Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-443/2021 25.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Dadaşov İlqar Ağababaş oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlili şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri Əliyeva Yaqut Bəşir qızının iştirakı ilə, Hacıqabul rayon Məhkəməsinin 20 sentyabr 2018-ci il tarixli hökmü ilə Məhkum, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 234.1 və 237.1ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin 28 yanvar 2019-cu il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Hacıqabul Rayon Məhkəməsinin 20 sentyabr 2018-ci il tarixli, 1(071)-86/2018 saylı hökmü ilə (hakim Əzizov Həmid Novruz oğlunun sədrliyi ilə) 05.02.1966-cı ildə Sabirabad rayonu, Meyniman kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, İİ qrup əlil, təqaüdçü, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Hacıqabul rayonu, Ağacanlı kəndində qeydiyyatda olan və yaşayan, 14 saylı Cəzaçəkmə Müəssisəsində cəzaçəkən, Məhkum oğlu Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü madd ələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il müddətə, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətə və Azərbaycan Respublikası CMnin 237.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Məhkum təyin olunmuş cəzalar qismən toplanılmaqla ona qəti olaraq 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəli 24 may 2018-ci il tarixdən hesablanması, Məhkum barəsində seçilmiş həbs qətimkan tədbirinin d əyişdirilməməsi, Məhkum ərazi narkoloji dispanserdə qeydiyyata alınması müəyyən edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Ələsgər Novruzov (sədrlik edən və məruzəçi), Elşad Əliyev və Kamil Bəşirovdan ibarət tərkibdə) 28 yanvar 2019-cu il tarixli qərarı ilə, Hacıqabul Rayon Məhkəməsinin 20 sentyabr 2018ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. İşin halları: Birinci instansiya məhkəmənin hökmünə əsasən Məhkum satış məqsədi olmadan, istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,209 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində daşıyaraq saxlamış, 30 mart 2018-ci tarixdə, saat 15:00 radəl ərində Şirvan şəhəri, 1 May küçəsində Şirvan şəhər PŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şübhəli şəxs qismində saxlanılaraq polis şöbəsinə gətirilib, üzərində axtarış aparılan zaman 1 ədəd qara rəngli kağız bükümdə təmiz çəkisi 0,209 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə - heroin əynində olan qara rəngli gödəkçənin sağ cibindən aşkar olunaraq götürülmüşdür. Bundan başqa o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib, bu məqsədlə 23 may 2018-ci il tarixdə saat 21 radələrində Hacıqabul rayonu, Ağacanlı kəndində yerləşən “Hacıqabul Quşçuluq Şirkəti” MMC-nin başqa saxlanc yeri hesab edilən ərazisinə qanunsuz daxil olaraq orada su nasosu sexində qoyulan hər birinin qiyməti 500 manat olan Türkiyənin “Tavsan” firmasının istehs alı olan 2 ədəd elektirik ventilyatorunu, qiyməti 1.056 manat təşkil edən uzunluğu 660 metr, 90 mm-lik alüminum elektirik naqilini və qiyməti 2.400 manat olan 35 kv-lıq transformatora birləşən hissədəki 2 ədəd elektirik ayrıcını gizli olaraq talayıb “xxxx” MMC-yə cəmi 4.456 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə tanışı X1 ilə özgənin əmlakını gizli olaraq talamaq barədə razılığa gəlib qabaqcadan əlbir olan bir qrup şəxs halında 24 may 2018-ci il tarixdə saat 22 radələrində Hacıqabul rayonu, Ağacanlı kəndində yerləşən “xxxx” MMCnin başqa saxlanc yeri hesab edilən ərazisinə qanunsuz daxil olaraq orada olan çilingər sexinin qarşısına qoyulmuş ehtiyyatda saxlanıldığından gərginlik altında olmayan 160 Kva gücündə olan elektirik transf ormatorunu sökərək içərisindən alüminium tərkibli sarğıları gizli olaraq talayıb “xxxx” MMC-yə cəmi 4.000 manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda 1 ədəd kağız kəsiyi bükümündə olmaqla ümumi təmiz çəkisi 0,434 qram narkotik vasitə hesab edilən heroini əldə edib əynində olan dama-dama rəngli uzun qol köynəyin üst sol cibində gəzdirdiyi “Bakı” siqaretinin içərisində daşıyaraq saxlamış və 25 may 2018-ci il tarixdə saat 14 radələrində Hacıqabul rayon polis söbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində yaşadığı evin yaxınlığında saxlanılaraq polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparıl an zaman qeyd olunan narkotik vasitə hesab edilən heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, 2018-ci ilin mart ayının ortalarında Hacıqabul rayonu, Ağacanlı kəndində yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan xeyli miqdar təşkil edən 13 ədəd çətənə (kannabis) kollarını əkib, onlara aqrotexniki qaydada qulluq edib yetişdirməklə kultivasiya etmiş və həmin kolların hissələrini toplayıb qurutmaqla təkrarən qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 95,0 qram narkotik maddə olan marixuananı kolların arasında qanunsuz olaraq saxlamış və 25 may 2018-ci il tarixdə yaşadığı evin həyətyanı sahəsində axtarış aparılan zaman 13 ədəd çətənə (kannabis) kolları və həmin narkotik vasitə aşkar edilərək götürülmüşdür. Yuxar ıda qeyd olunan apellyasiya instansiyası məhkəməsinin qərarından narazı qalan Məhkum verdiyi kassasiya şikayətində xahiş edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 yanvar 2019-cu il tarixli qərarı dəyişdirilməklə məhkuma daha yüngül cəza və ya azadlıqdan məhrum etmə cəzası ilə əlaqədar olmayan cəza növü təyin edilsin. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərini məhkum onunla əsaslandırır ki, məhkəmə cəza təyin edərkən yüngülləşdirici halları nəzərə almamış, cinayət işində sübut olunmayan faktlar təsdiqini tapmamışdır. “xxxx” MMC-nin özünə dəymiş ziyan məbləğini mənim oğurlamadığım əşyaların adlarını və reallığa uyğun olmayan qiymətləri mənim üzərimə atmışdır. Apelyasiya instansiya məhkəməsi tərəfindən qərar qəbul olunarkən bu hallar nəzərə alı nmamışdır. Bu səbəbdən, kassator kassasiya şikayətinin təmin olunmasını, mövcud qanunvericiliyi, ailə vəziyyətini və sağlamlığını nəzərə alaraq Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 yanvar 2019-cu il tarixli qərarının dəyişdirilməsini və onun barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikay ətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Kassasiya şikayətinin başlıca dəlili təyin edilmiş cəzanın sərtliyinə və şəxsiyyətinə uyğun olmaması, azadlıqdan məhrum etmə cəzası ilə bağlı olmayan cəza təyin edilməli olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmçinin Azərbaycan Respublika sı CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrin in müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İşdən görünür ki, birinci instansiyası məhkəməsi təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasını, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasını və Azərba ycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasını, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsi tətbiq edilməklə qəti olaraq 05 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasını təyin edərkən onun sağlamlığını, ailə vəziyyətini cəzanı yüngülləşdirən hal kimi nəzərə almışdır. İş materiallarından görünür ki, əvvəlki məhkəmə iclaslarında iştirak edən zərərçəkmiş şəxsin nümayəndəsi X2 ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək bildirmişdir ki, Məhkum zərərçəkmiş şəxs “xxxx” MMC-yə vurduğu ziyanı ödəməmişdir. Kollegiya qeyd edir ki, məhkum zərərçəkmiş şəxslə qarşı zayının ödənilməsinə dair cəhd etməsi barədə heç bir dəlil yoxdur. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tə rəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. Bu baxımdan, Məhkum birinci instansiya üzrə məhkəmə baxışı zamanı zərərçəkmiş şəxsə vurulmuş ziyanın ödənilməsi üçün hər hansı bir hərəkət etməmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın məqsədinə yalnız onun cəmiyyətdən təcrid olunma yolu ilə nail olmaq mümkündür “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarix li qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan da məhkəmə kollegiyası işə baxan məhkəmələrin təqsirləndirilən şəxs Sahıb Ələkbərov barəsində cəza təyini ilə bağlı mövqeyini əsaslı hesab edir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, təyin edilmiş cəza ədalətli və qanunidir, məhkumun şəxsiyyətinə və əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğundur, cəza təyini zamanı cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün nəzərə alınmışdır və cəza növünün dəyişdirilməsi üçün işdə heç bir qanuni əsas yoxdur. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassızdır. Kassasiya şikayətinin dəlilləri ilə əlaqədar həm də qeyd olunmalıdır ki, bu dəlillər apellyasiya məhkəməsinin qarşısınd a da qaldırılmış və həmin məhkəmə bu məsələləri obyektiv araşdıraraq şikayətin həmin dəlillərinin əsassız olması qənaətinə gəlmiş, buna dair nəticəni qərarında ətraflı şərh etmişdir. Apellyasiya məhkəməsinin həmin nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası onlarla razılaşır. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 yanvar 2019-cu il tarixli qərarının ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən Azərbaycan Respublikası A li Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 yanvar 2019-cu il tarixli qərarı Məhkum kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-443/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-443/2021
25.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver