Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-444/2020 10.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), x4 Cəfər oğlu Seyidov və X4 ibarət tərkibdə, katib İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apelyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X6, -məhkum x1, onun müdafiəçisi-vəkil Müdafiəçi və məhkum X2 iştirakları ilə, Bakı Şəhər Nizami rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respubli kası CM-nin 240.2.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş x1 və x2 barələrində Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarından məhkum x1 müdafiəçisi Müdafiəçi və məhkum x2 tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Şəhər Nizami rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim M.İ.x5yeva) x1- xx.xx.1998-ci ildə Ağcabədi rayonunun Rəncbərlər kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam ali təhsilli, subay, əvvəllər məhkum olunmamış, Ü1 qeydiyyatda olan və Ü2 ünvanında yaşayan, Azərbaycan Respublikası CM-nin 240.2.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3- cü maddəsinə əsasən xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək 01 il 01 ay 07 gün həbsdə və ev dustaqlığında saxlanılması nəzərə alınmaqla həbsdə saxlamanın bir gününü azadlıqdan məhrum etmənin bir gününə hesablayaraq üzərində 01 (bir) il 04 (dörd) ay 23 (iyirmi üç) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanmış, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası CM-nin 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilməklə barəsində 01 (bir) il sınaq müddəti müəyyən edilmiş, sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi gündən hesablanması müəyyən edilmişdir. x2- xx.xx.1990-cı ildə Ü3 anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Ü3 qeydiyyatda olan və Ü4 ünvanında yaşayan, Azər baycan Respublikası CM-nin 240.2.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək 01 il 01 ay 07 gün həbsdə - ev dustaqlığında saxlanılması nəzərə alınmaqla həbsdə saxlamanın bir gününü azadlıqdan məhrum etmənin bir gününə hesablayaraq üzərində 01 (bir) il 04 (dörd) ay 23 (iyirmi üç) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanmış, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası CM-nin 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilməklə barəsində 01 (bir) il sınaq müddəti müəyyən edilmiş, sınaq müddətininn əvvəli hökmün qanuni qüvvəyə mindiyi gündən hesablanması müəyyən edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən x1 və x 2 ona görə təqsirli bilinib məhkum edilmişlər ki, x1 narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan zəhərli maddələri satış məqsədi ilə qanunsuz əldə etmə, saxlama və daşıma barədə tanışı x2 və naməlum şəxslə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə o, naməlum şəraitdə və vaxtda Ü5 qarşısında şəxsiyyəti istintaqa məlum olmayan “X3” adlı şəxsdən narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan zəhərli maddə hesab edilən bir ədəd şüşə qabda təmiz çəkisi 400 qram olan gümüşü rəngli, metal parıltılı, axıcı maddə-civəni əldə etdikdən sonra aralarında olan cinayətkar razılığa görə X2 birlikdə zəhərli maddə hesab edilən həmin çəkidə civəni daşımaqla kirayədə yaşadıqları Ü6ə salınan yeni yaşayış sahəsindəki mən zilə gətirib orada gizlədərək saxlamış, civənin 20.000 (iyirmi min) manata satışı ilə bağlı razılaşdıqları şəxsiyyəti istintaqa məlum olmayan “x4” adlı şəxslə görüşmək məqsədi ilə o, X2 birlikdə Ü7 qarşısına gəlmiş, zəhərli maddələrin satış məqsədi ilə qanunsuz əldə edilməsi, saxlanması və daşınması barədə daxil olmuş məlumat əsasında Ü8 əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı xx xxxxxx 2018-ci il tarixdə saat 16:00 radələrində onunla birlikdə x2 yuxarıda qeyd edilən ünvanda saxlanıldıqdan sonra Ü9 saylı ünvanda yerləşən Ü8 üzərlərinə keçirilən baxış zamanı x2 əlində olan qara rəngli parça materialından ibarət çantadan polietilenə bükülü narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan zəhərli maddə hesab edilən bir ədəd şüşə qabda təmiz çəkisi 400 qra m olan gümüşü rəngli, metal parıltılı, axıcı maddə-civə aşkar edilərək götürülmüşdür. x2 narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan zəhərli maddələri satış məqsədi ilə qanunsuz əldə etmə, saxlama və daşıma barədə tanışı x1 və naməlum şəxslə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə x1 naməlum şəraitdə və vaxtda Ü5 qarşısında şəxsiyyəti istintaqa məlum olmayan “X3” adlı şəxsdən narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan zəhərli maddə hesab edilən bir ədəd şüşə qabda təmiz çəkisi 400 qram olan gümüşü rəngli, metal parıltılı, axıcı maddə-civəni əldə etməsindən sonra, aralarında olan cinayətkar razılığa görə x1, zəhərli maddə hesab edilən həmin çəkidə civəni onunla birlikdə daşımaqla kirayədə yaşad ıqları Ü6ə salınan yeni yaşayış sahəsindəki mənzilə gətirməklə orada gizlədərək saxlamış, aralarında olan cinayətkar razılığa görə civənin 20.000 (iyirmi min) manata satışı ilə bağlı razılaşdıqları şəxsiyyəti istintaqa məlum olmayan “x4” adlı şəxslə görüşmək məqsədi ilə o, x1 birlikdə Ü7 qarşısına gəlmiş, zəhərli maddələrin satış məqsədi ilə qanunsuz əldə edilməsi, saxlanması və daşınması barədə daxil olmuş məlumat əsasında Ü8 əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı xx xxxxxx 2018-ci il tarixdə saat 16:00 radələrində onunla birlikdə x1 yuxarıda qeyd edilən ünvanda saxlanıldıqdan sonra Ü9 saylı ünvanda yerləşən Ü8 üzərlərinə keçirilən baxış zamanı x2 əlində olan qara rəngli parça materialından ibarət çantadan polietilenə bükülü narkotik vasitələrə və ya psixotro p maddələrə aid olmayan zəhərli maddə hesab edilən bir ədəd şüşə qabda təmiz çəkisi 400 qram olan gümüşü rəngli, metal parıltılı, axıcı maddə-civə aşkar edilərək götürülmüşdür. Hökmdən məhkum x1 müdafiəçisi-vəkil Müdafiəçi və məhkum x2 tərəfindən verilmiş apelyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyası (hakimlər: Q.X.Babayev (sədrlik edən və məruzəçi), R.K.Səfərov və N.E.Məmmədovdan ibarət tərkibdə) xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə apelyasiya şikayətini təmin etmədən, hökmü isə dəyişdirilmədən saxlamışdır. Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarından məhkum x1 müdafiəçisi-vəkil Müdafiəçi və məhkum x2 kassasiya şikayətləri verərək qərarın ləğv edilməsini və məhkumlar x1 və X2 əməllərində cin ayət tərkibi olmadığından barələrində cinayət təqibinə bəraətverici əsaslarla xitam verilməsini xahiş etmişlər. Kassasiya şikayətlərinin dəlilləri: x1 müdafiəçisi Müdafiəçi kassasiya şikayətində göstərmişdir ki, xx.xx.2018-ci il tarixdə x5 məhkəməyə yazılı ərizə tədim edərək civə maddəsinin x1a yox ona məxsus olduğunu buildirmişdir. Polis əməkdaşları ifadələdələrində x5 civənin alıcısı kimi yaxalandığını göstərmişlər. x5 əvvəl civə maddəsinin alıcısı kimi cinayət məsuliyyətinə cəlb olunsa da sonradan onun barəsində cinayət işi üzrə icraata xitam verilmişdir. Alıcı yoxdursa və barəsində cinayət işi üzrə icraata xitam verilirsə, hansı cinayət təqibindən, civənin satışından danışmaq olar. Əməliyyat-axtarış tədbiri keçirilməsi barədə qərarda x5 və x1 adlı şəxslərin müəyyən edilərək 24-cü polis bölməsinə gətirilərək üzərilərinə baxış keçirilməsi göstərilmiş, həmin qərarda x2 göstərilməmişdir. Həmin qərar prokurorluğa və məhkəməyə də göndərilmişdir. Belə olduğu halda x2 üzərində şəxsi axtarış aparılmaqla X2 Azərbaycan Respublikası Qanununun və CPM-nin tələbləri pozulmuşdur. Civə maddəsinin x2 üzərindəki çantadan aşkar edilməsi həm onu, həm də x1 cinayət məsuliyyətindən azad edən haldır. Şəxsi aştarış prosesində x8 oğlunun hal şahidi kimi iştirak etməsi Azərbaycan Respublikası CPM-nin 94-cü maddəsinin tələbinə uyğun olmamışdır. Həmin tədbir keçirilməsi barədə protokolu imzalamış polis əməkdaşlarının istifadələrində olan mobil telefonların anten məlumatları onların əməliyyat-axtarış tədbirinin keçirilməsində iştiraklarını şübhə altına almışdır. Göstərilənlərə əsasən kassasiya şikay ətinin təmin edilməsini xahiş etmişdir. Məhkum X2 kassasiya şikayəti də x1 müdafiəçisi Müdafiəçi kassasiya şikayətində göstərilən eyni dəlillərlə əsaslandırılmışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, kassasiya şikayətlərinin təmin edilməsi barədə məhkumların və müdafiəçinin, kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya ins tansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apelyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəti cəyə gəlmişdir. Kassasiya şikayətlərində hər iki məhkuma bəraət verilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinin əsaslılığına cinayət işinə baxmış birinci və apelyasiya instansiyası məhkəmələrinin məhkəmə iclaslarında Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq toplanıb, tədqiq edilərək qiymətləndirilmiş mötəbər sübutlara əsaslanaraq aşağıdakı hüquqi qiymətlər vermişdir. Azərbaycan Respublikası CM-nin 240.2.1-ci maddəsində narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan zəhərli maddələri satış məqsədi ilə qanunsuz hazırlama, emal etmə, əldə etmə, saxlama, daşıma və ya göndərmə, habelə bu maddələri və ya onları hazırlamaq, yaxud emal etmək üçün avadanlığı qanunsuz satma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədil dikdə cinayət tərkibi nəzərdə tutulmuşdur. Bu qanunun mənasından göründüyü kimi bu cinayət əməlinin bitmiş hesab edilməsi üçün qanunun dispozisiyasında sadalanan hərəkətlərin hər hansı birinin törədilməsi kifayətdir. Yəni narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan zəhərli maddələri satış məqsədi ilə qanunsuz əldə etmə, saxlama, daşıma və ya göndərmə, habelə satma hərkətlərinin hər hansı birinin törədildiyi andan cinayət bitmiş hesab edilir. Göründüyü kimi, bu maddənin dispozisiyasında zəhərli maddələri satma cinayət tərkibinin müstəqil əlaməti kimi nəzərdə tutulmuşdur. Yəni, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslər x1 və x2 civə zəhərli maddəsini satış məqsədi ilə qanunsuz əldə etməklə, sonra eyni məqsədlə saxlamaqla, daha sonra satış məqsədi ilə daşımaqla Azərbayca n Respublikası CM-nin 240.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini hər üç hərəkətlə ayrı-ayrılıqda bitmiş cinayət kimi törətmişlər. Onlara elan edilmiş ittihamda zəhərli maddə olan civənin satılması və ya satmağa cəhd ittihamları nəzərdə tutulmamışdır. Onlar ifadələrində civə zəhərli maddəsini satmaq məqsədi ilə əldə etdiklərini, saxladıqlarını və daşıdıqlarını göstərmişlər. Onların həmin zahərli maddənin satışını başa çatdırmaması cinayətin törədilməməsi və ya törədilməsinin başa çatdırılmaması kimi qiymtələndirilməməlidir. Kassasiya şikayətlərində göstərilən alıcı yoxdursa satıcı da yoxdur və ona görə də təqsirləndirilən şəxslərin əməllərində cinayət tərkibi yoxdur kimi dəlillər əsassız olmaqla Azərbaycan Respublikası CM-nin 240.2.1-ci maddəsinin dispozisiyasına uyğun deyild ir. Cinayət işinin materiallarından müəyyən edilmişdir ki, təqsirləndirilən şəxslər məhkəmə iclasında ibtidai istintaqdakı etiraf ifadələrinə nisbətən fərqli ifadələr vermişlər. Lakin, məhkəmələr onların ibtidai istintaqdakı ifadələrini məhkəmə iclasında tədqiq edərək həmin ifadələri işin obyektiv vəziyyətinə uyğun olan sübutlar kimi qəbul etmişlər. Məhkəmə kollegiyası hesab edir ki, həmin sübutlarla bağlı məhkəmələrin gəldiyi nəticələr qanunun tələbinə uyğundur. Belə ki, Azərbaycan Respublikası CPM-nin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət işinin materiallarından müəyyən edilmişdir ki, ibtidai ist intaq zamanı təqsirləndirilən şəxslərin müdafiə hüquqları təmin edilməklə dindirmə və üzləşdirmə zamanı verdikləri ifadələrin qanuniliyini şübhə altına ala biləcək hər hansı hal müəyyən edilməmişdir. Hər iki təqsirləndirilən şəxslərin ifadələri bir-birinə uyğun olmaqla bir-birini tamamlamış və şahidlərin ifadələri və keçirilmiş əməliyyat-axtarış tədbirlərinin protokolları ilə də uyğunluq təşkil etmişdir. Təqsirləndirilən şəxslərə ibtidai istintaq zamanı hər hansı formada təzyiq göstərilməsi, onların müdafiə hüquqlarının pozulması, ifadələrinin düzgün yazılmaması barədə dəlillər subyektiv mülahizə xarakterli olmaqla hər hansı sübutla təsdiq edilməmişdir. Bundan başqa qeyd edilməlidir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxslərin və şahidlərin ifadələrinin alınması və rəsmiləşdirilm əsi qanunun tələbinə uyğun aparılmış və onların həqiqiliyini şübhə altına alan hər hansı hal müəyyən edilməmişdir. x5 məhkəmə iclasında şahid qismində verdiyi ifadə ibtidai istintaqda təqsirləndirilən şəxs qismində verdiyi ifadələrlə eyni məzmunlu olmuşdur. Birinci instansiya məhkəməsinin iclasında ifadə verdikdən sonra məhkəməyə ərizə göndərərək, həmin ifadələri təkzib etməsi mötəbər sübut kimi qiymətləndirilə bilməz. Əvvəla həmin ərizə qanunla müəyyən edilmiş qaydada alınmış şahid ifadəsinə bərabər tutula bilməz. Belə ki, Azərbaycan Respublikası CPM-nin 328-ci maddəsində şahidin dindirilməsi qaydaları müəyyən edilmişdir. Azərbaycan Respublikası CPM-nin 328-ci maddəsinə əsasən məhkəmə iclasında şahidlər ayrı-ayrılıqda və dindirilməmiş şahidlərin iştirakı olmadan dindirilirlər. Şahidin d indirilməsindən əvvəl məhkəmə iclasında sədrlik edən onun şəxsiyyətini müəyyən edir və ona aşağıdakıları izah edir: özünün və ya yaxın qohumunun əleyhinə ifadə verməkdən imtina etmək hüququnu; məhkəmədə baxılan ittihamla əlaqədar ona məlum olan bütün halları düzgün danışmağın məhkəmədə ifadə verən şahidin vəzifəsi olduğunu; ifadə verməkdən imtina etməyə və ya bilə-bilə yalan ifadə verməyə görə məsuliyyətini. Şahid ona məhkəmə tərəfindən bu Məcəllənin 328.2-ci maddəsində nəzərdə tutulmuş tələblərə müvafiq olaraq edilmiş izahları yazılı surətdə təsdiq edir. Şahidin bu iltizamı məhkəmə iclasının protokoluna əlavə edilir. Şahid ifadə verməmişdən əvvəl məhkəmə iclası katibinin sözlərini onun ardınca təkrar edərək aşağıdakı məzmunda and içir: «Həqiqəti və məhkəmədə baxılan cinayət təqibi ilə bağ lı mənə məlum olan bütün halları məhkəməyə söyləyəcəyimə and içirəm». And içmə barədə məhkəmə iclasının protokolunda qeydiyyat aparılır. 16 (on altı) yaşına çatmamış şahid bunun əvəzinə yalnız həqiqəti danışacağına və heç nəyi gizlətməyəcəyinə şifahi vəd verir və bu barədə məhkəmənin iclas protokolunda müvafiq qeydiyyat aparılır. Məhkəmə iclasında sədrlik edən şahidin təqsirləndirilən şəxsə, barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat aparılan hüquqi şəxsə və onun nümayəndəsinə, zərər çəkmiş şəxsə, mülki iddiaçıya, mülki cavabdehə və icraatda iştirak edən digər şəxslərə münasibətini aydınlaşdırır və baxılan ittihamla əlaqədar məlum olanlar barədə ifadə verməyi təklif edir. Məhkəmə heç kəsə şahidin sərbəst ifadəsini kəsməyə imkan vermir. Göstərilən qanunun mənasına görə həmin maddədə sadalanan qaydalara riayət edilmədən hansı şəraitdə yazılması bilinməyən ərizədə göstərilənlər qanunun tələbinə uyğun sübuta bərabər kimi qiymətləndirilməməlidir. Bundan başqa şahid x5 həmin ərizəni məhkəməyə göndərdikdən sonra məhkəməyə dəvət edilərək yenidən dindirilmiş və həmin ərizəni x1 atasının xahişi nəticəsində yazdığını, ərizədə göstərilənlərin həqiqəti əks etdirmədiyini və məhkəmə iclasında əvvəl verdiyi ifadəsini təsdiq etdiyini göstərmişdir. Onun ərizəsinin sübut kimi qiymətləndirilməsi barədə dəlillər də əsassızdır. Kassasiya şikayətlərində əməliyyat axtarış tədbirinin qanunsuz keçirilməsi, qanuni əsas olmadan, əməliyyat keçirilməsi barədə qərarda adı göstərilmədiyi halda x2 da saxlanması və üzərinə şəxsi axtarış keçirilməsi göstərilmişdir. X2 Azərbaycan Respubl ikası Qanununun 1-ci maddəsinin İİİ bəndinə əsasən əməliyyat-axtarış fəaliyyətinin vəzifələri aşağıdakılardır: 1) hazırlanan və törədilən cinayətlərin qarşısının alınması; 2) törədilmiş cinayətlərin aşkar edilməsi və açılması; 3) cinayətləri hazırlayan, törədən və ya törətmiş şəxslərin müəyyən edilməsi Polis Haqqında Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin İİ-ci hissəsinə əsasən Polisin əsas vəzifələri aşağıdakılardır: 1) ictimai qaydanı qorumaq və ictimai təhlükəsizliyi təmin etmək; 2) cinayətlərin və digər xətaların qarşısının alınması üçün tədbirlər görmək; 5) törədilmiş cinayətləri açmaq; 7) cinayətkarları aşkara çıxarmaq və tutmaq. Azərbaycan Respublikası CPM-nin 90.1.2-ci maddəsinə əsasən şübhəli şəxs qismində aşağıdakı fiziki şəxs tanınır: 90.1.2. cinayət törətməkdə şübhələn ildiyinə görə tutulmuş şəxs. CPM-nin 246.2-ci maddəsinə əsasən məhkəmənin qərarı alınmadan şəxsi axtarış aşağıdakı hallarda aparıla bilər: 246.2.1. şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə Məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələrindən və əməliyyat-axtarış tədbiri keçirilməsi barədə xx.xx.2018-ci il tarixli protokoldan müəyyən edilmişdir ki, barəsində əməliyyat tədbiri keçirilməsi barədə qərar qəbul edilmiş x1 təklif edilmişdir ki, üzərində saxlanması qadağan olunmuş əşya və predmet olduğu təqdirdə təqdim etsin. Həmin vaxt vətəndaş x2 heç bir etiraz bildirmədən könüllü olaraq əlinda olan qara rəngli materialdan olan çantadan polietilenə bükülü şüşə dərman qabında maye şəkilli gümüşü rəngli zəhərli maddə ola n civəyə oxşar maddəni təqdim edərək bildirmişdir ki, onun təqdim etdiyi maddə civədir. Həmin civəni tanışı x1 gəzdirmək üçün ona verib və x5 adlı şəxsin gətirdiyi müştəriyə sataraq pul qazanacaqlar. Cinayət işinin materiallarında olan x5nun ilkin izahatında göstərmişdir ki, x1 mənə yaxınlaşaraq 1780 qram civəni satmaq istədiyini bildirdi. Civənin satılması ilə əlaqədar x1lə x4 adlı şəxsi tanış etdim, xx.xx.2018-ci il tarixdə saat 15:00 radələrində x4lə birlikdə ü6 gəldik, x1 onunla birlikdə kirayədə yaşayan Tuqayla gəlmişdir. Mən civənin alqısatqısında DTX əməkdaşlarına kömək etmək istəmişəm ki civəni dövriyyədən çıxarsınlar. x1 ilkin izahatında göstərmişdir ki, iki ay bundan qabaq ü10 yerləşən internet klubda X3 adında şəxslə tanış olmuş və aralarında mehriban münasibətlər yaranmış, Xx x xxx 1780 qram çəkisində civə olduğunu və həmin maddənin çox bahalı olduğunu bildirmişdir. X1 düzəltmək üçün civəni X3dan götürərək mənimlə birlikdə kirayədə yaşayan x5 adlı şəxsə bildirdim. Bir həftə sonra x5 bildirdi ki, civəyə alıcı tapmışdır. xx xxxxxx 2018-ci il tarixdə saat təxminən 15 radələrində x5 mənə zəng vuraraq ü6 dəvət etdi. Bizimlə birlikdə Xətai rayonu H.Aslanov qəsəbəsində kirayədə yaşayan Tuqayla birlikdə ü6 gəldik. Şüşə dərman butulkasında olan civəni qara parçadan olan çantama qoyaraq daşımaq üçün Tuqaya vermişdim. x5 iki nəfər tanımadığımız şəxslə gələrək civənin alıcıları olduqlarını bildirdi. Biz onlarla birlikdə alqı-satqı üçün Nizami rayonu, Naxçıvanski küçəsinə gəldik. Orada polis əməkdaşları bizi saxlayaraq 24-cü PB-ə gətirdilər. Bildirim ki, civəni həmin şəxslərə 20000 manata sataraq 5000 manatını x5ya, 1000 manatını Tuqaya və 2000 manatını özümə götürdükdən sonra qalan məbləği X3a verəcəkdim. x2 ilkin izahatında göstərmişdir ki təxminən 5-6 gün bundan qabaq birlikdə kirayədə yaşadığım x1 mənə bildirdi ki, onda civə var və birlikdə yaşadıqları x5 adlı şəxs alıcı tapıb. xx.xx.2018-ci il tarixdə saat 15:00 radələrində x1 mənə bildirdi ki, x5 zəng edib və bizi H.Aslanov metrosunun yanında gözləyir. Biz birlikdə ü6 gəldik. x1 şüşə dərman butulkasında olan civəni qara parçadan olan çantasına qoyaraq daşımaq üçün mənə verdi. Metronun yanında x5 tanımadığımız iki nəfər şəxslə gələrək onların civənin alıcıları olduqlarını bildirdi. Biz onlarla birlikdə civənin alqı-satqısı üçün Nizami rayonuna Naxçıvanski küçəsinə gəldik. Orada polis əməkdaşları bizi saxl ayaraq 24-cü PB-ə dəvət etdilər. Bildirim ki, x1 civəni həmin adamlara 20000 manata satdıqdan sonra 3000 manatını mənə verəcəyinə söz vermişdir və qalan məbləği öz aralarında böləcəkdilər. Göstərilən protokoldan və izahatlardan görünür ki, x2 x1 tərəfindən ona verilmiş zəhərli maddə olan civəyə oxşar maddəni könüllü olaraq təqdim etdiyindən aşkar edilərək götürülmüşdür. Belə vəziyyətdə vəzifələri hazırlanan və törədilən cinayətlərin qarşısının alınması, törədilmiş cinayətlərin aşkar edilməsi və açılması, cinayətləri hazırlayan, törədən və ya törətmiş şəxslərin müəyyən edilməsi olan əməliyyat-axtarış fəaliyyətini həyata keçirən polis əməkdaşlarının Polis haqqında Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin İİ-ci bəndində nəzərdə tutulmuş cinayətlərin və digər xətaların qarşısının alınma sı üçün tədbirlər görmək, cinayətkarları aşkara çıxarmaq və tutmaq vəzifələrini də icra edərək barəsində əməliyyat-axtarış tədbiri keçirilməsi barədə qərarda göstərilməyən, lakin, x1la birlikdə saxlanılarkən üzərində əldə edilməsi, saxlanması və daşınması cinayət tərkibi yaradan zəhərli maddə aşkar edilmiş x2nu polis orqanına gətirməklə və onun təqdim etdiyi zəhərli maddə-civəni götürməklə etdiyi hərkətlər yuxarıda göstərilən qanunların tələbinə uyğundur. X2 adının əməliyyat-axtarış tədbiri keçirilməsinə dair qərarda göstərilmədiyinə görə onun saxlanmasının və cinayət məsuliyyətinə cəlb edilməsinin qanunsuz olması barədə dəlillər əsassızdır. Bundan başqa protokoldan da göründüyü kimi əməliyyat-axtarış tədbiri zamanı x2 zəhərli maddə olan civəyə oxşar maddəni, satış məqsədi ilə saxlayıb daş ıdıqlarını etiraf edib könüllü olaraq təqdim etdiyindən saxlanılan şəxslərdən kiminsə üzərində şəxsi axtarış aparılmamışdır. Ona görə də təqsirləndirilən şəxs X2 üzərinə qanunsuz baxış keçirilməsi, lakin x5nun üzərinə baxış keçirilməməsi barədə dəlillər əsassızdır. Bundan başqa x5un şübhəli şəxs qismində ifadəsindən müəyyən edilir ki, sıxlığı 13,06 olan civə maddəsi əldə etdiyini və satmaq istədiyini ona x1 bildirmişdir. Ona görə də x5un ekspertiza rəyi olmadan özünün civənin sıxlığını əvvəlcədən bilməsi barədə dəlillər də əsassızdır. Cinayət işinin materiallarında (c-1, i.v-54) xx.xx.2018-ci il tarixli protkoldan müəyyən edilir ki, özünün müdafiəçiyə malik olmaq hüququ izah edilməklə, 06 saylı hüquq məsləhətxanasının vəkili X5 müdafiəçi qismində x1na təqdim olunmuş və sonuncu onun müdaf iəçisi qismində iştirakına etiraz etməmişdir. xx.xx.2018-ci il tarixdə həmin müdafiəçinin iştirakı ilə onun barəsində tutma tətbiq edilmiş və o şübhəli şəxs qismində dindirilmiş və onunla x5 arasında üzləşdirmə keçirilmişdir. xx.xx.2018-ci il tarixdə o həmin müdafiəçinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilmiş. xx xxxx 2018-ci il tarixdə x1 ərizə yazaraq valideynləri tərəfindən müqavilə əsasında dəvət edilmiş vəkil x1 onun hüquqlarını müdafiə etməsini xahiş etmiş və ona görə də vəkil X3 müdafiəçi qismində iştirakına xitam verilməsini xahiş etmişdir. Ərizəsində vəkil X3 onun hüquqlarının müdafiəsi üzrə fəaliyyətinə hər hansı başqa iradının olmasını bildirməmişdir. x1 ibtidai istintaq müddətində təqsirləndirilən şəxs qismində əvvəlki izahat və ifadələri ilə eyni məzmunlu sonu ncu etirafedici ifadəsini özünün seçdiyi müdafiəçisinin iştirakı ilə vermişdir. Cinayət işinin materiallarında (c-1, i.v-72) xx.xx.2018-ci il tarixli protkoldan müəyyən edilir ki, x2na özünün müdafiəçiyə malik olmaq hüququ izah edilməklə, 06 saylı hüquq məsləhətxanasının vəkili X11 müdafiəçi qismində ona təqdim olunmuş və sonuncu onun müdafiəçisi qismində iştirakına etiraz etməmişdir. İbtidai istintaqın sonunadək həmin vəkilin müdafiəçi kimi hüquqlarının təmin üzrə fəaliyyətinə hər hansı iradının olduğunu bildirməmişdir. İbtidai istintaq müddətində dövlət vəsaiti hesabına müdafiəçi təyin edilmiş vəkillərin fəaliyyətinin formal xarakterli olması barədə kassasiya şikayətlərinin dəlilləri hər hansı mötəbər sübutla təsdiq edilmədiyindən bu dəlillər subyektiv mülahizə xarakterli kimi qiymətlənd irilir. x1 ibtidai istintaq müddətində təqsirləndirilən şəxs qismində əvvəlki izahat və ifadələri ilə eyni məzmunlu sonuncu etirafedici ifadəsini özünün seçdiyi müdafiəçi-vəkil x1 iştirakı ilə verdiyindən bu dəlillərin əsassızlığı bir daha öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan ü8-nin 24-cü PB-nin İŞ-nin rəisinə ünvanlanmış xx.xx.2018-ci il tarixli əməliyyat tədbirlərinin keçirilməsinə dair məktubunda (c-1, i.v-230) göstərilmişdir ki, Bakı şəhəri Xətai rayonu ü10 yerləşən internet klubda işləyən şəxslərlə “X3” adlı şəxsin müəyyən olunması istiqamətində kəşfiyyat xarakterli söhbətlər aparılmış, X3 adlı şəxsin həmin internet kluba gəlib getməsini müəyyən etmək məqsədilə internet klubdakı müşahidə kameralarının 2017-ci ilin dekabr ayındakı görüntülərinin izlənməsinə cəhd edilmiş, lakin müşahidə kameralarının yaddaş qurğusu zəif olduğundan həmin müddətdəki görüntüləri yaddaşda saxlamadığından nəticə əldə etmək mümkün olmamışdır. Eyni tarixli və məzmunlu məktubda “x4” adlı şəxsin şəxsiyyətinin müəyyən edilməsi barədə tədbirlərin də nəticə vermədiyi göstərilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Suraxanı rayon idarəsinin xx.xx.2018-ci il tarixli ü8-nə ünvanlanmış məktubunda göstərilmişdir ki, x5 xx xxxxxx 2018-ci il tarixdə öz təşəbbüsü ilə DTX-nin Suraxanı Rİ-ə gələrək İsmayılov x1 adlı şəxsin zəhərləyici təsirə malik 1780 qram civə maddəsini satmaq niyyətində olması barədə məlumat vermişdir. H.Qurbanovdan daxil olmuş Q-28 saylı xx.xx.2018-ci il tarixli ərizə materiallar əsasında ilkin zəruri əməl iyyat tədbirləri keçirilərək xx.xx.1998-ci il tarixdə Ağcabədi rayonunda anadan olmuş Azərbaycan Respublikası vətəndaşı Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsi, Ağcabədi rayonunun Rəncbər kəndində qeydiyyatda olan x1 müəyyənləşdirilmiş və şəxsin qanunazidd fəaliyyətinin aşkarlanıb məsuliyyətə cəlb edilməsi üçün ətrafında zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilmiş, xx.xx.2018-ci il tarixdə tərəfinizdən cinayət işinin başlanması ilə əlaqədar eyni fakt üzrə aparılan əməliyyat-axtarış tədbirlərinin dayandırılması məqsədəuyğun hesab edilmişdir. Həmin məktuba x5nun DTX-nin Suraxanı Rİ-ə yazdığı əlyazma ərizə əlavə edilmişdir. Həmin məktuba əlavə edilmiş x5 tərəfindən Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi xidməti Suraxanı rayon idarəsinə ünvanlanmış xx.xx.201 8-ci il tarixli ərizədə göstərilmişdir ki, əvvəldən tanıdığım İsmayılov x1 adlı şəxs yaşadığm qəsəbədə mənə yaxınlaşaraq onda olan bir kilo yeddi yez səksən qram çəkidə olan gümüşü maye metal civəni satmaq istədiyini bildirmişdir. Sözlərinə görə həmin malın qiyməti 30.000 manatdan yüksəkdir və zəhərləyici olduğuna görə gizlin həyata keçirmək lazımdır. Cinayət işinin materialları ilə müəyyən edilmişdir ki, x5nun hərəkətləri narkotik vasitələrə və psixatrop maddələrə aid olmayan zəhərli maddələrin satış məqsədi ilə qanunsuz əldə edilməsi, saxlanması və daşınmasına deyil bu cinayətlərin açılmasına, qarşısının alınmasına, bu əməlləri törətmiş şəxslərin aşkar edilib ifşa edilməsinə yönəlmişdir. Ona görə də müstəntiqin xx xxxx 2018-ci il tarixli “sübutların qiymətləndirilməsi və cinayət təqibi nin başlanmasının rədd edilməsi haqqında” qərarı ilə Azərbaycan Respublikası CM-nin 240.2.1-ci maddəsi ilə başlanmış cinayət təqibinin x5 ilə bağlı hissədə xitam verilmiş və haqqında seçilmiş həbs qətimkan tədbiri ləğv edilmişdir. Eyni qərarla təqsirləndirilən şəxslər x1na və x2na CM-nin 240.2.1-ci madəsi ilə yeni məzmunda ittiham elan edilmişdir. X2 Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyətinin subyektləri öz səlahiyyətlərini bilavasitə yerinə yetirərkən aşağıdakı hüquqlara malikdirlər: bu Qanunun 10-cu maddəsində nəzərdə tutulmuş qaydada əməliyyat-axtarış tədbirlərini aşkar və gizli üsullarla həyata keçirmək; 2) əməliyyat-axtarış fəaliyyəti subyektlərinə məxfilik əsasında kömək etməyə razılaşan şəxslərlə əvəzli və ya əvəzsiz qaydada əməkdaşlıq et mək; 3) əməliyyat-axtarış fəaliyyətini təmin etmək üçün informasiya sistemi yaratmaq və ondan istifadə etmək; 4) əməliyyat-axtarış fəaliyyəti zamanı müqavilə və ya şifahi razılığa əsasən fiziki və hüquqi şəxslərin yaşayış və qeyri-yaşayış binalarından və otaqlarından, nəqliyyat vasitələrindən və digər əmlakından istifadə etmək. Yuxarıda göstərilənlərdən və cinayət işinin materiallarından görünür ki, x5 x1 zəhərləyici təsirə malik 1780 qram civə maddəsini satmaq niyyətində olması barədə məlumat aldıqdan sonra bu barədə hüquq mühafizə orqanlarına xəbər vermiş və cinayətin açılmasına fəal kömək göstərmişdir. Onun bu hərəkətləri yuxarıda göstərilən qanunun tələbinə uyğun hərkətlərdir. Onun x1nu və x2nu zəhərləyici təsirə malik civə maddəsini satış məqsədi ilə əldə etməyə, saxlamağa və daşımağa, eləcə də satmağa təhrik etməsinə dəlalət edən heç bir mötəbər sübut cinayət işinin materiallarından müəyyən edilməmişdir. İbtidai istintaq zamanı ifadələrində və x1la üzləşdirmə zamanı x5 DTX-nin Suraxanı rayon şöbəsi ilə əməkdaşlıq etməsi, x1 satış məqsədi ilə civə maddəsi əldə etməsi və satışa hazırlaşmasına dair həmin şöbəyə qabaqcadan məlumat verməsi barədə onun üzünə qarşı bildirmiş, lakin x1 civə maddəsinin x5a məxsus olması və onun təhriki ilə əldə etməsi və onun təhriki ilə satmağa cəhd etməsi barədə göstərməmişdir. x5 xx xxxxxx 2018-ci il tarixdən xx xxxx 2018-ci il tarixədək təqsirləndirilən şəxs statusunda olmuş və həbsdə saxlanmışdır. X8 Xidmətinin Suraxanı rayon idarəsinin xx.xx.2018-ci il tarixli ü8-nə ünvanlanmış məktubu ilə x5 xx xxxxxx 2018-ci il tarixdə öz təşəbbüsü ilə DTX-nin Suraxanı Rİ-ə gələrək İsmayılov x1 adlı şəxsin zəhərləyici təsirə malik 1780 qram civə maddəsini satmaq niyyətində olması barədə məlumat verməsinə dair faktlar aşkar olduqdan sonra onun barəsində cinayət təqibinə xitam verilmişdir. İstintaqın lap əvvəlindən ifadələrində və təqsirləndirilən şəxslərlə üzləğdirməlr zamanı x5 Nizami rayon 24-cü PB ilə deyil, Suraxanı rayon Pİ-nin 42-ci PB-nin əməliyyat aparatı ilə əməkdaşlıq etdiyini göstərmişdir, lakin təqsirləndirilən şəxslərin heç biri onun onları cinayətə təhrik etməsi barədə göstərməmişlər. x1 istintaqın sonunadək həm də özünün seçdiyi müdafiəçinin iştirakı ilə civə maddəsinin satış məqsədi ilə “X3” adlı şəxsdən əldə edilməsi barədə eyni məzmunlu ifadələr vermişdir. x5 barəsində cinayət təqibinə xitam verildiyini x1 cinayət işini n materialları ilə tanış olaraq öyrəndikdən sonra bu barədə protokolda göstərmişdir ki, “vəsatətim cinayətə təhrik edən x5 cinayət məsuliyyətindən azad olunması ilə bağlıdır. Belə ki, əməlimdə cinayət məsuliyyəti yaradan zəhərli maddəni satış məqsədi ilə əldə edilməsidir və satış məqsədi ilə təhrik edilməsində bilavasitə iştirak etmiş şəxs x5.” Birinci instansiya məhkəməsindəki ifadələrində isə x1 göstərmişdir ki, 2018-ci ilin yanvar ayı ərəfəsində x5 onda civə olduğunu və civəni satmaq istədiyini bildirmiş, civəni borclu olduğu adama satmaq istəyir, lakin həmin adamdan pul ala bilməsi üçün ondan həmin şəxsə civənin guya ona məxsus olduğunu və satdığını bildirməsini xahiş etmişdir. O, da x5nın göstərdiyi kimi hərəkət etmişdir. Lakin x1 digər təqsirləndirilən şəxs x2 ibtidai istintaqdakı ifadələri ilə və x5 ifadələri ilə uyğunluq təşkil edən ibtidai istintaqdakı ifadələrinin həqiqətə uyğun olmadığını təsdiq edən heç bir mötəbər dəlil göstərməmişdir. Onun civə maddəsini əldə etdiyi vaxtdan satmağa cəhd edənədək etdiyi hərkətlərin konkret hallarının müstəntiq tərəfindən uydurularaq yalan ifadə kimi tərtib edib ona imzalatması heç bir sübutla təsdiq edilmir və ağlabatan da deyil. Elan edilmiş yeni ittiham üzrə təqsirləndirilən şəxslər x1 özünün seçdiyi müdafiəçinin iştirakı ilə və x2 müdafiəçisinin iştirakları ilə xx xxxx 2018-ci il tarixində ifadələr verərkən əvvəlki izahat və ifadələrində, eləcə də üzləşdirmələrdə göstərdikləri kimi özlərini elan edilmiş ittiham üzrə təqsirli bilərək elan edilmiş ittihamı təsdiq edən bir-birinə uyğun gələn ifadələr vermişlər. Bundan sonra c inayət işinin materialları ilə tanış olma barədə xx xxxx 2018-ci il tarixli protokolda x2 müdafiəçisinin iştirakı ilə cinayət işinin materialları ilə tanış olduğunu heç bir vəsatətinin olmadığını, cinayət işinin məhkəməyə göndərilməsi üçün etirazının olmadığını göstərmişdir. x1 isə müdafiəçisinin iştirakı ilə cinayət işinin materialları ilə tanış olma barədə xx xxxx 2018-ci il tarixli protokolda, cinayət işinin materialları ilə heç bir vaxt məhdudiyyəti qoyulmadan tanış olduğunu, vəsatətinin cinayətə təhrik edən x5nun cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı olduğunu göstərmişdir. Belə ki, əməlində cinayət məsuliyyəti yaradan zəhərli maddənin satış məqsədilə əldə edilməsidir və satış məqsədinə təhrik edilməsində bilavasitə iştirak etmiş şəxs x5dur. Müstəntiqin eyni tarixli qərarı il ə həmin vəsatət əsassız olduğundan rədd edilmişdir. x1 ibtidai istintaqın sonunda cinayət işinin materialları ilə tanış etmə protokolundakı bu qeydləri ona qarşı istintaq orqanının hər hansı qanun pozuntusuna yol verməsi və ya cinayət əməlinin düzgün tövsif edilməməsi ilə əlaqədar deyil, yalnız x5nun cinayət məsuliyyətindən azad edilməsi ilə bağlıdır. İstintaqın sonunadək x5nun onu zəhərli maddənin satış məqsədilə əldə edilməsinə təhrik etməsi barədə hər hansı ifadə verməmiş və cinayət işinin materiallarında da bu halı təsdiq edən hər hansı mötəbər sübutun mövcudluğu müəyyən edilməmişdir. Bütün ifadələrində ifadələrinin müstəntiq tərəfindən müdafiəçisinin iştirakı ilə kompüterdə yazılmasına etirazının olmamasını göstərmiş, ifadəsinin sonunda isə “ifx1lə müdafiəçimin iştirakı ilə tanış oldu m, əlavə və düzəlişim yoxdur, sözlərimdən düzgün yazılıb, protokolun düzgünlüyünü imzamla təsdiq edirəm” qeydini özü və müdafiəçisi imzalarla təsdiq etmişlər. x2 da bütün ifadələrində müdafiəçisi ilə birlikdə eyni halları ifadələrində göstərərək imzaları ilə təsdiq etmişdir. Cinayət işinin ibtidai istintaqı müddətində təqsirləndirilən şəxslər x2 və x1 onlara etirafedici ifadələr verilməsi üçün hər hansı formada fiziki və ya psixi təzyiqlər edilməsi barədə göstərməmiş, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və ya məhkəmə nəzarətini həyata keçirən müvafiq məhkəməyə şikayət etməmişlər. Eləcə də Azərbaycan Respublikası CM-nin 240.2.1-ci maddəsi ilə başlanmış cinayət təqibinin x5 ilə bağlı hissəsinə xitam verilməsinə dair müstəntiqin xx xxxx 2018-ci il tarixli “sübut ların qiymətləndirilməsi və cinayət təqibinin başlanmasının rədd edilməsi haqqında” qərarından məhkəmə nəzarəti qaydasında müvafiq məhkəməyə şikayət verilməmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı x5 anası x6 oğlunun polis əməkdaşı X7 tərəfindən işgəncələrə məruz qalması barədə ərizəsində göstərilən hallar Nizami rayon prokurorluğunun böyük müstəntiqi x9 tərəfindən yoxlanılmış və ərizədə göstərilənlər öz təsdiqini tapmadığına görə cinayət işinin başlanmasının rədd edilməsi barədə xx xxx 2018-ci il tarixli qərar qəbul edilmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslər X2 və x1 ibtidai istintaq müddətində müdafiə hüquqlarının pozulması, ifadələrinin düzgün yazılmaması, müstəntiq tərəfindən kompüterdə onların məlumatı olmadan qabaqcadan hazırl anmış ifadələrin məzmunu onlar tərəfindən tanış edilmədən imzalatdırılması, etiraf edici ifadələr verilməsinə məcbur edilmələri barədə dəlillər tamamilə əsassızdır və cinayət işinin materialları ilə təkzib edilir. Təqsirləndirilən şəxslər X2 və x1 ibtidai istintaq zamanı verdikləri ifadələr birinci instansiya məhkəməsi iclasında tədqiq edilmiş, onların məhkəmə iclasındakı ifadələri ibtidai istintaqdakı ifadələri ilə ziddiyət təşkil etdiyindən əvvəlki ifadələri məhkəmə iclasında elan edilərkən həmin ifadələrin həqiqətə uyğun olmaması, qanunun pozulması ilə əldə edilməsi barədə hər hansı mötəbər dəlil göstərilməmiş, göstərilən subyektiv mülahizə xarakterli dəlillər isə cinayət işinin materialları ilə təkzib edilmişdir. Təqsirləndirilən şəxslərin İbtidai istintaq müddətində verdikləri ifadə lər həqiqətə uyğun olduğundan həmin ifadələri hökmün əsası kimi götürülmüşdür. Azərbaycan Respublikası CPM-nin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Bu qanunların mənasına görə ibtidai araşdırma zamanı dindirmə, üzləşdirmə yolu ilə təqsirləndirilən şəxslərdən alınmış ifadələr də, onların qanunsuz əldə edilməsi sübut edilməyibsə məhkəmə baxışı zamanı alınmış ifadələrə bərabər sübut kimi qəbul edilməlidir. Hazırkı ci nayət işi üzrə təqsirləndirilən şəxslərin ibtidai istintaqdakı ifadələrinin qanun pozuntusu ilə əldə edilməsinə dəlalət edən hər hansı hal müəyyən edilməmiş, əksinə həmin ifadələr qanunda nəzərdə tutulmuş prosedurlara əməl edilməklə, təqsirləndirilən şəxslərin müdafiə hüquqları təmin edilməklə, müdafiəçilərinin iştirakı ilə alınmışdır. Kassasiya şikayətlərinin dəlillərindən biri təqsirləndirilən şəxslər saxlanılarkən onların üzərinə şəxsi axtarış keçirilərkən iştirak etmiş hal şahidi x8 oğlunun əvvəllər də polis tətəfindən keçirilmiş digər əməliyyat-axtarış tədbirlərində dəfələrlə iştirk etdiyinə görə həmin şəxsi axtarış zamanı əldə edilmiş zəhərli maddənin sübut kimi mümkünsüzlüyü barədədir. Azərbaycan Respublikası CPM-nin 115.2-ci maddəsinə əsasən hal şahidinin iştirakının mütəmadi xarak ter daşıması halları istisna olunmaqla, onun istintaq hərəkətinin icraatında əvvəllər iştirakı həmin cinayət təqibi üzrə aparılan digər istintaq hərəkətinin icraatında təkrar iştirakını istisna etmir. Cinayət işinin materiallarından göstərilən əməliyyat-axtarış tədbirinin keçirilməsindən məhkəmə nəzarəti qaydasında şikayət verilməmiş (CPM-nin 449.3.6-cı maddəsi) və hal şahidlərinin həmin tədbirdə iştirakının mütəmadi xarakter daşıyıb daşımamasına hüquqi qiymət verilməmişdir. Digər tərəfdən həmin əməliyyat-axtarış tədbiri keçirilməsi nəticəsində təqsirləndirilən şəxslərin üzərindən zəhərli maddə civə aşkar edilməsi onların özlərinin ifadələri ilə də təsdiq edilmişdir. Ona görə də zəhərli maddə olan civənin aşkar edilməsi üzrə keçirilmiş əməliyyat-axtarış tədbirinin qanunsuz hesab edilməsi v ə həmin tədbirlə aşkar edilmiş civənin sübut kimi qəbul edilməməsi barədə kassasiya şikayətlərinin dəlilləri əsassız hesab edilməlidir. Cinayət işinin istintaqını aparmış müstəntiqin xx xxxx 2018-ci il tarixli “sübutların qiymətləndirilməsi və cinayət təqibinin başlanmasının rədd edilməsi haqqında” qərarı ilə “X3” adlı şəxsə görə Azərbaycan Respublikası CM-nin 240.2.1-ci maddəsi ilə ayrıca icraata cinayət işi ayrılmışdır. Həmin qərarda göstərilmişdir ki, ayrıca icraata ayrılmış cinayət işində narkotik vasitələrə və psixatrop maddələrə aid olmayan zəhərli maddə hesab edirlən bir ədəd şüşə qabda təmiz şəkisi 400 qram olan gümüşü rəngli, metal parıltılı, axıcı maddə-civəni ü10 ünvanda yerləşən 165 saylı tam orta məktəbin qarşısında yerləşən internet klubda x1a təqdim etmiş “X3” adlı, o cümləd ən civənin satışında iştirak etdiyi ehtimal edilən “x4” adlı şəxsin müəyyən edilmələri, onların istintaqa cəlb edilmələri istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilsin, onların əməllərinə hüquqi qiymət verilsin və bu istiqamətdə ibtidai istintaq davam etdirilsin. Cinayət işinin materiallarından görünür ki, zəhərli maddə olan civənin əldə edilməsi mənbəyinin və alıcısının müəyyən edilməsi mümkün olmamışdır. Cinayət işinin ibtidai istintaqı zamanı “X3” və “x4” adlı şəxslərin şəxsiyyətlərinin müəyyən edilməsi üzrə aparılmış əməliyyat tədbirləri nəticə verməmişdir. Ona görə də təqsirləndirilən şəxslər ittiham x1na və x2na elan edilmiş ittiham onların aralarında və naməlum şəxslə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan zəhərli maddə olan civəni satış məqsədi ilə qanunsuz əldə etmə, saxlama və daşıma barədə hərəkətlərinə görə verilmişdir. Cinayət işi üzrə birinci instansiya məhkəməsi iclasında tədqiq edilmiş sübutlar elan edilmiş ittiham üzrə təqsirləndirilən şəxslərin əməllərinin sübut edilməsi üçün kifayət etmişdir. Məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılmışdır. Həmin cinayət işindən ayrıca icraata ayrılmış hallara, eləcə də civə maddəsinin satılmasına cəhd edilməsi üzrə hallara davam etdirilən ibtidai istintaq zamanı “X3” və “x4” adlı şəxslərin şəxsiyyətlərinin müəyyən edilməsindən sonra hüquqi qiymət verilə bilər. Hazırkı cinayət işi üzrə narkotik vasitələ rə və ya psixotrop maddələrə aid olmayan zəhərli maddə olan civəni satma barədə heç kimə, o cümlədən təqsirləndirilən şəxslərə ittiham verilməmişdir. Ona görə də həmin hallarla bağlı, eləcə də x5nun narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan zəhərli maddə olan civənin satışında iştirakının sübut edilməsi barədə dəlillər əsassızdır. Azərbaycan Respublikası CM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan a yrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Kassasiya şikayətlərində əməliyyat-axtarış tədbirinin keçirilməsində iştirak etmiş polis əməkdaşlarının istifadəsində olmuş mobil telefonların anten məlumatlarına istinad edilərək onların həmin tədbirin keçirilməsində iştirak etməsini şübhə altına alan dəlillər göstərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər cinayət işi üzrə sübutların siyahısı. Bu siyahıdan görünür ki, şəxsin müəyyən zaman kəsiyində olduğu məkanı müə yyən edilməsi üçün anten məlumatlarının sübut kimi istifadə olunması qanunvericiliklə müəyyən edilməmişdir. Ümumiyyətlə şəxsin müəyyən zaman kəsiyində olduğu məkanı müəyyən edilməsi üçün anten məlumatlarının sübut kimi istifadə olunması mötəbər mənbə kimi qiymətləndirilməməlidir. Baxılan cinayət işi üzrə kassasiya şikayətində anten məlumatlarına istinad edilən Şahid3 adına ***-***-**-**, ***-***-**-**, Şahid5 adına ***-***-****, ***-***-**-**, ***-***-**-**, Şahid4 adına 51-824-43-85, 51-441-01-02, ***-***-**-** mobil telefon nömrələrinin olduğu müəyyən edilmişdir. Şəxsin müəyyən zaman kəsiyində olduğu zaman istifadəsində hansı mobil nömrəli telefonun olunmasının müəyyən edilməsi mümkümsüzdür. Bundan başqa Əməliyyat-axtarış tədviri barədə protokolda göstəriənlər məhkəmə iclasında tədqiq ol unmuş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə uyğunluq təşkil edərək bir-birini tamamlamışdır. Ona görə də bu barədə kassasiya şikayətlərinin dəlilləri də əsassız hesab edilir. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayətprosessual qanunların kobud pozulması, məhklar x1 və X2 müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının da kobud pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətlərinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin ed ilmədən qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: x1 müdafiəçisi Müdafiəçi və x2 kassasiya şikayətləri təmin edilməsin. x1 və x2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.2.1-ci maddəsi ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarı x1 müdafiəçisi Müdafiəçi və X2 kassasiya şikayətlərinə münasibətdə dəyişikliksiz saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-444/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-444/2020
10.03.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver