Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-440/2021 03.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının iştirakı ilə, xx xxxxx 1982-ci ildə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, işləməyən, İmişli rayonu, Məzrəli kəndində qeydiyyatda olan və yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bund an sonra CM-in) 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə (sədrlik edən və məruzəçi hakim M.Ə.Abdullayev, hakimlər C.C.Nəbiyev və İ.Q.Abdullayev) Məhkum - CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nərərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-in 206.3.2-ci maddəsi ilə 6 (altı) il müddətə, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 7 (yeddi ) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. CM-in 66.3-cü maddəsinin tələbinə əsasən cəzalar qismən toplanılmaqla Məhkum qəti olaraq 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli o xx xxxx 2019-cu il tarixdən hesablanması qərara alınmışdır. Həmin hökmlə həmçinin X6 da məhkum olunmuşdur. Məhkəmənin həmin hökmündən məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim E.Ə.Camalov, hakimlər E.İ.Əliyev və K.S.Bəşirov) apellyasiya şikayəti təmin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il İ tarixli hökmü Məhkum münasibətdə dəyişdirilmiş, Məhkum CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin olunmuş 07 (yeddi) il 06 (altı) ay azadlıqdan mərhum etmə cəzasının müddəti 7 ( yeddi) ilə endirilmiş və CM-nin 66.3-cü maddəsinə əsasən həmin cəza birinci instansiya məhkəməsinin hökmü ilə CM-in 206.3.2-ci maddəsi ilə təyin edilmiş 06 (altı) il müddətə adlıqdan məhrum etmə cəzasına qismən toplanılmaqla Məhkum qəti olaraq 07(yeddi) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum təqsilri bilinərək məhkum olunmuşdur ona görə ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə külli miqdarda narkotik vasitəni qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımış, eləcə də, külli miqdarda narkotik vasitəni qabaqcadan əlbir olaraq bir qrup şəxs halında qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının Gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirmişdir. Belə ki, o, 2019-cu ilin mar t ayının əvvəllərində qohumu X6 və şəxsiyyətləri istintaqla müəyyən edilməmiş Azərbaycan Respublikası və İran İslam Respublikası vətəndaşları ilə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən gomrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirib satışını təşkil etmə barədə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmiş, bu məqsədlə xx xxxx 2019-cu il tarixdə cinayətkar qrupun üzvü Eşqin Verdiyevlə birlikdə Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postundan keçməklə Azərbaycan Respublikasından İran İslam Respublikasına getmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq, xx xxxx 2019-cu il tarixdə Parsabad şəhərində cinayətkar qrupun şəxsiyyəti istintaqla müəyyən edilməmiş üzvü ilə görüşərək həmin şəxsdən bir bükümdə 71,800 qram və digər bükümdə Г.335 qram olmaqla, ümumilikdə iki bükümdə külli miqdarda, cəmi 143,135 qram heroin narkotik vasitəsini tamah niyyəti və satış məqsədi ilə qanunsuz olaraq birlikdə əldə etmiş, o, narkotik vasitənin cinayətkar qrupun Azərbaycan Respublikasındakı üzvünə tam şəkildə çatdırılmasına zamin duraraq cinayətkar qrupun üzvlərinin nəzarəti altında İran İslam Respublikasında qalmış, cinayətkar qrupun üzvü xxxisə 500 (beş yüz) manat özünə, 500 (beş yüz) manat isə ona verilməsi qarşılığında həmin narkotik vasitəni Azərbaycan Respublikasına gətirib İmişli rayonunda cinayətkar qrupun şəxsiyyəti istintaqa naməlum olmayan üzvünə təhvil vermək üçün malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə düz bağır sağında yerləşdirib saxlamış, İran İslam Respublikasından Azərbaycan Respublikasına daşımış və xx xxxx 2019-cu il tarixdə saat 11 radələrində Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmiş, həkim müayinəsi ilə üzərində aparılmış yoxlama zamanı həmin narkotik vasitə gömrük əməkdaşları tərəfindən aşkar edilib götürülmüş və keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində Məhkum xx xxxx 2019-cu il tarixdə saat 23 radələrində İran İslam Respublikasından Azərbaycan Respublikasına gələrkən Cənub Ərazi Baş Gömrük ibarəsinin Biləsuvar gömrük postunda saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarının dəyişdirilməsi, əməlinin CM-in 307.1-ci maddəsinə tövsif edilməsi və yaxud təqsirli bilindiyi maddələr üzrə barəsində daha yüngül cəzanın təyin edilməsi xahiş olunur. Məhkum qeyd edir ki, o, narkotik vasitələrin qanunsuz dövriyyəsi və qaçaqmalçılıqla məşğul olmamış, onun təqsirli bilindiyi iş üzrə günahi yoxdur. Eyni zamanda Məhkum bildirir ki, apellyasiya instansiya məhkəməsi onun barəsində qərar qəbul edərkən cəzanı yüngülləşdirən halları nəzərə almamışdır. Müəllif sonda ilk dəfə məhkum olunduğunu, yaşayış yeri üzrə müsbət xarakterizə olunduğunu, ailənin yeganə qazanc gətirən şəxs olduğunu, himayəsində beş azyaşlı uşaqlarının olmasını nəzərə alaraq kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Hüquqi məsələlər: Göründüyü kimi, işin faktiki h allarını mübahisələndirən Məhkum öz kassasiya şikayətində onun əməlinin düzgün tövsif edilməməsini və ona cəzanı yüngülləşdirən hallar nəzərə alınmadan ağır cəzanın təyin edilməsini iddia edərək bunlarla bağlı apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi haqqında tələbini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcələsinin (bundan sonra mətndə CPM-nin) 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.15 və 416.1.21-ci maddələrinin tələblərinə əsasən isə məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə və məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və y a dəyişdirmək hüququna malikdir. Belə olan halda məhkəmə kollegiyası məhkumun şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqin in düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instans iyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş ha llar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə b axışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, istər şəxsin ona elan olunmuş ittiham üzrə təqsirli olubolmamasına, istərsə onun barəsində cəza tədbirinin seçilməsinə dair sübutların araşdırılması və qiymətləndirilməsi birinc i və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli bilinməsi üçün kifayət edibetməməsi başa düşülür. Məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və az adlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. CM-nin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində göstərilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini y aradır. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1 və 12.3-cü maddələrində təsbit edilmişdir ki, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsas ən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 138.1-ci maddəsinə əsasən, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” xx xxxxxxxx 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-nin 28.5-ci maddəsi) Məhkum barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətl əri üzərinə qoyulmuş birinci instansiyası məhkəməsi təqdim olunan sübutları (ibtidai araşdrma zamanı toplanmış bəzi fərqli sübutlarla birlikdə) araşdırmaqla və onları CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkumun hökmdə təsvir edilən cinayət əməllərini törətməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də həmin sübutların təkrarən araşdırılmasına ehtiyac görməyərək, araşdırılmış sübutların isə Məhkum təqsirli olmasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab edərək bu nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri bu nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə a ltına alınması üçün heç bir qanuni əsas yoxdur. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən, Məhkum təqsirliliyinin mötəbərliyi heç bir şübhə doğurmayan, CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla, yəni hazırki iş üzrə məhkum olunmuş Məhkum heç bir təsir göstərilmədən, müdafiəçinin iştirakı ilə verdiyi ifadələrlə yanaşı hazırki iş üzrə məhkum olunmuş E.Q.Verdiyevin, habelə şahidlərin ifadələri, məhkəmə ekspertizalarının rəyləri ilə, bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam təsdiq edilir. Bu sübutların (əsasən də məhkumların və şahidlərin ifadələrinin) əlaqəli şəkildə təhlilindən görünür ki, kassasiya şikayətində göstərilən dəlillərin əksinə olaraq, işə mahiyyəti üzrə baxan məhkəmələr işin faktiki hallarını belə müəyyən etmişlər ki, Məhkum və E.Q.Verdiyev, şəxsiyyətləri istintaqla müəyyən edilməmiş Azərbaycan Respublikası və İran İslam Respublikası vətəndaşları ilə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən gomrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirib satışını təşkil etmə barədə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmiş, bu məqsədlə xx xxxx 2019-cu il tarixdə cinayətkar qrupun üzvü Eşqin Verdiyevlə birlikdə Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postundan keçməklə Azərbaycan Respublikasından İran İslam Respublikasına getmiş, əldə edilmiş razılığ a və ümumi cinayətkar niyyətə uyğun olaraq, xx xxxx 2019-cu il tarixdə Parsabad şəhərində cinayətkar qrupun şəxsiyyəti istintaqla müəyyən edilməmiş üzvü ilə görüşərək həmin şəxsdən bir bükümdə 71,800 qram və digər bükümdə Г.335 qram olmaqla, ümumilikdə iki bükümdə külli miqdarda, cəmi 143,135 qram heroin narkotik vasitəsini tamah niyyəti və satış məqsədi ilə qanunsuz olaraq birlikdə əldə etmiş, o, narkotik vasitənin cinayətkar qrupun Azərbaycan Respublikasındakı üzvünə tam şəkildə çatdırılmasına zamin duraraq cinayətkar qrupun üzvlərinin nəzarəti altında İran İslam Respublikasında qalmış, cinayətkar qrupun üzvü xxxisə 500 (beş yüz) manat özünə, 500 (beş yüz) manat isə ona verilməsi qarşılığında həmin narkotik vasitəni Azərbaycan Respublikasına gətirib İmişli rayonunda cinayətkar qrupun ş əxsiyyəti istintaqa naməlum olmayan üzvünə təhvil vermək üçün malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə düz bağırsağında yerləşdirib saxlamış, İran İslam Respublikasından Azərbaycan Respublikasına daşımış və xx xxxx 2019-cu il tarixdə saat 11 radələrində Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmiş, həkim müayinəsi ilə üzərində aparılmış yoxlama zamanı həmin narkotik vasitə gömrük əməkdaşları tərəfindən aşkar edilib götürülmüş və keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində Məhkum xx xxxx 2019-cu il tarixdə saat 23 radələrində İran İslam Respublikasından Azərbaycan Respublikasına gələrkən Cənub Ərazi Baş Gömrük ibarəsinin Biləsuvar gömrük postunda saxlanılmışdır. İş materiallarından göründüyü kimi, bu nəticənin əsasında duran sübutlar qanuni prosedurlar daxilində, cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla və sübutetməyə dair CPM-nin 138-146-cı maddələrinin tələbləri gözlənilməklə əldə olunmuş və məhkəmələr yekun qərarlarının əsaslandırılması zamanı yolverilməz sübutlardan istifadə etməmiş, iş üzrə Məhkum, digər məhkumun, şahidlərin dindirilməsi, ekspertiza rəylərinin alınması, müxtəlif istintaq hərəkətlərinin aparılması zamanı, habelə digər sübutların toplanması və araşdırılması zamanı qanunun tələblərinə tam şəkildə əməl etmiş və sübutların qəbuledilməzliyinin əsasını təşkil edən, CPM-nin 125.2-ci maddəsində göstərilmiş hər hansı kobud qanun pozuntusuna yol verməmişlər. Bütün bunlara baxmayaraq, Məhkum E.Ve rdiyev tərəfindən törədilmiş cinayət əməli barədə polisə məlumat verməməsini və buna görə də onun əməlinin CM-nin 307.1-ci maddəsi ilə tövsif edilməli olduğunu bildirsə də, məhkəmə kollegiyasının qənaətinə görə iş üzrə toplanmış sübutlar bu tələbin əsassız olmasına dəlalət edir. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Məhkum ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx xxxx 2019-cu il tarixdə bacısının əri Eşqinlə İrandan narkotik gətirmək üçün Biləsuvar Gömrük Postundan keçməklə İrana getmişlər, X9 Parsabad şəhərinə getmişdir. Eşqin narkotik almaq üçün pul amaq məqsədilə Azərbaycana qayıtmış, o, isə oteldə qalaraq onu gözləmişdir. xx xxxx 2019-cu il tarixdə Eşqinlə Bəhmən görüşmüş, onun iştirakı ilə Eşqin Bəhmənə 800 man at pul vermişdir. Eşqin Bəhmənə narkotik vasitə almağa ulunun olmadığını, əgər onun Azərbaycanda adamı varsa narkotik vasitəni qaçaqmalçılıq yolu ilə keçirib onun adamına verə biləcəyini təklif etmişdir, Bəhmən Azərbaycanda adamının olduğunu bildirirək onunla razılaşmışdır, ümumi razılığa görə Eşqin narkotik vasitə heroini qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirəcəyi və narkotik vasitəni iranlı şəxsin Azərbaycanda olan amma təhvil verəcəyi halda bunun qarşılığında Bəhmən Eşqinlə ona 1000 (min) manat pul verəcəyini demişdir. Həmin 1000 (min) manat pulu Eşqinlə aralarında;arı-yarıya, yəni hər birinə 500 (beş yüz) manat olmaqla böləcəkləri barədə hazırlaşmışlar. Azərbaycanda gömrük əməkdaşlarının onları saxlayıb- saxlamayacaqlarını yoxlamaq məqsədi ilə 04 mart tarixində sərhədi keçi b Azərbaycana gəlmişlər. xx xxxx 2019-cu il tarixdə yenidən Eşqinlə İrana qayıdıb Parsabad şəhərinə getmişlər. Parsabad şəhərində onları Bəhmən və Seydəli adlı iranlı qarşılamışdır. xx xxxx 2019-cu il tarixdə Bəhmən və Seydəli 2 (iki) bükümdə heroin narkotik vasitəsi gətirib Eşqinə vermişlər. Bəhmən Eşqinə həmin bükümləri iz bağırsağında yerləşdirməyi tapşırmışdır. Eşqin həmin narkotik vasitə heroini tualetə gedib orada düz bağırsağına yerləşdirmişdir. Narkotik vasitəni Eşqin Azərbaycandakı şəxsə çatdıranadək o, İranda qalmalı imiş. Bundan sonra Eşqin Azərbaycana gəlmiş, o isə Bəhmən və Seydəli ilə birlikdə oturub çay içmişdir. Daha sonra Bəhmən Seydəliyə bildirmişdir ki, artıq yatmaq istəyir. Seydəli onu də bir otağa aparmış və ona yer göstərmişdir. Həmin vaxt Seydəli onun;sportunu almış dır. Səhəri gün yuxudan oyananda Bəhmən və Seydəli ona təkidlə bildirmişlər ki, Eşqinə zəng edib harada olduğunu soruşsun. Eşqinə zəng eləsə də o, telefonu açmamışdır. Bir müddətdən sonra bacısı ona zəng edib harada olduğunu soruşmuş və Eşqinin gömrükdə tutulduğunu demişdir. Bu barədə Bəhmən və Seyidəliyə bildirmişdir. Əvvəlcə onlar Eşqinin tutulduğuna anmasalar da sonradan başa düşmüşlər ki, Eşqin həqiqətən saxlanılmışdır. xx xxxx 2019cu il tarixdə Bəhmən onu İran-Azərbaycan sərhəddinə yola salmışdır, İran sərhəddini keçib Biləsuvar gömrük postuna daxil olduqda gömrük əməkdaşları onu saxlayıb və Bakı şəhərinə getməli olduğunu bildirmişlər. O. da Gömrük əməkdaşları ilə razılaşıb onlarla birlikdə Bakı şəhərinə gəlmişdir. Biləsuvar Mərkəzi Rayon Xəstəxanasının xx xxxx 2019-cu il tarixli hə kim arayışından görünür ki, müayinə zamanı X1 daxili orqanı-düz bağırsağında 02 (iki) ədəd bükümdə açıq qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər maddə aşkar edilərək götürülmüşdür. Həmin narkotik vasitə heroinə bənzər maddə elektron tərəzidə çəkilmiş, qablaşdırılması ilə birlikdə çəkisi 202 qram olması müəyyən edilmişdir. xx xxxx 2019-cu il tarixli sərhədkeçmə hesabatına baxış keçirilməsi haqqında protokoldan görünür ki, X6 və Məhkum xx xxxx 2019-cu il tarixdə saat 23:46-da Biləsuvar sərhəd məntəqəsindən İran dam Respublikasına keçmiş, xx xxxx 2019-cu il tarixdə saat 00:50-də Biləsuvar Sərhəd məntəqəsindən keçməklə Azərbaycan Respublikasına qayıdarkən saxlanılmışdır. Məhkum xx xxxx 2019-cu il tarixdə saat 23:46-da Biləsuvar sərhəd məntəqəsindən İran İslam Respublikasına keçmiş, xx xx xx 2019-cu il tarixdə saat 23:39-da Biləsuvar sərhəd məntəqəsindən keçməklə Azərbaycan Respublikasına qayıdarkən saxlanılmışdır. Beləliklə digər şəxslə qabaqcadan əlbir olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmuş və qaçaqmalçılığın törədilməsində iştirak etmiş Məhkum bu əməlləri törətməsi barədə birinci və apellyasiya instansiyası məhkəməsinin gəldikləri nəticə ilə kassasiya kollegiyası da razılaşır və hesab edir ki, məhkumun həmin əməlləri CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmiş və onun həmin əməllərinin CM-nin 307.1-ci maddəsi ilə ixtisaslaşdırılması üçün heç bir əsas yoxdur. Məhkum barəsində seçilmiş cəza tədbirinin onun şəxsiyyətinə, ailə vəziyyətinə və işin digər hallarına, o cümlədən cəzanı yüngülləşdirən hallara uyğun olmaması barədə k assasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, CMnin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayə t törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarın 1-ci bəndinin 2 və 3-cü abzasında məhkəmələrə tövsiyyə edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM- nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xaraktreri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkum təqsirli bilinərək məhkum olunduğu CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyalarının tə hlili göstərir ki, qabaqcadan əlbir olmuş bir qrup şəxs şəklində satış məqsədilə külli miqdarda narkotik vasitələri qanunsuz əldə etmiş, gəzdirmiş və saxlamış şəxs beş ildən on iki ilədək azadlıqdan məhrum etmə, qabaqcadan əlbir olmuş bir qrup şəxs şəklində narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılığı əməllərini törətmiş şəxs isə beş ildən səkkiz ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Apellyasiya instansiyası məhkəməsinin qərarından göründüyü kimi, məhkəmə Məhkum tərəfindən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı məhkumun kassasiya şikayətində göstərdiyi halları –himayəsində azyaşlı uşaqlarının olmasını, əməlini etiraf etməsi, əməlindən peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunması CM-nin 59-cu maddəsinin tə ləblərinə uyğun olaraq cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirib həm bu hallar, həm də iş üzrə məhkumun cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona cinayətlərin məcmusu birinci instansiyası məhkəməsi tərəfindən təyin edilmiş cəzanın yüngülləşdirilməsini məqsədə uyğun hesab edərək həmin cəzanın müddətini 7 (yeddi) il 3 (üç) ay həddində müəyyən etmişdir. Cinayət işinin materiallarını, kassasiya şikayətində göstərilən halları və məhkumun istinad etdiyi dəlilləri təhlil edən məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş və həmin məhkəmələrin əsaslandığı cəzanı yüngülləşdirən hallar müstəsna xarakter daşımır, adı çəkilən məhkum tərəfindən törədilmiş cinayətlərin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azal dan başqa hallar isə müəyyən edilmir. Buna görə məhkəmə kollegyiyası Məhkum həm ayrı-ayrı maddələrlə, həm də cinayətlərin məcmusu üzrə təyin edilmiş cəzanın yüngülləşdirilməsi üçün də əsaslar görmür və ümumilikdə apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-nin 416-cı maddəsində göstərilən pozuntulara yol verilmədiyini qeyd edir. Buna görə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsaslanıb kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum və həmin şikayətin təmin edilməməsi haqda dövlət ittihamçısı Y.Əliyevanın çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, Məhkum CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı isə kassasiya şikayətində münasibətdə və Məhkum barəsində dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı kassasiya şikayətinə münasibətdə və Məhkum barəsində dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-440/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-440/2021
03.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver