Məhkəmə qərarları › İş №1(102)-441/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-441/2021

16.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-441/2021 16.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İlqar Səyyad oğlu Qılıcov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri X6, Məhkum və məhkumun müdafiəçisi X7 iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 noyabr 2019-cu il tari xli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: M.Ə.Abdullayev (sədrlik edən və məruzəçi), M.V.Məmmədov və İ.Q.Abdullayevdən ibarət tərkibdə) 1(099)-157/2019 nömrəli 07 may 2019-cu il tarixli hökmü ilə 18 oktyabr 1969-cu ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ortaixtisas təhsilli, subay, məhkum olunmuş, işləməyən, Salyan şəhəri, Y.Zərgərli küçəsi, ev 9-da qeydiyyatda olan və yaşayan; Məhkum Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə təqsirli bilinib 13 (on üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəlinin 28 iyun 2017-ci il tarixdən hesablanmışdır. İş in halları: Məhkəmənin hökmünə əsasən Məhkum edilmişdir ona görə ki, o, Salyan şəhəri, Y.Zərgərli küçəsi, 9 saylı evdə yaşayarkən 2015-ci ilin noyabr ayının əvvəllərində qonşusu X4 onun arvadı X3 intim yaxınlıq istəməsini sonuncudan eşidib bildikdə, Elçin Qasımovdan qisas almaqla onu qəsdən öldürmək qərarına gələrək bu niyyətlə 11 noyabr 2015-ci il tarixdə saat 23 radələrində oğlu X1 vasitəsilə Elçin Qasımovu öz evinin həyətinə çağırıb evin arxasında ətrafdan müşahidə olunmayan bağçada silah qismində istifadə etdiyi metal boru ilə qəsdən öldürmək üçün Elçin Qasımova hücum etmiş, bu zaman özündə olan bıçaqla müdafiə olunan Elçin Qasımovun əlindən həmin bıçağı alaraq sonuncuya qəsdən həyatdan qəsdən məhrum etmək məqsədilə bıçaqla bədəninin ön və arxa səthindən çoxsaylı zərbələr endirib ona qəsdən döş qəfəsinin sol ön səthində təqribən məmə xətti üzrə 4-5-ci qabırğaarası səviyyədə 2,4 sm uzunluqda və bundan 2,6 sm aşağıda eyni xətt üzrə 6-7-ci qabırğaarası səviyyədə 2,3 sm uzunluqda, kənarları düz nəzərə çarpan, daxilə keçib həyat üçün mühüm orqan olan ürəyin sol qulaqcığı və mədəciyi boşluğuna nüfuz edən 2 ədəd yaradan ibarət olub sağlamlığa ağır zərər vurmaya, bel fəqərələri səviyyəsində daxilə nüfuz etməyən 5 ədəd yaradan ibarət olub sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirərək baş vermiş kəskin qanitirmə ilə yaranmış şok nəticəsində Elçin Qasımovu qəsdən öldürmüş və törətdiyi cinayətin üstünün açılmaması məqsədi ilə X5 ilə birlikdə evin həyətindəki yarımçıq tikilinin içərisində 2 metr uzunluqda çala qazıb Elçin Qasımovun meyitini və cinayətin aləti olmuş bıça ğı torpağa basdırmaqla və üzərini betonlamaqla, habelə hadisə zamanı öz əyinlərində olmuş paltarları yandırmaqla gizlədərək cinayət məsuliyyətindən yayınmaq üçün 14 noyabr 2016cı il tarixdə Azərbaycan Respublikasını tərk edib ölkə hüdudlarından kənarda gizlənmiş, görülən tədbirlər nəticəsində Elçin Qasımovun meyiti 28 dekabr 2016-cı il tarixdə həmin basdırıldığı yerdə aşkar edilərək çıxarılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər K.S.bəşirov (sədrlik edən və məruzəçi), E.Ə.Camalov və E.İ.Əliyevdən ibarət tərkibdə) 1(106)501/2019 nömrəli 21 noyabr 2019-cu il tarixli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 07 may 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Apellyasiya instan siyası məhkəməsinin bu qərarından narazı qalan Məhkum verdiyi kassasiya şikayətində xahiş edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 noyabr 2019-cu il tarixli qərarı ləğv edilsin və cinayət işi yeni apellyasiya baxışına qaytarılması barədə qərar çıxarılsın. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərini Məhkum onunla əsaslandırır ki, məhkəmə istintaqı zamanı işin faktiki halları düzgün araşdırılmamış və nəticədə əməl düzgün tövsif edilməmişdir. Belə ki, Elçin Qasımov içkili vəziyyətdə, ona məxsus evə gəlmiş, bir əlində bıçaqla həyat yoldaşının əlindən tutaraq ona əxlaqsız hərəkətlər təklif etmiş, o, səs küyə çıxdıqda zərərçəkmiş şəxslə əlbəyaxa olmuş və Elçin Qasımov onun ayağına bıçaqla vurduqdan sonra o, özünü, ailəsini, namusunu və şərəfini mü dafiə etmişdir. Bununla da onun əməli, CM-in 123.1-ci maddəsi ilə tövsif edilməli idi. Bundan başqa kassator şikayətində ibtidai istintaq zamanı qızının, oğlunun və həyat yoldaşının verdiyi ifadələrin hədə qorxu və təzyiq altında verdiklərini bildirmişdir. Bundan başqa kassator şikayətində barəsində cəzasını yüngülləşdən halların nəzərə alınmadığını ona təyin olunmuş cəzanın həddən artıq ağır olduğunu qeyd etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 iyul 2014-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edi lməməsi yoxlanılır. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmə iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük verməsini müvafiq olaraq qərarda göstərmişdir. Məhkəmə kollegiyası Məhkum əməlinə dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPMin 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, Məhkum əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci ma ddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddə ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Kassasiya şikayətinin başlıca dəlili məhkəmələr tərəfindən Məhkum cinayət əməlinin CM-in 120.1-ci maddəsindən həmin Məcəllənin 123-cü maddəsinə tövsif olunmamasının qanunsuz olmasıdır. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası CM-in 123-cü maddəsinin dispozisiyasına görə zəruri müdafiə həddini aşmaqla qəsdən adam öldürmə əməli həmin maddə ilə tövsif edilməlidir. Əməlin zəruri müdafiə həddini aşmaqla törədilməsi kimi qiymətləndirilərkən ilk növbədə zəruri müdafiə vəziyyətinin yaranıb-yaranmaması müəyyən edilməlidir. Zəruri müdafiə dedikdə, ictimai təhlükəli qəsddən hücum edənə zərər vurmaq yolu ilə qanuni ol araq mühafizə olunmaq başa düşülür. Azərbaycan Respublikası CM-in 36-cı maddəsində zəruri müdafiəyə belə anlayış verilir: “Zəruri müdafiə vəziyyətində, yəni özünü müdafiə edənin və ya başqa şəxsin həyatını, sağlamlığını və hüquqlarını, dövlətin və cəmiyyətin mənafelərini qəsd edənə zərər vurmaq yolu ilə ictimai təhlükəli qəsddən qoruyarkən törədilmiş hərəkət, zəruri müdafiə həddini aşmamışdırsa, cinayət sayılmır.” Zəruri müdafiədə qəsd edənə zərər vurmaq yolu ilə ictimai təhlükəli qəsdin qarşısı alınır. Bu yolla təhlükənin qarşısı alınarkən yol verilən hərəkət, zəruri müdafiə həddini aşmırsa, cinayət sayılmır. İşdən göründüyü kimi birinci instansiya məhkəməsi müəyyən etmişdir və apellyasiya instansiyası məhkəməsi onunla razılaşmışdır ki, Məhkum 2015-ci ilin noyabr ayının əvvəllərində qonşu su X4 onun arvadı X3 intim yaxınlıq istəməsini sonuncudan eşidib bildikdə, Elçin Qasımovdan qisas almaqla onu qəsdən öldürmək qərarına gələrək Ağacavad Cavadzadənin vasitəsilə zərərçəkmiş şəxs (mərhum) Elçin Qasımovu öz evinin həyətinə çağırıb evin arxasında ətrafdan müşahidə olunmayan bağçada silah qismində istifadə etdiyi metal boru ilə qəsdən öldürmək üçün zərərçəkmiş şəxsə hücum etmiş, bu zaman özündə olan bıçaqla müdafiə olunan Elçin Qasımovun əlindən həmin bıçağı alaraq sonuncuya qəsdən həyatdan qəsdən məhrum etmək məqsədilə bıçaqla bədəninin ön və arxa səthindən çoxsaylı zərbələr endirib Elçin Qasımovu qəsdən öldürmüş və törətdiyi cinayətin üstünün açılmaması məqsədi ilə oğlu ilə birlikdə evin həyətindəki yarımçıq tikilinin içərisində 2 metr uzunluqda çala qazıb Elçin Qasımovun meyi tini və cinayətin aləti olmuş bıçağı torpağa basdırmaqla və üzərini betonlamaqla, habelə hadisə zamanı öz əyinlərində olmuş paltarları yandırmaqla gizlədərək cinayət məsuliyyətindən yayınmaq üçün 14 noyabr 2016-cı il tarixdə Azərbaycan Respublikasını tərk edib ölkə hüdudlarından kənarda gizlənmiş, görülən tədbirlər nəticəsində Elçin Qasımovun meyiti 28 dekabr 2016cı il tarixdə həmin basdırıldığı yerdə aşkar edilərək çıxarılmışdır. Hadisənin məhz qeyd edilmiş qaydada baş verməsi Məhkum qismən etiraf edici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisinin və hadisənin bilavasitə şahidləri olmuş şəxslərin ifadələri ilə, iş üzrə keçirilmiş məhkəmə tibbi ekspertizaların rəyləri ilə, maddi sübutlarla və işin digər materialları ilə tam təsdiq edilmişdir. Beləliklə, işə baxan məhkəmələr tə rəfindən müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs Məhkum zərərçəkmiş şəxsə bıçaqla ağır xəsarətlər yetirərkən nə onun özünə, nə də digər şəxslərin həyat və sağlamlığına real təhlükə yaranmamışdır. Məhkəmə kollegiyası məhkəmələrin gəldiyi nəticənin işin hallarına uyğun hesab etməklə yanaşı qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarı qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası b elə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum əməli düzgün olaraq CM-in 120.1-ci maddəsi ilə tövsif etmişdir və həmin əməlin CM-in 123-cü maddəsinə tövsif olunması üçün heç bir əsas yoxdur, kassasiya şikayətinin bu barədəki dəlilləri əsassızdır. Bundan başqa, məhkəmə kollegiyasının qənaətinə görə həm birinci, həm də apellyasiya instansiyası məhkəməsində məhkumun bütün dəlillərinə ayrı ayrılıqda qiymət verilmiş, tam qanun çərçivəsində hüquq normalarına riayət edilməklə baxılmış və Azərbaycan Respublikası CM-in 4-9-cu maddələrinin prinsiplərinə əsaslanmaqla, ciddi qanun pozuntusuna yol verilməmişdir. Bundan əlavə, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələbləri ni nəzərə almışdır. Azərbaycan Respublikası CPM-in 416.1.1-ci maddəsinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.1.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi, yaxud dəyişdiri lməsi üçün qanunda nəzərdə tutulmuş hallardan heç biri müəyyən edilməmişdir. Kassasiya şikayətinin dəlilləri ilə əlaqədar həm də qeyd olunmalıdır ki, bu dəlillər apellyasiya məhkəməsinin qarşısında da qaldırılmış və həmin məhkəmə bu məsələləri obyektiv araşdıraraq şikayətin həmin dəlillərinin əsassız olması qənaətinə gəlmiş, buna dair nəticəni qərarında ətraflı şərh etmişdir. Apellyasiya məhkəməsinin həmin nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası onlarla razılaşır. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 noyabr 2019-cu il tarixli Məhkum haqqındakı qərarının dəyişdirilmədən saxlanılmasını qan uni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum oğlu barəsindəki 21 noyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar