Məhkəmə qərarları › İş №1(102)-443/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-443/2024

20.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-443/2024 20.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və bəraət almış şəxs X11 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 may 2023-cü il tar ixli hökmü ilə X14 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.1-1-ci maddəsi ilə ilə bəraət verilməsinə dair cinayət işi üzrə Baki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 iyul 2023-cü il tarixli qərarından dövlət ittihamçısı Mirzəyev Emil Ağakərim oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 may 2023-cü il tarixli hökmü ilə (hakimlər Qəniyev Faiq Əsəd oğlu (sədrlik edən və məruzəçi), Mahmudov İlham Ağa oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə) X14, 14 iyul 1986-cı il tarixdə Kürdəmir rayonunun Şıxımlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, himayəsində iki azyaşlı uşaqları olan, heç yerdə işləməyən, əvvəllə r Rusiya Federasiyasın Kalininqrad şəhəri Oktyabr Rayon Məhkəməsinin 21 oktyabr 2010-cu il tarixli hökmü ilə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 161-ci maddəsinin 1-ci hissəsinin “Q” bəndi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 16 noyabr 2012-ci ildə cəzasının sonu ilə azad olunmuş, Azərbaycan Respublikasında məhkum edilməmiş, məhkumluğu olmayan, Kürdəmir rayonunun Xırdapay kəndində qeydiyyatda olan, faktiki Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsində fərdi evdə kirayədə yaşayan CM-nin 234.1-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilmişdir. İşin halları: İbtidai araşdırma orqanı tərəfindən X14 qarşı CM-nin 234.1-1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda – təmiz çəkisi 3,921 qram təşkil edən psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlayaraq Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, O.Əfəndiyev küçəsinə daşımış, Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşları tərəfindən 18 sentyabr 2022-ci il tarixdə saat 18:00-da özünü şübhəli apardığı üçün həmin ərazidə saxlanılaraq 13-cü Polis Bölməsinə gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilərkən şalvarının sol yan cibindəki pul kisəsindən bir ədəd içərisində külli miqdarda - 3,921 qram psixotrop maddə metamfetamin olan şəffaf sellofan büküm aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsinin məhkəmə baxışı iclasında iş üzrə toplanmı ş və araşdırılmış sübutlara əsasən X14un ona qarşı irəli sürülmüş ittiham üzrə cinayəti törətməsi sübuta yetirilmədiyindən Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən onun barəsində yuxarıda göstərilən 17 may 2023-cü il tarixli bəraət hökmü çıxarılmışdır. Hökmdən dövlət ittihamçısı Həsənəliyev Babaxan Ramazan oğlu tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Qaraqurbanlı Ramin Afad oğlu (sədrlik edən və məruzəçi), Abbasov Mirzəli Əbdüləli oğlu və İbrahimov Anar Firdovsi oğlundan ibarət tərkibdə) 18 iyul 2023-cü il tarixli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 iyul 2023-cü il tarixli qərarından dövlət ittihamç ısı E.A.Mirzəyev kassasiya protesti verərək həmin qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Kassasiya protestində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) bir sıra normalarına, ibtidai araşdırma orqanı tərəfindən X14a qarşı irəli sürülmüş ittihama, iş üzrə birinci instansiya məhkəməsinin məhkəmə iclasında araşdırılmış sübutlara, habelə iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edib həmin sübutları şərh edərək işin faktiki hallarını mübahisələndirən dövlət ittihamçısı E.A.Mirzəyev kassasiya protestini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi hazırki cinayət işinə baxarkən CPM-nin 416-cı maddəsində nəzərdə tutulan nöqsanlar a yol vermiş, sübutları CPM-nin 143-146-cı maddələrində göstərilən tələblərə uyğun tədqiq edib qiymətləndirməmiş və X14un təqsirsizliyi barədə məhkəmə qərarlarının əsasını yolverilməz sübutlar təşkil etmişdir. Dövlət ittihamçısının ehtimallar üzərində qurulmuş mövqeyinə görə, məhkəmələr öz yekun aktlarında X14un üzərində şəxsi axtarışın tutulmasından 1 saat sonra aparılmasına istinad etməklə şəxsi axtarış prosessual hərəkətinin düzgünlüyünə şübhə ilə yanaşmış, lakin nəzərə almamışlar ki, bu ərəfədə təhqiqatçının yanında icraatında olan işlər üzrə digər şəxslər də ola bilərdi, həmin işlər üzrə başqa bir təxirəsalınmaz hərəkətlərin icra edilməsi ola bilərdi, təhqiqatçının şəxsin tutulması haqqında rəhbərliyə (o cümlədən prosessual rəhbərliyi həyata keçirən prokurora) məlumat verilməsi, tut ulmuş şəxsin mühafizəsini təmin etmək məqsədi ilə konvoyun ayrılması (hansı ki, bu prosesin problemli məsələ olduğunu məhkəmə özü də bilir və demək olar ki, hər gün bu problemlə üzləşir), videoçəkilişin aparılması üçün başqa bir şəxsin bu prosesə cəlb edilməsi, şəxsi axtarışın aparılması üçün də həmçinin əlavə bir işçinin ayrılması, ən əsası isə vəkilin tapılıb işə cəlb edilməsi və s. bu kimi hərəkətlərin icra edilməsi nəzərdə tutulmuşdur. Bundan başqa, məhkəmlər şəxsi axtarış və götürmə hərəkətinin protokolda yazıldığı kimi 30 dəqiqə deyil, cəmi 5 dəqiqə 36 saniyə davam etdiyinə istinad etmişlər. Protest müəllifi bildirmişdir ki, təhqiqatçı və müstəntiqlər videoçarxın qısa və yığcam olunmasını təmin etmək məqsədi ilə (yeri gəlmişkən bu da məhkəmələrin vaxtına qənaət etmək məqsədini daşıyı r) baxış, şəxsi axtarış və s. bu kimi istintaq hərəkətlərinin əsas məqamlarını çəkilişdə əks etdirirlər, bununla da, şübhəli şəxsin, hal şahidlərinin və digər proses iştirakçılarının hüquq və vəzifələrin izah edilməsi, prosedurun aparılma qaydasının digər şəxslərə (o cümlədən operatora) izahları və s. kamera arxasında qalır. Həmçinin məhkəmə qeyd etmişdir ki, videoçəkilişin kim tərəfindən aparılması nə protokoldan, nə də çəkilişin özündən məlum deyil. Protest müəllifi qeyd etmişdir ki, təhqiqatçı çəkilişin hansı kamera vasitəsi ilə aparılması barədə məlumat verir. Kameranı (faktiki isə telefonu) tutan şəxsin kim olması əhəmiyyət kəsb etmir və məhkəmə həmin şəxsi dindirmək istəsəydi və onun şəxsiyyətini müəyyən edilməsi mümkün olmasaydı, bu səbəb bəlkə də məntiqli olardı. Bu şəxs prosesə mü təxəssis kimi deyil, sadəcə texnik kimi dəvət edilmiş, bununla da, onun iştirakçı kimi protokola daxil edilməsinə heç bir zərurəti olmamışdır. Bundan başqa, məhkəmə təqsirləndirilən şəxs X14un şəxsi axtarış zamanı çirkli və nimdaş paltarlarda, o cümlədən əynindəki şalvarın çoxsaylı ləkəli vəziyyətdə olmasını qeyd etmiş və əlavə olaraq X14da baxış zamanı sağ gözünün altında tünd-bənövşəyi rəngli qançır izləri, sol əlinin said nahiyəsinin və sağ budunun üst nahiyyəsində gərtməkli yara xəsarətləri aşkar olunmasını göstərmişdir. Ardınca məhkəmə qeyd etmişdir ki, X14 izahatında bildirmişdir ki, sol əlinin said nahiyəsinin və sağ budunun üst nahiyyəsində xəsarətləri həbs olunmamışdan əvvəl özü-özünə xəsarət yetirməsi nəticəsində, sağ gözünün altındakı xəsarəti isə polis əməkdaşları tərəfindən sa xlanılan zaman almışdır. Məhkəmə öz qərarında təqsirləndirilən şəxs X14a polis tərəfindən təsir (və ya fiziki güc) tətbiq olunmasını istisna etməmiş, halbuki X14un bədəni üzərində aşkar edilmiş xəsarətlərlə bağlı Sabunçu rayon prokurorluğu tərəfindən araşdırma aparılmış və 21 oktyabr 2022-ci il tarixdə qəbul edilmiş qərarla araşdırma nəticəsində cinayət hadisəsinin olması müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmişdir. Bu qərar hazırda da qüvvədədir. Təbii ki, hər hansı şəxsin CM-nin 234-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işləri üzrə ittihamın əsasını şəxsin üzərində aparılan axtarış təşkil edir. Lakin məhkəmələr tərəfindən hazırkı iş üzrə bu istintaq hərəkətinin aparılmasına dair protokolun etibarsız sayılması tam əsassızdır. Həmçinin iş materiallarından gö rünür ki, X14un psixikası qeyri stabildir, xasiyyətin psixopatik cizgiləri müəyyən edilir, özü-özünə xəsarət yetirməyə meyillidir (Bakı İstintaq Təcridxanasında saxlanılarkən yemək qaşığını udmuş, deməsinə görə “şəxsi məsələləri ilə əlaqədar" ağız suyunu sol baldırına yeridərək özü-özünə xəsarət yetirmiş və buna görə üzərində "fleqmonanın açılması” kimi cərrahi əməliyyat icra edilmişdir) və Kürdəmir rayon poliklinikasının psixiatr kabinetində “psixotabənzər davranış, yüngül əqli gerilik və debillik” diaqnozu ilə qeydiyyatda olmaqla vaxtaşırı müalicə almışdır. Göründüyü kimi, cinayət işinin materiallarında və apellyasiya protestində birinci instansiya məhkəməsinin gəldiyi qənaətin qanuni və əsaslılığını təkzib edən kifayət qədər mötəbər dəlillərin olmasına baxmayaraq, apellyasiya instansiya sı məhkəməsi həmin dəlillərin qiymətləndirilməsindən yan keçərək düzgün təhlil aparmamış, ibtidai istintaq zamanı toplanmış sübutları qeyri-obyektiv qiymətləndirməklə, cinayət prosesi tərəfləri arasında tarazlığın qorunmasını və işə obyektiv baxılmasını təmin etməli olduqları halda, müdafiə tərəfinin təqdim etdiyi əsassız dəlillərə üstünlük verməklə çəkişmə prinsipinin tələblərindən və ədalət mühakiməsi funksiyasının hüdudlarından kənara çıxmışdır. Kassasiya protestinin sonunda isə dövlət ittihamçısı E.A.Mirzəyev apellyasiya instansiyası məhkəməsi tərəfindən təqdim olunmuş sübutların CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq tədqiq edilməməsini, hazırki işə aidiyyatı olmayan şəxsin - Xin təqsirsizliyi barədə məhkəmə qərarlarının əsasını yolverilməz sübutlar təşkil etdiyini qeyd edərək onun X14un barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 iyul 2023-cü il tarixli qərarından verdiyi kassasiya protestinin təmin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya protestinin məzmunundan göründüyü kimi, dövlət ittihamçısı E.A.Mirzəyev həmin protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutlar və sübutetməyə dair cinayət-prosessual qanununun tələblərinin pozulmaqla əsassız olaraq X14a CM-nin 234.1-1-ci maddəsi ilə bəraət verilməsini, əhəmiyyətli sübutların tədqiqindən imtina olunmasını, məhkəmənin qəbul etdiyi qərarın əsasını isə yolverilməz sübutlar təşkil etməsini iddia edərək həmin qərarın ləğv edilməsi haqqında kassasiya tələbini CPM-nin 416.1.1-416.1.3-cü maddələrində məhkəmə hökmünün və ya qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.1-416.1.3-cü maddələrinə əsasən isə, məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə, bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassa siya protestini CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar cinayət işinin materiallarını, o cümlədən iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarının qanuniliyini və əsaslılığını yoxlayıb, bu yoxlamanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası növbəti dəfə xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə m ahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüy ünün müəyyən edilməsi başa düşülür. Apellyasiya intansiyası məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunlarının düzgün tətbiq edilib-edilməməsinin yoxlanılması nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutla rın araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən olunması və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Hazırki iş üzrə Bakı Apellyasya Məhkəməsinin Cinayət Kollegiyasının 18 iyul 2023cü il tarixli qərarından verilmiş kassasiya protestinin dəlillərinə cavab verilməsi ilə bağlı məhkəmə kollegiyası daha sonra qeyd ed ir ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsində göstərilmişdir ki, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq v ə azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 63-cü maddəsinin tələbinə görə hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və q orumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sü butlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin ol unmasından söhbət gedə bilməz. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Konvensiyanın) 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutulurur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. CM-nin 2.1 və 2.2-ci maddələrinin tələblərindən görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Bu vəzifələri həyata keçir mək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir. Cinayət məsuliyyətinin əsaslarına dair CM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qanunun bu normasının mənasına görə, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilə n əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-nin 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin ed ilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Bu hüquqi mövqe həmçinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da ifadə olunmuşdur. Həmin Qərara görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəy yən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət Məcəlləsinin qeyd olunan prinsiplərinə əsasən əməlin (hərəkət və hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ g örə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. CPM-nin 8.0-cı maddəsində göstərilmişdir ki, cinayət mühakimə icraatının vəzifələri aşağıdakılardan ibarətdir: 8.0.1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; 8.0.2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; 8.0.3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; 8.0.4. cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; 8.0.5. cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 10.2 və 10.5-ci maddələrinin tələblərindən isə görünür ki, Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəl b edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir. Qanunun bu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. CPM-nin 12.1-ci maddəsinin müddəaları cinayət prosesini həyata keçirən orqanlardan cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etmələrini tələb edir. Cinayət mühakimə icraatının təməl prinsiplərindən olan təqsirsizlik prezumpsiyası prinsipinə görə (CPM-nin 21-ci maddəsi), şəxsin təqsiri CPM- də nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol vermir. CPM-nin 21.2-ci maddəsinə görə bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi belə təsbit edilmişdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-nin 33.1-ci maddəsində isə göstə rilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 33.2 və 32.4-cü maddələrinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-nin 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər lər. Sübutların mümkünlüyünə dair CPM-nin 125.2.1-125.2.10-cu maddələrinin tələblərinə görə, aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: - insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; - zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; - şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyə n şəxsin hüquqlarının pozulması ilə; - cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; - cinayət təqibi üzrə icraatı həyata keçirmək, istintaq və ya digər prosessual hərəkətlər aparmaq hüququ olmayan şəxs tərəfindən bu hərəkətlər edildikdə; - cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə; - istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; - sənədi və ya digər əşyanı tanımağa qadir olmayan, onun həqiqiliyini, mənbəyini, əldə olunma hallarını təsdiq edə bilməyən şəxsdən alındıqda; - məhkəmə iclasında məlum olmayan şəxsdən, y axud müəyyən olunmayan mənbədən alındıqda; - müasir elmi baxışlara zidd üsulların tətbiqi nəticəsində alındıqda. CPM-nin 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. CPM-nin 125.7-ci maddəsinin müddalarından görünür ki, cinayət təqibi üzrə icraat zamanı məlumatlardan, sənədlərdən və əşyalardan sübut kimi istifadə edilməsinin qeyrimümkünlüyünü, habelə onlardan məhdud istifadə edilməsinin mümkünlüyünü prosesi aparan orqan öz təşəbbüsü və ya cinayət prosesi tərəflərinin vəsatəti ilə müəyyən edir. CPM-nin 138.1-ci maddəsinə görə, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 138.2-ci maddəsində müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. CPM-nin 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. ş übhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübut ların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Qanunvericiliyin bu müddəalarından görünür ki, hər bir sübutun yuxarıda qeyd olunan 3 meyar (mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi) əsasında qiymətləndirilməsi tələb olunur. Sübutların mötəbərliyi anlayışı isə zəruri şərt kimi cinayət işi üzrə toplanmış və tədqiq edilmiş hər bir sübutun digərinə uyğun olmasını, onu təsdiq etməsini və antisübutlar tərəfindən təkzib edilə bilməməsini tələb edir. CPM-nin 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə is ə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-nin 351.1-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun b arəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 351.3-cü maddəsinin tələblərindən göründüyü kimi, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlara və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, möt əbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin tələblərinə uyğun olan eyni hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qəraralrında da əksini tapmışdır. Belə ki, “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsi nin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası K onstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi).... Məhkəmə hökmünün əsaslılığını şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra mətndə Avropa Məhkəməsi) təqsirsizlik prezumpsiyası ilə bağlı “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xəl əl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. Avropa Məhkəməsinin yerli məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006-cı il, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006-cı il, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009-cu il tarixli Qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümk ün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququn tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qəbul etdiyi Qərarda Avropa Məhkəməsi göstərmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, “affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür)” prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qətnəmələrin həm mövcudluğundan, həmçin in təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında vurğulanmışdır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 8-10-cu bəndlərində məhkəmələrə izah edilmişdir ki, Konstitusiyanın 63-cü maddəsinə, habelə CPM-nin 33, 125-ci maddələrinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunsuz yolla əldə edilən sübutlardan istifadə edilə bilməz. Məhkəmə öz təşəbbüsü ilə və yaxud cinayət prosesi tərəflərinin vəsatətləri əsasında sübutun CPM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilməsi səbəbindən istifadə edilməsinin qeyri-mümkün olması barədə nəticəyə gəlib, onu sübutların sırasından xaric edərkən qanun pozuntusunun nədən ibarət olmasını əsaslandırmalıdır. CPM-nin 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. Təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin, məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. İşin müəyyən edilmiş faktiki hal larını Konstitusiyanın, beynəlxalq müqavilələrin və cinayət-prosessual qanunvericiliyinin yuxarda şərh edilən normalarının tələbləri, Avropa Məhkəməsinin və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeləri, habelə Ali Məhkəmənin Plenumunun izah və tövsiyələri ilə müqayisə etməklə apellyasiya instansiyası məhkəməsinin qərarını yoxladıqda həmin yekun məhkəmə aktının birinci instansiya məhkəməsinin hökmü ilə birlikdə yuxarıda qeyd olunan prosessual normaların tələblərinə, xüsusilə də CPM-nin 143-146-cı maddələrində nəzərdə tutulmuş sübutların tədqiqi və qiymətləndirilməsi qaydalarına və CPM-nin 349.5-ci maddəsində təsbit olunmuş məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanması, bu sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət edən olması, məhkəmənin müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlarla uyğunluq təşkil etməsi barədə tələblərə cavab verdiyi müəyyən olunur. Məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, ittiham tərəfinin təqdim etdiyi həmin sübutların hamısı və birinci instansiya məhkəməsi tərəfindən cinayət işinə məhkəmədə baxılarkən əldə edilmiş əlavə sübutlar məhkəmə iclasında tam həcmdə araşdırılmış, məhkəmə çıxardığı hökmdə məhz həmin sübutlara istinad etmiş və kassasiya protestinin dəlillərinin əksinə olaraq bu sübutlar həm ayrı-ayrılıqda, həm də məcmu şəkildə qiymətləndirilərək X14un ona elan olunmuş ittiham üzrə cinayət əməlini törətməsinin sübuta yetirilməməsi, ilkin və ibtidai araşdırma zamanı isə sübutların qanun pozuntularına yol verilməklə toplanması barədə nəticəyə gəlmiş, apellyasiya instans iyası məhkəməsi də artıq araşdırılmış sübutların təkrarən tədqiq edilməsinə ehtiyac görməyərək, digər tərəfdən isə cinayət prosesi iştirakçılarının, o cümlədən dövlət ittihamçısının bununla bağlı vəsatətləri olmadığından birinci instansiya məhkəməsinin hökmündən verilmiş apellyasiya protestinə məhkəmə istintaqı aparılmadan baxaraq X14un barəsindəki bəraət hökmünün qanuni və əsaslı olması barədə yekun nəticəyə gəlmişdir. Məhkəmə baxışları zamanı cinayət prosesinin iştirakçılarına, o cümlədən ittiham tərəfinə başqa sübutları da məhkəməyə təqdim etmələri üçün bərabər şərait yaradılmış, lakin işə məhkəmələrdə baxılarkən məhkəmə iclaslarında iştirak edən dövlət itthamçıları ittihamın sübuta yetirilməsi məqsədilə ittiham aktında göstərilən sübutlardan başqa əlavə sübutları məhkəməyə təqdim etm əmişlər. Məhkəmə kollegiyası da iş üzrə birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticə ilə razılaşır və qeyd edir ki, həmin nəticə ehtimallara deyil, aşağıdakı sübutlara və onların təhlilinə və qiymətləndirilməsinə əsaslanmış, digər tərəfdən isə ittihamın əsasına qoyulmuş sübutların əksəriyyəti kobud qanun pozuntularına, o, cümlədən X14un müdafiə hüququnun pozulmasına yol verilməklə əldə edilmişdir. Belə olan halda məhkəmə kollegiyası X14un barəsində bəraət hökmü çıxarmış birinci instansiya məhkəməsinin və onunla razılaşan apellyasiya instansiyası məhkəməsinin iş üçün əhəmiyyət kəsb edən hər hansı sübutun tədqiqindən imtina etməsini, Konstitusiyanın 125-ci maddəsinin VII hissəsinin tələblərinə əməl etməməsini, nəticə etibarı ilə isə CPM-nin 416.1.1-ci maddəsində nəzər də tutulmuş pozuntuya yol vermələrini müəyyən etmir və eyni zamanda onu da qeyd edir ki, dövlət ittihamçısı E.A.Mirzəyev məhkəmələr tərəfindən yekun məhkəmə aktları qəbul edilərkən yolverilməz sübutlardan istifadə edilməsini iddia etsə də, kassasiya protestinin bu dəlili də əsassızdır ona görə ki, həmin aktların əsasına qoyulmuş, bundan əvvəl isə məhkəmə iclaslarında tədqiq olunmuş sübutların qanunsuz yolla əldə edilməsini ittiham tərəfi cinayət təqibinin apellyasiya icraatı mərhələsində mübahisələndirməmiş, həmin sübutların, o cümlədən bəraət almış şəxsin məhkəmə iclaslarında verdiyi ifadələrin CPM-nin 125.2-ci maddəsində sadalanan pozuntularla əldə edilməsi müəyyən olunmamışdır. Bu baxımdan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-nin 416.1.3-cü maddəsində göstərilən pozuntuya da yol verilməmiş və buna görə bu məsələ ilə bağlı da kassasiya protestinin dəlilləri qəbuledilməz sayılmalıdır. Məhkəmələrin gəldikləri nəticə ilə bağlı, habelə kassasiya protestinin dəlillərinə cavab verilməsi üçün məhkəmə kollegiyası məhkəmələrin işin faktiki hallarının müəyyən edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin 17 may 2023-cü il tarixli hökmündə və apellyasiya instansiyası məhkəməsinin 18 iyul 2023-cü il tarixli qərarında istinad olunmuş sübutların bir hissəsinə bir daha müraciət etməyi zəruri sayır. Belə ki, X14 ilkin araşdırma zamanı 18 sentyabr 2022-ci il tarixdə üzərində şəxsi axtarış aparılarkən və tarixi və vaxtı göstərilməyən izahatında ona əldə edərək saxlaması və daşıması iddia olunan bir ədad şəffaf sellofana bükülmüş narkotik vasitəni Xətai rayonu, Əhmədli qəsəbəsindən adını və ünvanını bilmədiyi şəxsdən 30 manata şəxsi istifadəsi üçün almasını bildirsə də, növbəti gün, yəni 19 sentyabr 2022-ci il tarixdə şübhəli, cinayət təqibinin digər bütün mərhələlərində, o cümlədən birinci instansiya məhkəməsinin məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilərkən özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməmiş və ilkin izahatında göstərdiklərini inkar edərək göstərmişdir ki, özü heç vaxt heç bir narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etməmiş, ömründə heç siqaret belə çəkməmişdir. Onun himayəsində iki azyaşlı uşağı var, özü isə əsəbləri yerində olmayan bir insandır. İşi-gücü küçələrdən metal, plastik tullantıları yığıb təhvil verməkdən ibarət olmuş, zəhmətlə qazandığı pulları da ailəsinə sərf etmişdir. Uşaqlarını dolandırmaqda çox çətinlik çəkdiyindən Kürdəmir rayonunda yaşayan anası ona dəstək olmuşdur. Əvvəllər təxminən 4-5 il müddətində yaşadığı Kürdəmir rayonunda Polis İdarəsi ilə könüllü əməkdaşlıq etmiş, əsasən narkotik vasitələrlə mübarizə işində köməklik göstərmişdir. Bakı şəhərinə gələndən sonra təxminən 2-3 il ərzində Nizami rayon Polis İdarəsinin 24-cü Polis Bölməsində könüllü kimi işləmiş, narkotiklərlə mübarizədə polis orqanlarına xeyli kömək etmişdir. Narkotik vasitələrə, belə maddələri satan şəxslərə qarşı nifrət bəslədiyindən böyük həvəslə bu işdə polis əməkdaşlarına dəstək olmuşdur. Bu işinə görə ona bu və ya digər şəkildə pul da ödənilmişdir. Laikn sonradan o, bu işdən uzaqlaşdırıldığından fəhləlik etməyə başlamışdır. Bakı şəhərində olarkən o, Kü rdəmir rayonunda narkotik vasitələrin ticarətinin xeyli artması barədə məlumat aldığından hər dəfə ora gedəndə vəziyyətin həqiqətən pis olduğunu görüb buna etirazını bildirmiş və belə etirazlarına görə polis işçiləri tərəfindən həmişə təqib olunmuşdur. O, Kürdəmir rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı, habelə yerli icra hakimiyyəti orqanlarının qanunsuz hesab etdiyi hərəkətləri barədə müxtəlif instansiyalara şikayətlər ünvanlamış, belə şikayətlərə görə də Kürdəmir rayonunda polis əməkdaşları ilə münasibətləri pozulmuş, orada bir neçə dəfə saxlanılmış, təzyiqlərə məruz qalmış, hətta saxlanılarkən bir neçə dəfə özünə xəsarətlər yetirmişdir. 2022-ci ilin fevral ayında «Kanal 13» internet televiziyasına polis əməkdaşları tərəfindən ona qarşı edilmiş təzyiqlər, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı baş verən özbaşınalıqlar barədə geniş müsahibə vermişdir. Həmin verilişdən sonra ona qarşı münasibət daha da pisləşmişdir. Bundan başqa, o, Daxili İşlər Nazirliyinin qarşısına gedib üstünə benzin tökərək özünü yandırmaq istəmiş, bu prosesi videoya çəkib «Tiktok»da yaymışdır. Daha sonra X14 təkidlə bildirmişdir ki, 18 sentyabr 2022-ci il tarixdə Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsində üzərindən aşkar olunmuş metamfetamin ona məxsus deyil, bu psixotrop maddə polis əməkdaşları tərəfindən onun üstündəki pul qabının içərisinə yerləşdirilərək cibinə qoyulmuş, şərlənərək tutulmuşdur. Bunun da əsas səbəbi odur ki, şərlənərək tutulduğu gündən təxminən bir il əvvəl, yəni 2021-ci ilin sentyabr ayında onun Daxili İşlər Nazirliyinin 102 xidmətinə ünvanladığı bir şikayət ərizəsi üzrə 32-ci Polis Bölməsində araşdırma aparılmışdır. Həmin araşdırmanın nəticəsində onun mənafeyinə uyğun olmayan, qanunsuz hesab etdiyi və şikayətçi kimi ona məlumat verilmədən, surəti təqdim olunmadan qərar qəbul edilmişdir. Belə ki, o vaxtlar 2 azyaşlı uşağı olan X adlı qadınla tanış olmuş və Sabunçu rayonunun ərazisində birlikdə kirayədə yaşamağa başlamışlar. Həmin vaxtlar o, hər gün qazandığı puldan saxlaması üçün Xyə vermiş, həm də evin tələbatını ödəmişdir. Təxminən iki aydan sonra X daha ərinin yanına qayıtmaq istədiyini deyib ondan ayrılıb getmiş, az sonra isə o, dəqiqləşdirmişdir ki, X əri ilə birlikdə Qaraçuxur qəsəbəsində yaşayır. Xnin yanına gedib yenidən bir yerdə yaşamağı təklif etsə də sonuncu bu təkliflə razılaşmamış, o da Xdən saxlamaq üçün verdiyi pullarını istəmişdir. Onun hesablamasına görə Xdə ən azı 800 manat məbləğində pulu qalmışdır. Amma X ona cəmi 50 manat məbləğində pul qaytarmış və həm də sonradan polis orqanlarına onun barəsində şikayət edərək guya əsassız şəkildə ondan pul tələb etdiyini bildirmişdir. Bu şikayətlə bağlı ona 32-ci Polis Bölməsindən zəng edilmiş, zəng edən əməkdaşa rayonda olduğunu bildirmiş, sonra gələcəyini demişdir. 24 sentyabr 2021-ci il tarixdə isə Xnin ona yalandan şər-böhtan atmasından əsəbləşərək bıçaqla özü-özünə qoluna və ayağına xəsarətlər yetirmişdir. Bu xəsarətlərlə bağlı 3 saylı Şəhər Klinikasında müalicə olunmuş, yaralarına tikişlər qoyulmuşdur. X isə polis bölməsində izah etmişdir ki, guya yenidən bir yerdə yaşamaları tələbinə əməl etmədiyindən aralarında mübahisə yaranmış, ona təs ir etmək üçün bu məqsədlə özünə xəsarət yetirmişdir. Araşdırma materialları 32-ci Polis Bölməsindən aidiyyəti üzrə davam etdirilməsi üçün Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə göndərilmiş, lakin həmin bölmədə onun şikayətinə ümumiyyətlə diqqətsiz yanaşılmış, onun qanuni tələbi bir kənara qoyularaq 800 manat məbləğində pulunun Xdən alınıb verilməsi üçün heç bir tədbir görülməmiş, onu heç insan yerinə qoyan olmamış, araşdırmanın yekunu ilə bağlı da ona heç bir yazılı sənəd verilməmişdir. Sonradan bununla bağlı dəfələrlə 13-cü Polis Bölməsinə müraciət etsə də orada onu heç kim dinləməmiş, Bölmənin işçiləri aşkar şəkildə Xnin tərəfini saxlamış, hər dəfə də çox kobud ifadələrlə Bölmədən qovulmuş, ona ağılsız biri kimi münasibət göstərilmişdir. Bütün bunlara etiraz əlaməti olaraq 10 mart 2022-ci il tarixdə 13-cü Polis Bölməsinin qarşısında özü-özünə bıçaqla xəsarətlər yetirmiş və «102» xidmətinə də zəng vuraraq 13-cü Polis Bölməsində ona qarşı edilən haqsızlığa etiraz əlaməti olaraq özünü bıçaqladığını bildirmişdir. Ümumiyyətlə, o, bu məsələ ilə bağlı dəfələrlə «102» xidmətinə zəng vurmuş, Daxili İşlər Nazirliyində, Baş prokurorluqda, Bakı şəhər Baş Polis İdarəsində olmuşdur. Ona edilən bütün hədələrə baxmayaraq 800 manat məbləğində pulunun Xdən alınıb ona verilməsi üçün tədbir görülməsini 13-cü Polis Bölməsindən tələb etməkdə davam etmişdir. Bölmənin bütün əməkdaşları bu uzun müddət ərzində hamısı onu çox yaxşı tanımış, əksəriyyəti işlətdiyi mobil telefonun nömrəsini də bilmişdir. Hətta 13-cü Polis Bölməsinin rəis müavini X33 onunla Bölmədə dəfələrlə görüşüb Xin t ərəfini saxlamış, ondan şikayətlərini dayandırmasını tələb edərək hədə-qorxu gəlmiş, şikayət ərizələrindən imtina etməsini tələb etmişdir. O, da cavabında heç bir şikayətindən imtina etməyəcəyini, şikayətlərini davam etdirəcəyini, iki azyaşlı xəstə uşağı üçün həmin pulun lazım olduğunu bildirmişdir. X33 də sonunda onu hədələyib başına oyun açacağını, özünü də həbs etdirəcəyini demişdir. Yəni, qanuni hesab etdiyi tələbi ilə həmin bölmənin əməkdaşlarını, xüsusən də rəis müavinini uzun müddət narahat etmişdir. Bu vəziyyətə görə 13-cü Polis Bölməsinin işçilərinin ona qarşı hansısa bir pislik edə biləcəklərindən qorxmuş, ona görə də hər yerdə bacardığı qədər ehtiyatlı olmağa çalışmışdır. 18 sentyabr 2022-ci il tarixdə səhər saat 10:00 radələrində Bakıxanov qəsəbəsində «Bakıxanov ticarət mərkə zi»nin yaxınlığında tanımadığı şəxsdən 30 manata sonradan nisbətən artıq qiymətə satmaq məqsədilə köhnə kondisioner mühərriki almış və onu satmaq üçün Nizami rayonundakı 8ci km bazarına apardığı vaxt ***-***-**-** saylı mobil nömrəsindən onun istifadəsindəki nömrəyə tanımadığı şəxsdən zəng gəlmişdir. Zəng edən şəxs özü barədə heç bir məlumat vermədən obyekt sökülməsinə kömək etməsi üçün fəhlə lazım olduğunu bildirmiş və pul müqabilində həmin işə kömək edə bilib-bilməyəcəyini soruşmuşdur. O, həmin zəng edən şəxsə razılıq verməmiş, dəqiq fikir bildirməmişdir. Lakin, bu nömrədən bir neçə dəfə ona zəng edilərək sanki təkid edildiyindən vəziyyət onu çaşdırmış və ilk ağlına gələn o olmuşdur ki, tanımadığı şəxsdən aldığı köhnə kondisioner mühərriki oğurluq ola bilər və məsuliyyətə cəlb edilməsi ü çün düşünülmüş şəkildə belə bir plan qurula bilər. Ona görə də o, özünü sığortalamaq, həqiqətən də aldığı köhnə kondisioner mühərrikinin oğurluq olmasından heç bir məlumatı olmadığını bildirmək üçün həmin naməlum şəxsin sonuncu zəngindən sonra bir qədər düşünüb qərara gəlmiş və 18 sentyabr 2022-ci il tarixdə saat təxminən 14:50 radələrində özünün istifadəsindəki ***-***-**-** saylı mobil telefonu vasitəsilə Daxili İşlər Nazirliyinin «102» xidmətinə zəng edib həmin gün Bakıxanov qəsəbəsində yerləşən “Tolkuçka” adlanan yerdən bir nəfərdən aldığı işlənmiş kondisioner mühərrikinin oğurluq olmasından şübhələndiyini bildirərək bununla öağlı araşdırılma aparılmasını xahiş etmişdir. Bundan bir qədər sonra ona 13-cü Polis Bölməsindən təhqiqatçı X22 zəng vuraraq onu «102» xidmətinə müraciəti ilə əla qədar izahat vermək üçün Bölməyə çağırmışdır. Təhqiqatçı sonra da bir-iki dəfə zəng vurmuş, o da mütləq gələcəyini bildirmişdir. Həmin vaxt metronun «Xalqlar Dostluğu» stasiyasının yaxınlığında olmuş, orada telefonunu da həmişə yemək yediyi tanış bir kafedə enerji yığması üçün şəbəkəyə qoşmuş, təhqiqatçının zənglərindən sonra köhnə kondisioner mühərrikini də özü ilə götürüb taksiyə minərək 13-cü Polis Bölməsinə getmişdir. Yəni, telefonu elə kafedə şəbəkəyə qoşulu vəziyyətdə qalmış, bölməyə telefonsuz getmişdir. Əgər telefonla getsə idi, mütləq polis əməkdaşları onu götürə bilərdi.lər. Saat təxminən 17 radələrində o, Polis Bölməsinə gəlmiş, təhqiqatçı X22 onun şikayəti ilə bağlı onun adından ərizə tərtib edib imzalatmış, izahatını almış, onun izahatını ala-ala kabinetdə çay içmiş, yəni arxa yın bir vəziyyət olmuşdur. Ərizəsi tərtib olunub izahatı alındıqdan sonra təhqiqatçı əgər lazım olarsa onunla əlaqə saxlayacağını demiş və təxminən saat 17:50 radələrində, ola bilsin ki, hətta 18:00 radələrində o, bölmədən çıxmış, köhnə kondisioneri isə bölmədə təhvil vermişdir. 13-cü Polis Bölməsindən çıxanda elə qapının qabağında dayanmış dörd nəfər polis əməkdaşı dərhal ona yaxınlaşmışdır. Onlardan adını Şahid 2 kimi bildiyi şəxs ona müraciət edib «Tural, salam» demiş, onu saxlayıb elə yerindəcə üst-başını yoxlamış, üstündəki pulqabısını götürmüşdür. O, qardaşının qəbrinə and içib heç nəyi olmadığını bildirmiş, özü də fəhlə paltarında, üst-başı çirkli, ayağında isə köhnə tünd rəngli çəkələklər olmuşdur. Sonra da polis əməkdaşları onu bölmənin qarşısındakı yolun digər tərəfinə keçirmiş, dəqiq ad və soyadlarını sonradan bildiyi mülki geyimdə olan əməliyyat müvəkkilləri Şahid1, Şahid2, ad-soyadını bilmədiyi digər iki əməkdaş onu bir avtomobilə əyləşdirmiş, özləri ilə yaxın küçədə bir dövrə vurmaqla təxminən 10 dəqiqə avtomobildə gəzdirmiş və daha sonra yenidən 13-cü Polis Bölməsinə gətirmişlər. Yəni, onun «102»-yə zəngi ilə bağlı izahat verib çıxandan sonra bu şəkildə yenidən Bölməyə gətirilməsinin arası ən uzağı 15 dəqiqə çəkmişdir. Avtomobildə olarkən polis əməkdaşlarına metal qırıntıları toplamaqla uşaqlarına çörək pulu qazandığını bildirib içində pulu olan pulqabısını özünə qaytarmalarını xahiş etsə də onun xahişi yerinə yetirilməmiş, həmin vaxt pulqabısının içərisində 100 manat məbləğində pulu, açarı və «Ətağa»nın kiçik və köhnəlmiş şəkli olmuşdur. Polis əməkdaşları onu Bölməyə gətirən kimi döyüb işgəncə verməyə başlamışlar. Nə qədər xahiş edib yalvarsa da fikir verən olmamış, ona görə də şeyxülislamla qohum olduğunu, bölmənin rəis müavini X33in də şeyxin qohumu olmasını bildirib belə götürəndə X33lə də qohumluğunun çatdığını demişdir. Polis əməkdaşları çox yəqin ki, bu barədə X33i məlumatlandırmışlar, çünki az sonra gəlib ona yaxınlaşan X33 daha artıq şiddətlə onu vurmağa başlamış, dedikləri qaydada hərəkət etməli olacağını, lazımi sənədləri də imzalayacağını tələb etmiş, digər polis əməkdaşları isə onun pulqabısının içərisinə sellofan bükülü qoyub narkotik vasitə aşkar olunma kimi rəsmiləşdiriləcəyini demişlər. Bundan sonra Şahid1 Bölmədən çıxarkən ondan götürdükləri pulqabısının içərisinə sellofan bükümdə narkotik vasitə qoyub pulqabısını cibinə qo ymağa çalışmışdır. O, buna kəskin etirazını bildirib pulqabısını çıxardıb tullamış, özünü yerə çırpmış, müqavimət göstərmiş, qışqırmağa başlamışdır. Vəziyyəti belə görən polis əməkdaşları ona iki dönər və iki ədəd də «Coca-cola» içkisi gətirmiş və yemək yeyib sakitləşməsini təklif etmiş, amma o, yeməyin tərkibinə narkotik vasitə qatılmasından və sonra da onu ekspertə göndərib yoxladanda qanından narkotik çıxacağından ehtiyatlanıb dönərləri yeməmiş, «Cola»nı içməmiş, bölmədəki su kranına yaxınlaşıb krandan su içmişdir. Şahid 2 onun əllərini qandalla bağlamış, sonra X33 onu yerdə sürümüş, ona tüpürmüş, bu vəziyyətdə də mobil telefonla videoya çəkmiş, həmin video ilə onu şantaj edərək bu videonu kimlərəsə göstərib biabır edəcəyini demişdir. Döyülməsi nəticəsində onun gözünün altı göyərib qara lmış, başqa xəsarətlər də almışdır. Ona deyilmişdir ki, onsuz də sənədləşmə aparılacaq, amma sonradan məhkəmədə olanda bu barədə heç nə deməməlisən. O, da gözünün qaraltısını göstərib onsuz da hakimin xəsarətləri görəcəyini bildirmişdir. Şahid 2 da bu məsələdə xüsusi aktiv olmuş, şəxsi axtarış kimi aparılacaq videoçəkiliş zamanı aşkar ediləcək metamfetaminin özünə məxsus olmasını, şəxsi istifadəsi üçün əldə etdiyini bildirməsi, sonra da bu barədə yalan izahat verməsi tələb olunmuşdur. Ona vəkil verilməsini xahiş və tələb etmiş, amma ona «vəkil yoxdur, indi heç vəkil də lazım deyil, özümüz sənədləşdirəcəyik, lazım olsa vəkil sonra verərik» deyə bildirilmişdir. O, heç cür razılaşmaq istəməsə də təzyiqlərə və fiziki işgəncələrə dözməyərək sonda razılaşmışdır. Cəmi yarım saat əvvəl onun «102» xidmətinə müraciəti ilə əlaqədar izahat vermək üçün Bölməyə çağırmış və izahatını almış təhqiqatçı X22 bu dəfə onun üstündən psixotrop maddə olan metamfetamin tapılması ilə bağlı saxta sənədləşmə tərtib etməyə başlamış və videoçəkiliş aparılmış, o da həmin psixotrop maddənin özünə məxsus olmasını etiraf etməyə məcbur olmuşdur. Ona heç bir hüququ izah olunmamış, heç nə başa salınmamışdır. Təhqiqatçıya da özü müraciət edib demişdir ki, «ay Azər müəllim, bu necə ola bilər ki, yarım saat əvvəl məndən oğurluqdan şübhələnməyimlə bağlı özün bölməyə çağırıb izahat alırdın, indi də üstümə narkotik qoydurub izahat alırsan?» Əslində isə saxlanılarkən onun üzərində heç bir psixotrop maddə olmamışdır. Buna qədər ona hər hansı vəkil təqdim olunmamış, şəxsi axtarışın vəkilin iştirakı olmadan keçirilməsi ilə bağlı heç bir müraciət etməmiş, vəkili bir gün sonra, yəni 19 sentyabr 2022-ci il tarixdə müstəntiqin yanında görmüşdür. Vəkillə bağlı bütün sənədləri, eləcə də başqa digər bütün sənədləri təzyiqlərə məruz qalaraq imzalamışdır. Ona işgəncə və təzyiq göstərmiş rəis müavini X33lə başqa heç bir ədavəti düşmənçiliyi olmamışdır. Şahid1 və Şahid2la da heç bir ədavəti olmamışdır. Dilsuz Məmmədov adlı vəkillə də hazırda xatırladığına görə o, 19 sentyabr 2022-ci il tarixdə müstəntiqin yanında ilk görüşündə xəsarətlərini göstərib vəziyyəti izah etmişdir. Həmin polis əməkdaşlarının onun guya evlərin arasında gəzib dolaşmaqla nə isə axtarması, şübhə doğurması, diqqət cəlb etməsi, verdikləri sualları çətinliklə cavablandırması, saxlanarkən əvvəllər Rusiya Federasiyasında talama cinayətinə görə məhk um olunmasını deməsi və sair məsələlər barədə dedikləri hamısı tam yalan və həqiqətdən uzaqdır. Bu halların heç biri olmamış, onun saxlanması məhz təsvir etdiyi şəkildə baş vermişdir. Şəxsi axtarışda vəkilin iştirakını istəməməsi barədə ərizə yazması da tam yalandır. Əgər belə bir ərizə varsa, onu oxunmadan, mahiyyətini bilmədən imzalamışdır. O təzyiqlərin altında belə üstünə qoyulmuş maddəni öz istifadəsi üçün almasını da bildirməmişdir. Döyülmüş vəziyyətdə çəkilişdə ancaq polislərin diqtə etdiyi şəkildə özünü aparmağa məcbur olmuş, döyülmək və stresdən ayaq üstə güclə dayanmışdır. Sonradan təsvir etdikləri barədə dəfələrlə müstəntiqə bildirsə də ona qulaq asan olmamış, anası də hər yerə bu haqsızlığa görə müraciət etmiş, amma yenə bir kömək olmamışdır. Məhkəmədə barəsində həbs qətimkan tədbiri seçilərkən də o, başına gələnlər barədə bildirmiş, xəsarətlərini göstərmiş, amma orada ona fikir verən olmamış və heç nə olmayıbmış kimi həbs olunmuşdur, hətta bu haqda qəbul olunmuş qərarda özünü təqsirli bilməsi yazılmışdır. Sabunçu rayon prokurorluğunun işçisi sonralar xəsarətlərlə bağlı təcridxanaya yanına gələrkən ondan dəfələrlə məhkəmə-tibbi ekspertizadan keçirilməsini tələb etmiş, şərlənərək həbs olunduğunu, tam günahsız olmasını bildirsə də onu eşidən olmamışdır. Sonralar vəkili onun barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi barədə vəsatətlərlə iki dəfə məhkəməyə müraciət etmiş, onun ailə vəziyyəti və əsəb xəstəsi olması ilə bağlı sənədləri təqdim etmiş, hər dəfə də məhkəmədə günahsız olduğunu deyib heç olmazsa iki körpə uşağına görə ev dustaqlığına buraxılmasını xahiş etsə də nə ona qulaq asan olmamış, nə də müdafiəçisinin vəsatətləri təmin edilməmişdir. Buna görə, o, məcbur olub təcridxanada özünə xəsarətlər yetirmiş, ayağında qanqrena yaratmış, qollarını kəsmiş, lakin bunun da nəticəsi olmamışdır. Cinayət işinin materiallarından göründüyü kimi, ibtidai araşdırma orqanı tərəfindən X14a CM-nin 234.1-1-ci maddəsi ilə elan olunmuş ittiham, həmin maddədə nəzərdə tutulmuş cinayətin obyektiv və subyektiv cəhətlərini əks etdirən xüsusatlar (X14un psixotrop maddəni 30 manat pulun müqabilində şəxsi istifadəsi üçün alaraq üzərində daşıması) onun ilkin araşdırma zamanı verdiyi izahatı əsasında müəyyən edilərək həmin izahat sübut kimi qiymətləndirilib ittihamın əsasına qoyulmuşdur. Sonradan şübhəli və təqsirləndiril ən şəxs qismində dindirilərkən X14 izahatında göstərdiklərini tam inkar etmiş və fərqli məzmunda (yuxarıda təsvir edilmiş) ifadələr vermiş, lakin naməlum səbəbldərdən onun bu ifadələri ibtidai araşdırma orqanı tərəfindən sübut növü kimi qəbul edilməmiş və nəzərə alınmamışdır.dir. Halbuki, 124.2-ci madəsinə əsasən, cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Bu normanın tələblərindən göründüyü kimi, həmin normada şübhəli şəxsin ilkin araşdırma zamanı verdiyi izahatın, hətta həmin izahatda cinayətin törədilməsi halları əksini tapsa belə, sübut kimi qəbul edilməsinə, sonradan isə belə izahatın ittihamın əsasına qoyulmasına yol verilmir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansyası məhkəmələri əsaslı olaraq X14un izahatını onun təqsirliliyini təsdiq edən sübut kimi qəbul etməkdən imtina etmiş və bu zaman həm də aşağıda göstərilənlərə də əməl etmişlər. Əvvəla məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, cinayət-prosessual qanunvericiliyin tələblərinə görə, təqsirləndirilən şəxsin etirafı digər sübutlarla təsdiq edilmədiyi halda belə etiraf ona qarşı ittihamın əsası kimi qəbul edilə bilməz. Belə ki, CPM-nin 126.6-cı maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Kassasiya protestinin dəlillərinə cavab verilməsi üçün cinayət işinin materiallarına müraciət edən məhkəmə kollegiyası daha sonra qeyd edir ki, işdə olan və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, X14un narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı polis orqanlarında heç bir məlumat olmamış, bununla bağlı əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilməmiş və ilkin sənədlərə və polis əməkdaşlarının ifadələrinə əsasən, o, özünü şübhəli apardığına, digər tərəfdən oğurluq əməlini törətməkdə şübhəli bilindiyinə görə saxlanılmışdır. Lakin cinayət işi üzrə toplanmış sübutların təhlili nəticəsində bu kimi əsasların da olmaması müəyyən edilsə də, X14un hər hansı cinayət, o cümlədən oğurluq, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlər törətməsi barədə əməliyyat məlumatı və ya digər məlumat olmadığı halda o, polis əməkdaşları tərəfindən əsassız şübhə ilə tam qanunsuz olaraq tutulmuş, bununla da onun azadlıq hüququ kobud şəkildə pozulmuşdur. Bununla belə təhqiqatçı tərəfindən X14un oğurluq cinayətini törətməsinə görə deyil, məhz CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli bilinərək tutulması barədə qərar qəbul edilmiş və o, bu şübhə ilə tutulmuş, təhqiq at zamanı tərtib edilmiş digər prosessual sənədlər də bu şübhə ilə bağlı olmuşdur. Daha sonra məhkəmə kollegiyası iş materiallarında olan sənədlərə əsaslanaraq vurğulayır ki, X14 18 sentyabr 2022-ci il tarixdə saat 18.30-da təhqiqatçı tərəfindən dəvət edilmiş müdafiəçi - 07 saylı Vəkil Bürosunun vəkili Məmmədov Dilsuz Babək oğlunun iştirakı ilə tutulduqdan bir saat sonra sonuncunun iştirakı olmadan onun üzərində şəxsi axtarış aparılmış və müdafiəçinin iştirak etməməsi X14un kompyuterdə onun adından yazılmış ərizəsi ilə əsaslandırılmışdır. Həmin ərizədə X14 barəsində keçiriləcək şəxsi axtarış zamanı müdafiəçinin iştirakını tələb etməməsini və bu istintaq hərəkətinin müdafəiçi D.B.Məmmədovun iştirakı olmadan aparılmasını xahiş etmişdir. Bundan sonra qeyd olunan istintaq hərəkətinin aparılaca ğı və X14un ərizəsi barədə müdafiəçi D.B.Məmmədovun məlumatlandırılması iş materialları ilə müəyyən edilmir. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən, hesab edir ki, belə olan halda X14un üzərində şəxsi axtarışın müdafiəçinin iştirakı olmadan aparılması zamanı onun müdafiə hüququ da kobud şəkildə pozulmuşdur. Belə ki, CPM-nin 92.6-cı maddəsinin tələbindən görünür ki, cinayət prosesində müdafiəçinin məcburi iştirakını cinayət prosesini həyata keçirən orqan təmin edir. CPM-nin 92.7-ci maddəsinə görə, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsini öz öhdəsinə götürdükdə, müdafiəçi cinayət prosesini həyata keçirən orqana şəxsiyyətini və Azərbaycan Respublikasının ərazisində vəkillik fəaliyyətini həyata keçirmək hüququnu təsdiq edən sənədi, habelə vəkil qurumunun orderini təqdim etm əlidir. CPM-nin 92.12-ci maddəsində müəyyən edilmişdir ki, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçidən imtina etməsi protokolda (ərizədə yox-m.k.) göstərilir. Təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə müdafiəçidən imtinanı yalnız o halda qəbul edir ki, şübhəli və ya təqsirləndirilən şəxs bu barədə ərizəni öz təşəbbüsü ilə könüllü və müdafiəçinin və ya müdafiəçi qismində təyin olunacaq vəkilin iştirakı ilə vermiş olsun. İşə məhkəmədə baxılarkən şübhəli və ya təqsirləndirilən şəxs müdafiəçidən imtina etdikdə bu barədə məlumat məhkəmə iclasında elan olunur. Hüquqi yardımı ödəmək üçün vəsaitin olmaması üzündən, habelə bu Məcəllənin 92.3.2-92.3.5, 92.3.8, 92.3.12, 92.3.13 və 92.3.16-cı maddələrində nəzərdə tutulmuş hallarda şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçidən imtina et məsi qəbul olunmur, ona müdafiəçi məcburi təyin olunur və ya müdafiəçisi qismində təyin olunmuş vəkilin səlahiyyətləri saxlanılır. Qeyd olunmaladır ki, tutulmazdan əvvəl təhqiqatçı tərəfindən X14a müdafiə hüququnun təmin olunması ilə bağlı 13-cü Polis Bölməsinin ərazisində fəaliyyət göstərən Vəkil Bürosunda çalışan vəkillərin siyahısı təqdim edilərək ona öz hüquqlarının müdafiə olunması üçün müdafiəçi seçmək hüququ izah edilmiş, o, isə vəkillə təmin edilməsini xahiş edərək istənilən vəkil tərəfindən hüquqlarının müdafiə olunmasına etiraz etmədiyini bildirmişdir. Eyni zamanda küçələrdə dəmir qırıntılarının yığımı ilə məşğul olan və onları təhvil verərək qazanc əldə edən X14un hüquqi yardımı ödəmək üçün vəsaitinin olması iş materialları ilə müəyyən edilmir. Prosessual qanunvericiliyin, o c ümlədən CPM-nin 92.12-ci maddəsinin tələblərinə, eləcə də birinci instansiya məhkəməsi tərəfindən araşdırılmış sübutlara əsasən, X14un təhqiqat zamanı işgəncəyə, zorakılığa və qeyri insani rəfdara məruz qalmasının müəyyən edilməsinə baxmayaraq təhqiqatçı onun yuxarıda göstərilən ərizəsini qanunsuz olaraq qəbul etmiş və müdafiəçinin iştirakı mütləq şəkildə təmin olunmalı halda şəxsi axtarış istintaq hərəkətini müdafiəçinin iştirakı olmadan, yəni şübhəli şəxsin müdafiə hüququnun kobud şəkildə pozmaqla aparmışdır. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda göstərilən əsaslara görə, yəni hüququ yardımı ödəmək iqtidarında olmayan X14un 18 sentyabr 2022-ci il tarixli ərizəni öz təşəbbüsü ilə könüllü yazması inandırıcı və qanuni müraciət kimi qəbul edilə bilməz. Qeyd olunan hallar qanunvericiliy in aşağıdakı tələbləri baxımından təhlil edildikdə X14un üzərində şəxsi axtarışın və götürmənin aparılması zamanı həmçinin digər qanun pozuntularına da yol verilməsi müəyyən edilir. Belə ki, həm CPM-nin 92.12-ci maddəsində, həm də müdafiə hüququnun təmin edilməsi ilə bağlı prosessual qanunvericiliyinin digər normalarında hər hansı bir istintaq hərəkətinin aparılması üçün şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçidən “müvəqqəti olaraq” imtina etməsi və bunun cinayət təqibini aparan orqan tərəfindən qəbul edilməsi, həmin istintaq hərəkəti aparıldıqan sonra isə eyni müdafiəçinin yenə də işə qoşularaq sonrakı istintaq hərəkətlərinin aparılmasında iştirak eməsi nəzərdə tutulmamışdır ki, bu baxımdan da X14un hazırki iş üzrə təhqiqat zamanı müdafiə hüququnun səmərəli və keyfiyyətli şəkildə t əmin olunmasından söhbət gedə bilməz. Belə qənaəti ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, CPM-nin 207.4-cü maddəsinin tələbinə görə, cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxsə münasibətdə cinayət işi başlanmazdan əvvəl o, tutularkən baxışa və şəxsi axtarışa məruz qala bilər. Axtarışın və götürmənin aparılmasında iştirak edən şəxslərin dairəsini müəyyən edən, prosessual qanunvericilikdə ümumi norma kimi nəzərdə tutulmuş CPM-nin 244.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxs barəsində axtarış və götürmənin aparılmasında onun müdafiəçisi iştirak etmək hüququna malikdir. Həmin istintaq hərəkətinin aparılması barədə müstəntiq tərəfindən əvvəlcədən xəbərdar edilmiş müdafiəçi axtarış və götürmədə iştirak etmək arzusunu bildirdikdə müstəntiq onun bu hüququnu təmin etməlidir. Göründüyü kimi, qanunun bu normasında müdafiəçinin şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılmasında iştirak etməsi onun vəzifəsi yox, hüququ kimi təsbit edilmiş və bu hüquq cinayət təqibini aparan orqan tərəfindən o halda mütləq təmin edilməlidir ki, müdafiəçi əvvəlcədən göstərilən istintaq hərəkətinin aparılması barədə xəbərdar edilsin və sonuncu həmin istintaq hərəkətinin aparılmasında iştirak etmək arzusunu bildirsin, digər tərəfdən isə işin hallarına görə şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçidən imtina etməsinin qəbul edilməsi mümkün olmasın. Həmçinin bu tələblər belə nəticəyə gəlməyə əsas verir ki, ümumi şəkildə təhqiqatçı və ya müstəntiq axtarış və götürmə istintaq hərəkətini aparmazdan əvvəl mütləq şəkildə müdafiəçinin həmin istintaq hərəkətinin apar ılmasında iştirakını təmin etmək vəzifəsi daşımır, lakin şübhəli və ya təqsirləndirilən şəxs artıq müdafiəçiyə malik olduqda (məsələn, bağlanmış müqaviləyə əsasən, yaxud da tutulması zamanı ona müdafiəçi təyin edildikdə) müstəntiqin və təhqiqatçının borcudur ki, bundan sonra bütün istintaq hərəkətlərinin, o cümlədən axtarışın (şəxsi axtarışın) və götürmənin aparılması barədə müdafiəçini xəbərdar edərək onun cinayət prosesində iştirakını təmin etsin. Eyni zamanda müdafiəçinin bu və ya istintaq hərəkətinin aparılmasında, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsində onun iştirakı mütləq şəkildə tələb olunduğu halda da təhqiqatçı və ya müstəntiq bu iştirakı təmin etməlidir. Belə hallarda müdafiəçinin istənilən istintaq hərəkətinin aparılmasında və prosessual məcburiyyət tədbirinin tə tbiq edilməsində iştirakdan imtina etmək hüququ isə yoxdur. İş materiallarından göründüyü kimi, X14un üzərində şəxsi axtarış aparılmazdan əvvəl təhqiqatçı onun müdafiəçisinə müraciət etməyərək və sonuncunun hüquqi yardımı ödəmək imkanında olmaması barədə məlumat verməyərək bu istintaq hərəkətinin aparılmasında iştirak etmək vəzifəsini, habelə özünün də şübhəli şəxsin müdafiə hüququnun təmin edilməsi vəzifəsini daşıdığını ona izah etməmiş, bununla da qanunvericiliyin tələblərinin pozulmasına yol verməklə qüvvəsi olmayan ərizəyə əsaslanaraq şübhəli şəxsin üzərində şəxs axtarış aparmış, ibtidai araşdırma zamanı başqa sübutlar da məhz kobud qanun pozuntuları ilə həmin istintaq hərəkətinin aparılması haqda nəticələrə əsasən toplanmışdır. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, CPM-nin 246. 1-ci maddəsinin tələbinə əsasən, müstəntiq iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək, barəsində istintaq hərəkəti aparılan şəxsin paltarında, əşyalarında və ya bədənində ola bilən əşya və sənədləri, bir qayda olaraq, məhkəmənin qərarı əsasında götürə bilər. CPM-nin 246.2.1-ci maddəsi isə imkan verir ki, şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə onun üzərində məhkəmənin qərarı alınmadan da şəxsi axtarış aparılsın. Bu normaların tələbləri baxımından məhkəmə kollegiyası hesab edir ki, şəxs hər hansı cinayətin törədilməsində şübhəli bilindikdə (bu haqda əməliyyat və ya digər məlumat hüquq-mühafizə orqanına daxil olduqda), o, barəsində “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində nəzərdə tutulmuş zəruri əmə liyyat-axtarış tədbirlərinin (məsələn güdmə, telefon danışıqlarına qulaq asma və s.) tətbiq edilməsi nəticəsində onun olduğu yer müəyyən edildikdən dərhal sonra, yəni təxirə salınmadan həmin yerdə tutula (saxlanıla, yaxalana) bilər və bu zaman onun üzərində, qanunvericiliyin tələb etdiyi və imkan verdiyi kimi, məhkəmənin qərarı olmadan, baxış, axtarş və götürmə kimi istintaq hərəkətləri aparıla bilər. Şəxsin tutulmasının rəsmiləşdirilməsi isə bundan sonra, yəni təxirə salınmadan polis və ya digər hüquq mühafizə orqanlarına gətirildikdən sonra da həyata keçirilə bilər. Buna qədər şəxsin faktiki tutulduğu (saxlanıldığı və ya yaxalandığı) yerdə onun üzərində baxış və ya axtarış kimi istintaq hərəkətinin aparılması zamanı mütləq qaydada müdafiəçi ilə təmin olunması prosessual qanunvericiliyin istər şərh olunan, istərsə də digər normalarında nəzərdə tutulmamışdır, lakin məhkəmə kollegiyasının fikrincə, şəxsin tutulmasının rəsmiləşdirilməsi zamanı müdafiəçinin iştirakı və onun bununla bağlı bütün digər hüquqlarının təmin edilməsi mütləqdir, çünki bu tələb CPM-nin 90.7.5, 90.7.7, 90.7.9 və 92.3.9-cu maddələrinin müddəalarından irəli gəlir. Belə ki, qeyd olunan maddələrə görə, şübhəli şəxs tutulduğu və ya qətimkan tədbirinin seçilməsi haqqında qərar elan olunduğu andan müdafiəçiyə malik olmaq, müstəqil olaraq müdafiəçi seçmək, onun səlahiyyətinə xitam vermək, müdafiəçidən imtina etdiyi halda özü özünü müdafiə etmək, müdafiəçinin yardımından pulsuz istifadə etmək, öz vəsatəti əsasında müdafiəçinin iştirakı ilə ifadə vermək hüquqlarını həyata keçirir və o, şübhəli və ya təqsirləndiri lən şəxs qismində tutulduqda və ya onun barəsində həbs qətimkan tədbiri tətbiq edilərkən müdafiəçinin iştirakı təmin olunmalıdır. Təsvir edilən məsələlərə eyni cür hüquqi yanaşma həmçinin “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.10.1, 92.10.3 və 244.2ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 mart 2019-cu il tarixli Qərarında da əksini tapmışdır. Həmin Qərara görə, CPM-nin 244.2-ci maddəsi ilə müəyyən edilmiş axtarış və götürmənin aparılmasında müdafiəçinin iştirak etmək hüququ müdafiə etdiyi şəxsin qanuni mənafeyini qorumaq məqsədi ilə onun cinayət-prosessual funksiyalarını həyata keçirməsinin təmin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş imkanı ehtiva edir. Bu baxımdan qanunverici müst əntiqin üzərinə belə istintaq hərəkətinin aparılması barədə müdafiəçini əvvəlcədən xəbərdar etmək, müdafiəçi axtarış və götürmədə iştirak etmək arzusunu bildirdikdə isə onun bu hüququnu təmin etmək vəzifəsini qoymuşdur. Axtarış və ya götürmə istintaq hərəkətləri şübhəli və ya təqsirləndirilən şəxsin həm iştirakı ilə, həm də iştirakı olmadan aparılan prosessual hərəkətlərə aiddir. Belə olan halda həmin istintaq hərəkətlərində şübhəli və ya təqsirləndirilən şəxsin iştirak edibetməməsindən asılı olaraq, müdafiəçinin iştirakı məsələsi CPM-nin 92.9.3, 92.10.1 və 92.10.3-cü maddələrinin tələbləri nəzərə alınmaqla həll edilməlidir. Belə ki, həmin istintaq hərəkəti təqsirləndirilən şəxsin iştirakı ilə aparıldıqda CPM-nin imperativ norması olan 92.10.1-ci maddəsinə uyğun olaraq, müdafiəçiyə (artıq təyin edilmiş və ya müqavilə əsasında prosesə buraxılmış – m.k.) müdafiə etdiyi şəxsin qanuni mənafeyinə zidd olaraq bu prosessual hərəkətdə iştirakdan imtina etmək qadağan olunur. Belə istintaq hərəkəti şübhəli və ya təqsirləndirilən şəxsin iştirakı olmadan aparıldıqda isə o, müdafiəçinin həmin istintaq hərəkətində iştirak etməsini tələb edərsə, CPM-nin 92.10.3-cü maddəsinə müvafiq olaraq müdafiəçi belə iştirakdan imtina edə bilməz. Belə ki, müdafiəçinin cinayət prosesində iştirakı, bir qayda olaraq, şübhəli və ya təqsirləndirilən şəxsin iradəsindən asılı olduğundan, o, (müdafiəçi-m.k.) bu hüququ öz mülahizəsi əsasında müstəqil deyil, müdafiəni səmərəli təşkil etmək məqsədilə müdafiə etdiyi şəxslə razılaşdırmaqla həyata keçirməlidir. Məhkəmə kollegiyası xüsusilə onu vurğulamağı lazım bili r ki, Konstitusiya Məhkəməsinin Plenumunun göstərilən Qərarına görə də, istintaq və ya digər prosessual hərəkətlərdə müdafiəçinin mütləq iştirak etməli olduğu hallar mövcud olmadıqda, eləcə də şübhəli və ya təqsirləndirən şəxs bunu tələb etmədikdə cinayət prosesini həyata keçirən orqan tərəfindən müdafiəçinin belə hərəkətlərin aparılmasında iştirakının tələb edilməsi yolverilməzdir. Bu müddəa belə nəticəyə gəlməyə əsas verir iki, müdafiəçinin istintaq və ya digər prosessual hərəkətlərdə mütləq iştirakı qanunvericilikdə nəzərdə tutulduğu hallarda, hətta şübhəli və ya təqsirləndirilən şəxs bundan imtina etdikdə, əvvəla belə imtina təhqiqatçı və ya müstəntiq tərəfindən qəbul edilməməli, digər tərəfdən isə cinayət təqibini aparan orqan tərəfindən müdafiəçidən bu və ya digər istintaq və prosess ual hərəkətlərdə iştirak etməsi tələb olunmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun adı çəkilən Qərarında daha sonra qeyd edilmişdir ki, axtarış və ya götürmə istintaq hərəkətlərinin təxirə salınmadan aparılmasının zəruriliyi nəzərə alınaraq bu istintaq hərəkətlərinin müdafiəçinin iştirakı olmadan həyata keçirilməsi istisna edilməmişdir. Bu halda müstəntiq axtarış və ya götürmənin aparılması barədə əsaslandırılmış qərar çıxarmalıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 12 fevral tarixli Qərarı). İş materiallarından göründüyü kimi, X14un ərizəsini əsassız olaraq qəbul etmiş təhqiqatçı belə qərar da çıxarmamışdır. Bütün göstərilənlər i nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu təhlil etdiyi məsələ ilə bağlı aşağıdakı nəticələrə gəlmişdir: - CPM-nin 92.10.1 və 92.10.3-cü maddələri ilə həmin Məcəllənin 244.2-ci maddəsi arasında hər hansı ziddiyyət mövcud deyildir; - CPM-nin 244.2-ci maddəsində göstərilmiş axtarış və götürmənin aparılmasında müdafiəçinin iştirak etmək hüququ onun şübhəli və ya təqsirləndirilən şəxsin qanuni mənafeyini qorumaq məqsədi ilə cinayət-prosessual funksiyalarını həyata keçirməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş imkanı ehtiva edir; - Konstitusiyanın 61-ci maddəsi baxımından və CPM-nin 92.10.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, həmin Məcəllənin 244-cü maddəsində nəzərdə tutulmuş axtarış və ya götürmə istintaq hərəkətləri şübhəli və ya təqsirləndirilən şəxsin iştirakı ilə aparıldı qda, müdafiəçi müdafiə etdiyi şəxsin qanuni mənafeyini qorumaq məqsədi ilə həmin prosessual hərəkətlərdə iştirakdan imtina edə bilməz; - CPM-nin 92.10.3-cü maddəsinin “özbaşına müdafiədən imtina etmək” müddəası müdafiəçinin müdafiədən tamamilə imtina etməsi ilə yanaşı, müdafiə prosesinin ayrı-ayrı mərhələlərindən, eləcə də üzrsüz səbəbdən hər hansı prosessual hərəkətlərdə iştirak etməkdən imtina etməsini də ehtiva edir. - CPM-nin 92.10.3-cü maddəsinin tələbləri baxımından, həmin Məcəllənin 244-cü maddəsində nəzərdə tutulmuş axtarış və ya götürmə istintaq hərəkətləri şübhəli və ya təqsirləndirilən şəxsin iştirakı olmadan aparıldıqda, müdafiəçi müdafiə etdiyi şəxsin razılığı olmadan həmin istintaq hərəkətlərində iştirakdan imtina edə bilməz. Qanunvericiliyin normalarına yuxarıda göstərlən qaydada verilmiş təfsirdən və Konstitusya Məhkəməsi Plenumunun hüququ mövqeyindən çıxış edərək məhkəmə kollegiyası X14un 18 sentyabr 2022-ci il tarixdə tarixdə saxlanılaraq Polis Bölməsinə gətirilib şübhəli şəxs qismində tutulduqdan sonra onun üzərində müdafiəçinin iştirakı olmadan, lakin şahidlərin – yanız polis əməkdaşlarının iştirakları ilə artıq əhəmiyyətsiz olan şəxsi axtarışın aparılması zamanı şübhəli şəxsin müdafiə hüququnun pozulması halını görür və qeyd edir ki, işə mahiyyəti üzrə baxmış məhkəmələr də bu hala diqqət yetirməklə, ona qanunvericiliyin tələb etdiyi qaydada lazımi hüquqi qiymət vermişlər. X14a qarşı ibtidai araşdırma orqanı tərəfindən irəli sürülmüş ittihamın əsasını təşkil edən şəxsi axtarış və götürmə aparılması barədə 18 sentyabr 2022-ci il tarixli protokoldan görü nür ki, X14 həmin tarixdə saxlanılaraq Sabunçu rayon Polis İdarəsində şübhəli şəxs qismində tutulduqdan bir saat sonra onun üzərində şəxsi axtarışın və götürmənin aparılması başlanmazdan əvvəl (sonuncu saat 18.30-da tutulsa da göstərilən istintaq hərəkəti saat 19.30-dan başlayaraq aparılmışdır) bütün iştirakçılar bu istintaq hərəkətinin aparılması zamanı «Samsung» markalı videokameradan istifadə olunmaqla videoçəkilişin həyata keçirilməsi barədə xəbərdar olunmuş, şübhəli şəxsə CPM-nin hüquqi yardım almaq və müdafiə hüququnun təmin edilməsi ilə bağlı 19-cu maddəsi, habelə CPM-nin 20, 26, 90-cı maddələri izah edilmişdir. Kompüterdə tərtib edilmiş protokolda şübhəli şəxsin əynindəki şalvarın rəngi, içərisində psixotrop maddənin olduğu pul qabının çıxarıldığı ciblə, habelə şübhəli şəxsin sözün ə əsasən «narkotik vasitənin» alındığı pul məbləği ilə bağlı rəqəm əllə qələmlə icra edilərək düzəldilmiş, bu düzəlişin səbəbləri barədə isə heç bir qeyd aparılmamışdır. Yazılı protokola əsasən şübhəli şəxsin üzərindən başqa ümumiyyətlə heç nə aşkar olunmamışdır. Şübhəli şəxsin aşkar olunmuş bükülü ilə bağlı mövqeyi isə belə ifadə olunmuşdur ki, “01 ədəd bükümdə olan maddənin narkotik vasitə olduğunu və öz istifadəsi üçün adının və ünvanın bilmədiyi şəxsdən Xətai rayonu, Əhmədli qəsəbəsindən 30 manata alıb şəxsi istifadəsi üçün üzərində saxlayıb gəzdirdiyini bildirdi”. Protokola əsasən şəxsi axtarış saat 19:30 dəqiqədə, yəni şəxsin rəsmi tutulmasından 1 saat, faktiki tutulmasından isə 1 saat 30 dəqiqə sonra başlanmış və saat 20:00 dəqiqədə bitmiş, yəni istintaq hərəkəti 30 dəqiqə ərzində d avam etmişdir. Lakin iş materiallarında olan yazılı protokolun mənbəyi olan videoçəkilişdə olan görüntülər tam fərqli məzmunda əks olunmuş və bu görüntülər yazılı protokolla ziddiyyət təşkil etmiş, videoçəkiliş və şəxsi axtarış prosesi təhrif olunmuş vəziyyətdə də ittiham aktına daxil edilərək ona sübut kimi istinad edilmişdir. Belə ki, məhkəmədə tədqiq olunmuş həmin videoçəkilişə əsasən şəxsi axtarış və götürmə hərəkəti 30 dəqiqə deyil, cəmi 5 dəqiqə 36 saniyə ərzində aparılmış, lakin bu çəkilişin kim tərəfindən aparılması ümumiyyətlə nə yazılı protokoldan, nə də çəkilişin özündən məlum deyil. Videoçəkilişə əsasən təhqiqatçının xidməti otağında çəkilişi aparan naməlum şəxs tərəfindən videokamera qabaqcadan işlək vəziyyətə gətirilir və təhqiqatçı X22 ayaqüstə gözləmə vəziyyətində dayanır, otağın qapısı açılır və iki nəfər əməliyyat işçisinin müşaiyəti ilə X14 otağı daxil olur. Kameraya baxaraq özünü təqdim edən təhqiqatçı əməliyyat işçilərinə müraciət edib özlərini təqdim etmələrini təklif edir, bu təklifə əsasən Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 özlərini təqdim edirlər. Bundan sonra saxlanılan şəxs – çirkli və nimdaş paltarlarda, o cümlədən əynindəki şalvarı çoxsaylı ləkəli vəziyyətdə olan X21 da hər hansı başqa anket məlumatı səsləndirmədən özünü təqdim edir. X14un sağ gözətrafı nahiyəsinin qızartılı olması müşahidə edilir. Təhqiqatçı tərəfindən saxlanılan şəxsə CM-nin 234.1-ci maddəsi ilə şübhəli bilindiyi, yəni qanunsuz olaraq “narkotik vasitələri üzərində gəzdirmədə və istifadəsində” şübhəli bilinərək 13-cü Polis Bölməsinə gətirildiyi bildirilir. Halbuki, onu saxlamış polis əməkdaşları ifadələrində şəxsin narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olması ilə bağlı heç bir məlumatlarının olmadığını, təsadüfən saxlanıldığını bildirmişlər. X14un Polis Bölməsinə gətirilməsi ilə bağlı raportda da qeyd edilən məlumat yoxdur. Hüquqi yardım almaq və müdafiə hüququnun təmin edilməsi isə təhqiqatçının şübhəli şəxsə tələsik şəkildə bildirilən “hal-hazırda burda vəkil iştirak etməyəcək, buna hansısa bir narazıçılıq etirazınız var?” cümləsindən ibarətdir. Yəni, bu mənzərədən şübhəli şəxsə artıq buna qədər real olaraq vəkilin təqdim edilməsi, vəkilin iştirakı ilə hüquq və vəzifələrinin izah olunması, şübhəli şəxsin tutulması haqqında qərarın elan edilməsi, şübhəli şəxs qism ində tutulma haqqında protokolun tərtib olunması prosesində vəkilin iştirak etməsi, nəhayət bütün bunlardan sonra şübhəli şəxsin rəsmi ərizə ilə müraciət edib şəxsi axtarış zamanı həmin vəkilin - Məmmədov Dilsuz Babək oğlunun iştirakını tələb etməməsi və şəxsi axtarışın müdafiəçinin iştirakı olmadan keçirilməsini xahiş etməsi görünmür. Daha sonra davam edən videoçəkilişdən müəyyən olunmuşdur ki, təhqiqatçının üzərində qanunsuz əşya varsa təqdim etməsinə dair təklifindən sonra X14 şalvarının sol yan cibindən bir ədəd qara rəngli köhnə pulqabısını heç bir söz ifadə etmədən çıxardıb stolun üstünə qoyur. Bundan sonra təhqiqatçının tapşırığı ilə əməliyyat işçilərindən biri şəxsin üstünə “baxış” – axtarış deyil, məhz təhqiqatçının dilindən səslənən göstərişlə baxış keçirir və həmin baxış X14un ş alvarının yuxarı hissəsinə əllə səthi toxunuşdan ibarətdir. Bundan sonra yazılı protokolda qeyd olunduğu kimi, pulqabının içərisindən bir ədəd şəffaf sellofan bükümü X14 çıxarıb təqdim etmir. Həmin bükümü təhqiqatçı özü çıxarır və bükümün bir tərəfini qayçı ilə kəsib açır. Yazılı protokolda əks olunmasa da şübhəli şəxsin qara rəngli dəri pulqabısının içərisindən 100 manat pul, bir ədəd açar və şübhəli şəxsin özünün də “Ətağa”nın şəkli kimi bildirdiyi köhnəlmiş şəkil aşkar olunur. Təhqiqatçı narkotik vasitə deyilən bükümdəki maddəni nə üçün – satmaq, yoxsa istifadə üçün aldığını soruşur, X14 isə cavabında nə satmaq, nə də istifadə məqsədilə alması barədə heç nə bildirmir. Müəyyən fasilədən sonra əməliyyatçının kadr arxasından “Sual verildi, özünçün...” deməsi kimi eşidilən müdaxiləsindən so nra X14 “elə-belə aldım, bilmədim də yəni nədi, dedi satıram, dedim alıram da yəni “ cavabını verir. Bundan sonra videoçəkiliş başqa hər hansı sorğu olmadan davam etdirilir və yalnız qablaşdırma aparılan zərf çəkilməkdə davam edir. Çəkilişin 04:34-cü saniyəsində kadr arxasında X14un «qurtarmır? başım fırlanır» sözləri eşidilir və əməliyyat işçiləri “qoy gözlə qurtarsın...” kimi eşidilən və digər dəqiq eşidilməyən ifadələrlə X14a müraciət edirlər. Çəkilişin davamı eyni qaydada kameranın zərfə istiqamətlənməsi şəklində, habelə imza edən əllər çəkilməklə davam edir və sonda təhqiqatçının “Qablaşdırıldı, mərkəzi ekspertizaya göndəriləcək, hər hansı bir etirazınız var? bununla da baxış sona çatmışdır” sözləri ilə bitir. Göründüyü kimi, yazılı protokolda qeyd olunmuş və ittiham aktında şərh olun an X14un “01 ədəd bükümdə olan maddənin narkotik vasitə olduğunu və öz istifadəsi üçün adını və ünvanı bilmədiyi şəxsdən Xətai rayonu, Əhmədli qəsəbəsindən 30 manata alıb şəxsi istifadəsi üçün üzərində saxlayıb gəzdirdiyini bildirməsi” ümumiyyətlə mövcud deyil. Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərinə cavab verilməsi üçün cinayət işinin materiallarına müraciət edərək daha sonra qeyd edir ki, X14a qarşı CM-nin 234.1-1ci maddəsi ilə irəli sürülmüş ittihamın təsdiq edilməsinə dəlalət edən ibtidai araşdırma orqanı ilə yanaşı dövlət ittihamçısı E.A.Mirzəyevin də əsas və mötəbər sübut hesab etdiyi şəxsi axtarışın və götürmənin aparılması haqqında 18 sentyabr 2022-ci il tarixli protokoldan daha sonra görünən odur ki, həmin istintaq hərəkətinin aparılması zamanı X14un üzərindən aşkar edilərək götürülmüş kütlənin psixotrop maddə - metamfetamin olması ilk olaraq ümumiyyətlə müəyyən edilməmiş, sonuncu və onunla birlikdə təhqiqatçı da həmin kütlənin narkotik vasitə olmasını bildirmiş, bunun həqiqətə uyğun olubolmaması, kütlənin isə, ittihamda göstərildiyi kimi, psixotrop maddə olması həmin vaxt mütəxəssis dəvət olunmaqla aydınlaşdırılmamış, təhqiqatçının da narkotik vasitələrin və psixotrop maddələrin növlərini ayırd edə bilməsi müəyyən edilməmiş, götürülmüş əşya isə həmin prtokolda ətraflı təsvir edilməyərək tərəzidə çəkilməmişdir. Buna görə təsadüfi deyil ki, CPM-nin 128.3-cü maddəsinə əsasən, əşyanın maddi sübuti əhəmiyyəti məhkəmə tərəfindən o halda qəbul olunur ki: 128.3.1. əşya əldə olunduqdan dərhal sonra o, ətraflı təsvir edilməklə, möhürlənməklə və bu kimi hərək ətlər yerinə yetirilməklə onun üzərindəki izlərin əlamətlərinin və xüsusiyyətlərinin əhəmiyyətli surətdə dəyişdirilməsi imkanı aradan qaldırılmış olsun; 128.3.2. şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxs və ya şahid onu bilavasitə məhkəmədə tədqiqdən əvvəl tanısın. CPM-nin 245.8-ci maddəsində isə axtarış və ya götürmə zamanı götürülmüş bütün əşya və sənədlərin istintaq hərəkətinin iştirakçılarına təqdim edilməsi, onların müvafiq olaraq miqdarının, ölçüsünün, çəkisinin, hansı materialdan hazırlanmasının və digər xüsusi əlamətləri göstərilməklə ətraflı təsvir edilməsi və bundan sonra götürülmüş əşyaların və sənədlərin qablaşdırılması, zərurət olduqda isə müstəntiq tərəfindən möhürlənməsi tələb olunur. CPM-nin 247.1.9-cu maddəsində müəyyən edilmişdir ki, axtarış və ya götürmə qurtardıqdan sonra müstəntiq bu istintaq hərəkətlərinə dair tərtib etdiyi protokolda digər hallarla yanaşı axtarış və ya götürmə aparılarkən müşahidə edilmə ardıcıllığı ilə bütün aşkar olunanlar, o cümlədən axtarılan əşya və şəxslərin könüllü surətdə verilməsi hallarının olub-olmaması; istintaq hərəkəti zamanı belə hal baş vermişsə, aşkar edilmiş əşya və sənədləri gizlətmək cəhdləri; götürülmüş əşyaların sayı, ölçüsü, çəkisi, fərdi əlamətləri və digər xüsusiyyətləri göstərilməklə ətraflı təsvir edir. Həmçinin, CPM-nin 245.8-ci maddəsində axtarış və ya götürmə zamanı götürülmüş bütün əşya və sənədlərin istintaq hərəkətinin iştirakçılarına təqdim edilməsi, onların müvafiq olaraq miqdarının, ölçüsünün, çəkisinin, hansı materialdan hazırlanmasının və digər xüsusi əlamətləri göstərilməklə ətraflı təsvir edi lməsi və bundan sonra götürülmüş əşyaların və sənədlərin qablaşdırılması, zərurət olduqda isə müstəntiq tərəfindən möhürlənməsi tələb olunur. İş materiallarından görünür ki, daha sonra təhqiqatçı tərəfindən kompyuterdə X14un izahatı tərtib olunmuş və təhqiqatçının öz imzasından sonra, izahatı həmçinin müdafiəçi D.B.Məmmədov da imzalamışdır. İş materiallarından göründüyü kimi, müdafiəçi D.B.Məmmədov sonrakı müraciətlərində və ibtidai araşdırma zamanı qaldırdığı vəsatətlərində hüquqlarını müdafiə etdiyi şəxsin təhqiqat zamanı fiziki zorakılığa məruz qalmasını dəfələrlə bildirmişdir ki, bu hal da X14un izahatının tərtib olunması qaydası ilə birlikdə belə nəticəyə gəlmək üçün əsas verir ki, müdafiəçi həmin izahatın alınmasında da iştirak etməmişdir. Belə nəticə X14un həmin izahatının heç bir h üquqi əhəmiyyətə malik olmadığını bir daha təsdiq edir. Bundan başqa, işdə olan prosessual sənədlərə əsasən, X14un şübhəli şəxs qismində tutulması 18 sentyabr 2022-ci il tarixdə saat 18.30-da rəsmiləşdirilsə də, o, bu qismdə yalnız 19 sentyabr 2022-ci il tarixdə saat 15.00-dan 16.00-dək, yəni iyrmi saatdan çox vaxt keçdikdən sonra dindirilmişdir ki, bununla da CPM-nin 232.1-ci maddəsinin tələbinin də pozulmasına yol verilmişdir. Halbuki, CPM-nin 232.1-ci maddəsinə əsasən, şübhəli şəxsin dindirilməsi onun tutulmasından və ya barəsində qətimkan tədbirinin tətbiq edilməsi barədə qərar ona elan edildikdən dərhal sonra aparılır. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, həm X14un özünün, həm də onun müdafiəçisinin bəraət almış şəxsin ilkin araşdırma zamanı fiziki zorakılığa məruz qalmasına d air iddiaları ilə bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılaraq 21 oktyabr 2022-ci il tarixli qərarla cinayət işinin başlanması CPM-nin 39.1.1-ci maddəsinə əsasən, yəni cinayət hadisəsi olmadığına görə rədd edilmişdir. Əvvəla həmin qərarın da öyrənilməsi nəticəsində də müəyyən edilmişdir ki, bu prosessual sənəddə əks olunmuş hallar cinayət işinin materialları ilə ziddiyyət təşkil edir. Belə ki, araşdırma zamanı izahatları alınmış polis əməkdaşları Şahid1 Məmməd oğlu və Şahid2, hər birisi ayrı-ayrılıqda verdikləri izahatlarında göstərmişlər ki, X14un narkotik vasitələri üzərində saxlaması və satışı ilə məşğul olması barədə 13-cü Polis Bölməsinə əməliyyat məlumatı daxil olduğuna görə, sonuncu 19 sentyabr 2022-ci il tarixdə saxlanılaraq Bölməyə gətirilmiş və onun üzərində şəxsi a xtarış aparılarkən ondan 4 qrama yaxın çəkidə metamfetamin aşkar edilərək götürülmüş, bu zaman ona qarşı fiziki zorakılıq göstərilməmiş və ona heç bir xəsarət yetirilməmişdir. İş materiallarından isə görünür ki, əvvəla X14 19 sentyabr 2022-ci il tarixdə deyil, 18 sentyabr 2022-ci il tarixdə saxlanılaraq Polis Bölməsinə gətirilmiş, digər tərəfdən isə X14un narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı 13-cü Polis Bölməsinə heç bir məlumat daxil olmamışdır. Məhkəmə kollegiyasının qənaətinə görə, bu kimi ziddiyyətlərin mövcudluğu, habelə araşdırma zamanı məhkəmə-tibbi ekspertizasının keçirilməməsi, X14un bədəni üzərində aşkar edilmiş xəsarətlərin əmələ gəlmə vaxtı, mexanizmi, ağırlıq dərəcəsi, şəxsin özü tərəfindən yetirilib-yetirilməməsinin mümkünlüyü və digər zəruri hallar müəyyən edilmədiyindən, digər tərəfdən başqa şəxslərin də (Müvəqqəti Saxlama Yerinin əməkdaşlarının, sonradan göndərilidiyi İstintaq Təcridxanasında eyni kamerada saxlandığı digər şəxslərin və qeyrilərinin) izahatlarının alınmaması araşdırmanın səthi və natamam aparılmasına dəlalət edir ki, bu baxımdan da məhkəmələr digər sübutların fövqündə əsaslı olaraq X14un saxlanılarkən həqiqətən də fiziki zorakılığa məruz qalması barədə əsaslı nəticəyə gəlmişlər. Belə nəticəyə gəlməkdən ötrü əsaslar isə X14un ifadələri ilə yanaşı ondan ibarət olmuşdur ki, o, 21 sentyabr 2022-ci il tarixdə saat 11:50 radələrində Sabunçu rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən Bakı İstintaq Təcridxanasına gətirildikdə, onun sağ gözünün altında olmuş tündbənövşəyi rəngli qançırın, sol əlinin sai d nahiyəsinin və sağ budunun üst nahiyyəsində gərtməkli yara xəsarətlərinin olması müəyyən edilmişdir. Məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin bu nəticəsi ilə də razılaşır və ilk növbədə qeyd edir ki, Konstitusiyanın 46-cı maddəsinin İİİ hissəsinə əsasən, heç kəsə işgəncə və əzab verilə bilməz. Heç kəs insan ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz qala bilməz. “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 3-cü maddəsinə görə, heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır. CPM-nin 13.1-ci maddəsinə əsasən, cinayət təqibi gedişində insanın şərəf və ləyaqətini alçaldan, təhqir edən, habelə cinayət prosesində iştirak edən şəxslərin həyatı və səhhəti üçün təhlükə törədə biləcək qərarların qəbul edilməsi və ya hərəkətlərə yol verilməsi qadağandır. CPM-nin 13.21-13.2.3-cü maddələrinin tələblərindən görünür ki, cinayət təqibi gedişində heç kəs: - insan ləyaqətini alçaldan rəftara və cəzaya məruz qala bilməz; - insan ləyaqətini alçaldan şəraitdə saxlanıla bilməz; - ləyaqəti alçaldan prosessual hərəkətlərin keçirilməsində iştiraka məcbur edilə bilməz. CPM-nin 15.21 və 15.2.3-cü maddələrinə görə, də cinayət təqibi gedişində işgəncələr vermək, fiziki və psixi zorakılıqdan, o cümlədən tibbi preparatlardan istifadə etmək, aclığa, hipnoza məruz qoymaq, tibbi yardımdan məhrum etmək, digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və cəzalar tətbiq etmək, zərər çəkmiş, şübhəli və ya təqsirləndirilən şəxsdən, habelə cinayət prosesində iştirak edən digər şəxs lərdən zorakılıq, hədə-qorxu, aldatma yolu ilə və onların hüquqlarını pozan sair qanunsuz hərəkətlər tətbiq etməklə ifadə almaq qadağandır. İnsan Hüquqlar üzrə Avropa Məhkəməsi öz presedent təcrübəsində ondan çıxış edir ki, törədilmiş cinayət nə qədər dəhşətli olsa da, Konvensiyanın 3-cü maddəsinin tələblərinə riayət olunmamasına bəraət qazandıra bilməz. Hətta 3-cü maddə ilə qadağan edilən rəftar cinayətkarlıqla mübarizədə, o cümlədən cinayətlərin açılmasında, qarşısının alınmasında real səmərə verə bildiyi hallarda belə yolverilməz olaraq qalır. Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, Konvensiyanın 3-cü maddəsində demokratik cəmiyyətlərin ən əsas dəyərlərindən biri təsbit olunur. Hətta ən çətin şəraitdə, məsələn, terrorçuluqla və mü təşəkkil cinayətkarlıqla mübarizə zamanı Konvensiya işgəncəni, qeyri-insani və alçaldıcı rəftarı və cəzanı tamamilə qadağan edir. Konvensiyanın, onun 1 və 4 saylı protokollarının əksər maddi müddəalarından fərqli olaraq, hətta xalqın həyatına təhlükə törədən fövqəladə hallarda 15-ci maddənin 2-ci bəndinə əsasən 3-cü maddə üçün istisna halının, yaxud qeyd-şərtin edilməsi nəzərdə tutulmur (məsələn, “Selmouni Fransaya qarşı” (Böyük Palata), № 25803/94, § 95, İHAM 1999-V; “Labita İtalyaya qarşı” (Böyük Palata), № 26772/95, § 119, İHAM 2000-İV və “Dikme Türkiyəyə qarşı”, № 20869/92, § 89, İHAM 2000-Vİİİ). Həmin Qərarlarında Məhkəmə həmçinin qeyd etmişdir ki, şəxs polisə aparılarkən sağlam olduğu, azad edildiyi zaman isə bədənində xəsarət müəyyən olunduğu halda həmin xəsarətlərin əmələ gəlməsi s əbəblərinə dair inandırıcı əsaslar gətirilməsi Dövlətin öhdəliyidir, əks halda Konvensiyanın 3-cü maddəsinə əsasən aydın məsələ ortaya çıxır. Bu məsələ üzrə səmərəli araşdırmanın aparılması isə şəxsin məsuliyyətə cəlb edilməsi zamanı xüsusi əhəmiyyətə malikdir (“Tomasi Fransaya qarşı”, 27 avqust 1992-ci il tarixli qərar, A Seriyaları № 241-A, s. 40-41, §§ 108-11 və yuxarıdakı Selmouni işi, § 87). Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə təqsirləndirilən şəxs tutulana qədər və bundan sonrakı sağlamlıq vəziyyəti müqayisə edilərkən onda müvəqqəti saxlama yerində və yaxud istintaq təcridxanasında olduğu dövrə uyğun gələn xəsarətlərin aşkar edilməsi onun işgəncəyə, pis rəftara məruz qalmasını ehtimal etmək üçün əsasdır və belə vəziyyətlərdə şəxsin işgəncəyə məruz qalmamasının subut edilməsi yü kü dövlətin, yəni cinayət prosesində ittiham tərəfinin üzərinə düşür. Məsələn, “Tomasi Fransaya qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi qərara almışdır ki, əgər şəxs həbs olunarkən sağlam olubsa, lakin azad olunarkən onun bədəni üzərində xəsarətlərin olması müəyyən edilirsə, dövlət belə xəsarətlərin səbəbləri barədə inandırıcı izahat təqdim etməlidir, yox əgər dövlət bunu edə bilmirsə, onda Konvensiyanın 3-cü maddəsinin pozulması haqqında məsələnin qaldırılması üçün tam əsas yaranır. Avropa Məhkəməsi şərh olunan mübahisə predmeti, o cümlədən pis rəftarla bağlı iddianı səmərəli şəkildə araşdırmağa müvəffəq ola biləcək orqanlar barədə hüquqi mövqeyini bildirərkən “Layıcov Azərbaycana qarşı” iş üzrə Qərarın 52-ci bəndində qeyd etmişdir ki, Konvensiyanın 2-ci və 3-cü maddələri ilə tələb olun an araşdırmanın səmərəli olması üçün araşdırmanın aparılmasına görə məsul olan və onu həyata keçirən şəxslər hüquqi baxımdan və reallıqda müstəqil və qərəzsiz olmalıdırlar. Bu, yalnız hadisələrə cəlb olunmuş şəxslər arasında hər hansı iyerarxik və ya institusional əlaqənin olmamasını deyil, eyni zamanda praktiki baxımdan müstəqilliyi tələb edir. Lakin, işgəncə barədə iddianın səlahiyyətli prokurorluq orqanı tərəfindən yoxlanılması da, məhkəməni işgəncə barədə məhkəmədə təkrar irəli sürülən iddiaya baxmaq vəzifəsindən azad etmir. Təcrübədə isə rastlaşdığımız vəziyyət əsasən belədir ki, məhkəmələr işgəncə barədə iddiaya cinayət işi üzrə icraatdan kənar prokurorluq tərəfindən baxılması və iddia üzrə cinayət işinin başlanılmasının rədd edilməsi ilə qane olur, araşdırmanın nə dərəcədə keyfiyyət li, səmərəli və adekvat olmasını isə nəzərdən keçirmirlər. Halbuki, heç də işgəncə barədə iddialara baxılması üzrə prokurorluq orqanlarının bütün qərarlarının keyfiyyətli və dərin araşdırmaya əsaslandığını, formallıqdan uzaq olduğunu söyləmək mümkün deyil. Yuxarıda göstərilən konstitusion və konvension tələblərdən və Avropa Məhkəməsinin hüquqi mövqeyindən çıxış edən qanunverici CPM-nin 125.2.2-ci maddəsində müəyyən etmişdir ki, zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Cinayət işinin materiallarıda olan sənədlərdən X14un saxlanılması, tutulması və ya onun üzərində axtarış aparılması ilə bağl ı tərtib edilmiş protokollarda sonuncunun polis bölməsinə gətirilməsindən əvvəl üzərində xəsarətlərin olması ilə bağlı hər hansı qeyd olunması görünmür, hazırki iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşları da X14u saxlayarkən sonuncuda xəsarətlərin olmasını müşahidə etdiklərini bildirməmişlər. Bundan başqa, məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, kassasiya protestində də sübut kimi istinad olunan polis əməkdaşlarının həm ibtidai araşdırma zamanı, həm də birinci instansiya məhkəməsinin məhkəmə iclasında verdikləri ifadələrin hazırki iş üzrə sübut növü qəbul edilməsinin mümkünlüyünə də nəzər yetirilməsi və təhlil olunmasını zəruri hеsab еdir. Bеlə ki, iş materiallarından göründüyü kimi, X14a CM-nin 234.1-1-ci maddəsi ilə ittihamın elan olunmasına əsas kimi ibtidai araşdırma orqanı ittiham aktında şahid qismində dindirilmiş polis əməkdaşları – Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsində əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 və Şahid2 əsaslanmışdır. Bu şəxslərin ifadələrinin sübüt kimi mötəbərliyinin müəyyən olunması və qiymətləndirilməsi baхımından Avropa Məhkəməsi özünün bir çox Qərarlarında uzun müddət formalaşmış yanaşma standartını müəyyən еtmişdir. Belə ki, “Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı” iş üzrə 11 yanvar 2007-ci il tariхli, “İrlandiya Birləşmiş Krallığa qarşı” iş üzrə 18 yanvar 1978-ci il tariхli qərarında, həmçinin bir sıra digər Qərarlarda Məhkəmə göstərmişdir ki, yerli məhkəmələr sübutları qiymətləndirərkən “əsaslı şübhə yеrinin qalmaması” sübutеtmə standartını tətbiq еdirlər. Polis əməkdaşlarının fəaliyyət göstərdikləri orqan tərəfindən aparılan istintaq hərəkətlərinə dair onların vеrdikləri ifadələrin qеyd еdilən standarta uyğun gəlməsi üçün ifadələrin mötəbərliyinə hеç bir şübhə yеri qalmamalıdır. Hazırki işin materiallarına nəzərə yetirildikdə müəyyən olunur ki, adları çəkilən polis əməkdaşları X14un saxlanılaraq Polis Bölməsinə gətirilməsi və onun üzərində axtarışın aparılması barədə şahid kimi ifadə vеrmişlər və ibtidai araşdırma orqanı X14un təqsirlilik məsələsini bu ifadələrə əsaslanmaqla müəyyən edərkən nəzərindən qaçırmışdır ki, onların bu ifadələri cinayətin törədilməsini deyil, onların polis əməkdaşları kimi öz fəaliyyətlərini əks etdirən ifadələr olmuş, X14un ona qarşı irləi sürülmüş ittihamda istinad olunan psixotrop maddəni nə vaxt, kimdən əldə etməsi, hansı müddətdə saxlaması və daşımasını, habelə onun əməlinin CM-nin 234.1-1-ci maddəsi ilə tövsif edilməsi üçün tələb olunan halların müəyyən edilməsi məqsədilə ibtidai araşdırma orqanı heç bir sübut əldə etməmiş, bununla bağlı məhz həmin halları təsdiq edə bilən və maraqları olmayan şəxslər dindirilməmişlər. Buna görə, məhkəmə kollegiyası hazırki iş üzrə təhqiqat və ibtidai araşdırma zamanı yol verilmiş kobud qanun pozuntularının fonunda məhkəmələr tərəfindən polis əməkdaşlarının ifadələrinin hazırki iş üzrə sübut kimi qəbul edilməsinə şübhə ilə yanaşılmasını haqlı hesab edir və qeyd edir ki, X14un ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli olmasına dəlalət edən başqa sübutlar cinayət təqibi zamanı əldə olunmamış və araşdırılmamış, bu kimi sübutlara kassasiya protestində də istinad edilməmişdir. Təhlil edilənlərə əsasən mə hkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi və onunla razılaşan apellyasiya instansiyası məhkəməsi tam qanuni və əsaslı olaraq X14a elan olunmuş ittiham üzrə əməlin aşkar edilməsinə və onun bu əməli törətməsinin sübuta yetirilmiş hesab edilməsinə əsas olmuş bütün sübutları hüquqi qüvvəsi olmayan, yəni CPM-nin 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilmiş sübutlar kimi qiymətləndirməklə X14un hər hansı cinayət əməlini törətməkdə təqsirinin sübuta yetirilməməsi barədə mötəbər nəticəyə gəlmiş və ona bu əsasla bəraət verilməsini mümkün bilmişlər. Bu nəticənin əsasında duran daha bir hal ondan ibarətdir ki, X14 ardıcıl və eyni məzmunda verdiyi ifadələrə görə, 18 sentyabr 2022-ci il tarixdə tutulmamışdan bilavasitə əvvəl DİN-nin “102” xidmətinə etdiyi zənglə ba ğlı 13-cü Polis Bölməsinin təhqiqatçısı polis kapitanı X22un dəvəti ilə həmin bölmədə olmuş və sonuncunun təklifi ilə orada aldığı kondisionerin oğurluq olmasından şübhələndiyi barədə ərizə yazaraq izahat vermişdir. Buna əsas isə həmçinin həmin tarixdə naməlum şəxs tərəfindən ***-***-**-** saylı nömrədən X14un istifadəsindəki ***-***-**-** saylı nömrəyə saat 14:05:15-də zəng edilərək 134 saniyə, saat 14:32:39-da zəng edilərək 125 saniyə, saat 14:40:41-də zəng edilərək 17 saniyə, saat 14:47:17-də zəng edilərək 29 saniyə danışıqların aparılması da olmuşdur. İş materiallırndan göründüyü kimi, X14 şübhəli hesab etdiyi həmin nömrədən gələn sonuncu zəngdən 10 dəqiqə sonra – saat 14:57:03-də Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək 328 saniyə danışmaqla məlumat vermişdir. Bu məluma tdan cəmi 11 dəqiqə sonra isə X14a Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin təhqiqatçısı X22 zəng etmişdir. Belə ki, mobil operatorlar tərəfindən təqdim olunmuş məlumatlara əsasən, X22 özünün istifadəsindəki ***-***-**-** saylı mobil nömrədən X14un istifadəsindəki ***-***-**-** saylı mobil nömrəyə saat 15:08:41-də zəng edərək 63 saniyə, saat 15:12:26-da zəng edərək 40 saniyə, saat 16:28:30-da zəng edərək 72 saniyə danışıq aparmışdır. Bu məlumatlardan həmçinin görünür ki, 18 sentyabr 2022-ci il tarixdə ***-***-**-** saylı mobil nömrə ilə aparılmış son danışıq saat 16:45-ə təsadüf edir və bundan sonra heç bir danışıq qeydə alınmamışdır. Sonuncu danışığı zamanı metronun “Xalqlar Dostluğu” stansiyasının yaxınlığında olduğunu bildirən X14 mobil telefonunu enerji dolması üçün tanış kafedə qoyaraq taksi ilə Bakıxanov qəsəbəsində yerləşən Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə getmişdir. Yola sərf edilən vaxt, Bölmədə onun “102” xidmətinə müraciəti ilə bağlı ərizənin tərtib olunması, izahatının alınması, kondisioner mühərrikinin təhvil verilməsi və digər hərəkətlərə sərf olunan vaxt da nəzərə alınmaqla, bu vaxt sərfinin həcmi ilə bağlı təhqiqatçının özünün də ifadəsində bildirdikləri diqqətdə saxlanılmaqla X14un 13-cü Polis Bölməsindən çıxması məhz saat 18 radələrində mümkün olmuşdur. Onun şübhəli şəxs qismində faktiki dəqiq saxlanılma vaxtı isə təhqiqat orqanı tərəfindən saat 18:00 kimi müəyyənləşdirilmişdir. Qanuni yolla əldə edilmiş sübutlarla, o cümlədən texniki kanallarla ötürülən təkzibedilməz məlumatlar da diqqətdə saxlanılmaqla ciddi, aydın və bir-biri ilə uzlaşan nəticələr əsasında müəyyən edilmiş bu mənzərənin təkzib edilməsi faktiki mümkünsüzdür. Digər tərəfdən, X14 məhz “102” xidmətinə etdiyi şikayətə görə aparılan araşdırma ilə əlaqədar 13-cü Polis Bölməsindən təxminən saat 18 radələrində çıxarkən polis əməkdaşları tərəfindən saxlanması barədə ardıcıl israrlı ifadələr vermişdir. Belə olan vəziyyətdə şəxsin saat təxminən 17 radələrində Bakıxanov qəsəbəsinin, Əfəndiyev küçəsi istiqamətində evlərin arasında gəzib dolaşmaqla sanki nəsə axtarırmış kimi binalara tərəf boylanması səbəbindən şübhələnilərək saxlanılmasına dair polis əməkdaşlarının ifadələri və bu ifadələrə uyğun tərtib edilmiş sənədləşmələr ziddiyyətli vəziyyət yaratmışdır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, X14un ifadələrində göstərdiyi yuxar ıdakı halları birinci instansiya məhkəməsinin məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin təhqiqatçısı X22 da təsdiq etmişdir. Belə ki, onun verdiyi ifadələrdən görünür ki, o, 18 sentyabr 2022-ci il tarixdə xidmət etdiyi bölmədə növbədə olmuş, həmin gün günortadan bir qədər keçmiş Daxili İşlər Nazirliyinin «102» xidmətinə vətəndaşın şikayəti ilə bağlı aidiyyəti üzrə 13-cü Polis Bölməsinə yönləndirilmiş məlumat araşdırılması üçün ona həvalə edilmiş, o da X14 adlı şəxsin Bakıxanov qəsəbəsi ərazisində aldığı işlənmiş kondisioner mühərrikinin oğurluq olmasından şübhələnməsi barədə müraciəti üzrə həmin materialları qəbul etmişdir. Bu materiallar üzrə müvafiq araşdırmanın aparılması üçün o, özünün istifadəsindəki ***-***-**** nöm rəli mobil telefonu ilə X14un materiallarda göstərilən ***-***-**-** saylı mobil telefonuna zəng edib özünü təqdim etmiş, Daxili İşlər Nazirliyinin «102» xidmətinə müraciəti ilə əlaqədar izahat verməsi üçün 13-cü Polis Bölməsinə gəlməsini təklif etmişdir. X14 heç bir etiraz etməyib gələcəyini bildirmişdir. Bundan sonra X14u tələsdirmək üçün daha bir neçə dəfə ona zəng etmiş, sonuncu da yolda olduğunu, gəlib çatacağını bildirmişdir. Dəqiq saatını xatırlamır, amma sonuncu telefon danışıqlarından təxminən 30 dəqiqə sonra X14 Bölməyə gəlmiş, o, da bundan sonra şikayəti ilə bağlı X14un adından ərizə tərtib edib ona imzalatmış və izahatını almışdır. Bütün sənədləri o, özü xidməti otağında kompüterdə yazmış, X14 isə yalnız həmin sənədləri Bütün bu prosesə təxminən bir saata yaxın vaxt sərf olun muşdur. Sənədləşdirmə, izahat alma prosesi bitdikdən sonra X14 Bölmədən çıxıb getmişdir. Təxminən bir saat sonra əməliyyat işçiləri X14u bölməyə gətirmiş, onun otağında şəxsi axtarışı keçirilmişdir. Onu gətirən polis əməkdaşlarının sözlərinə görə, ərazidə oğurluq hadisələrinin artması ilə bağlı xidmət apararkən evlərin arasında şübhəli şəkildə gəzən X14u təsadüfən görüb özünü şübhəli apardığına görə saxlayıb Bölməyə, sonra da onun otağına gətirmişlər. Şəxsi axtarışı zamanı X14un üstündən şəffaf sellofanda büküm aşkar olunmuşdur. Aşkar edilmiş maddə ilə bağlı o anda X14un nələrisə deməsini, ümumiyyətlə şəxsi axtarışın detallarını hazırda xatırlamır. Amma hər şey videoçəkilişdə əksini tapmışdır və bütün prosessual hərəkətlər qanuni olmuşdur. Şəxsi axtarış zamanı X14un üstündə mobil telefon a şkar edilməmişdir. Şəxsi axtarış zamanı vəkil iştirak etməmişdir. Müdafiəçi ilə bağlı sənədlər tərtib olunmuşdur. Amma bütün detalları xatırlamır. Onun otağında X14a qarşı hər hansı təsir-təzyiq göstərilməmişdir və şəxsi axtarışı keçirilərkən onun bədəninin görünən nahiyələrində xəsarət izləri görməsini də xatırlamır. Sonradan o, yəni X22 kondisionerin mühərrikinin oğurluq olması şübhəsinə dair materiallar üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul etmişdir. X14un bundan əvvəl 13-cü Polis Bölməsində araşdırılmış hansısa ərizələrinin olmasından məlumatsızdır. Hər halda qeyd etdiyi hallardan başqa onun X14un müraciətləri ilə bağlı icraatında material olmamışdır. Təhlil edilən sübutların prizmasından işin müəyyən edilmiş hallarına diqqət yetirən məhkəmə kollegiyası hes ab edir ki, özünün “102” xidmətinə müraciəti əsasında, tutulmamışdan bilavasitə əvvəl narkomaniya xəstəliyindən əzab çəkməyən (bu hal da məhkəmə-narkoloji ekspertizasının 05 noyabr 2022-ci il tarixli 6622 saylı rəyi ilə təsdiq olunur) X14un 13-cü Polis Bölməsinə gələrək üzərində psixotrop maddə daşıması inandırıcı və ağlabatan görünmür və bu baxımdan onun cinayət təqibinin bütün mərhələlərində verdiyi ifadələrinin təkzib edilməsi üçün əsaslar yoxdur. Göründüyü kimi, X14a qarşı irəli sürülmüş ittiham toplanmış və araşdırılmış sübutlarla təsdiq olunmamış, əksinə, bu hallar məhkəmə iclasında araşdırılmış sübutlara ziddiyyət təşkil etmişdir. Buna görə, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin hazırki iş üzrə təhqiqat və ibtidai araşdırma zamanı yol verilmiş kobud qanun pozuntularının (yuxarıda ətraflı təsvir edilmiş) fonunda istintaq orqanının təqdim etdiyi sübutların iş üzrə sübut kimi qəbul edilməsinə şübhə ilə yanaşmalarını haqlı hesab edir və bir daha qeyd edir ki, X14un ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli olmasına dəlalət edən başqa sübutlar cinayət təqibi zamanı əldə olunmamış və araşdırılmamışdır. Təhlil edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu haqda gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi tam qanuni və əsaslı olaraq X14a elan olunmuş ittiham üzrə əməlin aşkar edilməsinə və onun bu əməli törətməsinin sübuta yetirilmiş hesab edilməsinə əsas olmuş bütün sübutları hüquqi qüvvəsi olmayan, yəni CPM-nin 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilmiş s übutlar kimi qiymətləndirməklə X14un hər hansı cinayət əməlini törətməkdə təqsirinin sübuta yetirilməməsi barədə nəticəyə gəlmiş və ona bu əsasla bəraət verilməsini mümkün bilmiş, digər tərəfdən isə tam haqlı olaraq həmin pozuntuları təqsirləndirilən şəxsin ziyanına həll etməkdən və onun barəsində ehtimal xarakterli ittiham hökmünün çıxarılmasından imtina etmişlər. Məhkəmə kollegiyası onu da vurğulamağı lazım bilir ki, kassasiya protestində məhkəmələrin gəldikləri bu nəticə mübahisələndirilsə də, onun müəllifi hazırki iş üzrə sübutların toplanması zamanı kobud qanun pozuntularını təkzib edən heç bir mötəbər sübuta əsaslanmamış və bununla bağlı əsaslandırıcı və inandırıcı dəlillər irəli sürməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası məhkəmələrin iş üzrə gəldikləri nəticəni təsdiq edən bütün sübutları tədqiq etdiklərini, onların həm ayrı-ayrılıqda, həm də məcmu şəklində CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun qaydada qiymətləndirildiyini, CPM-nin 125-ci maddəsində göstərilən yolverilməz sübutlardan istifadə edilmədiklərini, ümumi şəkildə isə CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş pozuntulara yol verilmədiyini qeyd edərək X14a təqsiri sübuta yetirilmədiyinə görə bəraət verilməsini qanuni və əsaslı hesab edir və bu baxımdan dövlət ittihamçısı E.A.Mirzəyevin kassasiya protestinin dəlillərini qəbuledilməz sayaraq həmin protestin təmin edilməsi üçün əsaslar görmür. Məhkəmə kollegiyası hesab edir ki, X14un CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması barədə ittihamın sübut olunmasında ehtimallara və mülahizələrə söykənən əs aslı şübhələr mövcud olduğundan və bu şübhələrin digər sübutlarla aradan qaldırılması mümkün olmadığından həmin şübhələr də onun xeyrinə təfsir olunmalı, bu haqda məhkəmələrin iş üzrə gəldikləri qənaət isə qanuni və əsaslı nəticə kimi qiymətləndirilməldir. CPM-nin 42.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqda, cinayətin törədilməsinə aidiyyəti olmadıqda və təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. CPM-nin 42.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun tə qsirsizliyini təsdiq etdikdə, bəraət hökmü çıxarılır. Beləliklə, məhkəmə kollegiyası bütün yuxarıda təsvir edilənlərdən çıxış edərək və kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı H.B.İmranovun, həmin protestin təmin edilməməsi haqda isə bəraət almış şəxs X14un çıxışlarını dinləyərək hesab edir ki, yuxarıda şərh edilən əsaslara görə kassasiya protesti təmin edilməməli və X14a CM-nin 234.1-1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilməsinə dair cinayət işi üzrə Baki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 iyul 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcələsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayə t Kollegiyası QƏRARA A L D İ: Kassasiya protesti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 may 2023-cü il tarixli hökmü ilə X14 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilməsinə dair cinayət işi üzrə Baki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 iyul 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar