Məhkəmə qərarları › İş №1(102)-442/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-442/2019

12.03.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-442/2019 12.03.2019 ALİ MƏHKƏMƏ İş № 1 (102) 442/19 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ 12 mart 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Rzayeva Gülzar Lətif qızı (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Hacıqayıbov İmran Teymurxan oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs8 və Zərərçəkmiş şəxs2 iştirakları ilə, Bakı şə həri Nəsimi rayon Məhkəməsinin 27 avqust 2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 noyabr 2018-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 27 avqust 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim(İsayev Elman Bəhruz oğlu) xx xxxxxxxx 1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs, Azərbayc an Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edılmiş, Təqsirləndirilən şəxs həbsdə olduğu 04 (dörd) ay 09 (doqquz) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesablanmaqla 08 (səkkiz) ay 18 (on səkkiz) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmış və üzərində qəti olaraq 01 (bir) il 09 (doqquz) ay 12 (on iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Hökmdən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs8 və Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cin ayət kollegiyasının (hakimlər: Şamayev Elşad Yaquboviç oğlu (sədrlik edən və məruzəçi), Mirzəyev Sahibxan Arzuman oğlu və Qasımov Faiq Adil oğlundan ibarət tərkibdə) 07 noyabr 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilmiş, hökm dəyişdirilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, ibtidai istintaq zamanı 08 sentyabr 2016-cı il tarixdən 10 sentyabr 2016-cı il tarixdək, 24 may 2017-ci il tarixdən 15 sentyabr 2017-ci il tarixədək və 12 avqust 2018-ci il tarixdən 27 avqust 2018-ci il tarixədək həbsdə saxlanılması nəzərə alınmaqla Azərbaycan Respublikası CM-in 69. 3-cü maddəsinə əsasən ümumilikdə 04 (dörd) ay 09 (doqquz) gün cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 7 (yeddi) ay 21 (iyirmi bir) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəza çəkmə müddətinin əvvəli 07 noyabr 2018-ci il tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 noyabr 2018-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs kassasiya şikayəti verərək qərarın ləğv edilərək işin yeni Apellyasiya baxışına təyin olunmasını xahiş etmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə, Çin Xalq Respublikasına məxsus “Tiens” şirkətinin Azərbaycan Respublikas ındakı filialı olan “xxxx” MMC-də nümayəndə (distribütor) kimi fəaliyyət göstərdiyi dövrdə öz qulluq mövqeyindən istifadə edərək 19 mart 2016-cı ildə həmin Cəmiyyətin ünvan 3 ünvanda yerləşən ofisində Zərərçəkmiş şəxs1 şirkətin hesabına depozit qismində yerləşdirməkdən ötrü 1200 manat pul verəcəyi təqdirdə guya həmin şirkətə inspektor vəzifəsinə işə qəbul edilməsinə köməklik edəcəyini, ona aylıq 800 manat əmək haqqı verəcəyini, depozit qismində yerləşdirilməsindən ötrü verdiyi pulu beş gün müddətində özünə geri qaytaracağını yalandan vəd edərək Zərərçəkmiş şəxs1 aldatmış, onun etibarından sui-istifadə edib həmin məqsədlə ondan 1200 manat pul alıb ələ keçirmiş, verdiyi vədlərə əməl etməyərək Zərərçəkmiş şəxs1 ümumilikdə 1200 manat ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, o, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə, təkrarən, Çin Xalq Respublikasına məxsus “Tiens” şirkətinin Azərbaycan Respublikasındakı filialı olan “xxxx” MMC-də nümayəndə (distribütor) kimi fəaliyyət göstərdiyi dövrdə öz qulluq mövqeyindən istifadə edərək, 2016-cı ilin oktyabr ayının təxminən üçüncü on günlüyündə həmin Cəmiyyətin ünvan 4 ünvanda yerləşən ofisində Zərərçəkmiş şəxs2 guya həmin şirkətə inspektor vəzifəsinə işə qəbul edilməsinə köməklik edəcəyini, adına açılacaq kod hesabına depozit qismində yerləşdirilməsindən ötrü 3000 manat pul verəcəyi təqdirdə ona aylıq 1800 manatdan başlayaraq əmək haqqı verəcəyini, bir ay sonra depozit qismində yerləşdirilməsindən ötrü verdiyi pulu özünə geri qaytaracağını yalandan vəd edərək aldatmış, onun etibarında n sui-istifadə edərək həmin məqsədlə ilk əvvəl həmin vaxt ofisdə ondan kod hesabının açılması və müqavilə haqqı adı ilə 20 manat, bir neçə gün sonra, yəni 2016-cı ilin oktyabr ayının sonlarında ünvan 4 ünvanda yerləşən ofisdə 3000 manat pul alıb ələ keçirmiş, verdiyi vədlərə əməl etməyərək vahid niyyətlə Zərərçəkmiş şəxs2 ümumilikdə 3020 manat ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, o, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə, təkrarən, Çin Xalq Respublikasına məxsus “Tiens” şirkətinin Azərbaycan Respublikasındakı filialı olan “xxxx” MMC-də nümayəndə (distribütor) kimi fəaliyyət göstərdiyi dövrdə öz qulluq mövqeyindən istifadə edərək, 17 noyabr 2016-cı il tarixdə həmin Cəmiyyətin ünvan 4 ünvanda yerləşən ofisində Zərərçəkmiş şəxs3 g uya sonuncunun adına açılacaq kod hesabına depozit qismində yerləşdirilməsindən ötrü 1500 manat pul verəcəyi təqdirdə ona aylıq 800 manat əmək haqqı verəcəyini və bir ay sonra depozit qismində yerləşdirilməsindən ötrü verdiyi pulu özünə geri qaytaracağını yalandan vəd edərək aldatmış, onun etibarından sui-istifadə edərək həmin məqsədlə Zərərçəkmiş şəxs3 ilk əvvəl 1500 manat pul almış, daha sonra niyyətini davam etdirərək 19 noyabr 2016-cı ildə ünvan 4 ünvanda yerləşən ofisdə kod hesabının açılması adı ilə ondan əlavə olaraq 10 manat pul alıb ələ keçirmiş, verdiyi vədlərə əməl etməyərək vahid niyyətlə Zərərçəkmiş şəxs3 ümumilikdə 1510 manat ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, o, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə, təkrarən, Ç in Xalq Respublikasına məxsus “Tiens” şirkətinin Azərbaycan Respublikasındakı filialı olan “xxxx” MMC-də nümayəndə (distribütor) kimi fəaliyyət göstərdiyi dövrdə öz qulluq mövqeyindən istifadə edərək, 13 fevral 2017-ci il tarixdə həmin Cəmiyyətin ünvan 4 ünvanda yerləşən ofisində Zərərçəkmiş şəxs4 guya həmin şirkətə inspektor vəzifəsinə işə qəbul edilməsinə köməklik edəcəyini, adına açılacaq kod hesabına depozit qismində yerləşdirilməsindən ötrü 1000 manat pul verəcəyi təqdirdə ona aylıq 900 manat əmək haqqı verəcəyini, imkanı çatdığı qədər pul verməsini və qalan pulu özündən qoyaraq depozit qismində yerləşdirəcəyini, bir ay sonra depozit qismində verdiyi həmin pulu özünə geri qaytaracağını yalandan vəd edərək aldatmış, onun etibarından sui-istifadə edərək Zərərçəkmiş şəxs4 həmin məqsədlə milli məzənnə ilə 519 (beş yüz on doqquz) manat 03 (üç) qəpik təşkil edən 300 ABŞ dolları və kod hesabının açılması adı ilə 11 manat pul alıb ələ keçirmiş, verdiyi vədə əməl etməyərək vahid niyyətlə Zərərçəkmiş şəxs4 ümumilikdə 530 (beş yüz otuz) manat 03 (üç) qəpik ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, o, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə, təkrarən, Çin Xalq Respublikasına məxsus “Tiens” şirkətinin Azərbaycan Respublikasındakı filialı olan “xxxx” MMC-də nümayəndə (distribütor) kimi fəaliyyət göstərdiyi dövrdə öz qulluq mövqeyindən istifadə edərək, 21 fevral 2017-ci ildə həmin Cəmiyyətin ünvan 4 ünvanda yerləşən ofisində Zərərçəkmiş şəxs5 guya həmin şirkətə inspektor vəzifəsinə işə qəbul edilməsinə köməklik edəcəyini, ona ayl ıq 1100 manat əmək haqqı verəcəyini yalandan vəd edərək aldatmış, onun etibarından sui-istifadə edərək həmin vaxt ilk dəfə rüsum adı ilə Zərərçəkmiş şəxs5 60 manat pul almış, daha sonra guya onun adına şirkətdə açılacaq kod hesabına depozit qismində yerləşdirilməsindən ötrü ona 1200 manat pul verəcəyi təqdirdə onun şirkətə ikinci dərəcəli əməkdaş kimi qəbul edilməsinə köməklik edəcəyini, ona aylıq 1200 manat əmək haqqı verəcəyinə dair yalan vədlərini davam etdirərək eyni niyyətlə Zərərçəkmiş şəxs5 27 fevral 2017-ci ildə saat 13:00 radələrində ünvan 4 ünvanda yerləşən ofisdə bir ədəd 640 manat dəyərində kütləsi 7,46 qram, 750 əyarlı, üzərində bir ədəd qiymətli qaşlara aid olmayan qara rəngli qaşı və iki ədəd hər biri 0,030 karat ölçüdə 3/3 kefiyyətli ağ-şəffaf brilyant qaşları olan qızıl üz üyü və bir ədəd 500 manat dəyərində kütləsi 8,75 qram, qulpu 583/585 əyarlı, sikkəsi 850 əyarlı, qulplu qızıl onluq pul sikkəsini alıb ələ keçirmiş, verdiyi vədlərə əməl etməyərək vahid niyyətlə Zərərçəkmiş şəxs5 ümumilikdə 1200 manat ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, o, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə, təkrarən, Çin Xalq Respublikasına məxsus “Tiens’' şirkətinin Azərbaycan Respublikasındakı filialı olan “xxxx” MMC-də nümayəndə (distribütor) kimi fəaliyyət göstərdiyi dövrdə öz qulluq mövqeyindən istifadə edərək, 06 mart 2017-ci il tarixdə həmin Cəmiyyətin ünvan 4 ünvanda yerləşən ofisində depozit qismində yerləşdirilməsindən ötrü ona 500 manat pul verəcəyi təqdirdə Zərərçəkmiş şəxs6 guya özünə katibə kimi işə qəbul edəc əyini və ona aylıq 350 manat əmək haqqı verəcəyini vəd edərək aldatmış, onun etibarından sui-istifadə edərək həmin məqsədlə 500 manat və komissiya haqqı adı ilə 20 manat pul aldıqdan sonra Zərərçəkmiş şəxs6 ona verdiyi vədlərdən imtina edərək pulunu geri tələb etdiyini görüb ona 07 mart 2017-ci il tarixdə 100 manat pul qaytarsa da daha sonra öz niyyətini davam etdirərək guya ondan aldığı pulları qısa müddətə tam şəkildə özünə geri qaytaracağını vəd edərək borc adı ilə Zərərçəkmiş şəxs6 13 mart 2017-ci il tarixdə ünvan 4 ünvanda yerləşən həmin ofisdə 130 manat, 15 mart 2017-ci il tarixdə ünvan 2ünvanda yerləşən həmin ofisdə 140 manat, 18 mart 2017-ci il tarixdə ünvan 4 ünvanda yerləşən həmin ofisdə 300 manat, 21 mart 2017-ci il tarixdə ünvan 5 ünvanda 480 manat, 21 mart 2017-ci il tarixdə ünvan 5 ünvanda 520 manat, 13 mart 2017-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu,Tbilisi prospekti 3007-ci məhəllə ünvanda yerləşən həmin ofisdə 400 manat və sonuncu dəfə Bakı şəhəri, ünvan 3 qarşısında “Simran” adlı şəxsin vasitəsilə 210 manat pul alıb ələ keçirmiş, verdiyi vədlərə əməl etməyərək vahid niyyətlə ümumilikdə Zərərçəkmiş şəxs6 2700 manat ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, o, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə, təkrarən, 2017-ci ilin aprel ayının əvvəllərində həmin Cəmiyyətin ünvan 8 ünvanda yerləşən ofisində əvvəllər onunla birlikdə X2-də nümayəndə kimi fəaliyyət göstərmiş tanışı Zərərçəkmiş şəxs7 “Tiens” şirkətindən aldığı bir ədəd 832 manat dəyərində “QEDS” (qan və enerji dövranı stimulyatoru) və bir ədəd 3 00 manat dəyərində “AZONATOR” adlı tibbi avadanlıqlar olduğunu bilib həmin avadanlıqları guya başqa bir şəxsə 1000 manata sataraq pulunu ona iki həftə müddətində verəcəyini vəd edərək aldatmış, onun etibarından sui-istifadə edərək həmin avadanlıqları ondan alsa da verdiyi vədə əməl etməyərək vahid niyyətlə ümumilikdə Zərərçəkmiş şəxs7 1132 manat ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, o, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə, təkrarən, Çin Xalq Respublikasına məxsus “Tiens” şirkətinin Azərbaycan Respublikasındakı filialı olan “xxxx” MMC-də nümayəndə (distribütor) kimi fəaliyyət göstərdiyi dövrdə öz qulluq mövqeyindən istifadə edərək, Zərərçəkmiş şəxs8 guya həmin şirkətə şöbə müdiri vəzifəsinə işə düzəldəcəyini, depozit qismində yer ləşdirilməsindən ötrü nə qədər pul verərsə ona uyğun olaraq yüksək məbləğdə əmək haqqı verəcəyini, depozit qismində yerləşdirilməsindən ötrü verəcəyi pulu on gün müddətində özünə geri qaytaracağını vəd edib aldatmış, onun etibarından sui-istifadə edərək həmin məqsədlə Zərərçəkmiş şəxs8 hissə-hissə olmaqla, ilk dəfə 19 yanvar 2018ci il tarixdə həmin Cəmiyyətin ünvan 4 ünvanda yerləşən ofisində müqavilə haqqı adı ilə 15 manat, daha sonra 20 yanvar 2018-ci il tarixdə həmin ofisdə 600 manat, həmin gün ünvan 3 qarşısında 5000 manat, 21 yanvar 2018-ci il tarixdə ünvan 4 ünvanda yerləşən həmin ofisdə 2000 manat, 22 yanvar 2018-ci il tarixdən 27 yanvar 2018-ci il tarixədək olan müddət ərzində əvvəlcə ünvan 4 ünvanda yerləşən həmin ofisdə 2500 manat, sonuncu dəfə isə 27 yanvar 2018-ci il tarixdə hə min ofisdə 1600 manat, ümumilikdə vahid niyyətlə 11715 manat pul alıb ələ keçirmiş, verdiyi vədlərə əməl etməyək Zərərçəkmiş şəxs8 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Kassasiyaşikayətinindəlilləri: Məhkum Təqsirləndirilən şəxs kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən sübutlar tam, hərtərəfli və obyektiv araşdırılmamışdır İstər təqsirlilik məsələsinin həllində, istər cəza təyini ilə bağlı qərar qanunvericiliyin tələbinə uyğun deyil. Barəsində olan yüngülləşdirici halları, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs8 dəymiş ziyanın qismən, digər zərərçəkmiş şəxslərə isə ziyanın tam ödənilməsini nəzərə alınmamışdır. Bakı Apellyasiya Məhkəməsi Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas az adlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli Plenum Qərarının tələblərini pozaraq qərəzli, subyektiv və öz daxili mülahizəsinə əsaslanan qərar qəbul etmişdir. Məhkum barəsində azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini qanunsuz hesab edərək, Bakı Apellyasiya Məhkəməsinin 07 noyabr 2018-ci il tarixli qərarının ləğv edilməsini və işin yeni Apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə zərərçəkmiş şəxslərin və dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, kassa siya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 noyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə bax araq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. İşin məhkəmələr tərəfindən tədqiq edilmiş halları ilə müəyyən olunur ki, sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddəərinə müvafiq tam, hərtərəfli və obyektiv tədqiq olunmuş, məhkumun istinad edilən cinayət əməlini törətməsi mötəbər sübutlarla təsdiq olunmuşdur. Apellyasiya Məhkəməsi işin hallarını araşdıraraq qeyd etmişdir ki, birinci instansiyası məhkəməsi tərəfindən məhkumun cəzasını yüngülləşdirən halları kimi nəzərə aldığı hallar Azərbaycan Respublikası CM-in 59-cu maddəsində cəzanı yüng ülləşdirən halların siyahısında yoxdur. Yəni, cinayət qanunvericiliyində hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətin törədilməsi cəzanı yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. Hazırki işdən isə müəyyən olunur ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri az ağır cinayətlər kateqoriyasına aid olsa da, onlar heç də təsadüfi axarı zəminində törədilməmiş, əksinə məhkum tərəfindən qəsdən və təkrarən törədilmişdir. Həmçinin Azərbaycan Respublikası CM-in 59.1-ci maddəsində zərərçəkmiş şəxslərin bir qisminə ziyanın ödənilməsi təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halı kimi göstərilməmiş, CM-in 59.1.13-cü maddəsində cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması c əzanı yüngülləşdirən hal kimi müəyyən olunmuşdur. Bu işdən isə müəyyən olunur ki, məhkum zərərçəkmiş şəxslərin bir qisminə ziyanı ödəsə də, ziyan tam aradan qaldırılmamış, eyni zamanda ziyanın ödənilməsi barədə ərizə vermiş şəxslərdən biri - Zərərçəkmiş şəxs6 faktiki olaraq ziyanın ona ödənilmədiyini, məhkum tərəfindən təkrarən aldadıldığını bildirmişdir. Əməlini qismən etiraf edərək səmimi peşmançılıq hissi keçirməsi ümumiyyətlə cəzanı yüngülləşdirən hal kimi Cinayət Məcəlləsində nəzərdə tutulmamışdır. “Səmimi peşmanlıq” anlayışı Azərbaycan Respublikası CM-in 72-ci maddəsində təsbit olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən cinayətlərə münasibətdə əməli törətmiş şəxsin könüllü gəlib təqsirini boynuna almasını, cinayətin üstünün açılmasına fəal kömək etməsini, cinayət nəticəsində dəy miş ziyanı ödəməsi və ya vurulmuş zərəri başqa yolla aradan qaldırmasını özündə ehtiva edir. Apellyasiya Məhkəməsi işin hallarına uyğun olaraq hazırki iş üzrə Təqsirləndirilən şəxs əməllərində yuxarıda qeyd olunan hallardan hər hansı birinin müəyyən olunmadığını qeyd etmişdir. Apellyasiya Məhkəməsi qərar qəbul edərkən hesab etmişdir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən iş üzrə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halları nəzərə almasını kifayət qədər əsaslandırmamış, törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən törədilən cinayət epizodlarının sayını, təqsirkarın şəxsiyyətini, onun cinayəti törətdikdən sonra davranışını düzgün qiymətləndirməmişdır. Bununla da birinci instansiyası məhkəməsi sosial balansı bərpa etməyə dair vəzifələrini yerinə yetirməyərək cinayət qanunvericiliyinin tələblərini (sosial ədalətin bərpası hissəsində) pozmuşdur Belə ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Göstərilən maddi hüquq normalarının mənasına görə cəza təyini zamanı təkcə cəzanı yüngülləşdirən hallar deyil, həmin hallarla yanaşı törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti də nəzərə alınmalıdır. Apellyasiya məhkəməsi Azərbaycan Respublikası CM-nin 8, 41, 58 və maddələrinin tələblərinə əməl etməklə məhkumun cəzasını yüngülləşdirə n və ağırlaşdıran halları, törədilmiş cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, düzgün olaraq nəzərə alıb, ona əməlinə və şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 noyabr 2018ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Kassasiya şi kayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 noyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar