Məhkəmə qərarları › İş №1(102)-440/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-440/2024

03.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-440/2024 03.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkum müdafiəçisi, Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Canıyev Nizami Xudaqulu oğlunun iştirakları ilə xx xxxxxx 1989-cu il tarixdə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, himayəsində iki azyaşlı uşağı olan, ə vvəllər məhkum edilməmiş, "xxxx" MMC-də nəzarətçi işləmiş, Lənkəran rayonunun Separadi kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava qəsəbəsində yerləşən fərdi yaşayış evində yaşamış və hal-hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 126.3 və 221.2.1-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 fevral 2023-cü il tarixli qərarından məhkumun müdafiəçisi, Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Canıyev Nizami Xudaqulu oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli hökmünə əsasən (hakimlər: İ.X.Həsənzadə (sədrlik edən), A.İ.Paşayev və Ə.Q.Quliy ev) Məhkum - Azərbaycan Respublikası CM-in 126.3 və 221.2.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-in 126.3-cü maddəsi ilə 10 (on) il müddətə, CM-in 221.2.1.-ci maddəsi ilə 3 (üç) müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, CM-in 66.3-cü maddəsinə əsasən, ona təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 11 (on bir) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunmuş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 25 iyun 2021-ci il tarixdən hesablanılması hökm edilmişdir. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmuşlar. Birinci instansiya məhkəməsinin yuxa rıda qeyd edilən hökmündən təqsirləndirilən şəxslərin müdafiəçiləri tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 fevral 2023-cü il tarixli qərarı ilə (hakimlər: E.E.Rəhimov (sədrlik edən), F.İ.Əyyubov və E.Ə.Mehdiyev) apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli hökmü dəyişdirilmişdir. Məhkum Azərbaycan Respublikası CM-in 126.3-cü maddəsi ilə təyin edilmiş 10 (on) il müddətə azadlıqdan məhrumetmə cəzası yüngülləşdirilərək 9 (doqquz) il müddətə, Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası yüngülləşdirilərək 1 (bir) il 9 (doqquz) ay müddətə endirilmiş və CM-nin 66.3-cü maddəsinə əsasən, Məhkum təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası hər birinə münasibətdə yüngülləşdirilərək 1 (bir) il 9 (doqquz) ay müddətə endirilmişdir. İşin halları: İbtidai araşdırma orqanı tərəfindən ittiham irəli sürülmüşdür ki, Məhkum bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmiş və ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqla xuliqanlıq niyyətilə insan həyatı üçün təhlü kəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, istintaqla müəyyən edilmişdir ki, Məhkum 2021-ci il iyunun 24-də tanışı Təqsirləndirilən şəxs1 və sonuncunun dostu Təqsirləndirilən şəxs2 bir qrup şəxs halında heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qəsdən qərəzli hərəkətlər edərək aralarında baş vermiş mübahisə zamanı müxtəlif dərəcəli bədən xəsarəti yetirdikləri zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 təzyiq etmək üçün Təqsirləndirilən şəxs1 tərəfindən mobil telefon vasitəsi ilə hadisə yerinə çağırıldıqdan sonra 2021-ci il iyunun 24-də saat 18:30 radələrində ictimai yer hesab olunan ünvan 1 ünvanının qarşısına g əlib ona qarşı heç bir qanunsuz əməllərə yol verilmədiyi halda xuliqanlıq edərək Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 qarşı qəsdən qərəzli hərəkətlər edən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək küçədəki çoxsaylı vətəndaşların gözü qarşısında idmançı bədən quruluşuna malik olub özünün ətrafdakılardan üstün olmasını göstərmək məqsədi ilə kənar şəxslərə laqeydlik və etinasızlıq göstərməklə cəmiyyətdə qəbul olunmuş davranış və əxlaq normalarına zidd olaraq qəsdən xuliqanlıq hərəkətləri etmiş, daha sonra özünü əvvəllər tanımadığı və onunla heç b ir münasibəti olmayan Zərərçəkmiş şəxs1 fövqündə qoyaraq üstünlüyünü nümayiş etdirmək məqsədi ilə xuliqanlıq niyyəti ilə qəsdən ağır zərər vurmaq məqsədi ilə sonuncunun üzərinə hücum edib qəsdən Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif nahiyələrinə yumruq və təpik zərbələri vuraraq sonuncunu yerə yıxdıqdan sonra uzanıqlı vəziyyətdə olan Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif nahiyələrinə yenidən yumruq və təpik zərbələri vurmağa davam edib sonuncuya təpə nahiyəsində sağda altı ədəd, sağ dirsək oynağının arxa səthində bir ədəd, sağ əlin arxa səthində üç ədəd, sol bazuda yeddi ədəd, sağ bazuda beş ədəd, sağ saiddə iki ədəd sıyrıqlar olan insan həyatı və sağlamlığı üçün təhlükəli hesab edilməməklə dərəcəsi təyin olunmayan xəsarətlər, xayaların və xayalığın qapalı travması, hər iki xayada damarlar da doluqanlılıq, perivaskulyar qansızmalar, damarların tamlığının pozulması və trombozu, qaraciyərdə şok əlamətləri kəskin venoz doluqanlılıq kimi insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirmiş, nəticədə Zərərçəkmiş şəxs1 qısa müddət sonra almış olduğu xayaların və xayalığın küt travması, damarların doluqanlılığı, perivaskulyar qansızmalar, damarların tamlığının pozulması, damarların trombozu nəticəsində yaranmış travmatik şokdan hadisə yerində ölmüş, bu əməlləri ilə X4 bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmiş və xuliqanlıq niyyətilə Zərərçəkmiş şəxs1 sağlamlığına qəsdən ağır zərər vurara q ehtiyatsızlıqdan sonuncunun ölümünə səbəb olmuşdur. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 fevral 2023-cü il tarixli qərarının ləğv edilməsi və Məhkum barəsində olan cinayət işinə CM-in 221.2.1-ci maddəsi ilə məhkum edilməsinə dair hissədə bəraətverici əsaslarla xitam verilməsinə, CM-in 126.3-cü maddəsi ilə məhkum edilməsinə dair hissədə isə CM-in 62-ci maddəsini tətbiq etməklə həmin maddənin sanksiyasında nəzərdə tutulan cəzadan daha yüngül cəza təyin edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Müdafiəçi qeyd edir ki, Məhkum barəsində birinci instansiya məhkəməsinin hökmü və apelyasiya instansiyası məhkəməsinin qərarı mötəbər sübutlara deyil, hadisənin mexanizminin saxtal aşdırılması hesabına əldə edilmiş sübutlara istinad edilməklə qəbul edilmişdir. Belə ki, hadisə mexanizmindən görünür ki, baş vermiş xuliqanlıq hadisəsi birinci epizod üzrə məhz Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3, ikinci epizod üzrə isə Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 tərəfindən törədilmişdir. Məhkəmə-tibb ekspertizasının xx.xx.2021-ci il tarixli 445 saylı rəyinə görə Təqsirləndirilən şəxs1 bədən səthində boynun, döş qəfəsinin,sağ və sol bazunun qançırları, sol bazunun səthi əzilmiş yarası, sol dirsək oynağının arxa səthinin, sol çiyin qurşağının arxa səthinin, döş qəfəsinin arxa səthinin, budun, sol diz oynağının, qarnın ön divarının sıyrıqları kimi xəsarətlərin hadısənin baş verdiyi xx.xx.2021-ci il tarixə uyğun gəldikləri göstərilmişdir. MTE-nın xx.xx.2021 -ci il tarixli 446 saylı rəyinə görə müayinə zamanı Məhkum bədən səthində sağ və sol dirsək nahiyələrinin, sol mil bilək oynağının sıyrıqları kimi xəsarətlərin olması və xəsarətlərin 3 nəfər şəxslərin əl ilə ayaq ilə başına və bədəninin müxtəlif nahiyyələrinə zərbələr vurmaqla yetirilməsini bildirdiyi göstərilmişdir. Bunlar tam saxtalaşdırılmış rəy və ifadələrdirlər. Faktiki olaraq Məhkum Nərimanov rayon Polis İdarəsinin müvəqqəti saxlanma yerində ekspertə təqdim olunsa da, ekspert onu müayinə etməmiş, belə bir xəsarətlər barədə ekspertə heç nə bildirməmiş və onun bədən səthində heç bir xəsarətlər olmamışdır. Məhkəmə tibb ekspertizasının xx.xx.2021-ci il tarixli 447 saylı rəyinə görə Təqsirləndirilən şəxs2 bədən səthində sağ ənsənin və burnun yumşaq toxumalarının şişkinliyi halında əzilməs i-qançırları, sağ bazunun, sol və sağ dirsək oynaqlarının, sağ baldırın sıyrıqları ilə nəticələnmiş xəsarətlərin olmaları və həmin xəsarətlərin küt əşyanın (əşyaların) təsirindən yetirilmələri təsdiqlənmişdir. Məhkəmə tibb ekspertizasının xx.xx.2021-ci il tarixli 459 saylı rəyinə görə Zərərçəkmiş şəxs3 bədən səthində sağ bazunun qançırları və sol saidin sıyrıqları kimi, məhkəmə tibb ekspertizasının xx.xx.2021-ci il tarixli 474 saylı rəyinə görə Zərərçəkmiş şəxs2 bədən səthində isə sol bazunun orta 1/3-nin qançırları kimi xəsarətlərin olması və bu xəsarətlərin küt əşyanın (əşyaların) təsirindən yaranması göstərilmişdir. Müdafiəçinin fikrincə, həmin xəsarətlərin onların qarşılıqlı olaraq Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ilə dalaşmaları zamanı alması faktı düzgün qi ymətləndirilməyərək, onların özünü müdafiə etməsi zamanı almaları nəticəsinə gəlinmişdir. Şikayətdə həmçinin qeyd olunur ki, hadisə ilə bağlı naməlum şəxslər tərəfindən lentə alınaraq internet səhifələrinə yerləşdirilimiş video görüntülərdən tam aydın görünür ki, istintaqçı tərəfindən Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 həqiqətə uyğun olmayan saxta ifadələrinə əsaslanmaqla təqsirli olmayan şəxslər cinayət məsuliyyətinə cəlb edilmişlər. Bu isə qərəzli mövqe olub obyektiv həqiqətin aşkarlanmasına istintaqın tam və hərtərəfli qiymətləndirilməsinə xidmət etmir. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bədən səthində çox saylı (müvafiq olaraq 11 və 5-dən çox) xəsarətlər mövcud olduğu, xuliqanlıq hərəkətlərinin məhz onlara qarşı yönəldildiyi halda işin istintaqı tam ay rı məcrada təqsirsiz şəxslərə (yəni onlara) ittihamların elan olunmasına yönəldilmişdir. Məhkum onun müvəqqəti saxlanma təcridxanasında müayinə edildiyi, bədən səthində heç bir xəsarətin olmadığını, ekspertə kimlər tərəfindənsə ona zor tətbiq olunmasını bildirmədiyi, həmin xəsarətlərin adi idmanla məşğul olduğu zaman almasını, hadisə yerində də heç kimlə dalaşmadığını bildirmişdir. Müdafiə tərəfi olaraq hər 3 müdafiəçi və təqsirləndirilən şəxslər meyitin ekskumasiya olunaraq məhkəmə-tibbi ekspertizasına təqdim olunması barədə vəsatətlər versələr də, bu vəsatətlər təmin olunmamışdır. Çünki ittiham tərəfinin saxta əsassız qanuna zidd ittihamı həmin rəyə söykənmişdir. Bu vəsatət təmin olunmuş olsaydı, məlum olardı ki, həqiqətən mərhum Zərərçəkmiş şəxs1 meyiti daxili müayinə edilməmiş və ölümü n səbəbi barədə verilmiş rəy saxtadır. Bu rəyin saxta olması isə irəli sürülmüş ittihamın da saxta olmasını təsdiqləmiş olardı. Hadisənin baş vermə anını əks etdirən video görüntülərdən tam görünür ki, Zərərçəkmiş şəxs1 adi vəziyyətdə dayandığı yerdə qəflətən yerə yıxılır, onun üstünə heç kim yıxılmamış, əksinə, ona yardım edilməsinə cəhdlər edilir. Məhkum ona hər hansı fiziki zor tətbiq etməsi halları olmadığı video görüntülərdən də görünmədiyi halda, belə saxta ittihamların ona qarşı irəli sürülməsi ədalətsizlik və qanuna ziddir. Məhkəmə-tibb ekspertizasının Nərimanov rayon MTE PA ET TB publik hüququ şəxsin iş üzrə Zərərçəkmiş şəxs1 müayinəsi və ölümünə səbəb infarktın olmasını müəyyən etməsinə dair ilkin rəy isə ümumiyyətlə cinayət işinə əlavə olunmamışdır. Çünki həmin rəy obyektiv həqi qətin müəyyən olunmasına xidmət etmiş olardı, bu səbəbdən də cinayət işinin tövsifi uzun müddət ərzində yubadılmışdır. Saxta rəy əldə edildikdən sonra buna ittiham olunan əməl kimi qiymət verilmişdir. Bu isə bütün mənada qanunvericiliyin pozulmasına xidmət edir. Ölümün infarkt nəticəsində baş verməsi isə mərhum ağır şəkərli diabet xəstəliyindən əzab çəkməsinin bariz əlamətlərindəndir. Bundan başqa mərhumun epilepsiya xəstəsi olması faktı isə diqqət mərkəzindən kənarda saxlanılmışdır. Bundan əlavə, Zərərçəkmiş şəxs3 mərhum Zərərçəkmiş şəxs1 hadisədən əvvəl Şamaxı rayonundan qaytdıqları, yolda yeyib içdiklərini bildirməsi, Zərərçəkmiş şəxs1 yerə yıxılan zaman isə yenə axşamkı kimi sudurqası tutdu deməsi kimi hallar ifadələrində əksini tapmamışdır. Şikayətdə həmçinin qeyd olunur ki, müdafiəçi məhkumun xahişi və razılığı ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 fevral 2023-cü il tarixli qərarının ləğv edilməsi və Məhkum barəsində olan cinayət işinə CM-in 221.2.1-ci maddəsilə məhkum edilməsinə dair hissədə bəraətverici əsaslarla xitam verilməsinə, CM-nin 126.3-cü maddəsi ilə məhkum edilməsinə dair hissədə isə CM-in 62-ci maddəsini tətbiq etməklə həmin maddənin sanksiyasında nəzərdə tutulan cəzadan daha yüngül cəza təyin edilməsinə dair qərar qəbul edilməsini xahiş edir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçi Məhkum, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlininin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya ape llyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Faktları araşdırmaq və müəyyən etmək funksiyaları üzərilərinə qoyulmuş apellyasiya instansiyası məhkəməsi isə təqdim olunan sübutları araşdırmaqla belə nəticəyə gəlmişdir ki, Məhkum məhkəmə hökmündə təsvir edilən cinayət hadisəsini törətmişdir. Bu zaman məhkəmə iş üzrə məhkumun, zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələrinə, ekspert rəylərinə, habelə toplanmış digər sübutlara istinad etmişlər. Cinayət-prosessual qanunvericiliyinə uyğun surətdə əldə edilmiş həmin sübutların qanuniliyinin və mötəbərliyinin şübhə altına alınması üçün he ç bir qanuni əsas yoxdur. Verilmiş şikayətdə Məhkum barəsində olan cinayət işinə CM-in 221.2.1-ci maddəsilə məhkum edilməsinə dair hissədə bəraətverici əsaslarla xitam verilməsinə, CM-in 126.3-cü maddəsi ilə məhkum edilməsinə dair hissədə isə CM-in 62-ci maddəsini tətbiq etməklə həmin maddənin sanksiyasında nəzərdə tutulan cəzadan daha yüngül cəza təyin edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsində “Qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirka r üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma”ya görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 126.3-cü maddəsinə görə “Bu Məcəllənin 126.1 və 126.2-ci maddələrində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda— doqquz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsində “Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbi q edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər”ə görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 221.2-ci maddəsinə görə “Eyni əməllər: 221.2.1. bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə— iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Məhkəmə kollegiyası kassasiya şikayətinin Məhkum CM-in 221.2.1-ci maddəsilə məhkum edilməsinə dair hissədə bəraətverici əsaslarla xitam verilməsinə dair dəlillərini cinayət işinin materialları ilə əlaqəli təhlil edərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası CM-in 244.1-c i maddəsinin şərh edilməsi haqqında” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki halları nın hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası CM-in 221-ci maddəsinə əsasən xuliqanlıq dedikdə, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər başa düşülür. Qanunun mənasına əsasən xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, onu törədən şəxs özünün şəxsiyyətini, başqa şəxsin və digər onun ətrafından olan şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan, b unlara etinasızlıq göstərən hərəkətlər edir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında xuliqanlıq cinayətinin əlamətləri açıqlanaraq göstərilir ki, cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Zor tətbiq etmə dedikdə isə döymə, sağlamlığa zərər vurma, eləcə də zərərçəkmişə fiziki təsir göstərən digər zorakı hərəkətlər başa düşülməlidir. Xuliqanlıq zamanı zor tətbiq etmə hədəsi fiziki zor tətbiq etmək niyyətinin sözlərlə və ya hərəkətlərlə ifadə olunmasıdır. Hədəyə görə məsuliyyət o zaman yaranır ki, bu hədənin həyata keçirilməsi üçün real əsaslar olsun. Özgənin əmlakının məhv edilməsi əmlakın təsərrüfat, tarixi dəyərini tam itirməsi, zədələnməsi isə əmlakın tamamilə və ya qismən öz təyinatına uyğun gəlməməsi, lakin ona bərpa edilməsi mümkün olan dərəcədə zərər yetirilməsidir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını a lmağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Həmin qərarda həmçinin göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər.” “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cu il tarixli 1N-li qərarında qeyd edilir ki, təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkət ləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması və ya zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakını məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi halda Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsində nəzərdə tutulan cinayətin tərkibini yaradır. Azərbaycan Respublikası CM-in 221-ci maddəsinin mənasına görə, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsi isə xuliqanlığın sosial mahiyyətini əks etdirir. «Açıqca hörmətsizlik ifadə etmə» anlayışı xuliqanlığın, bir qayda olaraq, ictimai yerlərdə, yəni küçədə, ictimai müəssisə və idarələrdə, kafedə, restoranda, ictimai nəqliyyatda və s., digər vətəndaşların gözü qarşısında törədilməsini nəzərdə tutur. Xuliqanlıq zamanı təqsirkarın hərəkətləri şəxsi motivlərə görə konkret şəxsə qarşı deyil, çox zaman heç tanımadığı cəmiyyətin hər hansı bir üzvünə və ya az tanıdığı şəxsə qarşı yönəlmiş olur. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu maddədə təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin yalnız sübutlara əsasən müəyyən edilməsini tələb edir. Məhkəmə kollegiyası bildirir ki, şəxsin CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinməsini şərtləndirən, cinayətlərin zəruri tövsifedici əlaməti kimi çıxış edən xuliqanlıq mot ivi (bu motivi aşkarlayan hallar) iş üzrə mütləq qaydada sübut edilməli olan predmetdir və cinayət-prosessual qanunun 143-cü maddəsinə əsasən toplanılmış, 144-cü maddəsinə uyğun olaraq yoxlanılmış, 145-ci maddəsində göstərilən qaydada qiymətləndirilmiş həmin əlamətin mövcud olması barədə yekun nəticəyə gəlmək üçün kifayət edən sübutların məcmusu ilə, şübhələrə yer qoyulmadan inandırıcı şəkildə müəyyən edilməlidir. Maddi və prosessual normaları, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarlarını cinayət işinin materialları, o cümlədən kassasiya şikayəti dəlilləri ilə müqayisə etməklə yoxladıqda, Məhkum tərəfindən cinayətkar hərəkətlərin məhz xuliqanlıq motivi ilə törədilməsinin sübutlar vasitəsi ilə müəyyən edildiyi görünür, yəni həmin əlamətin mövcudluğu barədə məhkəmə qənaətini n araşdırılmış sübutlardan irəli gəldiyi aşkarlanır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, Məhkum əməlinin Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə tövsif edilməsi qanuni və əsaslıdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını qanunvericiliyin yuxarıda istinad olunan normaları, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarlarında verilən şərhlər və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun Qərarında verilən tövsiyələr ilə əlaqəli şəkildə dəyərləndirərək hesab edir ki, həm birinci, həm də apellyasiya instansiyası məhkəmələri açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-in 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birisini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq Məhkum verdiyi ifadələrin bir hissəsini həmin ifadələr digər sübutlarla ziddiyyət təşkil etdiyindən özünü müdafiə məqsədilə verilmiş ifadələr kimi hesab edərək onları rədd etmiş, digər sübutları isə məhkəmə qərarlarının əsasına qoymuşlar. Məhz bu sübutları qanuna müvafiq qaydada qiymətləndirərək məhkəmələr tam əsaslı olaraq Məhkum əməlini Azərbaycan Respublikası CM-in 126.3 və 221.2.1-ci maddələri ilə düzgün tövsif etmiş, yekun qərarlar qəbul edərkən isə qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişlər. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayətləri törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmı ş və birinci instansiya məhkəməsinin iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağa ehtiyac görməsə də, bəzi xüsusatları qeyd etməyi zəruri hesab edir. Belə ki, Məhkum elan edilmiş ittihamda özünü təqsirli bilməsə də, iş materiallarına əlavə edilmiş, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisi X1 ifadəsi, şahidlər Şahid oğlunun ifadələri, hadisə yerinə baxış keçirilməsi haqqında 24 iyun 2021-ci il tarixli protokol, Zərərçəkmiş şəxs1 meyitinə baxış keçirilməsi haqqında 24 iyun 2021-ci il tarixli protokol, Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 24 iyun tarixli protokol, Azərbaycan Respu blikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ElmiTəcrübi və Tədris Birliyinin publik hüquqi şəxsinin canlı şəxsin ekspertizasına dair 2021-ci il 29 iyun tarixli 446 nömrəli rəyi, habelə toplanmış digər sübutlarla məhkumun təqsiri tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, bu cinayət işində qanunla nəzərdə tutulmuş bəraətin əsasları, yəni Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində göstərilən əsaslar mövcud olmadığından məhkuma bəraət verilməsi üçün əsaslar yoxdur. Məhkum barəsində Azərbaycan Respublikası CM-in 62-ci maddəsinin tətbiq edilməsi barədə kassasiya tələbini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi cəza təyini məsələsini həll edərkən maddi hüquq normalarının, o cümlədən Azərbaycan Re spublikası CM-in 8, 41.2, 58.3, 59 və 61-ci maddələrinin tələblərinə əməl etməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumun şəxsiyyətini, ilk məhkumluğunu, himayəsində 2 nəfər azyaşlı uşağının olmasını və qeydiyyatda olduğu yer üzrə barəsində şikayətin daxil olmadığını onun barəsində cəzanı yüngülləşdirən hallar kimi, habelə cəzanı ağırlaşdıran halların olmamasını düzgün nəzərə alaraq təqsirli bilindiyi CM-in 221.2.1 və 126.3-cü maddələri ilə 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmiş və Azərbaycan Respublikası CM-in 62-ci maddəsinin tətbiq edilməsi üçün əsaslar tapmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanun vericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədal ətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyy ətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinay ətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plen umunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmçinin məhkəmə kollegiyası bildirir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 8-ci bəndində göstərilmişdir ki, CM-in 62-ci maddəsinə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az c əza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Bu zaman məhkəmə bu məsələ barədə qəbul etdiyi qərarı hökmdə əsaslandırmalıdır. Odur ki, məhkəmə kollegiyası Məhkum barəsində CM-in 221.2.1 və 126.3-cü maddələrini n sanksiyasında nəzərdə tutulan cəzanın aşağı həddindən də az cəza təyin edilməsini məqsədə müvafiq hesab etmir. Azərbaycan Respublikası Konstitusiyanın 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göst ərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, məhkəmə məhkum N.Canəyev barəsində Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkumun ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqqında mötəbər nəticəyə gəlmək üçün qanuni üsullarla kifayət qədər sübutlar toplamış, həmin sübutlar ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağla batan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırmış və apellyasiya instansiya məhkəməsi onların hər birisini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul etmişdir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 fevral 2023-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda ş ərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 fevral 2023-cü il tarixli qərarı məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar