Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-441/2019 10.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Nəsibov Hafiz Qənbər oğlu və Seyfəliyev Əli Dövlət ittihamçısı1 ibarət tərkibdə, Yusifova Gülnar Azad qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X1 Zərərçəkmiş şəxs və onun nümayəndəsi, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X3 Bəraət almış şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx xxxx 1975-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fə rdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri ***********************də qeydiyyatda olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin 04 oktyabr 2018-ci il tarixli qərarından zərərçəkmiş şəxsin nümayəndəsi, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X12 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 iyun 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Z.Q.Ağayev, hakimlər A.Ə.Məcidov və S.S.Hüseynov) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə bəraət verilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən zərərçəkmiş şəxsin nümayəndəsi tərəfində n apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 04 oktyabr 2018-ci il tarixli qərarı ilə (sədrlik edən hakim S.A.Mirzəyev, hakimlər: F.A.Qasımov və E.Y.Şamayev) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 iyun 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham olunmuşdur ondan ötrü ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışı Zərərçəkmiş şəxs falçılıq fəaliyyəti ilə məşğul olaraq sonuncunun ailəsində olan problemləri aradan qaldıracağını yalandan vəd verib aldadaraq 17 dekabr 2014-cü ildə 20.000 manat pulunu və bir ədəd üzərində brilyant qaş olan 1.000 manat dəyərində qızıl üzüyünü yaşadığı ünvan 1 ünv anında alıb ələ keçirərək, Zərərçəkmiş şəxs cəmi 21.000 manat məbləğində külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs falçılıq fəaliyyəti ilə məşğul olaraq sonuncunun maliyyə çətinliklərinin aradan qaldıracağını yalandan vəd verib aldadaraq 10 mart 2015-ci ildə 10.000 manat məbləğində pulu Zərərçəkmiş şəxs qeydiyyatda olduğu ünvan 2 ünvanında alıb ələ keçirərək, Zərərçəkmiş şəxs cəmi 10.000 manat məbləğində, xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs biznes fəaliyyəti ilə məşğul olub, su altı qaynaqlarda istifadə olu nan elektrodların satışını təşkil edərək gəlir əldə edəcəkləri barədə yalandan vəd verib aldadaraq 20 iyun 2015-ci ildə 20.000 manat pulunu sonuncunun yaşadığı ünvan 3 ünvanında alıb ələ keçirərək, Zərərçəkmiş şəxs cəmi 20.000 manat məbləğində, külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs Əhmədli qəsəbəsində yerləşən "Vista" gözəllik salonunu satacağını yalandan vəd verib aldadaraq 20 noyabr 2015-ci ildə 60.000 manat pulunu Bakı şəhəri,************** küçəsində yerləşən Səməd Vurğun bağının yanında alıb ələ keçirərək, Zərərçəkmiş şəxs cəmi 60.000 manat məbləğində, külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, etibardan sui-i stifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə X4 falçılıq fəaliyyəti ilə məşğul olaraq Esmira Hüseynova və sonuncunun oğlunun səhhətində olan problemləri aradan qaldırıb onları tam müalicə edəcəyini yalandan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə 11.700 manat məbləğində pulunu hissə-hissə olmaqla, 2014-cü ilin mart ayının əvvəllərində 5000 manat, 2014-cü ilin aprel ayının sonlarında 2800 manat, 2014-cü ilin may ayının ortalarında 3000 manat, 700 manat dəyərində qızıl üzüyü və sonuncu dəfə isə 20 iyun 2014-cü ildə 200 manat pulunu yaşadığı ünvan 1 ünvanında alıb ələ keçirərək, zərərçəkmiş şəxs E6 cəmi 11.700 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş şəxs və onun nümayəndəsi, Bakı şəhəri 14 sa ylı Vəkil Bürosunun vəkili X12 tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin 04 oktyabr 2018-ci il tarixli qərarının ləğv edilməsi və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması xahiş olunur. Şikayət müəllifləri bildirirlər ki, məhkəmələr iş üzrə toplanmış bütün sübutlara zidd olaraq yalnız Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs Təyminə Abadullayevadan pulu almasının ittiham qərarında göstərilən tarixlərdə, yəni 14 dekabr 2014-cü ildən 28 dekabr 2014-cü il tarixədək Azərbaycan Respublikasının hüdudlarından kənarda olmasını əsas götürərək Təqsirləndirilən şəxs bəraət vermişlər. Kassasiya şikayətində həmçinin göstərilir ki, məhkəmə Təqsirləndirilən şəxs qanunvericiliyin tələblərinin pozulması ilə əldə olunmuş və məhkəməyə təqdim etdiyi gizli səs yaz ısına sübut kimi istinad etməklə cinayət prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə Zərərçəkmiş şəxs və onun nümayəndəsi J6, kassasiya şikayətinin təmin edilməməsi barədə bəraət almış şəxs Təqsirləndirilən şəxs, Müdafiəçi2 və dövlət ittihamçısı R6 çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlil lərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Şikayət müəllifi qeyd edir ki, Təqsirləndirilən şəxs əməlində ittiham edildiyi dələduzluq cinayətinin törədilməsində təqsiri təkzib edilməz sübutlarla təsdiq edilməsinə baxmayaraq məhkəmələr həmin sübutları kifayət qədər araşdırıb təhlil etmədən onun barəsində bəraət hökmü çıxarmışlar. Məhkəmə kollegiyası kassasiya şikayətində qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr haqlı olaraq Təqsirləndirilən şəxs bəraət vermi ş, habelə bu vaxt cinayət və cinayət-prosessual qanunvericiliyinin normaları düzgün tətbiq edilmiş, tam əsaslı olaraq iş üzrə aradan qaldırılması mümkün olmayan sübutlar Təqsirləndirilən şəxs xeyrinə həll olunmuşdur. Zərərçəkmiş şəxs (c.l, i/v 145-151) ibtidai araşdırma zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs 10000 manat borcdan başqa pul verməmiş, bankdan götürdüyü 110000 manat pulu şəxsi ehtiyaclarına xərcləmişdir. 2016-cı ilin yanvar ayının sonlarında həyat yoldaşı B6 növbəti mübahisələri zamanı o, mənzildə olan sənədləri yoxlayaraq onun adına olan, yəni Yasamal rayonu, ünvan 4 ünvanın çıxarışının yerində olmamasını aşkar etmiş və ondan həmin mənzilin sənədlərinin harada olmasını soruşmuşdur. O isə B6 mənzili "Faktor Lizinq” vasitəsi ilə formal olaraq alqı-sa tqı etdirib pul götürdüyünü bildirmişdir. Həmin vaxt B6 və qaynı N6 onunla mübahisə etməyə başlamışlar, nə üçün onlardan xəbərsiz belə iş tutmağını soruşmuşlar, bununla bağlı ailə üzvləri ilə söz-söhbəti düşmüş, onlar ondan pulları hara sərf etdiyini soruşmağa başlamışlar və o, həyat yoldaşından, eləcə də ailə üzvlərindən qorxduğu üçün, onların ondan əl çəkmələri üçün yalandan guya həmin pulu rəfiqəsi Təqsirləndirilən şəxs verdiyini və bunun əvəzində Təqsirləndirilən şəxs ona gözəllik salonu satacağını vəd etməsini bildirmişdir. Belə olan halda isə qaynı N6 ona, polis bölməsinə gedib Təqsirləndirilən şəxs haqqında şikayət ərizəsi yazmağı təklif etmişdir. O da onları inandırmaq üçün məcbur olaraq Nərimanov rayon polis idarəsinin 18-ci polis bölməsinə gedərək orada guya, yaşadığı evi girov q oyub götürdüyü 130.000 ABŞ dollarını Təqsirləndirilən şəxs verdiyinə dair şikayət ərizəsi ilə müraciət etmişdir. Bundan başqa, cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs çoxsaylı ifadələri biri digərini təkzib etməklə ziddiyətlidir. O, əvvəlcə, Təqsirləndirilən şəxs bankdan götürərək 160000 manat verdiyini, sonra 130000 manat bankdan, 30000 manat da özündən əlavə edərək verdiyini bildirir.Daha sonra isə ifadəsində bankdan götürərək 50000 manat, 3 gün sonra isə 60000 manat verdiyini bildirir. Qalan pulun kimə verilməsi barədə də hər dəfə fərqli ifadə vermişdir. Məhkəmədə tədqiq olunmuş Zərərçəkmiş şəxs çoxsaylı instansiyalara ünvanladığı ərizə və şikayətləri də biri digərini, verdiyi ifadələri ərizələrini təkzib edir. Bəraət almış şəxs Təqsirləndirilən şəxs ifadələri məhkəmədə t ədqiq olunmuş çoxsaylı mötəbər sübutlarla təsdiq olunur. Məhkəmədə şahid qismində ifadə vermiş X5, ibtidai araşdırma zamanı ifadə vermiş və məhkəmədə elan olunaraq tədqiq olunmuş X6, X2, X7 ifadələri də Zərərçəkmiş şəxs məhkəmədə verdiyi ifadəsini təkzib edir. Həmçinin, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs və V8 məhkəmədə tədqiq olunmuş səs yazısından məlum olur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 10000 manat borcdan başqa pul almamışdır. Danışığın məzmunundan məlum olur ki, Zərərçəkmiş şəxs ərindən gizli olaraq satdığı evə görə əri və qaynı tərəfindən iradlara məruz qaldığından onları aldatmaq üçün həmin pulu Təqsirləndirilən şəxs verməsi barədə Səkinə ilə müqavilə bağlamağı xahiş edir. Lakin Təqsirləndirilən şəxs sonradan həmin pulun ondan tələb olunacağından qorxaraq buna etir az edir. Hətta Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ərinə və qaynına bankdan götürdüyü pulu kimə verməsini göstərməsini deyir, t8 isə yanında başqa adam olduğunu bildirirərək, həmin adamın adını demir. Həmin danışıqda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ona 10.000 manatdan artıq borcu olmamasını bildirir, Təyminə bu halı təkzib etmir, əksinə təsdiq edir. Birinci instansiya məhkəməsində Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə bacısı qızı E8 vasitəsi ilə falçı kimi tanış olmasını göstərsə də, cinayət işində olan çoxsaylı ifadələrinin və ərizə, şikayətlərində onunla gözəllik salonunda tanış olmasını göstərmişdir. Məhkəmədə ifadə vermiş N6, məhkəmədə ibtidai araşdırma zamanı verdiyi ifadəsi elan olunmuş B6 də ifadələrində bildirmişlər ki, Zərərçəkmiş şəxs onlara Təqsirləndirilən şəxs i lə gözəllik salonunda tanış olmasını bildirmişdir. Birinci instansiya məhkəməsində ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuş X10 ifadəsində göstərmişdir ki, təxminən 2015-ci ilin son aylarında o, T8 ilə telefonla danışarkən T6 ona işə düşdüyünü bildirmişdir. T6 N6 müəlliməsinə ondan dükan alınıb işlədilməsi üçün külli miqdarda pul verdiyini, qadının isə qəflətən öldüyünü və verdiyi pulların batdığını, ona görə də borca düşdüyünü bildirmişdir. Zərərçəkmiş şəxs yaşadığı mənzili girov qoyaraq pul götürməsi barədə T6 ona bir söz deməmiş, lakin bu barədə ona Sücayət demişdir ki, T6 müəlliməyə verdiyi pulu götürdüyü şəxsə borcunun qaytarması ilə bağlı pul götürmüşdür. S6 ona həmçinin T6 yeni şəxsiyyət vəsiqəsi çıxartdığını, yaşadığı mənzili girov qoyub və bankdan külli miqdarda pul gö türdüyünü bildirmişdir. O, Zərərçəkmiş şəxs yeni şəxsiyyət vəsiqəsini kimin vasitəsi ilə aldığından onun xəbəri olmadığını göstərmişdir. T6 S6 10-15 min manat borca pul istəmiş, S6 T6 köməklik etmək üçün həyat yoldaşının qohumuna zəng vuraraq qeyd olunan məbləğdə pulu həmin adamdan istəmiş, lakin həmin adam S6 yoldaşına zəng vuraraq S6 pul istəməsini demiş və ailədə söz-söhbət yarandığından S6 də T6 pul verə bilməmişdir. Bundan başqa ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs yaxın rəfiqəsi X13 da ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs lizinq yolu ilə mənzil satmasından məlumatı olmamışdır və Zərərçəkmiş şəxs ona heç bir borcu olmamış, 20 noyabr 2015-ci il tarixdən sonrakı müddətlərdə ona heç bir məbləğdə pullar verməmişdir. Zərərçəkmi ş şəxs ona özünə gözəllik salonu almaq niyyətində olmasını, bu məqsədlə hər hansı şəxsə pul verməsini deməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs məhkəmədə verdiyi ifadələrlə istintaqdakı ifadələri ilə arasında şərh olunan ciddi ziddiyyətlər mövcuddur. Məhz yuxarıda qeyd edilənlərə əsasən məhkəmələr tam əsaslı olaraq hesab etmişlər ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.1ci maddəsinə əsasən cinayət hadisəsi olmaması əsası ilə bəraət verilməlidir. Avropa Məhkəməsi qeyd edir ki, istənilən şübhə vicdanlı şübhə olmalıdır. X8rşı məhkəmə işi üzrə qərarında məhkəmə qeyd etdi ki, şübhənin həqiqi və vicdanlı olması onun əsaslığının zəruri elementlərindən birini təşkil edir. Lakin şübhə yaln ız o halda əsaslı sayıla bilər ki, şübhəli şəxsin güman edilən cinayətlə əlaqəsi olduğunu obyektiv olaraq göstərən faktlara və ya informasiyaya əsaslansın. Buna görə də, sözügedən şəxsin törətdiyi hərəkətlərin onun hüquq pozuntusunda iştirakını birbaşa təsdiq etdiyini göstərən, yaxud sənədlərlə və ya məhkəmə-tibb ekspertizasının nəticələri ilə təsdiq edilən sübutlar olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində göstərilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı i şində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq olsun, yəni qanuni yolla əldə olunmuş olsun. Azərbaycan Respublikası CPM-in 12.1 və 12.3-cü maddələrinin tələblərinə görə cinayət prosesini həyata keçirən orqanlar ci nayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Azərbaycan Respublikası CPM-in 42.1-ci maddəsində qeyd edilir ki, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü əməldə cinayət tərkibi olmadıqda çıxarılır. Azərbaycan Respublikası CPM-in 399.3-cü maddəsində qeyd edilir ki, işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin hökm və ya qərarı yalnız bu Məcəllənin tələblərinin pozulması səbəbindən formal mülahizələrə əsaslanaraq ləğv edilə bilməz. Məhkəmə kollegiyası kassasiya şikayətinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPMin 416.0.1-416.0.3-cü maddələrində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edir və qeyd edir ki, apelly asiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş və haqlı olaraq cinayət hadisəsi olmaması əsası ilə Təqsirləndirilən şəxs bəraət verilmişdir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilməsi üçün əsaslar tapmır və buna görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin 04 oktyabr 2018-ci il tarixli qərarı əsaslı olduğundan, kassasiya şikayətində onun ləğvi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib ol unmaqla əsassız olduğundan şikayətin təmin edilmədən, həmin qərarın isə dəyişiklik edilmədən saxlanılması mümkündür. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Bəraət almış şəxs Təqsirləndirilən şəxs barəsində Bakı Apellyasiya Məhkəməsinin 04 oktyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-441/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-441/2019
10.04.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver