Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-441/2024 13.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və Məhkum iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 avqust 2023-cü il tarixli qərarından Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya p rotestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Yevlax Rayon Məhkəməsinin (hakim Toğrul Əliyev) 19 aprel 2023-cü il tarixli, 1(039)73/2023 nömrəli hökmü ilə xx xxxx 2004-cü il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2ndə nömrəsiz evdə yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, onun şübhəli şəxs qismində saxlandığı 2 (iki) gün müddət CM-in 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 günə 2 gün hesablanmaqla ona təyin edilmiş cəzadan 4 (dörd) gün müddət çıx ılaraq üzərində qəti olaraq 2 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Yevlax Rayon Məhkəməsinin (Toğrul Əliyev) 16 may 2023-cü il tarixli 1(039)73/2023 nömrəli qərarı ilə, Yevlax Rayon Məhkəməsinin 1(039)-73/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmündə getmiş anlaşılmazlıq aradan qaldırılmış, eləcə də, həmin hökmün hökm etdi hissəsinin 6-cı abzasından sonra “Maddi sübut kimi tanınmış 1 ədəd brilyant qaşlı sırğa-üzük dəsti, 2 ədəd brilyant qaşlı qızıl qadın üzüyü, 1 ədəd kiçik ölçülü qızıl üzük, 1 cüt kiçik ölçülü qızıl sırğa və 1 ədəd “Charm” markalı “BQ-7000G” modelli planşet Zərərçəkmiş şəxs təhvil verilsin” cümləsi əlavə edilməsi qərara alınmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum təqsirli bil inmişdir ona görə ki, o, 2022-ci ilin dekabr ayının 4-də saat 13 radələrində qəsdən yaşayış sahəsinə daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaq məqsədilə dayısı Zərərçəkmiş şəxs yaşadığı ünvan 3 ünvanında yerləşən evin həyətinə hasarın üzərindən aşmaqla qanunsuz daxil olaraq evin taxtadan olan giriş qapısının kilidini zor tətbiq etməklə qıraraq evə daxil olub, evin giriş qapısı ilə üzbəüz olan yataq otağındakı şüşəli trümonun siyirməsində saxlanılan şüşə balonun içərisindən Zərərçəkmiş şəxs məxsus olan bir ədəd 20 manatlıq əsginas olmaqla 20 (iyirmi) manat pulu, bundan sonra Zərərçəkmiş şəxs məxsus digər yataq otağının bağlı halda olan qapısının kilidini qıraraq həmin yataq otağına daxil olub orada yerləşən sandığın dəmir qıfılını evin həyətindən götürdüyü bağ qayçısı ilə zor tə tbiq etməklə qıraraq sandığı açıb orada olan şüşə balonun içərisindəki Zərərçəkmiş şəxs məxsus olan 2 ədəd 200 manatlıq əsginası, 4 ədəd 100 manatlıq əsginası və 50 manat dəyərində 100 ədəd 50 qəpiklikləri, həmin sandıqda olan 1 ədəd qızıl-zinət saxlanılması üçün nəzərdə tutulmuş qabın içərisindən Zərərçəkmiş şəxs məxsus olan 1 ədəd 583 əyarlı Rusiya istehsalı olan 1,2 qram çəkidə 96 manat dəyərində qızıl üzüyü, 1 ədəd 583 əyarlı Rusiya istehsalı olan 3,5 qram çəkidə 262 manat 50 qəpik dəyərində ortasında xırda brilyant qaşı olan qızıl sırğanı, 1 ədəd 583 əyarlı Rusiya istehsalı olan 5,3 qram çəkidə 424 manat dəyərində olan ortasında 4 ədəd xırda brilyant qaşlarla bəzədilmiş qızıl üzüyü, 1 ədəd 583 əyarlı Rusiya istehsalı olan 11,7 qram çəkidə 936 manat dəyərində qızıl sırğa üzük dəstini, 1 ədəd 583 əyarlı Rusiya istehsalı olan 2,5 qram çəkidə 200 manat dəyərində ortasında göy qaşlı, qıraqları xırda brilyant qaşlarla bəzədilmiş qızıl üzüyü və həmin yataq otağında tumbanın üzərində olan 100 (yüz) manat dəyərindəki “Charm” markalı “BQ-7000G” modelli planşeti götürərək qəsdən özgənin əmlakını gizli yolla talamaqla zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 2.888,50 manat məbləğində maddi ziyan vurmaqla qəsdən yaşayış sahəsinə daxil olmaqla oğurluq etmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Xəqani Səmədov (sədrlik edən və məruzəçi), Elçin Hüseynov və İmanverdi Şükürov) 09 avqust 2023-cü il tarixli 1(107)-241/2023 nömrəli qərarı ilə Yevlax Rayon Məhkəməsinin 19 aprel 2023-cü il tarixli 1(039)-73/2023 nömrəli hökmü və Yevlax Rayon Məhkəməsinin 16 may 2023-cü il tarixli 1(039)-73/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmış, Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmişdir. Dövlət ittihamçısı3 kassasiya protesti verərək, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 avqust 2023-cü il tarixli qərarının ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Kassasiya protestinin dəlillərini Dövlət ittihamçısı3 onunla əsaslandırır ki, apellyasiya instansiyası məhkəməsinin qərarı əsassız və qanunsuzdur. Birinci instansiya məhkəməsinin hökmündən verilmiş apellyasiya protestində cinayət qanununun tələblərinə uyğun olaraq, maddi sübutların həlli barədə məsələnin məhkəmənin ittiham hökmünün nəticəvi hi ssəsində göstərilməklə dəyişdirilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Belə ki, cinayət işi üzrə tərtib edilmiş ittiham aktına əlavə edilmiş arayışdan görünür ki, iş üzrə 1 ədəd “Charm” markalı “BQ-7000G” modelli planşet, 1 ədəd brilyant qaşlı qızıl sırğa-üzük dəsti, 2 ədəd brilyant qaşlı qızıl qadın üzüyü, l ədəd kiçik ölçülü qızıl üzük, 1 cüt kiçik ölçülü qızıl sırğa maddi sübut kimi tanınmış və saxlanılması üçün Zərərçəkmiş şəxs Cəlal oğluna verilmişdir. Məhkəmənin ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində ittiham aktına əlavə edilmiş arayışda göstərilən maddi sübutların Zərərçəkmiş şəxs təhvil verilməsinin nəzərə alındığı göstərilsə də, hökmü nəticəvi hissəsində maddi sübutların taleyi ilə bağlı məsələyə münasibət bildirilməmişdir. Birinci instansiya məhkəməsində i ştirak etmiş Dövlət ittihamçısı2 yuxarıda qeyd olunanlarla bağlı cinayət-prosessual qanunvericilikdə nəzərdə tutulmuş müddətdə - 10 may 2023-cü il tarixdə müvafiq qeydiyyat aparılmaqla apellyasiya protestini Yevlax rayon məhkəməsinə təqdim etdikdən 6 gün sonra yuxarıda qeyd olunan hökmdə anlaşılmazlığın həll edilməsinə dair 16 may 2023-cü il tarixli qərar ona təqdim olunmuş, həmin qərarda isə apellyasiya protestində qoyulmuş məsələ ilə bağlı hökmə düzəlişlər edilmişdir. Dövlət ittihamçısı tərəfindən yenə apellyasiya protesti verilərək, Yevlax Rayon Məhkəməsinin 19 aprel 2023-cü il tarixli hökmündə anlaşılmazlığın həll edilməsinə dair 16 may 2023-cü il tarixli qərarının ləğv edilməsi xahiş edilmişdir. Şəki Apellyasiya Məhkəməsində 09 avqust 2023-cü il tarixdə keçirilmiş məhkəmə baxışı zam anı hər iki apellyasiya protestinə eyni zamanda baxılaraq, verilmiş apellyasiya protestləri təmin edilməmiş və Yevlax Rayon Məhkəməsinin 19 aprel 2023-cü il tarixli hökmü və Yevlax Rayon Məhkəməsinin 16 may 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Ancaq birinci instansiya məhkəməsi apellyasiya protesti rəsmi qaydada təqdim olunub dəftərxanada qeydiyyatdan keçdikdən 8 gün sonra, yəni 16 may 2023-cü il tarixli qərarla 19 aprel 2023-cü il tarixli hələ qanuni qüvvəyə minməmiş hökmdəki “anlaşılmazlığın aradan qaldırılması” qərarında qanunsuz və əsassız olaraq maddi sübutlarla bağlı məsələni həll etmişdir. Xüsusi vurğulanmalıdır ki, CPM-in 518-ci maddəsində “Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası qaydasında icraat” fəslində təsbit edilmişdir. Şərh olunanlardan da aydın olur ki, məhkəmə hələ icra mərhələsində olmayan və verilmiş protestin predmeti olan məsələ üzrə hökmdə anlaşılmazlığın həll edilməsinə dair qanunsuz qərar qəbul etmiş, özü tərəfindən çıxarılmış hökmün dəyişdirilməsinin qarşısını almaq məqsədi ilə artıq verilmiş apellyasiya protestinin predmetinə dair yeni qərar qəbul etmiş, bununla da faktiki olaraq yuxarı instansiya məhkəməsinin səlahiyyətlərini öz üzərinə götürmüşdür. Bundan başqa, Azərbaycan Respublikası CPM-in 520-ci maddənin məzmunundan aydın olur ki, hökmün və ya məhkəmənin digər yekun qərarının icrası qaydasında məsələlərə dair müraciətin baxılma yeri və vaxtı haqqında vaxtında məlumatlandırılmamış prokurorun məhkəmə iclasına gəlməməsi məhkəmə iclasının keçirilməsinə mane olur. Hazırki cinayət işi üzrə isə hökmün icrası qaydas ında məhkəmə iclasında iştirak hüququ təmin edilməmiş və ümumiyyətlə məlumatlandırılmamış dövlət ittihamçısına münasibətdə çəkişmə prinsipinin müddəalarına əməl edilməmiş, onun iştirakının təmin edilməsi üçün heç bir prosessual hərəkət edilməmiş və nəticə etibarilə cinayət prosessual qanunveciliyin müddəaları kobud şəkildə pozulmaqla, birinci instansiya məhkəməsi icra mərhələsində olmayan hökmdəki anlaşılmazlığı qanunsuz olaraq həll etmişdir. Məhkəmənin qanunvericilikdə prosessual əsasları və qaydaları kifayət qədər aydın şəkildə təsbit edilmiş hökmün və ya məhkəmənin digər yekun qərarının icrası zamanı şübhələrin və anlaşılmazlıqların həll edilməsi institutundan sui-istifadə etməsi yolverilməzdir. Halbuki, birinci instansiya məhkəməsi və apellyasiya məhkəmələrinin səlahiyyətlərinin sərhəd i qanunla aydın müəyyən edilmişdir. Buna baxmayaraq məhkəmə apellyasiya protestini aldıqdan sonra yol verdiyi səhvi görmüş, bundan sonra yuxarı instansiya məhkəməsinin səlahiyyətlərinə aid olan məsələ üzrə qanunsuz qərar qəbul etmişdir. Birinci instansiya məhkəməsində iştirak edən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti məhkəməyə təqdim edildikdən sonra məhkəmənin həmin hökmlə bağlı hər hansı bir prosessual hərəkətlər etmək imkanı yuxanda qeyd olunan maddə ilə tamamilə istisna edilir. Məhkəmənin özünün qəbul etdiyi hökmündən verilmiş protest və şikayətlərdə mübahisələndirilən məsələlər üzrə qərarlar qəbul etməsi, yuxarı instansiya məhkəmələrində həmin məsələlərə baxılmasını qabaqlamaq cəhdi tamamilə qanunsuz olmaqla, çəkişmə prinsipinin tələblərini kobud surətdə pozulmasına gəti rib çıxarır. Bundan başqa, həmçinin xüsusilə qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 29 noyabr 2011-ci il tarixli 3-N nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair Təlimat”-ın “İşlərin (materialların) qeydiyyatı və uçotu” hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının məhkəmə sistemi üzrə vahid qeydiyyat və hesabat formasının təmin edilməsi üçün məhkəmə kodlarından (17-1 nömrəli əlavə) istifadə olunur, habelə işlərin (materialların) icraat növlərinin bir-birindən fərqləndirilməsi üçün onların birinci, apellyasiya, kassasiya instansiyası məhkəmələrində, həmçinin Ali Məhkəmənin Plenumunda “1” indeksi ilə “cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüs usi ittiham qaydasında şikayət üzrə icraat”, “7” indeksi ilə isə “hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası qaydasında icraat” materiallarının qeydiyyatı aparılır. Ancaq Şəki Apellyasiya Məhkəməsi tərəfindən cinayət işi ilə hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası qaydasında icraat materiallarına bir icraatda baxılmaqla yuxarıda qeyd olunan Təlimatın tələbləri də kobud surətdə pozulmuşdur. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya ka ssasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya Apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət və cinayət prosessual qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya protestinin başlıca dəlili Şəki Apellyasiya Məhkəməsinin Cinayət k ollegiyasının 09 avqust 2023-cü il tarixli qərarının qanunsuz olmasıdır. Şikayətin əsası kimi, hökmdən apellyasiya protesti verildikdən sonra hökmdə olan anlaşılmazlığın həll edilməsinə dair qərar qəbul edilməsi, dövlət ittihamçısı tərəfindən Yevlax Rayon Məhkəməsinin 19 aprel 2023-cü il tarixli hökmündən və 16 may 2023-cü il tarixli qərarından verilmiş apellyasiya protestlərinə eyni zamanda baxılması, proses iştirakçıları olmadan məhkəmə baxışının aparılması, yəni çəkişmə prinsipinin tələblərinin kobud surətdə pozulması qeyd edilmişdir. Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli şəkildə araşdırıb aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası CPM-in 353.4.11-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmünün nəticəvi hi ssəsində maddi sübutların həlli göstərilməlidir. Yevlax Rayon Məhkəməsinin 19 aprel 2023-cü il tarixli hökmündə cinayət işi üzrə maddi sübutların taleyi həll edilməmişdir. 08 may 2023-cü il tarixdə dövlət ittihamçısı Yevlax Rayon Məhkəməsinin 19 aprel 2023-cü il tarixli hökmündən apellyasiya protesti vermişdir. Protestdə hökmün nəticəvi hissəsində maddi sübutların həllini göstərməklə hökmün dəyişdirilməsini xahiş olunmuşdur. Yevlax Rayon Məhkəməsi öz təşəbbüsü ilə həmin məsələyə hökmün icrası qaydasında baxıb, 16 may 2023-cü il tarixli qərarı ilə 19 aprel 2023-cü il tarixli hökmdə yol verilmiş anlaşılmazlığı aradan qaldırmış - maddi sübutların taleyini həll etmişdir. Azərbaycan Respublikası CPM-in 506.0.4-cü maddəsinə əsasən hökm və ya məhkəmənin digər yekun qərarlarını çıxarmış məhkəmələr məhkumun, barəsində cinayəthüquqi tədbirlər tətbiq edilən hüquqi şəxsin nümayəndəsinin ərizəsinə və ya cəzanı və ya cinayət-hüquqi xarakterli digər tədbirləri icra edən müəssisə, yaxud orqanın təqdimatına baxmaq, habelə öz təşəbbüsü ilə hökmün və ya məhkəmənin digər yekun qərarının icrası ilə bağlı bütün şübhə və anlaşılmazlıqları həll etməlidir. Göründüyü kimi CPM-in 506.0.4-cü maddəsi imperativ xarakter daşıyır və məhkəmələrin üzərinə onlar tərəfindən çıxarılmış hökm və ya digər məhkəmə qərarlarında yol verilmiş anlaşılmazlıqların həll edilməsi vəzifəsini qoyur. Hökmün və ya məhkəmənin digər yekun qərarının icrası zamanı şübhələrin və anlaşılmazlıqların həlli 518-ci maddəsi ilə tənzimlənir. Həmin maddədə (518.0) qeyd edilir ki, hökmü və ya digər yekun qərarını çıxarmış məhkəmə onun ic rası zamanı yaranan aşağıdakı şübhə və anlaşılmazlıqları məhkumun və ya barəsində cinayət-hüquqi tədbirlər tətbiq edilmiş hüquqi şəxsin nümayəndəsinin ərizəsi, cəzanı və ya cinayət-hüquqi xarakterli digər tədbirləri icra edən müəssisə və ya orqanın təqdimatı əsasında, habelə öz təşəbbüsü ilə həll etmək hüququna malikdir: 518.0.1. hökmlə müəyyən edilmədiyi halda cəzanın həddini, hüquqi şəxslərə təyin edilmiş cinayət-hüquqi tədbirlərin növlərini və həddini dəqiq müəyyən etmək; 518.0.2. hökmlə müəyyən edilmədiyi halda azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməli olduğu cəzaçəkmə və ya tərbiyə müəssisəsinin növünü müəyyən etmək; 518.0.3. hökmlə həll edilmədiyi və ya anlaşılmazlıqla həll edildiyi halda qətimkan tədbiri, məhkəmə xərclərinin bölüşdürülməsi və ya maddi sübutların taleyi haqqın da məsələləri həll etmək; 518.0.4. öz hökmünün və ya digər yekun qərarının başqa anlaşılmazlıqlarını aradan qaldırmaq. Göründüyü kimi cinayət-prosessual qanunvericiliyi məhkəmələrə onlar tərəfindən çıxarılmış hökmlə və ya digər yekun qərarla həll edilmədiyi halda maddi sübutların taleyi haqqında məsələləri öz təşəbbüsü ilə həll etmək səlahiyyəti verir və hökmdə və ya digər yekun qərarda yol verilmiş bu anlaşılmazlığın aradan qaldırılmasını hökmün qanuni qüvvəyə minib-minməməsi və ya həmin hökmdən apellyasiya qaydasında protest və ya şikayətin verilib-verilməməsi ilə şərtləndirilmir, bu hallar məhkəmələrin bu cür qərarları çıxartmaq səlahiyyətini məhdudlaşdırmır. Azərbaycan Respublikası CPM-in 520.5-ci maddəsinin tələblərinə görə müdafiəçinin iştirakı məcburi olan hallar istisna edilməklə h ökmün və ya məhkəmənin digər yekun qərarının icrası qaydasında məsələlərə dair müraciətin baxılma yeri və vaxtı haqqında vaxtında məlumatlandırılmış bu Məcəllənin 520.2-ci maddəsində göstərilən şəxslərin məhkəmə iclasına gəlməməsi məhkəmə iclasının keçirilməsinə mane olmur. Cinayət işinə əlavə edilmiş 15 may 2023-cü il tarixli məktubdan görünür ki, birinci instansiya məhkəməsi hökmdə yol verilmiş anlaşılmazlıqların aradan qaldırılmasına baxılması barədə proses iştirakçılarına məlumat vermiş, həmin məhkəmə iclasında müdafiəçinin iştirakı məcburi olan hallar olmamışdır. Beləliklə, cinayət işinin materiallarından görünür ki, birinci instansiya məhkəməsi öz səlahiyyətləri çərçivəsində hökmdə yol verilmiş anlaşılmazlıqları - maddi sübutların taleyi haqqında məsələləri düzgün həll etmişdir. Həmç inin birinci instansiya məhkəməsinin 16 may 2023-cü il tarixli qərarından görünür ki, hökmdə yol verilmiş anlaşılmazlıq həmin hökmdən verilmiş apellyasiya protestinin mahiyyətinə uyğun həll edilmişdir. Məhkəmənin qərarının indeksinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 29 noyabr 2011-ci il tarixli 3-N nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair Təlimat”a uyğun göstərilməməsi məhkəmənin qərarının ləğv edilməsinə əsas ola bilməz. Azərbaycan Respublikası CPM-in 399.3-cü maddəsinin tələblərinə görə işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin hökm və ya qərarı yalnız bu Məcəllənin tələblərinin pozulması səbəbindən formal mülahizələrə ə saslanaraq ləğv edilə bilməz. Bu baxımdan da məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin “anlaşılmamazlığın aradan qaldırılmasına dair” qərarı qüvvədə saxlamış apellyasiya instansiyası məhkəməsinin mövqeyini düzgün hesab edir. Qeyd edilməlidir ki, Yevlax Rayon Məhkəməsinin 16 may 2023-cü il tarixli qərarı ayrıca məhkəmə aktı olsa da, öz mahiyyəti üzrə həmin məhkəmənin 19 aprel 2023-cü il tarixli hökmünün tərkib hissəsi olduğundan həmin qərarın qüvvədə saxlaması və ondan verilmiş apellyasiya protestinin təmin etməməsi 19 aprel 2023-cü il tarixli hökmdən yalnız qərarla aradan qaldırılmış anlaşılmazlıqlarla bağlı verilmiş protestinə baxılmasını istisna edir. Bu nöqtə nəzərindən apellyasiya instansiyası məhkəməsi tərəfindən həm hökmdən, həm qərardan verilmiş apellyasiya protestlərinə birgə baxılması qanunsuz və məhkəmə qərarının ləğvinə əsası kimi hesab edilə bilməz. Beləliklə, kassasiya protestində qeyd edilmiş dəlillərlə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 avqust 2023-cü il tarixli qərarının ləğv edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Ona görə də, məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq protestin təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 avqust 2023-cü il tarixli hökmünün isə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya protesti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Cina yət kollegiyasının 09 avqust 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-441/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-441/2024
13.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver