Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-44/2020 13.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Q Ə R A R Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası 13 fevral 2020-ci il şəhəri Bakı Hakimlər: İnqilab Maşallah oğlu Nəsirov (sədrlik edən və məruzəçi), İlqar Səyyad oğlu Qılıcov və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə; Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, 2-ci dərəcəli hüquqşünas X2, Zərərçəkmiş şəxs2 və onun nümayəndəsi X5 iştirakları ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 02 may 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilmiş X1 barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 iyun 2019-cu il tarixli qərarından iş üzrə Zərərçəkmiş şəxs2 və onun nümayəndəsi X5 birgə verdikləri kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (sədrlik edən hakim Ələddin Cəfərov) 1(007)-394/2019 saylı 02 may 2019-cu il tarixli hökmü ilə, X6, xx xxxxxx 1987-ci il tarixdə ****** rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 yaşamış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CMin 66.5 və 68.1.3-cü maddələrinə əsasən Lənkəran Rayon Məhkəməsinin 01 may 2018-ci il tarixli hökmü ilə təyin edilmiş islah işləri növündə cəzanın çəkilməmiş 01 (bir) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətində hissəsi azadlıqdan məhrum etmənin bir gününə islah işlərinin üç günü hesabı ilə 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətində azadlıqdan məhrum etmə növündə cəzaya bərabər tutulmaqla, hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən toplanmaqla, X3 çəkilməsi üçün qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilmiş və CM-in 69.3-cü maddəsinə əsasən X1 şübhəli şəxs qismində tutulduğu 30 sentyabr 2018-ci il tarixdən 02 okt yabr 2018- ci il tarixə kimi, yəni 02 (iki) gün 02 oktyabr 2018-ci il tarixdən 04 oktyabr 2018-ci il tarixə kimi cəmi 04 (dörd) gün müddətində şübhəli şəxs qismində tutulması nəzərə alınmaqla, sonuncunun üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müəssisəsinin əvvəli 18 mart 2019-cu il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən X6 ona görə təqsirli bilinib məhkum olunmuşdur ki, o, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs1 3000 (üç min) manat verəcəyi təqdirdə sonuncunun qardaşı oğlu, Tərtər hərbi məhkəməsinin 08.09.2016-ccı il tarixli hökm ü ilə Azərbaycan Respublikası CM-nin 335.2-ci maddəsi ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 14 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkmiş X4 cəzasının çəkilməmiş hissəsindən azad etdirəcəyinə dair vəd verib aldadaraq, ünvan 3 ünvanında yerləşən “*****” kafesinin qarşısında vahid niyyətlə əhatə olunan qəsdlə əvvəlcə 20 fevral 2017-ci il tarixdə 1500 (bir min beş yüz) manat, mart ayının əvvəlində həmin ünvanda 300 (üç yüz) manat, mart ayının ikinci yarısında eyni ünvanda və gündə 500 (beş yüz) və 200 (iki yüz) manat olmaqla iki dəfəyə cəmi 700 (yeddi yüz) manat və 2017-ci ilin aprel ayının sonunda həmin kafenin qarşısında 500 (beş yüz) manat, ümumilikdə 3000 (üç min) manat məbləğində pulunu alıb''ələ keçirərək, vədi nə əməl etmədən zərərçəkmiş Zərərçəkmiş şəxs1 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs olduğu Bakı Ağır Cinayətlərə X13 Məhkəmə baxışında olmuş cinayət işi üzrə ona qaytarılmış olan külli miqdarda ziyanın ödənilməsinə, oğlu Kamran Şabanovun ali məktəbə qəbul olunması üçün X10 İnstitutunun dizayn fakültəsinə qabiliyyət imtahanının keçiriləcəyinə, qızı R8 qəbul olduğu Maliyyə Kredit Kollecində fakültə seçiminə köməkli göstərəcəyinə yalandan vədlər verib aldadaraq, 30 iyun 2017-ci il tarixdə ünvan 4 ünvanında yerləşən “*****” kafesində 300 (üç yüz) manat, 01 iyul 2017-ci il tarixdə 200 (iki yüz) manat, iyul ayının 17-dən 24-cü gününədək cib xərcliyi adı ilə 300 (üç yü z) manat, həmin ayın sonunda metropolitenin Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsində yerləşən “Nizami” metrostansiyasımn qarşısında Zərərçəkmiş şəxs2 məxsus “X12” markalı, **--*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin salonunda 3700 (üç min yeddi yüz) manat, avqust ayının son həftəsində “Xan Çinar” kafesində 500 (beş yüz) manat, avqust ayının son günlərində eyni ünvanda 1500 (bir kin beş yüz) manat, ümumilikdə 6500 (altı min beş yüz) manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs2 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən və məruzəçi hakim Kamran Əkbərov, hakimlər Faiq Qasımov və Sahibxan Mirzəyevdən ibarət tərkibdə) 1(103)-852/2019 nömrəli 24 iyun 2019-cu il tarixli qərarı ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 02 may 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, Zərərçəkmiş şəxs2 apellyasiya şikayəti təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan Zərərçəkmiş şəxs2 və nümayəndəsi X7 birgə kassasiya şikayəti vermişlər. Kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş şəxs2 və onun nümayəndəsi Ş6 kassasiya şikayətini əsaslandıraraq göstərmişlər ki, apellyasiya instansiya məhkəməsinin qərarı cəzanın yüngüllüyünə görə əsassız və qanunsuzdur. Belə ki, apellyasiya instansiya məhkəməsinin kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi məhkumun əməlini düzgün tövsif etmiş, ona cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, təyin ediləcək cəzanın məhkumun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirinə, cəzasını yüngülləşdirən hallar kimi əməlini etiraf edərək peşmançılıq hissi keçirdiyini, o cümlədən digər zərərçəkmiş şəxsə vurulmuş ziyanın tam ödənildiyini, cəzasının ağırlaşdıran halların olmadığını nəzərə alaraq ona cəza təyinetmənin ümumi prinsiplərinə riayət etməklə ona təqsirli bilindiyi maddənin sanksiyası daxilində cəza təyin etmişdir. Halbuki, iş materiallarından göründüyü kimi, Valeh 6cinayət əməlləri nəticəsində Zərərçəkmiş şəxs2 maddi ziyan vurulmuşdur ki, həmin ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilməmişdir. Bundan əlavə, V6 əvvəllər cinayət əməlləri törətdiyinə görə məhkum edilmiş, cəzasını çəkib qurtarmamış yenidən hazırkı cinayət əməlinin törətmişdir. Buna baxmayaraq, məhkəmələr məhku m V6 sanksiyada nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsinə dair əsassız və qanunsuz qərar qəbul etmişlər. Kassatorlar belə hesab edirlər ki, V6 əvvəllər cinayət əməlləri törətdiyinə görə məhkum edilməsini, vurulmuş ziyanı ödəməməsini onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alınaraq ona daha ağır cəza təyin edilməlidir. Kassatorlar kassasiya şikayətində göstərilənlərə əsasən, kassasiya şikayətinin təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 iyun 2019-cu il tarixli qərarının ləğv edilməsini və məhkum X3 daha ağır cəza təyin edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası iş materiallarını öyrənib kassasiya şikayətinin dəlillərini müzakirə edərək, kassasiya şikayətinin təmin edilməsi nə dair zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs2 və onun nümayəndəsi Ş6 və kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısı V6 çıxışlarını dinləyərək belə hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməməli və məhkum X1 barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 iyun 2019-cu il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkə məsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hərhansıbirfaktınbaşveribverməməsinimüəyyən etmir və yalnızhəmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə özmünasibətinibildirir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə aktlarından görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri işin hallarını müəyyən edərkən konkret sübutlara əsaslanmışla r. İş materiallarından isə görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Məhkəmə kollegiyası vurğulayır ki, işə baxan məhkəmələr sübutları CPM-in 143146-cı maddələrinin tələblərinə uyğun olaraq hərtərəfli, tam və obyektiv surətdə tədqiq etmiş, sübutlara onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi nəzərə alınmaqla düzgün qiymət vermiş, məhkum X3 isnad edilən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində təsbit edilən cinayət əməlinin sübuta yetirilməsində qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmiş, sübutların hansına üstünlük verilməsi məhkəmə qərarlarında göstərilmişdir. (məhkəmələr məhkumun təqsirlilik məsələsini həll edərkən zərərçəkmiş şəxslərin, şahidin ifadələri, keçirilmiş üzləşdirmə protok olları, eləcə də cinayət işinin materiallarında olan tədqiq edilmiş sənədlərə əsaslanmışlar). Birinci və apellyasiya instansiya məhkəmələrinin məhkum X1 cinayət əməllərinin sübuta yetirilməsinə və tövsifinə dair nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası da bu nəticə ilə razılaşır və belə hesab edir ki, məhkum X1 cinayət əməlləri məhkəmələr tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Bundan başqa kollegiya qeyd edir ki, işə baxan məhkəmələr tərəfindən “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərinə riayət edilmiş, iş üzrə açıq və ədalətli məhkəmə araşdırması aparılmış, həm ibtidai istintaq, həm də məhkəmə araşdırılmaları zamanı məhkumun müdafiə hüququ təmin edilmiş, çəkişmə prinsipi təmin edilməklə tərəflərə bərabər şərait yaradılmışdır. Zərərçəkmiş şəxs2 və onun nümayəndəsi Şahin Rəfiyevin birgə verdikləri kassasiya şikayətinin başlıca dəlili məhkum X3 apellyasiya instansiya məhkəməsində təyin olunmuş cəzanın yüngül olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan başqa, həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məh kumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunur. Yəni cəzanın məqsədi təkcə məhkumun islah olunması ilə məhdudlaşmır. Qanuna görə təqsirli şəxsə təyin edilən cəza başqalarına xəbərdarlıq baxımından da əhəmiyyətlidir. Digər tərəfdən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə görə cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarix li 4 saylı qərarının 1-ci bəndinə əsasən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Məhkəmə kollegiyası qeyd edir ki, işdən göründüyü kimi birinci instansiya məhkəməsi hökmün əsaslandırıcı hissəsində maddi hüquq normalarının tətbiqinə istinad edərək nəticə hissəsində bu normalara riayət etməklə məhkumun törətdiyi əməli səmimi etiraf edib peşmançılıq çəkməsini, dəyən ziyandan bir hissəsinin ödənilməsini cəzanı yüngülləşdirən hallar kimi və əməlində cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Nəzərə alınsa ki, CM-in 178.2-ci maddəsinin sanksiyasında dörd min manatdan yeddi min manata miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən edilmişdi r və məhkəmə də maddənin sanksiyasında nəzərdə tutulan cəza növlərindən ən ağırını - azadlıqdan məhrum etmə cəzasını təyin etmişdir, o zaman belə cəzanı heç də yüngül cəza kimi qiymətləndirmək olmaz. Kassasiya kollegiyasının qənaətinə görə məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini düzgün nəzərə almışdır. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə mütənasib olmalıdır. Başqa sözlə, cəza törədilən cinayətə adekvat olmalıdır. Cinayət-Prosessual Məcəllənin 404-cü maddəsinə əsasən, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilm iş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Ədalətlilik prinsipinə görə cinayət məsuliyyətinin differensiasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirməsi baş verir. Təyin edilən cəzanın ədalətli olması həm də sosial ədalətin bərpasını təmin etdiyindən cinayət qanunu cəzanın ədalətli olmasına xüsusi əhəmiyyət verir. Məhkəmə kollegiyası hesab edir ki, hər bir halda cəzanın məqsədinə nail olmaq üçün ədalət prinsipinə əməl edilməlidir. «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə» 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hi ssəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, məhkəmə hakimiyyətinə ictimaiyyət tərəfindən etimad bəslənilməsi və ona hörmət olunması məhkəmə işinin səmərəliliyinin təminatıdır. Məhkəmələr nəinki konkret məhkəmə araşdırmasında iştirak edən tərəflərin, eləcə də bütövlükdə cəmiyyətin etimadına malik olmalıdırlar. Məhkəmələrə etimad məhkəmə müstəqilliyindən irəli gələn hakimlərin qərəzsizliyi ilə sıx bağlıdır. Bir tərəfdən qərəzsizlik hakimin bir fərd kimi baxılan məsələyə münasibətdə şəxsi qərəzsizliyini ifadə edir. Digər tərəfdən o, demokratik cəmiyyətdə ədalət mühakiməsinə inamla bağlı olan məhkəmənin zahiri görünüşüdür. Kollegiya qeyd edir ki, cəza sitəm xarakteri daşımamalı və şəxsin islah olunaraq yenidən tam yararlı şəxs kimi cəmiyyətin sıralarına qayıtmasına xidmət etməlidir. Sərt cəza heç də həmişə cəzanın qanunla müəyyən olunmuş məqsədinə çatmağa xidmət etmir. Cəza təyin edilərkən iş üzrə bütün hallar müzakirə edilərək nəzərə alınmalı və nəticədə ədalətin təntənəsi aşkar görünməlidir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, kassasiya şikayətində cəza təyini ilə bağlı göstərilən digər dəlillər də apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsinə əsas vermir. Belə ki, Azərbaycan Respublikası CPM-in 416.0.21-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və qərarını məhkəmə məsuliyyəti ağırlaş dıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Qərardan görünür ki, məhkəmə V6 təyin ediləcək cəzanın müddətini müəyyən edərkən məhkumun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları kifayət qədər nəzərə almışdır. İşin materiallarından da məhkum Valeh Feyzullayevin cəzasının ağırlaşdırılması üçün digər əsaslar müəyyən edilməmişdir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini əsassız olduğundan qəbul etmir və məhkum X1 haqqındakı Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 iyun 2019-cu il tarixli qərarının ləğv edilməsi üçün heç bir əsas görmür. Beləliklə, məhkəmə kollegiyası məhkum V6 törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, işin hal larını, məhkumun şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın məhkumun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, eləcə də məhkum və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq və cəzanın qanunla müəyyən olunmuş məqsədini təmin etmək üçün kassasiya şikayətinin təmin edilməməsini və məhkum X6 barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 iyun 2019-cu il tarixli qərarının kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmasını qanuni, əsaslı və ədalətli hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA A L D İ: Zərərçəkmiş şəxs2 və onun nümayəndəsi Ş6 birgə verdikləri kassasiya şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilmiş X1 barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 iyun 2019-cu il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-44/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-44/2020
13.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver