Məhkəmə qərarları › İş №1(102)-443/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-443/2020

15.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-443/2020 15.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Kərimov Fərhad Abdulkərim oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu, Məhkumlar Məhkum2, Məhkum1, Müdafiəçilər – Bakı şəhəri 21 saylı Vəkil Bürosunun vəkili Əliyev Tural İslam oğlu və Bakı şəhəri 02 sayl ı Vəkil Bürosunun vəkili Mirmehdizadə Rəşad Mehdi oğlunun iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2018-ci tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum2 və Məhkum1 barələrində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxxx 2018-ci il tarixli qərarından Məhkum2 və Məhkum1 müdafiəçisi Mirmehdizadə Rəşad Mehdi oğlu tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2018-ci tarixli hökmü ilə (sədrlik edən hakim Həsənzadə İradə Xəlil qızı, hakimlər Quliyev Əhməd Paşa oğlu və Paşayev Azər İslah oğlundan ibarət tərkibdə) xx xxxx 1990-cı ildə Bərdə rayonunun Hacallı kəndində anadan olmuş, Azərbaycan Respublikasının v ətəndaşı, orta təhsilli, evli, himayəsində iki nəfər azyaşlı uşağı olan, əvvəllər məhkum edilməmiş, işləməmiş, Bərdə rayonunun Hacallı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Məhkum2 Azərbaycan Respublikası CM-nin 181.3.2-ci maddəsi ilə təqsirli bilinib cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 12 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxxxx 1985-ci ildə Bərdə rayonu Hacallı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum edilməmiş, Bərdə rayonu, Hacallı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Məhkum1 Azərbaycan Respublikası CM-nin 181.3.2-ci maddəsi ilə təqsirli bilinib cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il müddətə azadlıqdan məhrum etmə cəzasına mə hkum edilmişdir. Həmin hökmlə həmçinin, X1, X2 və X3 da təqsirli bilinib məhkum olunmuşlar. Hökmdən Məhkum1 və onun müdafiəçisi Mirmehzadə Rəşad Mehdi oğlu, Məhkum2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim Bayramov Əmir Novruz oğlu, hakimlər Qasımov Əflatun İbrahim oğlu və Məmmədov Namiq Eyyub oğlundan ibarət tərkibdə) xx xxxxxxxx 2018-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətləri təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxxx 2018-ci il tarixli qərarından Məhkum2 və Məhkum1 müdafiəçisi Mirmehdizadə Rəşad Mehdi oğlu kassasiy a şikayətləri vermişlər. İŞİN HALLARİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2018-ci tarixli hökmünə əsasən X1, Məhkum2, X2 və Məhkum1 özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib yaşayış sahəsinə qanunsuz olaraq girməklə və silah qismində istifadə edilən əşyalar tədbiq etməklə hücuma məruz qalmış şəxslərin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın etdikdə özgənin xeyli miqdarda əmlakını ələ keçirmiş, yəni quldurluq cinayət əməlini törətmişlər, X3 özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşdiyi X1, Məhkum2, X2 və Məhkum1 yaşayış sahəsinə qanunsuz olaraq girməklə vəsilah qismində istifadə edilən əşyalar tədbiq etməklə hücuma məruz qalmı ş şəxslərin həyati vəsağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edib özgənin xeyli miqdarda əmlakını ələ keçirməkdə, yəni quldurluq cinayət əməlini törətmələrində köməkçi qismində iştirak etmişdir. Belə ki, X1 özgənin külli miqdarda əmlakını quldurluq yolu ilə ələ keçirmək məqsədi ilə 2017-ci ilin əvvəllərində Bakı şəhəri Nərimanov rayonunun ərazisindəki «Nəriman Nərimanov» metro stansiyasının çıxışının yaxınlığındakı çayxanaların birində təsadüfən tanış olduğu, əvvəllər «xxxx»nın sürücüsü işləyən X3 direktoru X4ün ahıl yaşında böyük həyət evində tək yaşaması, həyat tərzi, evinin və iş yerinin ünvanları, hərəkət marşrutu və evinin quruluşu, yaxın müddətdə özünə məxsus digər klinikanın yerini yaşayış binası inşa edən şirkətlərdən birinə külli miqdarda pula satması, evində 2.000.000 manat məbləğində vəsait saxlaması barədə xəbər alıb özgənin külli miqdarda pulunu ələ keçirmək məqsədi ilə tanışı Məhkum2 və sonuncunun əmisi oğlu Məhkum1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında X4ün evinə basqın etmələrinə dair sövdələşməklə 2017-ci ilin iyul ayı ərzində bir neçə dəfə həmin şəxsin iş yerinə vəyaşadığı ünvana gedərək onu izləmiş, 2017-ci il iyulun 29-da axşam saatlarında Bakı şəhəri Binəqədi rayonunun Biləcəri qəsəbəsindəki avtovağzalda Məhkum2, Məhkum1 və törədəcəkləri quldur basqınında iştirak etmək üçün Bərdə rayonundan gətirdikləri həmkəndliləri X2 ilə özgənin külli miqdarda pulunu ələ keçirmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərkən görüşüb planlaşdırdıqları cinayəti bir daha müzakirə etməklə rollarını bölüşdürmüş, h adisədən sonra ələ keçməmək və anten məlumatları əsasında ifşa olunmamaq üçün avtovağzalda saxladıqları Məhkum1 mobil telefon cihazlarını təhvil verərək ləngimədən dərhal Bərdə rayonuna qayıtmaqdan ötrü əvvəlcədən avtomobil danışıb onları gözləməyini tapşırmaqla basqın edəcəkləri ünvana yola düşmüşlər. X1 2017-ci il iyulun 30-da saat 1 radələrində ünvan 4 ünvanındakı fərdi yaşayış evinin həyətinə hasardan aşıb oradakı «alman ovçarkası» cinsli iti bibər qazı ilə uydurmaqla qapını açaraq Məhkum2 ilə X2ni həyətə buraxmışdır, onlar kustar üsulla hazırlanmış maskalarla sifətlərini örtüb evin divarı ilə dırmaşmaqla açdıqları ikinci mərtəbəsindəki plastik pəncərədən yaşayış sahəsinə qanunsuz olaraq girmiş, X4 və arvadı Zərərçəkmiş şəxsin yatdıqları otağa keçmiş, plastmas xomutlarla qollarını və a yaqlarını bağlamış, əlləri ilə ağızlarını tutmuş, silah qismində istifadə etdikləri tapança formasında suvenir alışqan, dəmir parçası və bıçaq ilə hədə-qorxu gəlib ev sahiblərindən saxladıqları 2.000.000 manat məbləğində pulun yerini soruşmaqla müsbət cavab almadıqda bədənlərinin müxtəlif nahiyələrinə zərbələr vuraraq X4 qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi ilə müşayiət olunan sol təpə nahiyəsinin qançır-şişkinliyi və səthi əzilmiş yarası, sağ bazu nahiyəsinin və sağ mil-bilək oynağı nahiyəsinin arxa səthinin, əlin bayır dərialtı venasının trombotik anevrizması ilə fəsadlaşan qançırları, alının sol yarsının ön səthinin, sol göz qapaqları və gözaltı nahiyənin, sağ gicgah nahiyəsinin, sol qulaq seyvanının ön səthinin, qarının sol-yan səthinin, sol dirsək oynağı nahiyəsinin arx a səthinin, sol said nahiyəsinin, sol bud nahiyəsinin, sol mil-bilək oynağı nahiyəsinin arxa və ön-bayır səthinin, üst və alt dodağın sol yarsınını selikli qişalarına, üst dodağın sağ yarısının selikli qişasına və keçid səthinə qansızmalar, sağ said nahiyəsinin qançırla əhatə olunan səthi kəsilmiş yaraları kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya, Zərərçəkmiş şəxs sağ gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sağ gözaltı nahiyənin qançırı, sol mil-bilək oynağı nahiyəsinin və sol bud nahiyəsinin qançırları, sağ bazu, sağ said, sol bazu nahiyələrinin, sağ süd vəzisinin, sağ əlin İ barmağının və döş qəfəsinin sağ yarısının ön səthinin səthi kəsilmiş yaraları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya a id xəsarətlər yetirib hücuma məruz qalmış şəxslərin həyatları və sağlamlıqları üçün təhlükəli zorakılıqla bağlı olan basqın etməklə pul və qızıl-zinət əşyalarının olduğu yeri demələrinə nail olmuş, X4ün yataq otağında olan komodun üzərindəki əl çantasından 9.865,22 manat məzənnəsi ilə 5.800 ABŞ dolları və 2.200 manat nağd pulunu, şkafın rəflərindən 200 manat dəyərində bir ədəd «Şeyx» ətrini, 80 manat dəyərində bir ədəd dəri bel kəmərini, tumbanın üstündən 20.000 manat dəyərində bir ədəd «Frank Müller» markalı qızıl qol saatını, 200 manat dəyərində bir ədəd sadə mexaniki qol saatını, hərəsinin 20 manat balansı olan 30 manatlıq simkartla bərabər 1.000 manat dəyərində bir ədəd «İ-Phone 6S plus» markalı və hər biri 100 manat dəyərində iki ədəd «Samsung» markalı mobil telefon cihazlarını, X4 on ara müqavimət göstərərkən yastığının altından çıxardığı 200 manat dəyərində bir ədəd «Rohm Black» markalı qaz tapançasını və 20 manat dəyərində bir ədəd suvenir bıçağını götürərək ümumilikdə X4ün xeyli miqdar təşkil edən 34.115,22 manat məbləğində əmlakını ələ keçirib Məhkum1 ilə birgə quldurluq etmişlər; X3 də X1, Məhkum2, Məhkum1 və X2 törətdikləri quldurluq əməlində köməkçi qismində iştirak etmişdir. KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, hadisə baş verən gün zərərçəkmiş şəxslərin evdə olmadıqlarını zənn edib konkret olaraq oğurluq niyyəti ilə həmin ünvana getmişlər və üzərilərində silah və ya silah qismində istifadə oluna bilən əşya olmamışdır. Cinayətin açılmasında fəal iştirak etmiş, istinta qın gedişatına köməklik göstərmişdir. İş üzrə maddi sübut kimi tanınmış bıçaq və “Röhm Blanck” markalı tapança zərərçəkmiş şəxsə məxsus olmuş, zərərçəkmiş şəxs bıçağa və tapançaya əl atıb götürmüş, onlar bıçağı və tapançanı zərərçəkmiş şəxsdən alsalar da, ona qarşı istifadə etməmişlər. Məhkəmə istintaqı zamanı əməlindən səmimi peşiman olduğunu etiraf etmiş, zərərçəkmiş şəxslərə qarşı zorakılıq hərəkətləri etməmişdir. Himayəsində iki azyaşlı övladının olmasını, ilk məhkumluğunu, yaşayış yeri üzrə müsbət xarakterizə olunduğu nəzərə alınmamışdır. Məhkəmə hökmü ilə zərərçəkmiş şəxslərə vurulmuş ziyanın miqdarı məhkumlar arasında müştərək qaydada bölünərsə, onun tərəfindən vurulmuş ziyan 2.519.05 manat müəyyən edilməlidir. Bu isə qanunvericiliyə əsasən az miqdar hesab olunmalıdır. Odur ki, göst ərilənləri nəzərə alaraq, apellyasiya məhkəməsinin qərarını ləğv etməklə işin yenidən apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş edir. Məhkum1 müdafiəçisi Mirmehdizadə Rəşad Mehdi oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, hüquqlarını müdafiə etdiyi Məhkum1 barəsində çıxarılmış hökm və qərar qanunsuz, ədalətsiz və əsassızdır. Belə ki, Məhkum1 əməli Cinayət Məcəlləsinin maddəsi ilə düzgün tövsif olunmamışdır. Bu barədə apellyasiya şikayətində qoyduğu dəlillər araşdırılmamış, həmin dəlillərə hüquqi qiymət verilməmişdir. Məhkəmələr cinayət təqibi üzrə toplanmış bütün sübutları tam, hərtərəfli və obyektiv yoxlamamışdır. Bu cinayət işi üzrə Məhkum1 iki nəfəri tanımışdır. Digər şəxslər X1 və X3ü isə ümumiyyətlə tanımamışdır. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilən X4 və Zərərçəkmiş şəxs Məhkum1i tanımadıqlarını və görmədiklərini bildirmişlər. Məhkəmə Məhkum1 hadisə vaxtı cinayətin digər iştirakçıları ilə birlikdə olmamasına və mobil telefon cihazlarını ona verməmələrinə dair ifadələrə tənqidi yanaşaraq hesab etmişdir ki, onların göstərdikləri özünümüdafiə xarakteri daşımaqla vəziyyətlərini yüngülləşdirmək niyyəti güdür, eləcə də məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ilkin ifadələri və üzləşdirmələr, məhkəməyə təqdim edilən mobil telefon nömrələrinə aid anten məlumatları ilə təkzib olunmuşdur. Məhkum2 və X2 tərəfindən müvafiq qaydada qohumu və həmkəndlisi olan Məhkum1 məsuliyyətdən yayındırmaq məqsədi ilə verilmişdir. Məhkəmənin bu əsası göstərməsi absurddur. Məhkəmə istintaq orqanının gəldiyi səhv nəticəni təkrarlayaraq hüquqlar ını müdafiə etdiyi Məhkum1 əsassız və qanunsuz olaraq xüsusilə ağır cinayəti törətməkdə təqsirli bilmişdir. İstintaq orqanı əvvəldən Məhkum1i ümumiyyətlə bu cinayətin törədilməsində köməkçi qismində iştirak etdiyi nəticəyə gəlmişdir. xx xxxxxxxx 2017-ci il tarixli təqsirləndirilən şəxs qismində qərarında qeyd olunmuşdur ki, cinayət hadisəsini törədəcəkləri ünvana getməzdən əvvəl orada iz buraxmamaq üçün istifadələrində olan mobil telefon cihazlarını onlardan təhvil alaraq özündə saxlamaqla və hadisədən dərhal sonra cinayətin izlərini itirmək üçün onların əslən olduqları Bərdə rayonuna getmələrinin və orada gizlənmələrini təmin etmək məqsədi ilə Bakı şəhəri Beynəlxalq Avtovağzalında onlar üçün taksi danışıb saxlamağını qabaqcadan vəd verməklə quldurluq cinayətinin törədilməsində köməkçi q ismində iştirak etmişdir. Lakin istintaq orqanı yenidən cəlb etdikdə ümumiyyətlə köməkçi qismində iştirakı ittihamdan xaric etmişdir. Məhkəmə, ümumiyyətlə araşdırmamışdır ki, Məhkum1 araşdırılan cinayət hadisəsinin törədilməsində iştirakı nədən ibarət olmuşdur. Məhkum1 əvvəldən təqsirləndirilmişdir ki, guya onun işi telefonları saxlamaq və Bərdə rayonuna qayıtmaq üçün taksi saxlamaq imiş. Məhkəmə istintaqı zamanı qarşılaşdırılan sübutlardan aydın olmuşdur ki, təqsirləndirilən şəxslərdən B.Hacızadə ümumiyyətlə telefonunu söndürərək üzərində saxlamış, X1 telefonunu evdə saxlamış, Məhkum2 telefonu isə batereyasının azalması ilə əlaqədar avtovağzalda olan köşkdə olmuşdur. Bundan başqa isə taksi saxlanması ilə əlaqədar müəyyən olunmuşdur ki, həmin vaxt taksidə 1 nəfər öndə, bunlar isə 3 nəfər a rxada olmaqla Bərdə rayonuna qayıtmışlar. Necə ola bilər ki, quldurluğa gedən şəxslər üçün taksi saxlanılır və həmin taksidə başqa bir şəxs də Bərdə rayonuna qayıdır? Bu bir daha onu təsdiq edir ki, Məhkum1 quldurluq cinayətinin törədilməsində heç bir aktiv hərəkət etməmiş, sadəcə olaraq bu hadisəni sonradan bilməklə hüquq mühafizə orqanına məlumat verməmiş və cinayət yolu ilə əldə olunmuş əmlakı bilməyərək qəbul etmişdir. Məhkum1 ilk dəfədir ki, cinayət məsuliyyətinə cəlb olunur, himayəsində bir nəfər azyaşlı uşağı var, ağır formalı astma xəstəsidir və müsbət xarakterizə olunur. Odur ki, müdafiə tərəfi olaraq, Məhkum1 əməlini CM-nin 181.3.2-ci maddəsindən həmin Məcəllənin 307.1 və 194-cü maddələrinə tövsif edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Kassasiya məhkəmə bax ışında Məhkum1 müdafiəçisi Mirmehdizadə Rəşad Mehdi oğlu kassasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək şikayətin təmin olunmasını xahiş etdi. Daha sonra kassasiya məhkəmə baxışında çıxış edən Məhkum1 kassasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək şikayətin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Həmçinin, Məhkum2 müdafiəçisi Əliyev Tural İslam oğlu çıxış edərək hüquqlarını müdafiə etdiyi Məhkum2 tərəfindən verilmiş kassasiya şikayətini müdafiə etdiyini, Bakı Apellyasiya Məhkəməsi tərəfindən Məhkum2 cəza təyin edilərkən yüngülləşdirici halların nəzərə alınmadığı bildirib, apellyasiya məhkəməsinin qərarını ləğv etməklə, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Kassasiya məhkəmə baxışında çıxış edən Məhkum2 müdafiəçinin mövqeyi ilə razı olduğunu bildirib kassasiya şikayətinin təmin olunmasını xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu çıxış edərək, kassasiya şikayətlərinin dəlillərinin əsassız olduğunu bildirib şikayətlərin təmin olunmamasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlay ır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətlərinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkum2 tərəfindən verilmiş kassasiya şikayətində məhkəmələr tərəfindən barəsində cəza təyin edilərkən yüngülləşdirici halların nəzərə alınm adığı iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirilmişdir. Məhkum1 müdafiəçisi Mirmehdizadə Rəşad Mehdi oğlu tərəfindən verilmiş kassasiya şikayətində Məhkum1 törətdiyi əməlin məhkəmələr tərəfindən düzgün tövsif olunmadığı iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxxx 201 8-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakıları xüsusatları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətlərinin dəlillərini müzakirə edərək, məhkumların və Məhkum2 müdafiəçisinin kassasiya şikayətlərinin təmin olunması, dövlət ittihamçısının isə apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayətləri təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxxx 2018-ci il tarixli qərarı isə kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Təqdiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəmə sinin qərarından görünür ki, Məhkum2 və Məhkum1 verilmiş külli miqdarda əmlak əldə etmək məqsədi ilə, qabaqcadan əlbir olan bir qrup şəxs halında, özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın – yəni, quldurluqla bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında dindirilmiş təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və digər iş materialları ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum2 və Məhkum1 əməllərinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməllər Azərbaycan Respublikası CM-nin 181.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Məhkum1 müdafiəçisi R.M.Mirmehdizadə tərəfindən verilmiş kassasiya şikayətində Məhkum1 cinayət əməlinin tövsifi mübahisələndirilərək, onun həmin cinayət əməlini bilavasitə icra etmədiyi, qabaqcadan əlbir olan bir qrup şəxs halında quldurluq cinayətini törətməkdə digər qrup üzvlərinə köməklik göstərdiyi və məhkəmələr tərəfindən onun əməlinin düzgün tövsif edilmədiyi iddia edili r. Müdafiəçinin kassasiya şikayətinin dəlilləri apelyasiya şikayətində də öz əksini tapmış, apellyasiya məhkəməsində məhkəmə baxışı zamanı bu dəlillər prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırılmış, apelyasiya məhkəməsi müdafiəçinin apelyasiya şikayətinin dəlillləri ilə razılaşmamasının səbəblərini qərarında ətraflı şəkildə əsaslandırmışdır. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüq uq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Kassasiya məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb belə qənaətə gəlir ki, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Məhkum1 ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadələrində ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək Bərdə rayonunda cinayətin törədilməsi üçün alətlərin əldə edilməsindən, cinayətin törədilməsində iştirakına qədər halları ətraflı təsvir etmişdir. Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2005-ci il tarixli qərarının 11-ci bəndində qeyd olunur ki, CM-nin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar CM-nin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-nin 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur. Özgə əmlakının talanmasında bilavasitə iştirak etməyən, lakin cinayətin izinin itirilməsi, cinayətin bilavasitə icraçısına kömək göstərməklə əlaqədar olmayan maneələrin aradan qaldırılması, oğurluq əmlakın özgəninkiləşdirilməsi və s. ilə əlaqədar məsləhətləri və göstərişləri ilə cinayətin törədilməsinə kömək etmiş şəxslərin əməlləri CM-nin 32.5-ci maddəsinə istinad etməklə köməkçi formada iştirakçı kimi tövsif edilməlidir. Məhkəmə kollegiyası iş materiallarını, birinci instansiya məhkəməsinin hökmün ü və apellyasiya məhkəməsinin qərarını bir daha təhlil edib qeyd edir ki, Məhkum1 qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda özgə əmlakını ələ keçirmək məqsədilə quldurluq cinayətinin törədilməsində bilavasitə iştirakı onun əməlinin köməkçi kimi tövsif edilməsinə əsas vermir. Odur ki, kassasiya şikayətində qeyd olunan bu dəlillər özünü müdafiə xarakterli, məhkumun məsuliyyətdən yaxa qurtarmaq məqsədilə uydurduğu fikirlər hesab olunmalıdır. Məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi ü çün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum1 təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmələrin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və birbirini tamamlayan sübutlar birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya məhkəməsinin qərarında ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən sadalamağa zərurət görmür. Məhkum2 kassasiya şikayətində barəsində məhkəmələr tərəfindən cəza təyin edilərkən yüngülləşdirici halların nəzərə alınmadığı iddia olunur. Cəza məsələsini müzakirə edən kassasiya məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Məhkum2 cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar (ilk dəfə olaraq cinayət əməli törətməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, himayəsində iki azyaşlı uşağının olmasını), habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr tərəfindən Məhkum2 islah olunm ası məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, məhkumun kassasiya şikayətinin cəzanın yüngülləşdirilməsi ilə bağlı dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Məhkum2 kassasiya şikayətində zərərçəkmiş şəxsə dəymiş ziyanın məhkumlar arasında müştərək qaydada bölüşdürüldüyü təqdirdə onun tərəfindən vurulmuş ziyanın az miqdar təşkil etməsi ilə bağlı göstərilənlərə əsasən məhkəmə kollegiyası, qeyd edir ki, həmin dəlillər tamamilə əsassızdır. Belə ki, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2005-ci il tarixli qərarının 27-ci bəndində qeyd edilir ki, quld urluq basqını törətmiş şəxs xeyli və ya külli miqdarda əmlakı əldə etmək məqsədi güdmüşsə, lakin faktiki olaraq həmin məbləğlərdə əmlakı əldə etməmişsə (və yaxud əldə etdiyi əmlakın dəyəri azdırsa) bu zaman onun əməli əldə etmək istədiyi əmlakın məbləğindən asılı olaraq müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.4 və ya 181.3.2-ci maddəsi ilə tövsif edilməlidir. İşin mübahisəsiz hallarından göründüyü kimi, məhkumlar əvvəlcədən zərərçəkmiş şəxslərin evindən 2.000.000 manat məbləğində vəsaiti ələ keçirmək məqsədi güdmüşlər və bu niyyətlə həmin evə quldurluq basqını etmişlər və bu halda onların nəticə etibarı ilə 2.000.000 manat deyil, 34.115,22 manat məbləğində pul vəsaitini ələ keçirmələri, həmin əməlin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.4-cü maddəsi i lə tövsif edilməsinə əsas vermir. Bu baxımdan, məhkəmə kollegiyası məhkumun kassasiya şikayətinin dəlillərini müdafiə xarakterli dəlillər kimi qiymətləndirir. Odur ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan (Məhkum2 və Məhkum1 aid hissədə) dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri isə təmin edilməməlidir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutulan əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətlərinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayət ini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum2 və Məhkum1 müdafiəçisi Mirmehdizadə Rəşad Mehdi oğlu tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2018-ci tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum2 və Məhkum1 barələrində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxxx 2018-ci il tarixli qərarı verilmiş kassasiya şikayətlərinə münasibətdə, Məhkum2 və Məhkum1 aid hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar