Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-441/2020 07.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Nəsirov İnqilab Maşallah oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkən Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlunun, Bəraət almış şəxs X11 və onun müdafiəçisi, Bakı şəhəri, 11 saylı Vəkil Bürosunun vəkili Rəhimov Rəşad Rəhim oğlunun iştirakları ilə xx xxxxxx 1960-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan qey diyyatda olmaqla yaşayan X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.2.4-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin apelyasiya və kassasiya instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X9 tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə (hakim F.M.Əmirəliyev) X7 əməlində cinayət tərkibi olmaması əsası ilə CM-nin 178.2.4-cü maddəsi ilə bəraət verilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən dövlət i ttihamçısı tərəfindən apellyasiya protesti, zərərçəkmiş şəxs tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər: F.A.Qasımov (sədrlik edən), H.H.Əhmədov və K.H.Əkbərov) apellyasiya protesti və apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İş üzrə tərtib edilmiş ittiham aktına əsasən təqsirləndirilən şəxs X11 Zərərçəkmiş şəxs ümumilikdə 40.690,1 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Bakı şəhəri Binəqədi rayon Binəqədi qəsəbə bələdiyyəsinin xx xxx 2011-ci il tarixli 435 say lı qərarı ilə Binəqədi rayonu Dövlət Yol Polisinin yaxınlığında 4-cü məhəllə 7-ci korpus 292 ünvanda yerləşən 100 kv. metr sahədə özbaşına tikilmiş 82 kv. metr yaşayış sahəsi olan bir mərtəbəli, üç otaqlı fərdi yaşayış evinin ona məxsus olduğunu Zərərçəkmiş şəxs bildirərək əvvəlcə hər ay 220 manat almaqla kirayəyə vermiş, xx xxxxxx 2012-ci il tarixdə isə həmin evi dəyərini 3 il müddətinə hissə-hissə ödəməsi şərti ilə 40.500 ABŞ dolları məbləğində pul müqabilində Zərərçəkmiş şəxs qarşılıqlı şifahi razılaşma əsasında satmışdır. Zərərçəkmiş şəxs pulu tam ödədikdən sonra evi onun adına sənədləşdirəcəyinə dair yalan vəd verib aldatmışdır. Zərərçəkmiş şəxs ailə üzvləri ilə birlikdə özünə məxsus ev kimi orada yaşamışdır. X 2012-ci ilin avqust ayından başlayaraq Zərərçəkmiş şəxs özü birbaşa hissə- hissə olmaqla həmin dövrün məzənnəsi ilə 29.022.8 manat təşkil edən cəmi 37.000 ABŞ dolları, sonuncu dəfə isə xx xxxxxxxx 2015-ci il tarixdə Bakı şəhəri Binəqədi rayonu 9-cu mikrorayon M.Cəlal küçəsində yerləşən «Leyla» şadlıq evinin yaxınlığında keçmiş həyat yoldaşı X5 vasitəsi ilə həmin dövrün məzənnəsi ilə 3667.3 manat təşkil edən 3.500 ABŞ dolları məbləğində pulu almaqla ümumilikdə həmin dövrün məzənnəsi ilə 32690.1 manat təşkil edən 40.500 ABŞ dolları məbləğində pulu Zərərçəkmiş şəxs almışdır. Zərərçəkmiş şəxs həmin evdə yaşadığı dövrdə 8.000 manat məbləğində pul sərf etməklə təmir işləri apardıqdan sonra X qiymətlərin qalxdığını bildirib Zərərçəkmiş şəxs əlavə 12.000 ABŞ dolları məbləğində pul verməsini tələb edərək evi onun adına sənədləşdirməkdən imtina etmişdir. Zərərçəkmiş şəxs ə lavə pul verməyəcəyini bildirdikdə X evin satılmasına və dəyərinin ödənilməsinə dair rəsmi sənədləşmələr aparılmadığından istifadə edərək evi Zərərçəkmiş şəxs kirayəyə verdiyini bildirib və ondan pul aldığını danmaqla Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxx 2016-cı il tarixli qətnaməsi ilə Zərərçəkmiş şəxs ailə üzvləri ilə birlikdə həmin evdən çıxarılmasına nail olaraq evə sahib durmaqla, vahid niyyətlə əhatə olunan qəsdlə evin təmirinə sərf edilmiş vəsaitlə birlikdə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxı lması xahiş olunur. Protest müəllifi bildirir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən yekun qərar qəbul edilərkən sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən, habelə ittiham tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina edildiyindən məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun deyildir. Belə ki, apellyasiya instansiyası məhkəməsi Xnın cinayət əməlini sübut edən, işin faktiki halları ilə sıx bağlı olan və biri digərini tamamlayan ibtidai istintaq və məhkəmə istintaqında araşdırılan sübut növlərinə əhəmiyyət verməmiş, yalnız məhkəmənin mülki iş üzrə qanuni qüvvəyə minmiş qərarlarının olmasına əsaslanaraq onu n əməlində cinayət tərkibi olmaması əsası ilə bəraət verilməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi qənaəti əsaslı hesab etmişdir. Halbuki, CPM-nin 65.7-ci maddəsinə əsasən məhkəmənin mülki iş üzrə qanuni qüvvəyə minmiş qərarı məhkəmə üçün yalnız hadisənin olub-olmaması hissəsində məcburidir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı R.Alverdiyevin, kassasiya protestinin təmin edilməməsi barədə bəraət almış şəxs N.Hüseynova və müdafiəçi R.Rəhimovun çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Res publikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş ve rib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Protest müəllifi qeyd edir ki, Xnın əməlində ittiham edildiyi dələduzluq cinayətinin törədilməsində təqsiri təkzib edilməz sübutlarla təsdiq edilməsinə baxmayaraq məhkəmələr həmin sübutları kifayət qədər araşdırıb təhlil etmədən onun barəsində bəraət hökmü çıxarmışlar. Məhkəmə kollegiyası kassasiya protestində qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bi r-biri ilə müqayisə edilir, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-nin 146-cı maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki,onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilm əsi cinayət məsuliyyəti yaradır. Məhkəmə kollegiyası bildirir ki, “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” xx xxxxxxxx 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2015-ci il tarixli qərarında məhkəmələrə tövsiyə olu nur ki, nəzərə alınsın ki, Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əld ə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, z ərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Nəzərə alınmalıdır ki, dələduzluq əmlakın mülkiyyətçisinə və ya qanuni sahibinə qa rşı deyil, həmin əmlakdan müvəqqəti istifadə edən şəxsə qarşı törədildikdə maddi zərər mülkiyyətçiyə (qanuni sahibə) vurulur və o da iş üzrə zərər çəkmiş şəxs qismində tanınır. Belə hallarda dələduzluğun törədilməsi nəticəsində zərərin birbaşa əmlakın mülkiyyətçisi (qanuni sahibi) ilə yanaşı, həm də ondan müvəqqəti istifadə edən şəxsə də vurulması müəyyən edildikdə sonuncu da iş üzrə zərər çəkmiş şəxs kimi tanınmalıdır. Məhkəmə kollegiyası iş materiallarını qanunvericiliyin yuxarıda şərh olunan normalarının tələblərı, Konstitusiya Məhkəməsi və Ali Məhkəmənin Plenumlarının qərarları nəzərə alınmaqla təhlil edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İş materiallarından görünür ki, Zərərçəkmiş şəxs alqı-satqı razılaşması əsasında qarşı tərəfə ödədiyi pulla bağlı məhkəməyə heç bir s übut təqdim etməməsi ilə bağlı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2229/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7318/16 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7318/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasına dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2601/2017 saylı xx.xx.2017-ci il tarixli qərarı mövcuddur. Həmin qanuni qüvvəsini almış, ləğv edilməmiş məhkəmə qətnamələrinin və qərarının olması X6 əməlində dələduzluq cinayətinin tərkibinin olmamasını tam təsdiq edən mötəbər sübutlardır. Belə ki, Azərbaycan Respublikası CPM-in 65.7-ci maddəsinə əsasən məhkəmənin mülki iş, inzibati və ya iqtisadi mübahisə üzrə qanuni qüvvəyə minmiş qərarı cinayət prosesini həyata keçirən orqan və cinayət işinə baxan məhkəmə üçün yalnız hadisənin olub-olmaması hissəsində məcburidir. Məhz yuxarıda qeyd edilənlərə əsasən apellyasiya instansiya məhkəməsi tam əsaslı olaraq hesab etmişdir ki, N.Hüseynovanın ona istinad edilən cinayətdə təqsirsiz olması müəyyən edilərək bəraət verilmişdir. Avropa Məhkəməsi qeyd edir ki, istənilən şübhə vicdanlı şübhə olmalıdır. X3rşı məhkəmə işi üzrə qərarında məhkəmə qeyd etdi ki, şübhənin həqiqi və vicdanlı olması onun əsaslığının zəruri elementlərindən birini təşkil edir. Lakin şübhə yalnız o halda əsaslı sayıla bilər ki, şübhəli şəxsin güman edilən cinayətlə əlaqəsi olduğunu obyektiv olaraq göstərən faktlara və ya informasiyaya əsaslansın. Buna görə də, sözü gedən şəxsin törətdiyi hərəkətlərin onun hüquq pozuntusunda iştirakını birbaşa təsdiq etdiyini göstərən, yaxud sənədlərlə və ya məhkəmə-tibb ekspertizasının nəticələri ilə təsdiq edilən sübutlar olmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetər lilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq olsun, yəni qanuni yolla əldə olunmuş olsun. Azərbaycan Respublikası CPM-in 12.1 və 12.3-cü maddələrinin tələblərinə görə cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət tör ətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Azərbaycan Respublikası CPM-in 42.1.2-ci maddəsində qeyd edilir ki, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü əməldə cinayət tərkibi olmadıqda çıxarılır. Azərbaycan Respublikası CPM-in 399.3-cü maddəsində qeyd edilir ki, işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin hökm və ya qərarı yalnız bu Məcəllənin tələblərinin pozulması səbəbindən formal mülahizələrə əsaslanaraq ləğv edilə bilmə z. Məhkəmə kollegiyası kassasiya protestinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPMin 416.1.1-416.1.3-cü maddələrində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edir ona görə ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş və haqlı olaraq N.Hüseynovanın əməlində cinayət tərkibi olmaması əsası ilə bəraət verilmişdir. Məhkəmə kollegiyası işin materiallarına və cinayət qanununun normasın ın yuxarıda göstərilən tələblərinə əsaslanaraq belə nəticəyə gəlir ki, ibtidai araşdırma orqanı Xnın Zərərçəkmiş şəxs qarşı dələduzluq etməsini təsdiq edən heç bir mötəbər sübutu əldə etmədiyindən məhkəmələr Xya cinayət tərkibi olmaması əsasları ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə bəraət verməkdə haqlı olmuşlar. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq həmin protestin təmin edilməsi üçün əsaslar tapmır və buna görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarı əsaslı olduğundan, kassasiya protestində onun ləğvi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan protestin təmin edilmədən, həmin qərarın isə dəyişiklik edilmədən saxlanı lması mümkündür. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya protesti təmin edilməsin. Bəraət almış şəxs X11 barəsində Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2019cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-441/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-441/2020
07.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver