Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-442/2025 11.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 mart 2024-cü il tarixli hökmü ilə X17 Azərbaycan Respublikası Cinayət Məcəlləsini n 234.1-1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 may 2024cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 mart 2024-cü il tarixli 1(101)-639/2024 nömrəli (hakimlər: Qəniyev Faiq Əsəd oğlu (sədrliyi ilə), Ağalarov Mahmud Muradxan oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə 27 sentyabr 1990-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məh rum edilmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda qeydiyyatda olan, faktiki xxx ünvan 2 ünvanda yaşayan X17 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilmiş, onun barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və məhkəmə iclası zalında dərhal həbsdən azad edilməsi, tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydasının ona izah edilməsi müəyyən edilmiş, iş üzrə maddi sübut və məhkəmə xərci məsələləri həll edilmişdir. Hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Bakı A pellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 may 2024-cü il tarixli 1(103)-1129/2024 nömrəli (hakimlər: İbrahimov Anar Firdovsi oğlu (sədrliyi və məruzəsi ilə), Abbasov Mirzəli Əbdüləli oğlu və Qaraqurbanlı Ramin Afad oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya protesti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 mart 2024-cü il tarixli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 may 2024-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. İŞİN HALLARİ: İbtidai istintaq orqanı tərəfindən X17 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ittiham irəli sürülərək təqsirləndirilmişdir ona görə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda - təmiz çəkisi 2,751 qram narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 31 mart 2023-cü il tarixdə saat 16 radələrində Bakı şəhəri, Sabunçu rayonu, xxx, ünvan 4 Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri zamanı saxlanılaraq 15-ci Polis Bölməsinə gətirilmiş, üzərində şəxsi axtarış keçirilərkən boz rəngli cins şalvarının sol yan cibindən bir ədəd bükümdə satış məqsədi olmadan əldə edib üzərində daşımaqla saxladığı təmiz çəkisi 2,751 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmələr yuxarıda qeyd edilən nətic əyə gəlmişlər. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİSİNİN ÇİXİŞİ: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyası tərəfindən yekun qərar qəbul edilərkən sübutlar CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən və məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmadığından həmin qərar əsassız olduğuna görə ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Belə ki, X13 polis əməkdaşları tərəfindən döyülərək zorakılığa məruz qalması barədə göstərdiyi xüsusatlar Sabunçu rayon prokurorluğunda araşdırılaraq xx.xx.2023-cü il tarixli qərarla Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən cinayət hadisəsi olmadığına görə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qəra r müdafiə tərəfindən prosessual qaydada mübahisələndirilməmişdir. Cinayət prosesini həyata keçirən orqanının polis əməkdaşlarının X-ə qarşı qanunsuz hərəkətləri ilə bağlı cinayət təqibini istisna edən qərarı qüvvədə olduğu halda məhkəmənin eyni xüsusata yenidən münasibət bildirməsi Azərbaycan Respublikası CPMin 65.1-ci maddəsinin tələblərini (həmin qərarın preyudisial əhəmiyyətini) də pozmuşdur. İttihamın əsasına qoyulmuş sübutların şübhəli şəxsə işgəncə və digər qəddar hərəkətlərin tətbiq edilməsi nəticəsində əldə edilməsi barədə məhkəmənin mövqeyi sübutlara deyil, mülahizələrə əsaslanmış və nəticədə ittiham tərəfinin təqdim etdiyi sübutlar əsassız olaraq şübhə altına alınmışdır. X23 öz imzası ilə təsdiq etdiyi xx.xx.2023-cü il tarixli ərizəsində hüquqlarının müdafiəsi üçün 7 saylı vəkil bürosunun vəkili X14 ona müdafiəçi qismində təyin edilərək təqdim edildiyini, barəsində keçiriləcək şəxsi axtarış zamanı müdafiəçinin iştirakını tələb etmədiyini və müdafiəçisi X14 iştirakı olmadan şəxsi axtarış keçirilməsini xahiş etdiyini bildirmişdir. Şübhəli şəxs X xx.xx.2023-cü il tarixdə Sabunçu RPl-nin 15-ci PB-də müdafiəçi X-in iştirakı ilə ifadə vermiş və həmin ifadə müdafiəçi X və şübhəli şəxs X tərəfindən imza edilmişdir. Qeyd olunanlara əsasən, X-in müdafiə hüququnun pozulması barədə məhkəmələrin mövqeyi sübutlara deyil, mülahizələrə əsaslanmış və nəticədə ittiham tərəfinin təqdim etdiyi sübutlar əsassız olaraq şübhə altına alınmışdır. X əvvəllər də iki dəfə eyni növ, yəni CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsinə görə məhkum olunmuşdur. Bu hal bir daha tə sdiq edir ki, X 2020-ci ildən hazırkı dövrə qədər fasiləsiz olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğuldur. Beləliklə, məhkəmələrin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamış, məhkəmələr hansı səbəbdən təqsirləndirilən şəxsin cinayətin törədilməsində iştiraklarını təsdiq edən sübutları deyil, təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsini əsas kimi göstərməsini hökmündə və qərarında əsaslandırmamışdır. Məhkəmələr ibtidai istintaq orqanının təqdim etdiyi sübutları cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun qiymətləndirməyərək bəraət verilməsi ilə bağlı düzgün nəticəyə gəlməmişlər. Odur ki, göstərilənləri nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 may 2024-cü il tarixli qərarının ləğv edilməsini, cinayət işinin yeni ape llyasiya baxışına təyin edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, verilmiş protestin təmin edilməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 may 2024-cü il tarixli qərarının ləğv edilərək işin apellyasiya instansiya məhkəməsinə yenidən baxılmağa təyin edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya protestinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində məhkəmələr t ərəfindən X17 əsassız olaraq bəraət verildiyi iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.3-cü (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 may 2024cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsus atları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndiril ən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar təl əb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş olar, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona isnad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 42.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin təqsirliliy i sübuta yetirilmədikdə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq belə hesab etmişdir ki, X2 məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri külli miqdarda əldə edib saxlaması və daşıması ilə bağlı verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilməmişdir. Kassasiya məhkəmə kollegiyası göstərilənlərə münasibət bildirərək aşağıdakıları qeyd etməyi məqsədəmüvafiq hesab edir: Cinayət-prosessual qanunvericiliyinin, o cümlədən Azərbaycan Respublikası CPM-in 21, 28, 33 və 353.2.2-ci maddələrinin tələblərindən göründüyü kimi, cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarının mülahizələrə əsaslana bilməsinin istisna edilməsi və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunması tələbində təsbit olunmuşdur. Eyni zamanda, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipi hakimlərdən tələb edir ki, cinayət mühakimə icraatını həyata keçirərkən cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirsinlər. Nəticə olaraq, qanunverici məhkəmənin ittih am hökmünün təsviri-əsaslandırıcı hissəsində məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutların və onun tərəfindən digər sübutların rədd edilməsi motivlərinin göstərilməsi tələbini müəyyən etmişdir. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayətprosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərin ə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4). İlkin olaraq kassasiya məhkəmə kollegiyası kassasiya protestində göstərilmiş “məhkumun döyülərək zorakılığa məruz qalmasına dair məhkəmələrin gəldiyi nəticənin qeyri-qanuni, əsassız olmasına” dair dəlillərinə qiymət verərək aşağıdakıları qeyd etməyi məqsədəmüvafiq hesab edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 25-ci bəndində qeyd olunmuşdur ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndird ikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymə t verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Belə ki, məhkəmə tərəfindən Bakı İstintaq Təcridxanasına sorğu göndərilərək X23 Bakı İstintaq Təcridxanasına q əbul edilərkən onun tibbi müayinəsi zamanı üzərində hər hansı xəsarətin aşkar edilib-edilməməsi barədə məhkəməyə məlumat verilməsi, xəsarət(lər) aşkar olunduğu halda bununla əlaqədar aidiyyəti məlumatların verilibverilmədiyi, eyni zamanda, tibbi müayinə və mümkün müalicə ilə bağlı müvafiq sənədlərin surətini Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Bakı İstintaq Təcridxanası tərəfindən həmin sorğuya xx.xx.2023-cü il tarixli 3-1617/38/2-6019/2023 saylı məktubla cavab verilərək göstərilmişdir ki, X23 xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmiş və ilkin tibbi müayinədən keçirilərək onun adına tibbi kitabça açılmışdır. İlkin tibbi müayinə zamanı sağ təbil pərdəsinin arxa yuxarı kvadratının sallanmış hissəsinin perforasiyası müşahidə olunmuşdur. Məktu ba əlavə olunmuş tibb kitabçasının surətindən görünür ki, X23 həbs edilən zaman xəsarət aldığını bildirmişdir. Sabunçu rayon Prokurorluğunun cinayət işinin rədd edilməsi haqqında 5 iyun 2023-cü il tarixli qərarından görünür ki, X29 rayon prokurorluğuna ərizə ilə müraciət edərək X13 Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən döyülərək zorakılığa məruz qalması barədə məlumat vermişdir. Həmin məlumat üzrə araşdırma aparılmışdır. Araşdırma zamanı izahatı alınmış X23 məhkəmədə verdiyi ifadəsinə uyğun izahat verərək 15-ci Polis Bölməsində polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qaldığını bildirmişdir. X3 və Şahid1 izahatları alınmış, onlar X-in göstərdiyi xüsusatları inkar etmişlər. Qərarda məhkəmə-tibb ekspertizasının 24/TS saylı rəyinə istinad o lunmuş amma həmin rəyin hansı tarixli rəy olduğu göstərilməmişdir. Qeyd olunan rəydə göstərilmişdir ki “Bakı İstintaq Təcridxanasının tibbi sanitar hissəsinin həkimi X19 müayinə edərkən ona “sağ təbil pərdəsinin arxa yuxarı kvadratının sallanmış hissəsinin perforasiyası” diaqnozu qoymuşdur. Göstərilən diaqnoz X5 qulaq seyvanında, xarici qulaq keçəcəyində, təbil pərdəsi üzərində xəsarətin obyektiv əlaməti olan qançır, sıyrıq, şişkilik, qansızma və sair əsaslandırılmadığından, həmin diaqnoz xəsarət kimi məhkəmə-tibbi qiymətləndirmək, eləcə də əmələ gəlmə mexanizmi və müddəti barədə fikir söyləmək mümkün deyildir.”. Odur ki, məhkəmə-tibbi ekspertizasının rəyində xəsarətin əmələ gəlmə mexanizmi və müddəti barədə fikir söyləməyin mümkün olmadığı göstərilmişdir. Buna səbəb istintaq orqanı tərəfi ndən X5 təbil pərdəsinin arxa yuxarı kvadratının sallanmış hissəsinin perforasiyası müşahidə olunması fakt üzrə vaxtında araşdırma aparılmamışdır. Belə ki, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar belə 5 iyun 2023-cü il tarixdə, yəni şəxsin tutulmasından 2 aydan çox vaxt keçdikdən sonra qəbul olunmuşdur. X13 döyülməsi və işgəncələrə məruz qalması faktı üzrə vaxtında yəni, xəsarət izləri əhəmiyyətli dərəcədə bilinən zaman lazımi qaydada araşdırmanı təmin etməmişdir. Qeyd olunanla yanaşı məhkəmə kollegiyası nəzərə yetirir ki, CPM-in 157.3-cü maddəsinə əsasən məhkəmə qərarına əsasən həbs olunmuş şəxs müvəqqəti saxlama yerində 24 saatdan artıq saxlanıla bilməz və bu müddət bitənədək o, istintaq təcridxanasına keçirilməlidir (şəxsin nəqliyyat vasitələri ilə istintaq təcridxanas ına aparılması müddəti göstərilən müddətə daxil deyildir). Lakin, cinayət işinin materiallarından müəyyən olunur ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1 aprel 2023-cü il tarixli qərarı ilə X23 barəsində həbs qətimkan tədbiri seçilməsinə baxmayaraq, o yalnız 3 aprel 2023-cü il tarixdə istintaq təcridxanasına keçirilmişdir. Bütün bu hallar təqsirləndirilən şəxsə fiziki və ya psixi təsirin olması barədə olan şübhələri bir daha təsdiq edir. Dövlət ittihamçısı məhkəmənin gəldiyi bu nəticə ilə razılaşmamasını əsaslandırarkən həlledici şəkildə ona istinad etmişdir ki, X13 pis rəftara məruz qalmasına dair iddiası üzrə məhkəməyədək icraat dövründə araşdırma aparılmış və rayon prokurorluğunun müstəntiqi tərəfindən cinayət hadisəsinin müəyyən edilməməsi əsası ilə cinayət işinin başlanmasının rəd d edilməsi haqqında 5 iyun 2023-cü il tarixli (CPM-in 65.1ci maddəsinə əsasən məhkəmə üçün preyudisial əhəmiyyət daşıyan) qərar çıxarılmışdır. Bu səbəbdən məhkəmələr qeyd edilən izahat və ifadələri, eləcə də X13 üzərində şəxsi axtarış aparılmasına və ondan narkotik vasitənin götürülməsinə dair protokolu mümkün və mötəbər sübut kimi qəbul etməməkdə haqlı olmamışlar. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulmuş “cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipi hər hansı bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsinin olmadığını, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144-146-cı maddələrinin müddəalarının pozulmasının, sübutlara və sair materi allara qərəzli münasibət bəslənilməsinin, mövcud prosedura daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsinin yolverilməz olduğunu təsbit etməklə, CPM-in 144-cü maddəsi toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamaq, 145-ci maddəsi hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirmək vəzifəsini müəyyən etməklə, məhkəmədən tələb edirlər ki, ittiham və müdafiə tərəflərinin məhkəmə baxışına təqdim etdikləri hər bir sübutu lazımınca yoxlasın, CPM-in 125-ci maddəsinin tələblərinin pozulması ilə əldə edilmiş yolverilməz sübutları sübutların siyahısından çıxarsın və yalnız məlumatların, sənədlərin, digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onları sübut kimi qəbul edib, CPM-in 139-cu maddəsində göstərilən sübutetmə predmetinə aid edilmiş məsələlər üzrə qənaətini belə (yəni yoxlanılmış, CPM-in 145-146-cı maddələrinin tələblərinə müvafiq surətdə qiymətləndirilmiş) sübutlardan istifadə etməklə əsaslandırsın. Məhkəməyədək icraatda X13 polis tərəfindən 31 mart 2023-cü ildə saxlanıldıqdan sonra pis rəftara məruz qalmasına dair iddiası ilə bağlı prokurorluğunun müstəntiqinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında 5 iyun 2023-cü il tarixli qərarının olması da cinayət işinə mahiyyəti üzrə baxan məhkəmələri yuxarıda təsvir edilən CPM-in 33, 125, 144-146-cı maddələrində nəzərdə tutulmuş müddəalara əməl etmək (o cümlədən, hər bir sübutu yoxlamaq, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirmək) vəzifəsindən azad etmir. Dövlət ittihamçısı kassasiya protestində faktiki olaraq sübutların qiymətləndirilməsi məsələsində məhkəmələrin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan asılı olduqlarını iddia edərkən CPM-in qeyd olunan normalarının tələblərini nəzərə almamış və bu zaman cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla nə kimi faktiki halların müəyyən edildiyinə, qərarda faktiki hallar və hüquqi məsələlər üzrə çıxarılan nəticələrin inandırıcılığına, aparılmış araşdırmanın onun səmərəliyini və nəticələrin inandırıcılığını təmin edə biləcək dərəcədə keyfiyyətli olub-olmamasına əhəmiyyət verməmişdir. Halbuki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi sözügedən məsələ, yəni İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiyanın 3-cü maddəsinin tətbiqi üzrə formalaşd ırdığı presedent təcrübəsində bir sıra konkret və aydın tələblər müəyyən etmişdir ki, həmin tələblərə əməl etmək Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsinin İİ hissəsinə əsasən yalnız məhkəmələrin deyil, həm də işgəncənin (pis rəftarın) tətbiqinə dair iddiaları araşdıran prokurorluq orqanlarının, o cümlədən öz mövqeyini işgəncə (pis rəftar) barədə iddiaların araşdırılmış olması kimi dəlillə əsaslandıran dövlət ittihamçısının vəzifəsidir. Şərh olunan məsələ üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini açıqlayan presedentlərə misal olaraq isə “Assenov və digərləri Bolqarıstana qarşı iş” üzrə 28 oktyabr 1998-ci il tarixli qərarı, “Aksoy Türkiyəyə qarşı iş” üzrə 26 noyabr 1996-cı il tarixli qərarı, “Tomasi Fransaya qarşı iş” üzrə 27 avqust 1992-ci il tarixli qərarı, “Layıcov Azərb aycana qarşı iş” üzrə 10 aprel 2014-cü il tarixli qərarı göstərmək olar. Həmin qərarlara görə Avropa Məhkəməsinin irəli sürdüyü başlıca tələb odur ki, tutulmuş şəxsdə onun polisin nəzarəti altında olduğu müddətdə yaranması ehtimal olunan xəsarətlərin müəyyən edilməsi işgəncə, pis rəftar barədə iddiaların səlahiyyətli dövlət orqanları tərəfindən araşdırılmasını labüd edir və eyni zamanda onu tələb edir ki, bu araşdırma adekvatlıq və səmərəlilik meyarlarına cavab versin. Araşdırmanın qeyd olunan meyarlara uyğun olması isə araşdırmanı aparan orqanın müstəqil olmasını və lazımi prosessual imkanlara - səmərəli araşdırma mexanizmlərinə malik olmasını ehtiva edir. Avropa Məhkəməsi “Assenov və digərləri Bolqarıstana qarşı iş”də Konvensiyanın 3-cü maddəsinin pozuntusunun baş verməsi haqqında qəna ətə gələrkən belə nəticə üçün əsas yaradan hal kimi xüsusilə onu qeyd etmişdir ki, “polis və ya digər dövlət nümayəndələri tərəfindən qeyri-qanuni şəkildə və 3-cü maddəyə zidd olaraq pis rəftara məruz qalması barədə sübut oluna bilən iddianın qaldırıldığı belə hallarda, bu müddəa, Konvensiyanın 1-ci maddəsinə əsasən Dövlətin “yurisdiksiyası daxilində hər kəsin Konvensiyada müəyyən olunmuş hüquq və azadlıqlarının təmin edilməsinə” dair ümumi öhdəliyi ilə birlikdə götürülməklə, səmərəli rəsmi istintaqın aparılmasını birbaşa tələb edir. Həmin istintaq məsuliyyət daşıyanların müəyyən edilməsi və cəzalandırılmasına gətirib çıxartmaq iqtidarında olmalıdır. Əks halda, işgəncələrin və qeyri-insani, yaxud alçaldıcı rəftar və cəzaların ümumi hüquqi qaydada qadağan edilməsi, bunun fundamental vacibli yinə baxmayaraq, təcrübədə səmərəsiz olacaqdır və bəzi hallarda, Dövlət nümayəndələrinin faktiki olaraq cəzalandırılmadan öz nəzarəti altında olanların hüquqlarını pozmaq imkanı kimi çıxış edəcəkdir”. Məhkəmə həmin iş üzrə qərarında qeyd etmişdir ki, “3-cü maddə ilə qorunan hüquqların təbiəti 13-cü maddəyə də öz təsirini göstərir. İşgəncənin qadağan olunmasının böyük əhəmiyyətini və işgəncəyə məruz qalmış şəxslərin aciz vəziyyətini nəzərə alaraq, 13-cü maddə dövlətlərin üzərinə daxili qanunvericilikdə mövcud olan vasitələrə xələl gətirmədən bütün işgəncə halları üzrə hərtərəfli və səmərəli istintaqın aparılması öhdəliyini qoyur”. Kassasiya protestində istinad olunan, dövlət ittihamçısının qənaətinə görə məhkəmələrin X13 barəsində cinayət işi üzrə sübutların qiymətləndirilməsi zamanı rəhbər tutmalı olduqları cinayət işinin başlanmasının rədd edilməsi haqqında 5 iyun 2023-cü il tarixli qərarına yuxarıda gətirilən Avropa Məhkəməsinin hüquqi mövqeləri əsasında baxdıqda, qərarın araşdırmanın səmərəliliyi və adekvatlığı meyarlarına cavab vermədiyi və bu baxımdan hazırkı iş üzrə çıxarılmış yekun məhkəmə qərarlarının mübahisələndirilməsi üçün yetərli və inandırıcı dəlil olmadığı müəyyən edilir. Odur ki, X16 polis əməkdaşları tərəfindən saxlanıldığı dövrə təsadüf edən xəsarətlərin olmasından, ittiham tərəfinin isə məhkəmədə X13 üzərində olan həmin xəsarətlərin polisin nəzarətində olduğu müddətdə deyil, ona qədər yetirildiyini təsdiq edən dəlillər gətirə bilməməsindən, eyni zamanda Avropa İnsan Hüquqları Məhkəməsinin şərh olunan məsələ üzrə formalaşmış presedent təcrübəsindən çıxış e dərək X1 sonra pis rəftara məruz qalması, məhz bunun təsiri ilə məhkəməyədək icraatda üzərindən aşkar olunmuş narkotik vasitə ilə bağlı etirafedici izahatı, şübhəli şəxs və təqsirləndirilən şəxs qismində dindirmə protokollarındakı ifadələri verməsi haqqında nəticəyə gəlib, həmin sübutları, eləcə də şəxsi axtarış və götürmə aparılması haqqında protokoldakı məlumatları qəbul etməkdən imtina etməsi və cinayət işində qeyd olunan narkotik vasitənin X17 aidiyyətini mötəbərliliklə təsdiq edən sübutlar mövcud olmadığına görə onun CM-in 234.11-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsi haqqında aşağı instansiya məhkəmələrinin nəticəyə gəlməsi CPM-in 33-cü maddəsinin, habelə sübutlar və sübutetməyə dair digər normalarının (o cümlədən CPM-in 125, 143-146-cı maddəl ərinin) pozulması ilə əldə olunmuş qənaət kimi qiymətləndirilə bilməz. Yuxarıda qeyd edilən Ali Məhkəmə Plenum Qərarının 27-ci bəndinə əsasən, şəxsin fiziki və ya psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillər təqdim edildikdə, həmin dəlillər cinayət işinin digər materialları və yaxud məhkəmə istintaqı dövründə əldə edilmiş digər sübutlarla (məsələn, müvafiq ekspertiza rəyi) təsdiqləndikdə, məhkəmə CPM-in 207.6-cı maddəsinə əsasən müvafiq materialları da əlavə etməklə Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət göndərərək aparılmış araşdırmanın nəticələrindən asılı olmayaraq mübahisə edilən ifadənin və yaxud digər sübutun CPM-in 125-ci maddəsinin tələbləri baxımından yolverilən olub-olmaması məsələsini həll edə bilər. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası haqlı olaraq X13 təzyiq altında işgəncə nəticəsində ondan etirafedici ifadələr alınması barədə mübahisələndirilən dəlilləri “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 5 iyun 2023-cü il tarixli qərarını əsas götürməyərək mötəbər hesab etmişdir. Azərbaycan Respublikası CPМ-in 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-in 125.2-ci maddəsinə əsasən аşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: 125.2.1. İnsan və vətəndaşların konstitusiya hüququqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət proses i iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; 125.2.2. zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; 125.2.7. İstintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; CPM-in 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Göründüyü kimi qanunvericilik cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə sübut ed ilməli olan halların müəyyən edilməsinə aid olan məlumatların hüquqi forması kimi sübutların mümkünlüyünü ən vacib şərtlərindən biri kimi məlumatların, sənədlərin və əşyaların əldə edilməsi yalnız CPM-də göstərilən istintaq və məhkəmə hərəkətləri vasitəsi ilə həyata keçirilməsidir. Eyni zamanda istintaq və məhkəmə hərəkətləri CPM-də müəyyən olunmuş tələblərə riayət edilməklə həyata keçirilməlidir. Ümumilikdə, bu qayda əldə edilmiş məlumatların mümkünlüyünün təmin etməyə yönəldilmişdir. CPM-də müəyyən edilmiş proseduraya əməl etmədən CPM-in tələblərinin pozulması ilə əldə edilən məlumatlar, sənədlər və əşyalar sübut kimi qəbul edilə bilməz. Qəbul edilməyən sübutlar hüquqi əhəmiyyət kəsb etmir və ittihamın əsası kimi çıxış edə bilməz, habelə CPM-in 139-cu maddəsində göstərilən hər hansı halı n sübut edilməsi üçün onlardan istifadə edilə bilməz. Bundan əlavə iş materiallarına əsasən müəyyən olunur ki, X13 məhkəməyədək icraat zamanı şübhəli və təqsirləndirilən şəxs kimi verdiyi ilkin etiraf ifadələrinə qiymət verən məhkəmə kollegiyası qeyd etmişdir ki, Azərbaycan Respublikası CPM-in 126.6-cı maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Cinayət işinin materiallarından görünür ki, X23 31 mart 2023-cü il tarixdə saat 16:00 radələrində yaşadığı ünvanın - Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 4 saxlanılaraq Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə aparılmış, həmin Polis Bölməsinin təhqiqatçısı tərəfi ndən 17:32 dəqiqədə şübhəli şəxs qismində tutulmuş, saat 17:55 dəqiqədə isə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxsin barəsində şəxsi axtarış və götürmə faktiki olaraq onun tutulduğu vaxtdan 1 saat 55 dəqiqə sonra aparılmışdır. Təqsirləndirilən şəxs X-in yaşadığı ünvan 15-ci Polis Bölməsinin yaxınlığında yerləşməsinə baxmayaraq onun üzərinə 1 saat 55 dəqiqə sonra şəxsi axtarış keçirilməsinin ağlabatan izahı olmamışdır. Təqsirləndirilən şəxsin saxlanılması ilə şəxsi axtarışın keçirilməsi arasında 2 saata yaxın vaxtın keçməsi narkotik vasitənin onun üzərinə qoyulması ilə bağlı əsaslı şübhələr yaratmışdır. Çünki həmin müddət ərzində təqsirləndirilən şəxs tamamilə polisin nəzarəti altında olmuşdur. Təqsirləndirilən şəxsin saxlanılmasından dərhal və ya qı sa müddət sonra onun üzərinə şəxsi axtarış keçirilməsinin mümkünsüzlüyü ilə bağlı hər hansı sübut mövcud olmamışdır. Bundan əlavə kassasiya məhkəmə kollegiyası iş üzrə “səmərəli müdafiə hüququna” dair kassasiya protestinin dəlillərinə qiymət verərkən qeyd edir ki, cinayət işinin materiallarına əsasən, təhqiqatçı tərəfindən 7 saylı Vəkil Bürosunun vəkillərinin növbətçilik siyahısı iş materiallarına əlavə edilərək müdafiəçi təyin edilməsi barədə qərar qəbul edilib həmin Vəkil Bürosuna göndərilmişdir. Həmin Vəkil Bürosunun vəkili X14 X-ə təqdim olunması barədə protokol tərtib olunmuş, X də təhqiqatçıya ərizə ilə müraciət edərək hüquqlarının həmin vəkil tərəfindən müdafiə edilməsinə etiraz etmədiyini bildirmişdir. 31 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulması barədə həmin gün saat 17:32-də tərtib olunmuş protokolla, o və müdafiəçisi X elə həmin tarixdə imzalamaqla tanış olmuşlar, müdafiəçinin həmin protokolda, habelə müdafiəçinin təyin olunması ilə bağlı tərtib edilmiş digər sənədlərdə imzası vardır. Lakin cəmi 23 dəqiqə sonra şübhəli şəxsin üstünə axtarış keçirilməsi və götürmə aparılması zamanı müdafiəçi həmin istintaq hərəkətlərinin aparılmasında iştirak etməmişdir. Qeyd edilən halı birinci instansiya məhkəməsi iş üzrə məhkumun səmərəli müdafiə hüququnun təmin edilməməsi və faktiki müdafiə hüququnun pozuntusu kimi dəyərləndirərək bu səbəbdən, təqsirləndirilən şəxsin müdafiəçisinin mühüm cinayət prosessual hərəkət kimi “baxış, götürmədə” iştirak etməsindən imtina etməsinə dair iradə ifadəsinin könüllü olmasını inandırıcı hesab etməmiş, apellyasiya məhkəmə kollegi yası isə həmin dəyərləndirmə ilə razılaşmış və belə nəticəyə gəlmişdir ki, təqsirləndirilən şəxsin müdafiə hüququnun təmini sahəsində prosessual qanunvericiliyin tələbləri pozulmuşdur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin “c” bəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsilə özünü müdafiə etmək və ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə belə müdafiədən pulsuz istifadə etmək hüququna malikdir. Cinayət törətməkdə ittiham olunan hər kəsin vəkil tərəfindən səmərəli müdafiə olunmaq hüququ ədalətli məhkəmə araşdırmasının fundamental xüsusiyyətlərindən biridir. Bir qayda olaraq, şübhəli şəxs polis məntəqəsində saxl andığı andan və ya məhkəməyəqədər həbsdə saxlanma zamanı hüquqi yardıma çatım imkanı ilə təmin olunmalıdır. Ümumiyyətlə, təqsirləndirilən şəxsin cinayət mühakimə icraatında səmərəli şəkildə iştirak hüququna təkcə icraatda iştirak deyil, həm də zəruri olduqda, hüquqi yardım almaq hüququ daxildir. Hüquqi yardım hüququnun yalnız nəzəri deyil, praktik və səmərəli olması üçün onun icrası lüzumsuz formal şərtlərin yerinə yetirilməsindən asılı olmamalıdır. Hüquqi yardım almaq hüququ o qədər mühüm əhəmiyyət daşıyır ki, təqsirləndirilən və ya şübhəli şəxs bu hüquqdan yalnız məhdud hallarda imtina edə bilər. AİHM bu hüquqdan imtinanı ciddi surətdə məhdudlaşdırıb və imtina hallarında müvafiq təminatların olmasının vacibliyini vurğulayıb. AİHM bununla bağlı qeyd etdi ki, fərdlər ədalətli məhkəmə ara şdırmasının təminatlarından könüllü istəkləri əsasında birbaşa və ya dolayısı ilə imtina edə bilərlər. Bu halda müvafiq təminatların səmərəliliyi üçün bu imtina: 1) bu hüququn mühümlüyünə mütənasib olan minimum təminatlar mövcud olmalı; 2) imtina könüllü olmalı; 3) bilərəkdən və düşünülmüş şəkildə edilməli; 4) əgər imtina barədə nəticə təqsirləndirilən şəxsin davranışı əsasında çıxarılırsa, sübut edilməlidir ki, o, bu davranışının nəticələrini məntiqlə öncədən görmək iqtidarında olub; 5) şübhəli və ya təqsirləndirilən şəxs müvafiq hüququn məzmunu və həmin hüquqdan imtina etmənin mümkün nəticələri barədə şifahi və ya yazılı şəkildə, sadə və başa düşülən dildə dəqiq və yetərli məlumatla təmin edilməlidir. Cinayət prosessual qanunvericiliyə əsasən təqsirləndirilən şəxs başqa ədalətli məhkəmə araşdırması hüquqları kimi hüquqi yardım hüququndan da imtina edə bilər (istisnalar nəzərə alınmaqla). Lakin təqsirləndirilən şəxsin öz davranışı vasitəsilə müdafiə hüququ çərçivəsində bu əhəmiyyətli hüquqdan dolayı yolla imtina etdiyini deyə bilmək üçün onun öz davranışının nəticələrini ağlabatan çərçivədə əvvəlcədən müəyyən edə biləcəyi nümayiş olunmalıdır. Qeyd edilən tələblərdən çıxış edərək kassasiya məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəmə kollegiyası müdafiəçinin ilkin istintaq hərəkətlərində iştirak etməsinə baxmayaraq, sonradan onun şəxsi axtarış və götürmədə iştirak etməsindən hansı səbəblərdən imtina edildiyini, daha bundan sonra isə yenidən qoşulamasını məntiqi ağlabatan nəticə kimi özünü göstərmir. Odur ki, ittihamın əsasını təşkil edən “şəxsi axtarış keçirilməsi haqqında” 31 mart 2023-cü il tarixli protokolun və ona əlavə edilmiş videoçəkilişin (istintaq hərəkətinin) mötəbərliyi şübhə altına alınır və beləliklə də həmin sübutlar istintaq orqanı tərəfindən X17 CM-in 234.1-1-ci maddəsi ilə elan edilmiş ittihamı təsdiq edən mötəbər sübutlar kimi qəbul edilə bilməz. Kassasiya məhkəmə kollegiyası məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, məhkəməyədək ibtidai istintaq orqanı X17 CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi barədə nəticəyə gələrkən əsasən özünün ibtidai istintaq dövründə etirafedici ifadəsinə, şahidlər-polis əməkdaşlarının ifadələrinə, habelə şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması haqqında protokoluna istinad etmiş, lakin bu sübutların hər biri ayrı-ayrılıqda tədqiq edildikdə və hər bir sübutun möt əbərlik tələblərinə uyğun olub-olmadığı yoxlanıldıqda ittiham əsassız hesab edilməlidir. Göstərilənlərə və apellyasiya məhkəməsinin qərarında ətraflı şəkildə sadalananlara əsasən, apellyasiya məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, ittiham tərəfi X13 təqsirini mötəbər yolla sübuta yetirə bilməmişdir. İttihamın təsdiq olunmasında istifadə olunan sübutlar cinayət-prosessual qanunvericiliyin müəyyən olunmuş mötəbərlik tələblərinə cavab vermir, sübutlar şübhəli və ziddiyyətlidir. İttiham tərəfinin əsaslandığı sübutların kifayət qədər şübhəli məzmuna malik olması məhkəmənin gəldiyi qənaəti daha da möhkəmləndirmişdir. Apellyasiya məhkəməsinin qərarını kassasiya protestinin dəlilləri ilə birgə təhlil edən kassasiya məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya və apellyas iya instansiyası məhkəmələri iş üzrə mövqeyini sübutlara, işin digər faktiki hallarına və qanunun tələblərinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Ali Məhkəməsinin Plenum Qərarlarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin mövqe iş materiallarına və qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, kassasiya protestinin dəlilləri də apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Məhkəmələrin yuxarıda şərh edilən sübutlar barədə qənaətlərinin CPM-in 125.2.1, 137, 144-cü maddələri ilə müqayisəsindən görünür ki, kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda təsvir edilən cinayət- prosessual qaydaların pozuntularına yol verildiyi iddia olunsa da, məhkəmə dinləmələrinin, onların yekununda çıxarılmış bəraət hökmünün yuxarıda göstərilən hallarının bu normalarla müqayisəsindən görünür ki, həmin iddianın əksinə olaraq məhkəmə sözügedən qaydaları pozmamış; baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayətmühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmə tərəfindən hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş; sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış; bəraət hökmü çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmişdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsasl anaraq hesab edir ki, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya protestinin dəlilləri isə əsassızdır. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və A zərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 mart 2024-cü il tarixli hökmü ilə X17 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 may 2024cü il tarixli qərarı kassasiya protestinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-442/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-442/2025
11.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver