Məhkəmə qərarları › İş №1(102)-441/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-441/2025

19.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-441/2025 19.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, məhkumun müdafiəçisi Müdafiəçi və zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Zərərçəkmiş şəxs nümayəndəsi, vək il Nümayəndə5 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası CM-in 179.2.2, 179.2.3 və 313-cü maddələri ilə məhkum edilməsinə dair Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 25 sentyabr tarixli, 1(10)-470/2024 nömrəli qərarından məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şirvan Şəhər Məhkəməsinin (X7) 2024-cü il 6 mart tarixli, 1(032)-10/2024 nömrəli hökmü ilə, xx xxx 1969-cu il tarixdə Əli-Bayramlı (Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Şirvan şəhəri, Natavan küçəsi, ev 10-da qeydiyyatda olan və yaşayan, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəl ləsinin 179.2.2, 179.2.3 və 313-cü maddələri ilə təqsirli bilinib, Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3-cü maddələri ilə 4.300 manat məbləğində cərimə cəzasına, Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə təqsirli bilinərək 1.600 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti olaraq ona 4.300 manat cərimə cəzası təyin edilmiş, zərərçəkmiş şəxsin nümayəndəsinə maddi ziyanın ödənilməsi ilə bağlı məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq hüququnun izah edilməsi barədə yekun qərar qəbul edilmiş, iş üzrə maddi sübutların taleyi həll edilmişdir. Hökmdən məhkumun müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ( X5 (sədrlik edən və məruzəçi), İsmayıl Əhmədov və Elşad Əliyevdən ibarət tərkibdə) 2024-cü il 25 sentyabr tarixli, 1(10)-470/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə münasibətdə dəyişdirilmiş, Məhkum Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən Cinayət Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən cəza təyin edilməmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Məhkəmənin hökmünə görə Məhkum Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3 və 313cü maddələri ilə təqsirli bilinərək, məhkum olunmuşdur ona görə ki, o, vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, ona etibar edilmiş dövlət əmlakını vahid niyyətlə qulluq mövqeyindən istifadə edərək təkrarən israf etmə yolu ilə talamış, rəsmi sənədlərin məzmununa vahid şəxsi niyyətlə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. Belə ki, o, Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 01 iyun 2016-cı tarixli 27 nömrəli əmri ilə 01 iyun 2016-cı il tarixdən Şirvan şəhər 3 saylı "Yasəmən” körpələr evi- uşaq bağçasının müdiri vəzifəsinə təyin edilməklə 22 avqust 2022-ci il tarixədək həmin vəzifədə işləyərkən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2012-ci il tar ixli, 218 nömrəli qərarı ilə təsdiq edilmiş "Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”-nə əsasən, müdir kimi qanunla müəyyən edilmiş qaydada dövlət müəssisəsinə təyin edilməklə dövlət əmlakı və vəsaitlərinin idarə edilməsi, həmçinin kadrların işə qəbulu, əmək haqlarının ödənişləri, körpə və uşaq kontingentinin formalaşdırılması, qrupların, məşğələ saatlarının müəyyənləşdirilməsi, təminat növləri ilə təchiz etmə sahəsi və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibatitəsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük, yəni saxta nüfuz qazanmaq məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək, ona etibar edilmiş Zərərçəkmiş şəxsnə məxsus əmlakı öz qulluq mövqeyindən istifadə etməklə vahid niyyətlə israf etmə yolu ilə talamaq məqsədilə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2012-ci il tarixli, 218 nömrəli qərarı ilə təsdiq edilmiş "Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”-nin 3.2-ci maddəsinin tələblərinə əsasən 20212022-ci il tədris ili üçün komplektləşdirmə aparılan zaman 1-3 yaş və 3-6 yaş aralığında olmaqla 2 qrup yaratmalı olduğu halda məktəbəqədər təhsil müəssisəsində qruplar üzrə uşaqların sıxlığının təşkil edilməsinin tələblərini pozaraq, 2021- 2022-ci il tədris ili üçün komplektləşdirmə aparılan zaman 1-3 yaş və 3-6 yaş aralığında olmaqla 2 qrup yaratmalı olduğu halda xx.xx.2021-ci il tarixli, 17 nömrəli əmrlə qrupların qəsdən artıq komplektləşdirilməsi ilə 6 qrupun fəaliyyət göstərməsinin təsd iq edilməsinə nail olub, kiçik yaşlı (körpə) qrup üzrə 5 uşaq və böyük yaşlı (bağça) qrup üzrə 5 uşaq olmaqla, ümumilikdə 10 uşağa görə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddətdə 243 iş gününə görə və gündəlik bir uşaq gününə düşən ərzaq xərci orta hesabla 1,76 manat olmaqla, ümumilikdə 2.630,23 manat pul vəsaitinin artıq xərc edilməsi ilə ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə öz qulluq mövqeyindən istifadə edərək israf etmə yolu ilə talamış, həmin hərəkətləri ilə Zərərçəkmiş şəxs əmlakın qorunub saxlanılması, maliyyə vəsaitlərindən qənaətlə və fəaliyyət məqsədlərinə uyğun istifadə edilməsi ilə əlaqədar qanunla qorunan mənafelərinə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan başqa o, həmin vəzifədə işləyərkən, təkrarən, qe yd edilən səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük, yəni saxta nüfuz qazanmaq məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək, Zərərçəkmiş şəxsnə məxsus olmaqla ona etibar edilmiş özgə əmlakını təkrarən öz qulluq mövqeyindən istifadə etməklə israf etmə yolu ilə talamaq məqsədilə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29 may 1996-cı il tarixli, 61 nömrəli “Büdcədən maliyyələşən məktəbəqədər təhsil müəssisələrinin nümunəvi ştatları” haqqında Qərarının tələblərinə əməl etməyib tarifləşmə cədvəlində nəzərdə tutulan binaların, qurğuların, avadanlığın cari təmiri və xidmət üzrə fəhlə vəzifəsi binanın qızdırılma mövsümü üçün nəzərdə tutulduğu halda, özü tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, 10 nömrəli əmrlə 1 ştat istilik sisteminə xidmət edən fəhlə və 0,5 ştat santexnik vəzifələrinə təyin edilmiş Şahid5 mövsümdən kənar aylarda, istilik sisteminə xidmət edən fəhlə vəzifəsindən irəli gələn öhdəliklərini və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinə əsasən əmək funksiyalarını icra etmədiyi halda 2022-ci ilin aprel, may və iyun aylarında Şirvan şəhər, H.Əliyev prospektində yerləşən Şirvan şəhər 3 saylı “Yasəmən” körpələr evi-uşaq bağçasında xidməti otağında 2022-ci ilin aprel, may və iyun aylarının iş vaxtının uçotu tabeli sənədlərinə vahid şəxsi niyyətlə bilə-bilə Şahid5 işə çıxaraq istilik sisteminə xidmət edən fəhlə kimi öz öhdəliklərini yerinə yetirməsi barə də saxta məlumatları daxil edərək vəzifə saxtakarlığı etmiş, həmin tarixlərdə qeyd olunan sənədləri "xxxx" ASC-nin Şirvan şəhər filialına göndərməklə sonuncunun adına verilmiş "xxxx" ASC-yə məxsus 4169-XXXX-XXXX-6481 nömrəli plastik əməkhaqqı bank kartına 2022-ci ilin aprel ayı üçün 131,80 manat, may ayı üçün 263,60 manat, iyun ayı üçün 263,60 manat olmaqla cəmi 659,00 manat məbləğində pul vəsaitinin hesablanaraq köçürülməsini təmin etməklə Fuad Abbasovun həmin pul vəsaitini 2022-ci ilin aprel, may və iyun aylarında Şirvan şəhərində yerləşən bankomatlardan nağdlaşdırmaqla şəxsi ehtiyaclarına sərf etməsinə nail olaraq, Şirvan-Salyan Təhsil idarəsinə məxsus olmaqla ona etibar edilmiş 659 manat məbləğində pul vəsaiti vahid niyyətlə təkrarən öz qulluq mövqeyindən istifadə etməklə israf etmə yo lu ilə talamış, həmin hərəkətləri ilə Zərərçəkmiş şəxs əmlakın qorunub saxlanılması, maliyyə vəsaitlərindən qənaətlə və fəaliyyət məqsədlərinə uyğun istifadə edilməsi ilə əlaqədar qanunla qorunan mənafelərinə mühüm zərər vuraraq təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, rəsmi sənədlərin məzmununa vahid şəxsi niyyətlə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, MÜDAFİƏÇİNİN, ZƏRƏRÇƏKMİŞ HÜQUQİ ŞƏXSİN NÜMAYƏNDƏSİNİN VƏ DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞLARİ: Məhkumun müdafiəçisi kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, ibtidai istintaq orqanı tərəfindən Məhkum qarşı CM-in 179.2.2, 179.2.3, 308.1 və 313-cü maddələri ilə irəli sürülmüş ittihamın əsassızlığı və absurd olması açıq-aşkardır, bunun təsbit edilməsi ü çün cinayət işinin materiallarında mövcud sübutlara, şahid kimi tanınmışların ziddiyyətli və böhtan xarakterli ifadələrinə və işin faktiki hallarına hüquqi qiymətin verilməsi kifayət edir. İş materiallarında olan, lakin nə ibtidai araşdırma orqanının, nə də ki, məhkəmənin sübut kimi qiymətləndirmədiyi Azərbaycan Respublikası Təhsil Naziri tərəfindən rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin) müdirlərinə və Ərazi Maliyyə Hesablaşma Mərkəzlərinə ünvanlanmış xx.xx.2022-ci il tarixli 05-09-37/13 nömrəli məktubun məzmunundan görünür ki, Təhsil Nazirliyinin xx.xx.2021-ci il tarixli xx-xx-1111/13 nömrəli məktubuna əsasən, xx.xx.2021-ci il tarixdən təhvil-təslim prosesi başa çatanadək məktəbəqədər təhsil müəssisələrində rəhbər və pedaqoji işçilərin işə qəbul prosesi dayandırılmışdır. Beləlikl ə müəyyən edilir ki, Məhkum qarşı irəli sürülmüş absurd ittiham bilavasitə 2021-2022-ci təhsil ilini əhatə edir və 2021-ci ilin dekabr ayından sonra da təhvil-təslim prosesi başa çatanadək (şahidlərə verilmiş suala cavabdan bəlli oldu ki, təhvil-təslim 2022-ci ilin sentyabr ayında başa çatmışdır) dövlət məktəbəqədər təhsil müəssisələri faktiki olaraq 2021-ci ildə təsdiq edilmiş tarifləşmə cədvəllərinə, habelə müvafiq «Nizamnamə»yə uyğun şəkildə fəaliyyət göstərmiş, qeyd edilən sənədlərin heç birinin Regional Təhsil İdarəsinə faktiki olaraq aidiyyəti olmamışdır. İttiham, ümumən cinayət işinin halından da göründüyü kimi, başdan ayağa fantaziya və mücərrəd cümlələrdən ibarətdir, Məhkum özü üçün məhz hansı qanunsuz üstünlük, yaxud saxta nüfuz qazanması məqsədinin nədə ifadə olunması məlum de yil, bağçada 3-5 uşağın guya səhv komplektləşdirmə nəticəsində yedikləri yeməyə görə Məhkum uşaqların mədəsi səviyyəsində nüfuz qazandığını ittiham tərəfi nəzərdə tutursa, bu hüquqçudan çox, psixiatra aid olan məsələdir deyə bir fikir yürüdə bilmirlər. Bu yerdə qeyd olunmalıdır ki, CM-in 179-cu maddəsində nəzərdə tutulmuş israf etmə cinayəti sadəcə qəsdən törədilmir, ittihamda isə heç qəsdin formasını belə yazmamışlar. Məlum olduğu kimi «qəsdən» kimi nəzərdə tutulan əməl, ya birbaşa, yaxud da dolayı qəsdlə törədilir. İsraf etmə cinayəti isə yalnız və yalnız birbaşa qəsdlə törədilə bilər ki, hazırki halda nəinki qəsdin formasını, hətta birbaşa qəsdin nədən ibarət olmasını ittiham tərəfi və məhkəmə müəyyən etməmişdir. Dəfələrlə həm ibtidai araşdırma zamanı, həm də məhkəmə istintaqının gedişa tında bildirmişlər ki, 3 saylı «Yasamən» körpələr evi-uşaq bağçasında 6 qrupun və cəmi 110 nəfər uşağın olması «Nizamnamə» və illərdi təsdiq edilən eyni məzmunlu Tarifləşmə cədvəlləri ilə təsbit olunub, saxta yoxlama aparıldığı zaman da, qrupların sayının artıq olması, yaxud 110 nəfərdən artıq sayda uşaqların olması müəyyən edilməyib. İttihamda qeyd edilir ki, «kiçik yaşlı (körpə) qrup üzrə 5 uşaq və böyük yaşlı (bağça) qrup üzrə 5 uşaq olmaqla, ümumilikdə 10 uşağa görə xx.xx.2021-ci il tarixdən xx.xx.2022ci il tarixədək olan müddətdə 243 iş gününə görə və gündəlik bir uşaq gününə düşən ərzaq xərci orta hesabla 1,76 manat olmaqla, ümumilikdə 2.630,23 manat pul vəsaitinin artıq xərc edilməsi ilə» Məhkum israf etməyə yol verib. Həmin 10 nəfər uşağın ad soyadı, habelə bağçaya qəbul olunma tar ixlərini qəsdən qeyd etməyən ittiham tərəfi uşaqları fərd kimi deyil, say kimi götürürsə və uşaqların cəmi sayı 110 nəfərdən artıq deyilsə, heç bir israf etmədən söhbət gedə bilməz. Həm ibtidai araşdırma, həm də məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların məcmusu Məhkum CM-in 179 və 313-cü maddəsi ilə təqsirli bilinməsi üçün kifayət etmir. CM-in 313-cü maddəsi ilə verilmiş ittiham isə ümumiyyətlə süni şəkildə verilmişdir ki, Məhkum ibtidai araşdırma orqanının təklif əsasında ödəməkdən imtina etdiyi «zərər»i məhkəmədə ödəməklə canını məsuliyyətdən qurtara bilməsin. CM-in 313-cü maddəsinə görə vəzifəli şəxs tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi m əzmununu təhrif edən düzəlişlərin edilməsi, bu əməllər tamah və ya sair şəxsi niyyətlərlə törədildikdə vəzifə saxtakarlığı cinayəti hesab edilir. Məhkumun müdafiəçisi kassasiya şikayətini əsaslandıraraq Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 25 sentyabr tarixli, 1(10)-470/2024 nömrəli qərarının ləğv edilməsi və Məhkum CM-in 179.2.2, 179.2.3 və 313-cü maddələri ilə verilmiş ittiham üzrə cinayət hadisəsi olmadığı əsası ilə bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkumun müdafiəçisi Müdafiəçi kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Zərərçəkmiş şəxs nümayəndəsi, vəkil Nüm ayəndə5 kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya şikayətinin təmin olunmamasını və Məhkum CM-in 179.2.2, 179.2.3 və 313-cü maddələri ilə məhkum edilməsinə dair Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 25 sentyabr tarixli qərarının dəyişdimədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya sı məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya in stansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Müdafiəçi, kassasiya şikayətində məhkumun əməlinin tövsifini mübahisələndirərək və məhkuma bəraət verilməli olduğunu iddia edərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.1 və 416.1.2-ci maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalə tsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çı xarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsi barədə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Cinayət işinin materiallarında n görünür ki, Məhkum CM-in 179.2.2, 179.2.3 və 313-cü maddələri ilə ittiham elan edilmiş, birinci instansiya məhkəməsi və apellyasiya instansiyası məhkəməsi həmin ittihamlarla razılaşmışlar. Belə ki, verilmiş ittihamların təhlili nəticəsində belə bir mənzərə yaranır ki, ittiham konkret deyil, mücərrət formada ifadə edilmiş, şəxsin konkret olaraq hansı hərəkət və ya hərəkətsizlik etməklə cinayət əməlini törətməsini müəyyən etmək mümkün deyil. Belə ki, birinci epizoda görə Məhkum 2021- 2022-ci il tədris ili üçün komplektləşdirmə aparılan zaman 1-3 yaş və 3-6 yaş aralığında olmaqla 2 qrup yaratmalı olduğu halda xx.xx.2021-ci il tarixli, 17 nömrəli əmrlə qrupların qəsdən artıq komplektləşdirilməsi ilə 6 qrupun fəaliyyət göstərməsinin təsdiq edilməsinə nail olub, kiçik yaşlı (körpə) qrup üzrə 5 uşaq və böyük yaşlı (bağça) qrup üzrə 5 uşaq olmaqla, ümumilikdə 10 uşağa görə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddətdə 243 iş gününə görə və gündəlik bir uşaq gününə düşən ərzaq xərci orta hesabla 1,76 manat olmaqla, ümumilikdə 2.630,23 manat pul vəsaitinin artıq xərc edilməsi ilə ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə öz qulluq mövqeyindən istifadə edərək israf etmə yolu ilə talamışdır. Məlumdur ki, qrupun komplektləşdirilməsi və qrupun yaradılması və bunun əsasında pul vəsaitinin və ya ərzağın ayrılması Məhkum tutduğu vəzifənin səlahiyyəti daxilində deyil. Bu səlahiyyət daha yüksək qurumun, uşaq bağçasının tabe olduğu qurumun səlahiyyətində olan məsələdir və bu məqsədlə irəli sürülmüş ittihamda bu guya Məhkum münasibətdə “nail olub” kimi ifadə edilmiş dir. Lakin ittihamdan aydın olmur ki, bu “nail olma” hansı üsul və vasitələrlə həyata keçirilmişdir. Məhkum hansı səlahiyyətli şəxsə və ya quruma təsir, təzyiq, hədə-qorxu və ya xahiş etmə yolu ilə bu imtiyaza nail olmuşdur, ümumiyyətlə, bu imtiyazdırmı və bu nail olma nəticəsində Məhkum hansı üstünlüklər, maddi mükafatlar almışdır. Bundan başqa, ittihamın təhlili nəticəsində belə güman etmək olar ki, uşaq bağçasında uşaqlar olmuş və qeyd edilən vəsait də ərzaq formasında həmin uşaqların qidası üçün sərf edilmişdir, yəni ittiham görə israf edilmişdir. Maraqlıdır bu vəsaitin təyinatı uşaqların qidalandırılması üçündür və yuxarı orqan tərəfindən də konplektləşdirilmə aparılmış, vəsait ayrılmış və ayrılmış vəsait də uşaqların qidalanmasına sərf edilmişdirsə, bu zaman, ümumiyyətlə, cinayət xar akterli əməlin törədilib-törədilməməsini, Məhkum tərəfindən, həqiqətən də, cinayət əməlinin törədilməsini müəyyən etmək əlavə, hərtərəfli, tam və obyektiv araşdırma tələb edir. Bundan əlavə, məhkəmələrin hökm və qərarından görünür ki, hər iki instansiya məhkəməsi Məhkum edərkən sübut növü kimi mütəxəssis rəyindən istifadə etmişlər. Halbuki CPM-in 124-cü maddəsində mütəxəssis rəyi sübut növü kimi nəzərdə tutulmamışdır. Bundan başqa, Məhkum qarşı irəli sürülmüş digər ittihama əsasən o, 1 ştat istilik sisteminə xidmət edən fəhlə və 0,5 ştat santexnik vəzifələrinə təyin edilmiş Şahid5 mövsümdən kənar aylarda, istilik sisteminə xidmət edən fəhlə vəzifəsindən irəli gələn öhdəliklərini və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinə əsasən əmək funksiyalarını icra etmədiyi halda 2022 -ci ilin aprel, may və iyun aylarında Şirvan şəhər, H.Əliyev prospektində yerləşən Şirvan şəhər 3 saylı “Yasəmən” körpələr evi-uşaq bağçasında xidməti otağında 2022-ci ilin aprel, may və iyun aylarının iş vaxtının uçotu tabeli sənədlərinə vahid şəxsi niyyətlə bilə-bilə Şahid5 işə çıxaraq istilik sisteminə xidmət edən fəhlə kimi öz öhdəliklərini yerinə yetirməsi barədə saxta məlumatları daxil edərək vəzifə saxtakarlığı etmiş, həmin tarixlərdə qeyd olunan sənədləri "xxxx" ASC-nin Şirvan şəhər filialına göndərməklə sonuncunun adına verilmiş "xxxx" ASC-yə məxsus plastik əməkhaqqı bank kartına 2022-ci ilin aprel ayı üçün 131,80 manat, may ayı üçün 263,60 manat, iyun ayı üçün 263,60 manat olmaqla cəmi 659,00 manat məbləğində pul vəsaitinin hesablanaraq köçürülməsini təmin etməklə Fuad Abbasovu n həmin pul vəsaitini 2022-ci ilin aprel, may və iyun aylarında Şirvan şəhərində yerləşən bankomatlardan nağdlaşdırmaqla şəxsi ehtiyaclarına sərf etməsinə nail olmuşdur. Verilmiş ittihamdan da görünür ki, Şahid5 uşaq bağçasında iki vəzifə tutmuşdur. Lakin qeyd edilən ittihamın əsaslılığı nəticəsinə gələrkən məhkəmələr hərtərfli, tam və obyektiv araşdırma aparmamış, ittihamın sübutlarını mənsubiyyəti, mümkünlyü və mötəbərliyi üzrə qiymətləndirməmiş, Şahid5 uşaq bağçası ilə bağladığı müqavilə ilə hansı funksiyaları həyata keçirməli olduğunu araşdırmamış, hansı əsasla F.Abbasovun vəzifəsinin müvəqqəti olmasını təhlil etməmiş, onun uşaq bağçasında başqa vəzifələri də icra edib-etməməsini aydınlaşdırmamış, uşaq bağçasının azyaşlıllara xidmət göstərməsi səbəbindən ilin isti aylarında da uşaqları n isti suya ehtiyacının olmasının mümkünlüyünü nəzərə almamış, detallı aradırma və əsaslandırma aparmadan “Bakcell MMC”dən alınmış məlumatları təhlil etmədən, əsas və mübahisəsis sübut kimi qəbul etməklə ittiham hökmü çıxarılmış və apellyasiya instansiaysı məhkəməsi də həmin ittiham hökmünü qüvvəsində saxlamışdır. Apellyasiya instansiyası məhkəməsinin müdafiə tərəfinin apellyasiya şikayəti əsasında qəbul etdiyi yekun qərarından görünür ki, həmin məhkəmə birinci instansiya məhkəməsinin hökmündə əks olunmuş sübutları olduğu kimi sadalamış, lakin apellyasiya şikayətində irəli sürülən müdafiə tərəfinin dəlillərinə ümumi, mücərrəd ifadələrdən istifadə etməklə qiymət verməklə kifayətlənmiş, heç bir əsaslandırılmış münasibət bildirilməmiş, irəli sürülmüş dəlillər cavabsız qalmışdır. Azərbaycan Re spublikası CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin m əsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 29 noyabr 2022-ci il). Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsinin əsaslarına gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-in 33-cü maddəsində müəyyən edilən qaydala ra görə, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları həmin Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən Azərbaycan Respublikası CPM-in 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4). Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1 və 145.3-cü maddələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Qeyd edilənlərlə yanaşı məhkəmə kollegiyası eyni zamanda nəzərə alır ki, “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqq ında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 352 saylı, 19 yanvar 2006-cı il tarixli Fərmanının 6-cı bəndi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) presedent hüququnun məhkəmə təcrübəsində nəzərə alınması tövsiyə edilmişdir. Həmin tövsiyəyə əsaslanaraq məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6 § 1 maddəsinin məqsədlərinin təmin edilməsi baxımından, yuxarı instansiya məhkəmələrinin (adətən, məhkəmə baxışının predmetinı ya lnız hüquqi məsələlər təşkil etdiyi kassasiya instansiyası məhkəmələri) şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri qəbul edilən hesab oluna bilər o halda ki, şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmır (Məzahir Cəfərov Azərbaycana qarşı, № 39331/09, § 45, 2 aprel 2020-ci il). Avropa Konvensiyasının 6-cı maddəsi nöqteyi-nəzərindən də (Avropa Məhkəməsinin “Kuznetsov və digərləri Rusiyaya qarşı” işi (Kuznetsov and Others v. Russia), № 184/02, üzrə 2007-ci il 11 yanvar tarixli qərarının 83-cü bəndində və bir sıra başqa qərarlarında ifadə etdiyi hüquqi mövqeyinə görə) “Əsaslandırılmış qərarın funksiyalarından biri – tərəflərə onların dəlillərinin eşidildiyini nümayiş etdirməkdir... Ədalət mühakiməsinin həyata keçirilməsinə ictimai nəzarət yalnız əsas landırılmış qərarlar vasitəsilə yerinə yetirilə bilər”. Əsaslandırılmış qərarlar tərəflərə eşitdiklərini nümayiş etdirmək, beləliklə də onların verilmiş qərarı qəbul etməyə daha meyli olmasına töhfə vermək məqsədi daşıyır. Bundan əlavə, onlar hakimləri qərarlarını obyektiv arqumentlərlə əsaslandırmağa, həmçinin müdafiə tərəfinin hüquqlarını qorumağa vadar edir. Lakin səbəblərin göstərilməsi öhdəliyinin həcmi qərarın xarakterindən asılı olaraq dəyişir və məhkəmə işinin halları nəzərə alınmaqla müəyyənləşdirilməlidir (X4rşı, § 29). Məhkəmələr irəli sürülmüş hər bir arqumentə cavab vermək məcburiyyətində olmasalar da, qərardan aydın olmalıdır ki, məhkəmə işinin əsas məsələrinə baxılıb ( Van de Hurk Niderlanda qarşı, § 61 və Boldea Ruminiyaya qarşı, § 30) Milli məhkəmələr qərarlarının nəyə əsa slandığını kifayət qədər aydın göstərməlidirlər ki, məhkəmə işinin istənilən tərəfi mümkün apellyasiya hüququndan effektiv istifadə edə bilsin (Hadjianastassiu Yunanıstana qarşı). Kassasiya instansiyası məhkəməsi hesab edir ki, istər hazırkı işin halları baxımından, istərsə də Avropa Məhkəməsinin presedent hüququ baxımından, apellyasiya instansiyası məhkəməsinin qərarını əsaslandırılmış qərar kimi qəbul etmək mümkün deyil. Bu baxımdan məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə qismən razılaşaraq, apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 416.1.1 və 416.1.2-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verildiyini qeyd edir və hesab edir ki, bu pozuntular apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini, c inayət işinin apellyasiya qaydasında apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasının təyin edilməsini şərtləndirir. Belə qənaətə gələrkən məhkəmə kollegiyası CPM-in 419.12-ci maddəsinin tələblərini də nəzərə alır və həmin maddədə sadalanmış məsələlərin qabaqcadan həll edilməsini mümkün hesab etmir. Belə ki, CPM-in 419.12-ci maddəsinə əsasən, bu Məcəllənin 419.10.2-ci maddəsinə müvafiq olaraq qərar çıxarıldıqda kassasiya instansiyası məhkəməsi cinayət işinə təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsinin gələ biləcəyi nəticələri, habelə aşağıdakı məsələləri qabaqcadan həll edə bilməz: 419.12.1. ittihamın sübuta yetirilib-yetirilməməsini; 419.12.2. bu və ya digər sübutun mötəbərliliyini və ya mötəbərsizliyini; 419.12.3. bir sübutun digər sübutlardan üstünlüyünü; 41 9.12.4. apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət qanununun bu və ya digər müddəalarının tətbiq edilməsini; 419.12.5. apellyasiya instansiyası məhkəməsi tərəfindən bu və ya digər cəzanın tətbiq edilməsini. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, məhkumun müdafiəçinin kassasiya şikayəti qismən təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə ləğv edilməli və cinayət işi, hazırkı qərarın əsaslandırıcı hissəsində qeyd edilən halların hərtərəfli, tam və obyektiv şəkildə araşdırılması, qanuni, ədalətli, əsaslandırılmış, tərəfsiz müşahidəçini qane edə biləcək qərarın qəbul edilməsi üçün apellyasiya instansiyası məhkəməsində yenidən baxılmağa təyin edilməlidir. Yuxarıda gö stərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutub, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum X2 müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayət qismən təmin edilsin. Şirvan Şəhər Məhkəməsinin 2024-cü il 6 mart tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3 və 313-cü maddələri ilə təqsirli bilinib məhkum edilmiş Məhkum barəsində olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 25 sentyabr tarixli, 1(106)-470/2024 nömrəli qərarı ləğv edilsin və cinayət işi apellyasiya instansiyası məhkəməsində yenidən baxılmağa təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar