Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-440/2020 07.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Nəsirov İnqilab Maşallah oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkan Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlunun, Məhkum müdafiəçisi, Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Kantayev Nurəddin Mahama oğlunun iştirakları ilə xx xxxxxx 1989-cu il tarixdə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum edilməmiş, ünvan qeydiyyatda olan və ünvan 1 yaşamış, hal-h azırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2019cu il tarixli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin apelyasiya və kassasiya instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Yusifov İlkin Fərhad oğlu tərəfindən verilmiş kassasiya protestinə və məhkumun müdafiəçisi, Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Kantayev Nurəddin Mahama oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə (hakimlər: E.Ə.Mikayılov (sədrlik edən), Ə.M.Abasov və M.M. Ağalarov) Məhkum elan edilmiş ittihamdan CM-nin 240.3.2-ci maddəsi xaric edilmiş, CM-nin 234.4.1-ci maddəsi ilə olan əməli CM-nin 234.1-ci maddəsi ilə tövsif edilərək, Məhkum CM-nin 234.1-ci maddəsi nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin xx xxx 2018-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti və məhkumun müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər: F.A.Qasımov (sədrlik edən), Q.X.Babayev və K.H.Əkbərov) apellyasiya protesti və apellyasiya şikayət i təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Hökmə əsasən Məhkum satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddələri əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Məhkum satış məqsədi olmadan şəxsi istifadəsi üçün qanunsuz olaraq tanışı "Baba" ləqəbli istintaq zamanı şəxsiyyəti müəyyən edilmiş şəxsdən, sonuncunun bildirməsinə əsasən "xxxx" ASC-yə məxsus ******************** saylı bank hesabına xx xxx 2018-ci il tarixdə 480 manat pulu "MilliÖn" elektron ödəmə sistemi vasitəsi ilə göndərmiş, "baba" ləqəbli istintaq zamanı şəxsiyyəti müəyyən edilmiş həmin şəxsin təşkil etməsi ilə, istintaq zamanı müəyyən edilməmiş digər şəxs tərəfindən istintaqa məlum olmayan m ənbədən, vaxtda və şəraitdə psixotrop maddə və külli miqdarda narkotik vasitələrə aid olmayan güclü təsir edən maddə əldə edilib daşınaraq Bakı şəhəri, "Qara Qarayev" metrostansiyası yaxınlığında gizlədildikdən sonra, Məhkum şəxsi istifadəsi üçün almış olduğu həmin 01 ədəd şəffaf polietilen bükümdə, təmiz çəkisi 0,336 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini, 01 ədəd polietilen bükümdə, külli miqdarda təmiz çəkisi 8,875 qram olan güclü təsir edən maddə preqabalin preparatını və 10 ədəd göy rəngli təmiz çəkisi 1,21 qram, 05 ədəd çəhrayı rəngli təmiz çəkisi 0,5 qram və 3 ədəd yaşıl rəngli təmiz çəkisi 0,15 qram olmaqla ümumilikdə 18 ədəd təmiz çəkisi 1,86 qram psixotrop vasitə-metilendioksimetamfetamin tərkibli MDMA həblərini gizlədilmiş həmin yerdən götürərək qanuns uz əldə edib idarə etdiyi **-RV-*** dövlət nömrə nömrəli "VAZ-2121" markalı avtomobilində saxlamaqla ünvan 1 ünvanının yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində o, xx xxx 2018-ci il tarixdə saat 13:20-də qeyd olunan ünvanda saxlanılaraq üstünə baxış keçirilərkən əynində olan tünd göy rəngli gödəkcənin sağ yan cibindən narkotik vasitə və psixotrop maddənin istifadəsi üçün nəzərdə tutulmuş 01 ədəd şüşə lampa, idarə etdiyi **-RV-*** dövlət nömrə nömrəli "VAZ-2121" markalı avtomobilin qabaq salonun sağ tərəfdəki oturacağının üstündə yerləşən qara rəngli dəri materialdan olan və üzərində "JEEP" sözü yazılmış əl çantasın dan qanunsuz olaraq şəxsi istifadəsi üçün əldə edib saxlamaqla daşıdığı 01 ədəd şəffaf polietilen bükümdə, təmiz çəkisi 0,336 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 01 ədəd polietilen bükümdə, narkotik vasitəyə və psixotrop maddəyə aid olmayan külli miqdarda təmiz çəkisi 8,875 qram olan güclü təsir edən maddə preqabalin preparatı və 10 ədəd göy rəngli təmiz çəkisi 1,21 qram, 05 ədəd çəhrayı rəngli təmiz çəkisi 0,5 qram və 3 ədəd yaşıl rəngli təmiz çəkisi 0,15 qram olmaqla ümumilikdə 18 ədəd təmiz çəkisi 1,86 qram psixotrop vasitəmetilendioksimetamfetamin tərkibli-MDMA həbləri və 01 ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx x 2019-cu il tarixli qərarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi xahiş olunur. Dövlət ittihamçısı qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən Məhkum əməlinin tövsifində səhvə yol verilmişdir. Belə ki, birinci instansiya məhkəməsində Məhkum göstərmişdir ki, xx xxx 2018-ci il tarixdə polis əməkdaşlarının onda aşkar etdikləri psixotrop maddələri X3 şəxsi istifadəsi üçün almış, X və digər şəxslərlə əlbirliyi olmamış, narkotik vasitələrin satışı ilə heç vaxt məşğul olmamışdır. Özü 1 ilə yaxındır ki, narkotik vasitələrdən istifadə edir. Lakin Məhkum ibtidai araşdırma dövründə verdiyi və birinci instansiya məhkəməsində tədqiq olunmuş ifadəl ərindən görünür ki, müdafiəçinin iştirakı ilə verdiyi həmin ifadələrində Məhkum onda aşkar olunmuş narkotik vasitələri Xdan almış, ilkin dövrlərdə o yalnız öz istifadəsi üçün narkotik vasitələr alsa da, sonradan qərara gəlmişdir ki, özü də narkotik vasitələrin satışı ilə məşğul olub qazanc əldə etsin. Protest müəllifinin fikrincə, iş üzrə toplanmış digər sübutlar da Məhkum həmin ifadələrinin obyektiv həqiqəti əks etdirdiyini təsdiq edir. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərarının dəyişdirilməsi və Məhkum CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsinə dair qərar qəbul olunması xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, məhkəmələr Məhkum cəza təyin edərkən cəzasının yüngülləşdirən halları ümumiyyətlə nəzərə almamış, ona CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən ağır cəzanı təyin etmişdir. Belə ki, məhkəmə Məhkum cəzasını ağırlaşdıran halların olmadığını, əvvəllər məhkum olunmadığını, yaşayış yeri üzrə müsbət xarakterizə olunduğunu, törətdiyi əməli səmimi etiraf edib peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirməklə cəza təyin edərkən nəzərə aldığını hökmdə qeyd etsə də, CM-nin 58-ci maddəsinin tələblərini pozaraq təqsirləndirən şəxsə ağır cəza təyin etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi və kassasiya prot estinin təmin edilməməsi barədə müdafiəçi N.Kantayevin, kassasiya şikayətinin təmin edilməməsi və kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı R.Alverdiyevin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti və kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Məhkum əməlinin tövsifi mübahisə edilir. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Məhkum təyin edilmiş azadlıq dan məhrum etmə cəzasının, azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilməsi xahiş olunur. CM-nin 234-cü maddəsində “Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma”ya görə cinayət müəyyən edilmişdir. CM-nin 234.1-ci maddəsində Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə; CM-nin 234.2-ci maddəsində “Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma”ya görə; CM-nin 234.3-cü maddəsində “Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədi ilə prekursorları satma, yaxud prekursorları eyni məqsədlə xeyli miqdarda hazırlama, əldə etmə, saxlama, göndərmə və ya daşıma”ya görə; CM-nin 234.3-1-ci maddəsində “Yetkinlik yaşına çatmayanlara qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma, habelə bu Məcəllənin 234.2-ci və 234.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri təhsil və ya səhiyyə müəssisələrində, eləcə də cəzaçəkmə müəssisələrində yaxud həbs yerlərində törətmə”yə görə; CM-nin 234.4.1-ci maddəsində isə bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə cinayət məsuliyyətini müəyyən edir. CM-nin 240-cı maddəsi “Güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi”nə görə cinayət məsuliyyətini müəyyən edir. CM-nin 240.1-ci maddəsi “Narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələri satış məqsədi ilə qanunsuz hazırlama, emal etmə, əldə etmə, saxlama, daşıma və ya göndərmə, habelə bu maddələri və ya onları hazırlamaq yaxud emal etmək üçün avadanlığı qanunsuz satma”ya görə; CM-nin 240.1-1-ci maddəsi “Narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan zəhərli maddələri satış məqsədi ilə qanunsuz hazırlama, emal etmə, əldə etmə, saxlama, daşıma və ya göndərmə, habelə bu maddələri və ya onları hazırlamaq, yaxud emal etmək üçün avadanlığı qanunsuz satma”ya görə; CM-ni n 240.3.2-ci maddəsi isə bu Məcəllənin 240.1, 240.1-1 və 240.2-ci maddələrində nəzərdə tutulmuş əməllər güclü təsir edən maddələrə münasibətdə külli miqdarda törədildikdəcinayət məsuliyyətini müəyyən edir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Məhkəmə kollegiyası kassasiya protestində qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq Məhkum əməlini Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə tövsif etmiş və həmin maddə ilə təqsirli bilərək məhkum etmiş, apellyasiya instansiya məhkəməsi isə əsaslı olaraq gəlinən nəticəni qüvvəsində saxlamışdır. Belə ki, cinayət işinin materiallarını təhlil edən məhkəmə kollegiyası belə bir nəticəyə gəlir ki, Məhkum Azərbaycan Resp ublikası CM-in 234.1-ci maddəsi ilə verilmiş ittiham toplanmış mötəbər sübutların məcmusu ilə tam təsdiq olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası CM-in 244.1-ci maddəsinin şərh edilməsi haqqında” xx xxxx 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Belə ki, "Əməliyyat tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi barədə" xx xxx 2018-ci il tarixli protokoldan göründüyü kimi müvafiq əməliyyat tədbiri keçirilərkən, Məhkum üzərində olan narkotik vasitə və psixotrop maddənin istifadə olunması üçün bir ədəd şüşə lampanı, eləcə də avtomobilində olan psixotrop maddə və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddəni, eləcə də 01 ədəd elektron tərəzini polis əməkdaşlarına kön üllü təqdim edərək, həmin şüşə lampadan aludəçisi olduğu vasitələri qəbul etmək üçün istifadə etdiyini, avtomobilindən aşkar edilmiş vasitələri isə Ağayar Ağazadədən şəxsi istifadəsi üçün aldığını bildirmişdir. İş materiallarında olan Məhkum əməliyyat müvəkkili X4 əlyazma izahatından da göründüyü kimi, Məhkum bir daha izahat verərək, yuxarıda qeyd olunan protokolun məzmununda qeyd olunan halları təsdiq edərək, həmin psixotrop maddələri və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsiredən maddəni özünün istifadəsi üçün əldə etdiyini bildirmişdir. İş materiallarında olan "Telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında" xx.xx.2018-ci il tarixli protokoldan görünür ki, Məhkum Azərbaycan Respublikası CM-nin 234.2 və 240.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə müstəntiq tərəfindən "xxxx" MMC-dən daxil olmuş xx.xx.2018-ci il tarixli 21045 saylı məktubla daxil olmuş məlumatlara baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs Məhkum istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsi ilə müxtəlif mobil telefon nömrələri arasında həm telefon danışıqları, həm də sms mətn yazışmaları olmuş, baxış zamanı cinayət işi üzrə əhəmiyyət kəsb edən hal aşkar olunmamışdır. (cild 01, iş vər. 125) İşdə olan DİN-nin BNMİ-nin rəis vəzifəsini müvəqqəti icra edən səlahiyyətli şəxsin DİN-in BMCMİ-nin rəisinə olan xx.xx.2018-ci il tarixli, 008-4344-1218 nömrəli məktubundan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CMnin 234.2 və 240.3.2-ci maddələri ilə istintaqı aparılan cinayət işi üzrə xx xxx 2018-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Məhkum aşkar edilərək götürülmüş 8.875 qram çəkidə güclü təsir edən maddə olan preqabalini, 1,86 qram çəkidə psixotrop maddə olan MDMA həblərini və 0,336 qram çəkidə psixotrop maddə olan metamfetamini nə vaxt, harada və kimdən, hansı şəraitdə əldə etməsini, əvvəllər narkotik vasitələrin satışı ilə məşğul olub-olmadığını, onun narkotik vasitələrin satışı və ya istifadəsi ilə məşğul olmasını görə biləcək şahidlərin dairəsini və digər cinayətlərin törədilməsində iştirakını, eləcə də "Baba" adlı şəxsin şəxsiyyətini müəyyən etmək məqsədilə keçirilmiş əməliyyat tədbirləri nəticəsində “Baba" adlı şəxsin xx.xx.1992-ci ildə Lənkəran rayonunda anadan olmuş, Lənkəran rayonu, Göyşaban kəndində qeydiyyatda olan, Dövlət G ömrük Komitəsi tərəfindən ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 206.3.2, 240.2.1 və 240.3.2-ci maddələri ilə axtarışda olan X7 olması müəyyən edilmişdir. Verilən tapşırıqla bağlı əməliyyat-axtarış tədbirlərinin davam etdiyildiyi, müsbət nəticə əldə olunduğu təqdirdə əlavə olaraq məlumat veriləcəyi bildirilsə də, müstəntiq tərəfindən yalnız Məhkum faktiki olaraq həmin narkotik vasitələri əldə etdiyi mənbə olan X5 və qeyrilərinin barəsində cinayət işi ayrılmaqla kifayətlənilmiş, lakin Məhkum narkotik vasitələri hansı məqsədlə əldə etməsinin, eləcə də kimlərə satmasının müəyyən edilməsi istiqamətində müvafiq əməliyyat axtarış tədbirlərinin nəticələrini, yəni ittihamı təsdiq edə biləcək mötəbər sübutların əldə edilməsini gözləmədən cinayət işi üzrə ibtidai istintaq yekunlaşdırlmaqla, iş baxılması üçün məhkəməyə göndərilmiş, məhkəmə araşdırılması zamanı müvafiq halların müəyyən edilməsi istiqamətində hər hansı bir nəticənin əldə olunmasına dair sənəd məhkəməyə təqdim edilməmişdir. İş materiallarında olan, iş üzrə ibtidai istintaq və məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş təqsirləndirilən şəxs Məhkum narkotik vasitələrin qanunsuz dövriyyəsinə aidiyyəti barədə məlumatı əldə etmiş və bununla bağlı keçirilmiş müvafiq əməliyyat tədbirinə rəhbərlik edərək həyata keçirmiş polis əməkdaşı Qasım Hüseynov, eləcə də DİN-in Narkotiklərlə Mübarizə İdarəsinin yuxarıda qeyd edilən əməkdaşları məhkəmədə verdikləri ifadələrində göstərmişlər ki, Məhkum onlar tərəfindən yaxalanıb sonuncunun barəsində cinayət təqibi başlandıqdan sonrakı vaxtlarda keçirilmiş əməliyyataxtarış tədbiri zamanı Məhkum avtomobilindəki dəri əl çantasından tapılmış psixotrop maddə və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri kimlərə satmaq məqsədi ilə əldə etməsi, istehlakçıların və ya istehlakçının kim olması barədə heç bir məlumat əldə edilməmiş, yuxarıda qeyd edilən tədbirin keçirilməsində hal şahidləri qismində iştirak etmiş Vəli Məhərrəmov və Qasım Hüseynov isə Məhkum aşkar olunan psixotrop maddələri və güclü təsir edən maddələri özünün istifadəsi üçün, Ağayar adlı şəxsdən əldə etdiyini bildirdiyini göstərmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" x xxxx 2011-ci il t arixli, 2 nömrəli qərarının 9-cu bəndində göstərilmişdir ki, "Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır". Həmin qərarda həmçinin qeyd olunmuşdur ki, məhkəmələrin diqqəti narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizəyə yönəldilən qanunların düzgün tətbiq edilməsi, bu barədə Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarının tələblərindən irəli gələn müddəalarına ciddi əməl olunması, işin bütün hallarının tam, hərtərəfli və obyektiv araşdırılması sahəsin də fəaliyyətinin təkmilləşdirilməs zəruriliyinə cəlb edilsin Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılarında Psixotrop maddələrin siyahısında MDMA-nın çəkisinin 0.03 qramdan yuxarı, metamfetaminin 0.15 qramdan yuxarı olması şəxsi istehlak miqdarından artıq miqdar, MDMA-nın çəkisinin 05 qramdan yuxarı, metamfetaminin çəkisinin 02 qramdan yuxarı olması külli miqdar hesab olunur. Azərbaycan Respublikasının xx xxxx 2016-cı il tarixli Qanunu ilə təsdiq olunmuş “Güclü təsir edən maddələr və onların külli miqdarının Siyahısı”ndan göründüyü kimi, preqabalinin çəkisinin 05 qramdan yuxarı olması külli miqdar hesab olunur. İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizanın rəyindən də göründüyü kimi, Məhkum NARKOMANİYA xəstəliyi ilə yanaşı, avtomobilindəki çantasından aşkar edilmiş hər iki növ psixotrop maddə və güclü təsir edən maddələrdən, yəni psixotrop maddələr olan metamfetamin, MDMA (ekstazi) və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrə aid olan preqabalindən sui-istifadə etməsi nəticəsində asılılıq sindromu aşkar olunmuş və narkomaniyadan məcburi müalicəyə ehtiyacının olduğu göstərilmişdir. Eyni zamanda iş materiallarından göründüyü kimi, təqsirləndirilən şəxs Məhkum saxlanılarkən onun üzərindən narkotik vasitə və psixotrop maddənin istifadəsi üçün nəzərdə tutulmuş 01 ədəd şüşə lampa aşkar edilmiş, müvafiq ekspertiza tədqiqatından sonra h əmin şüşə lampada metamfetamin izləri olduğu aşkar edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda göstərilənlərlə yanaşı, Məhkum üzərindən narkotik vasitə və psixotrop maddənin istifadəsi üçün nəzərdə tutulmuş 01 ədəd şüşə lampanın aşkar olunması və sözügedən məhkəmə-ekspertiza rəyində qeyd olunan hallar, eləcə də işin digər faktiki halları qarşılıqlı şəkildə təhlil edildikdə, hazırkı halda eksperti rəyi ilə Məhkum müvafiq olaraq avtomobilindən aşkar edilmiş hər iki növ psixotrop maddə və güclü təsir edən maddələrdən sui-istifadə etməsi nəticəsində asılılıq sindromunun aşkar olunması, sonuncunun həmin psixotrop maddə və güclü təsir edən maddələri şəxsi istifadəsi üçün əldə etdiyinə dəlalət edən amil kimi qiymətləndirilməlidir. Qeyd edilən tövsiyələrə və cinayət-prosessual qanunv ericiliyin tələblərinə əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, Məhkum avtomobilindəki dəri əl çantasından aşkar edilib götürülmüş psixotrop maddələrin külli miqdar yaratmadığı, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddənin isə çəkisinin müvafiq növ üçün müəyyən edilmiş külli miqdarının minimal həddindən cüzi, çox olmaqla miqdar əlaməti və eləcə də sonuncunun avtomobilindən 01 ədəd elektron tərəzinin aşkar edilməsi belə, onun nə psixotrop maddələri, nə də ki, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddəni satış məqsədilə əldə edib gəzdirməsi barədə nəticəyə gəlmək üçün kifayət etmir. Belə məqsədin olmasını təsdiq edən başqa hallar, yəni başqa istehlakçı və ya istehlakçıların olması, təqsirləndirilən şəxsin onun la əvvəlcədən sövdələşməsi, psixotrop maddələr və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrin çəkilib xırda bağlamalara bükülməsi isə ibtidai və məhkəmə araşdırmaları zamanı müəyyən edilməmiş, əksinə İlkin Məhkum izahatında və məhkəmədə verdiyi ifadəsində psixotrop maddə və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri şəxsi istifadəsi üçün əldə edib saxlayaraq daşıdığını göstərmiş, və bu hal heç bir sübutla təkzib olunmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, digər müvafiq mötəbər sübutların mövcud olmadığı şəraitdə, göstərilən halda Məhkum avtomobilin qabaq salonun sağ tərəfdəki oturacağının üstündə yerləşən qara rəngli dəri materialdan olan və üzərində "JEEP" sözü yazılmış əl çantasından 01 ədəd şəffaf p olietilen bükümdə, təmiz çəkisi 0,336 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 01 ədəd polietilen bükümdə, narkotik vasitəyə və psixotrop maddəyə aid olmayan külli miqdarda təmiz çəkisi 11,875 qram olan güclü təsir edən maddə preqabalin preparatı və 10 ədəd göy rəngli təmiz çəkisi 1,21 qram, 05 ədəd çəhrayı rəngli təmiz çəkisi 0,5 qram və 3 ədəd yaşıl rəngli təmiz çəkisi 0,15 qram olmaqla ümumilikdə 18 ədəd təmiz çəkisi 1,86 qram psixotrop vasitəmetilendioksimetamfetamin tərkibli-MDMA həbləri və 01 ədəd elektron tərəzinin aşkar olunması ilə bağlı xüsusatlar, Məhkum satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddəni və külli miqdarda narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddəni əldə edib, saxlamaqla daşımaqda təqsirli bilinməsi nə əsas verə bilməz. Bu səbəbdən də, məhkəmə kollegiyası Məhkum aşkar edilmiş narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrin qeyd edilən ölçülərdə olmaqla külli miqdarda olması kriteriyasından yanaşılıb onun əməlinin satış məqsədi ilə törədilən əməl kimi qiymətləndirilməsi üçün hüquqi əsas olmadığı qənaətinə gəlir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, sübutların həcmi və ümumiyyətlə işin gerçək hallarının tərkib əlamətləri təqsirləndirilən şəxsin əməlinin Azərbaycan Respublikası CM-in 234.4.1 və 240.3.2-ci maddələri ilə tövsif edilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin Məhkum əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif edilməsinə dair gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Konsti tusiyasının 63-cü maddəsində təqsirsizlik prezumpsiyası insanın mühüm şəxsi hüquqlarından biri kimi göstərilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutl ar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq,yəni qanuni yolla əldə olunmalıdır. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPM-in 416.1.2-416.1.15-ci maddələrində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edir, ona görə ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir. Məhkum еdilmiş şəхs Məhkum cəzа təyin еdilməsi ilə bağlı kassas iya şikayətinin dəlillərini müzаkirə еdərək, məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini düzgün nəzərə almış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59 və 61-ci maddələrinin tələblərinə tam riayət etmişdir. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mə nada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il və xx xxxx 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şə raitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosia l ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsi yyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli 2 №-li Qərarının 25-ci bəndində mənasına görə məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-in 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata k eçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə etməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.), təqsirkarın şəxsiyyətinə (residivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkot ik vasitələrin saxlanması həvalə edilən, onlardan müalicə və digər məqsədlər üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum barəsində cəza təyin olunarkən cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, əvvəllər məhkum olunmamasını, törətdiyi əməli səmimi etiraf edib peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi, cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq düzgün nəticəyə gəlinmişdir. Odur ki, məhkəmə kollegiyası Məhkum cəza çəkmədən islah olunmasını mümkün hesab etmir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədq iq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin və kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində və kassasiya şikayətində onun ləğv edilməsi və ya dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, protestin və şikayətin təmin edilmədən, həmin qərarın isə dəyişiklik edilmədən saxlanılması mümkündür. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassaiya protesti təmin edilməsin Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində B akı Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-440/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-440/2020
07.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver