Məhkəmə qərarları › İş №1(102)-442/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-442/2021

17.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-442/2021 17.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Yusifova Gülnar Azad qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Zərərçəkmiş şəxs X3 Məhkum3 Məhkum1 müdafiəçisi, Bakı şəhəri 04 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Məhkum2 müdafiəçisi, Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1983-cü il tarixdə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, 3 azyaşlı uşağı olan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvanda qeydiyyatda olan və həmin ünvanda yaşamış, hal-hazırda həbsdə olan Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 221.2.1-ci maddəsi ilə xx xxxxxx 1959-cu il tarixdə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvanda qeydiyyatda olan və həmin ünvanda yaşayan, hal-hazırda həbsdə olan Məhkum2 Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə xx xxxxxx 1986-cı il tarixdə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvanda qeydiyyatda olan və həmin ünvanda yaşayan Məhkum3 Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli qərarından Məhkum3 özü, Məhkum1 müdafiəçisi, Bakı şəhəri 04 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Məhkum2 və müdafiəçisi, Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Masallı Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Ayaz Səlimov) Məhkum1 - Аzərbаycаn Respublikаsı CM-in 221.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinərək, qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 2 (iki) il müddətinə islah işləri cəzasına məhkum olunmuşdur. Məhkum2 - Аzərbаycаn Respublikаsı CM-in 221.2.1-ci maddəsi ilə nəzərdə tutu lan cinayəti törətməkdə təqsirli bilinərək, qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 2 (iki) il müddətinə islah işləri cəzasına məhkum olunmuşdur. Məhkum3 - Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinərək, qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətinə islah işləri cəzasına məhkum olunmuşdur. Məhkəmənin həmin hökmündən dövlət ittihamçısı tərəfindən apelyasiya protesti, Məhkum3 tərəfindən apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə (hakimlər: E.İ.Əliyev (sədrlik edən), R.M.Cəfərov və İ.H.Əhmədov) apelyasiya protesti tam, apelyasiya şikayəti qismən təmin edilmiş, Masallı rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli hökmü dəyişdir ilmişdir. Məhkum1 Аzərbаycаn Respublikаsı CM-in 221.2.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin xx xxxxxxxx 2020-ci ildə hesablanması qərara alınmışdır. Məhkum2 Аzərbаycаn Respublikаsı CM-in 221.2.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin xx xxxxxxxx 2020-ci ildə hesablanması qərara alınmışdır. Məhkum3 Аzərbаycаn Respublikаsı CM-in 221.1-ci maddəsi ilə 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum1 xx xxxxxxxx 2019-cu il tarixdə saat 16 radələrində Həsənli-Xırmandalı yolunun ünvanndən keçən hissəsində etibarnamə əsasında idarə etdiyi “VAZ-21074 minik” markalı **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə əməliyyatı həyata keçirən zaman onunla eyni istiqamətdə hərəkət edən əvvəllər ədavəti olmuş həmkəndlisi Məhkum3 idarə etdiyi “Mercedes Benz 230 minik” markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə ehtiyyatsızlıqdan toqquşmuş, toqquşmadan sonra yol-nəqliyyat hadisəsini bəhanə edərək heç bir əsaslı səbəblər olmadan ictimai qaydanı kobud surətdə pozaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafda olan şəxslərə qarşı əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına saymazl ıq göstərib ətrafda olan vətəndaşların yanında yumruqla bir neçə dəfə qəsdən Məhkum3 başına, qulaq və burun nahiyələrinə vuraraq sonuncuya başın ənsə nahiyəsində hematoma ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid olan bədən xəsarətləri, sol qulaq seyvanı və burun nahiyəsində sıyrıqlar ilə nəticələnən dərəcəsi təyin edilməyən sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirmiş, daha sonra mübahisə baş verən əraziyə gəlmiş əmisi Masallı rayonu Xırmandalı kənd sakini Məhkum2 onun qanunsuz hərəkətlərinə qoşularaq bir qrup şəxs halında xuliqanlıq hərəkətlərini davam etdirmiş, mübahisənin davamı olaraq o, yenidən Məhkum3 qəsdən yumruqla və təpiklə çiyin və diz oynaqlarından vuraraq sonuncuya sağ çiyin qurşağı və hər iki diz oynaqlarında sıyrıqlar ilə nəticələnən dərəcəsi təyin edilməyən sağlamlığa zərə vurmayan bədən xəsarətləri, mübahisə baş verən yerə tərəfləri ayırmaq məqsədi ilə gəlmiş X1 qaş nahiyəsinə qəsdən yumruqla bir dəfə vuraraq sonuncuda sol qaş nahiyəsində şişkinlik, qançır və əzilmiş səthi yara ilə nəticələnən dərəcəsi təyin edilməyən sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirmiş, Məhkum2 eyni mübahisə zəminində Məhkum3 bir dəfə yumruq zərbəsi ilə sağ dirsəyindən qəsdən vuraraq sonuncuya sağ dirsək oynağı nahiyəsində sıyrıq ilə nəticələnən dərəcəsi təyin edilməyən sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirməklə, 30 dəqiqə ərzində ətrafda olan şəxslərin narahatlığına səbəb olan, vətəndaşlar üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətləri ilə xuliqanlıq etmişdir. Məhkum2 xx xxxxxxxx 2019-cu il tarixdə saat 16 radələrində qardaşı oğlu Məhkum1 həmkəndlisi Məhkum3 ilə aralarında hər iki şəxsin idarə etdiyi avtomobillərin toqquşması ilə əlaqədar yaranmış mübahisə baş verən ünvannin giriş hissəsinə gələrək, Məhkum3 Məhkum1la arasında baş vermiş dava-dalaşı bəhanə edib sonuncu ilə bir qrup şəxs halında əsaslı səbəblər olmadan ictimai qaydanı kobud surətdə pozmaqla cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafda olan şəxslərə qarşı əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına saymazlıq göstərib ətrafda olan vətəndaşların yanında Məhkum3 qəsdən bir dəfə yumruqla sağ dirsək oynağından vuraraq sonuncuya sağ dirsək oynağında sıyrıqlar ilə nəticələnən dərəcəsi təyin edilməyən s ağlamlığa zərər vurmayan bədən xəsarətləri, Məhkum1 onun xuliqanlıq hərəkətlərinə qoşularaq, eyni mübahisə zəminində qəsdən yumruqla bir neçə dəfə Məhkum3 başına, qulaq və burun nahiyələrinə vuraraq sonuncuya başın ənsə nahiyəsində hematoma ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid olan bədən xəsarətləri, sol qulaq seyvanı və burun nahiyəsində sıyrıqlar ilə nəticələnən dərəcəsi təyin edilməyən sağlamlığa zərər vurmayan bədən xəsarətləri, mübahisə baş verən yerə tərəfləri ayırmaq məqsədi ilə gəlmiş X1 qaş nahiyəsinə qəsdən yumruqla bir dəfə vuraraq sonuncuda sol qaş nahiyəsində şişkinlik, qançır və əzilmiş səthi yara ilə nəticələnən dərəcəsi təyin edilməyən sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirməklə 30 dəqiqə ərzində ətraf da olan şəxslərin narahatlığına səbəb olmaqla vətəndaşlar üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətləri ilə xuliqanlıq etmişdir. Məhkum3 xx xxxxxxxx 2019-cu il tarixdə saat 16 radələrində Həsənli-Xırmandalı yolunun ünvanndən keçən hissəsində idarə etdiyi “Mercedes Benz 230 minik" markalı **BR-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə həmkəndlisi Məhkum1 idarə etdiyi “VAZ21074 minik” markalı 44-BS- 578 dövlət qeydiyyat nişanlı avtomobil ilə ehtiyyatsızlıqdan toqquşması nəticəsində aralarında yaranan münaqişə zamanı Məhkum1 ona yumruqla bir neçə dəfə qəsdən vuraraq başın ənsə nahiyəsində hematoma ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid olan bədən xəsarətləri, sol qulaq seyvanı və burun nahiyəsində sıyrıqlar il ə nəticələnən dərəcəsi təyin edilməyən sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirməsindən sonra, yumruqla bir neçə dəfə Məhkum1 burun, baş və sol bazu nahiyələrinə qəsdən vuraraq sonuncuya burnun yumşaq toxumalarının əzilib şişkinləşməsi və burnun əzilmiş yarası ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid olan bədən xəsarətləri yetirmiş, onun şəxsi münasibətlər zəminində başlanılmış hərəkətləri sonradan ictimai qaydanı kobud surətdə pozaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafda olan şəxslərə qarşı əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına saymazlıq göstərilməsinə çevrilərək ətrafda olan vətəndaşların yanınd a hadisə yerinə sonradan gələn və Məhkum1la bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozmaqla xuliqanlıq hərəkətlərini davam etdirən və ona bir dəfə yumruq zərbəsi ilə sağ dirsəyindən qəsdən vuraraq sonuncuya sağ dirsək oynağı nahiyəsində sıyrıq ilə nəticələnən dərəcəsi təyin edilməyən sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirən sonuncunun əmisi Məhkum2 burun nahiyəsinə bir dəfə qəsdən yumruqla vuraraq sonuncuya burun sümüyün yerini dəyişməyən sınığı və burun belinin sıyrığı ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid olan bədən xəsarətləri yetirməklə, 30 dəqiqə ərzində ətrafda olan şəxslərin narahatlığına səbəb olan, vətəndaşlar üzərində zor tətbiq edilməsi nə müşayiət edilən qərəzli hərəkətləri ilə xuliqanlıq etm işdir. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum3 tərəfindən verilmiş kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi, barəsində təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 6 ay müddətinə islah işləri cəzası ilə əvəz olunması xahiş edilir. Şikayət müəllifi hesab edir ki, barəsində apelyasiya instansiya məhkəməsi tərəfindən təyin edilən cəza ağır və ədalətsizdir. Belə ki, o, ailənin yeganə qazanc gətirən şəxsidir. Himayəsində xəstə ata və anası vardır. Azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi ilə əlaqədar olaraq o, əmək fəaliyyəti ilə məşğul ola bilmir. Ona görə də təyin olunmuş cəza onun ailəsinin həyat şəraitinə çox mənfi təsir göstərmişdir. Məhkum2 müdafiəçisi tərəfindən verilmiş ka ssasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli qərarının dəyişdirilməsi, Məhkum2 barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin olunması xahiş edilir. Şikayət müəllifi qeyd edir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı Məhkum2 aid hissədə cəzanın ağırlığı baxımından əsassız və ədalətsizdir. Belə ki, cinayət işinin materiallarından görünür ki, cinayət hadisəsinin baş verməsinin əsas səbəbkarı iş üzrə ən yüngül cəza almış Məhkum3 olmuşdur. Məhkum3la digər təqsirləndirilən şəxs X5 arasında əvvəllər torpaq mübahisəsi üzrə ailəvi münaqişələri olmuşdur. Bu səbəbdən xx xxxxxxxx 2019-cu ildə saat 16 radələrində Məhkum3 idarə etdiyi “Mersedes Benz 230” markalı avtomobillə hərəkətdə olarkən arxadan idarə etdiyi “VAZ- 21074” markalı avtomaşınla gələn Məhkum1 qəsdən ötməyə imkan verməmiş, nəticədə avtoqəza hadisəsi baş vermişdir. Daha sonra, Məhkum3la Məhkum1 arasında dalaşma baş vermiş, dalaşma barədə xəbər tutan Məhkum2 hadisə yerinə gələrək Məhkum3 atası Nəriman Qurbanov və qardaşı Ceyhun Qurbanovla birlikdə Məhkum1 döydüklərini görüb hadisələrin təsadüfi axarı zəminində dalaşmanın iştirakçısına çevrilmişdir. Müdafiəçi hesab edir ki, məhkəmə cəza təyin edərkən Məhkum2 əvvəllər məhkum olunmamasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, hadisədə qısa müddət iştirak etməsini, özünün Məhkum3 tərəfindən xəsarətləndirilməsini, 61 yaşının olmasını nəzərə almayaraq ona ağır cəza təyin etmişdir. Məhkum1 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət koll egiyasının xx xxxxxxxx 2020-ci il tarixli qərarının dəyişdirilməsi, Məhkum1 barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin olunması xahiş edilir. Müdafiəçi qeyd edir ki, Məhkum1 ilk dəfədir ki, məhkum olunub, törətdiyi əməldən peşmandır, himayəsində 3 azyaşlı uşağı vardır, ailənin yeganə qazanc gətirən şəxsidir. Birinci instansiya məhkəməsi məhz həmin yüngülləşdirici halları nəzərə alaraq Məhkum1 azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin etmişdir. Lakin apelyasiya instansiyası məhkəməsi bu halları nəzərə almamış və əsassız olaraq Məhkum1 cəzasını ağırlaşdırmışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, Məhkum3 tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, məhkum lar Məhkum1 və Məhkum2 müdafiəçiləri tərəfindən verilmiş kassasiya şikayətlərinin təmin edilməsi barədə müdafiəçilər Müdafiəçi1 və Müdafiəçi2, məhkumlar Məhkum1 və Məhkum2 müdafiəçiləri tərəfindən verilmiş kassasiya şikayətlərinin təmin edilməməsi, Məhkum3 kassasiya şikayətinin təmin edilməsi barədə zərərçəkmiş şəxs və Məhkum3, kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısı A.Hüseynlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayətləri qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Kassasiya şikayətlərində məhkumlar barəsində cəza təyin edilərkən hər hansı qanuni əsas olmadan onlara ağır cəzanın təyin edilməsi mübahisə edil ir. Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə kollegiyası hesab edir ki, şəxsin cinayət qaydasında cəzalandırılmasının əsaslı olub-olmamasını müəyyən etmək üçün ilk növbədə cəzalandırılmaya əsas olmuş halların araşdırılması, xüsusilə də cinayət hadisəsinin, əməldə cinayət tərkibinin olub olmaması, şəxsin hərəkətlərinə cinayət qanunu normasının düzgün şamil edilib edilməməsi məsələlərinə münasibət bildirilməsi tələb olunur. Azərbaycan Respublikası CPM-in 1.1-ci maddəsində əsasən Azərbaycan Respublikasının cinayət-proses sual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir. Məhkəmə kollegiyası iş materiallarına və qanunvericiliyin müvafiq norma və müddəalarına əsaslanaraq hesab edir ki, məhkumlar Məhkum1, Məhkum2 və Məhkum3 əməllərinə məhkəmələr tərəfindən düzgün hüquqi qiymət verilməmiş, əməllərində Azərbaycan Respublikası CM-in 221-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibi olmadığı halda, məhkumlar Məhkum1 və Məhkum2 Аzərbаycаn Respublikаsı CM-in 221.2.1-ci maddəsi ilə, Məhkum3 Аzərbаycаn Respublikаsı CM-in 221.1-ci maddəsi il ə ittiham irəli sürülmüş və məhkum olunmuşlar.. Bu mövqeyini əsaslandırmaq üçün məhkəmə kollegiyası iş materiallarına, cinayət qanunu normalarının tələblərinə, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarına, habelə “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında göstərilən tövsiyyələrə müraciət etməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-in 221-ci maddəsinə əsasən xuliqanlıq dedikdə, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müş ayiət edilən qərəzli hərəkətlər başa düşülür. Qanunun mənasına əsasən xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, onu törədən şəxs özünün şəxsiyyətini, başqa şəxsin və digər onun ətrafından olan şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan, bunlara etinasızlıq göstərən hərəkətlər edir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2011-ci il tarixli qərarında xuliqanlıq cinayətinin əlamətləri açıqlanaraq göstərilir ki, cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutları n normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Zor tətbiq etmə dedikdə isə döymə, sağlamlığa zərər vurma, eləcə də zərərçəkmişə fiziki təsir göstərən digər zorakı hərəkətlər başa düşülməlidir. Xuliqanlıq za manı zor tətbiq etmə hədəsi fiziki zor tətbiq etmək niyyətinin sözlərlə və ya hərəkətlərlə ifadə olunmasıdır. Hədəyə görə məsuliyyət o zaman yaranır ki, bu hədənin həyata keçirilməsi üçün real əsaslar olsun. Özgənin əmlakının məhv edilməsi əmlakın təsərrüfat, tarixi dəyərini tam itirməsi, zədələnməsi isə əmlakın tamamilə və ya qismən öz təyinatına uyğun gəlməməsi, lakin ona bərpa edilməsi mümkün olan dərəcədə zərər yetirilməsidir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu h ərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Həmin qərarda həmçinin göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəy yən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli 1N-li qərarının 2-ci bəndində göstərilən tövsiyələrə əsasən, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq və ya xuliqanlıq niyyəti ilə törədilən əməl kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə, yaxud başqa cinay ətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. İş materiallarından görünür ki, məhkumlar və zərərçəkmiş şəxslər yaxın qohum olmaqla aralarında şəxsi münasibətlər zəminində uzun müddətdir ki, münaqişə mövcuddur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası CM-in 244.1-ci maddəsinin şərh edilməsi haqqında” xx xxxx 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövs if CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirlən dirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Məhkəmə kollegiyası qeyd edir ki, istər birinci instansiyası məhkəməsinin hökmündən, istərsə də apellyasiya instansiyası məhkəməsinin qərarından müəyyən olunur ki, məhkəmələr məhkumlara istinad edilən cinayətlərin sübuta yetirilməsində sübut kimi əsasən zərərçəkmiş şəxslərin ifadələrinə istinad etmişlər. Halbuki, cinayət işinin materiallar ından görünür ki, hadisə Həsənli-Xırmandalı yolunun ünvanndən keçən hissəsində Məhkum1 etibarnamə əsasında idarə etdiyi “VAZ-21074 minik” markalı **-BS*** dövlət qeydiyyat nişanlı avtomobil ilə əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə əməliyyatı həyata keçirən zaman onunla eyni istiqamətdə hərəkət edən əvvəllər ədavəti olmuş həmkəndlisi Məhkum3 idarə etdiyi “Mercedes Benz 230 minik” markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə ehtiyyatsızlıqdan toqquşması nəticəsində yol kənarında baş vermiş və hadisə zamanı heç bir kənar şəxs hadisənin şahidi olmamışdır. İş materiallarından görünür ki, Məhkum1, Məhkum2 və Məhkum3 qohum olmaqla əvvəllər aralarında yaranmış torpaq mübahisəsinə görə münaqişələri olmuşdur. Yəni baş vermiş hadisə şəxsi münasibətlər zəminində yaranmışdır. Ona görə də onların əməllərinin CM-nin 221-ci maddəsi ilə tövsif edilməsi, eləcə də məhkumların xuliqanlıq niyyəti ilə birbirilərinin sağlamlığına xəsarətlər yetirmə barədə gəlinən nəticə iş materialları ilə təsdiq olunmur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir (CPM 349.4) CPM-nin 349.5-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sü butlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. CM-nin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Odur ki, məhkumlar Məhkum1 və Məhkum2 əməllərinin Аzərbаycаn Respublikаsı CMin 221.2.1-ci maddəsinə, Məhkum3 əməlinin Аzərbаycаn Respublikаsı CM-in 221.1-ci maddəsinə tövsif edilməsi qanuni və əsaslı sayıla bilməz. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, məhkumlar Məhkum1, Məhkum2 və Məhkum3 əməlləri Azərbaycan Respublikası CM-in 128-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İ, İİ və İİİ hissə lərinə görə, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Cinayət Prоsеssuаl Məcəllənin 33.1 və 33.2-ci mаddələrinə görə hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Lenskayanın Rusiyaya qarşı işi üzrə” xx.xx.2009-cu il tarixli qərarında göstərilir ki, “Hüquqi dövlətin ən mühüm Prinsiplərindən biri hüquqi müəyyənlikdir və onun mənasına görə heç bir tərəf yalnız işin yenidən araşdırılması və ya yeni qərar əldə edilməsi məqsədi ilə prosesin yenidən keçirilməsini tələb edə bilməz. Bu prinsipdən yalnız o hallarda kənara çıxıla bilər ki, əhəmiyyətli və xüsusi ilə vacib hallar bunu tələb etsin. Konvensiya prinsipcə yekun məhkəmə qərarı ilə nəticələnmiş prosesin Dövlətlərə məhkəmə səhvlərinin düzəldilməsinə imkan vermək üçün yenidən açılmasına icazə verir. Məhkəmə səhvlərinin aradan qaldırılmaması ədalətlilik prinsipinə, məhkəmə proseslərinin ictimai nüfuzuna və təmizliyinə ciddi zərbə vura bilərdi. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayətləri qismən təmin edilsin. Məhkum1, Məhkum2 və Məhkum3 barə sində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilsin. Məhkum1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilsin. Məhkum1 Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirli bilinərək ona 9 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Məhkum2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilsin. Məhkum2 Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirli bilinərək ona 9 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Məhkum3 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilsin. Məhkum3 Azərba ycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirli bilinərək ona 9 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Məhkum3 cəzasını yaşayış yeri üzrə çəksin. Məhkum3 üzərinə cəza çəkdiyi müddətdə aşağıdakı vəzifələr qoyulsun: faktiki yaşayış yerini - ünvanndə yaşadığı evini saat 22:00-dan 06:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; yaşadığı ünvanın ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar