Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-444/2019 05.03.2019 ALİ MƏHKƏMƏ İş № 1 (102) 444/2019 AzərbaycanRespublikasıadından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ 05 mart 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Rzayeva Gülzar Lətif qızı (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Hacıqayıbov İmran Teymurxan oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, məhkum Təqsirləndirilən şəxs iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 aprel 2017-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 noyabr 2018-ci il tarixli ilkin baxış qərarından məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 aprel 2017-ci il tarixli hökmü ilə (hakimlər: Məcidov Azad Əli Ağaoğlu (sədrlik edən), Ağayev Zeynal Qurban oğluvəHüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə) xx.xx.1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, məhkum olunmamış, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, ünvan 2 süfrəçi işləmiş, ünvan 1-də qeydiyyatda olan Tə qsirləndirilən şəxs, Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirli bilinib cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 05 (beş) il müddətə azadlıqdan mərhum etmə cəzasına məhkum edilmişdir. Hökmdən məhkum tərəfindən verilmiş apellyasiya şikayəti vermə müddətinin bərpasına dair vəsatətə əsasən işə baxan Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim Məcidov Azad Əli Ağa oğlu) 24 oktyabr 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayəti vermə müddətinin bərpasına dair vəsatət rədd edilmişdir. Həmin qərardan məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Səfərov Rizvan Kamal oğlu (sədrlik edən və məruzəçi), Babayev Qədim Xalid oğlu və Abdulov Rəşad Məhərrəm o ğlundan ibarət tərkibdə) 21 noyabr 2018-ci il tarixli ilkin baxış qərarı ilə apellyasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 noyabr 2018-ci il tarixli ilkin baxış qərarından məhkum Təqsirləndirilən şəxs kassasiya şikayəti verərək həmin qərarın ləğv edilib, apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsini xahişetmişdir. İşin halları: Hökmə əsasən X3 ilə qabaqcadan əlbir olaraq, bir qrup şəxs halında insanın həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə soyğunçuluq cinayətini törətmişlər. Belə ki Təqsirləndirilən şəxs tanışı X5 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında özgə əmlakını ələ keçirmək məqsədi ilə 10 fevral 2017-ci ildə saat 20:30 radələrində, Xətai rayonu Əhmədli qəsəbə si. Aşıq Ələsgər küçəsi «Hobby» marketinin arxa hissəsində yol ilə piyada hərəkətdə olan X2 ağzını arxadan əli ilə tutub sıxmaqla insanın həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edərək köməksiz vəziyyətdə saxlamış, X1 isə X2nın əlində saxladığı dəyəri 28 manat olan çantanın içərisində, üzərində 10 manat dəyərində ***-***-**-** nömrəsi olan bir ədəd 699 manat təşkil edən “İphone-S-5” markalı mobil telefon, üzərində 22 manat dəyərində ***-***-**-** nömrəsi olan bir ədəd 499 manat təşkil edən «LG» markalı mobil telefon və 55 manat pulu götürüb qaçaraq özgənin əmlakını açıq talamaqla X2ya 1.313 manat məbləğində maddi ziyan vuraraq soyğunçuluq etmişlər. Kassasiyaşikayətinindəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, psixoloji sarsıntılardan və ailəsində baş vermiş dözülməz hadisələrdən asılı olaraq qanunla müəyyən edilmiş müddətdə apellyasiya şikayəti verə bilməmişdir. Qeyd olunanlara əsasən apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilib, apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 noyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansi yası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasi ya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası CPM-in 384.1-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti, apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu andan 20 gün müddətinə verilir. Eyni zamanda həmin Məcəllənin 384.3-cü maddəsinə görə həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 gün müddətində verilir. Azərbaycan Respublikası CPM-in 386.1-ci maddəsinə əsasən a pellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Həmin Məcəllənin 386.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilmə müddətinin bərpa edilməsi məsələsi birinci instansiya məhkəməsində məhkəmə iclasında sədrlik edən və ya hakim tərəfindən həll edilir. Cinayət işinin materiallarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsi 12 aprel 2017-ci il tarixli hökmünün surətini məhkum Təqsirləndirilən şəxs 18 aprel 2017-ci il tarixdə rəsmi qaydada qəbul etmişdir. İş materiallarından görünür ki, Bakı Ağır Cin ayətlər Məhkəməsinin 12 aprel 2017-ci il tarixli hökmündən məhkum Təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti 26 sentyabr 2018-ci il tarixdə, yəni hökm çıxarıldığı vaxtdan 01 il 05 ay 14 gün müddətin keçməsindən sonra verilmişdir. Bu müddətin buraxılmasının üzrlü səbəbdən olmasını təsdiq edən heç bir mötəbər sübut təqdim edilməmişdir. Bu səbəbdən də apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə iş materiallarına və qanunun tələblərinə tam uyğundur. Məhkəmə kollegiyası da onunla razılaşır və Təqsirləndirilən şəxs 01 il 05 aydan çox müddət ərzində apellyasiya şikayəti vermək imkanının olmamasının inandırıcı olmadığını nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayətində göstərilən hal apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsinə əsas vermir. Göründüyü kimi, məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayəti vermə müddətinin bərpa olunması üçün qanuni əsaslar yoxdur. Bu səbəbdən də birinci və apellyasiya instansiya məhkəmələri hökmdən apellyasiya şikayəti verilməsi müddətinin bərpa olunmasına dair vəsatəti təmin etməyərək düzgün nəticəyə gəlmişlər. Odur ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Təqsirləndirilən şəxs məhkum edilməsinə dair cinayət işi üzrə apellyasiya şikayəti vermə müddətinin bərpasından imtina barədə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 noyabr 2018-ci il tarixli ilkin baxış qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-444/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-444/2019
05.03.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver