciət etmiş Lənkəran rayonu Bəliton kənd sakini X20 rəhbəri olduğu mühafizə şöbəsinə mühafizəçi vəzifəsinə işə qəbul etmək səlahiyyətinə malik şəxs olduğun u bildirib, Ağaverdi Ağayevin etibarını qazandıqdan sonra sonuncunun ona olan inam və etibarından sui-istifadə edərək Lənkəran Şəhər Təhsil Şöbəsi, o cümlədən Lənkəran rayonu, Bəliton kənd tam orta məktəbi ilə heç bir müqaviləsi olmadan guya Ağaverdi Ağayevin həmin məktəbdə mühafizəçi kimi işləyib hər ay 200 manat əmək haqqı alacağını yalan vəd verib, etibarını qazandıqdan sonra sonuncunun ona olan inam və etibarından sui- istifadə edərək aldadaraq işə qəbuldan əvvəl sənədlərin hazırlanması '/ə çəkiləcək xərclər adı ilə 620 manat məbləğində pul vəsaitini rəisi olduğu şöbənin Lənkəran şəhərində yerləşən ofisində almaqla - təkrar öz qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib dələduzluq etmişdir. Bundan başqa o, təkrarən 201 9-cu ilin avqust ayının ortalarında "xxxx" MMC-nin Lənkəran rayon şöbəsinin rəisi vəzifəsində işləyərkən vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gələrək bu məqsədlə həmin tarixdə iş axtaran kimi ona müraciət etmiş Lənkəran rayonu Seydəkəran kənd sakini X55 rəhbəri olduğu mühafizə şöbəsinə post rəisi vəzifəsinə işə qəbul etmək səlahiyyətinə malik şəxs olduğunu bildirib, Xəyal Əhmədovun etibarını qazandıqdan sonra sonuncunun ona olan inam və etibarından sui-istifadə edərək, heç bir müqaviləsi olmadan sonuncunun yüksək məbləğdə əmək haqqı alacağını yalan vəd verib, aldadaraq, işə qəbuldan əvvəl sənədlərin hazırlanması və çəkiləcək xərclər adı ilə 3830 manat məbləğində pul vəsaitini Lənkə ran şəhəri, Şəhidlər Xiyabanı küçəsində almaqla - təkrar öz qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib dələduzluq etmişdir. Bundan başqa o, təkrarən 30 avqust 2019-cu il tarixdə "xxxx" MMC-nin Lənkəran rayon şöbəsinin rəisi vəzifəsində işləyərkən vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gələrək bu məqsədlə həmin tarixdə iş axtaran kimi ona müraciət etmiş Lənkəran rayonu Tütəpeştə kənd sakini X29 rəhbəri olduğu mühafizə şöbəsinə mühafizəçi vəzifəsinə işə qəbul etmək səlahiyyətinə malik şəxs olduğunu bildirib, atası X8 etibarını qazandıqdan sonra sonuncunun ona olan inam və etibarından sui-istifadə edərək Lənkəran Şəhər T əhsil Şöbəsi, o cümlədən Lənkəran rayonu, Tütəpeştə kənd tam orta məktəbi ilə heç bir müqaviləsi olmadan Murad Baxşızadənin guya həmin məktəbdə mühafizəçi kimi işləyib hər ay 200 manat əmək haqqı alacağını yalan vəd verib, aldadaraq, işə qəbuldan əvvəl sənədlərin hazırlanması və çəkiləcək xərclər adı ilə 1230 manata razılaşıb, həmin puldan 830 manatı qeyd olunan tarixdə Lənkəran şəhəri, Zərifə Əliyeva küçəsində yerləşən Vergilər Departamentinjn binasının qarşısında, 18 sentyabr 2019-cu il tarixdə 200 manatı Lənkəran rayonu Tütəpeştə kəndində, qala 200 manatı isə Lənkəran rayonu Şilavar kəndində götürməklə - təkrar öz qulluq mövqeyindən istifadə edərək etibardan sui istifadə etmə vəaldatma yolu ilə özgənin əmlakını ələ keçirib dələduzluq etmişdir. Bundan başqa təkrarən 01 sentyabr 2019-cu i ldə tarixdə "İnternational Security Service Mühafizə Xidməti” MMC-nin Lənkəran rayon şöbəsinin rəisi vəzifəsində işləyərkən vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gələrək bu məqsədlə həmin tarixdə iş axtaran kimi ona müraciət etmiş Lənkəran rayonu Bəliton kənd sakini X42 rəhbəri olduğu mühafizə şöbəsinə mühafizəçi vəzifəsinə işə qəbul etmək səlahiyyətinə malik şəxs olduğunu bildirib, Əvəz Yusubovun etibarını qazandıqdan sonra sonuncunun ona olan inam və etibarından sui-istifadə edərək edərək Lənkəran Şəhər Təhsil Şöbəsi, o cümlədən Lənkəran rayonu, öəiiton kənd tam orta məktəbi ilə heç bir müqaviiəsi olmadan guya Əvəz Yusubovun həmin məktəbdə mühafizəçi kimi işləyib hər ay 250 manat əm ək haqqı alacağını yalan vəd verib, aldadaraq, işə qəbuldan əvvəl sənədlərin hazırlanması və çəkiləcək xərclər adı ilə X30 920 manat məbləğində pul vəsaitini rəisi olduğu şöbənin Lənkəran şəhərində yerləşən ofisində almaqla - təkrar öz qulluq mövqeyindən istifadə edərək etibardan suı-ıstıfadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib dələduzluq etmiş və bundan sonra törətdiyi dələduzluq cinayətini ört-basdır etmək məqsədi ilə təkrarən 2019-cu ilin avqust ayında rəsmi sənəd olan xidməti vəsiqənin məzmununa tamah niyyəti ilə bilə-bilə X30 “Beynəlxalq Mühafizə Xidməti”nin Lənkəran rayon şöbəsində mühafizəçi işləməsi barədə yalan məlumatlar daxil edərək, 20 avqust 2019-cu i! tarixli, 090 nömrəli vəsiqəni imzası və rəhbəri olduğu şöbənin möhürü ilə təsdiq etməklə vəzifə saxtakarlığı etmişdir. Bundan başqa o, təkrarən 05 sentyabr 2019-cu il tarixdə "xxxx" MMC-nin Lənkəran rayon şöbəsinin rəisi vəzifəsində işləyərkən vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gələrək bu məqsədlə həmin tarixdə Lənkəran rayonu Ləj kənd sakini X15 rəhbəri olduğu mühafizə şöbəsinə mühafizəçi vəzifəsinə işə qəbul etmək səlahiyyətinə malik şəxs olduğunu bildirib, atası X3 etibarını qazandıqdan sonra sonuncunun ona olan inam və etibarından sui-istifadə edərək Lənkəran Şəhər Təhsil Şöbəsi, o cümlədən Lənkəran rayonu, Ləj kənd tam orta məktəbi ilə heç bir müqaviləsi olmadan guya Şöyüb Məmmədovun həmin məktəbdə xidmət rəisi kimi işləyib hər ay 1000 manat əmək haqqı alacağını, həmçinin qardaşı X4 qeyd edilən məktəbdə mühafizəçi kimi işləyib hər ay 250 manat əmək haqqı alacağını yalan vəd verib, aldadaraq, işə qəbuldan əvvəl sənədlərin hazırlanması və çəkiləcək xərclər adı ilə Əliqənbər Məmmədovun 3550 manat məbləğində pul vəsaitini Lənkəran rayonu Girdəni kəndində almaqla - təkrar öz quiiuq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib dələduzluq etmişdir. Bundan başqa o, təkrarən 17 sentyabr 2019-cu il tarixdə "xxxx" MMC-nin Lənkəran rayon şöbəsinin rəisi vəzifəsində işləyərkən vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gələrək bu məqsədlə həmm tarixdə iş axtaran kimi ona müraciət etmiş Lənkəran rayonu Ləj kənd sakinlər i X56 və X43 rəhbəri olduğu mühafizə şöbəsinə mühafizəçi vəzifəsinə işə qəbul etmək səlahiyyətinə malik şəxs olduğunu bildirib, X31 etibarını qazandıqdan sonra sonuncunun ona olan inam və etibarından sui-istifadə edərək, Lənkəran Şəhər Təhsil Şöbəsi, o cümlədən Lənkəran rayonu, Ləj kənd tam orta məktəbi ilə heç bir müqaviləsi olmadan guya onların həmin məktəbdə mühafizəçi kimi işləyib hər ay 250 manat əmək haqqı alacaqlarını yalan vəd verib, aldadaraq, işə qəbuldan əvvəl sənədlərin hazırlanması və çəkiləcək xərclər adı ilə Farid Hümmətovun 1000 manat məbləğində pul vəsaitini Lənkəran rayonu, Ləj kəndində almaqla - təkrar öz qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib dələduzluq etmişdir. Bundan başqa o, təkrarən 04 oktyabr 2019-cu il tarixdə "xxxx" MMC-nin Lənkəran rayon şöbəsinin rəisi vəzifəsində işləyərkən vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gələrək bu məqsədlə həmm tarixdə iş axtaran kimi ona müraciət etmiş Lənkəran rayonu Osaküçə kənd sakinləri X62 və arvadı X26 rəhbəri olduğu mühafizə şöbəsinə mühafizəçi vəzifəsinə işə qəbul etmək səlahiyyətinə malik şəxs olduğunu bildirib, Atif Cavadovun etibarını qazandıqdan sonra sonuncunun ona olan inam və etibarından sui-istifadə edərək Lənkəran Şəhər Təhsil Şöbəsi, o cümlədən Lənkəran rayonu, Ləj kənd tam orta məktəbi ilə heç bir müqaviiəsi oimadan guya oniarın həmin məktəbdə mühafizəçi kimi işiəyib hər ay 250 manat əmək haqqı alacaqlarını yalan vəd verib, aldadaraq, işə qəbuldan əwəl sənədlərin hazırlanması və çəkiləcək xərclər adı ilə Atif Cavadovun 800 manat məbləğində pul vəsaitini Lənkəran rayonu Şilavar kəndində almaqla - təkrar öz qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib dələduzluq etmiş və bundan sonra törətdiyi dələduzluq cinayətini ört-basdır etmək məqsədi ilə təkrarən 2019- cu ilin oktyabr ayında rəsmi sənəd olan xidməti vəsiqənin məzmununa tamah niyyəti ilə bilə- bilə X21 və X44 “Beynəlxalq Mühafizə Xidməti”nin Lənkəran rayon şöbəsində mühafizəçi işləmələri barədə yalan məlumatlar daxil edərək, müvqafiq olaraq 10 oktyabr 2019-cu il tarixli, 101 nömrəli və 10 oktyabr 2019-cu il tarixli, 102 nömrəli həmin vəsiqələri imzası və rəhbəri olduğu şöbənin möhürü ilə təsdiq etməklə vəzifə saxtakarlığı etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərini məhkum onunla əsaslandıraraq ilk məhkumluğu olduğunu, ata anası əlil olduğunu bildirmiş, bu səbəbdən cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, məhkumun və dövlət ittihamçısının çıxışlarını dinləyib aşağıda göstərilənlərə əsasən hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 41 9-cu maddəsi müəyyən edir. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız h əmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum kassasiya şikayətində ilk məhkumluğu olduğunu, ata anası əlil olduğunu bildirmiş, bu səbəbdən cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (bax, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2004-cü il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı m addələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli qərarları). Azərbaycan Respublikası CM-nin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində də göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olun muş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cəzanın məqsədini təsbit edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində cəza təyini ilə bağlı göstərilən dəlillər də apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsinə əsas vermir. Belə ki, Azərbaycan Respublikası CPM-in 416.0.21-1 maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiya sı məhkəməsinin hökm və qərarını məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 02 aprel 2012-ci il tarixli qərarında göstərilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini v ə ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, Məhkum zərərçəkmişlərdən X16 vurulmuş ziyanı ödəməsini yüngülləşdirici hal kimi nəzərə almış, onun barəsində ağırlaşdıran halların olmamasını və işin digər hallarını nəzərə alaraq Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə tam riayət edilmiş və məhkuma təyin edilmiş cəza tam ədalətli olmuşdur. Odu r ki, məhkumun kassasiya şikayətində onun cəzasının daha da yüngülləməsinə dair gətirdiyi dəlilləri əsassızdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, CPM-nin 405.1.1 maddəsinə görə haqlı olaraq birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi barədə qərar qəbul edilmişdir. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişd irilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Odur ki, məhkəmə kollegiyası məhkumun kassasiya şikayətinin təmin edilməsi, dövlət ittihamçısının kassasiya şikayətinin təmin edilməməsi barədə çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 dekabr 2021-ci il tarixli 1(106)-864/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 dekabr 2021-ci il tarixli 1(106)-864/2021 sayl
Məhkəmə qərarları › İş №1(102)-439/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-439/2023
02.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver