Məhkəmə qərarları › İş №1(102)-442/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-442/2020

26.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-442/2020 26.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Seyfəliyev Əli Səlim oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İmranov Hafiz Beykəs oğlunun, Məhkum müdafiəçisi – X80nun vəkili Müdafiəçi2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 iyun 2019-c u il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 verdiyi kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 aprel 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim B.Ə.Pənahov) Məhkum (xx xxxxxx 1978-ci ildə ünvan2ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 04 oktyabr 2018-ci il tarixdən h esablanması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 iyun 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim F.A.Qasımov, hakimlər S.A.Mirzəyev və K.H.Əkbərovdan ibarət məhkəmə tərkibi) Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 aprel 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 iyun 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: Hökmə əsasən Məhkum özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 05 sentyabr 2018-ci il tarixdə, saat 18 radələrində ünvan3də yerləşən XX22 ticarət mərkəzinə gələrək binanın birinci mərtəbəsində, zirzəmiyə olan tərəfd ə elektrik yarımstansiyasında gizlənmiş, ticarət mərkəzi bağlandıqdan sonra 06 sentyabr 2018-ci il tarixdə, gecə saat 02 radələrində binanın üçüncü mərtəbəsinə qalxaraq Zərərçəkmiş şəxs məxsus qızıl-zinyət əşyaların təmiri emalatxanasının pəncərəsinin şüşəsini sındırmaqla obyektə qanunsuz daxil olmuş, oradan XX31a məxsus 1.543 manat dəyərində 2,94 qram çəkidə, gümüşü rəngli, 583/585 əyarlı, üzərində bir ədəd rəngsiz, şəffaf qaş olan 0,473 karat ölçülü 3/3 keyfiyyətli 01 ədəd qızıl kulon, 1.648 manat dəyərində 9,52 qram çəkidə, gümüşü rəngli, 750 əyarlı, üzərində 03 ədəd hər biri 0,070 karat ölçülü, 72 ədəd hər biri 0,010 karat ölçülü və 14 ədəd hər biri 0,006 karat ölçüdə olmaqla, 3/3 keyfiyyətli 01 dəst qadın qızıl sırğa və üzüyü, 524 manat dəyərində 3,13 qram çəkidə, gümüşü rəngli, 583/5 85 əyarlı, qaşların 01 ədədi 0,140 karat, 04 ədədi hər biri 0,030 karat və 14 ədədi hər biri 0,010 karat ölçülü, 4/4 keyfiyyətli 01 ədəd qızıl üzük, 10 manat dəyərində 16,69 qram çəkidə, üzərində rəngsiz, şəffaf qaşlar olan qırmızımtıl-sarı rəngli əlvan metal ərintisindən hazırlanmış, qaşları qiymətli daşlara aid olmayan 01 ədəd qolbaq, 05 manat dəyərində 3,91 qram çəkidə, qaş yerləri boş olan gümüşü rəngli dəmir əsaslı ərintidən hazırlanmış, yarımfabrikat hesab olunan 02 ədəd üzük, 32 manat dəyərində 0,63 qram çəkidə, gümüşü rəngli, 750 əyarlı, üzərində rəngsiz, şəffaf qaşlar olan, iki ədəd məlumat hissəsi üzərində olan, şəffaf rəngli 04 ədəd hər biri 0,003 karat ölçülü, ümumilikdə 4/4 keyfiyyətli qırıntı (ümumilikdə 3.762,00 manat), habelə bir ədəd rəngsiz paketin içərisində dəyəri 200 m anat olan, şəffaf rəngli, ölçüsü 0,088 karat, 3/3 keyfiyyətli brilyant qaş, 17 ədəd rəngsiz paketin içərisində olan, dəyəri 180 manat təşkil edən, şəffaf rəngli, ölçüsü 0,002-0,035 karat, 4/4 keyfiyyətli brilyant qaşlar, dəyəri 6.256,80 manat təşkil edən, çoxsaylı 583/585 və 750 əyarlı qızıl qırıntıları, eləcədə mis-sink ərintisi və gümüşdən hazırlanmış məmulatlar, habelə istintaq zamanı yerləri müəyyən edilə bilinməyən xammal və yarımçıq istehsal olunmuş müxtəlif çeşiddə qızıl-zinət əşyalarını, ümumilikdə isə zərər çəkmiş şəxsə vahid niyyətlə xeyli miqdarda - 40.000 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən Məhkum məsuliyyətini yüngülləşdirən hallar, o cümlədən himayəsində iki azyaşlı uşaqlarının olması, zərərçəkmiş şəxslə barışması, ziyanın ödənilməsi, ailəsində yeganə qazanc gətirən şəxs olması nəzərə alınmamış, nəticədə Məhkum Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4-cü maddələrinin sanksiyasında azadlığın məhdudlaşdırılması cəzasının da nəzərdə tutulmasına baxmayaraq azadlıqdan məhrum etmə növündə həddindən artıq cəzaya məruz qalmışdır. Müdafiəçi kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 iyun 2019-cu il tarixli qərarının dəyişdirilməsini, Məhkum təqsirli bilindiyi əmələ görə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini və yaxud Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə onun şərti məhkum edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məh kəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbay can Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətində məhkəmələr tərəfindən Məhkum məsuliyyətini yüngülləşdirən halların kifayət qədər nəzərə alınmadığını, nəticədə şərti məhkum edilməsi və yaxud azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi üçün əsasların olmasına baxmayaraq Məhkum azadlıqdan məhrum etmə növündə həddindən artıq ağır və ədalətsiz cəzaya məruz qaldığını iddia etməklə, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarını dəyişdirməklə Məhkum təyin olunmuş cəzanın şərti olaraq tətbiq edilməsi və yaxud azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilməsi haqqında kassasiya tələblərini Azərbaycan Respublikası CPM-in 416.0.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 iyun 2019-cu il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət pri nsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlkəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın məqsədini təsbit edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xa rakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Cinaayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən “törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir”. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Təqsirkarın himayəsində azyaşlı uşağın olma sı, zərərçəkmiş şəxslə və yaxud zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışığın əldə edilməsi Cinayət Məcəlləsinin müvafiq olaraq 59.1.4, 59.1.12-ci maddələrində xüsusi olaraq göstərilmiş cəzanı yüngülləşdirən hallardır. Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Cinayət qanununda göstərilən xüsusi hallarda, məsələn, CM-in 60, 65.2-ci maddələrinin nəzərdə tutduğu vəziyyətlərdə həmin maddələrdə təsbit olunmuş cəzanın təyin edilməsi qaydalarına əməl olunmasına da cəzanın ədalətliliyini təmin edən hüquqi vasitə kimi baxı lmalıdır. Cinayət Məcəlləsinin 60.1-ci maddəsində təsbit olunmuşdur ki, Cinayət Məcəlləsinin 59.1.8, 59.1.10 - 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi CM-in Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təq sirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət-hüquqi normaların işığında kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, Məhkum hökmlə təyin edilmiş (apellyasiya məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmış) cəzanın yüngülləşdirilməsinə əsas yaradan halların olduğu müəyyən edilir. Belə ki, hökmdən görünür ki, baxılan işdə cəzanı ağırlaşdıran hallar müəyyən ediıməmiş, Məh kum zərərçəkmiş şəxslə barışıq əldə etməsi Cinayət Məcəlləsinin 59.1.12ci maddəsinə müvafiq olaraq təqsirkara cəzanın Cinayət Məcəlləsinin 60-cı maddəsinin qaydaları əsasında təyin edilməsini tələb edən cəzanı yüngülləşdirən hal qismində müəyyən edilmişdir. Bununla yanaşı, Məhkum himayəsində azyaşlı uşağının olması - Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirilmişdir. Hökmdə Cinayət Məcəlləsinin müvafiq normalarına istinad olunmasa da, cəzanı yüngülləşdirən hallar barədə yürüdülən fikrilərdən və çıxarılan nəticələrdən aydın görünür ki, məhkəmə baxılan işdə məhz Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.4-cü maddələrində qeyd olunan cəzanı yüngülləşdirən halların olması barədə nəticəyə gəlmişdir. Lakin, Məhkum Cinayət Məcəlləsinin 60-cı mad dəsinin yol verdiyi cəzanın son həddində - Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4-cü maddələrində daha ağır cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının dördə üçünə bərabər olan 3 il 9 ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi onu göstərir ki, əslində məhkəmə tərəfindən Məhkum himayəsində azyaşlı uşağının olması formal olaraq cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilmiş, cəzanın müəyyən edilməsinə real təsiri olan xüsusat kimi nəzərə alınmamışdır. Məhkum evli olmasını işin qeyd olunan halı ilə birlikdə götürməklə nəzərdən keçirdikdə görünür ki, məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin ziddinə olaraq təyin edilən cəzanın təqsirkarın ailəsinin həyat şəraitinə nə dərəcədə təsir etməsinə də kifayət qədər əhəmiyyət verməmişdir. Məhkəmə Məhkum evli olması ilə yanaşı həm də onun əvvəllər məhkum olunmadığını da şəxsiyyətini səciyyələndirən hallar sırasında müəyyən etmiş, bununla belə Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin mənasına və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 2, 3-cü bəndlərində verilmiş izahlara görə nə üçün Məhkum Cinayət Məcəlləsinin (bu işin kontekstində) yol verdiyi ən ağır cəzanın ən yuxarı həddində cəza təyin etməyi məqsədəuyğun bildiyini (məhz Məhkum şəxsiyyətinə və törətdiyi cinayətə aid olan konkret dəlillər gətirməklə) əsaslandırmalı olduğu halda, bunu etməmişdir. Apellyasiya instansiyası məhkəməsi də təqsirkarın şəxsiyyətini səciyyələndirən, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar mövzusunda birinci instansiya məhkəməsi ilə razılaşmış, bununla belə hökmdə hər hansı bir dəyişiklik etməməmişdir. Bu üzdən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, sözügedən cəzanı yüngülləşdirən və təqsirkarın şəxsiyyətini səciyyələndirən hallar, cəzanı ağırlaşdıran halların olmaması Cinayət Məcəlləsinin 58.3-cü maddəsində göstərlən digər məsələlər üzrə müəyyən edilmiş hallarla və cəzanın məqsədləri ilə birlikdə götürülməklə nəzərə alınmalı və Məhkum hökmlə Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4-cü maddələri ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti 3 (üç) il 9 (doqquz) aydan 3 (üç) ilə endirilməlidir. Məhkəmə kollegiyası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərindən, o cümlədən cəzanın cinayət törətmiş şəxsə münasibətdə islahe dici, digərlərinə münasibətdə xəbərdaredici rolunun təmin edilməsi zərurətindən çıxış edərək məhz bu şəkildə Məhkum cəzasının azaldılmasını mümkün gördüyündən, müdafiəçinin kassasiya şikayətində irəli sürdüyü Məhkum barəsində şərti məhkum etmənin tətbiq edilməsinə və yaxud Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsinə dair tələblərlə razılaşmır. Belə ki, şərti məhkum etmənin tətbiqi üzrə məsələləri tənzimləyən Cinayət qanununun 70.1-ci maddəsi həmin cinayət-hüquq normasında nəzərdə tutulmuş cəzalara məhkum edilmiş şəxslərin bu cəzaları (o cümlədən, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını) çəkmədən islah edilmələri mümkün olduqda, şərti məhkum etmənin tətbiqinə yol verir. Hazırki işin hall arı isə Məhkum islah edilməsi və cəzanın digər məqsədlərinin təmin edilməsi üçün ona azadlıqdan məhrum etmə növündə cəzasının təyin edilməsinin və bu cəzanın çəkməsinin zəruri olduğunu göstərir. Məhkəmə kollegiyası yuxarıda təsvir olunanları kassasiya şikayətinin qismən təmin edilməsini, mübahisələndirilən qərarın kassasiya qaydasında dəyişdirilməsini tələb edən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.0.21-ci maddəsində təsbit olunmuş halın mövcud olması kimi qiymətləndirir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair müdafiəçinin və kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti qismən təmin edilməli, Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 iyun 2019-cu il tarixli qərarı yuxarıda göstərilən qaydada dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 11 iyun 2019-cu il tarixli qərarı dəyişdirilsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 aprel 2019-cu il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4-cü maddələri ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti 3 (üç) il 9 (doqquz) aydan 3 (üç) ilə endirilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanıls

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar