Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-44/2019 22.01.2019 ALİ MƏHKƏMƏ İş № 1(102)-44/19 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ 22 yanvar 2018-ci il şəhəri Bakı Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İmran Teymurxan oğlu Hacıqayıbov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Həmzəğa qızı Mehrəliyevanın, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Cövdət Sərvər oğlu Mehrəliyevin, zərərçəkmiş şəxsin hüquqi varisi X1 5, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndələri X16, X22 və məhkumun müdafiəçiləri X10 və X6 iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 fevral 2017-ci il tarixli qərarından Məhkum müdafiəçisi X19 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Şəki Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Ə.Z.Süleymanov (sədrlik edən və məruzəçi), R.İ.Hüseynov və X.H.Səmədovdan ibarət tərkibdə) 16 dekabr 2015-ci il tarixli hökmü ilə xx xxxx 1977-ci ildə Qəbələ rayonun Zarağan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində üç uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, Qəbələ rayonu, Zarağan kəndində yaşamış; Məhkum Azərbaycan Respublikası CM-in 120.2.4, 120.2.7 və 127.2.3-cü maddələri ilə təqsirli bilinərək, CM-in 120.2.4 və 120.2.7-ci maddələri ilə 14 (on dörd) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 127.2.3-cü maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq cəzasının ilk 5 (beş) ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 15 (on beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzaçəkmə müddətinin əvvəli 13 dekabr 2013-cü il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum edilmişdir ona görə ki, o, ümumi təhlükəli üsulla iki nəfəri qəsdən öldürmüş və bir nəfərə isə ümumi təhlükəli üsulla qəsdən sağlamlığa az ağır zərər vuran xəsarət yetirm işdir. Belə ki, o Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının X17 özünə məxsus əşyalarla birlikdə ünvan 1 ünvanda yerləşən iki mərtəbəli qeyri-yaşayış binasının zəbt olunmuş birinci mərtəbəsindən çıxarılaraq həmin sahənin boşaldılmasına dair 30.05.2013cü il tarixli qətnaməsi Qəbələ rayon İcra Qrupunun icra məmurları tərəfindən icra olunarkən 13.12.2013-cü il tarixdə saat 17 radələrində həmin yerə gəlib icarə müqaviləsi əsasında fəaliyyət göstərən qardaşı X5 həmin ticarət mərkəzindən çıxarılmasına etiraz edərək ticarət mərkəzinin sahibi X20 ilə mübahisə edib yaranmış münaqişə zəmində qəsdən X5-i öldürmək məqsədi ilə avtomaşınında gəzdirdiyi özünə məxsus “Milano Arms” markalı, 2302 nömrəli, vinçester tipli, 12 mm. çaplı, təklüləli ov silahından ümumi təhlükəli üsulla həmin ticarət mərkəz inin qarşısına toplanmış şəxslərin yanında beş dəfə atəş açaraq, X8 ön sinə nahiyəsindən, arxa kürək nahiyəsindən, X7 döş qəfəsinin ön sol hissəsindən, sağ baldırın ön orta ⅓-nin, sağ gözün alt hissəsinin və üzün sağ almacıq nahiyəsindən vurmaqla onları öldürmüş, yəni iki nəfər şəxsi qəsdən həyatdan məhrum etmiş, X11 isə döş qəfəsinin arxa sol kürək nahiyəsindən vurmaqla ona dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər M.M.Hüseynov (sədrlik edən və məruzəçi), E.Ş.Hüseynov və İ.H.Şükürovdan ibarət tərkibdə) 20 may 2016-cı il tarixli qərarı ilə Şəki Ağır Cinayətlər Məhkəməsinin 16 dekabr 2015-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya protesti və ap ellyasiya şikayətləri təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Ə.S.Seyfəliyev (sədrlik edən və məruzəçi), İ.M.Cəfərov və H.Q.Nəsibovdan ibarət tərkibdə) 19 oktyabr 2016-cı il tarixli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 may 2016-cı il tarixli qərarı ləğv edilmiş və cinayət işi apellyasiya instansiya məhkəməsində yenidən baxılması üçün qaytarılmışdır. Kassasiya protesti və zərərçəkmiş şəxsin hüquqi varisi X8 nümayəndəsi Nümayəndə ilə birlikdə verilmiş kassasiya şikayəti təmin edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər R.Ə.Əliyev (sədrlik edən və məruzəçi), R.R.Rəfiyev və G.Q.Abbasovdan ibarət tərkibdə) 27 fevral 2017-ci il tarixli qərarı ilə Şəki Ağır Cinayətlər Məhkəməsinin 16 dekabr 2015-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum təyin edilmiş cəza ağırlaşdırılmiş, o, CM-in 120.2.4, 120.2.7-ci maddələri ilə təqsirli bilinib ömürlük azadlıqdan məhrum etmə cəzasına, CM-in 127.2.3-cü maddəsi ilə təqsirli bilinib 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti olaraq üzərində ömürlük azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Məhkum müdafiəçiləri X25 və X19 tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməmiş, zərərçəkmiş şəxsin hüquqi varisi X12 vəkili və nümayəndəsi X13 apelyasiya şikayəti qismən təmin edilmiş, dövlət ittihamçısı Fuad Musayev tərəfindən verilmiş apelyasiya protesti təmin edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərar ından narazı qalan Məhkum müdafiəçisi Müdafiəçi verdiyi kassasiya şikayətində xahiş edir ki, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 fevral 2017-ci il tarixli ləğv edilsin cinayət işi yeni apelyasiya baxışına təyin edilsin. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərini Məhkum müdafiəçisi X19 əsaslandırır ki, apellyasiya instansiya məhkəməsinin qərarı qanunsuz, əsassız və ədalətsizdir. Belə ki, məhkəmə apellyasiya qaydasında işə baxarkən cinayət prosessual qanunvericiliyin tələblərini pozmuş, cinayət qanununun normalarını düzgün tətbiq etməmiş, Məhkum əməlini düzgün tövsif etməmiş, ona öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxt və imkan verməmiş, onun əleyhinə və lehinə ifadə vermiş şahidlərin dindirilməsini təmin etməmişdir. Həmçinin ona son də rəcə ağır cəza təyin etməklə cinayət qanunvericiliyinin ədalət və humanizm prinsiplərini pozmuşdur. Apellyasiya şikayətləri və protesti üzrə məhkəmə iclaslarının qismən istintaq aparılmaqla keçirilməsinə dair məhkəmənin ilkin baxış iclasının qərarı olduğu halda məhkəmə kollegiyası təqsirləndirilən şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat vermədən cəzaçəkmə müəssisəsindən istintaq təcridxanasına etap etdirmiş, qısa müddətli məhkəmə iclasında yalnız çıxışlarla kifayətlənərək qərar qəbul etmişdir. Bu da həm CPM-in, həm də Avropa insan hüquqları Konvensiyasının 6-cı maddəsinin tələblərinin kobud şəkildə pozulmasıdır. Bundan başqa, Məhkum ittiham olunduğu CM-in 120.2.4 və 120.2.7-ci maddələri üzrə 2 nəfər zərərçəkmiş şəxs vardır və apellyasiya məhkəməsinin özünün də razılaşdığı kimi, onlardan biri düzünə qəsdlə, digəri isə yanakı qəsdlə (ehtiyatsızlığdan, təsadüfən) ölmüşdür. Üçüncü zərərçəkmiş şəxsə münasibətdə Məhkum CM-in 127.2.3-cü maddəsi ilə ayrica ittiham və ayrıca cəza verildiyindən bu epizod onun əməlinin ictimai-təhlükəliliyini xüsusi olaraq ağırlaşdıran hal kimi təqdim olunmamalıdır. Cinayət qanununun tətbiqi, əməlin tövsifi və cəza təyini məsələləri üzrə vahid məhkəmə təcrübəsi yaradan və formalaşdıran Ali Məhkəmə bizə məlum olan başqa bir cinayət işində qəsdən 2 nəfəri öldürmüş təqsirləndirilən şəxsə 15 il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin olunması barədə məhkəmə hökmünü qanuni hesab edərək qüvvəsində saxlamışdır. İşin faktiki halları təqsirləndirilən şəxs Məhkum cinayəti özü istəmədən, hadisələrin təsadüfi axarı zəminində törətdiyini deməyə əsas verir. Zərərçəkmiş şəxsin hüquqi varisi X4 vəkili və nümayəndəsi X6 tərəfindən verilmiş apellyasiya şikayətində təqsirləndirilən şəxs Məhkum hadisə yerinə zərərçəkmiş şəxs X6-nı qətlə yetirmək üçün qabaqcadan hazırlaşmış vəziyyətdə və məhz bu niyyətlə gəldiyi iddia olunsa da, lakin işin faktiki hallan bu mülahizələri təkzib edir. İş materiallarından həmçinin görünür ki. Məhkum törətdiyi cinayətin təsirindən sarsılmış, dərin peşmançılıq hissi keçirmiş, xüsusən də atdığı güllədən öz işçisi olmuş V.Dadaşovun ölməsini və daha bir nəfərin yaralanmasını sonradan bilərək buna görə mənəvi əzab çəkmiş, onda cinayət əməlini törətdikdən sonra psixi pozuntu yaranmışdır. Məhkum qısa müddətli psixotik pozuntu keçirmiş və aparılan müvafiq müalicə nəticəsində həmin vəziyyətdən çıxaraq hazırda sağalm ışdır. Hadisə zamanı X5 ölümünün istəmədən (təsadüfən) baş verdiyi ilə razılaşan onun hüquqi varisi və digər yaxınları təqsirləndirilən şəxs Məhkum şikayətçi deyillər. Şərh olunanlar zərərçəkmiş şəxs X4ün hüquqi varisi X6 vəkili və nümayəndəsi X8 apellyasiya şikayətinin Məhkumu soyuqqanlı və nümayişkaranə şəkildə, öz ''kriminal nüfuzunu" qorumaq niyyətilə qətlə yetirməsi barədə dəlillərinin əsassız olduğunu göstərir. Məhkum barəsində işə yenidən baxan apellyasiya kollegiyası təqsirləndirilən şəxsin CM-in 59.1.4-cü maddəsinə əsasən, himayəsində üç azyaşlı övladının olmasını və CM-in 59.2-ci maddəsinə əsasən, törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsini yüngülləşdirici hal qismində qəbul etmişdir. Halbuki, CM-in 59.2-ci maddəsinə əsasən Məhkum cəzasını yüngülləşdirməyə əsas verən b aşqa hallar da mövcuddur (ilk dəfə cinayət törətməsi, cinayəti zərərçəkmiş şəxsin qeyri-etik davranışının təsiri altında törətməsi, cinayəti törədəndən dərhal sonra silahı və özünü könüllü olaraq təslim etməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, ictimai faydalı əmək fəaliyyəti ilə məşğul olması), lakin məhkəmə kollegiyası nədənsə həmin halları qiymətləndirib nəzərə almamışdır. Məhkəmə kollegiyası qərarında humanizm və ədalətlilik prinsipləri barədə hüquq normalarına istinad etsə də, lakin tamamilə ədalətsiz və qeyri-humanist qərar qəbul etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, Şəki Apellya siya Məhkəməsinin Cinayət kollegiyasının 27 fevral 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməllərinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPMnin 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, Məhkum əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7 və 127.2.3-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin tərkibini yaratdığı üçün həmin əməllərin yuxarıda göstərilən maddələr ilə tövsif edilməsini məhkəmə kollegiya sı düzgün sayır. Kassasiya şikayətinin başlıca dəlili məhkəmələr tərəfindən Məhkum cinayət əməlinin düzgün tövsif edilməməsidir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CM-in 120.2.4-cü maddəsinin mənasına görə əməlin həmin maddə ilə tövsif edilməsi üçün ümumi təhlükəli üsulla qəsdən adam öldürmə hadisəsi baş verməlidir. Həmçinin, Azərbaycan Respublikası CM-in 120.2.7-ci maddəsinin mənasına görə təqsirkar şəxs iki və ya daha çox şəxsi qəsdən öldürməsi başa düşülür. İşin materiallarından görünür ki, məhkəmələr biri digərini tamamlayan, mümkün və mötəbər sübutları hərtərəfli, tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyinə uyğun qiymət verərək belə nəticəyə gəlmişlər ki, Məhkum Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyası nın X17 özünə məxsus əşyalarla birlikdə ünvan 1 ünvanda yerləşən iki mərtəbəli qeyri-yaşayış binasının zəbt olunmuş birinci mərtəbəsindən çıxarılaraq həmin sahənin boşaldılmasına dair 30.05.2013-cü il tarixli qətnaməsi Qəbələ rayon İcra Qrupunun icra məmurları tərəfindən icra olunarkən 13.12.2013-cü il tarixdə saat 17 radələrində həmin yerə gəlib icarə müqaviləsi əsasında fəaliyyət göstərən qardaşı X5 həmin ticarət mərkəzindən çıxarılmasına etiraz edərək ticarət mərkəzinin sahibi X20 ilə mübahisə edib yaranmış münaqişə zəmində qəsdənX5-i öldürmək məqsədi ilə avtomaşınında gəzdirdiyi özünə məxsus “Milano Arms” markalı, 2302 nömrəli, vinçester tipli, 12 mm. çaplı, təklüləli ov silahından ümumi təhlükəli üsulla həmin ticarət mərkəzinin qarşısına toplanmış şəxslərin yanında beş dəfə atəş açara q, X8 ön sinə nahiyəsindən, arxa kürək nahiyəsindən, X7 döş qəfəsinin ön sol hissəsindən, sağ baldırın ön orta ⅓-nin, sağ gözün alt hissəsinin və üzün sağ almacıq nahiyəsindən vurmaqla onları öldürmüş, yəni iki nəfər şəxsi qəsdən həyatdan məhrum etmiş, X11 isə döş qəfəsinin arxa sol kürək nahiyəsindən vurmaqla ona dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Hadisənin məhz qeyd edilmiş şəraitdə və qaydada baş verməsi Məhkum özünün qismən etiraf edici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri ilə, ekspertiza rəyləri ilə, maddi sübutlarla və cinayət işinin digər materialları ilə tam təsdiq olunur. "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Res publikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 saylı qərarının 8-ci bəndinə əsasən ümumi təhlükəli üsulla adam öldürmə cinayətində təqsirkar hər hansı şəxsi öldürmək istərkən şüurlu surətdə elə vasitə seçir ki, bu vasitə nəinki zərərçəkmişin, həmçinin başqalarının (heç olmasa bir nəfərin) da həyatı üçün təhlükəli olur. Ümumi təhlükəli üsulla adam öldürməyə yandırmaqla, partlatmaqla, zəhərləməklə, dağıtmaqla, qəzalar törətməklə, zərərçəkmiş şəxsi qətlə yetirmək məqsədilə onun olduğu qapalı yerə qaz buraxmaqla, kütləyə nizamsız atəş açmaqla adam öldürmə hallarını aid etmək olar. Təqsirkar ümumi təhlükəli üsulla zərərçəkmişi öldürərkən başqa şəxsi də həyatdam məhrum etmişsə onun əməli CM-nin 120.2.4-cü maddəsilə yanaşı, 120.2.7-ci maddəsi ilə, belə şəxslərin səhhətinə zərər vurmuşsa zərərin dərəcəsindən asılı olaraq sağlamlığa zərə vurmağa görə məsuliyyəti nəzərdə tutan CM-nin müvafiq maddəsi ilə tövsif edilməlidir. Məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, Məhkum 13 dekabr 2013-cü il tarixdə saat 17 radələrində ticarət mərkəzinin qarşısında ticarət mərkəzinin sahibi X20 ilə mübahisə edib yaranmış münaqişə zəmində qəsdən X5-i öldürmək məqsədi ilə təklüləli ov silahından həmin ticarət mərkəzinin qarşısına toplanmış şəxslərin yanında beş dəfə atəş açaraq, X14 və X9 öldürmüş, X18 isə dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Göründüyü kimi, Məhkum tərəfindən zərərçəkmiş şəxsi öldürmək üçün ticarət mərkəzinin qarşısında ora toplanmış şəxslərin yanında 5 atəş açması onun məhz ümumi təhlükəli üs ulla adam öldürmə niyyətində olmasına dəlalət edir. Həmçinin Məhkum əməli nəticəsində 2 nəfər ölmüş, bir nəfər isə az ağır xəsarət almışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmələrin əməlin tövsifi ilə bağlı gəldikləri nəticə qanuni və əsaslıdır. Bundan başqa, iş materiallarından göründüyü kimi, nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbər liyi üzrə qiymət verilmişdir. Kassasiya şikayətinin digər dəlili Məhkum təyin olunmuş cəzanın həddindən artıq ağır olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan başqa, həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunur. Yəni cəzanın məqsədi təkcə məhkumun islah olunması ilə mə hdudlaşmır. Qanuna görə təqsirli şəxsə təyin edilən cəza başqalarına xəbərdarlıq baxımından da əhəmiyyətlidir. Digər tərəfdən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə görə cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İşdən görünür ki, birinci instansiya məhkəməsi cəza təyin edərkən təqsirləndirilən şəxs Məhkum himayəsində üç azyaşlı uşağının olması cəzanı yüngülləşdirən hal kimi və əməlində cəzanı ağırlaşdıran halın olmamasını nəzərə alaraq ona, CM-in 120.2.4 və 120.2.7-ci maddələr ilə 14 il 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzasını, CM-in 127.2.3-cü maddəsi ilə 4 il müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etmişdir. Apellyasiya instansiyası məhkəməsi isə Məhkum törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, həmçinin onun əməlidə cinayəti odlu silahdan istifadə etməklə törətməsini cəzanı ağırlaşdıran hal kimi nəzərə almış ona ömürlük azadlıqdan məhrum etmə cəzasını təyin etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə təyin edilmiş cəza məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətinə uyğundur. Ona görə də kassasiya şikayətinin bu barədəki dəliləri ilə razılaşmaq olmur. Azərbaycan Respublikası CPM-in 416.0.21-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və qərarını məhkəmə məsuliyyəti ağı rlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, məhkəmə Məhkum təyin ediləcək cəzanın müddətini müəyyən edərkən məhkumun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları kifayət qədər nəzərə almışdır. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “ Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan da məhkəmə kollegiyası məhkəmələrin Məhkum barəsində cəza təyini ilə bağlı mövqeyini əsaslı hesab edir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 fevral 2017-ci il tarixli Məhkum haqqındakı qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA A LİR: Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 fevral 2017-ci il tarixli Məhkum haqqındakı qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-44/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-44/2019
22.01.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver