Məhkəmə qərarları › İş №1(102)-439/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-439/2024

20.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-439/2024 20.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun iştirakı ilə, Mingəçevir Şəhər Məhkəməsinin 16 mart 2023-cü il tarixli hökmü ilə X15 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 23 4.1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 iyul 2023-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Mingəçevir Şəhər Məhkəməsinin 16 mart 2023-cü il tarixli 1(051)-40/2023 nömrəli (hakim: Kərimova Məhburə Kərim qızının sədrliyi) hökmü ilə xxxxx-ci ildə Şuşa şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, məhkumluğu olmayan, xxx-də qeydiyyatda olmaqla xxx-da yaşayan X15 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilmiş, eləcə də, barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv olunması və onun, məh kəmə zalından azad edilməsi qərara alınmışdır. Hökmdən dövlət ittihamçısı Niftullayev Tamerlan Alim oğlu tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 iyul 2023-cü il tarixli 1(107)-207/2023 nömrəli (hakimlər: Səmədov Xəqani Hacı oğlu (sədrliyi), Cavadova Günay İsmayıl qızı və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya protesti təmin edilməmiş, Mingəçevir Şəhər Məhkəməsinin 16 mart 2023-cü il tarixli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 iyul 2023-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. İŞİN HALLARİ: İbtidai araşdırma orqanı tərəfindən X15 A zərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir ki, ona görə ki, 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən 1-ci siyahının 5-ci bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə heroinin şəxsi istehlak miqdarının yuxarı həddi 0,15 qram müəyyən edildiyi halda, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə etdiyi 1 ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,191 qram olan narkotik vasitə her oini əldə edib üzərində saxlayaraq daşımış, 21 avqust 2022-ci il tarixdə saat 02:45 radələrində Mingəçevir ŞPŞnin əməkdaşları tərəfindən ictimai yerdə səs-küy saldığı üçün Mingəçevir ŞPŞ-nin inzibati binasına gətirilib inzibati qaydada sənədləşdirilərkən üzərinə keçirilən müayinə zamanı əynindəki tünd göy rəngli idman şalvarının sağ yan cibindən 1 ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,191 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİSİNİN ÇİXİŞİ: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli hökmü əsassız və işin faktiki hallarına uyğun olmadığından ləğv edilməli və cinayət işi yeni apellyasi ya baxışına təyin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, x ibtidai araşdırma zamanı müdafiəçinin iştirakı ilə verdiyi bütün ifadələrində ona hər hansı fiziki və psixoloji təzyiq göstərilməsinə dair heç bir məlumat verməmiş, bütün bu müddət ərzində eyni zamanda ibtidai istintaq yekunlaşdıqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı hər hansı formada təsir göstərilməsi barədə heç bir şikayət etməmiş, onun polis əməkdaşları tərəfindən fiziki və psixoloji təzyiqə məruz qalmasını təsdiq edən hər hansı dəlil təqdim etməmişdir. Bütün bunlara baxmayaraq, məhkəmə təqsirləndirilən şəxs tərəfindən əvvəlki ifadələrini təkzib edən, vermiş olduğu sonuncu ifadəyə tənqidi yanaşmamış, həmin ifadəsində göstərdiyi xüsusatları digər sübutlarla müqayisəli təhlil etməmiş və ziddiyyətləri ara şdırmamışdır. O cümlədən, cinayət işinin materiallarından göründüyü kimi, X12 əvvəllər də dəfələrlə cinayət təqibinə məruz qalması və məhkum olunması onun islah olunmadığını və cinayət törətməyə meyilli olduğunu bir daha göstərir. Bütün bunlarla yanaşı, cinayət işi üzrə toplanmış sübutlarla yəni, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı və məhkəmə baxışında verdiyi ilkin ifadəsi, şəxsi axtarış, baxış və götürmə protokolları, ibtidai istintaqda və məhkəmə istintaqında alınmış şahid ifadələri, ekspert rəyləri və digər sübutlarla x-in törətdiyi cinayət əməli tam sübuta yetirilmiş olsa da, məhkəmə tərəfindən toplanmış sübutlara birtərəfli və qərəzli yanaşılmaqla onlara düzgün və obyektiv hüquqi qiymət verilməmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 iyul 2023-cü il tarixli qərarının ləğv edilməsini, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, protestdə göstərilən dəlillərin nəzərə alınaraq verilmiş protestin təmin edilməsini və üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 iyul 2023-cü il tarixli qərarının ləğv edilərək işin apellyasiya instansiya məhkəməsində yenidən baxılmağa təyin edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələb lərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya protestinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində məhkəmələr tərəfindən X15 əsassız olaraq bəraət verildiyi iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.3-cü (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətl ə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 iyul 2023cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərin ə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş olar, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona isnad edilən cinayətin törədilməsində təqsirli olmas ı barədə nəticə) əsaslı sayıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 42.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq belə hesab etmişdir ki, X4 məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib saxlamağı və daşıması ilə bağlı verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilməmişdir. X12 məhkəməyədək icraat zamanı verdiyi etiraf ifadələrindən fərqli olaraq məhkəmə istintaqı zamanı verdiyi ifadələrində özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittihamda təqsirli bilmədiyini, küçədə polis əməkdaşları ona yaxınlaşıb, səs-küy saldığını bildirərək polis şöbəsinə gətirdiklərini, şöbədə üstünə baxış keçirilərkən üstündə narkotik vasitənin olmadığını, lakin polis şöbəsində fiziki təsir göstərərək ona əzab verildikdən sonra onun üstündə narkotik vasitənin olduğunu boynuna alsa, evə buraxılacağına, balaca bükümə görə onun tutulmayacağına inandırıldığını və ona göstərilən fiziki təsirdən qurtarmaq üçün həmin narkotik vasitənin onun üstündən çıxdığını bildirdiyini qeyd etmişdir. Cinayət işinin materiallarında olan şəxsi axtarış və fiziki şəxsdə olan əşyaları yoxlama haqqında AZA 001737 №-li xx.xx.2022-ci il tarixdə Mingəçevir şəhər PŞ-nin məsul növbətçisi tərəfindən tərtib edilmiş protokolda göstərilir ki, X 17 Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə nəzərdə tutulmuş inzibati xəta törətmişdir. İnzibati xətanın törətdilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmeti aşkar etmək məqsədilə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı x-in sağ cibində 1 ədəd qara kağız bükümdə narkotikə oxşar kütlə və günəbaxan tumları aşkar edilərək götürüldü. O cümlədən, işin materiallarında olan xx.xx.2022-ci il tarixli MN11266509 №-li inzibati xəta haqqında protokolun ksero-surətində göstərilir ki, X17 xx.xx.2022-ci il tarixdə şəhərin Naxçıvan küçəsində ünvansız küçə söyüşləri söymüş, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli baxış və götürmə keçirilməsi barədə prot okolda göstərilir ki, baxış zamanı Rəvan X3 İXM-nin 510-cu maddəsinin tələbini pozduğuna görə polis şöbəsinə gətirildiyi üçün üzərinə baxış zamanı bir ədəd ağ rəngli içərisində narkotik vasitəyə oxşar kütlə aşkar olunduğu üçün bu barədə raportla müraciət etdiyini dedi və bükümü göstərdi. Bundan başqa baxış zamanı X17 da baxış zamanı Şahid1 təqdim etdiyi bir ədəd ağ rəngli bükümün ona məxsus olduğunu, içərisində narkotik vasitə heroin olduğunu, xx.xx.2022-ci il tarixdə şəhər ərazisində yerləşən avtovağzaldan tapdığını, şəxsi istifadəsi üçün üzərində daşıdığını, heç kimə satmadığını, heç kimdən almadığını, polis əməkdaşları onu polis şöbəsinə gətirən zaman növbətçi hissəsinin qarşısında üzərinə baxış zamanı aşkar edildiyini bildirdi. Baxış zamanı X12 üzərindən aşkar olunmuş narkotik vasitəyə oxşar kütlə elektron tərəzi ilə çəkildi. Narkotik vasitəyə oxşar kütlənin çəkisinin 0.35 qram olması müəyyən edildi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 69-cu maddəsinin tələbinə görə: 69.1. İşin nəticəsində maraqlı olmayan yetkinlik yaşına çatmış şəxslər inzibati xətalar haqqında işlər üzrə icraatın aparılmasında iştirak etmək üçün icraatında inzibati xəta haqqında iş olan vəzifəli şəxs tərəfindən hal şahidi kimi dəvət olunurlar. Hal şahidlərinin sayı iki nəfərdən az ola bilməz. 69.2. Şəxsi axtarış, əşyaların yoxlanılması, nəqliyyat vasitəsinə baxış, əşyaları və sənədləri götürmə, eləcə də sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakı məcburidir. Hal şahidləri onların iştirakı ilə həyata keçirilən prosessual hərəkətləri, onların məzmununu və nət icəsini protokolda öz imzası ilə təsdiq edirlər. 69.3. Hal şahidlərinin inzibati xəta haqqında iş üzrə icraatda iştirak etmələri protokolda qeyd edilir. 69.4. İnzibati xəta haqqında iş üzrə prosessual hərəkətlər barəsində hal şahidlərinin qeydləri protokolda göstərilir. 69.5. İnzibati xəta haqqında iş üzrə icraatda hal şahidləri bu Məcəllənin 67-ci maddəsinə uyğun olaraq şahid kimi sorğu-sual edilə bilərlər. Həmin Məcəllənin 92.2-ci maddəsində göstərilmişdir ki, şəxsi axtarış eyni cinsdən olan səlahiyyətli şəxs tərəfindən və eyni cinsdən olan iki hal şahidinin iştirakı ilə aparılır. Qeyd olunan Məcəllənin 92.6-cı maddəsində isə protokolun onu tərtib etmiş vəzifəli şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və ya axtarış aparılan əşyaların sahibi və hal şahidləri tərəfindən imzalanması müəyyən edilmişdir. Bundan başqa Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 246-cı maddəsinə əsasən “246.1. Müstəntiq iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək, barəsində istintaq hərəkəti aparılan şəxsin paltarında, əşyalarında və ya bədənində ola bilən əşya və sənədləri, bir qayda olaraq, məhkəmənin qərarı əsasında götürə bilər. 246.2. Məhkəmənin qərarı alınmadan şəxsi axtarış aşağıdakı hallarda aparıla bilər: 246.2.1. şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə; 246.2.2. təqsirləndirilən şəxs barəsində həbsə alma qətimkan tədbiri tətbiq edildikdə”; 246.3. Şəxsi axtarış və götürmə zamanı videoçəkilişdən istifadə edilmədikdə barəsində şəxsi axtarış və götürmə aparılan şəxslə eyni cinsdən olan azı 2 (iki) hal şahi dinin iştirakı məcburidir. 246.4. Şəxsi axtarış və götürmə zamanı şəxsin soyundurulması zərurəti yarandığı halda videoçəkilişdən istifadəyə yol verilmir. Bu halda şəxsi axtarış və götürmə müstəntiqin tapşırığı ilə barəsində həmin istintaq hərəkəti aparılan şəxslə eyni cinsdən olan şəxslərin iştirakı ilə aparılır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını kassasiya protestinin dəlilləri ilə müqayisəli təhlil edərək müəyyən edir ki, “şəxsi axtarış və fiziki şəxsdə olan əşyaları yoxlama haqqında” AZA 001737 №-li xx.xx.2022-ci il tarixdə tərtib edilmiş protokolda axtarış aparılması saat, gün, ay, il göstərilməmiş, hal şahidləri protokolu imzalamamış, ümumiyyətlə hal şahidlərinin iştirakı təmin olunmamışdır. Həmçinin, məhkəmənin X17 barəsində 21 avqust 2022-ci il tarixdə Azərbaycan Resp ublikası İXM-nin 510-cu maddəsi ilə tərtib edilmiş materialın məhkəməyə göndərilməsi barədə məktubuna cavab olaraq Mingəçevir Şəhər PŞ-nin xx.xx.2023-cü il tarixli cavab məktubunda göstərilir ki, X12 barəsində xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmamış və ya videoçəkiliş aparılmamışdır. Bununla da X12 İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə polis şöbəsinə gətirilsə də, inzibati məsuliyyətə cəlb olunmadığı müəyyən edilir. Azərbaycan Respublikası CPМ-in 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-in 125.2-ci ma ddəsinə əsasən аşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: 125.2.1. İnsan və vətəndaşların konstitusiya hüququqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; 125.2.7. İstintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; CPM-in 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Göründüyü kimi qanunvericilik cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə sübut edilməli olan halların müəyyən edilməsinə aid olan məlumatların hüquqi forması kimi sübutların mümkünlüyünü ən vacib şərtlərindən biri kimi məlumatların, sənədlərin və əşyaların əldə edilməsi yalnız CPM-də göstərilən istintaq və məhkəmə hərəkətləri vasitəsi ilə həyata keçirilməsidir. Eyni zamanada istintaq və məhkəmə hərəkətləri CPM-də müəyyən olunmuş tələblərə riayət edilməklə həyata keçirilməlidir. Ümumilikdə, bu qayda əldə edilmiş məlumatların mümkünlüyünün təmin etməyə yönəldilmişdir. CPM-də müəyyən edilmiş proseduraya əməl etmədən CPM-in tələblərinin pozulması ilə əldə edilən məlumatlar, sənədlər və əşyalar sübut kimi qəbul edilə bilməz. Qəbul edilməyən sübutlar hüquqi əhəmiyyət kəsb etmir və ittihamın əsası kimi çıxış edə bilməz, habelə CPM-in 139-cu maddəsində göstərilən hər hansı halın sübut edilməsi üçün onlardan istifadə edilə bilməz. Odur ki, ittihamın əsasını təşkil edən “şəxsi axtarış və fiziki şəxsdə olan əşyaları yoxlama haqqında” 21 avqust 2022-ci il tarixli protokolun mötəbərliyi yuxarıda göstərilənlərə əsasən şübhə altına alınır və beləliklə də həmin sübutlar istintaq orqanı tərəfindən X15 CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamı təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz. X12 şübhəli və təqsirləndirilən şəxs kimi verdiyi ilkin etiraf ifadələrinə qiymət verən məhkəmə kollegiyası qeyd etmişdir ki, Azərbaycan Respublikası CPM-in 126.6-cı maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət t örətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Kassasiya məhkəmə kollegiyası məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, məhkəməyədək ibtidai istintaq orqanı X15 CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi barədə nəticəyə gələrkən əsasən özünün etirafedici ifadəsinə, şahidlər - polis əməkdaşları Şahid1, X2 və Şahid3 ifadələrinə, habelə şəxsi axtarış və fiziki şəxsdə olan əşyaları yoxlama haqqında protokoluna istinad etmiş, lakin bu sübutların hər birini ayrı-ayrılıqda tədqiq etdikdə və hər bir sübutun mötəbərlik tələblərinə uyğun olubolmadığını yoxladıqda ittiham əsassız hesab edilməlidir. Qeyd olunanlarla yanaşı kassasiya məhkəmə kollegiyası məhkumun işgəncəy ə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmaması barədə protestin dəlillərini araşdırarkən iş materiallarına əsasən müəyyən etmişdir ki, X12 verilmiş ittiham üzrə məhkəmə araşdırması məhkumun qeyri-insani və ya onun ləyaqətini alçaldan rəftara məruz qalması barədə halların araşdırılması ilə aparılmışdır. Belə ki, cinayət işinin materiallarında olan canlı şəxsin ekspertizasına dair 89 saylı ekspert rəyindən görünür ki, X12 məhkəmə tibbi müayinəsi zamanı onun bədənində sol gözünün alt qapağında aşkar edilmiş qançır küt əşyanın təsirindən əmələ gələ bilərdi, yetirilmə müddəti 5-8 gün müddətindədir, sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin olunmur. Həmçinin rəydən görünür ki, x-in deməsinə görə onu xx.xx.2023-cü il tarixdə saat 01 radələrinə MSY-də döymüşlər. Həmçinin, iş materiallarında olan Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasından Şəki Apellyasiya Məhkəməsinin sorğusuna verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, həbs edilmiş şəxs X17 xx.xx.2023-cü il tarixdə Mingəçevir MSY-dən 2 saylı İstintaq Təcridxanasına qaytarılarkən təkrar tibbi müayinə olunmuş və onun bədəni üzərində “Sağ almacıq, hər iki göz qapaqlarında qançır izləri” aşkar olunmuşdur. Odur ki, apellyasiya məhkəmə kollegiyası haqlı olaraq şahidlər Şahid1, X5 və Şahid3 oğlunun ibtidai istintaq zamanı və məhkəmə iclasında verdikləri ifadələrini də işdə olan digər sübutlarla birlikdə müqayisəli şəkildə tədqiq edərək şahidlərin verdikləri ifadələrin obyektiv həqiqəti əks etdirməməsi və ona görə də həmin ifadələrin mötəbər sübut növü kim i qəbul edilməməli olması, X12 məhkəmədə verdiyi ifadələrin isə əsl həqiqəti əks etdirməsi barədə nəticəyə gəlmişdir. Göstərilənlərə və apellyasiya məhkəməsinin qərarında ətraflı şəkildə sadalananlara əsasən, apellyasiya məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, ittiham tərəfi X12 təqsirini mötəbər yolla sübuta yetirə bilməmişdir. İttihamın təsdiq olunmasında istifadə olunan sübutlar cinayət-prosessual qanunvericiliyin müəyyən olunmuş mötəbərlik tələblərinə cavab vermir, sübutlar şübhəli və ziddiyyətlidir. İttiham tərəfinin əsaslandığı sübutların kifayət qədər şübhəli məzmuna malik olması məhkəmənin gəldiyi qənaəti daha da möhkəmləndirmişdir. Apellyasiya məhkəməsinin qərarını kassasiya protestinin dəlilləri ilə birgə təhlil edən kassasiya məhkəmə kollegiyası belə qənaətə gəlir ki, bir inci instansiya və apellyasiya instansiyası məhkəmələri iş üzrə mövqeyini sübutlara, işin digər faktiki hallarına və qanunun tələblərinə, Avropa İnsan Hüquqları Məhkəməsinin tərcübəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Ali Məhkəməsinin Plenum Qərarlarına istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin mövqe iş materiallarına və qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, kassasiya protestinin dəlilləri də apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Belə nəticəyə gələrkən məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçısının apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri mübahisələndirərkən sübutların məcmusundan çıxış etməmiş, məhkəmənin deyi l, məhz onun mövqeyinin cinayət mühakimə icraatının əsas prinsip və şərtləri, sübutlar və sübutetməyə dair cinayətprosessual normaların tələbləri ilə uzlaşmır. Məhkəmə kollegiyası belə nəticəyə gələrkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin və Cinayət-Prosessual Məcəlləsinin maddələrinin tələblərinə əsaslanır. Buna uyğun norma CPM-in 145.3-cü maddəsində nəzərdə tutulmuş və göstərilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 146.1-ci maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edil məsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Kassasiya məhkəmə kollegiyası belə qənaətə gəlir ki, göstərilənlərə, birinci instansiya məhkəməsinin bəraət hökmünün dəyişdirilmədən qüvvədə saxlanılması barədə apellyasiya məhkəmə kollegiyasının qərarında ətraflı şəkildə sadalananlara əsasən, X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli olmasına dair ibtidai istintaq orqanının gəldiyi nəticə mötəbər sayıla, inandırıcı qənaət kimi qiymətləndirilə bilməz. Qeyd edilənlənlərə əsasən, X15 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bəraət verilməsi cinayət və cinayət-prosessual qanunun normalarının tələblərinə, xüsusilə də ittihamın sübut olunmasında aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfs ir edilməsini tələb edən qaydalara cavab verən nəticələr kimi özünü göstərir. Azərbaycan Respublikası CPM-in 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir, eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürü lən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CPM-in yuxarıda göstərilən normalarının həm məzmununa həm də mənasına görə, ittihamın sübut edilməsində şübhələrin yarandığı mövqeyində olan məhkəmə ilk növbədə həmin şübhələrin aradan qaldırılması üçün müvafiq tədbirləri görməli və yalnız bu mümkün olmadıqda həmin şübhələri təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Məhkəmələrin yuxarıda şərh edilən sübutlar barədə qənaətlərinin CPM-in 125.2.1, 137, 144-cü maddələri ilə müqayisəsindən görünür ki, kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda təsvir edilən cinayət-prosessual qaydaların pozuntularına yol verildiyi iddia olunsa da, məhkəmə dinləmələrinin, onların yekununda çıxarılmış bəraət hökmünün yuxarıda gö stərilən hallarının bu normalarla müqayisəsindən görünür ki, həmin iddianın əksinə olaraq məhkəmə sözügedən qaydaları pozmamış; baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayətmühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmə tərəfindən hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş; sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış; bəraət hökmü çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmişdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CP M-in 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya protestinin dəlilləri isə əsassızdır. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı tər əfindən verilmiş kassasiya protesti təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin 16 mart 2023-cü il tarixli hökmü ilə X15 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 iyul 2023-cü il tarixli qərarı kassasiya protestinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar